Hz. İbrahimin Oğulları Kimlərdir?
Quranda ziddiyyət olmalıdır qərəzi ilə yola çıxanlar, çox vaxt bu sabit fikirlərinə görə qavrama qabiliyyətlərindən məhrum vəziyyətə düşürlər. Hud surəsi 71. ayə ilə İbrahim surəsi 39. ayələri arasında ziddiyyət olduğu zənni də bunlardan biridir və orta zəkaya və vicdana sahib hər şəxsin çox rahatlıqla anlayacağı bir mövzudur. İddiaya görə Hz. İbrahim, Hud surəsində oğulları İshaq və Yəqub ilə müjdələnərkən İbrahim surəsində isə İsmayıl və İshaq ilə müjdələnmişdir. Ateist İddia: iki ayədə adları keçən və Hz.İbrahimin uşaqlarının adları haşa qarışdırılmış və Qurana bu şəkildə yazılmışdır. Bu iddia nə dərəcədə məntiqlidir və həqiqətən belə bir ziddiyyət varmı görəsən?
Əvvəlcə ayələri yazaq və bəhs edilən iki ayə arasında iddia edildiyi kimi bir ziddiyyət varmı baxaq:
Arvadı ayaq üstə idi, bunun üzərinə güldü. Biz ona İshaqı, İshaqın ardınca da Yəqubu müjdələdik. (Hud surəsi 71) Bu ayədə Hz. İbrahim iki övlad ilə müjdələnir.
İndi də İbrahim surəsində keçən ayəyə baxaq; “Həmd, Allaha aiddir ki, O, mənə qocalığa baxmayaraq İsmayılı və İshaqı bəxş etdi. Şübhəsiz Rəbbim, həqiqətən duanı eşidəndir.” (İbrahim surəsi 39) bu ayədə isə Hz İbrahim Allahın ona lütf etdiyi oğullarına görə Allaha şükür edib Ona olan sevgi və hörmətini dilə gətirir.
İlk ayədə Allah tərəfindən Hz İbrahimə verilmiş bir müjdə varkən digər ayədə isə müjdə deyil, Allahın ona verdiyi oğullarına görə bir şükür vardır. İki ayrı ayədə fərqli-fərqli kombinasiyalarla üç övladının zikr edilməsi, ziddiyyət deyil, əksinə Quranın bir bəlağətidir (dil xüsusiyyəti-üstünlüyü) Quranda ziddiyyət axtaranlar bu səylərinə görə dünyada boş yerə çalışırlar, axirətdə isə çox böyük xüsrana uğrayacaqlar.