Hz.Məhəmmədin Çoxarvadlı Evliliklər Etmək Üçün Ayə Yazdığı İddiasına Cavab
Hz. Məhəmməd, risaləti aldığı 40 yaşına qədər, yaşadığı cəmiyyətdə ”emin” yəni etibarlı bilinən, hörmətli biri idi. Özü 25 yaşında ikən, 40 yaşındakı Hz. Xədicə ilə evlənmiş və Hz. Xədicənin vəfatına qədər təxminən 25 il evli qalmışdılar. Hz. Xədicə zəngin bir iş qadını idi. Hz. Məhəmmədin məqsədi zənginlik və qadın olsaydı, Hz. Xədicə ilə evləndikdən sonra əldə etdiyi zənginliyin ardınca boşanar, gənc xanımlarla evlənərdi. Ki o dövrdə onsuz da çoxarvadlılıq qanuni idi. Zövcəsi vəfat etdikdə isə özü gənclik dövrlərini geridə qoymuş, 50 yaşında bir kişi idi.
Müşrik sistemə görə bir kişinin limitsiz zövcə almaq haqqı onsuz da mövcud idi. Yəni Hz. Məhəmmədin çoxarvadlı olmaq üçün əlavə bir səy göstərməsinə ehtiyac yox idi. Bəs onda ”Bundan sonra (başqa) qadınlar və bunları başqa zövcələrlə dəyişdirmək -gözəllikləri sənin xoşuna gəlsə belə- sənə halal olmaz…” (Əhzab surəsi, 52) ayəsi ilə evliliklərinə məhdudiyyət gətirməsinin məntiqi nədir? Onsuz da limitsiz zövcə almaq haqqına sahib ikən niyə özünü məhdudlaşdıracaq bir ayə yazsın ki?
Tövratda, Lut peyğəmbərin qızlarının, güya nəsilləri davam etsin deyə doğma ataları yuxuda ikən onunla əlaqəyə girdikləri yazılır. Lut peyğəmbərin gətirildiyi vəziyyətə baxa bilərsinizmi?
Keçmiş qövmlərin bu cür uydurmaları və güya hədis deyə nəql edilən xurafatlar da nəzərə alınarsa, yanlış nəqllərə meydan verməyəcək şəkildə Hz. Məhəmmədin evlilikləri, zövcələrinin geyimi, yad kişilərlə danışma üslublarının … açıq və ətraflı izah edilmiş olması tamamilə normaldır. Bu gün, ateist və deistlərin uydurma hədislər səbəbindən bulanmış zehinləri, bu açıq ayələr olmasaydı nə cür xurafatlarla çirklənəcəkdi düşünün…