Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Dünya Oyun və Əyləncə Yeridirmi?

Üzərində kifayət qədər düşünülmədən ortaya atılan daha bir ziddiyyət iddiasına cavab verək.

Ənam surəsi 32. ayədə Allah, “Dünya həyatı bir oyun və əyləncədən başqa bir şey deyildir” deyir. Ənkəbut surəsi 64. ayədə də “Bu dünya həyatı (tək başına) keçici zövqlər və oyalanmadan başqa bir şey deyildir…” şəklində oxşar bir xatırlatma vardır.

İddiaya görə bu iki ayədə Allah, dünya həyatının oyun və əyləncədən başqa bir şey olmadığını bildirərkən; Duxan surəsi 38. ayədə “Biz göyləri, yeri və ikisi arasındakıları bir oyun və əyləncə olsun deyə yaratmadıq.” deyərək ziddiyyətə düşür. (Haşa)

Əlbəttə ayələr arasında bir ziddiyyət yoxdur. İlk iki ayənin əvvəlindəki ayələri oxuduğunuzda, Allaha qovuşmağı yalan sayan şəxslərdən bəhs edildiyini görərsiniz. Müvafiq ilk iki ayədə bu şəxslərin yaşayışı təsvir edilir. Küfrün dünya həyatının oyun, keçici zövqlər və əyləncədən ibarət olduğu bildirilir. Duxan surəsi 38. ayədə isə, Allahın dünya həyatını oyun və əyləncə olsun deyə yaratmadığı xatırladılır. Yəni axirətə iman etməyənlərin etdikləri səhv vurğulanır və sonra da “Həqiqətən axirət yurdu isə, əsl həyat odur. Bir bilsəydilər.” deyilərək, oyalandıqları dünya həyatının boş olduğu, əsl həyatın və yurdun axirətdə olduğu söylənilir.

“Allah, müteşabih (bənzəşən), ikili bir Kitab olaraq sözün ən gözəlini nazil etdi…” (Zümər surəsi, 23) deyir ayədə. İkili, oxşar təsvirlər çoxlu yer alır Quranda. Məsələn bir ayədə Allah “Yer üzündə, onları sarsmasın deyə, sabit dağlar yaratdıq…” (Ənbiya surəsi, 31) deyir. Digər ayədə isə “Dağları görürsən də, donmuş sanırsan; halbuki onlar buludların sürüklənməsi kimi sürüklənirlər…” (Nəml surəsi, 88) deyir. (1) Bu ayələr ikili oxşar ifadələrdir. Quranın fərqli və üstün bir ifadə xüsusiyyətini göstərir bizə.

Allah “Ondan, Kitabın anası (təməli) olan bir qisim ayələr muhkemdir; digərləri isə müteşabihdir. Qəlblərində bir sürüşmə olanlar, fitnə çıxarmaq və olmazın yozumlarını etmək üçün onun müteşabih olanına uyarlar…” (Ali-İmran surəsi, 7) deyərək, bu cür ayələrə ilişib olmazın yozumlarla ziddiyyət axtaran və fitnə çıxaranların, qəlblərində xəstəlik olanlar olduğunu bildirir.

Nəticə olaraq ayələr arasında ən kiçik ziddiyyət yoxdur.