Qurana Görə Dindən Dönənin Cəzası Ölüm Deyil
Dinindən dönən kəsə mürted deyilir. Ortodoks İslam anlayışında dinindən dönənin cəzası ölümdür. Bu Quran xarici tətbiqə “Dinini dəyişdirəni öldürün” (Buxari, Cihad, 149) sözdə hədisini dəlil göstərirlər. Lakin hökm mövzuları, fərzlər, haramlar, cəzalar… yalnız Qurandan öyrənilir. Qarşılığı Quranda olmayan və ya Quranla ziddiyyət təşkil edən söz peyğəmbərimizə aid deyil.
Allah “…Öz hökmündə heç kimi ortaq etməz.” (Kəhf surəsi 26) ayəsinin tələbi ilə hökm mövzusunda peyğəmbərə bir səlahiyyət verməmişdir. ”Hökm yalnız Allahındır…” (Yusif surəsi, 40) Hökm sahibi Allah da Quranda dinindən dönən üçün dünyəvi bir cəza bildirməmişdir.
Quran hər görüş və inanca tolerant bir yanaşmaya malikdir. ”Dində məcburiyyət (və təzyiq) yoxdur.” (Bəqərə surəsi, 256) Heç kim özü kimi düşünməyənə məcburiyyət və təzyiq tətbiq etmək haqqına malik deyil. İstəyən istədiyinə inanmaqda azaddır. ”… Onlar mömin olana qədər insanları sənmi məcbur edəcəksən?” (Yunus surəsi, 99) ayəsindən də anlaşıldığı kimi, insanları iman etmələri üçün məcbur etmək İslamda xoş görülən bir davranış deyil. ”Elə isə, əgər ‘öyüd və xatırlatma’ bir fayda verəcəksə, öyüd verib xatırlat.” (Əla surəsi, 9) Fayda vermirsə də “Sizin dininiz sizə, mənim dinim mənə.” (Kafirun surəsi, 6) deyib keçərsiniz.
… Sizdən kim dinindən geri dönər və kafir olaraq ölərsə, artıq onların bütün etdikləri (əməlləri) dünyada da, axirətdə də boşa çıxmışdır və onlar odun əhlidir, orada müddətsiz qalacaqlar. (Bəqərə surəsi, 217) Ayədən də anlaşılacağı kimi, insanlar dinlərindən dönsələr, bu onların öz seçimidir. Bu dünyada öz seçimlərini yaşayırlar və bir gün ölürlər. Dindən dönməzdən əvvəl etmiş olduqları əməlləri boşa çıxır və hesabları axirətə qalır. Dünyada heç bir cəza və ya sanksiya tətbiq olunmur.
Həqiqət budur ki, iman edib sonra inkara sapanlar, sonra yenə iman edib sonra inkara sapanlar, sonra da inkarları artanları Allah bağışlayacaq deyil… (Nisa surəsi, 137) Ayəni diqqətlə oxusanız, iman edib sonra sapan bəzi kəslərdən bəhs edilir. Bu kəslər inkara sapdıqdan sonra öldürülməmişlər. Sonra təkrar iman etmişlər. Və təkrar inkara sapmışlar. Bu proses və sonrası üçün Allah heç bir cəza tədbiri gətirməmişdir.
Kim bir nəfsi, başqa bir nəfsə və ya yer üzündəki bir fitnəyə qarşılıq olmadan (haqsız yerə) öldürərsə, sanki bütün insanları öldürmüş kimi olar. (Maidə surəsi, 32) Ayənin hökmü çox aydındır. Qisas və müharibə şəraiti xaricində ölüm mövzusunda bir hökm yoxdur. Əksinə, qisas və müharibə şəraiti xaricində bir məqsədlə biri digərini öldürmüşsə, bu, bütün insanları öldürməklə bir tutulmuşdur. İmandan sonra sapan kəsin zərəri özünədir. Və sırf inancını dəyişdirdiyi üçün birini öldürmək də öldürən üçün ziyandır. Allah öldürməyi deyil, diriltməyi gözəl görür. Ölçünü aşan və həddi keçənləri xoş görmür…
Kim də onu (öldürülməsinə mane olaraq) diriltsə, bütün insanları diriltmiş kimi olar. And olsun ki, elçilərimiz onlara açıq-aydın dəlillərlə gəlmişlər. Sonra bunun ardınca onlardan bir çoxu yer üzündə ölçünü aşanlardır. (Maidə surəsi, 32)