Quran elmə yol göstərir: Dövrümüzün imanlı elm adamları
Mündəricat
- Giriş
- Ağıllı dizayn, yəni yaradılış
- Din elmə təkan verir
- Din elmin düzgün istiqamətləndirilməsini təmin edir
- Din ilə elm daim bir-birinə uyğunluq təşkil edir
- Quranın elmi möcüzələri
- İman gətirmiş elm adamları
- Keçmişdə yaşamış iman gətirən elm adamları
- Keçmişdə yaşamış digər imanlı elm adamları
- Dövrümüzün imanlı elm adamları
- Müsəlman elm adamları
- Dövrümüzün digər imanlı elm adamları
- Nəticə
- Qeydlər

XX əsrdə elmdə böyük nailiyyətlər əldə olunmuş və əsrlər boyu sirr qalan bir çox mətləblərin üstü açılmışdır. İnkişaf edən elm açıq bir həqiqəti göstərmişdir: Yaradılış həqiqətini. Hər elmi nailiyyət kainatda mövcud olan canlı və cansız bütün varlıqlardakı qüsursuz dizaynı, nizamı və planı göstərir. Bu nailiyyətlərə şəxsən şahid olan bir çox elm adamları isə bütün kainatın dizaynının üstün bir Ağlın əməli olduğunu görmüş, hər şeyi sonsuz qüdrət sahibi Allahın yaratdığını anlayaraq yaradılış həqiqətini müdafiə etmişlər.
Bu gün başda ABŞ olmaqla, qərb ölkələrində imanlı elm adamları tərəfindən qurulmuş bir çox akademiya və təşkilatlar fəaliyyət göstərir. Eyni zamanda bu elmi qurumlar elmi dəlillərin qüsursuz dizaynını göstərmək üçün çalışmalarını davam etdirirlər.
Dövrümüzdə yaşayan və elmi fəaliyyətləri ilə tanınan imanlı elm adamlarından bəziləri bunlardır:
Henri Fritz Şafer

Şafer Corciya Universitetində kimya professoru və Kuantum Kimya Mərkəzinin direktorudur, 5 dəfə Nobel mükafatına namizəd göstərilən Şafer dünyanın ən savadlı üçüncü kimyaçısı sayılır. İmanlı alim olan Şafer elmi çalışmalarının məqsədinin Allahı tanımaq olduğunu bu sözlərilə ifadə etmişdir:
«Elmin məna qazandığı və mənə zövq verdiyi anlar öz-özümə ”Budur Allahın yaratması”-dediyim anlardır.110
İsaak Başevis Singer

Dövrümüzün məşhur yazıçılarından sayılan Singer təkamül nəzəriyyəsini inkar edən və Allaha inanan bir mütəfəkkirdir, iştirak etdiyi konfransda təkamül tezisini bu maraqlı hekayə ilə mühakimə etmişdir:
”Elm adamları indiyə qədər heç bir insanın ayaq basmadığı tənha bir ada kəşf etmişlər. Bu adaya ilk dəfə girən alimlər gördükləri təbii həyatdan olduqca təsirlənmişlər. Vəhşi heyvanlarla balta girməmiş meşələr onlara çox valehedici görünmüşdür. Dik yamaclara dırmaşıb ətrafı gözdən keçirmişlər. Adada ən kiçik insan qrupunun izini də tapmamışlar. Elə gəmilərinə dönərkən qumsalda son model zərif bir qol saatı görmüşlər. Saat işləyirdi. Alimlər üçün cansıxıcı vəziyyətdir. Bu saat buraya haradan gəlib çıxıb? Dəqiq bilirlər ki, adaya onlardan əvvəl heç bir insan gəlməyib. Bu halda ortada tək çıxış yolu qalırdı. Bahalı dəri qayışı, qiymətli şüşəsi, əqrəbləri, batareyası və digər hissələri olan bu saat özözünə təsadüf nəticəsində bu adaya gəlmiş və bu qumsala girmişdir. Başqa alternativ yoxdur!” Singer təkamülçülərin içinə düşdükləri xətanı açıqlamaq üçün hekayəsinin sonunda belə bir açıqlama gətirmişdir: ”Saatı düzəldən saatsaz var!”111

Kainatda mövcud olan canlı və cansız hər varlıq üstün dizayna və qüsursuz nizama malikdir. Dolayısı ilə, heç birinin varlığı təsadüflərə əsaslanmır. Hər birinin üstün və güclü bir Yaradanın əsəri olduğu aydındır. Dövrümüzün elm adamlarının böyük qismi isə bu qüsursuzluğu və nizamı ortaya qoyaraq hamısının Allahın yaratdığı bir əsər olduğunu insanlara göstərir.
Malkolm Dunkan Uinter Cr.

Uiton Universitetində və Nort Vestern Universitetində tibb elmləri professoru olan Uinter də kainatın və insanın mütləq üstün bir Yaradan tərəfindən yaradıldığına inanır. Bu inancını belə bildirmişdir:
«Fiziki metodlardan istifadə edərək deyə bilərik ki, bütün əsrarəngizliyi ilə göylər və yer üzü, dəyişkən formaları ilə insan həyatı və ən son olaraq çox yüksək keyfiyyəti ilə insanın öz varlığı... Bütün bunların öz-özünə və təsadüfən meydana gəldiyini düşünmək qədər mürəkkəb və mənasız bir düşüncə ola bilməz... Deməli, kainata hökm edən bir zəka vardır. Bütün bunların ardında Yaradan vardır. Madam ki, insan ətrafında olan müxtəlif varlıqlardan daha üstün quruluşa malikdir, onda Yaradana yönəlməlidir.112
Uilyam Filips

Lazer şüası ilə atomları tutmaq metodlarını hazırladığı üçün hələ 50 yaşına çatmadan Nobel mükafatı almış dövrümüzün fiziklərindən Uilyam Filips də imanlı alimdir. Nobel mükafatını qazandıqdan sonra bir mətbuat konfransında belə demişdir:
«Allah bizə içində yaşaya biləcəyimiz və kəşf edə biləcəyimiz möhtəşəm dünya verib».113
Deyl Şvartzendruber

Ayova Universitetində doktorluq müdafiə edən, Kaliforniya Universitetində torpaqşünaslıq elmi üzrə köməkçi professor vəzifəsində işləyən Şvartzendruber eyni zamanda Amerika Torpaqşünaslıq İnstitutunun üzvüdür. Bütün kainatın əsla təsadüfən əmələ gələ bilməyəcəyini və bir Yaradanın əsəri olduğunu Şvartzendruber bu sözlərilə bildirmişdir:
İstər başımızın üstündəki fövqəladə göy üzündə, istərsə də ayağımızın altındakı yer üzündə, hər şeydə mütləq bir plan və bir məqsəd vardır. Bu məqsədi və planı meydana gətirən qüvvətin, yəni sonsuz Yaradanın varlığını inkar etməyə çalışmaq, ağıl və məntiq qanunlarına zidddir. Bu, yayda saralmış, boyunlarını bükmüş sünbüllərlə dolub-daşan və buğda dənizini xatırladan tarlanı gördüyü halda onu əkən bir cütçünün olduğunu və onun tarlanın yaxınlığındakı komada və ya başqa bir yerdə oturduğunu inkar edib qəbul etməyən adamın düşdüyü ziddiyyətdən daha böyük bir ziddiyyətdir.114

Uilyam Dembski
Dövrümüzün riyaziyyatçı alimlərindən olan Dembskinin araşdırmaları eyni zamanda fəlsəfədən ilahiyyata qədər geniş bir sahəni əhatə edir. Dembski elmin dünyanı dərk etməyə çalışdığını və elm adamlarının da hər birinin ancaq kəşf edən olduqları fikrindədir. Dembskinin düşüncələrini ifadə edən sözlərindən bəziləri belədir:
«... Dünya Allahın yaratmasıdır, elm adamları isə dünyanı dərk etməyə çalışarkən Allahın düşüncələrini təkrarlayırlar. Elm adamları yaradıcı deyil, kəşf edəndirlər. ... Yaradılış hər zaman Yaradıcının varlığını göstərir».115


Stefen Meyer

Uirvort Universitetində fəlsəfə elmləri üzrə professor olan Meyer yaradılışa inanan və bu mövzuda bir çox əsər yazmış dövrümüz elm adamlarından biridir. Kainatın şüurlu dizaynın məhsulu olduğunu müdafiə etdiyi sözlərindən bəziləri belədir:
«İddia edirəm ki, nə təsadüflər, nə prebiotik təbii seçmə, nə də fiziki-kimyəvi zərurət ilk hüceyrədəki məlumatın mənbəyini açıqlaya bilməz.116
Volter L. Bredli
Texas Universitetində mexanika-mühəndislik üzrə professoru olan Bredli “Həyatın mənşəyinin sirri” adlı kitabın müəlliflərindəndir.
Bütün kainatın, canlı-cansız hər şeyin bir dizaynın məhsulu olduğunu və bunun dəlillərinin hər yerdə olduğu fikrini dəstəkləyən Bredli Yaradanın varlığına olan inamını bu ifadəsi ilə vurğulamışdır:
«1987-ci ilin yazında bir iş üçün Kornel Universitetində ikən xristianlıq və elm haqqında bir konfransda oldum. Bu konfransda elmi dəlillərlə Allahın varlığını göstərdim».117


Bredli başqa bir ifadəsində bunları demişdir:
«Ağıl Sahibi bir Yaradanın olduğuna dair çox açıq dəlillər var».118
Örl Çester Reks
Vaşinqton Universitetində və Cənubi Kaliforniya Universitetində köməkçi professor, fizika dosenti və professor olan Reks eyni zamanda Amerika Fizika İnstitutunun üzvüdür. Bütün kainatı Allahın yaratdığına və kainata yenə Allahın gücü ilə hökm edildiyinə inanan Reks bu düşüncəsini bu sözlər ilə dilə gətirmişdir:
«Kainatın yaranmasını açıqlayan və ona hökm edən qanunları müəyyən edən müasir nəzəriyyələr Allah fikrinin xaricində olan bir düşüncə ilə ortaya qoyulduğu zaman son dərəcə mürəkkəb və dolaşıq, qaranlıq və çıxılmaz vəziyyətə girirlər. Mən şəxsən Allahın varlığına inanır və Onun bu kainata hökm etdiyini qəbul edirəm.119
Alan Səndic
Dövrümüzün ən tanınmış kosmoloqu oaln Alan Səndic sonradan dini qəbul edən bir elm adamıdır. 1998-ci ildə üz qabığında “Elm Allahı tapır” sərlövhəli “Newsweek” jurnalına verdiyi müsahibəsində Səndic dini qəbul etməsini belə açıqlayırdı:
«Məni bu nəticəyə gətirib çıxaran dünyanın elmlə anlaşılmayacaq qədər mürəkkəb olması idi. Mövcud olmanın sirrini anlaya bilməyim ancaq imanla mümkündür».120

Sesil Boys Hamann
Seynt Luis Universitetində biologiya fakültəsində professor olmuş və Ezberi Universitetində biologiya dərsini tədris edən Hamann Allaha güclü imanı olan dövrümüzün elm adamlarındandır. Hamann imanını bu sözləri ilə ifadə etmişdir:
«Elm dünyasında özümü hara çevirsəm, ucaların ucası bir Yaradanın varlığını göstərən tayı-bərabəri olmayan qanun və nizam görmğşəm. Fövqəladə üstün yaradılış nümunələrinə şahid olmuşam... Bəli, mən də Allahın varlığına inanıram. Onun bu kainatı yaradıb qoruduğunu və hər şeyə gücünün çatdığını qəbul edirəm. Ancaq bu qədər də deyil. İnsan deyilən məxluqun bütün zərrələrini Onun qoruduğunu da qəbul edirəm».121
Pol Ernest Adolf

Seynt Conz Universitetində yardımçı professor olan, Amerika Cərrahlar Birliyinin üzvü prof. Adolf, elmi çalışmalarının nəticəsində güclü Allah inancı qazanan alimlərdən biridir. Pol Ernest Adolf imanını belə açıqlamışdır:
«Mən Allaha heç şübhə etmədən qəti şəkildə inanıram və bu imanım məşğul olduğum elm sahəsində məni təsdiq edən və qüvvətləndirən imandır... Budur, suala cavab verirəm: Bəli, kainatda bir Yaradan var».122
Lester Con Zimmerman

Pördyu Universitetində doktorluq işini müdafiə edən və Qoşen Universitetində kənd təsərrüfatı və eləcə də riyaziyyat professoru olan prof. Zimmerman Allaha imanını bu sözləri dilə gətirmişdir:
«Heç şübhə yoxdur ki, hər şey Allahın uca qüdrəti ilə meydana gəlmişdir. Hər şeyə gedəcəyi yolu göstərən və cızan Odur. Torpaq və bitkilərlə bağlı araşdırmalarımda dərinləşdikcə, Allaha imanım da bir o qədər artır...123
Enriko Medi

Məşhur italyan alimi 1971-ci ildə Romada keçirilən beynəlxalq konfrans zamanı bir elm adamının şahid olduğu möcüzələri və gəldiyi nəticəni belə açıqlamışdır:
«Kosmosun və zamanın xaricində bütün varlıqların sahibi olan və bütün varlıqları bu şəkildə yaradan bir səbəb var... bu Yaradıcı Allahdır».124
Veyn U. Olt
Olt Kolumbiya Universitetində ali təhsil almış və Nyu-Yorkda geo-kimya laboratoriyalarında tədqiqat rəhbəri kimi çalışmışdır. Olt elmi araşdırmaların insanın Allaha olan imanını gücləndirdiyini bu sözləri ilə bildirmişdir:
«Buna şübhə yoxdur ki, elm pillələrində irəliləmək, əşyanın meydana gəlməsinin keyfiyyətini və səbəblərini araşdırıb tədqiq etmək, insan zəkasını digər varlıqlardan ayıran ən böyük və ən vacib keyfiyyətlərdən biridir. Kainatı bir qüvvənin yaratdığını qəbul edən və elmi tədqiqatlarını bu imanla aparan bir alim elmi fəaliyyətlərini davam etdirərkən mütləq Allaha imanını artıracaq dəlillərlə qarşılaşacaqdır».125
Maykl P. Giruard

Cənubi Luiziana Universitetində biologiya elmi üzrə professor olan Maykl Giruard həyatın təsadüflər nəticəsində ortaya çıxa bilməyəcəyinə, həyatın təməli olan zülalların və hüceyrənin son dərəcə mürəkkəb və qüsursuz quruluşlarının Allah tərəfindən yaradılan bir əsər olduğuna inanan dövrümüzün elm adamlarındandır. Giruard Elmi Araşdırma Vəqfi tərəfindən İyul 1998-ci ildə təşkil edilmiş “Təkamül nəzəriyyəsinin süqutu: Yaradılış gerçəyi” adlı II Beynəlxalq Konfransda iştirak etmişdir. Bu konfransda söylədiyi “Həyatın təsadüflər nəticəsində əmələ gəlməsi mümkündürmü?” başlıqlı nitqində inandığı bu həqiqəti elmi faktlarla ortaya qoymuş və nitqini belə tamamlamışdır:
«Canlıların quruluşu laboratoriya təcrübəsində əldə ediləndən daha mürəkkəb və fərqli quruluşdur. Kimya və fizika qanunlarına baxdıqda və bu mövzuya şərh vermək istədikdə, laboratoriyadakı kimya və fizika qanunları bizə bunu deyirlər: Mütləq bir zəka olmalıdır, mütləq Yaradıcı vardır, bu məlumatı nizamlayan bir Yaradan vardır. Bu açıqlama hələ də dünyadakı ən elmi açıqlamadır. Elə fizika və kimya qanunları da bizə qəti surətdə bunu deyirlər ki, təkamül nəticəsində cansızdan canlının əmələ gəlməsi mümkün deyildir. Elmi dəlillərə əsaslanaraq deyə bilərəm ki, bu sadəcə mənim nitqimin sonu deyil, eyni zamanda təkamülün də sonudur».

Eduard Budro
Nyu Orlean Universitetində kimya elmi üzrə professor olan Eduard Budro Allahın kimyəvi elementləri həyatın yaradılması üçün lazım olduğu şəkildə nizamladığına inanır. Budro 1998-ci ildə İstanbulda təşkil edilmiş “Təkamül nəzəriyyəsinin süqutu: Yaradılış gerçəyi” adlı beynəlxalq konfranslar silsiləsinin ikincisində “Kimyadakı dizayn” başlıqlı nitqində belə demişdir:
«İçində yaşadığımız dünyanı və bu dünyanın qanunlarını biz insanların yaşaması üçün ən uyğun şəkildə Allah yaratmışdır».

Kennet Kaminq
ABŞ Yaradılış Tədqiqatları İnstitutunun biokimya və paleontologiya sahələri üzrə dünya şöhrətli prof. Kennet Kaminq təkamül nəzəriyyəsinə qarşı olduğunu və Allahın varlığına inandığını belə ifadə etmişdir:
«Düşünürəm ki, bu mövzuda bir çox dəlillər nəzəriyyənin dəyərsizliyini sübut etmişdi. Təkamül adı altında ortaya qoyulan dəlillər çürüdülməli və təkamülçü düşüncənin aradan qaldırılması məqsədi daşımalıdır. Ətrafımızda gördüyümüz hər şey bütün variasiyaları ilə yaradılışın bir hissəsidir və hamısını çox üstün və mütləq ağıl sahibi olan Allah yaratmışdır».126

Karl Flirmans

Dövrümüzdə ABŞ-nın ən tanınmış elm adamlarından sayılan Flirmans İndiana Universitetində mikrobiologiya elmi üzrə professordur. “Kimyəvi tullantıların bakteriyalar yolu ilə neytrallaşdırılması” mövzusunda Amerika Müdafiə Nazirliyinin dəstəyi ilə araşdırmalar aparan prof. Flirmans İstanbulda iştirak etdiyi “Təkamül nəzəriyyəsinin süqutu: Yaradılış gerçəyi” adlı konfransda biokimyəvi sahədə təkamülçülərin iddialarını məhv etdiyi nitqində Allaha olan imanını belə ifadə etmişdir:
Müasir biologiya canlıların əsla təkamüllə ortaya çıxmadıqlarını sübut edir və Allahın üstün yaratmasına dəlalət edir.
Devid Menton
“30 ildən bəri canlıların anatomiyalarını tədqiq edirəm. Hər araşdırmada qarşılaşdığım həqiqət Allahın qüsursuz yaratması olmuşdur,”127- sözləri ilə

Allaha olan imanını dilə gətirən prof. Devid Menton Vaşinqton Universitetində anatomiya elmi üzrə professordur.
Con Morris

Məşhur geoloq prof. Con Morris ABŞ-da Yaradılışı müdafiə edən elm adamlarının daxil olduqları nüfuzlu YAİ-nin (Yaradılış Araşdırmaları İnstitutu) rəhbəridir. Morris Allaha olan imanını və təkamül nəzəriyyəsinin elm tərəfindən süquta uğradıldığını bir nitqində belə bildirmişdir:
«Bizlər professional və doktorluq dərəcəsinə sahib elm adamları olaraq dindarıq və Allaha inanırıq, Allahın Yaradan olduğuna ürəkdən inanırıq. Yaradıcı olan, həyatımız üzərində hakim olan və bizim boyun əyməli olduğumuz varlıq Allahdır. Həyatımızı Ona borcluyuq və Allahı razı salmağa mükəlləfik».128
Artur Pikok

Dövrümüzün tanınmış biokimyaçılarından və eyni zamanda Oksford Universitetində yerləşən Ramsey Centerin rəhbəri olan Artur Pikok Allaha olan inamını belə dilə gətirir:
«Allah yaradır və yaradılan dünyanın zamanının hər anında vardır, Allah keçmişi və gələcəyi və indiki zamanı aşır, Allah əzəli və əbədidir, çünki Onun var olmadığı heç bir zaman yoxdur və gələcəkdə Onun var olmayacağı heç bir zaman da olmayacaqdır».129
Albert Makoms Vinçester

Texas Universitetində doktoranturanı bitirərək Beylor Universitetində biologiya elmi üzrə professor olan və bir müddət Florida Elmlər Akademiyasının rəhbəri olan prof. Vinçester elmi fəaliyyətlərin onu Alalha imanını qüvvətləndirdiyini bu sözləri ilə bildirmişdir:
«Mən fərqli elm sahələrində fəaliyyət göstərmiş və uzun illərini bu yola həsr etmiş biri olaraq elm dünyasında Allaha imanımı sarsıdacaq heç bir şeylə qarşılaşmadığımı bütün səmimiyyətimlə ifadə edirəm. Elmi çalışmalarım mənim Allaha imanımı daha da qüvvətləndirir və əvvəlkindən daha sağlam və möhkəm hala gətirir».130
Mehdi Gulşani

Tehrandakı Şərif Universitetində fizika elmi üzrə professor Mehdi Gulşani “Newsweek” jurnalında dərc edilən bir müsahibəsində Allaha olan imanını və elmi araşdırmaların din ilə vəhdət təşkil etdiyini bu sözləri ilə ifadə etmişdir:
«Təbii hadisələr Allahın kainatdakı izləridir və bunlar üzərində çalışmaq hardasa dini vəzifədir. Quran insanlara ”yer üzündə gəzib dolaşın, beləliklə yaratmağa necə başladığıma bir baxın,”- ayəsini bildirmişdir. Araşdırma ”İbadət işidir, beləliklə, Allahın yaratmasındakı mükəmməlliklər daha çox aşkar olur.”131
Edvin Fast
Oklahoma Universitetində doktorluq işini müdafiə etmiş və eyni universitetin fizika fakültəsi müxbir üzvi vəzifəsində çalışmış prof. Fast maddənin təməl daşı olan atomların öz-özünə birləşərək bütün kainatı və canlıları əmələ gətirməsinin əsla mümkün olmadığının tərəfdarıdır və bu sözləri ilə Allahın varlığına inandığını dilə gətirir:
«İnsan ən sonda kainatdakı nizamı göstərən ”təbiət qanunları”nın kainatın gördüyümüz kimi fəaliyyət göstərməsini istəyən Üstün bir Ağlın dəlili olduğu nəticəsinə gəlir. Zərrəcikləri ağıllı şəkildə yaradan səbəb onların hansı xüsusiyyətlərə sahib olacağını da müəyyən etmişdir».132
Çarlz H. Taunz

Lazeri kəşf edən Taunz Berkli Universitetində tədqiqatlarını davam etdirir. Taunz Allaha imanını bu sözləri ilə ifadə etmişdir:
«Dindar bir insan olaraq bir Yaradıcının varlığını və təsirini güclü şəkildə hiss edirəm».133
Con Polkinqhorn

Kembric Universitetində, xüsusilə atom fizikası sahəsində mütəxəssis kimi tanınan fizik Con Polkinqhorn “Newsweek” jurnalına verdiyi müsahibəsində Allaha inamla bağlı bu sözləri demişdir:
«Təbiət qanunlarını gördüyümüz kainatı yaratmaq üçün nə qədər fövqəladə şəkildə nizamlandığının fərqinə vardıqda, kainatın eləbelə əmələ gəlmədiyini, ardında bir məqsədin olduğu fikrini görürsünüz... Mənim üçün Allaha imandakı ən əsas amil kainatın ardında bir düşüncə və məqsədin olmasıdır...»134
Hyu Ross

Toronto Universitetində fizika elmi üzrə professor, məşhur amerikalı astrofizik Hyu Ross “İnanmaq üçün səbəblər” adlı Yaradılışçı qurumun rəhbəridir. Kosmologiya və yaradılış arasındakı əlaqədən bəhs edən bir çox tanınmış kitabları vardır. Bunlara misal olaraq, “Yaradan və Kosmos”, “Yaradılış və zaman”, “Kosmosun fövqündə” kitablarını göstərmək olar. Rossun kainatın bir Yaradan tərəfindən yaradıldığını müdafiə edən ifadələrindən bir neçəsini misal olaraq veririk:
«Əgər zaman və maddə partlayışla birlikdə ortaya çıxıbsa, onda kainatı meydana gətirən səbəb kainatdakı zaman və məkandan tamamilə müstəqil olmalıdır. Bu, bizə Yaradanın kainatdakı bütün ölçülərin üzərində olduğunu göstərir».135 «Ağıllı və üstün bir Yaradan kainatı yoxdan var etmişdir. Ağıllı və üstün bir Yaradan kainatı dizayn etmişdir. Ağıllı və üstün bir Yaradan Yer planetini dizayn etmişdir və yenə ağıllı və üstün bir Yaradan həyatı nizama salmışdır».136
Dueyn Giş
Kaliforniya Universitetində biokimya elmi üzrə professor olan Dueyn Giş imanlı olması və təkamül nəzəriyyəsinə qarşı mübarizəsi ilə tanınan alimdir. Giş təkamül nəzəriyyəsinin əsassızlığına həsr olunan beynəlxalq konfranslarda iştirakı və öndə gedən təkamülçülər ilə etdiyi müzakirələri ilə elm dünyasında adının tez-tez çəkilməsinə səbəb olmuşdur. Giş 1998-ci ildə Türkiyədə təşkil edilən “Təkamül nəzəriyyəsinin süqutu: Yaradılış gerçəyi” adlı konfranslarda spiker kimi 3 dəfə iştirak etmişdir. Gişin təkamül nəzəriyyəsinin süquta uğrayan nəzəriyyə olduğunu və yaradılışa olan qəti inamını ifadə edən çıxışlarından biri belədir:
«Təkamül nəzəriyyəsi artıq can vermə həddinə çatmışdır. Yaradılış fikri isə sağlam dəlillərlə izah edilir. Minlərlə alim yaradılış fikrini daha inandırıcı hesab edir. Bu say gün keçdikcə daha da artır».137





Pier Gunnar Cerlstrom

Qriffit Universitetində molekulyar biologiya elmi üzrə professor Cerlstrom öz sahəsində bir çox tədqiqatlar aparmış və öz tədqiqatları ilə elmi mükafata layiq görülmüşdür. Müxtəlif elmi jurnallarda məqalələri dərc edilən Cerlstrom yaradılışa inanan bir elm adamıdır.138
Stefen Qrokott

Qərbi Avstraliya Universitetində organometalik kimya elmi üzrə mütəxəssis olan Qrokott analitik və sənaye kimyası sahələrində illərlə çox geniş miqyaslı araşdırmalar aparmışdır. Bu sahədə bir çox məqalələr yazan Qrokott əvvəllər təkamülçü alim olduğu halda yaradılışın dəqiq dəlilləri qarşısında təkamül nəzəriyyəsindən əl çəkəcək, Yaradılışa inanmağa başlamışdır. Qrokott yaradılışın dəlilləri ilə bağlı bir çox tədbirlərdə spiker kimi iştirak etmişdir.139
Dmitri Kuznetsov
Bir çox alimlərin gördüyü elmi həqiqətlər qarşısında Allaha və dinə inanmağa başladıqlarını deyən rus alimi Kuznetsov təkamülçülərlə apardığı elmi müzakirələr ilə də tanınır.140
Emil Silvestru

Rumıniyadakı Babes-Bolyai Universitetində köməkçi professor olan Silvestru mağaraların geologiyası sahəsində dünya səviyyəsində tanınan alimdir. Beynəlxalq akademik jurnallarda elmi yazıları dərc edilən və dünyanın ilk mağaraşünaslıq institutunun başında duran Silvestru yaradılışın tərəfdarı olan elm adamlarındandır.141
Andre Eggen
Heyvan genetikası sahəsində geniş miqyaslı araşdırmaları ilə tanınan genetik Andre Eggen hal-hazırda Fransa hökuməti üçün elmi araşdırmalarını davam etdirir. Eggen yaradılış həqiqətinə inanan alimdir.142
İan Makredi

Makredi molekulyar biologiya və mikrobiologiya sahələrində çox əhəmiyyətli araşdırmalar aparmış məşhur alimdir. 60-dan çox araşdırması ilə Makredi Avstraliya Elmi və Sənaye Araşdırmalar Təşkilatında Biomolekulyar Araşdırma İnstitutunun baş təd qi - qatçısıdır. Yaradılışa inanan bu dəyərli alim eyni zamanda Avstraliya Mikrobiologiya Dərnəyinin mükafatına layiq görülmüşdür.143
Endru Konvey Ayvi

Dünyanın məşhur fiziologiya alimlərindən sayılan Endru Ayvi 1925-1946-cı illər arasında Nort Vestern Universitetinin Tibb fakültəsində fiziologiya və farmakologiya bölmələrinə rəhbərlik etmişdir. 1946-1953-cü illər arasında da Çikaqodakı İlinoys Universitetində tibb fakültəsində professor və dekan köməkçisi vəzifəsində çalışan prof. Ayvi daha sonra eyni universitetdə fiziologiya professoru və Klinika Bölmə Rəhbəri vəzifəsinə keçmişdir. “Kainatı yaradan bir Yaradan varmı?,”-sualını “Bəli, mən Onun varlığına inanıram,”- sözləri ilə cavablandıran Ayvi Allaha imanını bu sözləri ilə açıqlamışdır:
«Mən Allahın varlığına öz varlığım kimi və əlimlə toxunduğum əşyanın varlığı kimi inanıram. Şübhəsiz ki, Allahın varlığına inanmağım varlıqlar aləminə bir məna qazandıran ən üstün və yeganə düşüncə yoludur. Allaha iman insan deyilən varlığa maddə və enerji yığını olmaqdan daha böyük məna verir. Allahın varlığına iman sevgi barədə ən uca və insani düşüncələrin mənbəyidir».144
Reymond Counz

Avstraliya Dövlət Elmi Araşdırma Təşkilatında (ADEAT) illərlə xidmət etmiş tədqiqatçı alim Counz kənd təsərrüfatında «Leucaena» adlandırılan problemi həll edərək, Avstraliya əkinçilik sənayesinə milyonlarla dollar qazandırması ilə tanınır. Counz yaradılışa inanan alimdir.145
Cules H. Poyrier
Elektronika sahəsində dizayn mütəxəssisi olan Poyrier Amerika dövləti üçün böyük gücə malik müdafiə və kosmik layihələr dizaynı sahəsində çalışır. Kaliforniya Universitetində elektronika mühəndisliyi, fizika və riyaziyyat sahələrində çalışan Poyrierin dizaynları Amerikanın bir çox kosmos və müdafiə proqramlarında istifadə edilmişdir. Poyrier canlılarda gördüyü üstün ağıl nümunələri qarşısında bunların bir Yaradan tərəfindən yaradıldıqları qənaətinə gəlmişdir. Poyrier bu mövzuda monark kəpənəklərindəki inanılmaz dizayn nümunələri əsasında “Qaranlıqdan İşığa, Uçuşa: Monark – Möcuzə kəpənək” adlı kitabını yazmışdır.146
Maykl C. Behe
Kainatın və bütün canlıların ağıllı bir nizamın məhsulu olduqlarının tərəfdarı olan ən məşhur elm adamlarından biri də Maykl C.Behedir. Behe Pensilvaniyada Lihay Universitetində biokimya elmi üzrə professordur. ”The New York Times” və ”Boston Review” kimi məşhur qəzetlərdə bir çox məqalələri dərc edilən Behe “Darvinin qara qutusu” adlı kitabın müəllifidir.
Təkamül nəzəriyyəsinin bioloji baxımdan qəbul edilməsinin mümkünsüz nəzəriyyə olduğunu sübut edən bu kitab beynəlxalq səviyyədə 80 dəfədən çox nəşr edilmişdir.

Behe “reduksiya edilməz komplekslik” (irreducible complexity) adlandırdığı bir anlayışla təkamül nəzəriyyəsinin mümkünsüzlüyünü sübut edir. Bu fikrə görə, canlı bədənlərində mövcud olan bir çox orqanlar bir çox müxtəlif hissələrin birlikdə və bir-birinə uyğun şəkildə işləməsi ilə fəaliyyət göstərir. Əgər bir hissə fəaliyyət qabiliyyətini itirərsə, bu, bütün orqanizmə təsir edərək canlı funksiyaların itirilməsinə səbəb ola bilər. Buna görə də təsadüfi və ya mərhələli yaradılış ola bilməz.

Maykl Behe “Darvinin qara qutusu” adlı kitabında belə deyir:
«Bunlar təbiətin qanunları tərəfindən təsadüflər nəticəsində və ya bir ehtiyaca görə nizamlanmamışdır: əslində, bunlar əvvəlcədən planlaşdırılmışdır. Nizamlayan isə sistemlərin ən son vəziyyətinin necə olacağını ən yaxşı bilir: buna görə, də sistemlərin əmələ gələcəyi hər addım da planlaşdırılmışdır.
Yer üzündəki həyat da ən bəsit nümunəsindən ən vacib hissələrinə qədər bu ağıllı dizaynın nəticəsidir. Ağıllı dizaynın nəticəsi, əslində, özündə bütün gerçəkliyini öz içində ehtiva edir. Biokimyəvi sistemlərin ağıllı bir dizaynerin əsəri olduğunu anlamaq üçün yeni bir prinsipə əsaslanan məntiq və ya elm lazım deyil. Son qırx il ərzində biokimya sahəsində aparılan zalışmalar onsuz da bu həqiqəti görməyə kifayət edir və ortaya qoyulanlar da gündəlik həyatımızda rastlaşdığımız ünsürlərdir.147
Filip Conson
Kaliforniya Universitetində (Berkli) hüquq elmləri üzrə professor olan Conson təkamül nəzəriyyəsinin ideoloji tərəflərini hədəf alan bir çox araşdırmalar aparmışdır. Conson bu mövzuda “Darvin məhkəmədə”, “Müvazinətdəki səbəb”, “Müdafiə edilən etiraz” adlı üç kitabın və bundan başqa cinayət hüququna aid 3 kitab və bir çox məqalələrin müəllifidir.

Təkamül nəzəriyyəsinə qarşı apardığı davamlı mübarizəsi ilə tanınan Conson eyni zamanda Allaha imanı olan elm adamıdır. Consonun Allaha imanını ifadə etdiyi cümlələrindən bəziləri belədir:
«... Materialist təkamülə meydan oxumağı davam etdirmək istəyirəm. Gəlin, Yaradanın ətrafında birləşək».148

Çarlz Börç

Avstraliya Sidney Universitetinin professorlarından olan Börç yaradılışa olan inancı ilə tanınan alimdir. 1990-cı ildə dinə müxtəlif tövhələr vermiş alimlərə verilən “Dində İrəliləyiş üçün Templton mükafatını” almışdır. Börç Allaha imanını bu sözləri ilə ifadə etmişdir:
«...Bütün dəyərlərin mənbəyi olan Allah insana əllərindən və nəfəs almaqdan da yaxındır. Allahın varlığı gerçəkdir».149
S. Coselin Bell Börnel
İngiltərə Açıq Universitetində fizika elmi üzrə professor və fizika fakültəsinin rəhbəri olan Börnel eyni zamanda pulsarları kəşf edən astronomlardan biridir. Allaha inanan Börnel imanını belə ifadə etmişdir:
«... Güclü, hər şeydən xəbərdar olan, eyni zamanda da qoruyan və bağışlayan Allaha inanıram... Tək bir Allahın var olduğundan əminəm...»151

Ouen Cinceriç

Harvard Smitsonian Astrofizika Mərkəzində astronomiya və elm tarixi professoru olan Cinceriç Allaha inanan bir alimdir. Cinceriç dini duyğularını bu sözləri ilə ifadə etmişdir:
«... Kainatın yaradılışını planlayan və idarə edən Üstün bir Ağıl Sahibi olan Allaha inanıram... Bəşəriyyətin yaradılışının kainatın əsas prinsipi olduğuna və bəşəriyyətin xüsusilə şüur, vicdan və əxlaqi cəhətdən doğru ilə səhvi ayırmaq azadlığı ilə Allahın təcəllisi olaraq yaradıldığına inanıram».152
Karl Fridrix von Veyzaker

Almaniyada Maks-Plank-Geselşaft Universitetində fizika və fəlsəfə elmləri üzrə professor Veyzaker Allaha imanını bu sözləri ilə ifadə etmişdir:
«... İsveçrənin Cura dağlarında gözəl ulduzlu bir gecədə iki şeydən əmin oldum: Allah burada idi və fizikanın bu gün bizə öyrətdiyi kimi ulduzların hər biri də bir qaz kütləsi idi».153
Devid Berlinski

Prinston Universitetində riyaziyyat elmi üzrə professor olan Berlinski canlıların təkamül keçirmədikləri, əksinə, ağıllı bir dizaynın məhsulu olduqları fikrini müdafiə etmişdir. Berlinski bu dizaynın sahibinin Allah olduğunu bir çox çıxışlarında ifadə etmişdir. Berlinskinin bu düşüncələrini dilə gətirən sözlərinə aşağıdakı nümunələri verə bilərik:
«... Həyatın quruluşu mürəkkəbdir və mürəkkəb quruluşları diqqətli dizaynla düzəldilir. Təkcə bir üsküyü düzəltmək üçün də ağıla ehtiyac vardır: Onda həyatda meydana gəlmiş şeylər nə üçün fərqli şəkildə əmələ gəlsin?»154 «Molekulyar biologiya yaşayan bütün canlıların Allah tərəfindən yaradıldığını göstərir».155
Uilyam Leyn Kreq

Birminqem Universitetində fəlsəfə və Münixdəki Lüdviq Maksimiliens Universitetində ilahiyyat elmləri üzrə professor olan Kreq kainatın Allah tərəfindən müəyyən bir məqsəd naminə yoxdan yaradıldığına inanır. Bununla bağlı Kreq demişdir:
«Kainatın varlığının bir səbəbi vardır. Kainatın səbəbinin tək bir Yaradan olduğuna inanıram. Yoxsa keçici təsir sonsuz təsirdən necə əmələ gələ bilər?...Həm fəlsəfi, həm də elmi sahədə kainatın başlanğıcının olduğu məlumdur. Var olan bir şey varlığının səbəblərinə malikdir. Bu səbəb səbəbsiz, sonsuz, dəyişməyən, zamansız və maddəsizdir və müstəqil bir iradəsi vardır. Nəticə olaraq, Allahın varlığına inanmağın məntiqli olduğuna inanıram».156 «Həqiqətdə ”heçlikdən sadəcə heçlik çıxır” qaydasına uyğun olaraq «Big Bang»-in fövqəltəbii səbəbi olmalıdır. Partlayışdan əvvəlki təklik hər cür zaman-məkan anlayışlarının sona çatdığı hüdud olduğuna görə «Big Bang»-in fiziki səbəbinin olması mümkün deyil. Əksinə, «Big Bang»-in səbəbi fiziki kosmos və zaman hüdudlarını tamamilə keçmiş, kainatdan tamamilə müstəqil və ağlın dərk etməyəcəyi dərəcədə qüdrətli olmalıdır. Habelə, bu səbəb öz müstəqil iradəsinə malik olan şüurlu bir varlıq olmalıdır... Dolayısı ilə, kainatın mənşəyinin səbəbi kainatı sırf öz iradəsi ilə müəyyən bir zaman əvvəl var edən Yaradandır».157
Kört Vayz

Brayən Universitetində Riyaziyyat və Təbii elm fakültəsində köməkçi professor olan, paleontoloq Kört Vayz təkamül nəzəriyyəsinə qarşı çıxması və Allaha güclü imanı ilə tanınır. Vayz Allaha olan imanını bu sözləri ilə dilə gətirmişdir:
”Yaradılış bir nəzəriyyə deyil. Allahın kainatı yaratması nəzəriyyə deyil, həqiqətin özüdür...”158
Siqrid Harviq-Şerer

Sürix Universitetində antropologiya elmi üzrə professor olan Şerer “Ramapitekus- İnsanın əcdadı” adlı kitabın müəllifidir. Fəaliyyətlərində daşlaşmış qalıqların təkamül nəzəriyyəsini iflasa uğratdığını, meymunların insanların əcdadı olmadığını sübuta yetirən Şerer canlıların bir Yaradanın əsəri olduğu qənaətindədir.159
C.P. Morlənd

Cənubi Kaliforniya Universitetində fəlsəfə elmləri üzrə professor olan Morlənd “Xristianlıq və elmin təbiəti”, “Yaradılış hipotezi” adlı kitabların müəllifi, imanlı alimdir.160
Pol A. Nelson

Çikaqo Universitetində biologiya fəlsəfəsi elmləri üzrə professor olan Nelson canlıların ağıllı bir dizaynın məhsulu olduğu fikrini dəstəkləyən alimlərdəndir.161
Conatan Uelz
Yeyl Universitetində Din İşləri professoru və Berkli Universitetində molekulyar və hüceyrə biologiyası elmi üzrə professor olan Uelz “Çarlz Hocun darvinizmi tənqidi” adlı kitabın müəllifidir.
Uelz elmdəki son irəliləyişlərin canlıların bir dizaynın məhsulu olduqlarını göstərdiyini söyləyir.162

Don Batten

Bitki fiziologiyası ilə bağlı bir çox tədqiqatlar aparan və bu tədqiqatları ilə bir çox akademik mükafata layiq görülən Batten Allahın varlığına inanan dindar bir alimdir. Öz sahəsində apardığı elmi fəaliyyət ilə bərabər yer üzündə yaradılış dəlillərindən bəhs etdiyi bir çox kitabları və məqalələri dərc olunmuşdur. Bundan başqa, dünyanı gəzərək “Yaradılış barəsində cavablar” adı altında konfranslar keçirərək, elm adamı olmayanların da anlayacağı dildə insanlara Allahın yaradılış dəlillərini izah edir. Avstraliyalı alim ilk səfərini 1995-ci ildə İngiltərəyə təşkil etmişdir.163
Con Baumqardner

Kaliforniya Universitetində geofizika və kosmos fizikası kimi elm sahələrində köməkçi professor olan Baumqardner təkamül nəzəriyyəsi üzərində qurulmuş təhsil almasına baxmayaraq, nəzəriyyənin çıxılmaz vəziyyətdə olduğu cəhətlər ilə bağlı apardığı araşdırmalar onun bu nəzəriyyəni inkar etməsinə və Yaradılışı qəbul etməsinə səbəb olmuşdur.164
Donald Çitik
Oreqon Dövlət Universitetində kimya elmləri professorudur və bu elmi fəaliyyətlərinə görə bir çox mükafatlara layiq görülmüşdür. Yaradılışa inanan Çitik “Yaradılış Dəlilləri”, “Yaradılış və Bəsit Dünya” kimi bir çox mövzulara həsr olunan yaradılılış seminarlarında spiker kimi iştirak etmişdir.165
Verner Gitt

Alman Federal Fizika və Texnologiya İnstitutunda professor və direktor olan Gitt informatika, riyaziyyat və nəzarət mühəndisliyi kimi bir çox elmi məqalələr yazmışdır. Eyni zamanda Yaradılışa inanan Gittin təkamül nəzəriyyəsini mühakimə etdiyi bir çox kitabları vardır: “Allah təkamüldən istifadə etdimi?” “Başlanğıcda məlumat vardı”, “Ulduzlar və məqsədləri: Kosmosdakı göstəricilər” və “Əgər heyvanlar danışa bilsəydi” kimi kitabları misal göstərmək olar.166
Qeri E. Parker

Bol Dövlət Universitetində biologiya, fiziologiya və geologiya kimi elm sahələrində professor olan Parker karyerasına başladıqda bir təkamülçü idi. Yaradılışın güclü elmi dəlilləri qarşısında təkamül nəzəriyyəsindən əl çəkən Parker Yaradanın varlığını qəbul etmişdir. Biologiya və Yaradılış elmi barədə dərc edilmiş bir çox kitabları olan Parker hal-hazırda yaradılış elmi ilə bağlı seminarlarda spiker kimi iştirak edir.167
Marqaret Helder
Alberta Yaradılış Elmləri Dərnəyinin rəhbəri olan, alim, botanik Helder yaradılışa inanan qadın alimlər arasında bəlkə də ən fəalıdır. Ətrafımızda gördüyümüz yaradılış dəlillərindən bəhs edən bir çox məqalələr yazmışdır.168
Conatan D. Sarfati

Velinqton Viktoriya Universitetində kimya elmləri professoru olan Sarfati apardığı bir çox tədqiqatlarına görə akademik mükafatlara layiq görülmüşdür. Safrati də təkamül nəzəriyyəsini müdafiə etməkdən əl çəkərək, Yaradılışa inanmağa başlayan elm adamlarındandır.169
Robert Metyuz

Oksford Universitetinin fizika elmləri üzrə professorlardan olan Robert Metyuz 1992-ci ildə yazdığı kitabında Allahın yaratma möcüzəsini belə ifadə etmişdi:
«Bütün bu işlər mükəmməl bir ahənglə əvvəl tək bir hüceyrədən canlı bir körpəyə, daha sonra kiçik bir uşağa və nəhayət yetkin bir insana qədər davam edir. Bütün bu hadisələr biologiyanın bütün mərhələlərində ancaq bir möcüzə ilə açıqlana bilər. Necə olur ki, bu cür mükəmməl və kompleks bir orqanizm bu qədər bəsit və kiçik bir hüceyrədən əmələ gəlsin? Kiçik bir ”i” hərfinin üstündəki nöqtədən də kiçik bir hüceyrədən möhtəşəm bir İNSAN necə yaradılır? Bu, möcüzədən başqa bir şey deyil».170
Klod Tresmontant

Paris Universitetində fəaliyyət göstərən Klod Tresmontant “Realities”(“Həqiqətlər”) adlı jurnalda dərc etdirdiyi açıqlamasında yaradılışa olan inamını və Dünyanın təsadüflər nəticəsində yaranmasının mümkün olmadığını belə bildirmişdir:
«Dünyamızın yaradılışını heç bir şans nəzəriyyəsi açıqlaya bilməz. Şansla canlı varlıqların yaradıldığını iddia etməyin heç bir mənası yoxdur».171
Don Peyc

Don Peyc 1976-cı ildə Kaliforniya Texniki İnstitutunda fizika və astronomiya mövzusunda doktorluq işini müdafiə etmiş, məşhur alimlərlə birlikdə işləmişdir. Peyc kainatı anlamağın Allahın ağlını və gücünü anlamağa kömək edəcəyinə, ancaq Allahın ağlının və gücünün dərk edilməsinin kainat ilə məhdudlaşmayacağına inanırdı.172
Endru Snelinq

Geologiya elmi üzrə professor olan Snelinq CSİRO, ANSTO kimi tanınmış tədqiqat qrupları və amerikalı, ingilis, yapon, isveçrəli bir çox elm adamları ilə birlikdə araşdırma layihələrində iştirak etmişdir. Bu araşdırmaların nəticələrini açıqlayan elmi məqalələri bir çox beynəlxalq elmi jurnallarda dərc edilmişdir.
Yaradılış elminə olan xidmətlərinə görə bir neçə dəfə mükafatlandırılan Snelinqin canlılardakı yaradılış nümunələrindən bəhs edən bir çox məqalələri vardır.173
Karl Viland

Viland yaradılışın elmi dəlillərini araşdıran spikerdir. Yaradılışın dəlillərindən bəhs edən bir çox məqalələri müxtəlif beynəlxalq jurnallarda dərc edilmişdir.174