Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran elmə yol göstərir: İman gətirmiş elm adamları

Mündəricat
  1. Giriş
  2. Ağıllı dizayn, yəni yaradılış
  3. Din elmə təkan verir
  4. Din elmin düzgün istiqamətləndirilməsini təmin edir
  5. Din ilə elm daim bir-birinə uyğunluq təşkil edir
  6. Quranın elmi möcüzələri
  7. İman gətirmiş elm adamları
  8. Keçmişdə yaşamış iman gətirən elm adamları
  9. Keçmişdə yaşamış digər imanlı elm adamları
  10. Dövrümüzün imanlı elm adamları
  11. Müsəlman elm adamları
  12. Dövrümüzün digər imanlı elm adamları
  13. Nəticə
  14. Qeydlər

Materialist və ateist kütlələr nə qədər çalışsalar da, açıq bir həqiqət vardır: elmin araşdırdığı bütün varlıqları və sistemləri yaradan Allahdır. Belə ki, səmimi və ağıllı şəkildə tətbiq edildikdə din və elmin daima bir uyğunluq izində olacağı açıq həqiqətdir. Bu aşkar uyğunluğun bir göstəricisi də keçmişdə və dövrümüzdə yaşayan, kəşfləri ilə bəşəriyyətə mühüm xidmətlər verən “iman gətirmiş elm adamları”dır.

Elmlə məşğul olan, yeni kəşflər edən, kainatın sirlərini açmağa çalışan bir elm adamı, əslində, Allahın yaratdığı sənəti dərindən tədqiq edən, ondakı detalları anlamağa və mənanı tutmağa çalışan şəxsdir. Elə bu səbəbdən dinlə elm ayrılmaz bütövlük təşkil edir və elm adamı da Allahın sonsuz gücünü, sənətini, yaratmasındakı bənzərsizliyi ortaya qoyan şəxsdir. Buna görə də elm adamları Allahın yaratdığı sənətlə ən çox maraqlanan fərdlər kimi, Allahın mövcudluğunu, təkliyini ən tez dərk edə bilən şəxslər arasındadırlar.

Belə ki, əsrlərdir dinin onlara verdiyi sərbəst ağıldan, hüdudsuz düşünmə bacarığından istifadə edərək elmə böyük töhfələr vermiş bir çox elm adamları vardır. Bu şəxslər həm elmin dinlə tam bir uyğunluq təşkil etdiyini göstərmiş, həm də elmə və bəşəriyyətə əhəmiyyətli töhfələr vermişlər. Nyuton, Kepler, Leonardo da Vinçi, Eynşteyn kimi elm tarixinə istiqamət verən məşhur elm adamları apardıqları müşahidələr və araşdırmalar nəticəsində kainatı Allahın yaratdığını, nizamladığını və hər şeyin Allahın hakimiyyətində olduğunu dəstəkləmişlər. Habelə, elmin əsas prinsipləri imanlı şəxslər tərəfindən ortaya atılmış və müasir elmin yaranmasında dinin vacib rolu olmuşdur.

Bütün dövrlərin ən böyük alimi olaraq tanınan İsaak Nyutonun kainata baxışı aşağıdakı sözlərində çox açıq şəkildə ifadə edilir:

”Günəş sisteminin, planetlərin və quyruqlu ulduzların əsrarəngiz sistemləri yalnız ağıllı və güclü bir varlığın qüdrətilə davam edə bilər. Bu varlıq yalnız dünyanın ruhunu deyil, hər şeyi idarə edir, O Allahdır”.52

Eləcə də, məşhur elm adamı Keplerin də elmi fəaliyyətini dini inancının yönəltdiyi məlumdur. Fizika və kosmik fon radiasiyası sahəsindəki fəaliyyətlərinə görə 1978-ci ildə Nobel fizika mükafatını alan Arno Penzias İohan Kepler haqqında belə demişdir:

”Bu, Kopernikə deyil, əslində Keplerin uğuruna qədər gedib çıxır. Çünki epidövrələr anlayışı və digərləri elm adamlarının fikir alış-verişi etdikləri günlərə gedib çıxır. Bütün bunlar həqiqi imanlı bir şəxs gələnədək davam etdi və o Kepler idi... O, qanunu qoyan Allaha səmimi şəkildə inanırdı. ... Daha bəsit və daha güclü bir şeyin olmasının vacibliyinə inanırdı. Bəlkə şanslı idi və ya bəlkə daha dərin bir şey var idi, ancaq Keplerin inamı kəşf etdiyi təbiət qanunları ilə mükafatlandırıldı. O gündən sonra çətin bir mübarizə oldu, ancaq əsrlər sonra bəsit təbiət qanunlarının fəaliyyət göstərdiyini görürük. Elə buna görə də elm adamları hələ də bu gözlənti içindədirlər və bu əslində Keplerdən qaynaqlanır, Kepler bu ümidi imanından əldə etmişdi”.53

Kitabın bu bölməsində keçmişdən günümüzə qədər müasir elmin əsasını qoyan və onu inkişaf etdirən imanlı elm adamlarından və bu şəxslərin elmə verdikləri töhfələrindən bəhs edəcəyik. Bu fəsildə adı çəkilən bütün elm adamları kainatın və canlılardakı sistemlərin Allah tərəfindən yaradıldığına inanaraq, elmlə məşğul olmuşlar. Frensis Bekonun bir ifadəsi imanlı elm adamlarının yaradılan bütün varlıqlara düzgün baxış bucağı ilə baxdıqlarının gözəl bir nümunəsidir. Bekon belə demişdir:

”Bunlar Allahın işidir, bunları edən varlığın hər şeyi edə biləcək gücdə olduğunu və ağlını göstərir, dünya Allahın yaratdığı bir varlıqdır...”54

Belə ki, Allah bir çox ayədə yaradılmışlar üzərində düşünə bilməyin, Allahdan lazım olduğu kimi qorxub çəkinməyin, Onun böyüklüyünü, ucalığını qavraya bilməyin bir yolunun “elm sahibi olmaq” olduğunu xəbər vermişdir. Bu barədəki ayələrdən bəziləri bunlardır:

«Allahdan başqa özlərinə dost qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər! Şübhəsiz ki, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini bilir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız bilənlər anlayarlar. Allah göyləri və yeri haqq olaraq yaratmışdır. Həqiqətən, bunda möminlər üçün bir ibrət vardır».

«Ənkəbut» surəsi, 41-44

“Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün nişanələr vardır”.

«Rum» surəsi, 22

“Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər”.

“Ali-İmran” surəsi, 18

“Lakin onların elmdə qüvvətli olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!”

“Nisa” surəsi, 162