Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurana Görə Dünya Düzdürmü, Yumrudurmu?

خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ يُكَوِّرُ ٱلَّيْلَ عَلَى ٱلنَّهَارِ وَيُكَوِّرُ ٱلنَّهَارَ عَلَى ٱلَّيْلِ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ كُلٌّ يَجْرِى لِأَجَلٍ مُّسَمًّى أَلَا هُوَ ٱلْعَزِيزُ ٱلْغَفَّٰرُ

Göyləri və yeri haqq olaraq yaratdı. Gecəni gündüzün üstünə sarıb-örtür, gündüzü də gecənin üstünə sarıb örtür… (Zümər surəsi, 5)

Quranın kainatı tanıdan ayələrində işlədilən ifadələr olduqca diqqətçəkəndir. Yuxarıdakı ayədə “sarıb örtər” olaraq tərcümə edilən ərəbcə söz “yukevviru”dur. Bu sözün türkcə qarşılığı, “yumru bir şeyin üzərinə bir cisim sarmaq”dır. (Məsələn ərəb lüğətlərində “başa çalma sarımaq” kimi yumru cisimləri ehtiva edən feillər üçün bu söz işlədilir.) Ayədə, gecənin və gündüzün bir-birlərinin üzərlərini sarıb-örtmələri (tekvir etmələri) barədə verilən bilgi, eyni zamanda Dünyanın forması barədə qəti bir bilgi ehtiva edir. Yalnız və yalnız Dünyanın yumru olması halında bu ayədə ifadə edilən feil baş verə bilər. Yəni 7. əsrdə nazil edilən Quranda Dünyanın yumru olduğuna işarə edilmişdir.

وَٱلْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَىٰهَآ

Bundan sonra yeri yumurta formasına saldı. (Naziat surəsi, 30)

Köhnə müfəssirlər dünyanın düz olduğunu zənn etdiyi üçün, ”yumurta formasına saldı” mənasına gələn ”DaHHA” sözünü ”düzəltdi, döşədi” olaraq yozmuşlar.

Şimali Afrikada ərəbcə danışan xalqın arasında yumurtaya ”dahhy”, kürtlüyə də ”medhhy” deyilir. Və sözlərin kökü ”DHHY” dir.

Unutmamaq lazımdır ki, o dövrdəki astronomiya anlayışında Dünya daha fərqli qavranılırdı. O dövrdə Dünyanın düz bir səth olduğu düşünülürdü və bütün elmi hesablamalar və izahlar da buna görə edilirdi. Lakin Quran Allahın sözü olduğu üçün, kainatı təsvir edərkən ola biləcək ən təsviredici sözlər işlədilmişdir. Quran ayələrində isə bizə hələ yaxın əsrdə öyrəndiyimiz bu bilgiləri 1400 il əvvəldən xəbər verilir.