Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran məlumatı: Dünya həyatı

Mündəricat
  1. Giriş
  2. Allah
  3. Quran-i Kərim
  4. Möminlər
  5. Münafiqlər
  6. İman etməyənlər
  7. Mövzularına görə ayələr
  8. Quranda intizam anlayışı
  9. Dünya həyatı
  10. Allahın əmr və tövsiyələri
  11. Quran və elm

Dünya boş bir məqsəd uğruna yaradılmamışdır

Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

Bəqərə surəsi, 112

Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.

Bəqərə surəsi, 114

Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir.

Bəqərə surəsi, 115

Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq.

Ənbiya surəsi, 16

Əgər Biz Özümüzə əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz yanımızda olanlardan hazırlayardıq. Lakin Biz bunu etmədik.

Ənbiya surəsi, 17

Dünya bir imtahan yeridir

İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.

İnsan surəsi, 2

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.

Mülk surəsi, 2

Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!

Ənbiya surəsi, 35

Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək.

Kəhf surəsi, 7

Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də:

“Allahın köməyi nə vaxt gələcək?” – dedilər. Həqiqətən, Allahın köməyi yaxındır.

Bəqərə surəsi, 214

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.

Bəqərə surəsi, 155

Biz aranızdakı mücahidləri və səbir edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də yoxlayacağıq.

Məhəmməd surəsi, 31

Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir.

Ali İmran surəsi, 186

İnsanlar elə güman edirlər ki, təkcə:

“İman gətirdik!” – demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?

Ənkəbut surəsi, 2

Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.

Ənkəbut surəsi, 3

Dünya həyatı bir aldanışdır

Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan şeytan da sizi yoldan çıxartmasın.

Fatir surəsi, 5

Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!

Kəhf surəsi, 28

Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu fani dünya sizi çaşdırmasın, hiyləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın.

Loğman surəsi, 33

Dünya həyatı qısa və keçicidir

Məgər onlar özlüyündə fikirləşmirlər ki, Allah göyləri, yeri və onların arasındakıları ancaq bir gerçəklik kimi və müəyyən müddətə qədər yaratmışdır? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir.

Rum surəsi, 8

Məgər sən, özlərinə:

“Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!” – deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!” – dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki lif qədər belə haqsızlıq edilməz”.

Nisa surəsi, 77

Onlara dünya həyatını misal çək. Bu dünya həyatı göydən göndərdiyimiz yağışa oxşar. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə küləyin sovurub apardığı quru çör-çöpə dönər. Allah hər şeyə qadirdir.

Kəhf surəsi, 45

Dünya həyatının məsəli göydən endirdiyimiz suyun məsəlinə bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri birbirinə qatışır. Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol məhsulu olmamışdı. Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik.

Yunis surəsi, 24

Dünya həyatı bir oyun, həvəsli bir əyləncədir

Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər!

Ənkəbut surəsi, 64

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.

Hədid surəsi, 20

Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır.

Ənam surəsi, 70

Həqiqətən, dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Əgər iman gətirib Allahdan qorxsanız, O sizə mükafatlarınızı verər və sizdən mal-dövlətinizi istəməz.

Məhəmməd surəsi, 36

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, malqaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır.

Ali İmran surəsi, 14

İnkar edənlər dünyanı axirətdən üstün tutarlar

Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir,

Qiyamət surəsi, 20

Axirətdən isə uzaqlaşırsınız.

Qiyamət surəsi, 21

Bu ona görədir ki, onlar dünya həyatını axirətdən üstün tuturlar. Həm də Allah kafirləri doğru yola yönəltmir.

Nəhl surəsi, 107

Allah istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür.

Rad surəsi, 26

Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların –

Yunis surəsi, 7

Əsl həqiqətdə, bunlar ötəri dünyanı üstün tutaraq qarşılarındakı ağır günü görməməzliyə vururlar.

İnsan surəsi, 27

İnkarçılar dünya nemətlərini öyünmə vasitəsi olaraq görərlər

Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,

Təkasur surəsi, 1

gömülməklə qəbirləri ziyarət etdiniz.

Təkasur surəsi, 2

İnkar edənlər mallarını və övladlarını Allaha ortaq qoşarlar

Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir.

Kəhf surəsi, 46

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”.

Tövbə surəsi, 24

Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır.

Ənfal surəsi, 28

İnkar edənlər zənginliklərinin özlərini axirətdə qurtaracağını düşünürlər

Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri ona sadəcə olaraq:

“Biz sizinlə göndərilənləri inkar edirik!” – dedilər.

Səba surəsi, 34

Onlar: “Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab verilməyəcəkdir” – dedilər.

Səba surəsi, 35

De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Lakin insanların çoxu bunu bilmir”.

Səba surəsi, 36

Sədd əhli əlamətlərindən tanıdıqları adamları səsləyib deyəcəklər:

“Sizə nə yığdıqlarınız, nə də təkəbbürlük göstərməyiniz fayda vermədi”.

Əraf surəsi, 48

Axirətdə zənginliklərinin özlərini qurtarmadığını görəcəklər

Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar.

Hud surəsi, 16

Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir:

“Kaş kitabım mənə verilməyəydi!

Haqqə surəsi, 25

Hesabımdan da xəbərim olmayaydı!

Haqqə surəsi, 26

Kaş ilk ölümüm həmişəlik olaydı!

Haqqə surəsi, 27

Var-dövlətim məni əzabdan qurtarmadı.

Haqqə surəsi, 28

Hökmranlığım da məhv olub getdi”.

Haqqə surəsi, 29

Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər.

Hud surəsi, 15

Allah qatında zənginliyin heç bir dəyəri yoxdur

Sizi bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar Cənnətdəki mənzillərində asudə yaşayacaqlar.

Səba surəsi, 37

Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir.

Kəhf surəsi, 46

Kafirlərdən bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır.

Taha surəsi, 131

Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə

Leyl surəsi, 8

və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə,

Leyl surəsi, 9

Biz onun üstünə ən çətin olanı yükləyəcəyik.

Leyl surəsi, 10

Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək.

Leyl surəsi, 11

Allaha qarşı nə malları, nə də övladları onlara heç bir fayda verə bilməyəcək. Onlar Cəhənnəm sakinləridir və orada əbədi qalacaqlar.

Mücadilə surəsi, 17

Möminlərin duaları

De: “Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin”.

Əhqaf surəsi, 4

Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki o bütlər onların yalvarışından xəbərsizdirlər.

Əhqaf surəsi, 5

Musa onların yerinə qoyunlara su verdi, sonra da kölgəyə çəkilib dedi:

“Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”

Qəsas surəsi, 24

Lut dedi: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmün əleyhinə mənə kömək et!”

Ənkəbut surəsi, 30

Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”.

Nuh surəsi, 28

Səhabələrdən sonra gələnlər deyirlər:

“Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!”

Həşr surəsi, 10

O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən.

Sad surəsi, 35

Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər:

“Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!”

Əhqaf surəsi, 15

Belələri, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və Cənnət əhli içərisinə daxil edəcəyimiz kimsələrdir. Bu onlara verilmiş doğru vəddir.

Əhqaf surəsi, 16

Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o:

“Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!” – demişdi.

Təhrim surəsi, 11

O dedi: “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan övlad bəxş et!”

Saffat surəsi, 100

Nuh dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!

Nuh surəsi, 26

Əgər Sən onları sağ qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir övladlar doğub-törədəcəklər.

Nuh surəsi, 27

Ey Rəbbim! Sən mənə hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur”.

Yusif surəsi, 101

Musa qorxu içində ətrafa baxa-baxa oradan çıxıb:

“Ey Rəbbim! Məni zalım adamların əlindən qurtar!” – dedi.

Qəsas surəsi, 21

Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün də bağışlanma diləyirlər:

“Ey Rəbbimiz! Sən mərhəmətin və elminlə hər şeyi əhatə edirsən. Tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından xilas et!

Mümin surəsi, 7

Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisalehləri də onlara vəd etdiyin Ədn bağlarına daxil et. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən.

Mümin surəsi, 8

Onları günahlarının cəzasını çəkməkdən azad et. O gün Sən kimi günahlarının cəzasını çəkməkdən azad etsən, ona rəhm etmiş olarsan. Məhz bu, böyük uğurdur”.

Mümin surəsi, 9

Bir zaman İmranın arvadı demişdi:

“Ey Rəbbim! Mən bətnimdəkini Sənə qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”.

Ali İmran surəsi, 35

Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar insanları Sənin yolundan sapdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sərtləşdir ki, ağrılı-acılı əzabı görməyincə iman gətirməsinlər”.

Yunis surəsi, 88

Bir zaman İbrahim dedi:

“Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – hər növ məhsullardan ruzi ver!” Allah dedi: “Mən kafir olanlara bir qədər zövq almağa izin verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”

Bəqərə surəsi, 126

Bu sənin Rəbbinin Öz qulu Zəkəriyyaya göstərdiyi mərhəmətinin yada salınmasıdır.

Məryəm surəsi, 2

Bir zaman Zəkəriyya Rəbbinə gizlicə dua edib

Məryəm surəsi, 3

demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.

Məryəm surəsi, 4

Mən özümdən sonra gələn qohumlarımdan dinə etinasız yanaşacaqlarından qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki,

Məryəm surəsi, 5

o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin razılığını qazanmış olsun!”

Məryəm surəsi, 6

Ona belə vəhy olundu:

“Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!”

Məryəm surəsi, 7

O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda necə mənim övladım ola bilər?”

Məryəm surəsi, 8

O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!”

Muminun surəsi, 26

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Fatihə surəsi, 1

Həmd olsun aləmlərin Rəbbi Allaha,

Fatihə surəsi, 2

Mərhəmətli və Rəhmliyə,

Fatihə surəsi, 3

Haqq-hesab gününün Hökmdarına!

Fatihə surəsi, 4

Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.

Fatihə surəsi, 5

Bizi doğru yola yönəlt –

Fatihə surəsi, 6

nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox!

Fatihə surəsi, 7

Sən yanında olanlarla birlikdə gəmiyə mindiyin zaman de:

“Bizi zalım adamlardan xilas edən Allaha həmd olsun!”

Muminun surəsi, 28

Həmçinin de:

“Ey Rəbbim! Məni mübarək bir yerə çıxart. Sən yer verənlərin ən yaxşısısan!”

Muminun surəsi, 29

Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və:

“Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!” – de.

İsra surəsi, 24

O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər:

“Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!

Bəqərə surəsi, 127

Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!

Bəqərə surəsi, 128

Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”

Bəqərə surəsi, 129

Onlardan: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” – deyənləri də vardır.

Bəqərə surəsi, 201

Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqqhesab çəkəndir.

Bəqərə surəsi, 202

Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər:

“Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”

Bəqərə surəsi, 250

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir.

“Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”

Bəqərə surəsi, 286

Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara növbənöv məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər.

İbrahim surəsi, 37

Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz.

İbrahim surəsi, 38

Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.

Ali İmran surəsi, 8

Ey Rəbbimiz! Həqiqətən, gerçəkləşəcəyinə şübhə edilməyən bir gündə insanları bir yerə Sən yığacaqsan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz!

Ali İmran surəsi, 9

Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!

İbrahim surəsi, 40

Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!”

İbrahim surəsi, 41

Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi:

“Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”.

Ali İmran surəsi, 38

Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və göndərdiyin elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!”

Ali İmran surəsi, 53

Onların dedikləri ancaq:

“Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” – olmuşdur.

Ali İmran surəsi, 147

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər:

“Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!

Ali İmran surəsi, 191

Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz.

Ali İmran surəsi, 192

Ey Rəbbimiz! Həqiqətən, biz:

“Rəbbinizə iman gətirin!” – deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla bir yerdə al!

Ali İmran surəsi, 193

Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!”

Ali İmran surəsi, 194

Allahın elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər:

“Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz!

Maidə surəsi, 83

Musa dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir.

Qəsas surəsi, 16

Musa dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa olmayacağam!”

Qəsas surəsi, 17

Musa dedi: “Ey Rəbbim! Məni və qardaşımı bağışla, bizi Öz mərhəmətinə qovuşdur. Sən rəhm edənlərin ən rəhmlisisən!”

Əraf surəsi, 151

Allah bizi sizin dininizdən xilas etdikdən sonra biz yenə də ona qayıtsaq, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməyincə bizim ona dönməyimiz olacaq bir şey deyildir. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında ədalətlə hökm ver. Axı Sən hökm verənlərin ən yaxşısısan.

Əraf surəsi, 89

Sən sadəcə, Rəbbimizin möcüzələri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür”.

Əraf surəsi, 126

Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq” – dedilər.

Əraf surəsi, 23

Musa Bizim təyin etdiyimiz vaxt üçün tayfasından yetmiş kişi seçdi. Onları zəlzələ yaxaladıqda o dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan əvvəl onları da, məni də məhv edərdin. Özümüzdən olan səfehlərin etdiklərinə görə bizi həlakmı edəcəksən? Bu, yalnız Sənin sınağındır. Sən onunla istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən. Sən bizim Himayəçimizsən! Bizi bağışla və bizə rəhm et! Axı Sən bağışlayanların ən yaxşısısan.

Əraf surəsi, 155

Bizim üçün bu dünyada da yaxşılıq yaz, axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq!” Allah dedi: “İstədiyimi əzabıma düçar edirəm. Mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu Allahdan qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam.

Əraf surəsi, 156

Onlar dedilər: “Biz ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım qövmün əlində sınağa çəkmə!

Yunis surəsi, 85

Və bizi Öz mərhəmətinlə kafir qövmün əlindən qurtar!”

Yunis surəsi, 86

O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!” – deyirlər;

Ali İmran surəsi, 16

Musa dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət!

Taha surəsi, 25

İşimi yüngülləşdir!

Taha surəsi, 26

Dilimdəki düyünü aç ki,

Taha surəsi, 27

sözümü anlasınlar!

Taha surəsi, 28

Mənə öz ailəmdən bir köməkçi ver –

Taha surəsi, 29

Qardaşım Harunu!

Taha surəsi, 30

Onun sayəsində mənim gücümü artır!

Taha surəsi, 31

Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki,

Taha surəsi, 32

Sənə çoxlu təriflər deyək

Taha surəsi, 33

və Səni çox zikr edək.

Taha surəsi, 34

Şübhəsiz ki, Sən bizi görürsən!”

Taha surəsi, 35

Süleyman qarışqanın bu sözünə gülümsədi və dedi:

“Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!”

Nəml surəsi, 19

Nuh dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.

Şuəra surəsi, 117

Mənimlə onların arasında qəti hökm ver, məni və mənimlə birlikdə olan möminləri əzabdan qurtar!”

Şuəra surəsi, 118

Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!

Şuəra surəsi, 83

Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə!

Şuəra surəsi, 84

Məni Nəim bağının varislərindən et!

Şuəra surəsi, 85

Atamı bağışla! Çünki o, azanlardandır.

Şuəra surəsi, 86

Onların dirildiləcəyi gün məni rüsvay etmə!

Şuəra surəsi, 87

Onlar deyərlər:

“Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”

Furqan surəsi, 74

De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!

Muminun surəsi, 97

Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”

Muminun surəsi, 98

O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!”

Muminun surəsi, 39

Bir zaman gənclər mağaraya sığınıb:

“Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!” – demişdilər.

Kəhf surəsi, 10

De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”

Muminun surəsi, 118

De: “Ey Rəbbim! Əgər onlara vəd olunanı mənə göstərəcəksənsə;

Muminun surəsi, 93

məni zalım adamların içində qoyma, ey Rəbbim!”

Muminun surəsi, 94

Zəkəriyyanı da yada sal! Bir zaman o yalvarıb demişdi:

“Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!”

Ənbiya surəsi, 89

Zün-Nunu da yada sal! Bir zaman o qəzəbli qövmündən ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi:

“Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!”

Ənbiya surəsi, 87

Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik!

Ənbiya surəsi, 88

De: “Ey Rəbbim! Məni daxil olacağım yerə yaxşılıqla daxil et; məni çıxacağım yerdən də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver”.

İsra surəsi, 80

Möminlərin Allahdan istəkləri

Doğru yola çatdırılmaq, qəzəbə uğradılmışların yolundan qorunmaq.

Fatihə surəsi, 5-6

Yaşadığı yerin təhlükəsiz qılınması.

Bəqərə surəsi, 126

Möminlərin gözəl məhsullarla ruziləndirilməsi.

Bəqərə surəsi, 126

Edilən işlərin və ibadətlərin saleh əməl olaraq qəbul edilməsi.

Bəqərə surəsi, 127; Ali İmran surəsi, 35

Allaha tam təslim ola bilmək.

Bəqərə surəsi, 128

Nəslinin Allaha bağlı olması.

Bəqərə surəsi, 128; İbrahim surəsi 40; Furqan surəsi, 74; Əhqaf surəsi, 15

İbadət və saleh əməllərin ilham edilməsi.

Bəqərə surəsi, 128

Tövbələrinin qəbul edilməsi.

Əraf surəsi, 156

Dünyada da axirətdə də yaxşılıq.

Bəqərə surəsi, 201

-Atəşin əzabından qorunmaq.

Bəqərə surəsi, 201; Ali İmran surəsi, 16, 191

-Çətinliklərə qarşı səbir etmək və qorxmamaq.

Bəqərə surəsi, 250; Ali İmran surəsi, 147; Əraf surəsi, 126

Yanılma və unutqanlıqlardan ötəri məsul tutulmamaq.

Bəqərə surəsi, 286

Əvvəlki möminlərə yüklənən çətin yüklərin yüklədiməməsi.

Bəqərə surəsi, 286

Daşıya bilməyəcəyi imtahanla sınanılmama.

Bəqərə surəsi, 286

-Bağışlanılma, əsirgənilmə. (Bəqərə surəsi, 286; Ali mran surəsi, 16, 193; Əraf surəsi, 23, 151, 155; İbrahim surəsi, 41; Muminun surəsi, 118; Qəsəs surəsi, 16; Sad surəsi, 35; Mumtəhinə surəsi, 5)

İnkarçılara qarşı kömək.

Bəqərə surəsi, 286

Qəlblərin sürüşməməsi.

Ali İmran surəsi, 8

-Allahdan rəhmət.

Ali İmran surəsi, 8; Kəhf surəsi; 10

-Saleh möminlərdən olmaq.

Ali İmran surəsi, 53; Maidə surəsi, 83; Şuəra surəsi, 83

Edilən ifratların bağışlanması.

Ali İmran surəsi, 147

-Mömin olaraq ölmək.

Ali İmran surəsi, 193; Əraf surəsi, 126; Yusif surəsi, 101

Qiyamət günü xor və alçaq qılınmamaq, hörmətdən salınmamaq.

Ali İmran surəsi, 194; Şuəra surəsi, 87

Elçilərə vəd edilənlər.

Ali İmran surəsi, 194

Edilən səhvlərin örtülməsi.

Ali İmran surəsi, 193

-Zülm edən inkarçı birliyin içindən qurtarılmaq.

Yunis surəsi, 86; Qəsəs surəsi, 21; Təhrim surəsi, 1

Zülm edən qövm üçün fitnə mövzusu qılınmamaq.

Yunis surəsi, 85; Mumtəhinə surəsi, 5

Allahın, iman etməyənlərdən irəli gedənlərin mallarını, imkanlarını əllərindən alınması.

Yunis surəsi, 88

Qəlblərin şiddətlə bağlanması.

Yunis surəsi, 88

İman etməyənlərin dinə meyl etmələri və bu məqsədlə nemətləndirilmələri.

İbrahim surəsi, 37

-Ana və atanın bağışlanması, əsirgənilməsi.

İsra surəsi, 24; İbrahim, 40

Ediləcək əməlin Allah rizasına ən uyğun şəkildə reallaşması.

İsra surəsi, 80

Təbliğ və zikr üçün köməkçilər.

İsra surəsi, 80; Məryəm surəsi, 5; Taha surəsi, 29-34

-Allah rizası üçün başlanılan işin müvəffəqiyyətə çatması. (Kəhf surəsi; 10)

İbadətdə davamlı olmaq.

İbrahim surəsi, 41

Duanın qəbul edilməsi.

İbrahim surəsi, 40

-Bütün möminlərin bağışlanması.

İbrahim surəsi, 41; Həşr surəsi, 10; Nuh surəsi, 28

Sinənin açılması -qəlbə hüzur və güvən-.

Taha surəsi, 25

İşlərin asanlaşdırılması.

Taha surəsi, 26

İzahat təsiri verilməsi.

Taha surəsi, 27-28

Çətin vəziyyətdən xilas olmaq.

Ənbiya surəsi, 88

Tək buraxılmamaq.

Ənbiya surəsi, 89

Küfrə qarşı kömək.

Muminun surəsi, 39

Şeytanın qışqırtmalarından qorunmaq.

Muminun surəsi, 97

Təqva sahiblərinə öndər qılınmaq.

Furqan surəsi, 74

Sonradan gələcək möminlər arasında da yaxşı xatırlanmaq.

Şuəra surəsi, 84

Cənnətə girmək.

Şuəra surəsi, 85; Təhrim surəsi, 11

Özünə verilən nemətlərə şükr etmənin ilham edilməsi.

Nəml surəsi, 19; Əhqaf surəsi, 15

Allahı məmnun edəcək saleh əməllərin ilham edilməsi.

Nəml surəsi, 19; Əhqaf surəsi, 15

Allahın xeyir endirməsi.

Qəsəs surəsi, 24

Qarışıqlıq, təxribatçılıq çıxaranlara qarşı kömək.

Ənkəbut surəsi, 30

Saleh uşaq. (Saffat surəsi, 100)

Allahı xatırlamaq və şükür etmək üçün mülk.

Sad surəsi, 32

İman edənlərə qarşı qəlbdə kin buraxılmaması.

Həşr surəsi, 10

-İnkarçıların həlak edilməsi.

Nuh surəsi, 26, 28

Doğrunu gördüklərində qəti olaraq tətbiq edərlər

Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər.

Nisa surəsi, 110

O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər.

Ali İmran surəsi, 135

İnkarçılardan bəziləri vicdanları qəbul etdiyi halda haqqa tabe olmazlar

ona günahları və Allahdan qorxmağı təlqin edənə!

Şəms surəsi, 8

Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.

Şəms surəsi, 9

Möminlər vicdanlarına görə hərəkət edirlər

Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və bütün insanlara olan lütfüdür, lakin insanların çoxu şükür etmir.

Yusif surəsi, 38

Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər

İnsan surəsi, 8

Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.

Həşr surəsi, 9

Bütün insanlarda vicdan mexanizmi vardır

ona günahları və Allahdan qorxmağı təlqin edənə!

Şəms surəsi, 8

Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.

Şəms surəsi, 9

Möminlər nəfslərinə zidd olsa da vicdanlarına görə hərəkət edərlər

Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və bütün insanlara olan lütfüdür, lakin insanların çoxu şükür etmir.

Yusif surəsi, 38

Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər

İnsan surəsi, 8

Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.

Həşr surəsi, 9

Səhv etdikləri zaman vicdanlarına uyub dərhal tövbə edərlər və səhvlərində israrlı davranmazlar

Geri qalmış üç nəfəri də bağışladı. Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra Allah peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.

Tövbə surəsi, 118

O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər.

Ali İmran surəsi, 135

İnkarçılar vicdanlarına görə hərəkət etmədikləri üçün qəlbləri qatılaşar

Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, zalımların aqibətini qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində maddi gözlər deyil, kökslərdəki qəlb kor olur.

Həcc surəsi, 46

Ayələrimiz ona oxunduğu zaman:

“Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!” – deyir.

Mutaffifin surəsi, 13

Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür.

Mutaffifin surəsi, 14

Nəfs pisliklə doludur

Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir”.

Yusif surəsi, 53

Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Nəfslərinin onlar üçün hazırladığı şey necə də pisdir! Buna görə də Allah onlara qəzəblənmişdir və onlar əzab içində əbədi qalacaqlar.

Maidə surəsi, 80

Qısqanclığa və eqoist ehtiraslara əlverişlidir

Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud ondan üz döndərməsindən qorxarsa, ər-arvadın öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər qadınlarla yaxşı davranıb Allahdan qorxsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.

Nisa surəsi, 128

Əslində hər nəfs özünə bir bəsirətdir

Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir;

Qiyamət surəsi, 14

üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da.

Qiyamət surəsi, 15

İnkar edənlər nəfslərində böyüklüyə qapılarlar

Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər.

Furqan surəsi, 21

Öz səhvlərini bilir, bəhanələr irəli sürür

Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir;

Qiyamət surəsi, 14

üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da.

Qiyamət surəsi, 15

Nəfslər insanlara bir girovdur

Hər bir kəs qazandığının girovuna çevrilir,

Müddəssir surəsi, 38

Möminlər nəfslərini günahdan təmizləyər

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,

Şəms surəsi, 7

ona günahları və Allahdan qorxmağı təlqin edənə!

Şəms surəsi, 8

Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.

Şəms surəsi, 9

Möminlər nəfslərini istəklərindən və eqoist ehtiraslardan uzaq tutarlar

Nə qədər bacarırsınızsa Allahdan qorxun. Peyğəmbərə qulaq asıb itaət edin və malınızdan öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır.

Təğabun surəsi, 16

Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə,

Naziat surəsi, 40

həqiqətən, Cənnət onun məskəni olacaq.

Naziat surəsi, 41

Möminlər axirətə qarşılıq nəfslərini satın alırlar

İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir.

Bəqərə surəsi, 207

İnkar edənlər nəfslərinə zidd olan şeyləri yalanlayarlar

İnkar edənlər nəfslərini örtərlər

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,

Şəms surəsi, 7

ona günahları və Allahdan qorxmağı təlqin edənə!

Şəms surəsi, 8

Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.

Şəms surəsi, 9

Onu günaha batıran isə ziyana uğramışdır.

Şəms surəsi, 10

İnkar edənlər nəfslərinə tabe olub istək və həvəslərini üstün tutarlar

Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən?

Furqan surəsi, 43

Məgər öz Rəbbindən vəhy edilmiş aydın dəlilə istinad edən kimsə pis əməli özünə gözəl göstərilən və öz nəfslərinə uyan kimsələr kimi ola bilərmi?!

Məhəmməd surəsi, 14

Onların arasında səni dinləyənlər də var. Nəhayət sənin yanından çıxdıqda özlərinə elm verilmiş kimsələrə istehza ilə deyərlər:

“O, bayaq nə deyirdi?” Bunlar o kəslərdir ki, Allah onların qəlbinə möhür vurmuş, özləri də nəfslərinə tabe olmuşlar.

Məhəmməd surəsi, 16

İnkar edən adam ancaq öz nəfsinə zərər verir

Onlar həm insanları haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər.

Ənam surəsi, 26

Axirətdə nəfs hər şeyin doğrusunu öyrənəcək

Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik.

İsra surəsi, 13

Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər.

İsra surəsi, 14

qəbirlər çevriləcəyi zaman,

İnfitar surəsi, 4

hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.

İnfitar surəsi, 5

Cəhənnəm alovlandırılacağı zaman

Təkvir surəsi, 12

və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman,

Təkvir surəsi, 13

hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir.

Təkvir surəsi, 14

O gün ki, hər kəs etdiyi yaxşı və pis əməllərini qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir”.

Ali İmran surəsi, 30

Axirətdə nəfs bəhanə irəli sürməyəcəkdir

Orada hər bir nəfər keçmişdə törətdiklərinin acısını çəkəcəkdir. Onlar Allaha – özlərinin həqiqi Himayədarına qaytarılacaq və uydurduqları bütlər onlardan uzaqlaşıb qeyb olacaqlar.

Yunis surəsi, 30

Axirətdə inkarçılar, dünyada ikən öz nəfslərinə zülm etdiklərini söyləyərlər

Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq” – dedilər.

Əraf surəsi, 23

Hər insan ölümü dadacaqdır

Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq.

Ali İmran surəsi, 145

Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?!

Ənbiya surəsi, 34

Sizi Allah yaratmışdır. Sonra O sizi öldürəcəkdir. Sizlərdən bəziləri vaxtilə bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılacaq. Həqiqətən, Allah Biləndir, hər şeyə Qadirdir.

Nəhl surəsi, 70

Şübhəsiz ki, bundan sonra siz mütləq öləcəksiniz.

Muminun surəsi, 15

Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!

Ənbiya surəsi, 35

Əslində, sən də öləcəksən, onlar da öləcəklər!

Zumər surəsi, 30

Yaşadan və öldürən Allahdır

Öldürən də, dirildən də Odur!

Nəcm surəsi, 44

Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və hər şeyə varis olan da Bizik.

Hicr surəsi, 23

Heç şübhəsiz ki, sizin məni çağırdıqlarınızın nə dünyada, nə də axirətdə çağırılmağa haqqı yoxdur. Bizim dönüşümüz Allahadır. Həddi aşanlar isə od sakinləridirlər.

Mümin surəsi, 43

Həqiqətən, göylərin və yerin mülkü Allaha məxsusdur. O həm dirildir, həm də öldürür. Sizin Allahdan başqa nə bir himayədarınız, nə də bir köməkçiniz vardır.

Tövbə surəsi, 116

Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir.

Duxan surəsi, 8

Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.

Vaqiə surəsi, 60

İnsan nə qədər ölümdən qorunmağa çalışsa da heç gözləmədiyi bir anda ölüm gələ bilər

Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə:

“Bu, Allahdandır!” – deyər, bir pislik üz verdikdə isə: “Bu, səndəndir!” – deyərlər. De: “Hamısı Allahdandır!” Bu adamlara nə olub ki, az qala söz də anlamırlar?

Nisa surəsi, 78

Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.

Loğman surəsi, 34

De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”.

Cümə surəsi, 8

De: “Əgər ölməkdən və ya öldürülməkdən qaçırsınızsa, bu qaçmaq qətiyyən sizə xeyir gətirməz. Belə olduğu təqdirdə siz ancaq əcəliniz çatana qədər çox az bir müddət ərzində gün-güzəran görəcəksiniz”.

Əhzab surəsi, 16

Ölümdən ancaq Allaha və axirət gününə inanmayanlar qorxarlar

Minlərlə adam olduqları halda ölüm qorxusundan yurdlarından çıxanları görmədinmi? Allah onlara:

“Ölün!” – dedi. Sonra isə onları diriltdi. Doğrudan da, Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu buna şükür etmir.

Bəqərə surəsi, 243

Siz ölümlə qarşılaşmamışdan öncə onu arzulayırdınız. İndi isə siz onu öz gözlərinizlə gördünüz.

Ali İmran surəsi, 143

Möminlər: “Kaş cihada dair bir surə nazil olaydı!”- deyirlər. Hökmü bəlli bir surə nazil olub orada döyüş yada salınan kimi qəlbində xəstəlik olanların sənə ölüm ayağında bayılan kimsənin baxışı ilə baxdıqlarını görərsən. Onlara daha yaxşı olardı ki,

Məhəmməd surəsi, 20

Yaxud onların məsəli zülmət içində göy gurultusu və şimşəklə yağan leysana düşənlərin məsəlinə bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri hər tərəfdən əhatəyə almışdır.

Bəqərə surəsi, 19

İman edənlər müsəlman olaraq ölməyi istəyərlər

Ey Rəbbim! Sən mənə hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur”.

Yusif surəsi, 101

De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

Ənam surəsi, 162

Sən sadəcə, Rəbbimizin möcüzələri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür”.

Əraf surəsi, 126

İnkarçıların öləcəklərini anladıqları zaman etdikləri tövbə qəbul olmaz

Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman:

“Mən indi tövbə etdim!” – deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.

Nisa surəsi, 18

Allah kafir olaraq ölənləri əzablandıracaqdır

Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır. Onlara ağrılı-acılı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olmayacaqdır.

Ali İmran surəsi, 91

Bütün insanlar yenidən dirildiləcəkdirlər

və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik?

Vaqiə surəsi, 47

Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?”

Vaqiə surəsi, 48

De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,

Vaqiə surəsi, 49

bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar.

Vaqiə surəsi, 50

O, ölüdən diri, diridən də ölü çıxardır; yeri ölümündən sonra dirildir. Siz də qəbirlərinizdən belə dirildilib çıxardılacaqsınız.

Rum surəsi, 19

Ölümdən sonra dirilmək üçün Allah təbiətdən nümunələr verir

Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə dirildəcəyik. Bəlkə, düşünüb ibrət alasınız.

Əraf surəsi, 57

O, ölüdən diri, diridən də ölü çıxardır; yeri ölümündən sonra dirildir. Siz də qəbirlərinizdən belə dirildilib çıxardılacaqsınız.

Rum surəsi, 19

Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Biz onları ölü bir diyara tərəf qovub, yeri ölümündən sonra onunla canlandırırıq. Diriltmə də belə olacaqdır.

Fatir surəsi, 9

Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri istədiyi səmtə yönəltməsində düşüncəli insanlar üçün də dəlillər vardır.

Casiyə surəsi, 5

Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də haqdan döndərilirsiniz!

Ənam surəsi, 95

Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu yağışla dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər.

Yasin surəsi, 33

Bilin ki, Allah torpağı onun ölümündən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə anlayasınız.

Hədid surəsi, 17

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. (Həcc surəsi, 5)

Allah göydən yağmur yağdırıb onunla ölmüş yeri diriltdi. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır.

Nəhl surəsi, 65

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün birbirilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır.

Bəqərə surəsi, 164

Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir.

Rum surəsi, 50

Qiyamət gününün nə zaman olacağını yalnız Allah bilir

Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” – deyirlər.

Səba surəsi, 29

De: “Sizə vəd edilmiş bir gün vardır ki, siz onu nə bircə saat belə yubada, nə də tezləşdirə bilərsiniz”.

Səba surəsi, 30

Yaxınlaşan (Qiyamət günü) yaxınlaşdı.

Nəcm surəsi, 57

Allahdan başqa heç kəs onun qarşısını ala bilməz.

Nəcm surəsi, 58

Onlar deyirlər:

“Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”

Mülk surəsi, 25

De: “Buna aid bilgi yalnız Allah yanındadır. Mən isə ancaq xəbərdar və bəyan edənəm!”

Mülk surəsi, 26

Səndən o Saat barəsində:

“O nə vaxt qopacaq?” – deyə soruşurlar.

Naziat surəsi, 42

Axı sən onu haradan biləsən?!

Naziat surəsi, 43

Onu kamil bilmək sənin Rəbbinə aiddir.

Naziat surəsi, 44

Camaat sənə o Saat barədə sual verir. De: “Onu yalnız Allah bilir!” Nə bilirsən, bəlkə də, o Saat lap yaxınlaşmışdır.

Əhzab surəsi, 63

Göylərin, yerin və onların arasında olan hər şeyin sahibi olan Allah nə qədər xeyirxahdır! O Saat haqqında bilgi Ondadır və siz Onun hüzuruna qaytarılacaqsınız.

Zuxruf surəsi, 85

Səndən o Saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? De:

“Bu haqda bilgi ancaq Rəbbimə aiddir. Qopacağı vaxtı yalnız O, aşkara çıxara bilər. Bu bilgi göylərə və yerə də ağır gəlir. O sizə qəflətən gələcəkdir”. Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: “Bu haqda bilgi ancaq Allaha aiddir. Lakin insanların çoxu bunu bilmir”.

Əraf surəsi, 187

Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.

Loğman surəsi, 34

Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!

Nəbə surəsi, 17

Göylərin və yerin qeybi Allaha aiddir. O Saatın gəlməsi bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir.

Nəhl surəsi, 77

Qiyamət günü qəti bir həqiqətdir

O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. Məxluqatı ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik.

Ənbiya surəsi, 104

De: “Allah sizə həyat verir, sonra öldürür, sonra da sizi gələcəyinə heç bir şəkk-şübhə olmayan Qiyamət günü dirildib bir yerə toplayacaqdır”. Lakin insanların çoxu bunu bilmir.

Casiyə surəsi, 26

Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaqdır.

Mürsəlat surəsi, 7

Vaqiə qopacağı zaman

Vaqiə surəsi, 1

onun qopduğunu heç kəs dana bilməz.

Vaqiə surəsi, 2

Qiyamət saatından qaçış yoxdur

Günahkarlar atəşi görən kimi oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər.

Kəhf surəsi, 53

Yaxınlaşaraq gəlir

Kitabı və tərəzini gerçək həqiqət kimi nazil edən Allahdır. Nə bilirsən, bəlkə də o Saat yaxındır.

Şura surəsi, 17

İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində imandan üz çevirirlər.

Ənbiya surəsi, 1

Yaxınlaşan (Qiyamət günü) yaxınlaşdı.

Nəcm surəsi, 57

Qəflətən gələcəkdir

Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər.

Yasin surəsi, 49

Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər.

Yasin surəsi, 50

Yox, Qiyamət onlara gözləmədikləri bir halda gələcək və onları heyrətə salacaqdır. Onlar onun qarşısını ala bilməyəcəklər və onlara heç aman da verilməyəcəkdir.

Ənbiya surəsi, 40

Məgər kafirlər o Saatın qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. O Saat onlara gəlib yetişdiyi zaman ibrət almaları nəyə yarayar?

Məhəmməd surəsi, 18

Onlar özləri də hiss etmədən o Saatın qəflətən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər?

Zuxruf surəsi, 66

Tək bir nidadan ibarətdir

Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar.

Saffat surəsi, 19

Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsınız, mən isə sizi Qüdrətli və Bağışlayan Allaha çağırıram.

Mümin surəsi, 42

Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər.

Yasin surəsi, 49

Daha əvvəl nə tanınmış, nə görülmüşdür

Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün

Qamər surəsi, 6

Qiyamət günü hər şey açıq-aşkar olaraq ortaya çıxacaqdır

Bu ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirdikləri halda, onlar inkar edirdilər. Buna görə də Allah onları əzabla yaxaladı. Həqiqətən, O, Qüvvətlidir, cəzası da şiddətlidir.

Mümin surəsi, 22

Qiyamət günü insanları ayırd etmə günüdür

O, bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır.

Vaqiə surəsi, 3

Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi?

Mürsəlat surəsi, 14

Qiyaməti yalan sayanların o Gün vay halına!

Mürsəlat surəsi, 15

Günahkarlar deyəcəklər:

“Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!”

Saffat surəsi, 20

Onlara deyiləcək:

“Bu, yalan saydığınız Fərqləndirmə günüdür!”

Saffat surəsi, 21

Qiyamət gününün təsviri

Yer titrəyib lərzəyə gələcəyi zaman;

Zəlzələ surəsi, 1

Yer öz yükünü bayıra atacağı

Zəlzələ surəsi, 2

və insan: “Ona nə olub?” – deyəcəyi zaman –

Zəlzələ surəsi, 3

həmin gün yer öz əhvalatlarını danışacaqdır.

Zəlzələ surəsi, 4

Çünki Rəbbin ona vəhy edəcəkdir.

Zəlzələ surəsi, 5

Sur bircə dəfə üfürüləcəyi,

Haqqə surəsi, 13

yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –

Haqqə surəsi, 14

həmin gün Vaqiə qopacaq.

Haqqə surəsi, 15

Göy yarılacaq və həmin gün o, süst olacaqdır.

Haqqə surəsi, 16

Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz.

Nəbə surəsi, 18

O gün göyün qapıları açılacaqdır.

Nəbə surəsi, 19

Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək.

Nəbə surəsi, 20

Dağlar parça-parça olub ovxalandığı

Vaqiə surəsi, 5

və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman,

Vaqiə surəsi, 6

O gün göy əridilmiş metal kimi olacaqdır.

Məaric surəsi, 8

Dağlar da didilmiş yuna bənzəyəcəklər.

Məaric surəsi, 9

O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. Məxluqatı ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik.

Ənbiya surəsi, 104

Səndən dağlar haqqında soruşurlar. De: “Rəbbim onları dağıdıb havaya sovuracaq,

Taha surəsi, 105

oranı boş düzəngaha çevirəcəkdir.

Taha surəsi, 106

Sən orada nə bir eniş, nə də bir yoxuş görməyəcəksən”.

Taha surəsi, 107

Qiyamət günü insanlar qəbirlərindən çıxıb toplanarlar

O gün Yəcuc və Məcuc tayfalarını axışıb bir-birinə qarışmış halda buraxarıq. Sur üfürülən kimi məxluqatın hamısını bir yerə toplayarıq.

Kəhf surəsi, 99

O gün Biz dağları hərəkətə gətirəcəyik. O vaxt yerin dümdüz olduğunu görəcəksən. Biz hamını bir yerə toplayacaq, onlardan heç birini kənara buraxmayacağıq.

Kəhf surəsi, 47

Onlar Rəbbinin hüzurunda səf-səf duracaqlar. Biz deyəcəyik:

“Hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi gəldiniz. Amma siz elə güman edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik”.

Kəhf surəsi, 48

Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz.

Nəbə surəsi, 18

O gün onların hamısını bir yerə toplayacaq, sonra isə şərik qoşanlara deyəcəyik:

“İddia etdiyiniz şərikləriniz haradadır?”

Ənam surəsi, 22

onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.

Qamər surəsi, 7

Kafirlər carçıya tərəf tələsərək:

“Bu nə çətin bir gündür!” – deyəcəklər.

Qamər surəsi, 8

Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar.

Yasin surəsi, 51

O gün onların hamısını bir yerə toplayacaq, sonra da müşriklərə:

“Siz də, şərikləriniz də öz yerinizdə qalın!” – deyəcəyik. Biz onları ayıracağıq. Onların şərikləri deyəcəklər: “Siz bizə ibadət etmirdiniz.

Yunis surəsi, 28

Göylərdə və yerdə olan hər kəs qorxuya qapılmışdır

Sur üfürüləcəyi gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı Onun hüzuruna baş əyərək gələcəkdir.

Nəml surəsi, 87

Kafirlər simalarından tanınarlar

Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.

Rəhman surəsi, 41

onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular.

Qələm surəsi, 43

O gün sur üfürüləcək və o gün günahkarları gözləri göm-göy göyərmiş halda bir yerə toplayacağıq.

Taha surəsi, 102

Kafirlərin üzləri qapqaradır

Sən Qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər Cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?

Zumər surəsi, 60

Gözləri dəhşət içindədir

Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır.

İbrahim surəsi, 42

O gün onlar başlarını yuxarı qaldıraraq carçıya doğru tələsəcəklər. Onlar özlərinə belə dönüb baxmayacaq və onların qəlbi də bomboş qalacaqdır (qorxudan bütün başqa duyğulardan xali olacaqdır).

İbrahim surəsi, 43

Möminlər nurlarından tanınarlar

O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara:

“Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!” – deyiləcək. Bu, böyük uğurdur.

Hədid surəsi, 12

O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə:

“Bir az gözləyin ki, biz də sizin işığınızdan alaq” – deyəcəklər. Onlara deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir.

Hədid surəsi, 13

O gün neçə-neçə üzlər parlayacaq,

Əbəsə surəsi, 38

güləcək və fərəhlənəcəkdir.

Əbəsə surəsi, 39

Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi, Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin. Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaqdır. Onlar deyəcəklər:

“Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”

Təhrim surəsi, 8

Qiyamət günü Allahın izni olmadan kimsə söz deyə bilməz

Qiyamət gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxt olacaq.

Hud surəsi, 105

O gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər. Mərhəmətli Allahın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən.

Taha surəsi, 108

Allahın izni olmadan kimsə kimsəyə bir xeyir verə bilməz

Siz də Ondan başqa istədiyinizə ibadət edin”. De:

“Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıqaşkar ziyan da elə budur!”

Zumər surəsi, 15

O gün Mərhəmətli Allahın izin verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir.

Taha surəsi, 109

O gün onlardan hər birinin yetərincə işi olacaqdır.

Əbəsə surəsi, 37

o gün insan qaçacaq öz qardaşından,

Əbəsə surəsi, 34

anasından, atasından,

Əbəsə surəsi, 35

Dost dostunun halını xəbər almayacaq.

Məaric surəsi, 10

Qiyamət günü sorğu-sual olunarlar və Allaha qoşduqları şəriklərindən ayrılarlar

O Saatın gələcəyi gün günahkarlar ümidlərini itirəcəklər.

Rum surəsi, 12

Allaha qoşduqları şəriklərindən onlar üçün şəfaətçilər olmayacaq. Şərikləri onları inkar edəcəklər.

Rum surəsi, 13

O gün onların hamısını bir yerə toplayacaq, sonra da müşriklərə:

“Siz də, şərikləriniz də öz yerinizdə qalın!” – deyəcəyik. Biz onları ayıracağıq. Onların şərikləri deyəcəklər: “Siz bizə ibadət etmirdiniz.

Yunis surəsi, 28

Bizimlə sizin aranızda Allahın şahid olması yetər. Doğrudan da biz sizin ibadətinizdən xəbərsiz idik”.

Yunis surəsi, 29

Orada hər bir nəfər keçmişdə törətdiklərinin acısını çəkəcəkdir. Onlar Allaha – özlərinin həqiqi Himayədarına qaytarılacaq və uydurduqları bütlər onlardan uzaqlaşıb qeyb olacaqlar.

Yunis surəsi, 30

Onlara deyilər: “Hanı sizin sitayiş etdikləriniz –

Şuəra surəsi, 92

Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”

Şuəra surəsi, 93

O gün Allah onları çağırıb:

“İddia etdiyiniz şəriklərim haradadırlar?” – deyəcəkdir.

Qəsas surəsi, 74

Onları Rəbbinin qarşısında dayandırılarkən bircə görəydin! Allah deyəcəkdir:

“Məgər bu dirilmə həqiqət deyilmi?” Onlar: “Əlbəttə, Rəbbimizə and olsun ki, bu həqiqətdir!” – deyəcəklər. O buyuracaqdır: “Elə isə inkar etdiyinizə görə dadın əzabı!”

Ənam surəsi, 30

Müşriklər Allaha qoşduqları şəriklərini gördükdə deyəcəklər:

“Ey Rəbbimiz! Bunlar bizim Səndən başqa ibadət etdiyimiz şəriklərimizdir!” Bütlər isə onlara: “Şübhəsiz ki, siz yalançısınız!” – deyə cavab qaytaracaqlar.

Nəhl surəsi, 86

O gün müşriklər Allaha təslim olduqlarını bildirəcək və uydurduqları bütlər onlardan uzaqlaşıb qeyb olacaqlar.

Nəhl surəsi, 87

O gün Allah müşriklərə:

“İddia etdiyiniz şəriklərimi çağırın!” – deyəcək. Müşriklər onları çağıracaq, lakin onlar cavab verməyəcəklər. Biz müşriklərlə bütlərin arasına həlak edici bir yarğan salarıq.

Kəhf surəsi, 52

Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar”.

Saffat surəsi, 24

O gün onların hamısını bir yerə toplayacaq, sonra isə şərik qoşanlara deyəcəyik:

“İddia etdiyiniz şərikləriniz haradadır?”

Ənam surəsi, 22

Sonra onların: “Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!” – demələrindən başqa bir bəhanələri qalmayacaq.

Ənam surəsi, 23

Bax gör onlar özlərinə qarşı necə yalan söyləyirlər. Uydurduqları bütlər isə onlardan uzaqlaşıb yox olacaqlar.

Ənam surəsi, 24

O gün Allah onları çağırıb deyəcəkdir:

“İddia etdiyiniz şəriklərim haradadırlar?”

Qəsas surəsi, 62

Barələrində Sözün gerçəkləşəcəyi kimsələr deyəcəklər:

“Ey Rəbbimiz! Bunlar bizim azdırdığımız kimsələrdir. Özümüz azdığımız kimi onları da azdırdıq. Biz onlardan uzaqlaşıb Sənə üz tuturuq. Doğrusu, onlar bizə ibadət etmirdilər”.

Qəsas surəsi, 63

Müşriklərə: “Şəriklərinizi çağırın!” – deyiləcək. Müşriklər onları çağıracaq, lakin şərikləri onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Yaxşı olardı ki, onlar doğru yolla getmiş olaydılar.

Qəsas surəsi, 64

O gün Allah onları çağırıb:

“Elçilərə nə cavab verdiniz?” – deyəcək.

Qəsas surəsi, 65

Qiyamət günü hər kəs tək başına sorğuya çəkilər

Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək.

Məryəm surəsi, 95

Qiyamət günü Rəsullar şahidlik üçün çağrılırlar

Elçilərə vaxt təyin olunacağı zaman –

Mürsəlat surəsi, 11

deyiləcəkdir:

“Bunlara verilmiş möhlət hansı günə qədərdir?”

Mürsəlat surəsi, 12

Deyiləcəkdir:

“Ayırd etmə gününədək!”

Mürsəlat surəsi, 13

İnsanlar üç sinif olacaqdır

siz üç dəstəyə ayrılacaqsınız.

Vaqiə surəsi, 7

Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!

Vaqiə surəsi, 8

Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!

Vaqiə surəsi, 9

Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər!

Vaqiə surəsi, 10

Onlar Allaha yaxın olanlar,

Vaqiə surəsi, 11

Möminlərin kitabı sağdan verilir

Kitabı sağ əlinə verilən deyəcəkdir:

“Budur, oxuyun kitabımı!

Haqqə surəsi, 19

Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”.

Haqqə surəsi, 20

O, xoşbəxt həyat sürəcəkdir –

Haqqə surəsi, 21

uca bir Cənnətdə –

Haqqə surəsi, 22

İman etməyənlərin kitabı soldan verilir

Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir:

“Kaş kitabım mənə verilməyəydi!

Haqqə surəsi, 25

Hesabımdan da xəbərim olmayaydı!

Haqqə surəsi, 26

Kaş ilk ölümüm həmişəlik olaydı!

Haqqə surəsi, 27

İman etməyənlərin qiyamət gününü yalan saymalarına qarşılıq görəcəkləri əzab

Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi?

Mürsəlat surəsi, 14

Qiyaməti yalan sayanların o Gün vay halına!

Mürsəlat surəsi, 15

Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi?!

Mürsəlat surəsi, 16

Sonrakıları da onlara qatacağıq.

Mürsəlat surəsi, 17

Biz günah sahibləri ilə belə davranırıq.

Mürsəlat surəsi, 18

Qiyaməti yalan sayanların o gün vay halına!

Mürsəlat surəsi, 19

Qiyaməti yalan sayanların o gün vay halına!

Mürsəlat surəsi, 28

Onlara belə deyiləcək:

“Gedin yalan hesab etdiyiniz Cəhənnəmə!

Mürsəlat surəsi, 29

Üç qola ayrılan kölgəliyə gedin!”

Mürsəlat surəsi, 30

İman etməyənlərin qiyamət günü duyacaqları peşmanlıq

Onlar deyəcəklər:

“Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş”.

Yasin surəsi, 52

Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. O Saat onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq deyəcəklər:

“Dünyada buraxdığımız əməllərə görə vay halımıza!” Onların daşıdıqları şey necə də pisdir!

Ənam surəsi, 31

Lakin üz döndərib küfr edəni,

Ğaşiyə surəsi, 23

Allah ən şiddətli əzabla cəzalandırar.

Ğaşiyə surəsi, 24

O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz

Fəcr surəsi, 25

və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz.

Fəcr surəsi, 26

Lakin onlar Qiyamət Saatını da yalan saydılar. Biz də onu yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq.

Furqan surəsi, 11

Onlar Cəhənnəm odunu uzaq məsafədən gördükdə belə onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını eşidəcəklər.

Furqan surəsi, 12

Onlar əlləri boynunda bağlı halda Cəhənnəmin dar bir yerinə atıldıqları zaman ölüm diləyərlər.

Furqan surəsi, 13

Allah, qiyamət günü Şeytanı və dostlarını toplayacaq

Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik.

Məryəm surəsi, 68

Şeytan inkarçı dostlarıyla əməkdaşlıq edir

Üstündə Allahın adı çəkilməmiş – “bismilləh” deyilib kəsilməmiş heyvanlardan yeməyin. Çünki bu, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız.

Ənam surəsi, 121

Onlar möminlərlə rastlaşdıqda:

“Biz iman gətirdik!” – deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!” – deyirlər.

Bəqərə surəsi, 14

Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə aldadaraq libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik.

Əraf surəsi, 27

Allah Öz bəndələrinin bir qismini doğru yola yönəltdi, digərlərinə isə haqq yoldan azmaq layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular və elə güman edirlər ki, doğru yoldadırlar.

Əraf surəsi, 30

İnkar edənləri hər yerdən əhatə etmişdir

Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır.

Mücadilə surəsi, 19

Şeytan özünə inananları Cəhənnəmə sürükləyər

Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır.

Fatir surəsi, 6

Onlara: “Allahın nazil etdiyinə itaət edin!” – deyildikdə, onlar:

“Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!” – deyərlər. Əgər şeytan onları Cəhənnəm odunun əzabına doğru sürükləyirsə, onda necə olsun?

Loğman surəsi, 21

Qiyamət günü ona tabe olanlar yalnız buraxılacaq

Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.

Furqan surəsi, 29

Qiyamət günü həssas tərəzilər qurular

Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.

Ənbiya surəsi, 47

Cənnətə yalnız möminlər girəcəkdirlər

Bunlar Allahın qoyduğu hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur.

Nisa surəsi, 13

O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər;

Bəqərə surəsi, 3

O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.

Bəqərə surəsi, 4

Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.

Bəqərə surəsi, 5

Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.

Tövbə surəsi, 100

İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar!

Bəqərə surəsi, 82

Sözsüz ki, müttəqilər Cənnət bağlarında və çeşmələr başında olacaqlar.

Hicr surəsi, 45

Amma əgər o, Allaha yaxın olanlardandırsa,

Vaqiə surəsi, 88

onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər.

Vaqiə surəsi, 89

Əgər o, sağ tərəf sahiblərindəndirsə,

Vaqiə surəsi, 90

ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!” – deyiləcəkdir.

Vaqiə surəsi, 91

Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur.

Tövbə surəsi, 72

Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır.

Qaf surəsi, 31

Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Allaha üz tutan, Onun əmrinə riayət edən,

Qaf surəsi, 32

Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür.

Qaf surəsi, 33

Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür.

Qaf surəsi, 34

Cənnətdə möminlərin qarşılanması

O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər:

“Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!”

Nəhl surəsi, 32

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər:

“Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!”

Zumər surəsi, 73

Onlara deyiləcək:

“Oraya sağ-salamat və xatircəmliklə daxil olun!”

Hicr surəsi, 46

Onlar səbir etdiklərinə görə Cənnətdə olan yüksək məqamla mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar.

Furqan surəsi, 75

əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub deyəcəklər:

Rad surəsi, 23

“Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!”

Rad surəsi, 24

İman gətirib saleh əməllər edənlər isə ağacları altından çaylar axan, Rəbbinin izni ilə içində əbədi qalacaqları Cənnət bağlarına daxil ediləcəklər. Onların orada qarşılaşarkən bir-birinə deyəcəkləri söz:

“Salam!” olacaqdır.

İbrahim surəsi, 23

Orada sonsuz bir yaşayış vardır

Onlar orada əbədi qalacaq, oranı başqa bir yerə dəyişmək istəməyəcəklər.

Kəhf surəsi, 108

Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.

Tövbə surəsi, 89

Belə dediklərinə görə də Allah onları ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları ilə mükafatlandırdı. Yaxşı iş görənlərin mükafatı budur.

Maidə surəsi, 85

İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlar üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə:

“Bu ki, əvvəlcə bizə verilən ruzidir!” – deyəcəklər. Halbuki onlara onun oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar.

Bəqərə surəsi, 25

O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara:

“Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!” – deyiləcək. Bu, böyük uğurdur.

Hədid surəsi, 12

Allahın rizası və məmnunluğu vardır

De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür.

Ali İmran surəsi, 15

İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah yanında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır.

Tövbə surəsi, 20

Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür!

Beyyinə surəsi, 8

O gün möminə deyiləcəkdir:

“Ey arxayın olan kəs!

Fəcr surəsi, 27

Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!

Fəcr surəsi, 28

Mənim qullarımın cərgəsinə keç!

Fəcr surəsi, 29

Cənnətimə daxil ol!

Fəcr surəsi, 30

Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur.

Tövbə surəsi, 72

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.

Hədid surəsi, 20

Genişliyi yer ilə göyün genişliyi qədərdir

Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin.

Ali İmran surəsi, 133

Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir.

Hədid surəsi, 21

Böyük bir zənginlik və ehtişam vardır

Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır.

Rəhman surəsi, 54

Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən.

İnsan surəsi, 20

Çaylar vardır

Bu təqdirdə O sizin günahlarınızı bağışlayar və sizi ağacları altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir.

Saff surəsi, 12

İstəsə, sənin üçün onların dediklərindən daha xeyirlisini, ağacları altından çaylar axan Cənnət bağlarını yaradan, sənin üçün qəsrlər inşa edə bilən Allah necə də xeyirxahdır.

Furqan surəsi, 10

Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar. Sonra siz Rəbbinizə qaytarılacaqsınız.

Casiyə surəsi, 15

İman gətirib saleh əməllər işləyənləri isə ağacları altından çaylar axan, içində əbədi məskunlaşacaqları Cənnət bağlarına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları sıx kölgəliklərdə yerləşdirəcəyik.

Nisa surəsi, 57

Bulaqlar vardır

İkisində də iki axar bulaq vardır.

Rəhman surəsi, 50

Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında

Mürsəlat surəsi, 41

Bu elə bir bulaqdandır ki, o, Cənnətdə Səlsəbil adlanır.

İnsan surəsi, 18

Yaşıllıqlar vardır

İkisində də növbənöv meyvələrlə dolu budaqlar vardır.

Rəhman surəsi, 48

Hər ikisi tünd yaşıldır.

Rəhman surəsi, 64

Nə isti, nə soyuq, tam olaraq kölgəliklər vardır

uzanmış kölgəliklərdə,

Vaqiə surəsi, 30

İman gətirib saleh əməllər işləyənləri isə ağacları altından çaylar axan, içində əbədi məskunlaşacaqları Cənnət bağlarına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları sıx kölgəliklərdə yerləşdirəcəyik.

Nisa surəsi, 57

Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər.

İnsan surəsi, 13

Yüksək köşklər və gözəl mənzillərdə oturarlar

Lakin Rəbbindən qorxanları üst-üstə tikilmiş, altından çaylar axan otaqlar gözləyir. Bu, Allahın vədidir. Allah vədinə xilaf çıxmaz.

Zumər surəsi, 20

Sizi bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar Cənnətdəki mənzillərində asudə yaşayacaqlar.

Səba surəsi, 37

İman gətirib xeyirxah işlər görənləri ağacları altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!

Ənkəbut surəsi, 58

İstəsə, sənin üçün onların dediklərindən daha xeyirlisini, ağacları altından çaylar axan Cənnət bağlarını yaradan, sənin üçün qəsrlər inşa edə bilən Allah necə də xeyirxahdır.

Furqan surəsi, 10

Yüksəklərdə qurulmuş taxtlar vardır

Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər.

İnsan surəsi, 13

Onlar bəzənmiş taxtlar üstündə

Vaqiə surəsi, 15

Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar.

Saffat surəsi, 44

Yastıqlar və parlaq gözəllikdə döşəklər vardır

və hündür döşəklər üstündə olacaqlar.

Vaqiə surəsi, 34

yan-yana qoyulmuş yastıqlar,

Ğaşiyə surəsi, 15

və döşəmələrə sərilmiş xalçalar vardır.

Ğaşiyə surəsi, 16

Onlar yaşıl balışlara və gözəl döşəkcələrə dirsəklənəcəklər.

Rəhman surəsi, 76

Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır.

Rəhman surəsi, 54

Ən gözəl geyimlər və zinət əşyaları vardır

Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.

İnsan surəsi, 21

Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır.

Həcc surəsi, 23

onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və orada geyəcəkləri ipəklə mükafatlandırar.

İnsan surəsi, 12

Onlar Ədn bağlarına daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər. Libasları da ipəkdən olacaqdır.

Fatir surəsi, 33

Cənnətdəki yemək və içkilər

Onlara möhürlü şərabdan içirdiləcəkdir.

Mutaffifin surəsi, 25

Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər!

Mutaffifin surəsi, 26

Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Məgər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?

Məhəmməd surəsi, 15

çoxlu meyvələr,

Vaqiə surəsi, 32

tükənməz və qadağan edilməyən meyvələr içində

Vaqiə surəsi, 33

Onlar tikansız sidr ağacları arasında,

Vaqiə surəsi, 28

meyvələri salxım-salxım asılmış banan ağacları altında,

Vaqiə surəsi, 29

çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –

Vaqiə surəsi, 18

ondan başları ağrımaz və məst olmazlar,

Vaqiə surəsi, 19

bəyənib seçdikləri meyvələr

Vaqiə surəsi, 20

və istədikləri quş əti ilə hərlənəcəklər.

Vaqiə surəsi, 21

Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır.

Saffat surəsi, 45

Özü də ağappaq, içənlərə ləzzət verən bir şərab.

Saffat surəsi, 46

O şərab nə baş ağrısı verər, nə də ondan məst olarlar.

Saffat surəsi, 47

Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir –

Saffat surəsi, 42

Sözsüz ki, itaətkarlar kafur qatılmış şərabla dolu badələrdən nuş edəcəklər.

İnsan surəsi, 5

Bu elə bir bulaqdır ki, Allahın qulları ondan doyunca içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər.

İnsan surəsi, 6

düzülmüş piyalələr,

Ğaşiyə surəsi, 14

Həmçinin bağlar və üzümlüklər,

Nəbə surəsi, 32

Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.

İnsan surəsi, 21

Cənnət ağaclarının kölgələri özləri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək.

İnsan surəsi, 14

Onların ətrafına təamlarla dolu gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq.

İnsan surəsi, 15

Gümüşdən olan elə büllur qədəhlər ki, xidmətçilər onları cənnətdəkilərin içmək istədikləri həcmdə hazırlamışlar.

İnsan surəsi, 16

Orada onlara zəncəfil qatılmış şərab badəsi içirdiləcək.

İnsan surəsi, 17

İkisində də cürbəcür meyvələr, xurma ağacları və nar vardır.

Rəhman surəsi, 68

və ləbələb doldurulmuş qədəhlər də vardır!

Nəbə surəsi, 34

Cənnətdə insanın nəfsinin istədiyi hər şey vardır

Özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlər həm Allah yanında, həm də iman gətirənlərin yanında ancaq böyük bir nifrət artırır. Allah hər bir təkəbbürlü zülmkarın qəlbini belə möhürləyir.

Mümin surəsi, 35

Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız.

Zuxruf surəsi, 71

Onlar deyəcəklər:

“Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!”

Zumər surəsi, 74

Zalımların qazandıqları günahlar özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. İman gətirib yaxşı işlər görənlər isə Cənnət bağçalarında məskunlaşacaqlar. Rəbbinin yanında onlar üçün istədikləri hər şey hazırlanmışdır. Böyük lütfkarlıq da elə budur.

Şura surəsi, 22

Onlar onun xışıltısını belə eşitməyəcəklər. Onlar ürəklərinin istədiyi şeylər arasında əbədi qalacaqlar.

Ənbiya surəsi, 102

Orada möminlərə böyük bir nemət verilər

Nəim bağlarında.

Saffat surəsi, 43

O gün neçəsinin üzündə fərəh görünəcək,

Ğaşiyə surəsi, 8

Xoşbəxtlik və hüzur dolu bir həyat vardır

Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən.

Mutaffifin surəsi, 24

və sevincək öz ailəsinə qayıdacaqdır!

İnşiqaq surəsi, 9

Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər;

İnsan surəsi, 11

O gün neçə-neçə üzlər nurlanacaq

Qiyamət surəsi, 22

və öz Rəbbinə baxacaqdır.

Qiyamət surəsi, 23

İman gətirib yaxşı işlər görənlərə gəlincə isə, onlar Cənnət bağçalarında şadlıq içində olacaqlar.

Rum surəsi, 15

O gün neçəsinin üzündə fərəh görünəcək,

Ğaşiyə surəsi, 8

dünyadakı səylərindən məmnun qalacaq,

Ğaşiyə surəsi, 9

Ancaq Allaha tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar.

Məryəm surəsi, 60

Allah onları razı qalacaqları yerə daxil edəcəkdir. Həqiqətən, Allah Biləndir, Həlimdir!

Həcc surəsi, 59

O, xoşbəxt həyat sürəcəkdir –

Haqqə surəsi, 21

Təhlükəsizlik vardır

Sizi bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar Cənnətdəki mənzillərində asudə yaşayacaqlar.

Səba surəsi, 37

Kin və nifrət yoxdur

Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar.

Hicr surəsi, 47

Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər:

“Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara belə xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!”

Əraf surəsi, 43

Boş danışıq və yalan yoxdur

Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.

Vaqiə surəsi, 25

Ancaq: “Salam! Salam!” – sözləri eşidəcəklər.

Vaqiə surəsi, 26

Onlar orada nə mənasız sözlər, nə də iftira eşidəcəklər.

Nəbə surəsi, 35

orada faydasız söz eşitməyəcəkdir.

Ğaşiyə surəsi, 11

Yorğunluq və sıxıntı yoxdur

Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!”

Fatir surəsi, 35

Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar.

Hicr surəsi, 48

Qorxu və kədər yoxdur

Ey Adəm oğulları! Sizə aranızdan elçilər gəlib ayələrimi bəyan edərkən Məndən qorxub öz əməllərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.

Əraf surəsi, 35

Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər.

Ali İmran surəsi, 170

Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir.

Fatir surəsi, 34

Gözəl üzlü və gözəl xasiyyətli zövcələr vardır

Orada xoş xasiyyətli, gözəl qızlar vardır.

Rəhman surəsi, 70

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

Rəhman surəsi, 71

Çadırlarda gözlərini öz ərlərinə dikmiş hurilər vardır.

Rəhman surəsi, 72

İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlar üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə:

“Bu ki, əvvəlcə bizə verilən ruzidir!” – deyəcəklər. Halbuki onlara onun oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar.

Bəqərə surəsi, 25

Onların yanında baxışları öz ərlərinə dikilmiş iri qaragözlü hurilər olacaqdır.

Saffat surəsi, 48

Onları iri qaragözlü hurilər gözləyir –

Vaqiə surəsi, 22

sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər.

Vaqiə surəsi, 23

Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik.

Duxan surəsi, 54

Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq.

Vaqiə surəsi, 35

Onları bakirə qızlar edəcəyik –

Vaqiə surəsi, 36

ərlərini sevən, həmyaşıdlar.

Vaqiə surəsi, 37

Cənnət əhli gənc və yaşıddır

Onları bakirə qızlar edəcəyik –

Vaqiə surəsi, 36

ərlərini sevən, həmyaşıdlar.

Vaqiə surəsi, 37

Onların ətrafında həmişə gənc olan xidmətçi cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan.

İnsan surəsi, 19

Cənnətə girənlər qurtuluşa çatmışlar

Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.

Ali İmran surəsi, 185

Bu təqdirdə O sizin günahlarınızı bağışlayar və sizi ağacları altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir.

Saff surəsi, 12

Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir.

Büruc surəsi, 11

O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara:

“Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!” – deyiləcək. Bu, böyük uğurdur.

Hədid surəsi, 12

Quranda qadın ilə kişi bərabərdir

Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar. Onları bağışlanma və bolluca ruzi gözləyir.

Nur surəsi, 26

Şübhəsiz ki, sədəqə verən kişi və sədəqə verən qadınlar və Allaha gözəl borc verənlər üçün əvəzi qat-qat artırılacaqdır. Onlar üçün çox dəyərli bir mükafat da vardır.

Hədid surəsi, 18

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.

Nəhl surəsi, 97

Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”.

Nuh surəsi, 28

Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.

Əhzab surəsi, 35

Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür.

Əhzab surəsi, 36

Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü günahlandıranlar, sözsüz ki, öz üzərilərinə böhtanla bərabər açıq-aydın ağır bir yük götürmüşlər.

Əhzab surəsi, 58

Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.

Tövbə surəsi, 71

Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur.

Tövbə surəsi, 72

Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə. Allah gəzib-dolaşdığınız yeri də, gecələyəcəyiniz məskəni də bilir.

Məhəmməd surəsi, 19

Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.

Nisa surəsi, 124

Bu əmanət insana ona görə verildi ki, Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah Bağışlayandır, Rəhmlidir.

Əhzab surəsi, 73

O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara:

“Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!” – deyiləcək. Bu, böyük uğurdur.

Hədid surəsi, 12

Kim pis bir iş tutsa, o ancaq işinin həddi qədər cəza alar. Mömin olmaqla bərabər, yaxşı iş görən kişilər və qadınlar Cənnətə daxil olub orada hesabsız ruziyə nail olarlar.

Mümin surəsi, 40

Allahın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir.

Nisa surəsi, 32

Kimlər cəhənnəmə girəcəkdir

O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır.

Büruc surəsi, 10

Onlardan kimsə: “Mən Ondan başqa bir məbudam!” – desə, ona Cəhənnəmi qismət edərik. Biz zalımları belə cəzalandırırıq.

Ənbiya surəsi, 29

Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə əzaba giriftar ediləcəklər.

Səba surəsi, 38

Kafir olanlara, insanları həm Allah yolundan, həm də bütün insanlar – istər yerlilər, istərsə də gəlmələr – üçün qurduğumuz Məscidulharamdan sapdıranlara və orada zülm etməklə haqdan dönmək istəyənlərə ağrılı-acılı bir əzab daddıracağıq.

Həcc surəsi, 25

Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz.

Nur surəsi, 19

Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.

Əraf surəsi, 36

Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir.

Nur surəsi, 11

Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, cəhənnəmlik olar. O, orada nə ölər, nə də yaşayar.

Taha surəsi, 74

Kafirlər üçün hazırlanmış Oddan çəkinin.

Ali İmran surəsi, 131

İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün boşboş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir.

Loğman surəsi, 6

Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında xısın-xısın danışanları görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır və öz-özlərinə:

“Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?” – deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir.

Mücadilə surəsi, 8

Vay halına iftiraçının və günahkarın!

Casiyə surəsi, 7

O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inadkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ.

Casiyə surəsi, 8

O, ayələrimizdən bir şey öyrəndiyi zaman ona lağ edir. Məhz belələri üçün alçaldıcı bir əzab vardır.

Casiyə surəsi, 9

Sən Qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər Cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?

Zumər surəsi, 60

Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə əzaba giriftar ediləcəklər.

Səba surəsi, 38

Allah buyurdu: “Oradan mənfur və qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam.

Əraf surəsi, 18

Sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların:

“Alış-veriş də sələmçilik kimidir!” – demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. Sələmçiliyə qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.

Bəqərə surəsi, 275

Ey iman gətirənlər! Baş keşişlərdən və rahiblərdən çoxu insanların mallarını haqsız olaraq yeyir və onları Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri ağrılı-acılı bir əzabla müjdələ.

Tövbə surəsi, 34

Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara:

“Siz nə halda idiniz?” – deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!” – deyəcəklər. Mələklər də onlara: “Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz orada hicrət edəydiniz?” – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.

Nisa surəsi, 97

Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.

Nisa surəsi, 93

Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.

Nisa surəsi, 115

Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir.

Nisa surəsi, 29

Kim bu əməlləri düşmənçilik və zülm etməklə yerinə yetirərsə, Biz onu odda yandıracağıq. Bu da Allah üçün asandır.

Nisa surəsi, 30

Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır.

Ali İmran surəsi, 188

Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir.

Ali İmran surəsi, 105

Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır.

Ənam surəsi, 70

Ona: “Allahdan qorx!” – deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!

Bəqərə surəsi, 206

Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda pul əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.

Bəqərə surəsi, 174

Kafir olub ayələrimizi yalan sayanlar isə Cəhənnəm sakinləridirlər.

Maidə surəsi, 10

Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan oda girəcəklər.

Nisa surəsi, 10

Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: “Bu ayda vuruşmaq böyük günahdır. Lakin insanları Allah yolundan sapdırmaq, Onu inkar etmək, müsəlmanları Məscidulharama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır”. Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

Bəqərə surəsi, 217

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.

Bəqərə surəsi, 165

Siz o kəslərsiniz ki, bir-birinizi öldürürsünüz, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarırsınız, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən bixəbər deyildir.

Bəqərə surəsi, 85

Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr – məhz onlar Od sakinləridir və orada əbədi qalacaqlar!

Bəqərə surəsi, 81

Ayələrimizi inkar edib:

“Mənə hökmən var-dövlət və övlad veriləcəkdir!” – deyən adamı gördünmü?

Məryəm surəsi, 77

Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Mərhəmətli Allahdan vədə almışdır?

Məryəm surəsi, 78

Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq.

Məryəm surəsi, 79

və alovlu oda atılacaqdır!

İnşiqaq surəsi, 12

Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi

İnşiqaq surəsi, 13

və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır.

İnşiqaq surəsi, 14

Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları öldürənləri ağrılı-acılı bir əzabla müjdələ.

Ali İmran surəsi, 21

Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və qovulmuş halda Cəhənnəmə atılarsan.

İsra surəsi, 39

Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.

Bəqərə surəsi, 114

Dilinizin uydurduğu yalana əsasən:

“Bu halaldır, o haramdır!” – deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.

Nəhl surəsi, 116

İndi onlar az bir mənfəət əldə etmişlər, axirətdə isə onları ağrılı-acılı bir əzab gözləyir.

Nəhl surəsi, 117

Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq.

İsra surəsi, 18

Rəbbiniz dedi:

“Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.

Mümin surəsi, 60

Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır.

Nəhl surəsi, 106

Alçaq hiylələrə əl atanlar Allahın onları yerə batırmayacağına və yaxud gözləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi?

Nəhl surəsi, 45

Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi belə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləzzətinə uydular və günahkar oldular.

Hud surəsi, 116

Ey iman gətirənlər! Kafirlərlə döyüş meydanında qarşılaşsanız, arxanızı onlara çevirməyin.

Ənfal surəsi, 15

Daha bir döyüş əməliyyatı keçirmək üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulanlar istisna olmaqla, kim belə bir gündə onlara arxa çevirərsə, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir.

Ənfal surəsi, 16

Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət (Cənnət) hazırlanmışdır. Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan var-dövlətin hamısı, üstəlik bir o qədəri də onların olsaydı, əzabdan qurtarmaq üçün onu mütləq fidyə verərdilər. Onlarla dəhşətli bir haqq-hesab çəkiləcəkdir. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis yataqdır!

Rad surəsi, 18

Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər:

“Bunlar Rəbbinə iftira yaxanlardır” – deyəcəklər. Allahın lənəti olsun zalımlara!

Hud surəsi, 18

O kəslərə ki, insanları Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və Axirəti inkar edirlər.

Hud surəsi, 19

Onlar yer üzündə Allahdan yaxa qurtara bilməyəcəklər. Onların Allahdan başqa himayədarları da yoxdur. Onların əzabı qat-qat artırılar. Çünki onlar haqqı eşidə bilmirdilər və görmürdülər.

Hud surəsi, 20

Əgər təəccüblənirsənsə, onların:

“Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

Rad surəsi, 5

Məgər bilmirdilərmi ki, Allaha və Onun Elçisinə qarşı çıxanlar üçün içində əbədi qalacaqları Cəhənnəm odu vardır? Bu isə böyük rüsvayçılıqdır.

Tövbə surəsi, 63

Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Bu onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.

Tövbə surəsi, 68

Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların –

Yunis surəsi, 7

məhz onların qazandıqları günahlara görə sığınacaqları yer Oddur.

Yunis surəsi, 8

Kafir olduqlarına, ayələrimi və elçilərimi lağlağıya qoyduqlarına görə onların cəzası Cəhənnəmdir.

Kəhf surəsi, 106

Onların bağışlanması üçün dua etsən də, etməsən də, hətta onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları doğru yola yönəltməz.

Tövbə surəsi, 80

Bax belə! Şübhəsiz ki, azğınları da çox pis qayıdış yeri gözləyir –

Sad surəsi, 55

içində yanacaqları Cəhənnəm. Ora nə pis yataqdır!

Sad surəsi, 56

Möminlərdən könüllü surətdə sədəqə verənlərə və çətinliklə tapdıqlarını verənlərə eyib tutanları, onları məsxərəyə qoyanları, Allah məsxərəyə qoyacaqdır. Onları ağrılı-acılı bir əzab gözləyir.

Tövbə surəsi, 79

Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq.

Əraf surəsi, 40

Onların Cəhənnəm odundan yatağı və yorğanları olacaqdır. Biz zalımları belə cəzalandırırıq.

Əraf surəsi, 41

Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır.

Rad surəsi, 25

Cəhənnəmə necə girəcəkdirlər

O gün onlar amansızcasına sürüdülərək Cəhənnəm oduna atılacaqlar.

Tur surəsi, 13

Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.

Rəhman surəsi, 41

Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq.

İsra surəsi, 18

o zaman ki, boyunlarında dəmir halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər –

Mümin surəsi, 71

İnkarçılar cəhənnəmin yanacağıdırlar

Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. Allah onları bunun üçün yaratdı. Rəbbinin:

“Mən Cəhənnəmi bütün günahkar cinlər və insanlarla dolduracağam!” Sözü yerinə yetəcək.

Hud surəsi, 119

Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır.

Təhrim surəsi, 6

Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin.

Bəqərə surəsi, 24

Ey kafirlər! Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz mütləq ora girəcəksiniz.

Ənbiya surəsi, 98

Kafir olanların nə malları, nə də övladları onlara Allahın hüzurunda heç bir şeylə fayda verə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar.

Ali İmran surəsi, 10

Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim:

“Cəhənnəmi mütləq bütün günahkar cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcək.

Səcdə surəsi, 13

Kafirlər üçün son dönüş yeridir

Olmaya, kafirlər Məni qoyub qullarımı özlərinə dost tutacaqlarını güman edirdilər? Həqiqətən, Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq.

Kəhf surəsi, 102

Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. De:

“Sizə bundan daha pisini xəbər verimmi? Bu, Cəhənnəmdir! Allah onu kafirlərə vəd etmişdir. Ora nə pis qayıdış yeridir!”

Həcc surəsi, 72

O, həddi aşanların qayıdacağı yerdir.

Nəbə surəsi, 22

Qalınacaq ən pis yerdir

Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə, kafirlərin qəlblərinə qorxu salacağıq. Onların sığınacaqları yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir!

Ali İmran surəsi, 151

Onlar Cəhənnəmə girəcəklər. Ora necə də pis yaşayış yeridir!

İbrahim surəsi, 29

Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.

Nisa surəsi, 115

Məgər Allahın razılığını qazanmaq üçün gedən kimsə, Allahın qəzəbinə gələn və sığınacaq yeri Cəhənnəm olan bir kimsə ilə bərabər tutula bilərmi? Ora nə pis qayıdış yeridir!

Ali İmran surəsi, 162

Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarında yerləşdirər. Kafirlər isə müvəqqəti olaraq kef çəkər, heyvan kimi yeyib-içərlər. Onların yeri Oddur!

Məhəmməd surəsi, 12

Cəhənnəm kafirlərin görüşmə yeridir

Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir.

Hicr surəsi, 43

Dar və sıxıntılıdır

Onlar əlləri boynunda bağlı halda Cəhənnəmin dar bir yerinə atıldıqları zaman ölüm diləyərlər.

Furqan surəsi, 13

Dumanlı və qaranlıqdır

qapqara duman kölgəsində olacaqlar.

Vaqiə surəsi, 43

Bu duman nə sərin, nə də xoşagələndir.

Vaqiə surəsi, 44

Divarlarla əhatə olunur

O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə:

“Bir az gözləyin ki, biz də sizin işığınızdan alaq” – deyəcəklər. Onlara deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir.

Hədid surəsi, 13

Uğultusu vardır

Onlar Cəhənnəm odunu uzaq məsafədən gördükdə belə onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını eşidəcəklər.

Furqan surəsi, 12

Qarışıqlığı vardır

Onlar oraya vasil ediləndə onun dəhşətli uğultuyla qaynadığını eşidəcəklər.

Mülk surəsi, 7

Danışır və insanları çağırır

dərini yandırıb-yaxar.

Müddəssir surəsi, 29

Mömin kişi dedi: “Ey xalqım! Mən sizə, əlbir dəstələrin başına gəlmiş dəhşətli günün bənzərinin sizin də başınıza gəlməsindən qorxuram.

Mümin surəsi, 30

Cəhənnəmdəkilərin inildəməyi eşidiləcək

Onlar orada xırıldayacaq və heç nə eşitməyəcəklər.

Ənbiya surəsi, 100

Sonsuz bir əzab olacaqdır

Onlar orada əsrlər boyu qalacaqlar.

Nəbə surəsi, 23

Əzab davamlı olacaq və yüngülləşdirilməyəcəkdir

Sonra zalımlara deyiləcəkdir:

“Dadın əbədi əzabı! Məgər siz ancaq qazandığınız günahlara görə cəzalandırılmırsınızmı?”

Yunis surəsi, 52

Kafirlər Oddan çıxmaq istərlər, lakin onlar oradan çıxan deyillər. Onları əbədi bir əzab gözləyir.

Maidə surəsi, 37

Onlar bu lənətin içində həmişəlik qalacaqlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir.

Ali İmran surəsi, 88

Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!

Mümin surəsi, 46

O zaman onlar odda bir-birilə höcətləşəcəklər. Zəiflər təkəbbür göstərənlərə:

“Biz sizin ardınızca gedirdik. İndi siz odun bir hissəsindən bizi qurtara bilərsinizmi?” – deyəcəklər.

Mümin surəsi, 47

Kafirləri isə Cəhənnəm odu gözləyir. Orada nə öldürülməzlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı onlar üçün yüngülləşdirilər. Biz hər bir kafiri belə cəzalandırırıq.

Fatir surəsi, 36

Qurtuluş olmayacaqdır

Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtarmaq istədikdə yenidən oraya qaytarılacaq və onlara:

“Dadın odun əzabını!” – deyiləcəkdir.

Həcc surəsi, 22

Kafirlər Oddan çıxmaq istərlər, lakin onlar oradan çıxan deyillər. Onları əbədi bir əzab gözləyir.

Maidə surəsi, 37

Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.

Bələd surəsi, 19

Od onların üzərində qapanacaqdır.

Bələd surəsi, 20

Hər yandan ölüm gələcəkdir

O bunu qurtum-qurtum içəcək, amma onu uda bilməyəcəkdir. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcəkdir.

İbrahim surəsi, 17

Atəş əzabı olacaq

Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.

Zəriyət surəsi, 12

O gün onlara odda əzab veriləcəkdir.

Zəriyət surəsi, 13

Şübhəsiz ki, ayələrimizi inkar edənləri odda yandıracağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı daim dadsınlar deyə, Biz o dəriləri başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.

Nisa surəsi, 56

Cəhənnəm əhli qorxunc bir görünüş alacaq

Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən.

Kəhf surəsi, 27

O gün neçə-neçə üzlər də tutulub qaralacaq,

Qiyamət surəsi, 24

O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların xəbərdar edildikləri Gün!

Məaric surəsi, 44

Biz onun burnuna damğa vuracağıq.

Qələm surəsi, 16

Zəncirlərlə vurulacaqlar

O gün günahkarları zəncirlənmiş görəcəksən.

İbrahim surəsi, 49

Həqiqətən, Bizdə onlar üçün qandallar və Cəhənnəm hazırlanmışdır,

Müzzəmmil surəsi, 12

Zəncirlərlə və dəmir halqalarla bağlanacaqdırlar

Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq.

İnsan surəsi, 4

Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!

Haqqə surəsi, 32

Dəmir qamçılarla qamçılanacaqdırlar

Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır.

Həcc surəsi, 21

Bədənləri atəşlə dağlanacaqdır

O gün bu yığdıqları sərvətlər Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara:

“Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!” – deyiləcəkdir.

Tövbə surəsi, 35

Başları üstündən qaynar su töküləcəkdir

Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir.

Həcc surəsi, 19

De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”. Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!

Kəhf surəsi, 29

Qatran və oddan paltarlar geyəcəklər

Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcəkdir.

İbrahim surəsi, 50

Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir.

Həcc surəsi, 19

Qaynar su, qan və irinli su içəcəkdirlər

üstündən də qaynar su içəcəksiniz.

Vaqiə surəsi, 54

Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz”.

Vaqiə surəsi, 55

Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır.

Ənam surəsi, 70

qaynar çeşmədən içirdiləcəkdir.

Ğaşiyə surəsi, 5

Qabaqda onu Cəhənnəm gözləyir; orada ona irinli su içirdiləcək.

İbrahim surəsi, 16

O bunu qurtum-qurtum içəcək, amma onu uda bilməyəcəkdir. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcəkdir.

İbrahim surəsi, 17

Onlar orada nə bir sərinlik, nə də sərinlədirici içki dadacaqlar.

Nəbə surəsi, 24

İçdikləri yalnız qaynar su və irin olacaq –

Nəbə surəsi, 25

Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir.

Saffat surəsi, 67

Hamınızın dönüşü Onadır. Bu, Allahın haqq olan vədidir. O, məxluqu ilk dəfə yaradır, sonra onu Qiyamət günü yenidən dirildir ki, saleh əməllər edənləri ədalətlə mükafatlandırsın. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır.

Yunis surəsi, 4

Qanlı irindən başqa yeməyi də yoxdur.

Haqqə surəsi, 36

Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!

Sad surəsi, 57

Zəqqum və darı tikanı yeməkləridir

Onlara daridən başqa bir yemək verilməyəcəkdir.

Ğaşiyə surəsi, 6

O onları nə doydurar, nə də aclıqdan xilas edər.

Ğaşiyə surəsi, 7

Ziyafət üçün bu yaxşıdır, yoxsa zəqqum ağacı?

Saffat surəsi, 62

Biz onu zalımlar üçün bir sınaq etdik.

Saffat surəsi, 63

O, Cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır.

Saffat surəsi, 64

Onun meyvəsi şeytanların başları kimidir.

Saffat surəsi, 65

Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,

Vaqiə surəsi, 52

qarınlarınızı onunla dolduracaqsınız,

Vaqiə surəsi, 53

boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da vardır.

Müzzəmmil surəsi, 13

Həqiqətən, zəqqum ağacı

Duxan surəsi, 43

günahkar adamın yeməyidir.

Duxan surəsi, 44

Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –

Duxan surəsi, 45

qaynar su qaynayan kimi.

Duxan surəsi, 46

Allah onlarla danışmaz

Allah buyuracaq: “Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin!

Muminun surəsi, 108

Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır.

Ali İmran surəsi, 77

Rəzil və alçaq ediləcəklər

Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz.

Ali İmran surəsi, 192

Orada günahlarını etiraf edəcəkdirlər

Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar:

“Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?”

Mülk surəsi, 8

Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb:

“Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz” – demişdik.

Mülk surəsi, 9

Onlar deyəcəklər:

“Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!”

Mülk surəsi, 10

Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri!

Mülk surəsi, 11

Cənnətdəkilərdən su və ruzi istəyəcəklər

Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər:

“Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir”.

Əraf surəsi, 50

Etmiş olduqlarından ötəri peşman olacaqlar

Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər:

“Kaş biz Allaha ibadət edəydik, Onun Elçisinə itaətkar olaydıq!”

Əhzab surəsi, 66

Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb:

“Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz” – demişdik.

Mülk surəsi, 9

Onlar deyəcəklər:

“Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!”

Mülk surəsi, 10

Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri!

Mülk surəsi, 11

Onlar orada höcətləşərək deyərlər:

Şuəra surəsi, 96

“Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –

Şuəra surəsi, 97

o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.

Şuəra surəsi, 98

Bizi ancaq günahkarlar azdırdı.

Şuəra surəsi, 99

İndi isə bizim nə şəfaətçilərimiz,

Şuəra surəsi, 100

nə də bizə canıyanan bir dostumuz var!

Şuəra surəsi, 101

Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olardıq!”

Şuəra surəsi, 102

Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.

Şuəra surəsi, 103

Odun üzərində dayandırıldıqları vaxt onların:

“Kaş ki, bizi dünyaya qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq” – dediklərini görəydin!

Ənam surəsi, 27

Cəhənnəmdən çıxmaq və yaxşılıq etmək üçün dünyaya geri dönmək istəyəcəklər

Onlar orada fəryad qoparıb yalvaracaqlar:

“Ey Rəbbimiz! Bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın əzabı! Zalımlara kömək edən olmaz”.

Fatir surəsi, 37

Cəhənnəmdən qaçış olmayacaqdır

Günahkarlar atəşi görən kimi oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər.

Kəhf surəsi, 53

Yox olmaq istəyəcəklər

Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir:

“Kaş mən torpaq olaydım!”

Nəbə surəsi, 40

Onlar əlləri boynunda bağlı halda Cəhənnəmin dar bir yerinə atıldıqları zaman ölüm diləyərlər.

Furqan surəsi, 13

Onlara deyilər:

“Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!”

Furqan surəsi, 14

Onlar Cəhənnəm gözətçisini çağırıb deyəcəklər:

“Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz burada əbədi qalacaqsınız!” – deyəcək.

Zuxruf surəsi, 77

Biz sizə haqqı təqdim etdik, lakin çoxunuz haqqı xoşlamırdı.

Zuxruf surəsi, 78

Bir-birləriylə mübahisə edəcəklər

Şübhəsiz ki, bu, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir.

Sad surəsi, 64

Allah deyəcək:

“Sizdən əvvəl gəlib-getmiş günahkar cin və insan tayfaları ilə birlikdə Oda girin!” Hər bir tayfa Oda girdikcə digərini lənətləyəcəkdir. Nəhayət, hamısı orada toplandığı zaman sonrakılar əvvəlkilər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bunlardır bizi azdıran! Elə isə Odda bunlara ikiqat əzab ver!” Allah deyəcək: “Əzab hər kəs üçün ikiqatdır, lakin siz bunu bilmirsiniz!”

Əraf surəsi, 38

Tabe olanlar deyəcəklər:

“Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qərar tutulan yerdir!”

Sad surəsi, 60

Onlar deyəcəklər:

“Ey Rəbbimiz! Bunu bizə kim təqdim edibsə, onun əzabını odda ikiqat elə!”

Sad surəsi, 61

Günahkarlar deyəcəklər:

“Bizə nə olub ki, dünyada ikən pis adamlar saydığımız kişiləri burada görmürük?

Sad surəsi, 62

Biz onları haqsızcasınamı məsxərəyə qoyurduq? Nə isə, onlar gözə dəymirlər?”

Sad surəsi, 63

Özlərini azdıranları cəzalandırmaq istəyəcəklər

Kafirlər deyəcəklər:

“Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi tovlayıb yoldan çıxardanları bizə göstər ki, biz onları tapdağımız altına salıb yerlə yeksan edək”.

Fussilət surəsi, 29

Şeytanın vəzifəsi insanları azdırmaqdır

Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu.

Əraf surəsi, 175

O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və:

“Bu, şeytan əməlindəndir. Həqiqətən, o, haqq yoldan azdıran açıq-aydın bir düşməndir!” – dedi.

Qəsas surəsi, 15

O zaman şeytan onların əməllərini özlərinə gözəl göstərib:

“Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə yardım edən bir qonşuyam!” – demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!” – demişdi.

Ənfal surəsi, 48

İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam.

Əraf surəsi, 16

Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.

Əraf surəsi, 17

Allah buyurdu: “Oradan mənfur və qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam.

Əraf surəsi, 18

Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.

Nisa surəsi, 60

Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları haqq yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər.

Nəml surəsi, 24

İnsanları aldadır

Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır.

Nisa surəsi, 119

Şeytan onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir.

Nisa surəsi, 120

O zaman şeytan onların əməllərini özlərinə gözəl göstərib:

“Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə yardım edən bir qonşuyam!” – demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!” – demişdi.

Ənfal surəsi, 48

De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların yer üzündə azdırdığı, mömin dostlarının isə:

“Bizə tərəf gəl!” – deyib doğru yola çağırdıqları çaşbaş qalan kimsə kimi geriyəmi döndəriləcəyik?” De: “Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq.

Ənam surəsi, 71

Onlardan gücün çatdığı kimsələri səsinlə günaha təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər.

İsra surəsi, 64

Münafiqlər şeytana bənzəyirlər. Şeytan insana:

“Kafir ol!” – deyir. İnsan kafir olan kimi: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” – deyir.

Həşr surəsi, 16

Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə aldadaraq libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik.

Əraf surəsi, 27

Planı inananlar üçün çox zəifdir

Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.

Nisa surəsi, 76

İş bitdikdə şeytan deyəcək:

“Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır.

İbrahim surəsi, 22

İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər.

Səba surəsi, 20

Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir.

Səba surəsi, 21

Yalnız onu dost edənləri aldada bilər

O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!

Ali İmran surəsi, 175

İnkar edənlərə hücum edər

Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?

Şuəra surəsi, 221

Onlar hər bir yalançıya və günahkara nazil olarlar.

Şuəra surəsi, 222

Şeytanlar vəhydən eşitdiklərini kahinlərə təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!

Şuəra surəsi, 223

Möminlərdən başqa hər kəs ona tabe olar

İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər.

Səba surəsi, 20

Möminlər Şeytanın vəsvəsələrindən Allaha sığınarlar

Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.

Əraf surəsi, 200

Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər.

Əraf surəsi, 201

De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!

Muminun surəsi, 97

Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”

Muminun surəsi, 98

Ondan azad olduğu zaman demişdi:

“Ey Rəbbim! Mənim qızım oldu” – Allah onun nə doğduğunu daha yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan qorunmağı Sənə həvalə edirəm”.

Ali İmran surəsi, 36

İnsanların düşmənidir

O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.

Yusif surəsi, 5

Bir zaman Biz mələklərə:

“Adəmə səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!

Kəhf surəsi, 50

Üstündə yük daşınan və yük daşınmayan mal-qaranı da yaradan Odur. Allahın sizə verdiyi ruzilərdən yeyin, şeytanın izi ilə getməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir.

Ənam surəsi, 142

Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir.

Bəqərə surəsi, 168

O sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir.

Bəqərə surəsi, 169

Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir,

Yasin surəsi, 60

İnsanlara şübhə və vəsvəsə verər

Şeytan ona vəsvəsə edib dedi:

“Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?”

Taha surəsi, 120

Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi:

“Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya Cənnətdə əbədi qalanlardan olmayasınız”.

Əraf surəsi, 20

Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir.

Fussilət surəsi, 36

Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır.

Nisa surəsi, 119

Şeytan onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir.

Nisa surəsi, 120

İsrafı təşfiq edər

Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.

İsra surəsi, 27

İnsanları yoxsulluqla qorxudaraq alçaq həyasızlığa və xəsisliyə sövq edər

Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatəedəndir, Biləndir.

Bəqərə surəsi, 268

İnsanlara pisliyi əmr edər

Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir.

Nur surəsi, 21

Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır.

Nisa surəsi, 119

Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.

Maidə surəsi, 90

İnsanları xainliyə sövq edər

Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər.

Mücadilə surəsi, 10

Yaxşılığa və xeyirə tərəf heç bir istiqaməti yoxdur

Onlar Allahı qoyub, yalnız qadın adlarını daşıyan bütlərə yalvarır və yalnız üsyankar şeytana sitayiş edirlər.

Nisa surəsi, 117

İnsanlar üzərinə bir pislikdir

O zaman Allah Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin.

Ənfal surəsi, 11

İnsanlara pislikləri cəlbedici göstərməyə çalışar

Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları haqq yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər.

Nəml surəsi, 24

Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi.

Ənam surəsi, 43

Adı da, Səmudu da məhv etdik. Bu, onların məskənlərindən sizə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki onlar gözüaçıq adamlar idilər.

Ənkəbut surəsi, 38

O zaman şeytan onların əməllərini özlərinə gözəl göstərib:

“Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə yardım edən bir qonşuyam!” – demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!” – demişdi.

Ənfal surəsi, 48

Unutdurma xüsusiyyəti vardır

Yusif onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona Yusifi ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı.

Yusif surəsi, 42

Xidmətçi dedi:

“Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Balıq dirilib qəribə bir şəkildə dənizdə yol tutub getmişdir”.

Kəhf surəsi, 63

Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma.

Ənam surəsi, 68

İnsanları uzun və məqsədsiz işlərlə əyləndirər

Hidayət yolunu tanıdıqdan sonra haqdan dönüb geriyə üz tutanlara şeytan günah işləri gözəl göstərdi və onlara uzun ömür vəd etdi.

Məhəmməd surəsi, 25

İnsanları Allaha ibadət etməkdən və Allahı xatırlamaqdan saxlamağa çalışar

Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?

Maidə surəsi, 91

Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır.

Mücadilə surəsi, 19

Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.

Furqan surəsi, 29

İnsanların arasına kin və düşmənçilik salmaq istəyər

Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?

Maidə surəsi, 91

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.

İsra surəsi, 53

O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar hamısı onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O mənə lütf etdi. O məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan yanıma gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir.

Yusif surəsi, 100

Allaha qarşı itaətsiz və hörmətsizdir

Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə:

“Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.

Əraf surəsi, 11

və onu hər bir asi şeytandan mühafizə etdik.

Saffat surəsi, 7

Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu.

Məryəm surəsi, 44

Bir zaman mələklərə:

“Adəmə səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdədən imtina etdi.

Taha surəsi, 116

Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi.

Hicr surəsi, 31

Bir zaman mələklərə:

“Adəmə səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O dedi: “Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcəyəm?!”

İsra surəsi, 61

Allaha qarşı nankordur

Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.

İsra surəsi, 27

Yalan söyləyər

İş bitdikdə şeytan deyəcək:

“Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır.

İbrahim surəsi, 22

Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et.

Ənam surəsi, 112

Allah qatından qovulmuşdur

Ondan azad olduğu zaman demişdi:

“Ey Rəbbim! Mənim qızım oldu” – Allah onun nə doğduğunu daha yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan qorunmağı Sənə həvalə edirəm”.

Ali İmran surəsi, 36

Bu Quran daşqalaq olunmuş şeytanın sözü də deyildir.

Təkvir surəsi, 25

Onları qovulmuş hər bir şeytandan qoruduq.

Hicr surəsi, 17

Allahla bağlı

Onlar: “Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?” – demişdilər.

Ənbiya surəsi, 55

İbrahim demişdi: “Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm.

Ənbiya surəsi, 56

O müttəqilər ki, öz Rəbbindən Onu görmədikləri halda qorxur və gələcək o Saatdan lərzəyə gəlirlər.

Ənbiya surəsi, 49

Bu, nazil etdiyimiz mübarək bir Zikrdir. Siz onu inkarmı edirsiniz?

Ənbiya surəsi, 50

İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi nemət budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir.

Şura surəsi, 23

Yoxsa onlar sənin barəndə:

“O, Allaha qarşı yalan uydurdu” – deyirlər? Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar. Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir.

Şura surəsi, 24

Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər:

“Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.

Bəqərə surəsi, 26

Dinlə, Quranla və peyğəmbərlə bağlı

Kafirlər dedilər:

“Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah möcüzə endirməyə qadirdir. Lakin onların çoxu bunu bilmir”.

Ənam surəsi, 37

Əgər istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq.

Zuxruf surəsi, 60

Kafirlər möminlərə dedilər: “Əgər Quran xeyirli bir şey olsaydı, onlar bunda bizi qabaqlaya bilməzdilər!” Onlar bununla doğru yola gəlmədikləri üçün:

“Bu, köhnə yalandır!” – deyəcəklər.

Əhqaf surəsi, 11

Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan Kitabı var idi. Bu isə zalımları qorxutmaq və yaxşı iş görənlərə müjdə vermək üçün ərəb dilində nazil edilmiş, əvvəlkiləri təsdiq edən bir Kitabdır.

Əhqaf surəsi, 12

Firon dedi: “Bəs əvvəlki nəsillərin halı necə olacaq?”

Taha surəsi, 51

Musa dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur!”

Taha surəsi, 52

Onlar isə demişdilər:

“Sən bizi məbudlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir!”

Əhqaf surəsi, 22

Hud dedi: “Bu haqda bilgi ancaq Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Lakin mən sizin cahil adamlar olduğunuzu görürəm”.

Əhqaf surəsi, 23

Onlar dedilər:

“Ey Şueyb! Atalarımızın ibadət etdikləri məbudlardan, yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”.

Hud surəsi, 87

O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, onda necə olsun? Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam.

Hud surəsi, 88

Onlar dedilər:

“Bəs nə üçün Rəbbindən ona möcüzə nazil olmadı?” De: “Möcüzələr ancaq Allahdadır. Mən isə ancaq açıq-aydın xəbərdarlıq edənəm”.

Ənkəbut surəsi, 50

Onlar: “Nə üçün ona mələk endirilməyib?” – dedilər. Əgər biz mələk endirsəydik, iş bitmiş olardı, onlara isə möhlət verilməzdi.

Ənam surəsi, 8

Əgər biz onu mələk etsəydik, əlbəttə, onu kişi edərdik və onları bir daha düşdükləri şübhəyə salardıq.

Ənam surəsi, 9

Yaxud: “Bunu özündən uydurmuşdur!” – deyirlər. De: “Əgər mən onu uydurmuşamsa, siz məni Allahdan gələn heç bir cəzadan xilas edə bilməzsiniz. O sizin Quran haqqındakı söz-söhbətlərinizi daha yaxşı bilir. Mənimlə sizin aranızda şahid kimi Allah yetər. O, Bağışlayandır, Rəhmlidir”.

Əhqaf surəsi, 8

Yoxsa onlar:

“Bunu özündən uydurdu!” – deyirlər. De: “Əgər mən onu özümdən uydurmuşamsa, günahım özümə aiddir. Lakin mən sizin etdiyiniz günahlardan uzağam”.

Hud surəsi, 35

Qiyamət günü ilə bağlı

Onlar deyirlər:

“Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”

Mülk surəsi, 25

De: “Buna aid bilgi yalnız Allah yanındadır. Mən isə ancaq xəbərdar və bəyan edənəm!”

Mülk surəsi, 26

Kafirlər əzabın yaxın olduğunu gördükdə üzləri eybəcər görkəm alacaq və onlara:

“Sizin durmadan istədiyiniz əzab bax budur!” – deyiləcəkdir.

Mülk surəsi, 27

Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.

Zəriyət surəsi, 12

O gün onlara odda əzab veriləcəkdir.

Zəriyət surəsi, 13

Onlara deyiləcək:

“Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!”

Zəriyət surəsi, 14

Camaat sənə o Saat barədə sual verir. De: “Onu yalnız Allah bilir!” Nə bilirsən, bəlkə də, o Saat lap yaxınlaşmışdır.

Əhzab surəsi, 63

Kafirlər deyirlər:

“Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”

Yunis surəsi, 48

De: “Allahın istədiyindən başqa, mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadirəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər”.

Yunis surəsi, 49

Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” – deyirlər.

Nəml surəsi, 71

De: “Ola bilsin ki, tələsik istədiyiniz şeyin bir qismi, artıq sizə yaxınlaşmışdır”.

Nəml surəsi, 72

Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” – deyirlər.

Səba surəsi, 29

De: “Sizə vəd edilmiş bir gün vardır ki, siz onu nə bircə saat belə yubada, nə də tezləşdirə bilərsiniz”.

Səba surəsi, 30

Yenidən dirilişlə bağlı

Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər.

Səcdə surəsi, 10

De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”

Səcdə surəsi, 11

Bu Kitab Qüdrətli, Müdrik Allah tərəfindən nazil edilmişdir.

Mümin surəsi, 2

Bu, günahları Bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan lütf sahibindəndir! Ondan başqa məbud yoxdur. Dönüş də Onadır.

Mümin surəsi, 3

Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın.

Mümin surəsi, 4

Onlar deyirlər:

“Biz sür-sümük və toz halına düşdüyümüz zaman yeni bir məxluq kimi dirildiləcəyikmi?”

İsra surəsi, 49

De: “İstər daş olun, istər dəmir,

İsra surəsi, 50

və ya sizə nəhəng görünən bir məxluq olun, yenə də Allah sizi diriltməyə qadirdir”. Onlar deyəcəklər:

“Bizi həyata kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar istehza ilə başlarını yırğalayıb: “Bəs bu nə vaxt olacaqdır?” – deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu!”

İsra surəsi, 51

Bu, ayələrimizi inkar etdiklərinə və:

“Məgər biz sür-sümük və ovuntu olduğumuz halda yeni bir məxluq olaraq dirildiləcəyik?” – dediklərinə görə onların cəzasıdır.

İsra surəsi, 98

Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün elə bir əcəl müəyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər.

İsra surəsi, 99

Yaradılmış olanları ilahlaşdıranlar

De: “Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin”.

Əhqaf surəsi, 4

Əgər sən onlardan:

“Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!”

Zumər surəsi, 38

De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və bu yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, hər şeyə Qalib gələndir”.

Rad surəsi, 16

Hər kəsin qazandığını qoruyub saxlayan Allah, buna qadir olmayan bütlər kimi ola bilərmi? Müşriklər isə Allaha şəriklər qoşurlar. De: “Onların adlarını söyləyin! Yoxsa siz Ona yer üzündə bilmədiyi şeyləri yaxud boş sözlərimi xəbər verirsiniz?” Doğrusu, kafirlərə öz hiylələri gözəl göstərildi və onlar doğru yoldan çıxarıldılar. Allah kimi azdırsa, onu doğru yola yönəldən olmaz.

Rad surəsi, 33

Sadəcə çətin anlarda Allaha dua edib, rahatlığa qovuşduğunda Allahı unudanlar

İnsana bir zərər toxunduğu zaman Bizə yalvarır. Sonra Biz ona Özümüzdən bir nemət verdikdə deyir:

“Bu mənə yalnız özümdə olan biliyə görə verilmişdir!” Xeyr, bu, bir imtahandır, lakin onların çoxu bunu bilmir.

Zumər surəsi, 49

Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız.

Nəhl surəsi, 53

Bəlanı sizdən sovuşdurduqdan sonra sizlərdən bəziləri Rəbbinə şərik qoşur.

Nəhl surəsi, 54

Onlar: “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək” – deyəcəklər.

Duxan surəsi, 12

Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də,

Duxan surəsi, 13

onlar ondan üz çevirib:

“Öyrədilmiş bir dəlidir!” – dedilər.

Duxan surəsi, 14

Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qayıdacaqsınız.

Duxan surəsi, 15

De: “Acizanə və gizlicə:

“Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq” – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?”

Ənam surəsi, 63

De: “Ondan və bütün başqa sıxıntılardan sizi Allah xilas edir. Sonra siz yenə də şərik qoşursunuz”.

Ənam surəsi, 64

İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə Ona yalvarır. Sonra Allah Özündən insana bir nemət verəndə o, əvvəlcə kimə yalvardığını unudur və insanları Allahın yolundan çıxartmaq məqsədilə Ona şəriklər qoşur. De:

“Küfrünlə bu dünyada bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərindənsən!”

Zumər surəsi, 8

İnsana nemət verdiyimiz zaman üz çevirib haqdan uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar.

Fussilət surəsi, 51

Əgər üzlərini çevirsələr, unutma ki, Biz səni onlara nəzarətçi təyin etməmişik. Sənin vəzifən ancaq təbliğ etməkdir. Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən.

Şura surəsi, 48

Dağların saldığı kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona yalvararlar. Allah onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri küfrlə iman arasında orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər.

Loğman surəsi, 32

Ona bir pislik toxunduqda özündən çıxır,

Məaric surəsi, 20

bir xeyir nəsib olduqda isə xəsislik edir.

Məaric surəsi, 21

Sadəcə dünya həyatı üçün Allaha dua edənlər

Biz axirət savabını istəyənin savabın artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz.

Şura surəsi, 20

Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər.

Hud surəsi, 15

Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar.

Hud surəsi, 16

Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq.

İsra surəsi, 18

Həcc mərasiminizi bitirdikdə vaxtilə atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin! İnsanlar arasında:

“Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!” – deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur.

Bəqərə surəsi, 200

Allah yolunda çətinliklərlə qarşılaşanda inanclarından imtina edənlər

Məgər sən, özlərinə:

“Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!” – deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!” – dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki lif qədər belə haqsızlıq edilməz”.

Nisa surəsi, 77

Münafiqlər müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər bir də gəlmiş olsaydı, onlar bədəvilər arasında köçəri həyat sürüb barənizdəki xəbərləri soruşub öyrənmək istəyərdilər. Hərgah aranızda olsaydılar, ancaq azacıq döyüşərdilər.

Əhzab surəsi, 20

Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm versin deyə, Allahın Kitabına dəvət olunurlar, sonra da onlardan bir dəstə haqdan üz çevirir.

Ali İmran surəsi, 23

Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar:

“Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” – deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir.

Tövbə surəsi, 42

İnsanlar arasında: “Allaha iman gətirdik!” – deyənlər də vardır. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq:

“Biz də sizinlə idik!” – deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi?

Ənkəbut surəsi, 10

O zaman onlar sizin həm yuxarı və həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt qorxudan gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə-gümana qapılmışdınız.

Əhzab surəsi, 10

Orada möminlər imtahana çəkilmiş və güclü sarsıntıya məruz qalmışdılar.

Əhzab surəsi, 11

O zaman münafiqlər və qəlbində xəstəlik olanlar:

“Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir” – deyirdilər.

Əhzab surəsi, 12

Baxmayaraq ki, onlar bundan əvvəl cihaddan boyun qaçırmayacaqlarına dair Allaha söz vermişdilər. Onlar Allaha verdikləri sözə görə sorğu-sual olunacaqlar.

Əhzab surəsi, 15

De: “Əgər ölməkdən və ya öldürülməkdən qaçırsınızsa, bu qaçmaq qətiyyən sizə xeyir gətirməz. Belə olduğu təqdirdə siz ancaq əcəliniz çatana qədər çox az bir müddət ərzində gün-güzəran görəcəksiniz”.

Əhzab surəsi, 16

Allah yolunda mübarizədən qaçanlar

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”.

Tövbə surəsi, 24

Allahın varlığını bildiyi halda iman etməyənlər

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər:

“Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?”

Yunis surəsi, 31

Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar hökmən:

“Allah!” – deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu bunu bilmir.

Loğman surəsi, 25

Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə:

“Allah!” – deyərlər. Gör necə də haqdan döndərilirlər!

Zuxruf surəsi, 87

İnkarçılardan görəcəkləri təzyiq qorxusu ilə iman etməyənlər

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi.

Yunis surəsi, 83

Kafirlər dedilər: “Əgər biz səninlə birlikdə doğru yolla getsək, yurdumuzdan qovularıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, müqəddəs, təhlükəsiz bir yerdə yerləşdirmədikmi? Lakin onların çoxu bunu bilmir.

Qəsas surəsi, 57

Yenidən dirilişə inanmayanlar

Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız.

Muminun surəsi, 34

O sizə ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra dirildilib yenidən çıxarılacağınızımı vəd edir?

Muminun surəsi, 35

Sizə vəd olunan şey həqiqətdən çox uzaqdır, çox uzaq!

Muminun surəsi, 36

Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirilməyəcəyik.

Muminun surəsi, 37

Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik”.

Muminun surəsi, 38

Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər.

Səcdə surəsi, 10

Bu, ayələrimizi inkar etdiklərinə və:

“Məgər biz sür-sümük və ovuntu olduğumuz halda yeni bir məxluq olaraq dirildiləcəyik?” – dediklərinə görə onların cəzasıdır.

İsra surəsi, 98

Allah necə olsa məni bağışlayar deyənlər

Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. Onlar bu fani dünya malını alıb:

“Biz bağışlanacağıq!” – deyirdilər. Onlara buna bənzər mənfəətlər yenə də gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar Kitabda olanları oxuyub öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız?

Əraf surəsi, 169

Özlərini cənnətlik zənn edənlər

O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.

Kəhf surəsi, 104

Başına gələn bəladan sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər:

“Bu mənim haqqımdır və Mən o Saatın gələcəyini güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!” Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracağıq.

Fussilət surəsi, 50

O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm.

Kəhf surəsi, 35

O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!”

Kəhf surəsi, 36

De: “Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və doğru deyirsinizsə, onda özünüzə ölüm diləyin!”

Bəqərə surəsi, 94

Cəhənnəmə getsə belə orada yalnız qısa bir müddət qalacağını, sonra cənnətə girəcəyini zənn edənlər

Bu, onların: “Od bizə ancaq bir neçə gün toxunar!” – demələrinə görədir. Onları uydurduqları şeylər öz dinlərində aldadıb yoldan çıxartdı.

Ali İmran surəsi, 24

Onlar dedilər:

“Od bizə ancaq bir neçə gün toxunacaq!” De: “Məgər siz Allahdan əhd almısınız? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”

Bəqərə surəsi, 80

İman etmək üçün möcüzə görməyi istəyənlər

Kafirlər dedilər:

“Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah möcüzə endirməyə qadirdir. Lakin onların çoxu bunu bilmir”.

Ənam surəsi, 37

Kafirlər Allahın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De:

“Ayələr ancaq Allahın yanındadır. Siz haradan biləsiniz ki, o ayələr gəldikdə onlar yenə də iman gətirməyəcəklər?”

Ənam surəsi, 109

Onlar deyirlər:

“Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Qeyb ancaq Allaha aiddir. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.

Yunis surəsi, 20

Onlar: “Nə üçün ona mələk endirilməyib?” – dedilər. Əgər biz mələk endirsəydik, iş bitmiş olardı, onlara isə möhlət verilməzdi.

Ənam surəsi, 8

Özünü doğru yolda zənn edənlər

Biz onlara fasiq yoldaşlar qoşduq və bu dostlar onlara öndəkilərini və arxadakılarını gözəl göstərdilər (dünyanı sevdirib, axirəti unutdurdular). Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlər barəsindəki Söz onlar barəsində də gerçək oldu. Həqiqətən də, onlar ziyana uğradılar.

Fussilət surəsi, 25

Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin.

Fussilət surəsi, 37

Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar.

Zuxruf surəsi, 36

Münafiqlər onları haraylayıb deyəcəklər:

“Məgər biz sizinlə birlikdə deyildikmi?” Möminlər deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı.

Hədid surəsi, 14

Onlara: “Allahın nazil etdiyinə inanın!” – deyildikdə, onlar:

“Biz özümüzə nazil edilənə inanırıq” – deyib onun ardınca gələni inkar edirlər. Halbuki Quran onların yanında olanı təsdiqləyən bir həqiqətdir. De: “Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”

Bəqərə surəsi, 91

Pis əməli özünə gözəl göstərilib onu yaxşı hesab edənlə, doğru yolla gedən kimsə eyni ola bilərmi? Həqiqətən, Allah istədiyini zəlalətə salır, istədiyini də doğru yola yönəldir. Sən onlara görə özünü üzüb əldən salma. Şübhəsiz ki, Allah onların nə törətdiklərini bilir.

Fatir surəsi, 8

Etdiklərindən Allahı məsul tutanlar

Müşriklər deyəcəklər:

“Allah istəsəydi, nə biz, nə də atalarımız Ona şərik qoşar, nə də biz bir şeyi haram edə bilərdik”. Onlardan əvvəlkilər də öz peyğəmbərlərini beləcə yalançı hesab etmişdilər. Axırda əzabımızı daddılar. De: “Bizə göstərə biləcəyiniz bir bilginizmi var? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız”.

Ənam surəsi, 148

Mən sənin günahını üzərimə götürərəm deyənlər

Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik.

İsra surəsi, 15

Kafirlər möminlərə: “Bizim yolumuzla gedin, günahlarınızı öz üstümüzə götürək” – deyirlər. Halbuki onların heç biri heç kimin günahının altına girən deyildir. Şübhəsiz ki, onlar yalançıdırlar.

Ənkəbut surəsi, 12

Onlar həm öz günah yüklərini və həm də onlarla yanaşı, neçə-neçə yükləri də daşıyacaqlar. Qiyamət günü onlar uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər.

Ənkəbut surəsi, 13

Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən Onu görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim günahlardan təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış də ancaq Allahadır.

Fatir surəsi, 18

Dindar yaxınlarının özlərini hesab günündə qurtaracaqlarını düşünənlər

Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bunlar onları Allahdan heç cür xilas edə bilmədilər. Onlara:

“Girənlərlə birgə ikiniz də oda girin!” – deyildi.

Təhrim surəsi, 10

Əksəriyyətə görə hərəkət edənlər

Kafirlər dedilər:

“Biz nə bu Qurana, nə də bundan əvvəlkilərə əsla inanmayacağıq!” Kaş sən o zalımları öz Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları anda görəydin. Zəiflər, öz şəxsiyyətləri haqda yüksək rəydə olanlara deyəcəklər: “Əgər siz olmasaydınız, biz iman gətirərdik”.

Səba surəsi, 31

Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar.

Ənam surəsi, 116

Artıq onlar çoxlarını azdırmışlar. Sən də zalımlara azğınlıqdan başqa bir şey artırma”.

Nuh surəsi, 24

Dini, mənfəətlərinə vasitə edənlər

Ey iman gətirənlər! Baş keşişlərdən və rahiblərdən çoxu insanların mallarını haqsız olaraq yeyir və onları Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri ağrılı-acılı bir əzabla müjdələ.

Tövbə surəsi, 34

Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da:

“Bu, Allah tərəfindəndir!” – deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!

Bəqərə surəsi, 79

Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda pul əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.

Bəqərə surəsi, 174

Allaha qarşı yalan uydurandan və ya özünə vəhy olunmadığı halda:

“Mənə də vəhy olunmuşdur” – söyləyəndən və: “Mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm” – deyəndən daha zalım kim ola bilər? Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!” – dediklərini bircə görəydin.

Ənam surəsi, 93

Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz.

Bəqərə surəsi, 264

Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar:

“Bu, Allah tərəfindəndir!” – deyirlər. Halbuki o, Allah tərəfindən deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar.

Ali İmran surəsi, 78

İman edənləri özlərindən aşağı görənlər

Qövmünün kafir zadəganları dedilər:

“Biz səni səfeh sayırıq və həqiqətən də, səni yalançılardan hesab edirik!”

Əraf surəsi, 66

Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” – deyildiyi zaman:

“Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” – deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər.

Bəqərə surəsi, 13

Onlar dedilər:

“Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?”

Şuəra surəsi, 111

Ya da mən bu aciz və az qala sözünü belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi?

Zuxruf surəsi, 52

Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər (münafiqlər) ən alçaqları (müsəlmanları) mütləq oradan çıxardacaqlar!” – deyirlər. Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin bunu münafiqlər bilmirlər.

Münafiqun surəsi, 8

Onun qövmünün kafir zadəganları dedilər:

“Biz səni özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”.

Hud surəsi, 27

Kafirlər möminlərə dedilər: “Əgər Quran xeyirli bir şey olsaydı, onlar bunda bizi qabaqlaya bilməzdilər!” Onlar bununla doğru yola gəlmədikləri üçün:

“Bu, köhnə yalandır!” – deyəcəklər.

Əhqaf surəsi, 11

Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər,

Mutaffifin surəsi, 29

onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər,

Mutaffifin surəsi, 30

Qurandakı bilik və hikməti dəyərsiz görənlər

Ayələrimiz onlara oxunduğu zaman deyərlər:

“Artıq eşitdik. İstəsək, biz də buna bənzərini deyə bilərik. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”.

Ənfal surəsi, 31

Ayələrimiz ona oxunduğu zaman:

“Bu, keçmişdəkilərin əsatirlərindəndir!” – deyər.

Qələm surəsi, 15

Bu dirilmə həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil.

Muminun surəsi, 83

Quranın bir qisminə inanıb, bir qisminə inanmayanlar

Siz o kəslərsiniz ki, bir-birinizi öldürürsünüz, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarırsınız, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən bixəbər deyildir.

Bəqərə surəsi, 85

Öz ağıllarına görə halal-haramlar çıxaranlar

Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar.

Ənam surəsi, 116

Axmaqlıqları üzündən dərk etmədən öz övladlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə, ziyana uğramışlar. Onlar azdılar və doğru yola yönəlmədilər.

Ənam surəsi, 140

Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir.

Maidə surəsi, 87

Onlar öz batil iddialarına görə:

“Bu mal-qara və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz” – deyirlər. Müşriklər mal-qaradan bəzisinə minməyi haram edir, bəzisini də kəsərkən üstündə Allahın adını çəkmirlər. Onlar bunu Allaha iftira ataraq edirlər. O da onları atdıqları iftiraya görə cəzalandıracaqdır.

Ənam surəsi, 138

Allah, o heyvanlardan səkkiz cift yaratdı; qoyundan ikisini və keçidən ikisini. De:

“O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı balaları? Əgər doğru danışanlarsınızsa, elmə əsaslanıb bu haqda mənə xəbər verin”.

Ənam surəsi, 143

Dəvədən də ikisini, inəkdən də ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı balaları? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz?” Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz.

Ənam surəsi, 144

De: “Şahidlərinizi gətirin şəhadət versinlər ki, bunu Allah haram buyurmuşdur”. Əgər onlar şəhadət versələr, sən onlarla birlikdə şəhadət vermə. Ayələrimizi yalan sayanların və axirətə inanmayanların istəklərinə uyma. Onlar başqalarını öz Rəbbinə tay tuturlar.

Ənam surəsi, 150

Quranı peyğəmbər yazdı deyənlər

Yoxsa: “Məhəmməd onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!”

Yunis surəsi, 38

Yoxsa onlar:

“Bunu özündən uydurdu!” – deyirlər. De: “Əgər mən onu özümdən uydurmuşamsa, günahım özümə aiddir. Lakin mən sizin etdiyiniz günahlardan uzağam”.

Hud surəsi, 35

Yaxud: “Bunu özündən uydurmuşdur!” – deyirlər. De: “Əgər mən onu uydurmuşamsa, siz məni Allahdan gələn heç bir cəzadan xilas edə bilməzsiniz. O sizin Quran haqqındakı söz-söhbətlərinizi daha yaxşı bilir. Mənimlə sizin aranızda şahid kimi Allah yetər. O, Bağışlayandır, Rəhmlidir”.

Əhqaf surəsi, 8

Quranı bəyənməyənlər

Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De:

“Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxuram”.

Yunis surəsi, 15

Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din olan İslama etiqad etməyənlərlə, zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun.

Tövbə surəsi, 29

Həqiqi imana sahib olanlar çox azdır

Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir.

Rum surəsi, 30

Həqiqətən, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük şeydir. Lakin insanların çoxu bunu bilmir.

Mümin surəsi, 57

Korla görən, iman gətirib yaxşı işlər görənlərlə pislik edənlər eyni deyildir. Necə də az düşünüb daşınırsınız!

Mümin surəsi, 58

O Saat mütləq gələcəkdir, bunda heç bir şübhə yoxdur. Lakin insanların əksəriyyəti buna inanmır.

Mümin surəsi, 59

Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir.

Yusif surəsi, 103

Budur Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti bunu bilmir.

Rum surəsi, 6

Onlar Allaha möhkəm and içdilər ki:

“Allah ölən bir kəsi diriltməyəcəkdir!” Xeyr! Allahın ölüləri diriltməsi Onun doğru vədinə görə olacaq, lakin insanların çoxu bunu bilmirlər.

Nəhl surəsi, 38

Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir.

Yusif surəsi, 106

Əlif. Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən həqiqətdir, lakin insanların çoxu buna inanmır.

Rad surəsi, 1

De: “Allah sizə həyat verir, sonra öldürür, sonra da sizi gələcəyinə heç bir şəkk-şübhə olmayan Qiyamət günü dirildib bir yerə toplayacaqdır”. Lakin insanların çoxu bunu bilmir.

Casiyə surəsi, 26

Bütün peyğəmbərlər haqq dinə çağırmışlar

İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər:

“Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!”

Bəqərə surəsi, 132

Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir.

Ali İmran surəsi, 19

Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun” – deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu!

Nəhl surəsi, 36

Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi:

“Dinə doğrudüzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yönəldər.

Şura surəsi, 13

İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar.

Ali İmran surəsi, 85

De: “Biz Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil edilənlərə, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz onların heç birinin arasında fərq qoymuruq. Biz təkcə Ona təslim olanlarıq!”

Ali İmran surəsi, 84

Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!

Həcc surəsi, 78

Allahın iman etməyənlərə sualları

Əgər sən onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?” – deyə soruşsan, onlar mütləq:

“Allahdır!” – deyəcəklər. Onlar necə də haqdan döndərilirlər!

Ənkəbut surəsi, 61

Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır?

Tur surəsi, 35

Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.

Tur surəsi, 36

Axıtdığınız nütfəni gördünüzmü?

Vaqiə surəsi, 58

Onu siz yaradırsınız, yoxsa Biz?

Vaqiə surəsi, 59

Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borclu qaldıqlarına görə ağır yük altındadırlar?

Tur surəsi, 40

Yoxsa onlar qeybi bilir və onu yazırlar?

Tur surəsi, 41

Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar.

Tur surəsi, 42

Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır.

Tur surəsi, 43

Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz?

Vaqiə surəsi, 57

Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz?

Vaqiə surəsi, 62

Əkdiyinizi gördünüzmü?

Vaqiə surəsi, 63

Onu siz bitirirsiniz, yoxsa Biz?

Vaqiə surəsi, 64

Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz,

Vaqiə surəsi, 65

Yandırdığınız odu gördünüzmü?

Vaqiə surəsi, 71

Onun ağacını siz yaradırsınız, yoxsa Biz?

Vaqiə surəsi, 72

O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?

Bələd surəsi, 5

O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”

Bələd surəsi, 6

O, heç kəsin onu görməyəcəyinimi zənn edir?

Bələd surəsi, 7

Məgər ona iki gözü Biz verməmişikmi?

Bələd surəsi, 8

Bir dillə iki dodaq verməmişikmi?

Bələd surəsi, 9

Məgər onlar Allahın hər şeyi bürüyən əzabının onları qaplamayacağına və ya özləri də hiss etmədən o Saatın onlara qəflətən gəlməyəcəyinə əmindirlərmi?

Yusif surəsi, 107

Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir.

Yasin surəsi, 81

Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar?

Əraf surəsi, 185

Onlar dedilər:

“Nə üçün bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama nazil edilmədi?”

Zuxruf surəsi, 31

Sənin Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir.

Zuxruf surəsi, 32

Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?

Məryəm surəsi, 67

De: “Deyin görüm, əgər suyunuz yerin dibinə çöksə, Allahdan başqa kim sizə axar su gətirə bilər?”

Mülk surəsi, 30

Sözsüz ki, ayələrimizdən üz döndərənlər Bizdən gizli qalmazlar. Onda deyin görək oda atılan kimsə yaxşıdır, yoxsa Qiyamət gününə əminamanlıq içində gələn kimsə? İstədiyinizi edin! Həqiqətən, O, nə etdiklərinizi görür.

Fussilət surəsi, 40

De: “Bir deyin görək, əgər Quran Allah tərəfindəndirsə, sonra da siz onu inkar edirsinizsə, bunu necə başa düşmək olar?! Elə isə haqdan uzaq bir ayrılıq içində olan kəsdən daha çox azmış kim ola bilər?

Fussilət surəsi, 52

Biz onu (həmin hadisəni) nəsillərə ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?

Qamər surəsi, 15

Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!

Qamər surəsi, 16

Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

Qamər surəsi, 17

Biz neçə-neçə həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı?

Qamər surəsi, 51

Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən?

Mülk surəsi, 22

Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət kimi oxuyuruq. Onlar Allaha və Onun dəlillərinə dair sözə inanmadıqdan daha sonra hansı sözə inanacaqlar?!

Casiyə surəsi, 6

Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?

Qələm surəsi, 35

Sizə nə olub, necə hökm verirsiniz?

Qələm surəsi, 36

Yoxsa sizin elə bir kitabınız vardır ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz?

Qələm surəsi, 37

Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır?

Qələm surəsi, 38

Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır?

Qələm surəsi, 39

Onlardan soruş ki, kim buna zamin duracaqdır?

Qələm surəsi, 40

Yoxsa onların şərikləri vardır? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər.

Qələm surəsi, 41

Möminləri qoyub kafirləri özlərinə dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur.

Nisa surəsi, 139

De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və bu yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, hər şeyə Qalib gələndir”.

Rad surəsi, 16

Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və haqdan qaçmaqda davam edirlər.

Mülk surəsi, 21

Bəlkə insan özbaşına qoyulacağını güman edir?

Qiyamət surəsi, 36

Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi?

Qiyamət surəsi, 37

Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı.

Qiyamət surəsi, 38

Ondan da bir cüt kişi və qadın yaratdı.

Qiyamət surəsi, 39

Məgər O, ölüləri diriltməyə qadir deyil?

Qiyamət surəsi, 40

Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi? Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız.

Bəqərə surəsi, 28

De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə möhür vursa, Allahdan başqa hansı məbud onları sizə qaytara bilər?” Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar yenə üz çevirirlər.

Ənam surəsi, 46

De: “Allaha qoşduğunuz şəriklərdən eləsi varmı ki, hər hansı bir məxluqu ilk dəfə yaratsın, öldükdən sonra onu əvvəlki halına qaytarsın?” De: “Məxluqu ilk dəfə Allah yaradır, öldükdən sonra onu əvvəlki halına qaytarır. Siz necə də haqdan döndərilirsiniz!”

Yunis surəsi, 34

Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar?

Əraf surəsi, 185

Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə göydən bol-bol yağış yağdırmış və evlərinin altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq.

Ənam surəsi, 6

Allahın sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz.

İsra surəsi, 68

Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.

Nisa surəsi, 82

Yoxsa hökmranlıqdan onların bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir qırıntısını belə verməzdilər.

Nisa surəsi, 53

Məgər onlar Allaha və Axirət gününə iman gətirib Allahın onlara verdiyi ruzidən Onun yolunda xərcləsəydilər, nə itirərdilər? Allah onların hər bir işini bilir.

Nisa surəsi, 39

Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və haqdan qaçmaqda davam edirlər.

Mülk surəsi, 21

Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqdır.

Ali İmran surəsi, 83

Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar:

“Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?

Bəqərə surəsi, 170

Onlar dedilər:

“Od bizə ancaq bir neçə gün toxunacaq!” De: “Məgər siz Allahdan əhd almısınız? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”

Bəqərə surəsi, 80

De: “Doğru danışanlarsınızsa, deyin görüm, əgər sizə Allahın əzabı gəlsə və ya həmin Saat sizi haqlayarsa, Allahdan başqasınımı çağıracaqsınız?”

Ənam surəsi, 40

Onlar dedilər:

“Bəs nə üçün Rəbbindən ona möcüzə nazil olmadı?” De: “Möcüzələr ancaq Allahdadır. Mən isə ancaq açıq-aydın xəbərdarlıq edənəm”.

Ənkəbut surəsi, 50

Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adamlar üçün mərhəmət və ibrət vardır.

Ənkəbut surəsi, 51

Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz!

Fatir surəsi, 3

Onlar orada fəryad qoparıb yalvaracaqlar:

“Ey Rəbbimiz! Bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın əzabı! Zalımlara kömək edən olmaz”.

Fatir surəsi, 37

De: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qullarına! Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqlarınız?

Nəml surəsi, 59

Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətini görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar. Elçiləri onlara açıq-aydın möcüzələr gətirirdilər. Onlara Allah zülm etmirdi. Onlar özləri özlərinə zülm etmişdilər.

Rum surəsi, 9

İçdiyiniz suyu gördünüzmü?

Vaqiə surəsi, 68

Onu buluddan siz endirirsiniz, yoxsa Biz?

Vaqiə surəsi, 69

Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?

Vaqiə surəsi, 70

De: “Bir deyin görək, əgər Allah gündüzü üstünüzdə qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər siz görmürsünüz?”

Qəsas surəsi, 72

Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De:

“Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”.

Ənam surəsi, 158

Məgər kafirlər bu Söz haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi?

Muminun surəsi, 68

Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıqaşkar mübahisə edir.

Yasin surəsi, 77

Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün elə bir əcəl müəyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər.

İsra surəsi, 99

Yoxsa günahkarlar elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə

Muminun surəsi, 55

onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar bu işin fərqinə varmırlar.

Muminun surəsi, 56

Alçaq hiylələrə əl atanlar Allahın onları yerə batırmayacağına və yaxud gözləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi?

Nəhl surəsi, 45

Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə dənizdə sizi batırmayacağına əminsiniz? Sonra buna görə Bizdən intiqam alan bir nəfər belə tapa bilməzsiniz.

İsra surəsi, 69

Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?

Bəqərə surəsi, 77

Yoxsa kafirlər mələklərin onların yanına gəlməsindən və yaxud Rəbbinin əmrinin gəlməsindən başqa bir şeymi gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.

Nəhl surəsi, 33

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər:

“Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?”

Yunis surəsi, 31

De: “Bir deyin görək, əgər Allah gecəni üstünüzdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud sizə bir işıq gətirə bilər? Məgər siz eşitmirsiniz?”

Qəsas surəsi, 71

Sizə nə olub ki, malınızdan Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası Allahındır. Sizlərdən Məkkənin fəthindən əvvəl xərcləyib döyüşənlər başqaları ilə eyni deyillər. Onların dərəcəsi mallarını fəthdən sonra xərcləyib döyüşənlərdən daha üstündür. Amma Allah onların hamısına ən gözəl olanı vəd etmişdir. Allah sizin nə etdiklərinizdən xəbərdardır.

Hədid surəsi, 10

Qurandan bəzi səbəb-nəticə əlaqələri

Gözləmə vaxtı bitdikdə onları şəriətə müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, Allah çıxış yolu göstərər

Talaq surəsi, 2

və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.

Talaq surəsi, 3

O zaman Rəbbiniz bildirmişdi:

“Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir”.

İbrahim surəsi, 7

Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır.

Ənfal surəsi, 65

Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan yerə enin. Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar.

Taha surəsi, 123

Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir.

Ali İmran surəsi, 120

Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allaha olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir.

Maidə surəsi, 105

Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”.

Taha surəsi, 124

Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir.

Ənfal surəsi, 46

Biz hansı bir ölkəyə peyğəmbər göndərdiksə, onun əhalisini sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyələr.

Əraf surəsi, 94

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.

Ənfal surəsi, 29

Əgər o ölkələrin əhalisi iman gətirib Allahdan qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar peyğəmbərləri yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə əzabla yaxaladıq.

Əraf surəsi, 96

De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, istədiyinə də onu azaldar. Nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!”

Səba surəsi, 39

Heyzdən kəsilmiş yaşlı qadınlarınızın iddəsi barəsində şübhəniz varsa, onların, eləcə də hələ heyz görməmiş qızların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar.

Talaq surəsi, 4

Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, Allah onun günahlarından keçər və onun mükafatını artırar.

Talaq surəsi, 5

Bu, ona görədir ki, bir camaat nəfslərində olanı dəyişməyincə, Allah da onlara verdiyi neməti dəyişən deyildir. Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir.

Ənfal surəsi, 53

Müsəlman olması üçün kimsə məcbur edilə bilməz

Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən.

Ğaşiyə surəsi, 21

Sən onların üstündə hökmdar deyilsən.

Ğaşiyə surəsi, 22

Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!

Qaf surəsi, 45

Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir.

Bəqərə surəsi, 256

Əgər üz çevirsələr, bil ki, sənin vəzifən ancaq aşkar təbliğat aparmaqdır.

Nəhl surəsi, 82

De: “Ey insanlar! Rəbbinizdən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə, xeyri onun özünə dəyər, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Mən sizi qoruyan deyiləm”.

Yunis surəsi, 108

O qaşqabağını sallayıb üzünü yana çevirdi –

Əbəsə surəsi, 1

yanına bir korun gəlməsinə görə.

Əbəsə surəsi, 2

Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi

Əbəsə surəsi, 3

və yaxud nəsihət dinləyib faydalanacaqdı.

Əbəsə surəsi, 4

Nəsihətə ehtiyacı olmayana gəlincə isə –

Əbəsə surəsi, 5

sən ona diqqət yetirirsən.

Əbəsə surəsi, 6

Onun təmizlənməməyinin sənə bir dəxli yoxdur.

Əbəsə surəsi, 7

Səy göstərib sənin yanına gələn,

Əbəsə surəsi, 8

Allahdan qorxan kimsəyə gəlincə,

Əbəsə surəsi, 9

ona məhəl qoymursan!

Əbəsə surəsi, 10

Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir.

Əbəsə surəsi, 11

Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın.

Əbəsə surəsi, 12

Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən?

Yunis surəsi, 99

Quran bağışlamağı, xoşxasiyyətli olmağı əmr edir

Əgər bir xeyri aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi bağışlasanız, bilin ki, Allah əfv edəndir, hər şeyə Qadirdir.

Nisa surəsi, 149

Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər.

Zuxruf surəsi, 37

Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.

Əraf surəsi, 199

Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir.

Bəqərə surəsi, 263

Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız.

Nəhl surəsi, 90

Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir.

Şura surəsi, 40

Haqsızlığa uğradıqdan sonra qisas alanlara heç bir məzəmmət olunmaz.

Şura surəsi, 41

Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır.

Şura surəsi, 42

Hər kim səbir edib bağışlasa, şübhəsiz ki, bu məqsədə uyğun işlərdəndir.

Şura surəsi, 43