Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran məlumatı: İman etməyənlər

Mündəricat
  1. Giriş
  2. Allah
  3. Quran-i Kərim
  4. Möminlər
  5. Münafiqlər
  6. İman etməyənlər
  7. Mövzularına görə ayələr
  8. Quranda intizam anlayışı
  9. Dünya həyatı
  10. Allahın əmr və tövsiyələri
  11. Quran və elm

Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.

Əraf surəsi, 179

Allaha iman etməzlər

Çünki o, Böyük Allaha iman gətirmirdi,

Haqqə surəsi, 33

Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din olan İslama etiqad etməyənlərlə, zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun.

Tövbə surəsi, 29

Allahdan qorxmazlar

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər:

“Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?”

Yunis surəsi, 31

Onlara öz Rəbbindən istənilən bir yeni xəbərdarlıq gəldikdə, ona istehza edərək, qulaq asmazlar –

Ənbiya surəsi, 2

Allaha şərik qoşarlar

Olmaya, kafirlər Məni qoyub qullarımı özlərinə dost tutacaqlarını güman edirdilər? Həqiqətən, Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq.

Kəhf surəsi, 102

Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər.

Yasin surəsi, 74

Allaha qarşı hörmətsizdirlər

Çünki onlara: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur!” – deyildikdə təkəbbür göstərir

Saffat surəsi, 35

Onlar özlərinə verdiyimiz ruzidən heç nə dərk etmək qabiliyyətində olmayanlara pay ayırırlar. Allaha and olsun ki, atdığınız iftiralara görə mütləq sorğu-sual olunacaqsınız.

Nəhl surəsi, 56

Onlar qızları Allaha aid edirlər. O, pak və müqəddəsdir. Özlərinə isə istədiklərini məxsus edirlər.

Nəhl surəsi, 57

Allahın xatırlanmasına dözə bilməzlər

Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar.

Tövbə surəsi, 32

Kafirlər: “Bu Qurana qulaq asmayın, oxunarkən hay-küy salın. Bəlkə, qalib gələsiniz” – dedilər.

Fussilət surəsi, 26

Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. De:

“Sizə bundan daha pisini xəbər verimmi? Bu, Cəhənnəmdir! Allah onu kafirlərə vəd etmişdir. Ora nə pis qayıdış yeridir!”

Həcc surəsi, 72

Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər.

İsra surəsi, 46

Allah tək olaraq xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər.

Zumər surəsi, 45

O kəslərə ki, gözlərinə Məni anmamaq üçün pərdə çəkmişdilər, özləri də eşidə bilmirdilər.

Kəhf surəsi, 101

Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən:

“O, dəlidir!” – deyirlər.

Qələm surəsi, 51

Allahı özlərinin etdiklərindən xəbərsiz zənn edərlər

Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında əməllərini yazan elçilərimiz vardır.

Zuxruf surəsi, 80

Məgər anlamırdılar ki, Allah onların sirlərindən də, xəlvəti danışıqlarından da agahdır və Allah qeybləri biləndir?

Tövbə surəsi, 78

Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir.

Fussilət surəsi, 22

Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?

Bəqərə surəsi, 77

Qiyamətin varlığına inanmazlar

Doğrusu, onlar haqq-hesab çəkiləcəklərinə ümid etmirdilər.

Nəbə surəsi, 27

İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində imandan üz çevirirlər.

Ənbiya surəsi, 1

Lakin onlar Qiyamət Saatını da yalan saydılar. Biz də onu yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq.

Furqan surəsi, 11

Sizə: “Allahın vədi haqdır və o Saata heç bir şəkk-şübhə yoxdur!” – deyildiyi zaman:

“Biz o Saatın nə olduğunu bilmirik! Onun ancaq bir zənn olduğunu güman edirik. Biz buna əmin deyilik!” – deyirdiniz”.

Casiyə surəsi, 32

Qiyamətə inanmayanlar onun tez gəlib çatmasını istəyirlər. Möminlər isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Şübhəsiz ki, o Saat barəsində mübahisə edənlər dərin bir azğınlıq içindədirlər.

Şura surəsi, 18

Axirətin varlığına inanmazlar

Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar.

Müddəssir surəsi, 53

Doğrusu, onlar haqq-hesab çəkiləcəklərinə ümid etmirdilər.

Nəbə surəsi, 27

Məgər onlar özlüyündə fikirləşmirlər ki, Allah göyləri, yeri və onların arasındakıları ancaq bir gerçəklik kimi və müəyyən müddətə qədər yaratmışdır? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir.

Rum surəsi, 8

Axirətə inanmayanlar isə doğru yoldan çıxırlar.

Muminun surəsi, 74

Allahın özlərini öldükdən sonra dirildəcəyinə inanmazlar

Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”.

Kəhf surəsi, 105

Kafir olduqlarına, ayələrimi və elçilərimi lağlağıya qoyduqlarına görə onların cəzası Cəhənnəmdir.

Kəhf surəsi, 106

Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız.

Muminun surəsi, 34

O sizə ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra dirildilib yenidən çıxarılacağınızımı vəd edir?

Muminun surəsi, 35

Sizə vəd olunan şey həqiqətdən çox uzaqdır, çox uzaq!

Muminun surəsi, 36

Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirilməyəcəyik.

Muminun surəsi, 37

Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik”.

Muminun surəsi, 38

Bu, ayələrimizi inkar etdiklərinə və:

“Məgər biz sür-sümük və ovuntu olduğumuz halda yeni bir məxluq olaraq dirildiləcəyik?” – dediklərinə görə onların cəzasıdır.

İsra surəsi, 98

Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər.

Səcdə surəsi, 10

Həm də onların elmi axirəti qavrayıb dərk edə bilməz. Üstəlik də onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kor kimi baxarlar”.

Nəml surəsi, 66

Kafirlər dedilər: “Məgər biz və atalarımız torpağa qarışdıqdan sonra qəbirlərdən çıxardılacağıq?

Nəml surəsi, 67

Allaha, dinə və iman gətirənlərə qarşı kin və nifrət bəsləyərlər

Allah insanı nütfədən yaratdı. O isə açıq-aşkar mübahisəçiyə çevrildi.

Nəhl surəsi, 4

Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur.

Tövbə surəsi, 33

Allah tək olaraq xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər.

Zumər surəsi, 45

Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ.

Loğman surəsi, 7

Biz sizə haqqı təqdim etdik, lakin çoxunuz haqqı xoşlamırdı.

Zuxruf surəsi, 78

Onlara: “Mərhəmətli Allaha səcdə edin!” – deyildikdə:

“Mərhəmətli Allah nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə etməliyik?” – deyərlər. Bu da onların nifrətini artırar.

Furqan surəsi, 60

Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.

Ali İmran surəsi, 118

Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz nazil olan kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda:

“Biz iman gətirdik!” – deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir.

Ali İmran surəsi, 119

Allahın göndərdiyi elçiləri yalanlayarlar

Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də elçiləri yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. Bir görəydin Mənim cəzam necə oldu!

Mümin surəsi, 5

Quran haqqında şübhə içindədirlər

Kafir olanlar isə, o Saat qəflətən onların başlarının üstünü alanadək, yaxud səmərəsiz bir günün əzabı onlara gəlib yetişənədək, Quran barəsində şəkk-şübhə içində qalarlar.

Həcc surəsi, 55

Öyüd almazlar

Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər.

Yasin surəsi, 46

Onlara xatırlatdıqda düşünüb ibrət almırlar.

Saffat surəsi, 13

Onlara nə olub ki, nəsihətdən üz döndərirlər?

Müddəssir surəsi, 49

Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki,

Müddəssir surəsi, 50

ovçulardan (yaxud aslandan) qaçırlar.

Müddəssir surəsi, 51

Zülm edərək iman edənlərə qarşı qalib gəlməyə çalışarlar

Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.

Şuəra surəsi, 49

Kafir olanlar öz elçilərinə dedilər: “Sizi ya öz torpağımızdan qovacağıq, ya da mütləq dinimizə qayıdacaqsınız!” Rəbbi də onlara belə vəhy etdi:

“Biz zalımları mütləq məhv edəcək

İbrahim surəsi, 13

Firon dedi: “Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!”

Şuəra surəsi, 29

Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!”

Taha surəsi, 71

Onlar dedilər:

“Ey Lut! Əgər təbliğatına son qoymasan, mütləq qovulanlardan olacaqsan!”

Şuəra surəsi, 167

Qövmünün cavabı isə ancaq:

“Ya onu öldürün, ya da yandırın!” – demələri oldu. Lakin Allah onu oddan qorudu. Doğrudan da, bunda mömin adamlar üçün mənimsəməli bir ibrət vardır.

Ənkəbut surəsi, 24

Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb:

“O, dəlidir!” – dedilər və ona hədə-qorxu gəldilər.

Qamər surəsi, 9

Onun qövmünün cavabı:

“Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır” – deməkdən başqa bir şey olmamışdı.

Əraf surəsi, 82

Onun qövmünün təkəbbürlü zadəganları dedilər:

“Ey Şueyb! Ya biz hökmən səni də, səninlə birlikdə iman gətirənləri də yurdumuzdan çıxaracaq, ya da siz bizim dinimizə dönəcəksiniz”. Şueyb dedi: “Hətta nifrət etmiş olsaq belə?”

Əraf surəsi, 88

Onlar dedilər:

“Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də böyük bir adam deyilsən”.

Hud surəsi, 91

Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?

Şuəra surəsi, 129

Bir kəsi yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı?

Şuəra surəsi, 130

Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”

Məryəm surəsi, 46

Dini və iman gətirənləri məsxərəyə qoyarlar

Hər bir qeybət edənin, tənə vuranın vay halına!

Hüməzə surəsi, 1

İbrahim dedi:

“Orada Lut da var!” Onlar dedilər: “Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu da, onun ailəsini də mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq”.

Ənkəbut surəsi, 32

Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar.

Saffat surəsi, 12

Onlara xatırlatdıqda düşünüb ibrət almırlar.

Saffat surəsi, 13

Bir möcüzə gördükdə isə ona istehza edir

Saffat surəsi, 14

İman edənlərin pis vəziyyətə düşmələrini istəyərlər

Sənə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sənə bir müsibət üz versə:

“Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!” – deyər və sevinə-sevinə çıxıb gedərlər.

Tövbə surəsi, 50

Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmış və sənin əleyhinə hiylələr qurmuşdular. Axır ki, haqq yerini tapdı və onlar istəmədikləri halda Allahın hökmü qələbə çaldı.

Tövbə surəsi, 48

Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.

Ali İmran surəsi, 118

Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir.

Ali İmran surəsi, 120

İnkarlarında qərarlıdırlar

Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və haqdan qaçmaqda davam edirlər.

Mülk surəsi, 21

Əgər onlara göydən bir qapı açsaydıq və onlar dayanmadan oraya qalxsaydılar,

Hicr surəsi, 14

yenə də inanmayıb: “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik” – deyərdilər.

Hicr surəsi, 15

böyük günah işlətməkdə israr edirdilər

Vaqiə surəsi, 46

Kafirlər Allahın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De:

“Ayələr ancaq Allahın yanındadır. Siz haradan biləsiniz ki, o ayələr gəldikdə onlar yenə də iman gətirməyəcəklər?”

Ənam surəsi, 109

Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir.

Şuəra surəsi, 136

Bu, yalnız və yalnız əvvəlkilərin adətidir.

Şuəra surəsi, 137

Biz əzaba düçar olan da deyilik”.

Şuəra surəsi, 138

O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inadkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ.

Casiyə surəsi, 8

Etibarsız şəxslərdir

Onlar möminlərlə münasibətdə nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etmirlər. Onlar həddi aşanlardır.

Tövbə surəsi, 10

Onlar əhd bağladığın kimsələrdir ki, sonra hər dəfə öz əhdlərini pozur və heç nədən çəkinmirlər.

Ənfal surəsi, 56

O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!

Bəqərə surəsi, 27

Onlar: “İtaət edirik!” – deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr bir yerə yığışıb sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə tədbir gördüklərini yazır. Onlardan üz döndər və Allaha təvəkkül et! Qoruyan olaraq Allah yetər.

Nisa surəsi, 81

Onların əksəriyyətini vədə xilaf çıxan gördük. Onların çoxunu günahkar gördük.

Əraf surəsi, 102

Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu pozmurmu? Həm də onların çoxu buna inanmır.

Bəqərə surəsi, 100

Təcavüzkar və mərhəmətsizdirlər

Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. Firon onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.

Qəsas surəsi, 4

Firon xalqının əyanları dedilər:

“Sən Musanı və onun qövmünü buraxırsan ki, yer üzündə fəsad törətsinlər, həm səni, həm də sənin məbudlarını bir kənara atsınlar”. Firon dedi: “Biz hökmən onların oğlan uşaqlarını öldürəcək, qadınlarını isə sağ buraxacağıq. Şübhəsiz ki, onların üzərində sarsılmaz hökmranlığa malik olan bizik”.

Əraf surəsi, 127

Beləliklə, müşriklərin bir çoxuna övladlarını öldürməyi öz şərikləri gözəl göstərdilər ki, həm onları məhv etsinlər, həm də dinlərinə qarmaqarışıqlıq salsınlar. Əgər Allah istəsəydi, onlar bunu etməzdilər. Elə isə onları uydurduqları ilə birlikdə tərk et.

Ənam surəsi, 137

Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz.

Mutaffifin surəsi, 12

Azğın inanclarını əsla tərk etməzlər

Onlar yaramaz əməl etdikləri zaman:

“Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir” – deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”

Əraf surəsi, 28

Onlara: “Allahın nazil etdiyinə və göndərdiyi Elçiyə tərəf gəlin” – deyildikdə:

“Atalarımızın tutduğu yol bizə bəsdir” – deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə onda necə olsun?

Maidə surəsi, 104

Allahın ayələrini təhrif etməyə çalışarlar

O kəslərə ki, insanları Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və Axirəti inkar edirlər.

Hud surəsi, 19

Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə Cəhənnəm sakinləridirlər.

Həcc surəsi, 51

O kəslər ki, dünyanı axirətdən üstün tutur, insanları Allah yolundan sapdırır və onu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər.

İbrahim surəsi, 3

İnsanlara üz verən bəladan sonra onlara bir mərhəmət daddırdığımız zaman ayələrimizə qarşı hiyləgərlik etməyə çalışarlar. De: “Allah daha tez hiylə qurar”. Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar.

Yunis surəsi, 21

Hər yolun başında oturub Allaha iman gətirənləri hədələyib Onun yolundan sapdırmayın və onu əyri göstərməyə çalışmayın. Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı. Bir görün fəsad törədənlərin aqibəti necə oldu.

Əraf surəsi, 86

Yalandan and içərlər

Əgər kafir başçılar əhd bağladıqdan sonra andlarını pozub dininizə böhtan atsalar, onlarla vuruşun, çünki onlar anda əhəmiyyət verməzlər. Bəlkə, küfrdən əl çəkələr.

Tövbə surəsi, 12

Allah və din haqqında məlumatları olmadığı halda müzakirə edərlər

Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar.

Casiyə surəsi, 24

Onlar yaramaz əməl etdikləri zaman:

“Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir” – deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”

Əraf surəsi, 28

Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barəsində höcətləşirsiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barəsində höcətləşirsiniz? Allah bilir, siz bilmirsiniz!

Ali İmran surəsi, 66

Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar.

Kəhf surəsi, 5

Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü? İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir.

Loğman surəsi, 20

İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstəricisi və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir.

Həcc surəsi, 8

Allahın ayələrinə qarşı təkəbbür göstərərlər

Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. De:

“Sizə bundan daha pisini xəbər verimmi? Bu, Cəhənnəmdir! Allah onu kafirlərə vəd etmişdir. Ora nə pis qayıdış yeridir!”

Həcc surəsi, 72

Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!

Nəml surəsi, 14

Onlara: “Mərhəmətli Allaha səcdə edin!” – deyildikdə:

“Mərhəmətli Allah nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə etməliyik?” – deyərlər. Bu da onların nifrətini artırar.

Furqan surəsi, 60

Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.

Əraf surəsi, 36

Onun qövmünün təkəbbürlü zadəganları öz aralarından iman gətirən zəiflərə dedilər:

“Siz Salehin öz Rəbbi tərəfindən göndərildiyini bilirsinizmi?” Onlar dedilər: “Həqiqətən, biz onunla göndərilən hər şeyə inanırıq”.

Əraf surəsi, 75

Təkəbbür göstərən başçılar dedilər:

“Həqiqətən, biz sizin inandığınızı inkar edirik”.

Əraf surəsi, 76

Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.

Nisa surəsi, 172

O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inadkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ.

Casiyə surəsi, 8

Ona: “Allahdan qorx!” – deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!

Bəqərə surəsi, 206

Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər.

Furqan surəsi, 21

Allah yolundan azdırmağa çalışarlar

Onlar Allahın ayələrini ucuz qiymətə satır və insanları Onun yolundan döndərirdilər. Onların tutduqları iş necə də pisdir!

Tövbə surəsi, 9

İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün boşboş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir.

Loğman surəsi, 6

Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, ehtiraslara qapılanlar sizi çox kənara meyl etməyə (haqdan uzaqlaşmağa) yönəldərlər.

Nisa surəsi, 27

O kəslərə ki, insanları Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və Axirəti inkar edirlər.

Hud surəsi, 19

Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər, əlləri və dilləri ilə sizə pislik edər və sizin kafir olmanızı istəyərlər.

Mumtəhənə surəsi, 2

O kəslərə ki, insanları Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər”.

Əraf surəsi, 45

Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları yük necə də pisdir!

Nəhl surəsi, 25

De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların yer üzündə azdırdığı, mömin dostlarının isə:

“Bizə tərəf gəl!” – deyib doğru yola çağırdıqları çaşbaş qalan kimsə kimi geriyəmi döndəriləcəyik?” De: “Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq.

Ənam surəsi, 71

Kafir olub insanları Allah yolundan sapdıranlara törətdikləri fitnəfəsada görə əzab üstündən əzab artıracağıq.

Nəhl surəsi, 88

Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxan və insanları Allah yolundan sapdıran kəslər kimi olmayın. Allah onların əməllərini hər tərəfdən ehtiva etmişdir.

Ənfal surəsi, 47

Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi geriyə qaytarar və siz də ziyana uğramış halda geriyə qayıdarsınız.

Ali İmran surəsi, 149

İman etmək üçün möcüzə görmək istəyərlər

Kafirlər dedilər:

“Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah möcüzə endirməyə qadirdir. Lakin onların çoxu bunu bilmir”.

Ənam surəsi, 37

Cahillər dedilər: “Bəs nə üçün Allah bizi danışdırmır, yaxud bizə bir ayə gəlmir?” Onların əcdadları da elə onlar kimi danışırdılar. Onların qəlbləri bir-birinə oxşayır. Biz, yəqinliklə inanan bir xalqa dəlillərimizi bəyan etmişik.

Bəqərə surəsi, 118

Nə üçün ona qızıl bilərziklər taxılmayıb və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?”

Zuxruf surəsi, 53

Biz bu Quranda insanlar üçün hər cür məsəli müfəssəl izah etdik. Lakin insanların çoxu yalnız küfrü seçdi.

İsra surəsi, 89

Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik;

İsra surəsi, 90

və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca;

İsra surəsi, 91

yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə;

İsra surəsi, 92

yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca biz sənə inanmayacağıq. Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”. De:

“Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi göndərilmiş bir insanam”.

İsra surəsi, 93

Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər.

Furqan surəsi, 21

Onlar: “Nə üçün ona mələk endirilməyib?” – dedilər. Əgər biz mələk endirsəydik, iş bitmiş olardı, onlara isə möhlət verilməzdi.

Ənam surəsi, 8

Onlar deyirlər:

“Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Qeyb ancaq Allaha aiddir. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.

Yunis surəsi, 20

Kafirlər Allahın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De:

“Ayələr ancaq Allahın yanındadır. Siz haradan biləsiniz ki, o ayələr gəldikdə onlar yenə də iman gətirməyəcəklər?”

Ənam surəsi, 109

Küfrü imandan üstün tutarlar

Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları dost tutmayın. Sizlərdən onları dost tutanlar zalımlardır.

Tövbə surəsi, 23

Möcüzə görsələr belə iman etməzlər

Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar yenə də:

“Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!” – deyərdilər.

Ənam surəsi, 7

Əgər oxunan bir kitabla dağlar hərəkətə gətirilsəydi və ya onunla yer parçalansaydı və yaxud da onun sayəsində ölülər danışsaydılar o kitab yenə bu Quran olardı. Lakin bütün işlər Allaha məxsusdur. İman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi? Allahın vədi gəlincəyə qədər etdikləri əməllərə görə kafir olanlara müsibət üz verməkdə davam edəcək və ya onların yurdunun yaxınlığında dayanacaqdır. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz.

Rad surəsi, 31

Allahın dininə qarşı savaş açarlar

Məgər bilmirdilərmi ki, Allaha və Onun Elçisinə qarşı çıxanlar üçün içində əbədi qalacaqları Cəhənnəm odu vardır? Bu isə böyük rüsvayçılıqdır.

Tövbə surəsi, 63

Kafirlərin vuruşa başladığı insanlara, o kafirlərlə vuruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir.

Həcc surəsi, 39

Qəlbləri imana qarşı laqeyddir

Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız?

Casiyə surəsi, 23

Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər.

Kəhf surəsi, 57

Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər.

İsra surəsi, 46

Qəlbləri dünya ehtirası ilə doludur

Sən də Bizim Zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir!

Nəcm surəsi, 29

Bu ona görədir ki, siz Allahın ayələrini məsxərəyə qoyurdunuz və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxarılmayacaq və onlardan tövbə etmələri tələb olunmayacaqdır.

Casiyə surəsi, 35

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”.

Tövbə surəsi, 24

Həcc mərasiminizi bitirdikdə vaxtilə atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin! İnsanlar arasında:

“Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!” – deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur.

Bəqərə surəsi, 200

Məni yaratdığım kimsə ilə tək burax;

Müddəssir surəsi, 11

Mən ona bolluca var-dövlət bağışladım,

Müddəssir surəsi, 12

qayğısına qalan oğullar verdim

Müddəssir surəsi, 13

və onu hər cür imkanlarla təmin etdim.

Müddəssir surəsi, 14

Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır.

Müddəssir surəsi, 15

O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq.

Əraf surəsi, 51

O kəslər ki, dünyanı axirətdən üstün tutur, insanları Allah yolundan sapdırır və onu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər.

İbrahim surəsi, 3

Batil inancları vardır

Allah müşriklərin bəhirə, saibə, vəsilə və ham adlandırıb bütlərə nəzir etdiyi heyvanlar barəsində heç bir göstəriş verməmişdir. Lakin kafir olanlar Allaha qarşı yalan uydururlar. Onların çoxu isə bunu anlamır.

Maidə surəsi, 103

Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və:

“Onlar Allah yanında bizim şəfaətçilərimizdir!” – deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.

Yunis surəsi, 18

Onlar Allahı qoyub, haqqında heç bir dəlil nazil edilməyən və üstəlik özlərinin də bilmədikləri bir şeyə ibadət edirlər. Zalımlara kömək edən olmaz.

Həcc surəsi, 71

O, Allahı tərk edərək özünə nə zərər, nə də xeyir verə bilməyənə yalvarır. Dərin azğınlıq da elə budur.

Həcc surəsi, 12

Kafirlər isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud götürdülər.

Furqan surəsi, 3

Allah bir adamın daxilində iki ürək yaratmamışdır. Allah anaya bənzədərək özünüzə haram etdiyiniz zövcələrinizi analarınız etməmiş, oğulluğa götürdüklərinizi də oğullarınız etməmişdir. Bunlar sizin dilinizə gətirdiyiniz yalan sözlərdir. Allah isə haqqı deyir və doğru yola yönəldir.

Əhzab surəsi, 4

Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan başqa ibadət etdikləri isə batil bütlərdir. Həqiqətən, Allah Ən Ucadır, Ən Böyükdür.

Loğman surəsi, 30

Zənn və təxminlərlə hərəkət edərlər

Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir.

Yunis surəsi, 36

Məhv olsun yalançılar!

Zəriyət surəsi, 10

Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər? Onlar yalnız zənnə uyur və ancaq yalan uydururlar.

Yunis surəsi, 66

Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar.

Casiyə surəsi, 24

Müşriklər deyəcəklər:

“Allah istəsəydi, nə biz, nə də atalarımız Ona şərik qoşar, nə də biz bir şeyi haram edə bilərdik”. Onlardan əvvəlkilər də öz peyğəmbərlərini beləcə yalançı hesab etmişdilər. Axırda əzabımızı daddılar. De: “Bizə göstərə biləcəyiniz bir bilginizmi var? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız”.

Ənam surəsi, 148

Böyük bir yanılma içindədirlər

Əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şəri də tez versəydi, əlbəttə, onların əcəli çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri isə azğınlıqları içində sərgərdan dolaşan vəziyyətdə tərk edərik.

Yunis surəsi, 11

Ya da Mərhəmətli Allahdan başqa sizə kömək edə biləcək qoşununuz varmı? Kafirlər ancaq aldanmaqdadırlar!

Mülk surəsi, 20

Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan daha çox uzaqlaşmışlar.

Furqan surəsi, 44

haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. Onlar deyəcəklər:

“Vay halımıza! Biz bundan qafil idik. Üstəlik zalım da olmuşuq!”

Ənbiya surəsi, 97

Haqqı görə bilmirlər

Firon şəhərlərə əsgər toplayanlar göndərdi.

Şuəra surəsi, 53

O dedi: “Bunlar kiçik bir dəstədir.

Şuəra surəsi, 54

Onlar bizi qəzəbləndirmişlər.

Şuəra surəsi, 55

Biz hamımız ayıq-sayıq olmalıyıq”.

Şuəra surəsi, 56

Əgər onların haqdan üz döndərməsi sənə ağır gəlirsə, onda bacarırsansa yerin içinə enə biləcəyin bir lağım və göyə çıxa biləcəyin bir nərdivan tap ki, onlara bir möcüzə gətirəsən. Əgər Allah istəsəydi onları toplayıb doğru yola yönəldərdi. Elə isə cahillərdən olma!

Ənam surəsi, 35

Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” – deyildiyi zaman:

“Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” – deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər.

Bəqərə surəsi, 13

Hud dedi: “Bu haqda bilgi ancaq Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Lakin mən sizin cahil adamlar olduğunuzu görürəm”.

Əhqaf surəsi, 23

Ağılsızdırlar

Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!” – deyirlər.

Tur surəsi, 30

De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”

Tur surəsi, 31

Yoxsa onların ağılları bunu onlara əmr edir? Yaxud onlar azğın adamlardır?

Tur surəsi, 32

Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar:

“Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?”

Mülk surəsi, 8

Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb:

“Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz” – demişdik.

Mülk surəsi, 9

Onlar deyəcəklər:

“Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!”

Mülk surəsi, 10

Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri!

Mülk surəsi, 11

Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Allah anlamayanları qəzəbə uğradar.

Yunis surəsi, 100

Onlardan səni dinləyənlər də vardır. Məgər karlara – əgər anlamırlarsa – sənmi eşitdirəcəksən?

Yunis surəsi, 42

Onlardan sənə baxanlar da vardır. Məgər korları – əgər görmürlərsə – sənmi doğru yola yönəldəcəksən?

Yunis surəsi, 43

Bir surə nazil edildiyi zaman onlar:

“Sizi kimsə görürmü?” – deyə birbirlərinə baxır, sonra da üz çevirib gedirlər. Anlamayan adamlar olduqlarına görə Allah onların qəlbini imandan məhrum etmişdir.

Tövbə surəsi, 127

Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.

Əraf surəsi, 179

Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyunoyuncaq sayarlar. Bu ona görədir ki, onlar düşüncəsiz bir camaatdır.

Maidə surəsi, 58

Şübhəsiz ki, Allah yanında canlıların ən pisi haqqı anlamayan karlar və lallardır.

Ənfal surəsi, 22

Özlərini ağıllı zənn edərlər

Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” – deyildiyi zaman:

“Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” – deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər.

Bəqərə surəsi, 13

Firon şəhərlərə əsgər toplayanlar göndərdi.

Şuəra surəsi, 53

O dedi: “Bunlar kiçik bir dəstədir.

Şuəra surəsi, 54

Onlar bizi qəzəbləndirmişlər.

Şuəra surəsi, 55

Biz hamımız ayıq-sayıq olmalıyıq”.

Şuəra surəsi, 56

Səthi və bəsit düşünərlər

Onlar dedilər: “Bu necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi?

Furqan surəsi, 7

Niyə ona bir xəzinə verilmədi? Niyə meyvəsindən yeyib dolanmasından ötrü bir bağı olmadı?” Zalımlar:

“Siz ancaq sehrlənmiş bir adamın ardınca gedirsiniz” – dedilər.

Furqan surəsi, 8

Gör sənə aid hansı məsəlləri çəkdilər! Onlar haqq yoldan azdılar və bir daha o yolu tapa bilməyəcəklər!

Furqan surəsi, 9

Hər kəsin qazandığını qoruyub saxlayan Allah, buna qadir olmayan bütlər kimi ola bilərmi? Müşriklər isə Allaha şəriklər qoşurlar. De: “Onların adlarını söyləyin! Yoxsa siz Ona yer üzündə bilmədiyi şeyləri yaxud boş sözlərimi xəbər verirsiniz?” Doğrusu, kafirlərə öz hiylələri gözəl göstərildi və onlar doğru yoldan çıxarıldılar. Allah kimi azdırsa, onu doğru yola yönəldən olmaz.

Rad surəsi, 33

Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər.

Rum surəsi, 7

Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə:

“Bu, Allahdandır!” – deyər, bir pislik üz verdikdə isə: “Bu, səndəndir!” – deyərlər. De: “Hamısı Allahdandır!” Bu adamlara nə olub ki, az qala söz də anlamırlar?

Nisa surəsi, 78

Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, Musanın məbudunun yanına qalxım. Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm.

Qəsas surəsi, 38

Boş və məqsədsiz şeylərə dəyər verərlər

İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün boşboş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir.

Loğman surəsi, 6

Lakin onlar şəkkə qapılıb əylənirlər.

Duxan surəsi, 9

O gün vay halına haqqı yalan sayanların!

Tur surəsi, 11

O kəslər ki, yalan bataqlığında əylənirlər.

Tur surəsi, 12

Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər.

Məaric surəsi, 42

Batil sözlər danışanlarla birlikdə biz də danışardıq,

Müddəssir surəsi, 45

Nəfs və istəklərini ilah edərlər

Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız?

Casiyə surəsi, 23

Şəhvətlərinə düşkündürlər

Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”.

Əraf surəsi, 81

Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir

Şuəra surəsi, 165

Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, ehtiraslara qapılanlar sizi çox kənara meyl etməyə (haqdan uzaqlaşmağa) yönəldərlər.

Nisa surəsi, 27

Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar.

Məryəm surəsi, 59

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, malqaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır.

Ali İmran surəsi, 14

Qorxu içindədirlər

Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə, kafirlərin qəlblərinə qorxu salacağıq. Onların sığınacaqları yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir!

Ali İmran surəsi, 151

İman edənlərdən qaçarlar

Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki,

Müddəssir surəsi, 50

ovçulardan (yaxud aslandan) qaçırlar.

Müddəssir surəsi, 51

Ruh halları sıxıntılıdır

ancaq tək Allaha ibadət edənlərdən və Ona şərik qoşmayanlardan olun! Kim Allaha şərik qoşsa, sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar.

Həcc surəsi, 31

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə cəzalandırar.

Ənam surəsi, 125

Davamlı bir şübhə və narahatlıq içindədirlər

Sizdən əvvəlkilərin – Nuh qövmünün, Ad və Səmud tayfalarının, onlardan sonrakıların xəbərləri sizə gəlib çatmadımı? Bu haqda Allahdan başqa heç kəs heç nə bilmir. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər:

“Biz sizinlə göndərilənlərə inanmırıq və bizləri dəvət etdiyiniz tövhid barəsində şübhə doğuran şəkk içindəyik!”

İbrahim surəsi, 9

Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun yanında Qiyamət günü üçün də bəlli bir əcəl vardır. Bunu bildikdən sonra siz yenə də şübhə edirsiniz.

Ənam surəsi, 2

Onlar dedilər:

“Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir kimsə idin. Doğrudanmı atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin əqidə barəsində şübhə doğuran şəkk içindəyik”.

Hud surəsi, 62

Kafir olanlar isə, o Saat qəflətən onların başlarının üstünü alanadək, yaxud səmərəsiz bir günün əzabı onlara gəlib yetişənədək, Quran barəsində şəkk-şübhə içində qalarlar.

Həcc surəsi, 55

Dərhal ümidsizliyə düşərlər

Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar.

Hud surəsi, 9

İnsana nemət verdiyimiz zaman anlamayaraq üz çevirib uzaq durar. Ona bir zərər toxunduqda isə məyus olar.

İsra surəsi, 83

İnsanlara mərhəmət göstərdikdə ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər.

Rum surəsi, 36

Öz aralarında belə münaqişə edirlər

Kafirlər təkəbbür və nifaq içindədirlər.

Sad surəsi, 2

İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər.

Bəqərə surəsi, 213

Bir-birlərini cəhənnəmə sürükləyərlər

Barələrində Sözün gerçəkləşəcəyi kimsələr deyəcəklər:

“Ey Rəbbimiz! Bunlar bizim azdırdığımız kimsələrdir. Özümüz azdığımız kimi onları da azdırdıq. Biz onlardan uzaqlaşıb Sənə üz tuturuq. Doğrusu, onlar bizə ibadət etmirdilər”.

Qəsas surəsi, 63

Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et.

Ənam surəsi, 112

Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir.

Qəsas surəsi, 41

Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları yük necə də pisdir!

Nəhl surəsi, 25

Tabe olanlar deyəcəklər:

“Əgər bizim üçün dünyaya dönüş olsaydı, indi onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq!” Beləcə, peşman olsunlar deyə Allah onlara özlərinin əməllərini göstərəcək və onlar heç vaxt Cəhənnəm odundan çıxa bilməyəcəklər.

Bəqərə surəsi, 167

Allah deyəcək:

“Sizdən əvvəl gəlib-getmiş günahkar cin və insan tayfaları ilə birlikdə Oda girin!” Hər bir tayfa Oda girdikcə digərini lənətləyəcəkdir. Nəhayət, hamısı orada toplandığı zaman sonrakılar əvvəlkilər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bunlardır bizi azdıran! Elə isə Odda bunlara ikiqat əzab ver!” Allah deyəcək: “Əzab hər kəs üçün ikiqatdır, lakin siz bunu bilmirsiniz!”

Əraf surəsi, 38

Onlar orada höcətləşərək deyərlər:

Şuəra surəsi, 96

“Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –

Şuəra surəsi, 97

o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.

Şuəra surəsi, 98

Bizi ancaq günahkarlar azdırdı.

Şuəra surəsi, 99

Möminləri böhtanlarıyla ləkələməyə çalışarlar

Firon qövmünün əyanları dedilər: “Həqiqətən, bu, bilikli bir sehrbazdır.

Əraf surəsi, 109

O sizi yurdunuzdan çıxartmaq istəyir. Elə isə təklifiniz nədir?”

Əraf surəsi, 110

Onlar dedilər:

“Bunlar qarmaqarışıq yuxulardır! Xeyr, o bunu özündən uydurmuşdur! Xeyr, o, bir şairdir! Qoy o, əvvəlki elçilərə göndərilən möcüzələr kimi bizə də bir möcüzə gətirsin”.

Ənbiya surəsi, 5

Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik”.

Muminun surəsi, 38

Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!”

Qamər surəsi, 25

Kafirlər: “Bu, Məhəmmədin uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa adamlar da kömək etmişlər” – dedilər. Beləcə, onlar haqsızlığa və iftiraya yol verdilər.

Furqan surəsi, 4

Təkəbbürlü və dəlisovdurlar

“Qaçmayın! İçində olduğunuz xoş güzərana və yurdlarınıza qayıdın. Bəlkə, sizinlə məsləhətləşdilər”.

Ənbiya surəsi, 13

Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa orada heç kəs sakin olmadı. Onlara Biz varis olduq.

Qəsas surəsi, 58

Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir.

Qəsas surəsi, 76

Xeyr! Ayələrim sənə gəlmişdi, sən isə onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun”.

Zumər surəsi, 59

Acizliklərini qəbul etməzlər

Ona: “Allahdan qorx!” – deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!

Bəqərə surəsi, 206

Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin.

Duxan surəsi, 49

Sizin şübhə etdiyiniz əzab budur!

Duxan surəsi, 50

Pisdirlər

Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidulharama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, bilin ki, Allah istəsə, Öz lütfündən bəxş etməklə sizi varlandırar. Həqiqətən, Allah Biləndir, Müdrikdir.

Tövbə surəsi, 28

Nankordurlar

Beləliklə, Biz səni özündən əvvəl neçə-neçə ümmətlər gəlib getmiş bir ümmətə göndərdik ki, onlar Mərhəmətli Allahı inkar etdikləri halda, sənə vəhy etdiyimizi onlara oxuyasan. De:

“O, mənim Rəbbimdir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən yalnız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm”.

Rad surəsi, 30

İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi keçib gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.

Yunis surəsi, 12

İnsana bir zərər toxunduğu zaman Bizə yalvarır. Sonra Biz ona Özümüzdən bir nemət verdikdə deyir:

“Bu mənə yalnız özümdə olan biliyə görə verilmişdir!” Xeyr, bu, bir imtahandır, lakin onların çoxu bunu bilmir.

Zumər surəsi, 49

Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?

Nəhl surəsi, 72

Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız sizdən uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur!

İsra surəsi, 67

Bəlanı sizdən sovuşdurduqdan sonra sizlərdən bəziləri Rəbbinə şərik qoşur.

Nəhl surəsi, 54

Onlar Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər deyə belə edirlər. Hələlik əylənin! Tezliklə biləcəksiniz.

Nəhl surəsi, 55

Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar.

Hud surəsi, 9

Kifayətlənməyi bilməzlər

Məni yaratdığım kimsə ilə tək burax;

Müddəssir surəsi, 11

Mən ona bolluca var-dövlət bağışladım,

Müddəssir surəsi, 12

qayğısına qalan oğullar verdim

Müddəssir surəsi, 13

və onu hər cür imkanlarla təmin etdim.

Müddəssir surəsi, 14

Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır.

Müddəssir surəsi, 15

Həqiqətən, sənin Rəbbin nəzarət edir.

Fəcr surəsi, 14

İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə:

“Rəbbim mənə ehtiram göstərdi!” – deyər.

Fəcr surəsi, 15

Amma onu sınamaq üçün ruzisini azaldanda:

“Rəbbim məni alçaltdı!” – deyər.

Fəcr surəsi, 16

Davamlı israf edərlər

Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.

İsra surəsi, 27

Xəsisdirlər

O kəslər ki, xəsislik edir və insanları da xəsisliyə sövq etdirirlər, Allahın Öz lütfündən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.

Nisa surəsi, 37

Yoxsa hökmranlıqdan onların bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir qırıntısını belə verməzdilər.

Nisa surəsi, 53

De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız belə, yenə də onun xərclənib tükənməsindən qorxaraq xəsislik edərdiniz. Çünki insan xəsisdir”.

İsra surəsi, 100

Yoxsullara yardım etməzlər

və az bir şey verməkdən belə imtina edirlər.

Maun surəsi, 7

Onlara: “Allahın sizə verdiyi ruzidən sərf edin!” – deyildikdə, kafirlər möminlərə deyirlər:

“Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik? Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”.

Yasin surəsi, 47

Kasıbı da yedizdirməzdik.

Müddəssir surəsi, 44

Dini yalan sayan o kimsəni gördünmü?

Maun surəsi, 1

O elə adamdır ki, yetimi qovar

Maun surəsi, 2

və heç kəsi kasıba əl tutmağa sövq etməz.

Maun surəsi, 3

İnsanların haqlarını yeyərlər

Çəkidə və ölçüdə aldadanların vay halına!

Mutaffifin surəsi, 1

O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər,

Mutaffifin surəsi, 2

onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar.

Mutaffifin surəsi, 3

Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.

Şuəra surəsi, 181

Düz tərəzi ilə çəkin.

Şuəra surəsi, 182

İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin.

Şuəra surəsi, 183

Yetimlərin mallarını özlərinə verin və yaxşını pis ilə dəyişməyin. Onların mallarını öz mallarınızla birlikdə yeməyin. Şübhəsiz ki, bu, böyük günahdır.

Nisa surəsi, 2

qadağan olunmasına baxmayaraq, sələm aldıqlarına və haqsız yerə insanların mallarını yediklərinə görə belə etdik. Biz onlardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazırlamışıq.

Nisa surəsi, 161

Mədyən qövmünə də qardaşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir.

Əraf surəsi, 85

Göstəriş verməyə maraqlıdırlar

Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxan və insanları Allah yolundan sapdıran kəslər kimi olmayın. Allah onların əməllərini hər tərəfdən ehtiva etmişdir.

Ənfal surəsi, 47

Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz.

Bəqərə surəsi, 264

Mal və güclə öyünərlər

Firon qövmünü çağırıb dedi: “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü?

Zuxruf surəsi, 51

Ya da mən bu aciz və az qala sözünü belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi?

Zuxruf surəsi, 52

Nə üçün ona qızıl bilərziklər taxılmayıb və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?”

Zuxruf surəsi, 53

Ad xalqına gəlincə, onlar yer üzündə haqsızcasına təkəbbür göstərib:

“Bizdən daha qüvvətli kim ola bilər?” – dedilər. Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu görmürdülərmi? Onlar ayələrimizi, sadəcə, inkar edirdilər.

Fussilət surəsi, 15

Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona:

“Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!” – dedi.

Kəhf surəsi, 34

Sərvətlərinin və saylarının çox olmasına güvənərlər

Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin əhvalatını bilmirsənmi? İbrahim:

“Mənim Rəbbim həm dirildir, həm də öldürür!” – dedikdə padşah: “Mən də həm dirildir, həm də öldürürəm!” – demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!” – dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz.

Bəqərə surəsi, 258

Onlar: “Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab verilməyəcəkdir” – dedilər.

Səba surəsi, 35

Firon qövmünü çağırıb dedi: “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü?

Zuxruf surəsi, 51

O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?

Bələd surəsi, 5

O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”

Bələd surəsi, 6

Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona:

“Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!” – dedi.

Kəhf surəsi, 34

və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır.

Hüməzə surəsi, 3

De: “Qoy Mərhəmətli Allah azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”.

Məryəm surəsi, 75

o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə.

Qələm surəsi, 14

Ayələrimiz ona oxunduğu zaman:

“Bu, keçmişdəkilərin əsatirlərindəndir!” – deyər.

Qələm surəsi, 15

Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,

Təkasur surəsi, 1

gömülməklə qəbirləri ziyarət etdiniz.

Təkasur surəsi, 2

Yalnız malı və gücü olana hörmət edərlər

Firon qövmünü çağırıb dedi: “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü?

Zuxruf surəsi, 51

Ya da mən bu aciz və az qala sözünü belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi?

Zuxruf surəsi, 52

Peyğəmbərləri onlara dedi:

“Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi Əhatəedəndir, Biləndir”.

Bəqərə surəsi, 247

Bağına girdiyin zaman:

“Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!” – deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa,

Kəhf surəsi, 39

Onlar dedilər:

“Nə üçün bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama nazil edilmədi?”

Zuxruf surəsi, 31

Haqlının deyil, güclü gördüklərinin tərəfini tutarlar

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi.

Yunis surəsi, 83

Möminləri qoyub kafirləri özlərinə dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur.

Nisa surəsi, 139

Bir-birlərini dost və sirdaş edərlər

Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.

Ənfal surəsi, 73

Eyni sözləri deyərək yollarını azarlar

Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində:

“Sehrbazdır, ya da dəlidir!” – deməsinlər.

Zəriyət surəsi, 52

Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır.

Zəriyət surəsi, 53

Xeyr, onlar da əvvəlki ümmətlərin dedikləri kimi dedilər.

Muminun surəsi, 81

Şeytanın dostlarıdırlar

Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.

Nisa surəsi, 76

Ancaq bir-birləriylə evlənə bilərlər

Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar. Onları bağışlanma və bolluca ruzi gözləyir.

Nur surəsi, 26

Qadınlara dəyər verməzlər

Onlar qızları Allaha aid edirlər. O, pak və müqəddəsdir. Özlərinə isə istədiklərini məxsus edirlər.

Nəhl surəsi, 57

Onlardan birinə qızı olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralır.

Nəhl surəsi, 58

Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Bilmir nə etsin, körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar necə də pisdir!

Nəhl surəsi, 59

Yoxsa Allah yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün seçmişdir?

Zuxruf surəsi, 16

Onlardan birinə, Mərhəmətli Allaha aid etdikləri qız uşağı ilə müjdə verilsə, hirsindən üzü qapqara qaralar.

Zuxruf surəsi, 17

Onlar zinət içində böyüdülən və çəkişmə zamanı aydın danışa bilməyən qızlarınımı Allaha isnad edirlər?

Zuxruf surəsi, 18

Dünyadakı bütün cəhdləri boşa gedəcəkdir

Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər.

Hud surəsi, 15

Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar.

Hud surəsi, 16

Onların bu dünya həyatında sərf etdiklərinin məsəli, özlərinə zülm edən adamların tarlasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin məsəlinə bənzəyir. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.

Ali İmran surəsi, 117

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?

Kəhf surəsi, 103

O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.

Kəhf surəsi, 104

Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”.

Kəhf surəsi, 105

Dünyada da, axirətdə də əzablandırılacaqlar

Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.

Naziat surəsi, 25