Quranda vicdanın əhəmiyyəti: Vicdan və Quran insana həyatının həqiqi məqsədini göstərir
Mündəricat
- Allahın varlığının dəlilləri vicdanla görülə bilər
- Vicdan və Quran insana həyatının həqiqi məqsədini göstərir
- Vicdan və Quran axirətə qəti olaraq iman etməyi əmr edər
- Hər an vicdana tabe olaraq Quran əxlaqını yaşamaq
- Vicdanlı bir insanın Allah ilə yaxınlığı necə olur?
- Vicdanın qarşısındakı mənfi güclər: nəfs və şeytan
- Vicdanlı insanların dünyada yaşadıqları ortam və Cənnət
- Vicdanına tabe olmayan kəslərin yaşadıqları ortam və Cəhənnəm
- Qurandan vicdan və vicdansızlıq nümunələri
- Vicdansızlıqları ilə tarixə düşmüş insanlar
- Nəticə

Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir..
Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.
Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək.
İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.
Bu ayələri görən insan, Allahın həyatı insanları sınamaq üçün yaratdığını anlayar. Dərhal o günə qədərki həyatını və ətrafındakı digər insanların yaşadıqları həyatı gözündə canlandırar. Ətrafındakı insanların çoxu dünya həyatına istiqamətli qaçış və səy içərisindədir; çox təfərrüatlı planları var, amma bu planların hamısı dünya üçündür; gedəcəyi məktəb, sahib olacağı peşə, evliliyi, uşaq sahibi olması, necə evdə oturacağı, hansı marka avtomobil alacağı, maaşına nə zaman, nə qədər artım gələcəyi, yeni ili harada keçirəcəyi, doğum günündə nə hədiyyə alacağı, pensiya zamanı, gedəcəyi tətil və s. Hər kəsin ağlında həmişə bu növdə planlar və hədəflər var. Amma maraqlıdır ki, kimsə dünyada mövcudluğunun əsl məqsədini düşünmür. Vicdanlı insan bunlara şahid olduğunda, Allah insanlara əsl məqsədlərini bildirmişkən onların bunu görməzlikdən gəlmələrinin böyük qəflət olduğunu düşünər.
İnsanı yaradan, ona can verən və onu yaşatmağa davam edən Allahdır. Və Allah insanın yaradılış məqsədini çox açıq şəkildə bildirmişdir: “Allaha qul olmaq”. İnsanı xoşbəxt edəcək olan tək şey də, yaradılış məqsədinə uyğun olaraq Allaha boyun əymək, hər şeyini Ona həsr edib yalnız Allahın razılığını qazanmaqdır. Amma insanlar bu həqiqəti heç bilmirmiş və sanki bu dünyaya yalnız bu dünya həyatını yaşamağa gəlmiş kimi, həyatlarını böyük qəflət və ehtirasla davam etdirirlər. Vicdanıyla düşünən insan isə, insanların böyük əksəriyyətinin bu əhəmiyyətli həqiqətə qarşı təhlükəli laqeydlik yaşadığını görər. Beləcə ətrafındakıların özü üçün meyar ola bilməyəcəyini, “amma insanların əksəriyyəti belə edir” deyərək insanlara uymasının Allahın Kitabına uymasını əngəlləyəcəyini qavrayar və özünə rəhbər olaraq Quranı təyin edər.
İndiyə qədər bəhs etdiyimiz bütün mərhələlərdən sonra, dünyaya gəliş məqsədinin sınanmaq olduğunu anlayan insan belə düşünəcək: “Elə isə ölüm son deyil. Əgər imtahan varsa, bu imtahanın nəticəsi də var. Amma dünya həyatında elə nəticələndirmə yoxdur. Yer üzündə gəlib keçmiş bütün insanların arasında zalımlar, əxlaqsızlar, qatillər var idi. Bunların yanında, Allahın elçiləri kimi çox yüksək vicdana və əxlaqa sahib, həyatını Allah üçün yaşamağa həsr etmiş insanlar da var idi. Eyni zamanda zalımların zülmündən zərər görən yazıq və zəif buraxılmış insanlar var idi və bu insanlar hələ də var. Keçmişdəkilərin hər biri öldü; yaxşı olan da, pis olan da eyni şəkildə öldülər və eyni şəkildə torpağın altına basdırıldılar. Bu gün onların sümük qalıqlarından başqa heç bir şey yoxdur. Sonsuz ədalət sahibi Allah dünya həyatını bu cür nəticələndirib buraxmaz.”

Qısacası vicdanı ona, Allahın sonsuz vicdanının hər kəsə hər etdiyinin qarşılığını əksiksiz olaraq verəcəyini söyləyəcək. Bu hesablaşma dünyada tam mənasıyla olmadığına görə, demək ki, bunun təxirə salındığı yer vardır.
Vicdanıyla bunları düşünən insan, Quranda bunun da cavabını tapacaq. Allah Quranda bu hesablaşmanı ölümdən sonrakı zamana təxirə saldığını və hər kəsin dünya həyatında etdiklərinin qarşılığını öldükdən sonra əksiksiz olaraq alacağını bildirir: