Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda vicdanın əhəmiyyəti: Vicdanlı bir insanın Allah ilə yaxınlığı necə olur?

Mündəricat
  1. Allahın varlığının dəlilləri vicdanla görülə bilər
  2. Vicdan və Quran insana həyatının həqiqi məqsədini göstərir
  3. Vicdan və Quran axirətə qəti olaraq iman etməyi əmr edər
  4. Hər an vicdana tabe olaraq Quran əxlaqını yaşamaq
  5. Vicdanlı bir insanın Allah ilə yaxınlığı necə olur?
  6. Vicdanın qarşısındakı mənfi güclər: nəfs və şeytan
  7. Vicdanlı insanların dünyada yaşadıqları ortam və Cənnət
  8. Vicdanına tabe olmayan kəslərin yaşadıqları ortam və Cəhənnəm
  9. Qurandan vicdan və vicdansızlıq nümunələri
  10. Vicdansızlıqları ilə tarixə düşmüş insanlar
  11. Nəticə

Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız.

Maidə surəsi, 35

Burada Allahın insanlara verdiyi nemətlərdən yalnız bir neçəsinə toxuna bildik. Allahın insanlara verdiyi nemətlərin hamısını burada yazmaq istəsək, “Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz ...” (Nəhl surəsi, 18) ayəsində bildirildiyi kimi, buna güc yetirə bilmərik. Bundan əlavə, Allah dünya həyatında Öz yoluna tabe olanlara, insan üçün ola biləcək ən gözəl qarşılığı vəd etmişdir: Sonsuza qədər qalacağı və canının istədiyi hər şeyə sahib ola biləcəyi cənnət. Bütün bunlar qarşılığında sizə düşən çox əhəmiyyətli məsuliyyət, əlbəttə bütün bu verdiklərinə qarşılıq Allaha şükür etməkdir. Bir ayədə belə deyilir: Həyatınız boyunca sizə verilən bütün nemətlər də yenə Allahdandır. Bu səbəblə, Allahdan başqa ilah yoxdur.

Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz.

Nəhl surəsi, 78

Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, Qüdrətlidir, Müdrikdir. Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz!

Fatir surəsi, 2-3

Bir insanın yaşamasının, var olmasının, həyat sürməsinin yeganə səbəbi Allahın diləməsidir. Bu həqiqətin fərqində olan biri üçün əlbəttə ki, ən əhəmiyyətli varlıq Allah, ən əhəmiyyətli mövzu da Ona yaxınlaşmaq olacaq. Ancaq insanlar dünya həyatının sehrinə və təfərrüatlarına özlərini alüdə edərək bu həqiqəti heç düşünməzlər. Etdikləri əlbəttə böyük nankorluqdur. Çünki bu qədər əhəmiyyətli gerçəyi düşünməyən insan, yaxınlarının və ya ətrafındakı insanların özü üçün nə düşündüyünə çox əhəmiyyət verər. İnsanların gözünə girmək üçün hər şeyi edər, təqdirlərini qazanmaq üçün ciddi səy göstərər və bunun üçün müxtəlif yollar düşünər. Amma özünü yoxdan var edən Rəbbimizin məmnun etmənin yolları nələrdir, nə etsə Allahın sevgisini qazanar, düşünməz.

Bu arada insan bilməlidir ki, Allahın razılığını qazanmaq yalnız məsuliyyət deyil, eyni zamanda insana xoşbəxtlik və hüzur verəcək yeganə yoldur. Allahı unudub başqa insanların razılığını axtaranlar, ya da oxşar boş hədəflərə qapılanlar, əsla məmnun olmazlar və xoşbəxt ola bilməzlər. Halbuki, Allahın razılığı, bir insanın qəlbinin özüylə məmnun olacağı ən böyük sevinc və xoşbəxtlikdir. Çünki Qurandakı ifadə ilə, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapar:

İnsanların Allahdan uzaq yaşamalarının səbəbi həm bu sirri bilməmələri, həm də dünya həyatının həqiqi məqsədini və axirətin varlığını unutmalarıdır. Halbuki, Allahın və cəhənnəmin varlığından əmin olan biri Allahı heç bir zaman unuda bilməz. Hər kəs düşünsün: Cəhənnəm atəşinin yaxınlığında dünya həyatından sorğuya çəkilən hansı insan, Allahdan başqa varlığı düşünə bilər? Belə anda Allahdan başqa varlığın məmnuniyyəti güdülərmi? O vəziyyətdəki insan başqasının sevgisini və dostluğunu axtararmı? Bu vəziyyətdə tanıdığı hər hansı birinin fikri və ya özünə yaxınlığı onun üçün əhəmiyyət daşıyarmı?

Cəhənnəm atəşini görən kəslər üçün dünyada sahib olduqları mülkün və ya tanıdıqları insanların heç bir əhəmiyyətinin qalmadığı aşağıdakı ayələrdə belə bildirilir:

... Tövbə edib Ona üz tutan kimsəni isə doğru yola yönəldir”. Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.

Rad surəsi, 27-28

Qurandan öyrəndiyimiz və vicdanımızla anladığımız kimi, insanın həyatının hamısı Allah üçün yaşanmalıdır. “İnsan bütün həyatını necə Allah üçün yaşayar?” deyə düşünürsünüzsə; məhz bunun da açarı vicdandır. Əgər bütün həyatınızı Allahı razı edəcək şəkildə davam etdirmək istəyirsinizsə, bunun üçün Quranın hökmlərinə uymağınız və hadisələr qarşısında da daima vicdanınızı dinləmək kifayətdir. Kiçikböyük qarşılaşdığınız hər hadisədə vicdanınızın səsinə uymağınız, əslində Allahın razılığına uymağınız deməkdir. Bu səbəbdən içinizdəki xeyir səsini dinləməklə, hər hərəkətinizdə Allahı məmnun etmiş olarsınız.

Ancaq burada diqqət edilməli olan son dərəcə əhəmiyyətli nöqtə var: Allahı razı etmək üçün səy göstərməyən insanlar da bəzən ətraflarına və ya özlərinə görə gözəl görünən davranışlar edə bilərlər. Məsələn, xarakter olaraq insanları incitməyən, incə düşüncəli insanlar ola bilərlər. Lakin əgər işlədikləri xeyiri Allahın məmnuniyyəti üçün istəmirlərsə, etdikləri işlərin Allah Qatında keçərliliyi olmaya bilər. Çünki bu kəslər vicdanlarına əməl etdikləri üçün deyil, öz bəzi maraqları üçün yaxşılıq edirlər. Bu mənfəət, “xeyirxah” insan olaraq bilinməyin verəcəyi razılıq hissi, ya da sadəcə romantik məmnuniyyət də ola bilər.

Qısacası, insan etdiyi işdən çox, vicdana tabe olma mövzusundakı niyyətindən məsuldur. Əgər bütün həyatının “Allah üçün” olmasını istəyirsə, niyyətini dəyişdirməsi zəruridir. Məsələn, incə düşüncəli davranarkən insanların gözünə girməyi, onlardan təqdir gözləməyi deyil, Allahın məmnun olmasını axtarmalıdır. Bu daima Allahı düşünməsini, Ona yönəlməsini, Ona dua edərək hər şeyi Ondan istəməsini təmin edər. Allah daima Özünə yönələn belə qullarını Quranda belə tərifləmişdir:

Dost dostunun halını xəbər almayacaq. Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin. Xeyr! Bu, alovu şölələnən Oddur.

Məaric surəsi, 10-15

Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim Allaha üz tutardı.

Sad surəsi, 17

Həmçinin Allah Quranda Özünə yaxınlığa səbəb olacaq bəzi yolları belə bildirir: Allah üçün edilən vicdanlı hər rəftar Allaha yaxınlaşmağa vəsilədir. Unutmamaq lazımdır ki, Allah Özünə yaxın olanları cənnətlə müjdələyir:

Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər! Onlar Allaha yaxın olanlardır.

Vaqiə surəsi, 10-11

Bədəvilərdən eləsi də vardır ki, Allaha və Axirət gününə inanır, xərclədiyini Allah yanında yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vasitə sayır. Həqiqətən də, bu, onlar üçün yaxınlaşmağa bir vasitədir. Allah onları Öz mərhəmətinə qovuşduracaqdır. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

Tövbə surəsi, 99

Amma əgər o, Allaha yaxın olanlardandırsa, onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər. Əgər o, sağ tərəf sahiblərindəndirsə, ona:

“Sağ tərəf sahiblərindən sənə salam olsun!” – deyiləcəkdir.

Vaqiə surəsi, 88-91

Vicdanın qarşısında yer alan mənfi güclərdən bəhs etməzdən əvvəl, vicdanın Allahın ilhamı olduğunu açıqlayan Şəms surəsindəki ayələri təkrar xatırlatmaq istəyirik:

Bu ayələrdə Allah nəfsə fücuru və eyni zamanda ondan çəkinməyi, yəni vicdanı ilham etdiyini bildirir. “Fücur” sözü məna olaraq “günaha və üsyana qalxmaq, fasiq olmaq, yalan söyləmək, baş qaldırmaq, haqdan üz çevirmək, nizamı pozmaq, əxlaqi çöküntü, təqvanın ziddi” deməkdir. Yəni fücur olaraq adlandırılan anlayış, insan nəfsinin mənfi xüsusiyyətlərinin hamısını əhatə edir. Nəfsimizdə iki ayrı xüsusiyyət var: pisliklərin qaynağı fücur və eyni zamanda pisliklərdən çəkindirən vicdan.

Bu mövzunu daha yaxşı başa düşə bilmək üçün nəfsin nə olduğunun da bilinməsi faydalı olacaq. “Nəfs” Quranda tez-tez istifadə edilən ərəb dilində termindir. Dilimizdə tam qarşılığı yoxdur, ancaq “mənlik” sözü ilə ifadə oluna bilər. Quranda istifadə edilən mənaları isə belədir; “Bir şeyin zatı, özü, ruh, öz varlığı, qəlb, şəhvət, arzu və qəzəbın başlanğıc yeri, yatağı, vicdan, insanda əmredici güc”. Burada, nəfsin əvvəlcə üzərində duracağımız xüsusiyyəti, insanda əmredici güc olmasıdır. Yəni insana hərəkəti etdirən, qərar verdirən mənəvi güc, nəfsdir. Nəfsin bu istiqaməti Quranın bir çox ayəsində bildirilir. Bu ayələrdə insanların əxlaqsızlıqlarından, pisliklərindən bəhs edilərkən bu rəftarlarının qaynağı olaraq nəfsləri göstərilir.

Bu nümunələrdən biri Yusif Peyğəmbərin qardaşları ilə əlaqədardır. Yusif Peyğəmbərə qarşı duyduqları qısqanclıqlarından ötrü onu təsirsiz hala gətirmək üçün hərəkət edən qardaşlarına ataları Yaqub Peyğəmbər belə demişdir: