Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda vicdanın əhəmiyyəti: Vicdanlı insanların dünyada yaşadıqları ortam və Cənnət

Mündəricat
  1. Allahın varlığının dəlilləri vicdanla görülə bilər
  2. Vicdan və Quran insana həyatının həqiqi məqsədini göstərir
  3. Vicdan və Quran axirətə qəti olaraq iman etməyi əmr edər
  4. Hər an vicdana tabe olaraq Quran əxlaqını yaşamaq
  5. Vicdanlı bir insanın Allah ilə yaxınlığı necə olur?
  6. Vicdanın qarşısındakı mənfi güclər: nəfs və şeytan
  7. Vicdanlı insanların dünyada yaşadıqları ortam və Cənnət
  8. Vicdanına tabe olmayan kəslərin yaşadıqları ortam və Cəhənnəm
  9. Qurandan vicdan və vicdansızlıq nümunələri
  10. Vicdansızlıqları ilə tarixə düşmüş insanlar
  11. Nəticə

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.

Nəhl surəsi, 97

Müttəqilərə: “Allah nə nazil etmişdir?” – deyildikdə, onlar:

“Xeyir nazil etmişdir!” – deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir!

Nəhl surəsi, 30

Zənginlik, ehtişam, gözəllik, estetika cənnətin xüsusiyyətləridir. Vicdanına uyan kəslərin ən böyük hədəfləri isə Allahın razılığını və cənnətini qazanmaqdır. Allah bu kəslərə, böyük həsrət duyduqları cənnəti xatırlatmaq və cənnətə olan arzularını artırmaq üçün onlara zənginlik və ehtişamı dünyada da yaşadar. Həmçinin Allah vicdan sahibi, seçilmiş və şərəfli insanların dünyada digər şəxslərə qarşı hər istiqamətdən üstün və güclü olmalarını da istəyir.

Ancaq bunu da qeyd etmək lazımdır ki, Allah dünya həyatındakı imtahanın gərəyi olaraq bəzi qullarına burada zənginlik verməyə bilər. Belə vəziyyətdə də möminlər Allahın dilədiyi adama, dilədiyi qədər ruzi verdiyini bilir və olduqları vəziyyətdən razı olurlar. Axirəti düşündükləri üçün qısa dünya həyatındakı heç bir şərt onları çətinliyə salmaz. Hər cür vəziyyətdə Allaha şükür edərək, axirəti istəyərlər. Quranda bu həqiqət belə bildirilir:

Dünyadakı maddi zənginlik və rifahla yanaşı Allah bu üstün əxlaqlı kəslərə əsl olaraq mənəvi rifah verir. Bu kəslər vicdanlarından istifadə etmələrinə və Allahın razılığını axtarmalarına cavab olaraq, insan üçün ən əhəmiyyətli xüsusiyyətlərdən biri olan hüzura sahibdirlər. Ruhlarında heç bir sıxıntı və qarışıqlıq olmaz. Dürüstlüyün və səmimiyyətin rahat və etibarlı halını yaşayarlar. Allahdan başqa heç kimdən qorxmadıqları və çəkinmədikləri üçün çətinlik, narahatlıq, qorxu kimi hissləri yaşamazlar. Dünyəvi ehtiraslarının, qısqanclıqlarının, eqoizmlərinin olmaması onların xoşbəxt, rahat və şən olmalarını təmin edər.

Allah bir çox ayəsində o nicat tapanları, yəni qurtuluş və xoşbəxtlik içində olanları belə bildirir:

Allah istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür.

Rad surəsi, 26

... Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.

Həşr surəsi, 9

Vicdan sahibi kəslər yalnız özləri kimi gözəl xasiyyətli insanların yanında rahatlıq tapa bilər. Çünki insanın başqası ilə dost ola bilməsi üçün onun əxlaqından və xarakterindən xoşlanması lazımdır. Vicdan isə yalnız vicdanlı rəftarlardan zövq alır. Nəfsindəki istək və ehtiraslara uyan kəslərin qərarları, rəftarları, söhbətləri həmişə Allahdan uzaq olar. Allaha yaxınlaşmaq üçün səy göstərən insan isə belə mühitdən uzaq durar, Allahın məmnun olacağı mühitlərdə olmağı istəyər. Belə ki, Allahın əmri də budur: Əslində vicdanlı insanın meyarı cənnətdir; cənnətə böyük həsrət duyduğuna görə dünyadakı şərtlər üçün də oradakı ortamın bənzərini meydana gətirməyə çalışar. Cənnətdəki insanlarla necə danışılarsa möminlərlə elə danışar, cənnətdəki nemətlərə baxan insanın üz ifadəsi necədirsə, o baxışdan istifadə edər, cənnətdə söyləyə bilməyəcəyi sözü söyləməz, cənnətdə düşünə bilməyəcəyi pisliyi düşünməz. Həmçinin cənnət necə hər istiqamətdən, maddi və mənəvi olaraq qüsursuz təmizliyə sahibdirsə, dünya şərtlərində də mümkün ola biləcək ən çox təmizliyi yaradar; cənnətdə olmayacaq, cəhənnəmə xas bütün xüsusiyyətlərin hamısını dünyada da aradan qaldırmağa çalışar.

Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır. O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.

Əla surəsi, 14-15

Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız.

Cümə surəsi, 10

Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!

Kəhf surəsi, 28

Bu səbəbdən vicdanına tabe olmaqla insan özünü cənnətdəki həyatına hazırlayır və cənnətə layiq olmaq üçün təhsil alır deməkdir. Bir ayədə Allah, gözəl davranış göstərənlərin cənnətdəki yerlərini hazırladıqlarını belə bildirir: Vicdanlı insanların gerçək məkanı: Cənnət Allah, dünyada maddi və mənəvi gözəlliklər verdiyi vicdan sahibi kəsləri, ölümlərindən sonra əsl məkanları olan cənnətlə müjdələyir. Cənnət, dünya tarixi boyunca içlərindəki “doğruya yönəldən səs”ə uymuş, vicdanı ən yüksək olan kəslərin bir yerə gəldikləri məkandır. Cənnətdə vicdana zidd nə bir söhbət, nə bir baxış, nə də bir rəftar olmayacaq. Cənnət ortamına dünyada işlədikləri xeyirlərin qarşılığını ən gözəliylə almış olan kəslərin sevinci və xoşbəxtliyi hakim olacaq və bu mühit sonsuza qədər davam edəcək. Cənnətin gözəlliyi, Yasin surəsində belə izah edilir:

Kim küfr edərsə, küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün Cənnətdə yer hazırlamış olarlar.

Rum surəsi, 44

Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir. Həqiqətən də Cənnət əhli həmin gün nemətlər içində kef çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır. Üstəlik Rəhmli Rəbb onlara:

“Salam” deyəcək.

Yasin surəsi, 54-58

Vicdanlı insanların dünyadakı həyatlarından bəhs edərkən, cəmiyyətin böyük əksəriyyətində vicdana uymanın insanın maraqlarını zədələyəcəyi kimi inancın yayılmış olduğunu ifadə etmişdik. Bu səbəbdən bu yanlış məntiqə sahib kəslər vicdanlarına uymayaraq istək və ehtiraslarını təmin edə biləcəklərini, mənfəətlərini qoruya biləcəklərini və beləcə qazanc əldə edəcəklərini zənn edərlər. Dünya həyatındakı səhvlərinin ən böyüklərindən biri budur və bu azğın inancları səbəbiylə həm dünyanı, həm də axirəti itirərlər.

Dünyanı itirərlər, çünki hər şeydən əvvəl vicdana uymanın verdiyi böyük daxili sıxıntı yaşayarlar. Vicdan Allahın əmrindədir və insanın idarəsindən tamamilə uzaqdır. Bir insan öz içində nə qərar verərsə versin, nəyə meyil göstərərsə göstərsin, vicdanı onu əsla buraxmaz və hər vəziyyətdə doğrunu söyləyər. Bir tərəfdən doğrunun nə olduğunu dinləyib bir tərəfdən də buna tabe olmamaq böyük “vicdan əzabı” doğurar. “Vicdan əzabı” digər çətinliklərin heç birinə bənzəməz. Bu, Allahın insanlara etdiklərinin əvəzi olmaq üzrə və eyni zamanda səhvlərini düzəltmələri üçün fürsət olaraq verdiyi çətinlikdir. Quranda vicdanlarına uymadıqları üçün çətinlik çəkən və bu çətinliyə dözə bilməyərək tövbə edən üç adamdan xüsusilə bəhs edilir:

Quranda, çəkdiyi vicdan əzabı nümunə verilənlərdən biri də Allahın təriflədiyi elçisi olan Yunis Peyğəmbərdir. Yunis Peyğəmbər, qövmü ona qulaq asmadıqda onları tərk etmişdir. Lakin bir müddət sonra qövmünü tərk etməsinin səhv olduğunu başa düşərək böyük peşmançılıq hiss etmiş və Allaha tövbə etmişdir. Allah tövbəsini qəbul edərək onu təkrar peyğəmbər olaraq qövmə göndərmişdir. Bu qiymətli insanın hiss etdiyi vicdan əzabı Quranda müxtəlif ayələrdə belə təsvir edilir: