Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda vicdanın əhəmiyyəti: Qurandan vicdan və vicdansızlıq nümunələri

Mündəricat
  1. Allahın varlığının dəlilləri vicdanla görülə bilər
  2. Vicdan və Quran insana həyatının həqiqi məqsədini göstərir
  3. Vicdan və Quran axirətə qəti olaraq iman etməyi əmr edər
  4. Hər an vicdana tabe olaraq Quran əxlaqını yaşamaq
  5. Vicdanlı bir insanın Allah ilə yaxınlığı necə olur?
  6. Vicdanın qarşısındakı mənfi güclər: nəfs və şeytan
  7. Vicdanlı insanların dünyada yaşadıqları ortam və Cənnət
  8. Vicdanına tabe olmayan kəslərin yaşadıqları ortam və Cəhənnəm
  9. Qurandan vicdan və vicdansızlıq nümunələri
  10. Vicdansızlıqları ilə tarixə düşmüş insanlar
  11. Nəticə

Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir.

Əhzab surəsi, 21

İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır…

Mumtəhənə surəsi, 4

Bu səbəblə, Quranı oxuyan hər kəs, elçilərlə əlaqədar hadisələri öyrəndiyində, özününküylə onların vicdanlarını, rəftarlarını və Allah üçün etdiklərini müqayisə etməli və onlar kimi əxlaq göstərmək üçün ciddi səy göstərməlidir.

Quranın bir çox ayəsində mübarək Məhəmməd Peyğəmbərin vicdanlı rəftarına və hər cür çətinlik və sıxıntı qarşısında gözəl əxlaqından əsla güzəştə getməməsinə diqqət çəkilir. Məhəmməd Peyğəmbərin qövmünə etdiyi təbliğdə, inkar edənlərə verdiyi cavablarda, özünə atılan böhtanlar qarşısında göstərdiyi rəftarlarda iman edənlər üçün çox gözəl nümunələr vardır. Peyğəmbərimiz-in bu vicdanlı və üstün rəftarlardan biri də Tövbə surəsində bildirilir. Məhəmməd Peyğəmbər-in Məkkədən çıxarıldığı dövrdə, inkarçıların çətin təzyiqləri qarşısında göstərdiyi əxlaq ayədə bu şəkildə bildirilir:

Ayədə də bildirildiyi kimi Məhəmməd Peyğəmbər yanındakı adama dərhal Allahın varlığını, Allahın onlarla birlikdə olduğunu xatırlatmışdır. Allah bu vicdanlı rəftarının qarşılığı olaraq onu görünməz əsgərlərlə müdafiə etmiş və kafirlərə qarşı zəfər vermişdir. Quranda vicdanlı və təqva sahibi insanlara elçilərdən başqa bəzi möminlər də nümunə verilmişdir. Məryəm, Fironun arvadı və Fironun zülmünə baxmayaraq Musa Peyğəmbərə Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)

Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 40) itaət edən kəslər, bu saleh insanlara bəzi nümunələrdir. Sonrakı səhifələrdə, bu kəslərin də vicdanlarına uyaraq sərgilədikləri əxlaq gözəlliklərindən bəhs edəcəyik. Səmimiyyətləri sayəsində Allah Qatında üstün yerləri olan bu insanlarla yanaşı, Quranda, vicdanına uymayan insanların rəftar və danışıqlarından da nümunələr verilir.

Bunlardan da bəzi nümunələr verəcəyik. Bu pis nümunələri oxuyarkən diqqət edilməli şey isə, bəhsi keçən danışıqların və ya rəftarların zəmanəmizdə necə ortaya çıxa biləcəyini düşünmək və bunların hər birindən çəkinməkdir.

Nuh Peyğəmbərin dinə dəvəti Peyğəmbərlərin həyatları boyunca dini böyük səbirlə və səylə izah etmələri, hər cür şərtdə əsla güzəştə getməmələri, onların vicdanlarına uymalarının nəticəsidir. Məsələn, Nuh Peyğəmbər Quranda, etdiyi təbliğ ilə nümunə verilən peyğəmbərlərdəndir. Quranda Nuh Peyğəmbərin qövmünü gecə-gündüz Allahın yoluna çağırdığı, onların məsxərələrinə, zülmlərinə baxmayaraq, hər kəsi Allahın əzabı ilə xəbərdar edib qorxutduğu bildirilir: Yuxarıdakı ayələrdə bildirildiyi kimi Nuh Peyğəmbərin danışığından da aydın olacağı kimi Nuh Peyğəmbər, vicdanının ona əmr etdiyi hər şeyi tətbiq etmişdir. Gecə-gündüz qövmünü dinə dəvət etməsi, bunu edərkən də gizli və açıq yolları sınaqdan keçirməsi onun bu mövzudakı ciddi və səmimi səyini göstərir. Qövmünün Nuh Peyğəmbərə verdiyi cavab isə Quranda belə bildirilir:

O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. Sonra mən onları aşkarcasına dəvət etdim. Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib dedim:

“Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!

Nuh surəsi, 5-10

Qövmünün azğın rəftarına cavab olaraq Allah Nuh Peyğəmbərə belə vəhy etmişdir: Allahın köməyi gələnə qədər Nuh Peyğəmbər qövmünə təbliğ etmişdir. Bu şübhəsiz böyük səbir tələb edir. Nuh Peyğəmbərin qarşılaşdığı bütün çətinliklərə baxmayaraq dini təbliğ etməkdən əsla imtina etməməsi onun vicdanının göstəricisidir.

Quranda zikr edilən peyğəmbərlərin hamısı eyni qətiyyət və səbirlə qövmlərini dinə dəvət etmişlər. Allah bu saleh qullarına Öz qatında hikmət, izah etmə qabiliyyəti və elm verərək onları gücləndirmişdir. Hər birinin təbliği möminlərin hidayətinə vəsilə olarkən, inkar edənlərin də saxtakarlıqlarını ortaya çıxarmışdır. Allah, elçiləri vasitəsi ilə haqqı batilin üzərinə ataraq, batilin beynini darmadağın etmişdir. Bu dəyişməz İlahi qanun ayədə belə açıqlanır:

Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb:

“O, dəlidir!” – dedilər və ona hədə-qorxu gəldilər.

Qamər surəsi, 9

... daha əvvəl iman gətirənlər istisna olmaqla artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə. Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar suda batırılacaqlar”.

Hud surəsi, 36-37

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza!

Ənbiya surəsi, 18

İbrahim Peyğəmbər “tək başına ümmət idi”

Daha əvvəlki səhifələrdə İbrahim Peyğəmbərin inkar edənlərlə olan mübarizəsindən bəhs edilmişdi. İbrahim Peyğəmbər inkar edənlərlə mübarizə apararkən yuxarıdakı ayələrdə də bildirildiyi kimi tək başınaydı. Ətrafında ona köməkçi ola biləcək, onu maddi və mənəvi istiqamətdən dəstəkləyəcək heç kim yox idi. Əlbəttə ki, insanın tək başına, ətrafındakı ən azğın insanları qarşısına alaraq, ölüm təhdidlərinə belə məhəl qoymadan Allahın dinini izah etməsi, o adamın vicdanının nə qədər güclü olduğunun göstəricisidir. Belə ki, qövmü İbrahim Peyğəmbəri atəşə ataraq yandırmaq istəmiş, ancaq Allah İbrahim Peyğəmbərə kömək etmiş, onu qorumuşdur:

İbrahim Peyğəmbər elçilərin Allaha bağlılıqlarına, Allah yolundakı qətiyyətlərinə, vicdanlı rəftarlarına nümunədir. Necə ki, Allah onu “...Həqiqətən, İbrahim Allaha çox yalvaran həlim bir kimsə idi.” (Tövbə surəsi, 114) deyərək təsvir edər ki, bu İbrahim Peyğəmbərin son dərəcə incə düşüncəli, vicdanlı insan olduğunu ifadə edər. Həmçinin İbrahim Peyğəmbərin qissəsində Allahın yüksək vicdan sahibi qullarına qəti olaraq kömək edəcəyi də görülür. Allahın elçilərinin hamısı eyni əxlaq üzərində davranmışlar. Yəhya Peyğəmbər üçün Quranda “Üstəlik Öz tərəfimizdən şəfqət və paklıq da bəxş etdik. O, müttəqi idi. Həm də ataanasına qarşı qayğıkeş idi; lovğa və asi deyildi.” (Məryəm surəsi, 13-14) deyilir. Bu sifətlər, Yəhya Peyğəmbərin Allaha qarşı heç bir günaha yanaşmayan yüksək vicdanının ifadəsidir.

Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi. Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdəndir. Sonra sənə vəhy etdik:

“Hənif İbrahim dininə tabe ol. O, müşriklərdən deyildi”.

Nəhl surəsi, 120-123

Onlar dedilər: “Əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, məbudlarınıza kömək edəsiniz”. Biz:

“Ey od! İbrahim üçün sərin və zərərsiz ol!” – dedik. Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq.

Ənbiya surəsi, 68-70

Məryəm İsa Peyğəmbəri Allahın “Ol” əmri ilə atasız olaraq dünyaya gətirən Məryəm, Quranda aləmlərin qadınlarına nümunə olaraq verilən saleh mömindir. Məryəm böyük diqqətlə, ayənin ifadəsi ilə “gözəl bitki kimi” yetişdirilmişdir. (Ali İmran surəsi, 37) Dövrümüzdə geniş yayılan “qadın” xarakterindən tamamilə fərqli xarakterə, əxlaq və vicdan üstünlüyünə sahibdir. Quranda Allah Məryəmin aləmlərin qadınlarına üstün qılındığını belə bildirir:

Məryəmin Quranda ən diqqət çəkən cəhətlərindən biri isə, iffətinə olan həssaslığıdır. Məryəm iffətinə; cəmiyyət qaydaları, adət, ənənə olaraq deyil, Allaha olan bağlılığı və Onun hökmlərinə olan diqqəti səbəbiylə düşkün idi.

Quranda Məryəmin İsa Peyğəmbərə hamilə qalması və onu dünyaya gətirməsi ətraflı olaraq izah edilir. Bildirildiyinə görə, Cəbrayıl əleyhissalam Məryəmə atası olmayan, Allahın ruhundan üflədiyi oğlan uşağının müjdəsiylə gəlmişdi. Bu, Allahdan özünə çox böyük müjdəydi, çünki bu uşaq bütün aləmlərə göndəriləcək olan peyğəmbər idi. Mövzuyla əlaqədar ayə belədir:

Allahın köməyi və qoruması altında doğumunu tək başına reallaşdıran Məryəm tayfasının yanına qayıdarkən güclü xarakter göstərərək yenə aləmlərə nümunə oldu. Məryəm və ailəsi öz yaşadıqları şəhərdə dindar, iffətli və inanclı insanlar olaraq tanınırdılar. Lakin Məryəm aradan uzun müddət keçdikdən sonra, qövmünə yanında bir uşaqla qayıtdıqda bütün qövmünü özünə qarşı olduğunu gördü. İsa Peyğəmbərin Allahın Məryəmə verdiyi müjdə olduğuna inanmayanlar, ona böhtan atanlar, günahlandıranlar, hətta zərər verməyə çalışanlar da oldu.

Bir zaman mələklər dedilər:

“Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!”

Ali İmran surəsi, 42-43

Mələk dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”.

Məryəm surəsi, 19

Lakin Məryəm insanların razılığına görə deyil, yalnız Allahın məmnuniyyətinə görə hərəkət etdiyi üçün bu vəziyyət ona heç təsir etmədi. Halbuki cahil cəmiyyətlərdə, sırf insanlardan görəcəyi reaksiyalardan ötrü vicdanlarından uzaqlaşan, namazını, ibadətlərini yerinə yetirməyən hətta haramları halalı belə göz ardı edən bir çox insan vardır.

Allah Məryəmə, qövmünün ittihamlarıyla təmasda olmaması üçün heç kimlə danışmamasını və sual soruşanlara da susma orucu tutduğunu bildirməsini vəhy etmişdir. Və bunun ardından da atılan bütün böhtanları insanlara geri aldıracaq möcüzə yaratmışdır; beşikdə olan İsa Peyğəmbər “susma orucu” tutan Məryəmin yerinə açıqlama verməyə başlamışdır:

Beləcə Məryəm qövmünə qarşı Allahın verdiyi möcüzə ilə ən gözəl şəkildə dəstəklənmişdir. Quranda Məryəmlə əlaqədar olaraq izah edilən bu hekayə, müsəlman qadının sahib olacağı güclü, cəsarətli, Allaha könüldən bağlı, tək başına mübarizə apara bilən və son dərəcə iffətli rəftarı göstərir.

Burada diqqət edilməli lazım olan mövzulardan biri də budur: Quranda kişi və ya qadın fərqi yoxdur. Bütün elçilər və Allahın nümunə göstərdiyi bütün təqvalı insanlar eyni üstün xüsusiyyətlərə sahibdirlər. Bu insanların ortaq xüsusiyyəti isə vicdanlarının özlərinə əmr etdiklərini qeyd-şərtsiz tətbiq etmələridir. Bunun nəticəsində isə aləmlərə nümunə olaraq verilən rəftar və əxlaq gözəllikləri ortaya çıxır. Quranda, vicdanına uyması ilə insanlara verilən digər nümunə də Fironun arvadıdır.

Bunun səbəbi, Fironun arvadının Fironun sarayında, onun küfri təzyiqi altında yaşayarkən, bu çətin şərtlərə baxmayaraq iman etmiş olması və yenə insanların çoxunun əksinə, dünyada bəlkə də çox az kimsənin sahib olduğu mülkdən təsirlənməyərək güclü xarakter göstərmiş olmasıdır.

Bu mübarək insan təhlükəli mühitdə, son dərəcə zalım adamla evli ikən Allaha iman etmişdir. Onun rəftarının üstünlüyünü daha yaxşı anlaya bilmək üçün o dövrün şərtlərini Qurana əsaslanaraq düşünmək lazımdır. Əvvəlcə Fironun şəxsiyyətinə diqqət edilməlidir:

Fironun arvadı, bu zülmkar insanla və onun yaxın ətrafıyla eyni evdə yaşayırdı. Allaha iman etdiyini söyləyən insanlara Fironun əsgərləri necə zülm etdiyini də bilirdi. Məhz Fironun arvadı iman etməyin belə çətin olduğu mühitdə, Musa Peyğəmbərin izah etdiyi haqq dinə tabe oldu, vicdanına üz tutaraq Allahın varlığını və o günə qədər Misirə hakim olan inancların hamısının batil olduğunu görə bildi. Şübhəsiz bu, dünyada çox az insanın gözə ala biləcəyi, ancaq Allaha könüldən və qatqısız bağlılıq ilə mümkün ola biləcək qətiyyətdir və üstün vicdan nümunəsidir.

Həmçinin Fironun arvadının, eyni zamanda bu günə qədər çox nadir insanın sahib olduğu sərvətin və mülkün sahibi olduğunu da unutmamaq lazımdır. Amma bütün bunlardan üz çevirib Allahın dininə tabe olmuşdur. Bu gün bəlkə də onun sahib olduğu Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi ...

Təhrim surəsi, 11

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. (Yunis surəsi, 83) imkanlarla müqayisə belə edilə bilməyəcək qədər az mülkə sahib olan insanların azğınlığı və bu səbəbdən qapıldıqları qürur, özlərini müstağni görərək Allaha ibadətə yanaşmamaları, bu saleh qadının dəyərini anlamaq baxımından gözəl müqayisə imkanı yaradır.

Fironun arvadının Allahın Quranda bildirdiyi duası onun səmimiyyətinin ifadəsidir. Sahib olduğu sərvətə heç əhəmiyyət verməyərək, Allahdan cənnətini belə istəmişdir:

Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o:

“Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!” – demişdi.

Təhrim surəsi, 11

Firon

Firon, Musa Peyğəmbərin göndərildiyi dövrdə yaşamış olan və Quranda ondan ən çox bəhs edilən inkarçıdır. Fironun istər Musa Peyğəmbərə və onunla birlikdə olanlara, istərsə də öz xalqına qarşı göstərdiyi əxlaq ətraflı olaraq araşdırıldığında, vicdanına uymayan, yalnız nəfsindəki ehtiraslar və dünya həyatı üçün yaşayan insanların ümumi xarakteri ortaya çıxar. Bu inkarçıların ən qabaqcıllarından olan və xalqının arasında zalımlığı ilə tanınan Fironun ruh halını, məntiqini, ehtiraslarını, gözləntilərini, narahatlıqlarını və gözlənilməz hadisələr qarşısındakı mövqeyini Quran ayələrinə baxaraq analiz etmək və vicdansız insanın sahib ola biləcəyi xüsusiyyətləri görmək mümkündür. Buna görə burada bəhs edilən insanla əlaqədar Quranda bildirilən bütün təfərrüatlar araşdırılacaq və vicdansızlığın bütün tərəfləri gözlər önünə səriləcək.

Ancaq Fironun xüsusiyyətlərini oxuyarkən unudulmamalı olan çox əhəmiyyətli nöqtə budur: Fironun sahib olduğu xüsusiyyətlər, bu gün cəmiyyətdə çox geniş şəkildə yaşanan xüsusiyyətlərdir. Səmimi olaraq düşünən insan, bu əxlaqın gətirdiyi nəticələri asanlıqla görə biləcəkdir. Ən səmimi rəftar isə, insanın bu xüsusiyyətləri digər insanlarda axtarmazdan əvvəl öz nəfsində -az və ya çox- axtarması və bu vicdana zidd rəftarları düzəltməsi olacaq.

Fironun zalımlığı: