Dünyada ikən ağıllarını gərəyi kimi istifadə etmədikləri üçün axirətdə peşmanlıq duyaraq şikayətlənən ağılsız kəslərin vəziyyətindən Quranda belə bəhs edilmişdir:
Onlar deyəcəklər:
“Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!”
Şübhəsiz insanın, belə bir ehtimalın özü üçün də mümkün ola biləcəyini düşünməsi, böyük qorxu duymasını və bir çox şeyi hələ vaxt varkən idrak etməsini təmin edəcək. Bu vəziyyətdə insan, əgər cəhənnəm kimi bir sonla qarşılaşsa böyük ehtimalla ağlından peşmanlıqla bu düşüncələr keçəcək:
Dünyada ikən vicdanıyla açıq şəkildə gördüyü, bəlkə də ona dəfələrlə xatırladıldığı və qarşısında heç bir mane olmadığı halda, bilə-bilə ağlın yolundan üz çevirmişdir…
Amma o sırada artıq geri dönüb də vəziyyətini düzəldə bilməsinin qəti olaraq mümkün olmadığı cəhənnəm atəşinin içindədir…
Dünyada ikən Allahın əzabı ona xatırladılmış, amma onun qüruru səbəbiylə bu xəbərdarlıqları dinləməmişdir…
“Necə olsa önümdə daha uzun həyat var, daha sonra düzəldərəm” deyərək doğru olan davranışları davamlı təxirə salmışdır…
Dünyada sahib olduğu zənginlik, gözəllik və ya məlumat onu təkəbbürlük etmiş və Allaha itaət etməsini maneə törətmişdir…
Amma o anda artıq içərisində olduğu atəşdən və əzabdan xilas ola bilmək üçün edə biləcək heç bir şeyi yoxdur, açıq-aşkar çarəsizlik içindədir…
Və artıq hər nə edirsə etsin, içini yandıran peşmanlıqdan sonsuza qədər heç bir şəkildə xilas ola bilməyəcək və davamlı olaraq ağılsızlığına yanıb yaxılacaq…
Məhz insanın hələ dünyada ikən bu vəziyyətlə qarşılaşa biləcəyini düşünməsi, o anda dərin peşmanlıq duymasına səbəb olar. Atəşin içində peşmanlıqla bu və bənzəri sözləri söyləməmək üçün, o andan etibarən vicdanlı davranmağa qərar verər. Çünki vicdanına müraciət edərək düşündüyü zaman, hər insan təxirə saldığı, əhəmiyyət verməyərək üzərindən keçdiyi, ya da doğru olduğunu bildiyi halda bilə-bilə etmədiyi kiçik böyük bir çox hadisəylə qarşılaşar. Və bütün bunları indi düzəldə bilmək hər insan üçün mümkündür.
Bir insana, “Bu vicdan mühasibliyini, dözülməz peşmanlıqla atəşin içərisində ikən etmək daha ağıllıdır, yoxsa hal-hazırda düzəltməyə imkanı var ikən?” deyə sual versə, səmimi davranan hər insan mütləq “Əlbəttə ki, indi, həm də dərhal” cavabını verəcək. Ardından da ağlını istifadə edəcək və bu günə qədər vicdansızlıq etdiyi hər hadisəni bir an belə təxirə salmadan düzəltməyə çalışacaq.
Ediləcək ən ağıllı rəftar da budur onsuz da. İnsanın, bir an üçün belə olsa cəhənnəm atəşinin içində olduğunu düşünməsi, bu səmimi qərarı alması üçün yetərli olacaq və vicdanını hərəkətə keçirəcək. O ana qədər edilən ağılsız şəkildə və vicdansız rəftarları düzəltmək üçün isə Allaha güvənib səbir edən bir insan üçün çox asandır. Allah ayələrində insanlara bu asanlığı belə bildirmişdir:
Qullarıma mənim bu sözümü de:
“Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”
Ancaq insan bu mövzuda təxirə salmadan etməli və ağlını istifadə etmək üçün başına bir çətinlik gəlməsini, ya da ölüm ilə qarşılaşmağı gözləməməlidir. Allah Quran ayələrində insanlara, bu mövzuda heç vaxt itirmədən hərəkətə keçmələri lazım olduğunu belə xatırlatmışdır:
Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun!
Unudulmamalıdır ki, vicdanına müraciət edərək doğrunu görən bir insan, dərhal içində olduğu vəziyyəti düzəldə bilər. Lakin ağlını istifadə etməməkdə dirəşən hər insan axirətdə bu həqiqətlə qəti olaraq qarşılaşacaq və düzəldilməsi əsla mümkün olmayan peşmanlığa süründürüləcək. Bir ayədə bu kəslərin, atəşin içində duyduqları bu dərin peşmanlığı belə dilə gətirdiklərindən bəhs edilmişdir:
Sonra kimsə deməsin ki:
“Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma! Həqiqətən, mən dinə və dində olanlara rişxənd edənlərdən idim!”
Məhz bu rəhbər ilə məqsəd qoyulan da insanları, belə bir itkiylə qarşılaşmamaq üçün indidən əllərindən gələni etmələri mövzusunda təşviq etmək idi. Bu məqsəd istiqamətində rəhbərin əvvəlindən bu yana ağlın və ağılsızlığın müqayisəsi edilmiş və insanlara ağıl ilə mütənasib olaraq qazancları və zərərləri bildirilmişdir. Kitabın sonunda isə, ağılsızlığın insanı dindən uzaqlaşdırdığı və buna görə cəhənnəm əzabına sürüdüyü, ağlın isə sonsuz cənnət nemətlərinə çatdırdığı bir daha xatırladılmaqdadır. Vicdansızlığın və ağılsızlığın peşmanlığını yaşamamaq üçün hər kəs bir daha ağlını istifadə etməyə və doğrunu tapmağa dəvət edilməkdədir.