Ağılsızlığın səbəb olduğu ən böyük itkilərdən biri, şübhəsiz insanları Allahın dinindən uzaqlaşdırmasıdır. Dindən uzaqlaşan insanlar isə cənnətdən də uzaqlaşar və sonsuz cəhənnəm həyatına süründürülərlər. Ağılsızlıqları bu insanlara doğru olanı səhv, səhv olanı da doğru göstərər; bu səbəblə dünyadakı həyatı həqiqi həyat zənn edər və əsl olan axirət həyatını uzaq görərlər. Burada olduqları müddət boyunca Allahın razılığını və cənnətini qazana bilmək üçün səy göstərməz və cəhənnəm əzabının onlara da toxuna biləcəyini heç hesaba qatmazlar. Axirətdə bu həqiqətlərə qarşılaşdıqlarında isə “kaş ki, ağıl etmiş olsaydıq” deyərək peşmanlıqlarını dilə gətirər və ağılsızlığın onları necə böyük itkiyə soxduğunu etiraf edərlər. Quranda onların bu peşmanlığına belə yer verilmişdir:
Və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası? O:
“Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!” – deyəcəkdir.
Bütün bunlardan çıxarılması lazım olan nəticə isə budur; ağılsızlıq insanı cəhənnəmə sürüyən böyük bəladır. Cəhənnəm isə ölüb xilas olmanın belə mümkün olmadığı sonsuz əzab mühitidir. Bu həqiqət, heç bir insanın “bundan mənə bir şey olmaz” deyə bilməyəcəyi qədər qəti və bir o qədər də dözülməzdir. Quranda cəhənnəmdəki insanların sümüklərini çatırdatan ağrılı qışqırıqlardan, yandıqca təkrar-təkrar dəyişdirilən dərilərdən, susadıqca içmək üçün qan və irin qarışığından başqa bir şey tapa bilməyən inkarçılardan çox ətraflı olaraq bəhs edilmişdir.
Bununla yanaşı ağlını istifadə etməyən bir insanın məhrum qalacağı cənnət nemətlərini də indidən düşünməsi lazımdır. Ağılsız insanlar cəhənnəm ilə qarşılaşmadan əvvəl cənnətin gözəlliyinin də dərk etmiş və ağıllı insanların cənnətlə müjdələnildiklərində yaşadıqları sevinci görmüş olacaqlar. Altından çaylar axan yüksək köşklərdə, ləlcavahiratlar içində, taxtlar üzərində zövq alan möminlərin vəziyyətini bilmək də axirətdə ağılsız insanların ürəyində dərin bir ağrı və peşmanlıq meydana gətirəcək.
Bunlar, ağılsızlığın axirətdə gətirdiyi itkilərdir. Ancaq ağılsızlıqları səbəbiylə dindən uzaqlaşan insanlar, axirəti tərk edib dünya nemətlərini yaşamağa çalışarkən, burada da istədikləri kimi bir mühitə sahib ola bilməzlər. Həyatları boyunca maddi mənəvi bir çox itkiyə məruz qalarlar. Əvvəlcə Allaha və qədərə təslim ola bilməmənin gətirdiyi təvəkkülsüzlük və bundan qaynaqlanan narahatlıq içində yaşayarlar. Davamlı gələcəyə istiqamətli qorxular, sahib olduqlarını itirmə, yoxsul düşmə narahatlığı, sevdikləri insanlardan uzaq qalma, insanlar qarşısında alçalma kimi narahatlıqlar içində həyatlarını davam etdirərlər.
Quran əxlaqını yaşamadıqları üçün heç kimlə həqiqi mənada dost ola bilməz; həqiqi sevginin, hörmətlinin, sədaqətin və digər gözəl əxlaq xüsusiyyətlərinin gözəlliyini qavraya bilməzlər. Qurana görə bir həyat yaşamadıqları üçün dindən uzaq cahiliyyə sisteminin çətinlikləri içində yaşayarlar. Həyatlarında həmişə peşmanlıq hakimdir; bir gün, ya da bir saat əvvəl etdiklərindən belə davamlı olaraq şikayətlənib, peşmanlıqlarını dilə gətirərlər.
Ağıllarını istifadə etmədikləri üçün gözəl və hikmətli danışa bilməzlər. Saatlarla danışıb bir işin içindən çıxa bilməz, ardıcıl tədbirlər ala bilməz və ağıllı çözümlər gətirə bilməzlər. İnsanlardakı gözəllikləri və incəlikləri görə bilməz və bunları gözəl bir üslubla dilə gətirə bilməzlər. İncəsənət və estetikadan incə bir zövq ala bilməz, ağıllı yeniliklər yarada bilməzlər. Yaşadıqları klassik qəliblərdən, vərdişlərdən imtina edə bilməz, özlərini yeniləyib inkişaf etdirə bilməzlər.
Ağılsız insanların vəziyyəti Quranda verilən bu örnəklə açıqlanmaqdadır:
Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi?
Şübhəsiz bu nümunə ağılsız bir insanın içərisində olduğu vəziyyəti ifadə etməkdədir. Çünki ağılsız adam, ayədə ifadə edildiyi kimi, heç bir şeyə gücü çatmayan və özünə bir faydası olmadığı kimi, ətrafına da yük olan bir insandır. Bu səbəblə həmin adam, həyatı boyunca həmişə itki içərisində yaşamaq məcburiyyətində qalar. Allah ağılsız insanların vəziyyətini bir ayəsində belə xəbər vermişdir:
Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Allah anlamayanları qəzəbə uğradar.
Ağılsız insanlar eyni zamanda ağılsız cəmiyyətlər meydana gətirərlər. Ağılsız cəmiyyətlərdə isə din əxlaqından uzaq olmanın gətirdiyi qarışıqlıq, zülm, ədalətsizlik, kin, şiddət, tolerantsızlıq, qısacası hər cür mənfi halın bir yerdə olduğu mühit meydana gəlir. İnsanlar ağılsızlıqları səbəbiylə Allahın qüdrətini təqdir edə bilməz və bundan ötəri Allahdan qorxmazlar. Allahdan qorxmayan insanların meydana gətirdiyi cəmiyyətlərdə də hər cür günah işlənə bilər. İnsanlar rahatlıqla başqalarını öldürə bilər, haqlarına təcavüz edə bilər, oğurluq, fırıldaqçılıq kimi cinayətlərə yönələ bilərlər. İçlərində mərhəmət və şəfqət hissləri korlandığı üçün hər cür cinayəti edə bilərlər.
Məhz bunlar da ağılsızlığın insanlara dünyada gətirdiyi zərərlərin qısa xülasəsidir. Bu səbəblə ağılsızlıq, bir insanın əhəmiyyət verməyəcəyi və razı ola biləcəyi bir vəziyyət deyil. Hər insan ağlı örtən maneələri düşünməli, bunlardan sıyrılmaq üçün əlindən gələn bütün səyi sərf etməli və ağlını dünyada və axirətdə qazandıracağı nemətlərin gözəlliyini yaşamalıdır.