Qurana görə həqiqi ağıl: Gündəlik həyatda ağılsızlıq nümunələri
Mündəricat

Ağlını istifadə edə bilməyən insan, əvvəlki hissədə gördüyümüz kimi həm dünyada, həm də axirətdə böyük zərər içindədir. Ancaq bu zərər, yalnız mənəvi istiqamətdə bir itki olaraq qiymətləndirmək doğru olmaz. İnsan, gündəlik həyatı içində də ağılsızlığın səbəb olduğu müxtəlif çətinliklər, narahatlıqlar və itkilərlə qarşılaşar.
Məhz bu hissədə ağılsız insanın həyatı boyunca ondan əl çəkməyən bu çətinliklərdən bəzi nümunələr verərək, bu təhlükənin ciddiliyini izah edəcəyik.
Ağılsız insanın tədbirsizliyi…
Qəzetlərdə, ya da televiziya xəbərlərində tədbirsizlik nəticəsində meydana gələn bir çox hadisədən bəhs edildiyinə şahid olarıq. Və bu hadisələrin ardı arası heç cür kəsilməz. Qəzetdə izah edilən hadisələri oxuduğu halda çox insan bənzəri səhvləri özü də edər. Gecə yatarkən sobadan zəhərlənənlərə, qaz partlamasında yaralananlara, balkondan düşən uşaqlara, barmaqlarını fabrik maşınları kəsənlərə, və bunlara oxşar növdə qəzalara məruz qalan daha bir çox insana rast gəlmək mümkündür. Şübhəsiz bu cür xəbərlər, dindən uzaqlaşan cəmiyyətlərin, gündəlik həyatda yaşadıqları ağılsızlıq nümunələrindən bəziləridir. Bu insanlar, hadisələrin bir neçə mərhələ sonrasında necə inkişaf edə biləcəyi mövzusunda məqsədəuyğun təxminlərdə ola bilməzlər. Eyni şəkildə keçmişdə yaşadıqları təcrübələrdən də irəlidə istifadə edə biləcəkləri ağıllı nəticələr çıxara bilməzlər. Əllərindəki imkanları ağıllarıyla qiymətləndirə bilmədikləri üçün qarşılaşdıqları hadisələrdə ola biləcək təhlükələri önləyə biləcək ağıllı tədbirlər də ala bilməzlər.
Ağlını istifadə edə bilməyən bir insanın tədbirsizliyi nəticəsində ortaya çıxan təhlükəli qəza və hadisələrdən bəzilərini belə sıralamaq mümkündür:
Ağılsız insan yeni bir alətin istifadəsini istifadə təlimatından və ya bilən birindən öyrənmək yerinə üzərində müxtəlif sınaqlar edərək həll etməyə çalışar. Necə istifadə edəcəyini bilmədiyi texniki bir alətin, ya da musiqi seti, kompüter kimi həssas cihazların nə işə yaradığını bilmədiyi düymələrini qurdalamaqda, qırıla biləcək hissələrini toxunmaqda narahatçılıq görməz. Buna görə də çox vaxt yeni bir aləti hələ istifadə edə bilmədən pozacaq vəziyyətə gətirər.
Uşaqların əlinə rahatlıqla udula biləcək kiçiklikdəki plastik materialları oyuncaq deyə verməkdə bir qorxu görməz. Ancaq bu plastik maddələr uşağın boğazına ilişib xəstəxanaya getmək məcburiyyətində qalınca bu hərəkətin səhv olduğunu düşünməyə başlayar.
Ağılsız insan iki-üç ayrı hissədən ibarət olan əşyanı bir dəfədə üst-üstə daşımağa çalışar və ümumiyyətlə də yarı yolda hamısını salar. Bunların hər birinin tək-tək daşınması lazım olduğunu əvvəldən hesablaya bilməz.

Ağılsız insan günəşin bədəninə necə zərər verə biləcəyini təxmin edə bilməz. Gərəyindən çox, hətta saatlarla günəşin altında qalaraq dərisinə zərər verər. Günəşin təsiriylə dərisi sulu tuluqlar olar və dərin yaralar meydana gələr, mədəsi bulanar, başı ağrıyar. Bütün bu çətinlikləri hər yay yaşadığı halda ağlını istifadə etmədiyi üçün bir sonrakı yay eyni səhvi bir daha təkrarlayar.
Bundan başqa xəstə olub olmadığını heç bilmədiyi küçə itləri, ya da pişikləri ilə oynamaqda bir qorxu görməz. Necə ki, quduz kimi xəstəliklər də insanların bu cür tədbirsizliklərindən qaynaqlanar.
Ani bir qoxuya və səsə qarşı həssas və məsuliyyətli deyil. Belə bir şeyi ya heç fərq etməz, ya da fərq etsə belə laqeyidliyindən, ya da nə növ təhlükələrə yol aça biləcəyini düşünmədiyindən maraqlanmaz. Halbuki qaz qoxusunu qəbul edə bilmədiyi üçün evi yana bilər, qaz sızıntısından zəhərlənə bilər, ya da yanıq qoxusuna zamanında müdaxilə etmədiyi üçün bir yanğınla qarşılaşa bilər.
Yaş ştepseli elektrik cərəyanına taxmaq kimi diqqətsizlik edərək zərərə uğrayar. Və ya elektriki söndürmədən lampa dəyişdirdiyi, ya da elektrik təmiri etdiyi üçün tez-tez elektrik çarpmalarıyla qarşılaşar.
Çox iti bıçaqla çox sürətli şəkildə yemək doğrayar. Meydana gələ biləcək təhlükəni hesablamadığı üçün əlini kəsər.
Yaş əllərlə qabyuyan maşını boşaltdığı üçün qablar əlindən sürüşər. Qırıq qabları da yenə əlləriylə toplamağa çalışdığı üçün əlini də kəsər.
Heç tanımadığı birinə qapını açmaqdan və hətta bu adamı evə dəvət etməkdən çəkinməz. Bu şəkildə hücuma uğrayar, ya da evi soyular.

Şüşə masa üzərinə isti qazan qoyub masanın çatlamasına səbəbiyyət verə bilər. Ya da taxta masanın üzərinə qoyduğu isti çaydan səbəbiylə masa xarab olar.
Bir yerə getmək üzrə yola çıxacağı zaman yolda avtomobilinin xarab olma ehtimalına qarşı tədbirlər almağı düşünə bilməz, düşünsə belə səthi tədbirlər alar. Benzinini doldurar, amma ehtiyat təkər götürməyi, ya da avtomobilin suyuna, yağına nəzarət etməyi düşünməz.
Bütün işlərini son ana buraxar. Məsələn təyyarəsinə çata bilməsi lazım olduğu halda son ana qədər çamadanını hazırlamaz, işlərini tamamlamaz. Eviylə aeroport arasında məsələn bir saatlıq bir yol varsa, iyirmi dəqiqə qalana qədər evdən çıxa bilməz. Çıxdığında da əvvəldən necə gedəcəyini nizamlamadığı üçün taksi tapa bilməz, ya da tapsa belə nəqliyyat sıxlığı ola biləcəyini hesablamadığı üçün yolda vaxt itirər və sonunda da təyyarəsini qaçırar. Bu hadisələri hər səfərində yaşayar, amma yenə də laqeyidsizlikdən əl çəkib ağıllı tədbirlər almağı düşünməz.
Əşya daşıyarkən tədbirini alıb keçəcəyi yolun üzərində ilişə biləcəyi, ya da çarpa biləcəyi şeyləri əvvəldən qaldırmağı düşünməz. Ancaq əlində ağır əşyayla bu maneənin önünə gəldiyi, ya da heç görmədən maneəyə çarpdığı zaman ağlı başına gəlir.
Bir əşyanı masa kimi yerlərin tam kənarına, ya da ən ucuna qoymanın təhlükəsini görə bilməz. Halbuki ən kiçik bir toxunuşda bu əşyalar yerə düşər və qırılar.
Ağılsız insanın incəsənət və estetika anlayışı…
İnsanlarda ümumiyyətlə standart incəsənət və estetika anlayışı vardır. Kiçik yaşlardan etibarən ətraflarından öyrəndiklərini bütün həyatları boyunca tətbiq edərlər. Yaşadıqları dövrdə modaya olan anlayış nə isə onu tətbiq edərlər. Amma ağıl istifadə edərək bu mövzuda yenilik gətirməyə çalışmazlar. incəsənət zövqləri tamamilə təqlidə söykənəndir. Ağıldan məhrum bu kəslər, təqlid etdikləri mövzularda texniki mənada bir müvəffəqiyyət əldə etsələr də, təqlidi olmayan, öz-özlərinə düşünərək tapdıqları bir gözəllik ortaya qoya bilməzlər.

Xüsusilə olduqları mühiti dekorasiya etmə mövzusunda həmişə klassik qəliblər istifadə edərlər. Cəmiyyətlərdə ümumiyyətlə yaşanan bu dekorasiya anlayışının bəzi detallarını belə sıralaya bilərik:
Ağılsız insan zamanını yaxşı qiymətləndirə bilmədiyi üçün, evini dekorasiya etməsi aylar sürər. Kiçik bir evin rəngləndilməsi və daha sonra təmizlənməsi belə aylarla nəticələnməz. Bu işləri ən praktik şəkildə və ən qısa zamanda edə biləcək çözümlər ortaya qoya bilməz.
Ağlını istifadə etməyən bir insanın incəsənətə və dekorasiyaya xüsusi marağı yoxdur, illərlə evində heç bir dəyişiklik etmədən yaşaya bilər. İllər sonra dəyişiklik etməyə qərar verdiyində isə ağlına gələn ən böyük dəyişiklik kresloların parçasını yeniləmək olar. Əşyaların yerlərini dəyişdirmək, olduğu məkanı gözəlləşdirmək kimi vərdişi yoxdur.
Əlində çox geniş imkan olsa belə bunu yaxşı istifadə edə bilməz. Ən bahalı, ən keyfiyyətli əşyaları satın ala bilsə belə, bunları incə bir incəsənət zövqüylə yerləşdirməyi bacara bilməz.
Bununla yanaşı gözəl məkan meydana gətirməyi bacardığında da bu məkanın bir tərəfdən də istifadə baxımından rahat, gigiyenik və komfortlu olmasını təmin edə bilməz.
Əşya yerləşdirilməsində ağlını istifadə edə bilməz. Asanlıqla düşüb qırıla biləcək şüşə vaza kimi əşyaları çarpıla biləcək keçid yerlərinə yerləşdirər. Eyni şəkildə iti və iti uclu dekorasiya materialları istifadə etməkdə də heç bir qorxu görməz və bunları da insanların asanlıqla təmas edib zərər görə biləcəkləri yerlərə qoyar.
Çox da olsa evindəki heç bir əşyanı ata bilməz. Köhnə yeni bütün əşyalarını bir yerdə istifadə etməyə çalışar. Hər yeni aldığı əşyayla birlikdə evini bir az daha sıxlaşdırar və ev bir az daha darıxdırıcı hal alar. Yaranan bu qarışıqlığın fərqinə vara bilməz və bu darıxdırıcı mühitdə yaşamaqda qorxu görməz.
Bura qədər sayılanlar ağılsızlığın gündəlik həyatdakı əks olunmalarına yalnız bir neçə nümunədir. Ancaq əlbəttə ki, ağılsızlığın insana gətirdiyi çətinlikləri, verdiyi zərərləri bunlarla məhdudlaşdırmaq mümkün deyil. Ağlını kənara qoyan hər insan, həyatının sonuna qədər bənzər çətinlikləri və sıxıntıları həmişə yaşayar. Bunlardan xilas olmanın tək yolu isə rəhbərin əvvəlindən bəri izah edildiyi kimi, imanın qazandırdığı təmiz ağla təslim olmaqdır. Beləcə ağlın rahatlığı, insanın bütün həyatına hakim olacaq və o insan hər an gözəllik və hüzur dolu bir həyat sürəcək.