Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurana görə həqiqi ağıl: Giriş

Mündəricat
  1. Giriş
  2. Ağıl haqqında
  3. Ağlın qazandırdıqları
  4. Gündəlik həyatda ağıl nümunələri
  5. Quranda ağıl nümunələri
  6. Quranda ağılsızlıq necə təyin olunur?
  7. Ağlın önündəki maneələr
  8. Gündəlik həyatda ağılsızlıq nümunələri
  9. Ağılsızlığın gətirdiyi itkilər
  10. Quranda ağılsızlıq nümunələri
  11. Nəticə

Ağıl, insan üçün həyati əhəmiyyət daşıyan və bir mənada insanı insan edən ən əhəmiyyətli xüsusiyyətlərdən biridir. Dərin düşünə bilmək, incəlikləri qavraya bilmək, hikmətli danışa bilmək, doğrunu səhvi bir-birindən ayırd edə bilmək ağıl sayəsində mümkün ola bilər. Şübhəsiz bu xüsusiyyətlərin əhəmiyyətini bu gün dünya üzərində bilməyən yoxdur. Ancaq insanların bir çoxunun bilmədikləri, ya da gözdən qaçırdıqları çox əhəmiyyətli bir həqiqət vardır: Zənn edildiyi kimi hər insan ağıllı deyil. Hər insan doğuşdan müəyyən zəkaya malikdir, lakin ağıl müəyyən şərtlərə bağlı olaraq yaranan xüsusi qabiliyyətdir. Bu iki anlayış cəmiyyətdə ümumiyyətlə eyni mənada qəbul edilər. Halbuki Quranda bu mövzu belə açıqlanar:

…Çoxu isə bunu anlamır.

Maidə surəsi, 103

İnsanların çoxu ağlını istifadə etməməkdədir. Yaxşı elə isə “ağıl” nədir? Ağlın qaynağına necə gedilər? Kimlər həqiqətən ağıl sahibidir? Məhz bu sualların doğru cavabı bizə yalnız Quranda verilər. Çünki Quran Allah qatından endirilmişdir və hər mövzuda mütləq doğru məlumatlara çata biləcəyimiz tək qaynaqdır. Qurana baxdığımızda isə bu məlumatı əldə edərik; ağıl ancaq iman ilə meydana gələ bilməkdədir.

Vicdanının səsini dinləyərək Allaha yönələn hər insan heç bir fiziki səy göstərmədən bu böyük nemətə sahib ola bilər. Edilməsi lazım olan, Allaha səmimiyyətlə iman etmək, Ondan gərəyi kimi qorxmaq və Rəbbimizin istədiyi kimi bir həyat sürməkdir. Bu səmimi iman, insana ağlı qazandırar. Həyatın hər anını təsiri altına alan bu aydın ağıl da insanı doğru yola çatdırar.

Məhz bu rəhbərdə ağlın həqiqi tərifi ediləcək. “Ağlı meydana gətirən şərtlər nələrdir?”, “Ağıl artar, ya da azalarmı?”, “Ağlı örtən faktorlar ola bilərmi?”, “Varsa bunlar ortadan qaldırıla bilərmi?” kimi bəlkə də bir çox insanın həqiqi cavablarını ilk dəfə öyrənəcəyi suallara cavab veriləcək və bütün insanlara ağlın nə qədər qiymətli nemət olduğu bir daha xatırladılacaq.

Bununla birlikdə Quranda bildirilən ağıl və ağılsızlıq nümunələrinə diqqət çəkilərək aradakı kəskin fərq ortaya qoyulacaq. Qurana tabe olan ağıl sahibi insanların dünyada və axirətdə alacaqları gözəl qarşılıq izah ediləcək. Ağıllarını istifadə etməyərək dindən uzaqlaşan kəslərin isə içində olduqları böyük itki izah ediləcək və hər insanın ağlını istifadə etməsi üçün çağırış edəcək.

Bu rəhbər, “…diləyən Rəbbinə bir yol tapa bilər” (Müzzəmmil surəsi, 19) ayəsiylə də ifadə edildiyi kimi Rəbbimizə yaxınlaşma yolu axtaranlara Onun böyüklüyünü qavrama, Quran əxlaqını yaşama və ağlın nemətlərindən faydalanma mövzusunda yol açmağı məqsəd qoymaqdadır.