Tarix boyunca yaşamış olan insanların etdikləri ağılsızlıqlara Quranda müxtəlif nümunələr verilmişdir. Şübhəsiz bu nümunələri öyrənmək, ağılsızlığın zərərlərini daha yaxşı qavraya bilmək və nəticələrindən də çəkinmək baxımından faydalı olacaq.
Xəzinələr sahibi Qarun Quranda Allahın, Musa Peyğəmbərin qövmündən olan Qaruna böyük mülk verdiyi belə bildirilmişdir:
Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi:
“Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir. Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir”.
Ayələrdə görüldüyü kimi, qövmünün digər üzvləri Qaruna, sahib olduğu bu mülkü ona verənin Allah olduğunu unutmamasını, Allaha şükür etməsini və malını Allahın razı olacağı şəkildə istifadə etməsini xatırlatmışlar. Ancaq Qarun onların bütün bu xatırlatmalarına qarşı təkəbbürlənmiş və bu zənginliyin onun sahib olduğu bir məlumat səbəbindən verilmiş olduğunu iddia etmişdir:
Qarun dedi: “Bu mənə ancaq məndə olan biliyə görə verilmişdir”. Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox var-dövlət yığan kəsləri məhv etmişdir? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz (üzlərindən tanınarlar).
Qarunun bu şəkildə böyüklənməsi və sahib olduğu zənginliyi özündən sayması ağılsız davranışdır. Çünki mülkün tək və həqiqi sahibi Allahdır və Allah dilədiyi zaman mülkündən dilədiyi kimsəyə verər, dilədiyi zaman da onu geri alar. Allah bu mövzuda hökmünü verdikdən sonra insanın nə sahib olduğu məlumat, nə zənginlik, nə ehtişam bu hökmü heç bir şəkildə dəyişdirə bilməz.
Məhz Qarunun ağılsızlığı da bu nöqtədə ortaya çıxmışdır. Xəzinələrinin onu Allahdan gələ biləcək bir əzaba, ya da bəlaya qarşı qoruya biləcəyini düşünərək böyüklük göstərmişdir. Allaha şükür edərək, bu mülkü Onun razılığını qazanmaq üçün istifadə edəcəyi yerdə, dünyadakı ehtişamıyla ətrafında etibar qazanmağa çalışmışdır.
Qarunun ağılsız rəftarı, qövmündəki ağılsız kəsləri də ortaya çıxarmışdır. Qarun ehtişamlı zənginliyi içərisində görənlərdən ağıllarını istifadə etməyənlər, onun yerində olmağı diləyərək onun vəziyyətində olmağı istəmiş, ağıl sahibi kəslər isə Allahın razılığını qazanmanın bütün bu ehtişam və zənginlikdən daha çox xeyirli olduğunu xatırladaraq bu kəslərin rəftarlarını belə qınamışlar:
Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər:
“Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”. Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar”.
Necə ki, sonunda Qarunun ağılsız şəkildə təkəbbürlənməsinə qarşılıq Allah həm onu, həm də mülkünü yerin dibinə batırmış və nə zənginliyi, nə də sahib olduğunu iddia etdiyi başqa şeylər onu bu əzabdan qurtara bilməmişdir. Bir gün əvvəlində dünya həyatının ehtişamlı bəzəyinə aldanaraq Qarunun yerində olmağı diləyənlər, onun başına gələn bu vəziyyəti gördüklərində nə qədər səhv düşündüklərini anlamışlar:
Biz onu öz evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi. Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər:
“Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də yerə batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!” Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnəfəsad törətmək istəməyənlərə nəsib edirik. Gözəl aqibət müttəqilərindir.
Bağ sahibləri Quranda bağ sahibləri olaraq bəhsi keçən kəslər də Qarun ilə bənzər yanılma içərisinə düşmüş və ağılsız rəftar sərgiləmişlər. Onlar da sahib olduqları bağın onlara Allahın verdiyi nemət olduğunu unutmuşlar. Onların içində olduqları vəziyyət Quranda belə xəbər verilmişdir:
Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər Və heç bir istisna da etməmişdilər (“inşallah” deməmişdilər).
Məhz bağ sahiblərinin ağılsızlıqları da bu nöqtədədir. Çünki insan irəlidə reallaşacaq olan heç bir şeydən qəti olaraq əmin ola bilməz. Allah, insanı dilədiyi anda ümid etmədiyi bir hadisə ilə müqayisə edə bilər və ya çox fərqli mühitə sala bilər. Bu səbəblə belə bir vəziyyətdə göstərilməli olan ən ağıllı və ən gözəl rəftar, ancaq Allah icazə versə bunu edə biləcəyinin şüurunda olmaq və Allahdan istəməkdir. Quranda bu mövzuda necə rəftar göstəriləcəyini belə ifadə edilmişdir:
Heç bir şey barəsində:
“Mən onu sabah edəcəyəm!” – demə! Ancaq: “Əgər Allah istəsə!” (“inşallah” – de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin” – de.
Bağ sahiblərinin burada etdikləri səhv də, hər şeyin sahibinin və hökmranının Allah olduğunu unutmuş olmalarıdır. Necə ki, səhər erkəndən oraya getdiklərində necə böyük yanılmaya düşdüklərini və nə qədər ciddi ağılsızlıq içində olduqlarını açıq şəkildə görmüşlər. Çünki Allah, gücün də, mülkün də həqiqi sahibinin yalnız Özü olduğunu anlamaları üçün bu kəslərin bağlarına bir bəla müsəllət etmiş və əkinlərini kökündən qurutmuşdur:
Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü. Bağ yanıb zülmət gecə kimi qapqara oldu.
Səhər olduğunda bu vəziyyətdən xəbərsiz olaraq bağlarına getmək üzrə aralarında danışan bağ sahibləri, qapıldıqları dünya ehtirasını da sözləriylə belə dilə gətirmişlər:
Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar:
“Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin!” Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar: “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!” Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib erkən getdilər.
Məhz bir başqa ağılsızlığı da bu nöqtədə etmişlər. Çünki onlar içlərindəki dünya ehtirasını dilə gətirərkən buna Allahın şahid olduğunu unutmuşlar. Bağlarına erkən getmələrinin, yoxsullarla qarşılaşmalarını maneə törədə biləcəyini zənn etmişlər. Halbuki Allah dilədikdən sonra onlar hər nə etsələr, olacaqlara maneə törətməyə güc çatdıra bilməzlər. Necə ki, qazanacaqları məhsullar mövzusunda bu cür ehtirasa qapıldıqları bir anda bağlarının başına gələnləri gördüklərində isə bu vəziyyətə təəccüblənərək başqa bir yerə gəldiklərini sanmışlar. Ancaq daha sonra bunun Allaha qarşı nankor rəftar göstərmələrindən və gərəyi kimi şükür etməmələrindən qaynaqlandığını anlamış və etdikləri ağılsızlıq səbəbiylə özlərini qınamağa başlamışlar:
Bağı görəndə isə belə dedilər:
“Deyəsən, biz düz gəlməmişik! Xeyr! Biz bu bağın xeyrindən məhrum olmuşuq!” Onların ən insaflısı dedi: “Məgər mən sizə Allahın şəninə təriflər söyləyin deməmişdimmi?” Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!” Onlar dönüb bir-birlərini qınamağa başladılar və dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq! Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”
Nuh Peyğəmbərin oğlu Nuh Peyğəmbər, qövmünü Allaha iman etməyə çağırmış, ancaq qövmündən çox kiçik bir birlik xaricində iman edən olmamışdır. Allah Nuh Peyğəmbərə, qövmünə bir bəla verərək onları həlak edəcəyini belə bildirmişdir:
Nuha belə vəhy olundu:
“Qövmündən, daha əvvəl iman gətirənlər istisna olmaqla artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə. Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar suda batırılacaqlar”.
Nuh Peyğəmbər Allahın yuxarıdakı ayədə bildirilən əmri üzərinə bir gəmi tikmişdir. Ardından da yenə Allahın əmriylə, iman edənləri və ailəsini bu gəmiyə mindirmişdir:
Nəhayət, əmrimiz gəldiyi və təndir qaynayıb daşdığı zaman Biz Nuha dedik:
“Heyvanların hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. Lakin, onunla birlikdə az adam iman gətirmişdi. Nuh dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir”.
Ancaq Nuh Peyğəmbərin oğlu gəmiyə minməmiş və inkarçılarla birlikdə geridə qalmağı seçmişdir. Allahın onları suda boğacağını bilən Nuh Peyğəmbər, oğlunu gəmiyə minməsi və onlarla birlikdə olmamağı mövzusunda xəbərdar etmişdir. Ancaq oğlu, bir dağa sığınacağını və dağın onu bu sel fəlakətindən qoruyacağını söyləyərək gəmiyə minməmişdir:
Gəmi onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” O dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” Nuh dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda boğulanlardan oldu. Sonra deyildi: “Ey yer, suyunu ud! Ey göy, yağışını saxla!”
Su çəkildi, iş bitdi və gəmi Cudi dağı üzərində qərar tutdu. Sonra deyildi:
Şübhəsiz Nuh Peyğəmbərin oğlunun bu dalğalardan xilas olması mümkün olmamış və sığındığı dağ onu qoruya bilməmişdir. Nuh Peyğəmbərin oğlunun bu nöqtədə içərisinə düşdüyü ağılsızlıq isə, Allahdan gələn bir əzabdan onu yenə Allahdan başqa qoruya biləcək bir güc olmadığını qavraya bilməmiş olmasıdır. Çünki dalğaları yaradan Allah olduğu kimi, dağı yaradan və ona boyun əydirən də yenə ancaq Allahdır. Allah bir insanı, ya da bir birliyi həlak etmək istədikdən sonra bu vəziyyətə qarşı qoya biləcək heç bir güc və heç bir sığınacaq yoxdur.
Necə ki, Nuh Peyğəmbər da oğluna “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” sözləriylə bu həqiqəti xatırlatmış ancaq oğlu bu əhəmiyyətli xatırlatmanı göz ardı etmişdir. Xəbərdar edildiyi halda Allahın elçisinə itaət etməmiş və bunun nəticəsində ağılsızlığının qarşılığını dalğaların altında boğularaq almışdır.