Əvvəlki hissələrdə də bəhs edildiyi kimi, hər insan ağıllı olma və ağlın qazandırdığı gözəlliklərdən faydalanma imkanına malikdir. Bunun üçün, Allahın böyüklüyünü görmək və dünyadakı həyatını Ona gərəyi kimi qulluq edərək keçirməkdir. Bu həqiqəti qavrayan bir insan artıq dümdüz bir yolu izləməkdədir. Çünki iman edən bir insanı istiqamətləndirən, ona yol göstərən tək rəhbər Qurandır. Allah Quranda ağlı örtən bütün mövzuları açıqlamış və insanlara bunlardan təmizlənmənin yollarını göstərmişdir.
Allahın çağırışına əməl edən insanın ağlı, üzərini örtən bütün pisliklərdən təmizlənərək, təmiz və aydın bir hal alar. Bu təmizliyi təmin edən şey isə Quranın və imanın qazandırdığı təmiz məntiq hörgüsü və doğru düşünmə qabiliyyətidir. İnsan cahiliyyə cəmiyyətinin məntiq hörgüsündən, düşüncə quruluşundan və bu həyatın gətirdiyi pisliklərdən nə qədər təmizlənər və Quran əxlaqını nə qədər yaşasa, ağlı da o qədər inkişaf edər. Cahil vərdişlərin hər birindən xilas olduğunda, ağlının üzərindəki təzyiqlərdən də xilas olar və beləcə Quranda bəhs edilən ağıl sahibi kəslərdən olar. Bunun əksinə isə, ağlın önü maneələrlə dolar və insan bilə-bilə özünü həlaka sürümüş olar.
Bu hissədə Quranda Allahın ağlı örtəcəyini bildirdiyi mövzulara toxunulacaq. Həmçinin bunlardan xilas olmanın yenə, yalnız Quranda bildirilən çözümləri də ortaya qoyulacaq.
Şirk
Şirk, bir insanın Allaha ortaqlar qoşması, Allahın xaricində ilahlar etməsi deməkdir. Şirk qoşan insanın ilah etdiyi dəyərlər, bir insan və ya hər hansı canlı ola biləcəyi kimi, bir ehtirası və ya bir idealı həyatının məqsədi halına gətirmək də ola bilər. İnsan bu dəyərləri Allahın razılığını qazanmaqdan daha əhəmiyyətli görürsə, ona Allahdan daha çox, ya da bərabər sevgi duyarsa, məhz o insan Allaha şirk qoşur deməkdir.
Quranda izah edilən şirk budur; ancaq insanların çoxu şirkin bu əsl mənasından xəbərsizdirlər. “Allaha ortaq qoşmağı” peyğəmbər dövründə yaşayan kəslərin daşdan yonduqları bütlərə tapınmaları olaraq izah edərlər. Halbuki dövrümüzdə şirkin minlərlə fərqli növü yaşana bilməkdədir. Bir insanın Allaha inandığını söylədiyi halda, həyatını Allahı məmnun etmək üçün keçirməməyi, Onun özünə bildirdiyi ibadətləri yerinə yetirməməyi, Rəbbimizin bəyəndiyi əxlaqı yaşamamağı, bunun yerinə həyatını yalnız öz dünyəvi ideallarını reallaşdırmaq üçün sərf etməsi də şirkdir. Yenə eyni şəkildə özünü yaradan və saysız nemət təqdim edən Yaradıcımızı unudub, bir başqa varlığı Allahdan daha çox sevib, ona daha çox qiymət verməsi, Allahı razı edəcəyi yerdə, ağlını və vaxtını onu xoşbəxt etməyə və özünü ona sevdirməyə sərf etməsi də şirkdir. İnsanlardan yoldaşını, uşaqlarını, anasını, atasını, evliliyini, məktəbini, peşəsini, malını, dünyəvi ehtiraslarını, hətta özünü belə Allaha şirk qoşa bilən kəslərə rast gəlmək mümkündür. Bu kəslər gözlərində böyütdükləri bu anlayışları, ya da kəsləri bir mənada ilahlaşdırmaqla və bütün rəftarlarını da bu dünyagörüşünə görə təşkil etməklə bu səhvə yol verərlər. Halbuki Allahdan başqa ilah yoxdur və zidd əxlaqı yaşamaq da Allah adına yalan danışmaq və Allahın böyüklüyünü gərəyi kimi təqdir edə bilməmək olar.
Özünü və bütün kainatı qüsursuz şəkildə yaradan Allahın sonsuz qüdrətini təqdir edə bilməyən belə bir insan da, şübhəsiz açıq şəkildə ağılsızlıq içindədir. Çünki şirk qoşan insan həm dünyada hüzurlu həyat yaşaya bilməz, həm də axirətdə Allahın əzabı ilə qarşılaşar. Allah Quranda şirk qoşanların bütün hərəkətlərinin boşa çıxacağını xəbər verər:
Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur:
“Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.
Həmçinin başqa bir ayədə şirk qoşanların bağışlanılmayacağı da bildirilər:
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.
Ayədə də görüldüyü kimi Allah şirki bir zülm olaraq xarakterizə etmişdir. Şirk, insanın Allaha qarşı günah işləməsi ilə yanaşı eyni zamanda özünə də zülm etməsidir. Çünki şirkə düşən insan böyük yanılmaya düşdüyü üçün, bu səhv məntiq üzərinə qurduğu həyatı da saysız səhvlərlə doludur. Bu vəziyyətdə Allaha şirk qoşan insan üçün ağıldan və ağlın qazandırdığı nemətlərdən söz edə bilmək mümkün deyil. Çünki Allah inkar edənlərin və Allaha qarşı böyüklənib haqsız yerə böhtan atanların ürəklərini möhürləyər və anlayışlarını bağlayar.
Belə bir vəziyyətdən xilas ola bilmək və həqiqətən ağılla düşünə bilən insan ola bilmək üçün, Allahın böyüklüyünü təqdir edə bilmək və Ondan başqa ilah etməməlidir. Çünki ağlın üzərindəki örtü ancaq bu şəkildə qalxa bilər və ağıl ancaq bu şəkildə açıla bilər.
Qəflət
Qəflət, bir insanın ətrafındakı həqiqətləri görə bilməməsi, sezə bilməməsi və ya bunlar haqqında məlumatsız olması deməkdir. Quranda bildirildiyinə görə qafil insanın ən diqqət çəkən istiqamətlərindən biri, ətrafındakı saysız yaradılış dəlilini, dünyada mövcudluq məqsədini, ölümün yaxınlığını, axirət həyatının həqiqətini və bunlar kimi özü üçün həyati olan daha bir çox mövzunu qavraya bilməməsidir. Allah bir ayəsində qafil insanların vəziyyətlərini belə xəbər vermişdir:
İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində imandan üz çevirirlər.
Həyatını qəflət içində keçirən bir insan, yuxarıdakı ayədə xəbər verildiyi kimi, hesab gününün sürətlə yaxınlaşdığı açıq həqiqət ikən, bundan xəbərsizmiş və heç hesab verməyəcəkmiş kimi davranar. Çünki qəflət, ağlı örtən və insanın ağıllı rəftarlar göstərməsini, məqsədəuyğun qərarlar almasını tamamilə maneə törədən bir cür yuxu halıdır. Həyatı boyunca bu ruh halında olan bir insan, ağlını istifadə edə bilmədiyi üçün getdikcə həqiqətlərdən uzaqlaşar, doğrunu səhvdən ayırd edə bilməyəcək vəziyyətə gəlir və özünü həm dünyada, həm də axirətdə zərərə salacaq səhvlərə düşər.
Qəflətin səbəbi isə insanın Allahdan və Onun endirdiyi haqq kitabdan uzaq qalması və inkar içində yaşamasıdır. Allah bu kəslərin vəziyyətini Quranda verdiyi bir nümunədə belə açıqlamışdır:
Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.
Bu kəslərin vəziyyəti Quranda qəti şəkildə açıqlanmışdır, ancaq onlar bu həqiqəti də dərk etmirlər. Çünki qəflət halında olan bir kimsə heç bir zaman üçün özünü “qafil” olaraq görməz, hətta belə bir vəziyyətə ehtimal belə verməz.
Halbuki ağıl sahibi bir insan bu insanların içərisində olduğu qəflət halını daha ilk görəndə fərq edə bilər. Çünki ağıl sahibləri hadisələrə Quranı ölçü götürərək yaxınlaşarlar. Quranda bir insanın qəflətə qapıldığında necə rəftarlar göstərdiyi, necə düşüncə quruluşuna və məntiq hörgüsünə sahib olduğu bildirilmişdir. Bu səbəblə qafil insan hər rəftarıyla özünü ələ verər. Çox yaxşı təhsil də almış olsa, mükəmməl natiq də olsa, bu ruh halında olduğu müddətcə hər davranışı və düşüncəsi onun qəflət içərisində olduğunu müəyyən edəcək.
Bir insanın qəflət halında olduğunu göstərən əlamətlərin əvvəlində, bu insanın hadisələri yalnız zahiri ilə, yəni xarici görünüşü ilə qiymətləndirməsi gəlir. Bəhs etdiyimiz insan, hər şeyin yalnız öz gördüklərindən ibarət olduğunu sanar. Buna görə də bir çox mövzunu səhv qiymətləndirər, səhv nəticələr çıxarar. Bir çox hadisənin ardındakı hikmətləri və xeyirləri görə bilməz.
İnsanların qəflət içində süründürüldükləri ən böyük səhvlərdən biri də, yaradılış və dünyada mövcudluq məqsədlərini unutmalarıdır. Bu insanlar, özlərini yaradan Allahın varlığının dəlillərinə qarşı korlaşar və axirətdə alacaqları qarşılığı düşünmədən inkar yoluna düşərlər. Çünki qəflət içindəki bu kəslər, cəhənnəm əzabının həqiqətini və dözülməz olmasını açıq şüurla görə bilməz və bu həqiqət üzərində düşünüb qorxu duymazlar. Dünyada ikən necə böyük yanılma içində olduqlarını anlamaq istəməyən bu kəslər, cəhənnəmin özüylə qarşılaşdıqlarında dərin peşmanlığa qapılacaqlar. Çünki o gün üzərlərindəki qəflət pərdəsi qalxacaq və dünya həyatında etdikləri hər şeyi tam şüur açıqlığıyla, çox dəqiq şəkildə qiymətləndirə biləcək fikir gücünə sahib olacaqlar. Ancaq o andan sonra dünyada ikən özlərinə dəfələrlə öyüd verildiyi halda, bilə-bilə xilas olmağa çalışdıqları qəflət hallarını düzəltmə imkanı tapa bilməyəcəklər. Ayədə belə buyurulmaqdadır:
Haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. Onlar deyəcəklər:
“Vay halımıza! Biz bundan qafil idik. Üstəlik zalım da olmuşuq!”
Qaf surəsində isə bu insanların, Allahın onlara verdiyi saysız neməti təqdir edə bilməmələri və dünyada korluğu seçmələri səbəbiylə axirətdə yaşayacaqları vəziyyət belə xəbər verilmişdir:
Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür. Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir. Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!” Yoldaşı (şahid mələk) deyəcəkdir:
“Bu yanımdakı hazırdır!” Allah əmr edib deyəcək: “Atın Cəhənnəmə hər bir inadcıl kafiri.
Yuxarıdakı ayələrdə də gördüyümüz kimi, insanın göz görə-görə özünü həlaka sürüyən belə bir ruh halında həyatını davam etdirməsi böyük bir ağılsızlıqdır. Ona verilən nəsihətlərə baxmayaraq haqdan üz çevirən bir insanın ağlı üzərində yaranan ciddi təxribat, onun həm dünya, həm də axirət həyatını mənfi istiqamətdə təsir etməkdədir. Məhz bu səbəblədir ki, Allah insanları bu təhlükəyə qarşı xəbərdar etmiş və qəflətə qapılanlardan olmamalarını xatırlatmışdır:
Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma.
Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!
Dünya ehtirası Allah yer üzünü insanların xoşuna gələcək bir çox nemətlə təchiz etmişdir. Və bu nemətləri istədikləri kimi istifadə edə biləcəklərini bildirmişdir. Ancaq bununla yanaşı bu nemətlər üçün şükür edici olmalarını və dünya ehtirasına qapılaraq axirəti unutmamalarını da xatırlatmışdır. Çünki insanların dünyada yaşadıqları həyat həqiqi həyatları deyil. İnsanların həqiqi həyatları ölümlə birlikdə başlayan və sonsuza qədər sürəcək olan axirət həyatıdır. Buna görə axirəti unudub 50-60 illik dünya həyatı üçün ehtirasa qapılmaq böyük qəflətdir.
Necə ki, axirəti unudan kəslər, həm dünyadakı bir çox gözəllikdən, həm də axirət nemətlərindən məhrum qalarlar. Bu məhrumiyyətin dünyadakı ilk təsirləri isə insanın ağlı üzərində görülər. Dünyaya ehtirasla bağlanan insanlar, həqiqi yaradılış məqsədlərini, Allaha qarşı olan məsuliyyətlərini, ölümü və sonrasını gərəyi kimi qiymətləndirə bilməyəcək və doğru düşünə bilməyəcək hala gələrlər. Bu vəziyyət onların əslində böyük aldatma içərisində olduqlarını göstərər ancaq onlar özlərinin yaxşı işlər etməkdə olduqlarını sanarlar.
Səhv mühakimələri səbəbiylə pul, mal, mülk kimi maddi dəyərlərin, gözəlliyin, şan, şöhrət və etibarın, geridə qalanlara mal və ad olaraq bir şeylər buraxa bilmənin, həyatın əsl məqsədi olduğunu sanaraq, bütün ömürlərini bu dəyərləri əldə etmə uğrunda sərf edərlər.
Məsələn illərlə cəmiyyətin gözündə yaxşı bir yer əldə edə bilmənin, insanların məmnuniyyətini qazanmanın yollarını axtarar, amma bir an olsun özlərini yaradıb həyat verən, önlərinə hesabsız ruzi və nemət təqdim edən, hər işlərində onlara kömək edən Rəbbimizə şükür etmələri lazım olduğunu düşünməzlər. Ya da günlərini hər kəsdən daha zəngin ola bilmək üçün durub dincəlmədən işləyərlər, yeni layihələr dalınca qaçaraq keçirər, amma bu zənginliyi özlərinə verənin Allah olduğunu düşünüb, Ona qarşı olan qulluq vəzifələrini yerinə yetirməyə vaxt ayırmazlar.
Məhz etdikləri bu səhv seçim nəticəsində dünyada insana verilən ən böyük nemətlərdən biri olan ağıldan məhrum qalarlar. Bu ağılsızlıq içində inkara düşər və bu səbəblə axirətdə cənnəti itirib cəhənnəmlə qarşılaşarlar. Allah Quranda dünya həyatına aldanan bu kəslərin içərisinə düşdüyü vəziyyəti belə açıqlamışdır:
O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq.
İnsanların, özlərini həlaka sürüyən bu ağılsızlıqdan xilas olmaq üçün edilməli olan şey isə son dərəcə asandır: Dünya həyatında qarşılaşdıqları hər nemətin Allahın bir lütfü olaraq özlərinə verildiyini bilər və həyatlarının əsl məqsədinin Allahın razılığını qazanmaq olduğunu unutmazlarsa, artıq ağıllarını örtəcək, ya da təzyiq göstərəcək heç bir maneə qalmamış deməkdir. Allahın bu səmimi qullarına vədi belədir:
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.
Şeytana tabe olmaq Allah bir ayəsində “Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.” (Bəqərə surəsi, 208) buyuraraq insanları şeytana tabe olmaqdan və onun addımlarını izləməkdən çəkinməyə çağırmışdır. Çünki ayədə də ifadə edildiyi kimi şeytan insanın düşmənidir. Onu doğru yoldan çıxardıb azdırmaq və beləcə dünyada və axirətdə zərərə uğratmaq istər. Bu məqsədini reallaşdırmaq üçün müraciət etdiyi ən əhəmiyyətli üsullardan biri isə, insanı boş vəsvəsələrlə, əsassız və məntiqsiz mövzularla əyləndirərək ağlını məşğul etmək və beləcə doğru düşünə bilməsinə, ağıllı davrana bilməsinə maneə törətməyə çalışmaqdır. Quranda şeytanın, bu cəhdini bu sözlərlə dilə gətirdiyi xəbər verilmişdir:
Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam...
Şeytan bu məqsədi istiqamətində həyatının sonuna qədər insanlara “bəzəkli sözlər” pıçıldamağa davam edər və onların ağıllarını istifadə etmələrini maneə törətməyə çalışar. Onlara özlərini yaradan Allahın sonsuz qüdrətini unutdurmaq, onları Qurandan uzaqlaşdırmaq və onların namaz, oruc kimi ibadətlərini maneə törətmək üçün səy göstərər.
Allah 5 vaxt namazı möminlərin üzərinə fərz etmişdir. İnsan axirətdə namaz ibadətini yerinə yetirib yetirmədiyi mövzusunda sorğulanacaq. Namaz vaxtları, “sübh”, “zöhr”, “əsr”, “məğrib” və “gecə” olmaq üzrə beş vaxtdan ibarətdir. İman edənlər namaz qılmağı, digər bütün işlərinin üstündə görər, bütün ibadətlərinə çox əhəmiyyət verərlər. Rəsulullah, namaz qılmamağın, ya da namaz vaxtını keçirmənin nə qədər təhlükəli olduğunu mübarək hədisi şəriflərində belə bildirmişdir:
İmamı Safı ilə Beyhakiyə görə Peyğəmbərimiz: “Hər hansı bir vaxt namazı qılmadan vaxtını keçirənlər yuvası dağılmış, malını mülkünü əldən qaçırmış kimidirlər.” buyurur. (Qəzali - Mükasefetül Kulub - Ürəklərin Kəşfi)
Möminlər Allah (c.c)-ın təyin etdiyi bu vaxtlarda və heç buraxmadan ibadətlərinə davam edərlər. Unutmamaq lazımdır ki, şeytanın onlara aid bir gücü yoxdur. Onu da bütün varlıqlar kimi Allah yaratmışdır. Şeytan da Allaha boyun əymişdir; Allahın icazəsi olmadan heç bir şey edə bilməz. Allah insanlardan hansılarının ona tabe olub haqdan üz çevirəcəyini, kimin də şeytanın oyununa aldanmayıb Özünə sədaqət göstərəcəyini sınamaq üçün qiyamətə qədər şeytana müddət verməsini belə bildirmişdir:
İblis dedi: “Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver”. Allah dedi:
“Sən möhlət verilənlərdənsən – vaxtı məlum olan günə qədər!” İblis dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam; Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!”
Allah eyni zamanda “…şeytanın hiyləsi zəifdir.” (Nisa surəsi, 76) ayəsiylə şeytanın qurduğu tələlərin, insanlara verdiyi vəsvəsələlərlə dolu təlqinlərin, son dərəcə çürük məntiqlər üzərinə qurulduğuna diqqət çəkmişdir. Həmçinin yuxarıdakı ayədə də görüldüyü kimi, onun səmimi iman edən insanlar üzərində bir təsiri olmadığını bildirmişdir. Başqa bir ayədə də ifadə edildiyi kimi, “Onun Elçisinə tərəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah Bağışlayandır, Rəhmlidir.” (Nisa surəsi, 100)
Quranda möminlərin şeytanın vəsvəsələri qarşısında necə rəftar göstərdikləri isə belə ifadə edilmişdir:
Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər.
Şeytanın pıçıltılarına qulaq asanlar isə, Allaha sığınmadıqları müddətcə doğrunu görə bilməz və ağılsız həyat sürərlər. Çünki Allah şeytanın hiyləli nizamlar quracağını, ancaq bu nizamların zəif olacağını onlara xəbər vermişdir. Və yuxarıdakı ayələrdə gördüyümüz kimi, bu nizamdan necə xilas ola biləcəklərini də insanlara bildirmişdir. Ağlı olan insan dərhal Allahın çağırışına razılıq edər və doğrunu tapar. Ağlı yönündən zəiflik edənlər isə, şeytanın hiylələrinə aldanaraq özlərini həlaka sürüyərlər. Allahın ayələrini göz ardı edər və şeytanın sonsuz cənnət həyatına qarşılıq özlərini sürüdüyü cəhənnəm həyatına razı olarlar.
Təvəkkülsüzlük İnsanın ağlını örtən ən əhəmiyyətli mövzulardan biri də təvəkkülsüzlük, ya da bir başqa ifadə ilə insanın Allaha güvən duyması və özü üçün yaratdığı qədərə təslim olmamasıdır. Təvəkkülsüz bir insan, Allahın sonsuz ağla sahib olduğunu və kainatdakı hər hadisəni, hər varlığı idarəsini altında tutduğunu unutmuşdur. Bu səbəblə də ağlı örtən bütün digər faktorlarda olduğu kimi hadisələri sağlam bir dünyagörüşüylə qiymətləndirə bilməz və həqiqətləri tam olaraq görə bilməz.
Halbuki Allah yaratdığı bütün varlıqlar üzərində nəzarətçi və qoruyucudur. Onlar şüuruna varsalar da unutsalar da, Allah hər hadisəni müəyyən tale üzərinə yaratmaqda və bu hadisələrlə insanları sınaqdan keçirməkdədir. Bu səbəbdən bir insanın həyatı boyunca qarşılaşdığı hər hadisəni, Allah xüsusi bir hikmət və xeyirlə yaratmaqdadır. Allah insanları bu mövzuda belə xəbərdar etmişdir:
Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin nə etdiklərinizdən xəbərsiz deyildir.
Məhz Allahın bu ayələrinə iman edən və hər hadisənin ardında özü üçün mütləq xeyir və hikmət gizli olduğunu qavrayan bir kimsə təvəkküllü insandır. Bu insan ilk baxışda əleyhinə kimi görünən bir vəziyyətlə qarşılaşsa belə, əslində bunun ona dünyada və axirətdə xeyir gətirəcəyini bilər və bu şüurla hərəkət edər. Hadisələri təvəkkülsüzlüklə qiymətləndirmədiyi üçün mühakiməsi son dərəcə sağlam şəkildə çalışar və beləliklə ağıllı qiymətləndirməyi bacarar. Təvəkkülsüz bir insan isə Allahın hadisələri xüsusi olaraq onu sınamaq üçün yaratdığını unudar və ağılla düşünməkdən tamamilə uzaqlaşar.
Bu iki insan arasındakı böyük fərqi belə bir örnəklə də açıqlaya bilərik. Məsələn sahibi olduğu fabrikdə böyük yanğın çıxdığını görən bir kimsə, bu hadisənin Allahın idarəsi altında reallaşdığını və hər nə qədər zərər kimi görünsə də bu hadisədə özü üçün mütləq bir xeyir olduğunu düşünməzsə təvəkkülsüzlüyə qapılar. Təvəkkülsüz insan isə doğru düşünə bilməz və ağıllı hərəkət edərək lazımlı tədbirləri ala bilməz. Məsələn sakit və etidallı ruh halında olmaması bəlkə də ilk mərhələdə dayandırıla biləcək bu yanğının böyüməsinə səbəb ola bilər. Yanğını söndürmək, əşyaları qurtarmaq, xilasedici çağırmaq kimi ağıllı tədbirlərdən əvvəl çaxnaşma və kədərlənmək, qışqırıb-bağırmaq vaxt itirər. Yanğının ardından bu hadisənin bir daha təkrarlanmaması üçün fabrikin yanğına qarşı tədbirli hala gətirilməsindənsə, “necə oldu, nə səbəb oldu, olmasaydı, ya da belə etsəydim belə olmazdı” kimi heç bir faydası olmayan düşüncələrlə ağlını məşğul edər.
Təvəkküllü insan isə, hər hansı bir hadisədə sahib olduğu bütün mal varlığı yox olsa belə, heç bir zaman ümidsizliyə və kədərə qapılmaz. Allahın verdiyi bir neməti yenə Allahın aldığı və bunu təvəkkül edib etməyəcəyini sınamaq üçün yaratdığını bilər. Bu şüur açıqlığı sayəsində də ola biləcək ən qısa müddətdə, yenə ola biləcək ən ağıllı və ardıcıl tədbirləri alaraq yaranan təxribatı aradan qaldırmağa çalışar. Çaxnaşmaya qapılmaq, kədərlənmək, ya da ümidsizliyə düşmək kimi ağılsızca rəftarlarla vaxt itirməz. Üstəlik belə bir hadisənin ardından heç vaxt itirmədən, bir daha təkrarlanmasını önləmək məqsədiylə son dərəcə təsirli tədbirlər alaraq uğradığı zərəri kompensasiya etməyə çalışar.
İtirdiyi malına gəlincə, mülkün tək sahibinin Allah olduğunu bildiyindən içi rahat və hüzurlu olar. Allaha bütün qəlbiylə güvənər, Allahın onu itirdiyindən daha xeyirlisini verməsi üçün dua edər və təvəkkülünün qarşılığını axirətdə daha çox artığı ilə alacağını bilmənin sevincini yaşayar.
Duyğusalliq və romantizm Romantizm, cahiliyyə cəmiyyətinin yaşamaqda heç bir qorxu görmədiyi, əksinə bəyənib təşviq etdiyi xüsusi həyat tərzidir. Romantik dünyagörüşünün, həyatı daha bəzəkli və daha rəngli hala gətirib, zənginləşdirdiyinə inanarlar. Bu səbəblə də bütün filmlərdə, romanlarda və şeirlərdə bu mövzunu göstərərək insanları, romantizmin özünə xas bir sehri olduğuna inandırmağa çalışarlar. Halbuki romantizmin insan üzərində meydana gətirdiyi təsir, insanın ağlını örtməsi, məntiqli və stabil düşünməsini maneə törətməsidir. Çünki romantizm, ağlın tam mənasıyla zidd bir sistem meydana gətirər. İnsanları həqiqətləri görməməyə, xəyal dünyasında yaşamağa, ağıllı deyil, əksinə romantik düşünməyə itələyən bir həyat şəklidir.
Özünü ağlına deyil də duyğularına təslim edib, onların həyatını istiqamətləndirməsinə icazə verən bir insan isə, həqiqi düşünə bilməz və məntiqli hərəkət edə bilməz. Məsələn Quran əxlaqına uyğun olmayan bir rəftar olan qısqanclıq hissinə qapılan bir insan, artıq içərisində olduğu vəziyyəti və qarşısındakı kəsləri ağıllı qiymətləndirə bilmədiyi üçün romantik çıxışlar edər. Eyni şəkildə “qəzəblə qalxan zərərlə oturar” sözüylə də ifadə edildiyi kimi, hirslənən bir insan da məntiqli düşünə bilməz və sonrasında peşman olacağı rəftarlar göstərər. Bunun kimi romantizmin təsiriylə hüznə qapılan bir insan da ağıldan tamamilə uzaqlaşar. İçərisində olduğu bu ruh halı səbəbiylə hadisələrin yalnız mənfi istiqamətlərini görüb melanxolik bir havaya bürünər.
Romantizmin təsiriylə ortaya çıxan bütün bu rəftar pozuqluqlarının isə tək bir ortaq nöqtəsi vardır; Allahın dinindən və kitabından uzaqlaşmaq… Halbuki bu uzaqlıq, insanı mütləq bir zərərə sürüyər. Çünki Allahın əmrlərinə əməl etmədiyi üçün ağlın itdiyi yerdə insanın irəliləməsi, bir gözəllik əldə edə bilməsi, ya da başına gələn bir zərəri maneə törədə bilməsi qəti olaraq mümkün deyil.
Dövrümüzdə qəzet və televiziya xəbərlərinin böyük hissəsini əhatə edən intihar, narkotik asılılığı, basqın, ya da cinayət kimi günahların çoxunun təməlində də yenə duyğusallıq və romantizmin yaratdığı təxribat yatmaqdadır. İnsanlar romantikliyin təsiriylə ağıldan elə uzaqlaşırlar ki, özlərinin, ya da başqalarının canlarına və mallarına rahatlıqla zərər verə bilərlər. Bütün bunlara səbəb olaraq qarşıya qoyduqları səbəblər isə tamamilə romantizm mənşəlidir. Məsələn sadə bir zarafata inciyərək heç çəkinmədən günah işləyə bilən insanlar vardır. Ya da aylarla dərsə hazırlaşdığı halda universitet imtahanını qazana bilmədiyi üçün intihar etməyə cəhd edən insanlar mövcuddur. Qapıldığı ehtirasdan xilas ola bilməyən və qarşısında saysız fürsət olduğunda belə görə bilməyəcək qədər ağıldan uzaqlaşan bu insanlar, duyğularının təsiriylə bu cür ağılsız qərarlar ala bilər və bunları tətbiq edə bilərlər.
Bu nümunələrlə qarşılaşıldığında düşünülməli olan budur: Ağılla düşünməkdən uzaqlaşıb, romantizmin təsiriylə atılan hər addım insana qəti olaraq zərər gətirər. Çünki romantizm insanı din əxlaqından və dolayısilə həyatın həqiqi məqsədindən uzaqlaşdıran cahiliyyə inancıdır. İnsanı çətin həyata sürüyən bu həyat şəkli, Allahın Quranda bildirdiyi düşüncə quruluşuna və əxlaq anlayışına tamamilə ziddir.