Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurana görə həqiqi ağıl: Quranda ağıl nümunələri

Mündəricat
  1. Giriş
  2. Ağıl haqqında
  3. Ağlın qazandırdıqları
  4. Gündəlik həyatda ağıl nümunələri
  5. Quranda ağıl nümunələri
  6. Quranda ağılsızlıq necə təyin olunur?
  7. Ağlın önündəki maneələr
  8. Gündəlik həyatda ağılsızlıq nümunələri
  9. Ağılsızlığın gətirdiyi itkilər
  10. Quranda ağılsızlıq nümunələri
  11. Nəticə

Ağıl sahibi kəslərə Allah, Quranda izah edilən hekayələr üzərində düşünüb ibrət götürmələrini xatırlatmışdır. Yusif surəsində belə buyrulmaqdadır:

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir.

Yusif surəsi, 111

Qurandakı bu xatırlatma istiqamətində irəliləyən sətirlərdə peyğəmbər hekayələrində bəhs edən ağıllı davranışlardan yalnız bir neçəsinə diqqət çəkilərək, ağlın qazandırdığı üstünlük bir daha ortaya qoyulacaq.

Zülqərneynin keçilməz möhkəmlikdə sədd tikməsi Quranda Allahın möhkəm iqtidar verdiyi və “həqiqi məlumat”a sahib olduğu bildirilən Zülqərneyndən bəhs edilmişdir. Quranda Zülqərneyn hekayəsi belə izah edilər:

Səndən Zülqərneyn barəsində soruşurlar. De: “Onun barəsində sizə bir əhvalat danışacağam”. Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik.

Kəhf surəsi, 83-84

Bax belə! Biz onun başına gələnlərin hamısından xəbərdarıq. Sonra o, yenə yoluna davam etdi. Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi. Onlar dedilər:

“Ey Zülqərneyn! Yəcuc və Məcuc tayfaları yer üzündə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?” O dedi: “Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim.

Kəhf surəsi, 91-95

Zülqərneyn, ayələrdə görüldüyü kimi oradakı xalqın tələbinə cavab vermişdir. Ancaq Zülqərneyn, xalqı yəcüc və məcücdən qorumaq üçün lazımlı olan bu səddi elə ağıllı üsulla tikmişdir ki, sədd bir daha nə keçilmiş, nə də dəlinə bilməmişdir:

“Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yamacı arasını dəmir parçaları ilə doldurduqda:

“Körükləyin!” – dedi. Dəmir közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!” – dedi. Yəcuc və Məcuc tayfaları nə səddin üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər.

Kəhf surəsi, 96-97

Zülqərneynin bu müvəffəqiyyəti şübhə yox ki, üstün ağla sahib olması sayəsində reallaşmışdır. Keçilməz sədd meydana gətirə bilmək üçün ola biləcək ən möhkəm materialı seçmiş və bu materialı da mümkün ola biləcək ən təsirli şəkildə istifadə etmişdir. Əvvəl dəmir kütlələrini yerləşdirib bunları atəş halına gələnə qədər qızşdırmışdır. Son dərəcə möhkəm hala gələn səddi bu halıyla da buraxmamış, daha da ciddi tədbir alaraq üzərinə əridilmiş mis tökdürmüşdür. Beləcə səddi, qətiyyən dəlinə biməyəcək, keçilməz və dayanıqlı hala gətirmişdir.

Zülqərneynin bu səddin yaradılmasında göstərdiyi ağıl, imanın gətirdiyi ağlın gücünü ortaya qoyan əhəmiyyətli nümunədir. Çünki ağıl sahibi bir insanın ən diqqət çəkən xüsusiyyətlərindən biri, təhlükə qarşısında keçici, zəif çözümlərə müraciət etməməsi, əksinə əldəki imkanlar daxilində ola biləcək ən möhkəm tədbirləri almasıdır. Yəni bir təhlükəni bir daha əsla insanları təhdid edə bilməyəcək, tək bir insanın belə zərər görməsinə səbəb verməyəcək şəkildə ortadan qaldırmasıdır. Zülqərneynin tikdiyi səddə də bu ağıl əlaməti açıq şəkildə görülməkdədir.

İbrahim Peyğəmbərin bütlərə qurduğu tələ Quranda İbrahim Peyğəmbərin göstərdiyi bir çox ağıl nümunəsinə yer verilmişdir. Bunlardan biri, bütə tapınan qövmünü xəbərdar etmək və onlara doğru yolu göstərmək üçün etdiyi bir planla əlaqəlidir. İbrahim Peyğəmbər, ilah etdikləri bütlərin kimsəyə faydası toxunmayan sadə daşlardan ibarət olduğunu qövmünə isbat etmək məqsədiylə, əvvəlcə onları bütlərin olduğu yerdən uzaqlaşdırmaq istəmişdir. Ağıllı cəhdi sayəsində bu istəyini asanlıqla bacarmışdır. Onlara xəstə olduğunu söylədiyində hamısı birdən xəstəlikdən qorxaraq onun olduğu yerdən uzaqlaşmışlar:

“Mən xəstəyəm!” – dedi. Onlar ondan üz çevirib çıxıb getdilər. O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: “Siz bu təamları yemirsiniz? Sizə nə olub ki, danışmırsınız?” Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.

Saffat surəsi, 89-93

Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr.

Ənbiya surəsi, 58

Qövmünün ətrafından dağılıb getməsinin ardından İbrahim Peyğəmbər, bütlərin yanına yaxınlaşmış və ən böyükləri xaricində bütlərin hamısını qırıb parçalamışdır. Şübhəsiz burada ən böyük bütü buraxmasının çox əhəmiyyətli hikməti vardır. Necə ki, bu hadisədəki hikmət, qövmün geri dönüşüylə ortaya çıxacaq. Geri döndüklərində bütlərin başına gələnləri görən qövm, ilah etdikləri bu daşların yerlə bir olmuş olmasını heyrətlə qarşılamış və bunu edənin kim olduğunu sorğulamağa başlamışlar:

Onlar dedilər: “Məbudlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!” Bəziləri:

“İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik” – dedilər. Digərləri də: “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər” – dedilər.

Ənbiya surəsi, 59-61

İbrahim Peyğəmbər, özünə nə olduğunu soruşduqda qırmadığı ən böyük bütü işarə edərək ona soruşmalarını söyləmişdir. Daşın danışa bilməyəcəyini və olub bitən hadisələri açıqlaya bilməyəcəyini düşünüb anlayan qövmü, bu daşların heç bir gücə sahib ola bilməyəcəyini də özlərinə etiraf etmək vəziyyətində qalmışdır:

Onlar dedilər:

“Məbudlarımızı sənmi bu kökə saldın, ey İbrahim?” İbrahim dedi: “Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun”. Onlar özözlərinə müraciətlə: “Həqiqətən də, siz zalımlarsınız” – dedilər. Sonra yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar”

Ənbiya surəsi, 62-65

İbrahim Peyğəmbər, bu söhbət üzərinə bunları söyləmişdir:

İbrahim dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız?

Ənbiya surəsi, 66

O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz? Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.

Saffat surəsi, 95-96

Peyğəmbərin, qövmünə, ilahlaşdırdıqları bütlərin heç bir işə yaramadığını isbat etməsi nəticəsində bu kəslər bir an üçün də olsa vicdanlarına müraciət etmiş və etdikləri işin məntiqsizliyini açıq şəkildə görmüşlər. Sonradan daşları ibadət etməkdə israr etsələr də, İbrahim Peyğəmbər ağlı ilə onlara həqiqətləri göstərmiş, səhv yolda olduqlarını etiraf etdirmişdir.

İbrahim Peyğəmbərin təbliğində fərq edilən ağıl Quranda yer alan İbrahim Peyğəmbərin ağıl nümunələrindən bir başqası da Allahın zəngin etdiyi və mülk verdiyi bir kimsə ilə arasında keçən danışıqda görülər. İbrahim Peyğəmbər, dindən uzaq bir insanın səhv məntiq hörgüsüylə Allah haqqında onunla mübahisə edən bir kimsəyə, dinə tabe olmanın qazandırdığı aydın ağıl ilə qalib gəlmişdir. Quranda mülk sahibi bu insanla İbrahim Peyğəmbər arasında keçən söhbətə belə yer verilmişdir:

Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin əhvalatını bilmirsənmi? İbrahim:

“Mənim Rəbbim həm dirildir, həm də öldürür!” – dedikdə padşah: “Mən də həm dirildir, həm də öldürürəm!” – demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!” – dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz.

Bəqərə surəsi, 258

Allahın öldürən və dirildən olduğunu söyləyən İbrahim Peyğəmbərə “Mən də öldürər və dirildərəm” deyərək cavab verən bu adama, İbrahim Peyğəmbər son dərəcə ağıllı cavab vermişdir. Bunun üzərinə bu kimsə ağlın və haqq olanın qarşısında çaşıb qalmışdır.

Məhəmməd Peyğəmbər-in evindən erkəndən ayrılması Allah Quranda, O zaman sən Uhuddakı döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin. Allah, Eşidəndir, Biləndir! (Ali İmran surəsi, 121) ayəsiylə bir başqa ağıllı rəftara daha diqqət çəkmişdir. Məhəmməd Peyğəmbər o dövrün mübarizə mühiti içində, möminlərin təhlükəsizliyini və müvəffəqiyyətini təmin edə bilmək məqsədiylə erkəndən evindən ayrılmışdır. Şübhəsiz Peyğəmbərimiz-in etdiyi bu tətbiq bütün inananlar üçün ağlın ön plana çıxdığı əhəmiyyətli nümunədir.

Bu nümunədən aydın olduğu kimi, əhəmiyyətli bir hadisə baş verdiyində alına biləcək ən ağıllı tədbirlərdən biri də erkən hərəkət etməkdir. Çünki erkən davranan bir insan lazım olan bütün fəaliyyətləri zamanından əvvəl təşkil edərək, əvvəldən fərq edilməmiş olan ehtiyacları və detalları təsbit edə bilmə imkanını qazanmış olar. Həmçinin son anda tələsik ediləcək bir işin, səbəb ola biləcəyi çaxnaşma və həyəcan da bu şəkildə önlənmiş olar. Uzun müddət olduğunu bilmək, insanların sakit və ağıllı düşünə bilmələri üçün əlverişli zəmin hazırlayar. Həmçinin toplu hərəkət edilməsi lazım olan bir hadisədə, fikir və davranış birliyi təmin etmək üçün lazımlı olan məlumat ötürülməsi də bu zaman içərisində reallaşdırıla bilər.

Bununla yanaşı erkən davranmaq son anda inkişaf edə biləcək gözlənilməz hadisələrə, ya da istənməyən gecikmələrə qarşı əhəmiyyətli üstünlük təmin edər. Erkən hərəkət edildiyində, ortaya çıxan bir problemi düzəltmək imkanı olar.

Məhz Məhəmməd Peyğəmbər də erkən davranmanın gətirəcəyi bütün üstünlükləri əvvəldən hesablayaraq üstün ağlını göstərmişdir. Mübarizənin reallaşacağı mühitə erkəndən gedərək, burada möminlər arasında vəzifə bölgüsü etmiş və onları ən əlverişli yerlərə yerləşdirmişdir.

Yaqub Peyğəmbərin əhəmiyyətli məlumatı pis niyyətli insanlardan gizlətməsi Kitabın əvvəlki hissələrində ağıllı insanın ən əhəmiyyətli xüsusiyyətlərindən birinin, etdiyi hər hərəkətin bir neçə mərhələ sonrasında hansı nəticə verə biləcəyini əvvəldən hesabladığına diqqət çəkmişdik. Həqiqətən də ağıl sahibi bir insan fərasəti və bəsirəti sayəsində, cəhd edərkən, bu mövzuya dair keçmişdə yaşadığı təcrübələri, əldə etdiyi məlumatları nəzərdən keçirməyi laqeyd yanaşmaz. Eyni şəkildə hadisələrin və insanların gələcəkdə necə bir mövqe içərisinə girə biləcəyini də bütün detallarıyla göz önündə saxlayar. Ağlın gətirdiyi bu məqsədəuyğun rəftar sayəsində son dərəcə ağıllı tədbirlər alar.

Məhz Quranda bu mövzudakı ağıllı rəftarına diqqət çəkilən peyğəmbərlərdən biri də Yaqub Peyğəmbərdir. Yaqub Peyğəmbər, oğullarının, onun Yusif Peyğəmbərə duyduğu sevgini qısqandığını fərq etmiş və bu səbəblə də onların Yusif Peyğəmbərə pislik edə biləcəklərindən narahatlıq duymuşdu. Necə ki, Allah, peyğəmbərin bu narahatlığında haqlı olduğunu, Quran ayələrində xəbər vermişdir. Yusif surəsində Yaqub Peyğəmbərin oğullarının qardaşları Yusif Peyğəmbər üçün belə dedikləri bildirilər:

Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusif və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir.

Yusif surəsi, 8

Bu vəziyyəti bilən Yaqub Peyğəmbər, oğlu Yusif Peyğəmbər yuxusunda ulduzların, Günəşin və Ayın ona səcdə etdiklərini gördüyünü izah etdiyində bu yuxunun Yusif Peyğəmbərin Allahın seçdiyi xüsusi bir kimsə ola biləcəyinə işarə etdiyini anlamışdır. Bu səbəblə də ondan yuxusundan qardaşlarına bəhs etməməsini istəmişdir. Çünki Yaqub Peyğəmbər bu məlumatın oğullarının qısqanclıqlarını daha da artıra biləcəyini və bundan ötəri də onların Yusif Peyğəmbərə zərər verməyə cəhd edə biləcəklərini düşünmüşdür.

Quranda Yaqub Peyğəmbər ilə oğlu Yusif Peyğəmbər arasında keçən bu danışıq belə xəbər verilmişdir:

Bir zaman Yusif atasına dedi:

“Atacan! Mən yuxuda on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”. O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir”.

Yusif surəsi, 4-6

Görüldüyü kimi Yaqub Peyğəmbər qısqanclıqdan yarana biləcək nəticələri əvvəldən təsbit etmiş və bu istiqamətdə tədbir almışdır. Allahın, “Sözsüz ki, Yusif və onun qardaşlarının hekayətində soruşanlar üçün ibrətlər vardır.” (Yusif surəsi, 7) ayəsiylə də bildirdiyi kimi möminlər, Yusif Peyğəmbərin hekayəsində izah edilən bu ağıl əlamətlərindən də ibrət götürməlidirlər. Və özləri də bu ağla sahib olmaq üçün Allaha yaxınlıqlarını artırmaq üçün səy göstərməli və Quran əxlaqını yaşamalıdırlar.