Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurana görə həqiqi ağıl: Gündəlik həyatda ağıl nümunələri

Mündəricat
  1. Giriş
  2. Ağıl haqqında
  3. Ağlın qazandırdıqları
  4. Gündəlik həyatda ağıl nümunələri
  5. Quranda ağıl nümunələri
  6. Quranda ağılsızlıq necə təyin olunur?
  7. Ağlın önündəki maneələr
  8. Gündəlik həyatda ağılsızlıq nümunələri
  9. Ağılsızlığın gətirdiyi itkilər
  10. Quranda ağılsızlıq nümunələri
  11. Nəticə

Kitabın əvvəlindən bu yana həqiqi ağlın nə olduğuna, necə qazanıla bildiyinə və ağlı artırmanın yollarına toxunduq. Ancaq əhəmiyyətli olan insanın, ağlı öz gündəlik həyatına necə köçürə biləcəyini, onu haralarda və necə istifadə edə biləcəyini görməsidir. Çünki ağıl, yalnız böyük kəşflərlə ortaya çıxan, ya da həyatın əhəmiyyətli görülən sahələrində müvəffəqiyyətli olmağı təmin edən bir qabiliyyət deyil. Əksinə gündəlik həyatın təmizlikdən yeməyə, geyimdən incəsənətə qədər bütün detallarına əks olunan bir xüsusiyyətdir. Məhz bu səbəblə bu hissədə ağlın gündəlik həyata necə əks olunduğu mövzusunda bəzi nümunələr veriləcək.

Ağıllı insanın düşünmə tərzi...

Ağıllı insan hər şeydən əvvəl, hər an Allahın razılığını ən çox necə qazana biləcəyini düşünər. Ətrafında olub bitən bütün hadisələri diqqətlicə araşdırar və vicdanıyla özünün bu mühit içərisində edilməli ən gözəl rəftarı təsbit edər.

Düşüncələrinə heç bir mövzuda təzyiq tətbiq etməz; azad düşünər. Üfüqü mümkün qədər genişdir. Azad düşünməsini maneə törədəcək bütün fanatizmlərdən, qorxulardan və fikri vəsvəsələrdən xilas olmuşdur.

Düşüncələrinə heç bir sərhəd qoymadığı üçün davamlı olaraq sadə ancaq bununla yanaşı son dərəcə təsirli fikirlər tapar.

Ağlını gərəksiz mövzularla heç bir şəkildə məşğul etməz. Özünə heç bir fayda verməyəcək, zaman itirəcək və əsl əhəmiyyətli mövzulara vaxt ayırmasını maneə törədəcək şeyləri düşünərək əylənməz.

Olduğu mühitin və birlikdə olduğu insanların ehtiyaclarını düşünməyə prioritet tanıyar. Bu kəslərin təhlükəsizliklərinə, sağlamlıqlarına və hüzurlarına istiqamətli hər cür ehtiyacı aradan qaldırmaq üçün nə edə biləcəyini düşünər və əgər bu istiqamətdə bir problem varsa heç təxirə salmadan bunlarla maraqlanar.

Daim dinə və möminlərə fayda gətirəcək şeylər düşünər. Davamlı olaraq daha çox yaxşı işlər görmək istəyər.

Ağıllı insan həmçinin planlı düşünər. Düşüncələrini hədəflədiyi mövzuya istiqamətləndirər. Gərəksiz detallara ilişməz.

Hadisələri çox mərhələli düşünər. Bir hadisənin bir neçə mərhələ sonrasında hansı şəklə girə biləcəyini, potensial olaraq hansı təhlükələr ehtiva edə biləcəyini, ya da necə yeniliklər göstərə biləcəyini təxmin edərək bu istiqamətdə tədbirlərini alar.

Keçmişdə yaşanan hadisələr üzərində də düşünər. Bütün bu təcrübələrdən ən məntiqli və hikmətli nəticələri çıxarar və irəlidə istifadə edə biləcəyi qiymətli təcrübə əldə etmiş olar.

Ağlına mənfi, ya da səhv düşüncə gəldiyində bunun şeytandan gələn bir vəsvəsə olduğunu bilərək Allaha sığınar.

Bununla yanaşı Allahın yaratdığı hər hadisədə mütləq bir hikmət və gözəllik olduğunu bilərək “mütləq bir xeyr vardır” deyərək düşünər.

Ağıllı insanın söhbəti və danışıqları...

Ağıllı insan ola biləcək ən məqsədəuyğun, ən hikmətli, ən əsaslı və ən faydalı söhbətlər edər. Üfüqü geniş olduğu üçün verdiyi nümunələr təsir edici və bənzərsizdir. Çox danışmaq yerinə faydalı danışmaqdan xoşlanar. Lazım olduğunda və yeri gəldiyində danışar. Nə vaxt danışıb, nə vaxt susacağını da ağlıyla nizamlayar. Məsələn çox tələsən birini əhəmiyyətsiz bir mövzuyla məşğul etməz.

Bütün bunlarla yanaşı boş mövzularda, boş söhbətlər edərək də vaxt itirməz. Əhəmiyyətli bir mövzunu da ancaq əhəmiyyəti dərəcəsində danışar.

Ağıllı insan içindən gəldiyi kimi, səmimi danışar. Qəlibvari quruluşu yoxdur. Əsas təsirli olan danışığın insanın “içindən gəldiyi kimi” danışması olduğunu bilər.

Bununla yanaşı həmişə eyni sözləri, eyni üslubu və eyni cümlələri istifadə edərək monoton bir hava içərisində danışmaz. Söhbətində yaltaqlıq və incidici sözlər istifadə etməz. Heç bir zaman üçün lağlağı danışıqlarla qarşı tərəfi narahat etməz. Söyləmək istədiyi şeyi açıq və dəqiq olaraq söyləyər.

Ağıllı insanın incəsənət və dekorasiya anlayışı…

Ağıllı insan dekorasiya mövzusunda hər şeydən əvvəl Allahın incəsənətini nümunə götürər. Quranda ifadə edilən cənnət təsvirlərinin insan ruhuna ən çox zövq verəcək vəsaitlərə diqqət çəkdiyini bilər və dünya şərtlərində bu gözəlliyi xatırladan bir dekorasiya meydana gətirməyə çalışar.

Hər mövzuda olduğu kimi bu mövzuda da heç bir qaydaya bağlı qalmaz. Sırf dəb olduğu üçün müəyyən qəliblər arasında sıxışmaq məcburiyyətində olmadığını bilər. Tarix boyunca gəlmiş keçmiş bütün mədəniyyətlərin incəsənət anlayışlarından istifadə edə bilər və onların geridə buraxdıqları bütün incəsənət əsərlərindən ilham ala bilər.

Bütün bu əsərlər arasında, incəsənət və estetika mövzusunda gözə ən xoş gələn və ruha ən çox zövq verənlərin analizini edə bilər və bunların ən estetik birləşməsini meydana gətirərək ortaya bənzərsiz bir əsər çıxarda bilər.

Belə bir insan estetika və incəsənəti, eyni zamanda rahatlıqla da birləşdirə bilər. Bu səbəblə ağıllı bir insanın dekorasiya etdiyi mühitdə yaşamaq həm çox zövqlü həm də çox rahatdır. Seçilən vəsaitlər incəsənəti əks etdirməklə yanaşı, insan sağlamlığı baxımından da ən gigiyenik, ən komfortlu, ən asan təmizlənə bilən və ən uzun ömürlü olacaq şəkildə təşkil edilmişdir. Məsələn sırf gözəl olacaq deyə, sağlamlığa zərər verə biləcək bir qoxu, ya da bənzəri bir maddə ehtiva edən heç bir materialı istifadə etməz. Bunun yerinə eyni gözəlliyi fərqli materiallarla da əldə edə bilər.

Bütün bunlarla yanaşı dekorasiyada həmişə yenilik edə bilər. Eyni materiallarla eyni məkanda bir-birindən tamamilə fərqli və bənzərsiz olan yüzlərlə ayrı dekorasiya meydana gətirə bilər. Yaşadığı yerin dekorasiyasının monotonlaşmasına heç bir şəkildə icazə verməz. Kiçik, ya da böyük bəzi dəyişikliklərlə yaşadığı mühiti davamlı olaraq gözəlləşdirər.

Ağılla edilən dekorasiyada, gözə xoşa gəlməyən heç bir şey olmaz. İşıq və səs nizamı, rəng seçimi insan gözünü və ruhunu ən rahatladacaq və ən zövq verəcək şəkildə olar.

Dekorasiyada simmetriyaya əhəmiyyət verər. İnsan gözünün simmetriyadan alacağı zövqü və əksində meydana gələcək qarışıqlığın həm gözə, həm də ruha verəcəyi yorğunluğu ağlıyla hesablaya bilər.

Ağıllı insanın əl bacarığı…

Ağıllı insan əl bacarığını ağlıyla qazanar. Bacarıq tələb edən hər hansı bir vəziyyətlə qarşılaşdığında mövcud imkanları ağlıyla ən yaxşı şəkildə qiymətləndirərək, hansı işin necə edilsə ən yaxşı nəticəni verəcəyini əvvəl zehnində hazırlayar və tətbiq etdiyində də ən mükəmməl nəticəni əldə edər. Hər işi ola biləcək ən praktik şəkildə həll edər. Ani bir problemlə qarşılaşdığında əlində yetərli material olmasa belə mövcud imkanları qiymətləndirərək bu problemi ən gözəl şəkildə aradan qaldıra bilər.

Hər hansı bir axsaqlıqla qarşılaşdığında əvvəlcə bunun öz imkanlarıyla və məlumatıyla həll edilib, həll edilə bilməyəcəyinə baxar. Əgər özü edə biləcəksə problemi aradan qaldırmağa çalışar. Amma əgər problem texniki bir problemdən qaynaqlanır və bu insanın imkanlarını aşırsa bu vəziyyətdə vaxt itirməz və mövzuya, daha çox hakim olan və məlumatlı kimsəni çağıraraq həll edər.

Qarşılaşdığı problemlərə keçici və sadə deyil, qalıcı və qəti həllər gətirər. Əks halda ortaya çıxa biləcək olan ziyanın, veriləcək olan əməkdən daha çox ola biləcəyini bilər.