Ağıl sahibi kəsləri Allah Quranda, O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır. (Zumər surəsi, 18) şəklində tərifləyir. Bu kəslər Allahın özlərinə göstərdiyi yola tam olaraq tabe olduqları, Quranın tövsiyələrini diqqətlə yerinə yetirdikləri və vicdanlarına qəti olaraq tabe olduqları üçün, Allah onları ağıl kimi böyük nemətlə mükafatlandırmışdır.
Ağıl, insana bir çox nemətin qapısını aralayan son dərəcə əhəmiyyətli xüsusiyyətdir. Ağıllı insan olduğu hər mühitdə, etdiyi hər hərəkət və söylədiyi hər söz ilə fərqliliyini hiss etdirər və ətrafında böyük hörmət və heyranlıq oyandırar. Ağıl elə qiymətli bir xüsusiyyətdir ki, insana həyatının sonuna qədər davamlı olaraq yeni üstünlüklər qazandırar.
Məhz irəliləyən səhifələrdə ağlın insana qazandırdığı bu üstünlüklərdən bəzilərinə toxunaraq, ağlın nə qədər böyük nemət olduğu xatırladılacaq.
Gözəl əxlaq
Ağıl sahibi insanın qazandığı xüsusiyyətlərin əvvəlində, insana dünyada və axirətdə bir çox gözəlliyin yolunu açan Quran əxlaqı gəlir. Ağıllı insan, Allahın Quranda bildirdiyi üstün əxlaqı ən dəqiq şəkildə tətbiq edən insandır. Quranda insanlara dürüstlük, səmimiyyət, təvazökarlıq, yumşaq xasiyyətlilik, mərhəmət, ədalət, tolerantlıq, bağışlayıcı və daha bir çox əxlaq gözəlliyi tövsiyə edilər. Ağıl sahibi bir insan da ağlını istifadə edərək, qarşılaşdığı hər hadisədə bu rəftarları ən gözəl şəkliylə tətbiqi bacarar. Quran əxlaqını nə qədər diqqətlə tətbiq etsə, axirətdə Allahdan o qədər gözəl qarşılıq görə biləcəyini bilər.
Buna görə ağıllı insan gündəlik həyatı içində qarşılaşdığı hər hadisədə vicdanına uyğun davranar. Məsələn, köməyə möhtac bir kimsəyə kömək edər və bu məsuliyyəti başqalarına buraxmaz. Allahın razı olacağını bildiyi gözəlliklərin heç birini qaçırmadan tətbiq edər. Ya da tək başına ağır əşyanı daşımağa çalışan bir insanı, edəcək heç bir işi olmadığı halda oturaraq seyr etməz. Xəstə, ya da yaşlı birini gördüyü zaman ona yerini verib özü ayaqda qalmağı seçər. Əks halda laqeyd rəftar göstərmiş olacağını və Allahın bundan razı olmayacağını bilər. Həqiqətən hirslənəcək bir rəftarla qarşılaşdığında belə, Allahın yumşaq başlı rəftardan razı olacağını düşünərək hirsini məğlub edər və qarşısındakına gözəl söz söyləyər. Öz əleyhinə olacağını bilsə belə hər zaman üçün dürüst davranar.
Ağlı sayəsində bütün bu rəftarları həyatının sonuna qədər ən gözəl şəkildə tətbiq edən bir insan isə həm dünyada gözəl həyat yaşayar, həm də Allahın razılığını hədəfləyərək göstərdiyi bu gözəl rəftarlarından ötəri cənnətlə mükafatlandırılar. Allah ayələrində belə buyurmaqdadır:
İman gətirib yaxşı əməllər edənlərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik. Məhz onlar üçün ağacları altından çaylar axan Ədn bağları hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir!
Fərasət-bəsirət Fərasət, bir insanın sahib olduğu tez anlama və qavrama qabiliyyətidir. Bəsirət isə insanın, bir mövzunun əsasını qavrama gücü, həqiqəti bütün detallarıyla görə bilmə qabiliyyəti və irəli fikirliliyidir. Hər iki xüsusiyyəti də, insana qazandıran qaynaq isə “ağıl”dır.
Allah bir ayəsində, “Korla görən, iman gətirib yaxşı işlər görənlərlə, pislik edənlər eyni deyildir. Necə də az düşünüb daşınırsınız!” (Mömin surəsi, 58) hökmüylə bəsirətin əhəmiyyətinə diqqət çəkmiş və bu xüsusiyyətdən məhrum olan kəsləri də “kor” olaraq xarakterizə etmişdir.
Quranın bir başqa ayəsində isə, ağlın qazandırdığı bu böyük nemətə sahib olan kəslər ilə düşüncə və qavrayış gücü bağlı olan insanların vəziyyətlərinin nə qədər fərqli olduğuna belə diqqət çəkilmişdir:
Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi? Bundan ancaq ağıl sahibləri ibrət alarlar.
Fərasət və bəsirət sahibi bir insan, qarşılaşdığı bir hadisəni, bir rəftarı, ya da bir sözü ən doğru şəkildə analiz edə bilmə qabiliyyətinə malikdir. Keçmişdə əldə etdiyi təcrübələrdən ən ağıllı nəticələri çıxarar və bu məlumatları gələcək üçün ən məqsədəuyğun şəkildə istifadə etməyi bilər. İçərisində olduğu mühiti, şərtləri və imkanları ağıllı bir dünyagörüşüylə qiymətləndirər və bu şərtləri ola biləcək ən yaxşı səviyyəyə gətirməyi və əlindəki imkanları ən yaxşı şəkildə istifadə etməyi bacarar. Bir işə atılacağı zaman mütləq bu mövzuda lazımlı ola biləcək hər cür tədbiri alar, ola biləcək çatışmazlıqları təsbit edər və bu istiqamətdə hərəkət edər. Hər danışığı məqsədəuyğun, hər rəftarı etidallı və hər düşüncəsi iti bir ağlın və qavrayışın məhsuludur.
Ağıl sahibi kəslərin bu xüsusiyyətlərə sahib olmaları isə, bütün həyatlarını Allahın razılığını qazanmağa həsr edən və axirəti hədəfləyən ixlaslı kəslər olmalarından qaynaqlanmaqdadır. Quranda peyğəmbərlərin qatqısız olaraq axirətə yönəldikləri xatırladılmış və onların göstərdikləri bu əxlaqla əlaqəli olaraq eyni zamanda da güc və bəsirət sahibi kəslər olduqlarına diqqət çəkilmişdir:
Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal! Biz onları Axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik. Həqiqətən, onlar Bizim yanımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər.
Hikmət, izah etmə və natiqlik qabiliyyəti Ağlın, çox insanın bilmədiyi bir başqa istiqaməti də, insanın bütün rəftarlarına və danışıqlarına “hikmət” qazandırmasıdır. Ancaq insanların böyük əksəriyyəti hikmətli rəftar və danışıqların qaynağının ağıl olduğunu bilməz. Əksinə hikmətin təhsil və təcrübə ilə əldə edilə biləcək bir xüsusiyyət olduğunu düşünərlər. Belə ki, çox insan gözəl və təsirli danışa bilmək üçün həll yolunu yalnız dərslər almaqda, ya da təsirli danışma incəsənəti kimi kitablar oxuyaraq insanları təsir edəcək danışıq qaydalarını əzbərləməkdə axtarar. Bu kitablarda təsirli danışıq edə bilmək üçün insanların nə vaxt danışmağa başlayacağı, nə vaxt susacağı, nə vaxt güləcəyi kimi hər cür detal müxtəlif qaydalara bağlanmışdır. Bu qaydalara nə qədər vasvasılıqla əməl edilsə danışığın o dərəcə müvəffəqiyyətli olacağına inanılar.
Halbuki gözəl və təsirli danışmağı hər hansı qaydaya bağlaya bilmək qəti olaraq mümkün deyil. Əksinə əsas təsirli olan danışıq heç bir qaydaya bağlanmamış, əzbərlənməmiş, insanın içindən gəldiyi kimi, çətinlik çəkmədən, süni rəftara gərək görmədən etdiyi “səmimi danışıq”dır ki, bunu da əksiksiz olaraq ancaq hikmət sahibi kəslərdə görə bilmək mümkündür. Hikmətli danışan insan, səmimi sözləriylə insanların ürəklərində dərin təsir oyandırar.
Dindən uzaq insan da mütəxəssisləşdiyi bir mövzuda, olduqca gözəl vurğulamalarla, danışıq qaydalarına bağlı qalaraq yaxşı izahat verə bilər. Ancaq unutmamaq lazımdır ki, sayılan xüsusiyyətlərdən heç biri edilən bu danışığın hikmətli danışıq olduğunu göstərməz. Bir danışığın hikmətli olduğundan bəhs edə bilmək üçün bu danışığın səmimi və məqsəd qoyulan mövzuda qarşı tərəfin ürəyində təsir buraxacaq xüsusiyyətdə olması lazımdır. Hikmət sahibi bir insan izah etmək istədiyi bir şeyi ola biləcək ən köklü şəkildə, ən təsirli nümunələrlə və ola biləcək ən səmimi şəkildə ifadə edə bilən kimsədir. Allah bir ayəsində Davud Peyğəmbərə bu xüsusiyyəti verdiyini bildirərək hikmətin əhəmiyyətinə diqqət çəkmişdir:
Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik.
Ayədə görüldüyü kimi, Allah hikmətlə birlikdə verilən nemət olaraq “izah etmə qabiliyyəti”ndən bəhs etmişdir. Belə bir nemətə qovuşa bilmək üçün isə xüsusi qabiliyyətə sahib olmağa və ya fövqəladə səy göstərməyə ehtiyac yoxdur. Bu, Allahın iman edən və səmimi olan qullarına verdiyi xüsusiyyətdir.
Ancaq hikmət, özünü yalnız danışıqda müəyyən edən bir xüsusiyyət deyil. Hikmət sahibi bir insanın bütün rəftarlarında, aldığı bütün qərarlarda, etdiyi bütün diaqnozlarda eyni məqsədəuyğun quruluşu görə bilmək mümkündür. Quranda bu əhəmiyyətli xüsusiyyətin peyğəmbərlərin bir çoxuna verildiyindən bəhs edilməkdədir:
Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir...
Bütün bu ayələrdən anlayırıq ki, ağıllı insana verilən bu böyük nemət, bərabərində təsirli “natiqlik gücü” və “inandırma qabiliyyəti” də qazandırar. Mömin, ağlın özünə qazandırdığı bu hikmət, izah etmə qabiliyyəti və xitab etmə qabiliyyəti kimi xüsusiyyətlər sayəsində Allahın “İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüdnəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə müzakirə et....” (Nəhl surəsi, 125) ayəsiylə bildirdiyi kimi, haqq dini və Quran əxlaqını ən gözəl şəkildə izah edə bilmə imkanını da qazanmış olar.
Üstün diaqnoz qabiliyyəti
Ağlın insana qazandırdığı bir başqa əhəmiyyətli xüsusiyyət də “diaqnoz qabiliyyəti”dir. Hər insan hər mövzu haqqında diaqnoz edə bilər, fikir bəyan edə bilər. Ancaq ağıl sahiblərinin bu mövzudakı fərqliliyi, onların diaqnozlarının hər zaman üçün məqsədəuyğun olması və çoxu insanın fərq edə bilmədiyi detalları rahatlıqla görə bilmələridir. Bu məqsədəuyğunluğun və incə diaqnoz qabiliyyətinin sirri isə, möminin Quranı rəhbər edərək, ağlını bu istiqamətdə istifadə etməsidir. Quran, Allahın haqq kitabıdır. Bu səbəbdən Qurana uyğun gələn kəslər qəti olaraq ən doğru olana çatacaqlar.
Ağıl sahiblərinin bu xüsusiyyəti onlara həyatın hər sahəsində böyük üstünlük və asanlıq təmin edər. Hər şeydən əvvəl qarşılaşdıqları hər insanın xarakterini çox yaxşı və çox detallı şəkildə analiz edə bildikləri üçün, dostlarını və düşmənlərini rahatlıqla təsbit edə bilərlər. Allahın Quranda tanıtdığı insan xarakterlərindən yola çıxaraq, qarşılaşdıqları hər insanın quruluşunu çox qısa müddətdə qavraya bilərlər. Yenə eyni şəkildə lehinə, ya da əleyhinə inkişaf edən bir hadisəni hələ başlanğıcında ikən fərq edə bilmələri və buna qarşı tədbir ala bilmələri də yenə onların qazanclı çıxmalarını təmin edər. Həmçinin ətraflarında olan insanlardakı gözəl xüsusiyyətləri, çox kimsənin fərq edə bilmədiyi incəlikləri, ağıl əlamətlərini görə bilənlər də yenə ancaq ağıl sahibləridir.
Bu mövzuda ağıllı insanlarda diqqət çəkən bir başqa xüsusiyyət isə, bu diaqnozları edə bilmək üçün dərin araşdırmalar etmələrinə, ya da detallı məlumat toplamalarına gərək olmamasıdır. Ağıl sahibi bir insanın xüsusiyyəti, ən az dəlil ilə və ən qısa zamanda, ən doğru diaqnozları edə bilməsidir.
Məsələn ağıllı insan, bir kimsənin yalan danışdığını o ankı üslubundan, sözlərindəki əsassızlıqdan, hadisəni həddindən artıq dərəcədə detallandırmağa çalışdığından, üzərindəki narahatlıqdan və vəziyyətə görə dəyişə biləcək daha bir çox rəftarından diaqnoz edə bilər. Ağılsız insan isə, yalan danışmaqda olan bu kimsənin sözlərinə tamamilə etimad edə bilər, hətta bu insanın nə qədər dürüst olduğundan bəhs edə bilər. Bu səbəblə də o insanla maddi, ya da mənəvi ortaqlıqlara girişərək zərərə uğraya bilər.
Eyni şərtlər altında bir hadisədən səhv nəticələr çıxarıb, səhv diaqnozlar edən ağılsız kəslərin bu yanılmalarının səbəbi isə Qurana tabe olmamalarından qaynaqlanmaqdadır. Bu səbəblə Allah, Quranda verdiyi nümunələri ancaq ağıl sahiblərinin görüb anlaya biləcəyinə diqqət çəkmiş və bilənlərlə bilməyənlərin bir olmadığını xatırlatmışdır:
Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar.
İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə Ona yalvarır. Sonra Allah Özündən insana bir nemət verəndə o, əvvəlcə kimə yalvardığını unudur və insanları Allahın yolundan çıxartmaq məqsədilə Ona şəriklər qoşur. De:
“Küfrünlə bu dünyada bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərindənsən!
Diqqət və şüur açıqlığı Allah Quran ayələriylə insanlara “diqqətli olmalarını” xatırlatmış və bu diqqəti hansı istiqamətdə sərf edəcəklərini də belə açıqlamışdır:
Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O sizin nə əməl sahibi olduğunuzu və qullarının Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir.
Ayələrdə xatırladılan mövzulardan da aydın olacağı kimi Allah, insanlara diqqətlərini, doğru düşünə bilmək, hadisələri doğru qiymətləndirə bilmək və beləcə həqiqətləri görə bilmək üçün istifadə etmələrini nəsihət etmişdir. Ancaq unutmamaq lazımdır ki, Allahın Quranda bildirdiyi şəkildə diqqət, ancaq ağıl sahiblərinin göstərə biləcəyi xüsusiyyətdir. Çünki Quranda Allahın ayələrindən ancaq ağıl sahiblərinin düşünüb öyüd ala biləcəkləri bildirilmişdir:
Məhz diqqətini Quranda bildirildiyi şəkildə istifadə edən ağıl sahibləri bu yolla bütün həqiqətləri görə bilərlər; əvvəlcə Allahdan başqa bir Yaradıcı olmadığını, Allahın bütün kainatın sahibi olduğunu və axirətin qəti olaraq həqiqət olduğunu qavrayarlar.
Əvvəlki hissələrdə üzərində dayandığımız kimi, açıq şüur və diqqət, ağıllı insanın gündəlik həyatının hər anında özünü müəyyən edər. Bu kəslər, Allahın hər şeyi bir məqsədə görə yaratdığını, yaşadıqları hər hadisənin, şahid olduqları hər söhbətin özləri üçün yaradılan imtahanın bir hissəsi olduğunu və qarşılarına çıxarılan hər şeydən məsul olduqlarını bilmənin verdiyi diqqət açıqlığı qazanarlar. Bu sayədə olduqları mühitdə baş verəcək bir təhlükəni dərhal fərq edər və lazımlı müdaxiləni hər kəsdən əvvəl edərlər. Eyni şəkildə müsbət inkişaf göstərən hadisələri də diqqətləri sayəsində dərhal təsbit edə bilərlər.
Zəkanın da insanlara müəyyən bir nisbətdə diqqət qabiliyyəti qazandırdığı doğrudur. Ancaq ağlın buradakı fərqi, insana zəkanın göstərə bilmədiyi detalları fərq etdirə bilməsi və hər mövzuda əvvəldən diaqnoz etmə, tədbir görmə, qərar vermə qabiliyyəti qazandırmasıdır. Bu vəziyyəti belə bir örnəklə açıqlaya bilərik: Misal üçün zəkalı bir insan diqqəti sayəsində evinin alt qatından gələn səsləri eşidərək evinə girən oğrunu fərq edə bilər. Ağıllı bir insan isə hadisə bu mərhələyə heç bir şəkildə gəlmədən, oğurluq ehtimalına qarşı tədbirlər ala bilən və qalıcı həllər gətirə bilən insandır. Oğruya imkan verə biləcək bütün alternativləri əvvəldən qiymətləndirmiş və bu istiqamətdə detallı çalışma görmüşdür. Məsələn evə yad birinin girişini qəti olaraq maneə törədəcək çox detallı təhlükəsizlik sistemi qurmuşdur.
Məhz lazım olan məqbul diqqət şəkli də budur. Ağıllı insan, bir təhlükəni reallaşarkən fərq etməz. Əksinə hələ bu təhlükə meydana gəlmədən, belə bir hadisə ilə qarşı-qarşıya gəlmədən əvvəl diqqətli davranar və açıq nöqtələri əvvəldən təsbit edər. Ardından da təsbit etdiyi bu təhlükələrlə qarşılaşmamağa istiqamətli qəti tədbirlər alar.
Güclü şəxsiyyət
Ağıllı insan, canlı cansız bütün varlıqların Allaha boyun əydiyini və Onun icazəsi olmadan yer üzündə heç bir hadisənin reallaşa bilməyəcəyini bilər. Allaha qarşı duyulan təslimiyyət və güvən, onun Allahdan başqa heç bir şeydən və heç kimdən qorxmamasını və beləcə güclü şəxsiyyət inkişaf etdirməsini təmin edər. Hər şeyi Allahın nəzarət etdiyini bildiyi üçün, insanlara, hadisələrə, ya da şərtlərə görə rəftarı dəyişməz. İnsanların bəyənməsinə görə deyil, Allahın sevgisini qazanmağa istiqamətli hərəkət etdiyi üçün heç bir mənfəət üçün şəxsiyyətindən, rəftarından və əxlaqından güzəştə getməz.
Ancaq bunu da xatırlatmaq lazımdır ki, ağıl sahibi bir insanın “güclü şəxsiyyət” anlayışı, cahil cəmiyyətlərdə bilinən mənasından çox fərqlidir. Din əxlaqından uzaq cəmiyyətlərdə insanlar, şəxsiyyətli olmanın, ancaq qürur, rəsmiyyət və ciddilik ilə əldə edilə biləcəyinə inanarlar. İnsan, ətrafındakı insanlara, öz fərqliliyini və üstünlüyünü nə qədər hiss etdirə bilsə, onun o qədər şəxsiyyətli rəftar göstərdiyini düşünərlər. Halbuki bu şəxsiyyət çox vaxt, daxildə yaşanan güclü şəxsiyyət deyil, daha çox göz boyamağa və ətrafda şəxsiyyətli bir insan “imici” meydana gətirməyə istiqamətli saxta rəftardır.
Həqiqi şəxsiyyətin nə qürurla, nə ciddilik və rəsmiyyətlə, nə də xarici görünüşlə heç bir əlaqəsi yoxdur. Qurana görə güclü şəxsiyyət, insanın Allahdan çox qorxması və bu səbəblə də Quran əxlaqını yaşamaqda qətiyyət göstərməsidir. Heç bir şərtdə, ya da heç bir dünyəvi mənfəət üçün Allahın özünə bildirdiyi doğrulardan güzəştə getməməyi, sadə və çirkin rəftarlara tənəzzül etməməsidir. Məhz insana şəxsiyyət qazandıran əsl xüsusiyyətlər bunlardır və bu mövzuda qətiyyət göstərə bilən kəslər də ancaq ağıl sahibləridir. Quranda doğru yoldan əsla azmayan ağıl sahibi kəslər bu rəftarlarından ötəri belə müjdələnmişlər:
Həqiqətən də: “Rəbbimiz Allahdır!” – deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər:
“Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!
Allahın köməyi və dəstəyi Allah Quranda, “Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allaha olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir” (Maidə surəsi, 105). hökmüylə inanan kəslərə əhəmiyyətli bir həqiqəti xəbər vermişdir: İnkarçılar, doğru yolda olan kəslərə zərər verə bilməzlər.
Doğru yol isə ancaq iman edən və Qurana tabe olan ağıl sahiblərinin çata bildiyi yoldur. Bu kəslər, hər mövzuda yalnız Quranda onlara bildirilən doğruları rəhbər edib, həyatlarını bu doğrulara görə təşkil etdikləri üçün hər zaman Allahın dəstəyi və köməyiylə qarşılıq görərlər. Allah iman edənlərin köməkçisidir və dininə kömək edənlərə kömək vəd etmişdir. Ayədə belə buyurmaqdadır:
…Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir.
Allah, Özünə səmimi qəlblə iman etmələrinə qarşılıq inananları qoruyub dəstəkləyəcəyini, onlara hər işlərində asanlıq təmin edib, yollarını açacağını bir başqa ayəsində belə bildirmişdir:
Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir.
Necə ki, Ənbiya surəsində Allah, hər zaman üçün haqq və doğru olanın, batil olana üstün gələcəyinə diqqət çəkmişdir. Məhz haqdan yana hərəkət edən ağıllı insanların, hər zaman batilin arxasına sığınan ağılsız insanlara üstün gəlmələrinin səbəbi də budur. Allah bu həqiqəti belə bildirmişdir:
Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz...