Məlum olduğu kimi, bitkilər fotosintez edərkən havadakı karbondioksidi, yəni insanların istifadə etmədiyi zərərli qazı qəbul edir və atmosferə onun əvəzinə oksigen buraxır.
Yuxarıdakı qrafikdə fotosintez və işığın miqdarı arasındakı əlaqə görünür.
«Qaralmaqda olan gecəyə and olsun və nəfəs almağa başladığı vaxt dan yerinə...»
Məlum olduğu kimi, bitkilər fotosintez edərkən havadakı karbondioksidi, yəni insanların istifadə etmədiyi zərərli qazı qəbul edir və atmosferə onun əvəzinə oksigen buraxır. Nəfəs alanda qəbul etdiyimiz və əsl həyat mənbəyimiz olan oksigen fotosintezin əsas məhsuludur. Atmosferdəki oksigenin təxminən 30 faizi torpaqdakı bitkilər tərəfindən istehsal edilərkən qalan 70 faiz də dənizlərdə və okeanlarda mövcud olan və fotosintez edə bilən bitkilər və təkhüceyrəli canlılar tərəfindən istehsal edilir.
Fotosintez alimlərin bu gün də hələ tam izah edə bilmədiyi bənzərsiz bir prosesdir. Bu əməliyyatı adi gözlə görə bilmirik, çünki bu mexanizm fəaliyyətə keçmək üçün atomlardan və molekullardan istifadə edir. Ancaq fotosintezin nəticələrini nəfəs almağımızı təmin edən oksigendə və sağ qalmağımızı təmin edən qidalarda görə bilərik. Fotosintez özündə öyrənilməsi çətin olan kimyəvi düsturları, gündəlik həyatda heç vaxt rastlaşmadığımız xırdalıqları və ağırlıq ölçülərini ehtiva edən, çox həssas şəkildə balanslaşdırılmış bir sistemdir. Ətrafımızdakı bütün yaşıl bitkilərdə bu əməliyyatın həyata keçirildiyi trilyonlarla kimya laboratoriyaları var. Həmçinin bitkilər bizim möhtac olduğumuz oksigeni, qidaları və enerjini milyonlarla ildir bir an da dayanmadan istehsal edirlər. Fotosintezin ən məhsuldar olduğu vaxt oksigenin ən çox istehsal edildiyi vaxtdır. Bu da Günəş şüasının ən çox olduğu səhər vaxtlarında gerçəkləşir. Günəşin çıxması ilə birlikdə yarpaqların üstündə tər (şeh) və bununla bağlı da fotosintez çoxalmağa başlayır. Günortadan sonra isə bu hadisə əksinə olur, yəni fotosintez yavaşıyır, tənəffüs artır, çünki hərarətin artması ilə yanaşı, tərləmə də sürətlənir. Gecə isə istiliyin azalması ilə tərləmə yavaşıyır və bitki rahatlanır.
Fotosintezin baş verməsi üçün zəruri olan amillərin ən vaciblərindən biri, şübhəsiz ki, işıqdır. Fotosintez işığın intensivliyindən və müddətindən asılı olaraq dəyişir. Səhər vaxtı günəş şüalarının qəbul edilməsi ilə birlikdə fotosintez fəaliyyəti, başqa sözlə, oksigen istehsalı da başlamış olur.
«Təkvir» surəsində səhər vaxtı ilə bağlı vurğulanan «izə tənəffəsə», yəni «nəfəs almağa başladığı vaxt» ifadəsi məcazi yolla tənəffüs etmək, nəfəs almaq mənalarına gəlir. Ayədə vurğulanan bu ifadə səhər vaxtı oksigen istehsalının başlaması, nəfəs almağın əsas şərti olan oksigenin ən çox bu vaxtda əldə edilməsi baxımından çox diqqət çəkicidir. Ayədə səhər vaxtı ilə bağlı olan bu vəziyyətə and içilməsi də mövzunun əhəmiyyətini xüsusi qabardır. XX əsrin mühüm kəşfləri arasında olan fotosintez fəaliyyəti Allahın yuxarıdakı ayə ilə işarə etdiyi Quranın elmi möcüzələrindən biridir.
Aşağıdakı qrafikdə fotosintez və işıq miqdarı arasındakı əlaqə görünür.
6H2O + 6CO2 ---FOTOSENTEZ---> C6H12O6+ 6O2
(6 su molekülü + 6 karbondioksit molekülü - FOTOSENTEZ sonucunda - 1 şeker molekülü + 6 oksijen molekülüne dönüşür.)
Dişi bal arısı və baldakı şəfa
Nəhl surəsində bal arısına müraciət edən feillər ərəbcədə dişi formadadır. Elm isə bal düzəldən, pətəyi tikən və yem toplayan işçi arıların hamısının dişi olduğunu yalnız XVII əsrdə öyrəndi.
pətəyə toxunaraq bal ilə doldurun
3 feil: “tik”, “ye”, “get” — hamısı dişi formada
1609: işçi arıların dişi olduğu yazıldı
7 dəqiqə: ilıq suyla qarışan balın qana keçməsi
«Rəbbin bal arısına belə vəhy etdi:
“Dağlarda, ağaclarda və onların qurduğu çardaqlarda özünə evlər tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yollarla get! Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!»
Hər bir arının çoxlu vəzifəsinin olduğu arı pətəklərindəki yeganə istisna erkək arılarla bağlıdır. Erkək arılar nə pətəyin müdafiəsinə və təmizliyinə, nə qida toplamağa, nə də pətək və bal hazırlamağa kömək etmirlər. Erkək arıların pətəkdə yeganə işi şahzadə arını mayalandırmaqdan ibarətdir.109
Cinsiyyət üzvündən başqa heç nəyi olmayan erkək arılar digər arılardakı xüsusiyyətlərin demək olar ki, heç birinə sahib deyillər və elə buna görə də onların şahzadə arını mayalandırmaqdan savayı bir iş görməsi də praktiki olaraq mümkün deyil.
Pətəyin bütün yükünü öz üzərinə götürən işçi arılar şahzadə arılar kimi dişi olsalar da, onların yumurtalıqları inkişaf etməyib, yəni onlar qısır olurlar. İşçi arıların pətəyi təmiz saxlamaq, arı puplarına və körpə arılara qulluq etmək, şahzadə arını və erkək arıları qidalandırmaq, bal hazırlamaq, pətək qurmaq, təmir işlərini yerinə yetirmək, pətəyin havasını müntəzəm şəkildə dəyişmək, pətəyin təhlükəsizliyini təmin etmək, nektar, çiçək tozu, su, qətran kimi maddələri tədarük etmək və onları ehtiyata (“anbara”) yığmaq kimi mühüm vəzifələri var.
Ərəb dilində feilin iki növ işlədilməsi mövcuddur və feillərin bu cür istifadə edilməsindən icraçının erkək, yoxsa dişi olması məlum olur. Həmçinin yuxarıdakı ayələrdə arı üçün işlədilən feillər (altı cızılmış kəlmələr) feilin dişi üçün olan şəklində qeyd edilmişdir. Beləliklə, Quranda bal hazırlayan arıların dişi olmasına işarə edilir.110
Yaddan çıxarılmamalıdır ki, arılarla bağlı bu həqiqətin bundan 1400 il əvvəl bilinməsi mümkün deyildi. Ancaq Allah diqqəti bu həqiqətə çəkərək Quranın bir möcüzəsini də bizə göstərmişdir.
Mikroskopik həyatın mövcudluğu
Yuxarıdakı ayələrdə Quranın göndərildiyi dövrdə insanların bilmədiyi həyatların olmasına işarə edilir. İnsan gözünün görə bilmədiyi xırdalıqda olan yeni canlılar mikroskopun kəşfi ilə üzə çıxarıldı.
“Yerin yetişdirdiklərindən, onların özlərindən və bilmədiklərindən cütlər yaradan Allah pak və müqəddəsdir!”
«...Sizin bilmədiyiniz daha neçə-neçə şeyləri də yaradır»
Yuxarıdakı ayələrdə Quranın göndərildiyi dövrdə insanların bilmədiyi həyatların olmasına işarə edilir. İnsan gözünün görə bilmədiyi xırdalıqda olan yeni canlılar mikroskopun kəşfi ilə üzə çıxarıldı. Beləliklə, Quranda diqqət edilən bu canlıların mövcudluğu haqqında insanlar məlumat əldə etməyə başladılar. Adi gözlə görünməyən və ümumiyyətlə, bir hüceyrədən ibarət mikroorqanizmlərin mövcudluğuna işarə edən başqa ayələr isə belədir:
«...Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!»
«...Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!»
Yer üzünün hər yanına yayılan bu gizli dünyanın mənsubları, yəni mikroorqanizmlər Yer üzündəki heyvanlardan 20 dəfə çoxdur. Gözlə görünməyəcək qədər kiçik olan bu mikroorqanizmlər aləmi bakteriyalardan, viruslardan, göbələklərdən, su yosunlarından və silklərdən ibarətdir. Bu mikrocanlılar Yer üzündəki həyat nizamının əhəmiyyətli bir ünsürüdür. Məsələn, Yerdə həyatın olmasını təmin edən əsas üzvlərdən biri olan azot dövranı bakteriyalar tərəfindən təşkil edilir. Bitkilərin torpaqdakı mineralları ala bilməsini təmin edən ən mühüm ünsür kök göbələkləridir. Özündə nitrat ehtiva edən tərəvəz və ya ət kimi qidalardan zəhərlənməyimizin qarşısını isə dilimizdə olan bakteriyalar alır. Həmçinin bəzi bakteriyalar dünyada həyatın davam etməsinin əsas şərti olan fotosintez etmək qabiliyyətinə malikdir və bu vəzifəni bitkilərlə bölüşürlər. Bəzi növ mikroorqanizmlər üzvi maddələri parçalayaraq qidaları bitkilərin istifadə edə biləcəyi hala gətirir. Aydın olduğu kimi, haqqında yalnız texniki vasitələrin köməyi ilə məlumat verə biləcəyimiz bu kiçik canlıların insan həyatının davam etməsində rolu danılmaz amillərdir. Əsrlərlə əvvəl gözlə gördüyümüz aləmlərdən başqa canlılar olacağına Quranda diqqət çəkilməsi, şübhəsiz ki, Quranın başqa bir möcüzəsidir.
Heyvanat cəmiyyətlərinin varlığı
Müasir dövrümüzdə heyvan və quş ekologiyalarında aparılan araşdırmalar nəticəsində bütün heyvanların və quşların ayrı cəmiyyətlər halında yaşadığı bəlli olub.
«Yerdə gəzən elə bir heyvan, iki qanadı ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın...»
Müasir dövrümüzdə heyvan və quş ekologiyalarında aparılan araşdırmalar nəticəsində bütün heyvanların və quşların ayrı cəmiyyətlər halında yaşadığı bəlli olub. Uzun müddət davam edən geniş tədqiqatlar nəticəsində heyvanlar haqqında öyrənilən bu məlumatlar heyvanlar arasında sistemli sosial nizam-intizamın olmasını ortaya çıxarıb. Məsələn, elm adamlarını öz sosial həyatı ilə heyrətə salan bal arıları özlərinə qruplar halında ağac oyuqlarında və ya buna oxşar qapalı yerlərdə yuva tikirlər. Bir arı pətəyi bir ana arı, bir neçə yüz erkək və 10-80 min işçi arıdan ibarətdir. Əvvəl də bildirdiyimiz kimi, arı pətəklərinin hər birində yalnız bir ana arı olur və onun da əsas vəzifəsi yumurta qoymaqdır. Bundan başqa, ana arı pətəyin bütövlüyünü və pətəkdəki sistemli işin davam etməsini təmin edən mühüm maddələr də ifraz edir. Erkəklərin isə bircə funksiyası var, o da ana arını mayalandırmaqdan ibarətdir. Pətək hörmək, qida toplamaq, arı südü əmələ gətirmək, pətəyin hərarətini tənzimləmək, təmizlik, müdafiə kimi bütün ağıla gələn işləri isə işçi arılar yerinə yetirirlər. Arı pətəyində cərəyan edən bir həyatın hər mərhələsində bir nizam var. Körpə arılara nəzarətdən tutmuş pətəyin ümumi ehtiyaclarının təmin edilməsinə qədər, hər bir vəzifə qüsursuz şəkildə yerinə yetirilir.
Qarışqalar da dünyanın ən izdihamlı sakinləri sayılırlar. Buna baxmayaraq, qarışqalar texnologiya, kollektiv çalışmaq, hərbi strategiya, inkişaf etmiş əlaqə qurmaq texnologiyası, iyerarxik nizama riayət, ciddi intizam, qüsursuz şəhər planlaması kimi bir çox sahədə insanlara nümunə olacaq bir nizam sərgiləyirlər. “Koloniyalar” deyilən cəmiyyətlər halında yaşayan qarışqalar inkişaf etmiş elə bir nizam içindədir ki, bu baxımdan, insanların mövcud sivilizasiyasına bənzər bir mədəniyyətə sahib olduqlarını da deyə bilərik.
Qarışqalar özlərinə ehtiyat ərzaq yığıb qışa tədarük görməklə yanaşı, balalarına da nəzarət edir, koloniyalarını qurur və döyüşürlər. Hətta “dərziliklə” məşğul olub, “əkinçilik” edən, “heyvan yetişdirən” koloniyaları da var. Aralarında çox güclü bir əlaqə şəbəkəsinə malik olan bu həşəratlara cəmiyyətdəki təşkilatlanma və ixtisaslaşma məsələsi nöqteyi-nəzərindən baxıldıqda onlar heç bir canlı ilə müqayisə edilməyəcək üstünlüyə malikdirlər.
Birlik halında yaşayanda heyvanlar öz intizamlı həyatları ilə yanaşı, təhlükələrə qarşı da birlikdə qarşı çıxırlar. Məsələn, kiçik quşlar qırğı və ya bayquş kimi yırtıcı quşlar onların bölgələrinə girəndə, bu quşları birlikdə əhatələyirlər. Bu zaman ətrafdakı digər quşları da bölgəyə cəlb etmək üçün xüsusi bir səs çıxarırlar. Kiçik quşların birlikdə gerçəkləşdirdikləri hücumları nəticəsində yırtıcı quşlar həmin yerlərdən uzaqlaşdırılırlar.111
Bir yerdə uçan bir quş dəstəsi də, eyni şəkildə, bütün dəstə üzvləri üçün bir müdafiə təşkil edir. Məsələn, sürü halında uçan sığırçınlar aralarında geniş bir məsafə saxlayaraq uçurlar. Ancaq bir qırğı görəndə aralarındakı məsafəni dərhal doldurur, bununla da qırğının dəstənin ortasına hücum etməsini çətinləşdirirlər. Qırğı bu vəziyyətdə onlara hücum edərsə, qanadları şikəst ola bilər və ovu puça çıxar.112
Məməli heyvanlar da onların sürülərinə qarşı bir hücum olanda, birlikdə hərəkət edirlər. Məsələn, yırtıcılardan qaçıb canlarını qurtarmağa çalışan zebrlər balalarını sürünün ortasına salırlar. Delfinlər də həmişə qrup halında üzür və ən böyük düşmənləri olan akulalara qarşı qrup şəklində mübarizə aparırlar.113
Heyvanların sosial həyatı ilə bağlı saysız nümunələr gətirmək, təfərrüatlara varmaq mümkündür. Heyvanlarla bağlı əldə edilən bu məlumatlar uzun illər aparılmış geniş araşdırmalar nəticəsində öyrənilmişdir. Buradan da aydın görünür ki, hər sahədə olduğu kimi, heyvanlarla bağlı Quranda verilən məlumatlar da onun Allahın sözü olduğunu göstərir.
Biomimetika: canlılardakı planlardan nümunə götürmək
Bu gün bir çox alimlər və araşdırmaçı-bərpaçı (ARGE) mütəxəssislər öz layihələrinə başlamazdan əvvəl bunun canlılardakı nümunələrini, onlardakı sistem və planları tədqiq və təqlid edirlər.
«Şübhəsiz ki, heyvanlarda da sizin üçün bir ibrətlər vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan içənlərin boğazından rahat keçən təmiz südü sizə içirdirik».»
«Həqiqətən, heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır. Həm də onlardan yeyirsiniz! Həm onların, həm də gəmilərin üstündə daşınırsınız».»
Bu gün bir çox alimlər və araşdırmaçı-bərpaçı (ARGE) mütəxəssislər öz layihələrinə başlamazdan əvvəl bunun canlılardakı nümunələrini, onlardakı sistem və planları tədqiq və təqlid edirlər. Başqa sözlə, alimlər Allahın təbiətdə yaratdığı planları görüb incələyir və bunlardan ilham alaraq yeni texnologiyalar hazırlayırlar. Bu amil yeni bir elm sahəsi yaradıb: biomimetika. «Təbiətdəki canlıların təqlidi» mənasına gələn bu elm sahəsi xüsusilə son dövrlərdə texnoloji dünyada geniş yayılan bir tətbiq sahəsi tapıb. Quranın «Muminun» surəsinin 21-ci və «Nəhl» surəsinin 66-cı ayələrində «dərs almaq, nəsihət, əhəmiyyət, vacib amil, nümunə» mənalarına gələn «ibrətən» kəlməsinin işlədilməsi çox hikmətlidir.
Biomimetika insanların təbiətdə mövcud olan sistemləri təqlid edərək hazırladığı bütün maddələri, alətləri, mexanizm və sistemləri ifadə edən bir termindir. Təbiətdəki planların nümunə götürülməsi yolu ilə hazırlanan alətlərə, xüsusilə nanotexnologiya, robot texnologiyası, süni zəka (AI), tibb sənayesi və hərbi təchizat kimi sahələrdə istifadə edilmək üçün ehtiyac hiss edilir. Biomimetika (biomimikriya) ilk dəfə Montana ştatından (ABŞ) olan bir yazıçı və elmi müşahidəçi Ceyn M.Benyus tərəfindən ortaya atılmış bir termindir. Dilimizdə «biotəqlid» mənasına gələn bu məfhum sonralar bir çox insanlar tərəfindən şərh və tətbiq edilmişdir. Biomimetika haqqındakı fikirlərdən biri belədir:
«Biomimikriyanın əsas mövzusu təbiətdən model, ölçü və ağıl kimi öyrənəcəyimiz çox şeyin olmasıdır. Bu tədqiqatçıların müştərək cəhəti təbiətdəki plana hörmətlə yanaşması və insanların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında onlardan istifadə edərək ilham almasıdır».114
Məhsulun keyfiyyətini və məhsuldarlığını artırmaq üçün təbiətdən faydalanan şirkətlərdən biri «İnterface»in məhsul strateqi Devid Eyki biomimetika haqda bunları deyir:
«Təbiət mənim iş və strategiya mövzularında baş məsləhətçim, həyat tərzim üçün bir modeldir. Təbiətin sistemi milyonlarla ildir fəaliyyətdədir... Biotəqlid təbiətdən öyrənməyin bir yoludur».115
Alimlər son vaxtlar sürətlə yayılan bu fikri mənimsədi, qarşılarındakı bənzərsiz və qüsursuz modelləri misal götürərək fəaliyyətlərini sürətləndirdilər. Təbiətdəki planlar ən az avadanlıq və enerji ilə ən çox məhsuldarlıq əldə etmək, özünübərpa xüsusiyyətləri, təkrar istehsal və təbiət dostu olmaq, səssiz çalışmaq, estetik, dözümlü və uzunömürlü olmaq baxımından texnoloji çalışmalara bir nümunə deməkdir. «High Country News» adlı bir qəzetdə biomimetika elmi bir hərəkat olaraq tərif edilir və bu cür izah olunur:
«Təbiət sistemlərini model kimi qəbul edərək bu gün istifadə etdiyimizdən daha uzunömürlü texnologiyalar əldə edə bilərik».116
Təbiətdə müşahidə etdiyi mükəmməl strukturların üzərində baş sındıraraq təbiətdəki modellərin təqlid edilməli olduğuna inanan C.M.Benyusun «Biomimikriya» («Biomimicry») adlı kitabında verdiyi misallardan bəziləri bunlardır:
◉ Arıquşularının 10 qramdan daha az yanacaqla Meksika körfəzini keçə bilməsi;
◉ Cırcıramaların ən yaxşı vertolyotlardan daha yaxşı manevr edə bilməsi;
◉ Termit qalalarında iqlim şəraitinin və havalandırma sisteminin təchizat və enerji sərfiyyatı baxımından insanların yaratdığından daha üstün olması;
◉ Yarasanın çoxtezlikli ötürücüsünün insanların düzəltdiyi radarlardan daha məhsuldar və həssas işləməsi;
◉ İşıqsaçan alqlerin (dəniz yosunu) bədən fanarlarını işıqlandırmaq üçün müxtəlif kimyəvi maddələri bir yerə cəmləməsi;
◉ Qütb balıqları və qurbağaların donandan sonra təkrar həyata qayıtması və orqanlarının donma nəticəsində zərər görməməsi;
◉ Buqələmun və mürəkkəb balığının olduqları şəraitə tamamilə uyğun tərzdə dərilərinin rəngini, naxışlarını bir anda dəyişdirməsi;
◉ Arı, tısbağa və quşların xəritələri olmadığı halda uzun məsafələri düzgün qət etməsi;
◉ Balina və pinqvinlərin oksigen balonu olmadığı halda suya dalması...
Burada bir neçə nümunəsini qeyd etdiyimiz təbiətdəki bu cür heyrətamiz mexanizm və planlar texnologiyanın bir çox sahəsini zənginləşdirmək potensialına malikdir. İnformasiyamızın çoxalması və texnoloji imkanların inkişafı ilə yanaşı, bu potensial hər ötən gün daha qabarıq şəkildə ortaya çıxır.
Heyvanların hər biri insanı heyrətləndirən bir çox yaradılış xüsusiyyətlərinə malikdir. Bəziləri suda hərəkəti təmin edən ən ideal formaya (hidrodinamika) malik olduğu halda, digərləri də bizə yad olan hissiyyatlardan istifadə edirlər. Bunların əksəriyyəti insanların ilk dəfə rast gəldiyi, daha doğrusu, yeni dərk etdiyi xüsusiyyətlərdir. Bəzən bir canlının təkcə bir xüsusiyyətini təqlid etmək üçün kompyuter, mexanika, elektronika, riyaziyyat, fizika, kimya və biologiya kimi elm sahələrinin məşhur simalarının bir yerə yığışması zərurəti yaranır. Alimlər hər ötən gün təbiətdə kəşf etdikləri bənzərsiz quruluş və sistemlərdən heyrətlənir və təəccüblərini bəşəriyyətə fayda verəcək yeni texnologiyalar hazırlamaqla göstərirlər.
Təbiətdəki mükəmməl sistemlərin, istifadə edilən fövqəladə texniki imkanların öz şüur və biliklərinin fövqündə dayandığını, onların mövcud problemlərə bənzərsiz həll yolları verdiyini dərk edən alimlər artıq illərlə məşğul olaraq həll yolunu tapa bilmədikləri bir çox məsələlərdə təbiətdəki mükəmməl planların köməyinə müraciət edirlər. Bunun nəticəsi olaraq da, qısa vaxt kəsiyində müsbət nəticələr əldə edə bilirlər. Alimlər təbiətin təqlidi ilə yanaşı, vaxt və əmək, eləcə də maddi mənbələrin düzgün sərf edilməsi baxımından çox mühüm qazanclar əldə edirlər. Bu gün görürük ki, inkişaf edən texnologiya yaradılış möcüzələrini bir-bir kəşf edir və biomimetika elmində olduğu kimi, canlılardakı fövqəladə planları nümunə götürərək bəşəriyyətə xidmət edir. C.M.Benyus da təbiəti təqlid edəcəyimiz təqdirdə qida və enerji istehsalı, məlumat yığmaq, sağlamlıq kimi bir çox sahələrdə özümüzü rahatlıqla inkişaf etdirə biləcəyimizi müəyyənləşdirib. Bu mövzulardan bəhs edən bir çox elmi məqalədən bir neçəsinin sərlövhəsini belə qeyd edə bilərik:
«Elm təbiəti təqlid edir»,
«Həyatın plandakı dərsləri»,
«Biomimikriya: gözümüzün qarşısında gizlənən sirlər»,
«Biomimikriya: təbiətin ilham verdiyi kəşflər»,
«Biomimikriya: bizi əhatələyən üstün qabiliyyət»,
«Biomimikriya: təbiətdən yaxşı dizaynlar əldə etmək»,
«Biomimikriya: təbiətdəki planlardan materiallar əmələ gətirmək»,
«Mühəndislər plan üçün təbiətdən nümunə götürürlər».
XIX əsrdə təbiətin təqlidi təkcə estetika baxımından tətbiq sahəsinə malik idi. Dövrün rəssam və memarları təbiətdəki gözəlliklərdən təsirlənir, yaratdıqları əsərlərdə bu quruluşların zahiri görüntülərini nümunə götürürdülər. Amma təbiətdəki planların fövqəladəliyinin və bunların təqlidinin insanlara fayda verəcəyinin başa düşülməsi yalnız XX əsrdə təbii mexanizmlərin molekulyar səviyyədə tədqiqi ilə başlamışdır. Bu gün alim və tədqiqatçılar Quranda təxminən 1400 il əvvəl bildirildiyi kimi, canlılardan «dərs» alırlar.
Bir yerdə hərəkət edən çəyirtkələr
Yuxarıdakı ayədə iman gətirməyənlərin axirətdəki vəziyyəti xəbər verilir. Gəlib-getmiş milyardlarla insanın kütləvi şəkildə dirilməsi səpələnən çəyirtkələrə oxşadılır.
«Onlar gözlərini zəlilanə aşağı dikib sanki səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar».»
Yuxarıdakı ayədə iman gətirməyənlərin axirətdəki vəziyyəti xəbər verilir. Gəlib-getmiş milyardlarla insanın kütləvi şəkildə dirilməsi səpələnən çəyirtkələrə oxşadılır. Şübhəsiz ki, Allahın bu misalı çəkməsinin bir çox hikməti var. XX əsrdə çəyirtkələrin üstünə yerləşdirilən mikrokameralarla aparılan əhatəli tədqiqatlar zamanı bir çox məlumatlar əldə edilib. Çəyirtkə sürüləri çox izdihamlı olur, sanki tək bir bədən kimi hərəkət edirlər. Milyardlarla çəyirtkə bir yerə yığışanda eni-uzunu kilometrlərlə ölçülən qapqara bir yağış buludunu xatırladır. Bu sürülərin bəzilərinin 3-5 km enində və metrlərlə dərinlikdə olduğu müəyyən edilib. Çəyirtkə sürüləri bu cür sıxlaşanda elə sanırsan ki, hava qaralıb.117
Bu canlılarla bağlı əldə edilən başqa bir məlumat onların öz yumurtalarını torpağın içinə toxum kimi yerləşdirməsi və çəyirtkə sürfələrinin uzun müddət torpağın altında qalandan sonra torpağın səthinə bir yerdə çıxmasıdır. Dişi çəyirtkələr torpağın altına doğru 10-15 sm-lik tunel qazandan sonra bir dəfəyə 95-158 sürfə buraxır. Bir çəyirtkə bu əməliyyatı təxminən üç dəfə təkrarlayır. Sürfələr yetişəndə -havanın temperaturuna bağlı olaraq 10-65 gün arasında- kütləvi şəkildə torpağın altından çıxırlar. 1 kvadratmetrlik ərazidə 1000 yumurta çuxuru olur. Çəyirtkə sürüləri bir neçə yüz kvadratmetrlik sahəni əhatə edə biləcək çoxluqdadırlar. Kvadratmetrə düşən çəyirtkə miqdarı isə 40-80 milyon arasında dəyişir.118 Çəyirtkələrin torpağın altında olması, uzun müddət qalandan sonra kütləvi şəkildə yer səthinə çıxması qiyamət günü insanların dirilməsinə oxşar bir görüntü ola bilər (ən doğrusunu Allah bilir).
Hazırda çəyirtkələri araşdırmaq üçün xüsusi qruplar yaradılıb və bu tədqiqatların bir hissəsində görüntü əldə etmək üçün uzaqdan idarəetmə sistemlərindən istifadə edilir. Hətta NASA-nın (Amerika Aerokosmik Tədqiqatlar Agentliyi) peyk məlumatlarından da Afrikada səhra çəyirtkə koloniyalarının geniş yayılıb inkişaf etdiyi sahələri müəyyənləşdirmək üçün istifadə olunur. Hətta peyk məlumatları sayəsində 18 milyon kvadratmetrlik sahələrdə yerdən və havadan əhatəli araşdırmalar aparmaq mümkün olur. Göründüyü kimi, çəyirtkələrlə bağlı bu məqamları müəyyənləşdirmək üçün bu texnologiyaların mövcud olmadığı bir dövrdə belə bir təşbehin ifadə edilməsi Quranın hər şeyi bilən Allahın vəhyi olmasının daha bir dəlilidir.
Qarışqaların ünsiyyəti
Nəml surəsində bir dişi qarışqanın digərlərini təhlükə barədə xəbərdar etdiyi bildirilir. XX əsrdəki araşdırmalar qarışqaların son dərəcə mürəkkəb kimyəvi ünsiyyət sisteminə malik olduğunu ortaya çıxardı.
yem qoymaq üçün sahəyə toxunun
500 000: qarışqanın beynindəki sinir hüceyrəsi
2–3 mm: bu sistemin sığdığı bədən
1959: “feromon” termini elmə daxil oldu
Quranda Süleyman Peyğəmbərin ordularından bəhs edilərkən qarışqaların arasında bir xəbərləşmə sistemi olduğuna işarə edilir:
«Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir dişi qarışqa dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!»
XX əsrdə qarışqalarla bağlı aparılan elmi tədqiqatlar bu xırda həşəratların çox mütəşəkkil bir sosial həyat tərzinə malik olduqlarını və bu təşkilatçılığın tələb etdiyi kimi, onların arasında çox kompleks bir əlaqə şəbəkəsinin mövcud olduğunu ortaya qoyub. «National Geographic» jurnalında dərc olunan bir məqalədə bu mövzudan belə bəhs edilir:
“Böyük və ya kiçik olmasından asılı olmayaraq, hər hansı bir qarışqa başında olan mürəkkəb hiss orqanları ilə milyonlarla, hətta daha çox kimyəvi və əyani siqnallar alır. Onun beynində 500000 sinir hüceyrəsi var, gözlər bitişikdir, antenaları insandakı burun və barmaq ucu kimi hərəkət edir. Ağızın altında olan proyeksiyalar dadı hiss edir, tüklər toxunmağa reaksiya verir”.119
Biz qavramasaq da, qarışqalar həssas hiss orqanları sayəsində çox fərqli əlaqə üsullarından istifadə edir. Ovlarını tapmaqdan bir-birini izləməyə, yuvalarını qurmaqdan döyüşməyə qədər həyatlarının hər anında bu hiss orqanlarından faydalanırlar. 2-3 millimetrlik bədənlərinin daxilinə sığdırılmış 500 min sinir hüceyrəsi ilə insanları təəccübləndirəcək bir rabitə sisteminə malikdirlər.
Bu həşəratların münasibətində reaksiyalar müəyyən kateqoriyalara ayrılır: siqnal ötürmək, yığışmaq, qida yerini xəbər vermək, təmizlənmək, maye qida dəyişikliyi, qruplaşma, tanımaq, kasta müəyyənləşdirmək...»120
Bu reaksiyalarla nizamlı bir cəmiyyət forması yaradan qarışqaların qarşılıqlı informasiya mübadiləsinə əsaslanan bir həyatı var. Qarışqalar məlumat ötürməklə bəzən insanların danışaraq həll edə bilmədiyi mövzularda (yığışmaq, bölüşmək, təmizlənmək, müdafiə olunmaq və s. kimi) daha qüsursuz əlaqə nümayiş etdirirlər. Qarışqalar daha çox kimyəvi səviyyədə bir təmas yarada bilirlər. Onların əlaqə qurmaq məqsədilə istifadə etdiyi kimyəvi maddə yarı kimyəvi (semiochemicals) maddə kimi tanınan feromenlərdir. İy kimi qavranılan və daxili ifrazat vəzilərində ifraz olunan bir maye olan feromenlər qarışqa kütlələrinin təşkilatlanmasında mühüm rol oynayır. Bir qarışqa siqnal olaraq bu mayeni ifraz edəndə digərləri qoxu və ya dad almaq yolu ilə bu mesajı alır və cavab verirlər. Qarışqa feromenləri üzərində aparılan araşdırmalar bütün siqnalların koloniyanın ehtiyaclarına görə ifraz olunduğunu müəyyənləşdirib. Bundan başqa, qarışqaların ifraz etdiyi feromenin qatılığı vəziyyətin nə dərəcədə fövqəladə olmasına görə də dəyişir.121
Aydın olduğu kimi, qarışqaların apardığı əməliyyatları yerinə yetirə bilmək üçün əhatəli kimya elminə ehtiyac var. 14 əsr bundan əvvəl qarışqalar haqqında bu cür müfəssəl informasiyanın olmadığı bir dövrdə qarışqaların əlaqə yaratmasına diqqət çəkilməsi Quranın elmi möcüzələrindən biridir.
Təkrar qida istehsalı
Yuxarıdakı ayədə Quranın göndərildiyi dövrdə bilinməsi mümkün olmayan bir qidanın cücərdilməsinə diqqət çəkilmişdir.
«Şübhəsiz ki, toxumu da, çərdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxaran Allahdır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz?»
Yuxarıdakı ayədə Quranın göndərildiyi dövrdə bilinməsi mümkün olmayan bir qidanın cücərdilməsinə diqqət çəkilmişdir.
Bir canlı öləndə mikroorqanizmlər onu sürətlə parçalayır, beləliklə də ölü bədən üzvi molekullara ayrılmış olur. Bu molekullar torpağa qarışaraq bitki və heyvanların, dolayısilə də insanların əsas qida mənbəyinə çevrilir. Əgər bu çevrilmə olmasaydı, həyat da mümkün olmazdı.
Bakteriyaların da üzərinə canlıların kəskin ehtiyac duyduğu mineralları və qidaları hazırlamaq vəzifəsi düşür. Qış boyu haradasa ölü vəziyyətdə olan bitki və heyvanların yazda təkrarən ehtiyac duyacağı bütün qida və minerallar bakteriyaların qışdakı fəaliyyəti ilə təmin edilir. Qış ərzində bakteriyalar üzvi maddə ifraz edən canlıları, yəni heyvan və bitki ölülərini ayıraraq onları minerallara çevirirlər.122 Beləliklə, canlılar yazda oyananda qidalarını da hazır olaraq tapırlar. Bakteriyaların fəaliyyəti sayəsində həm olduqları şəraitdə bir “yaz təmizliyi” edilmiş, həm də yayda təkrar canlanan təbiət üçün kifayət qədər qida hazırlanmış olur.
«Göründüyü kimi, ölən canlılar yeni canlıların yaşaması üçün ilk növbədə həyat rolunu oynayırlar. Beləliklə, Allahın ayədə “ölüdən diri, diridən də ölü çıxardan” ifadəsi ilə diqqət yetirdiyi bu təkrar çevrilmələr və ya təkrar qida istehsalı ən mükəmməl səviyyədə həyata keçirilir. Quranda belə müfəssəl bir məlumata əsrlərdən əvvəl diqqət çəkilməsi Quranın Allahın sözü olduğunun dəlillərindən biridir.»
1. Ölən bitki və heyvanlar 2. Ağac kökləri tərəfindən udulan minerallar 3. Sxemdə təsvir edildiyi kimi, ölən bitki və heyvanlar bakteriyalar tərəfindən parçalanaraq minerallara çevrilir. Torpağa qarışan bu üzvi qalıqlar da bitkilərin əsas qida mənbəyini təşkil edir. Buna görə də bu qida dövranı bütün canlılar üçün həyati əhəmiyyət daşıyır.
Aerodinamik qüvvə və quşlardakı proqramlaşdırılmış uçuş
ünyadakı cazibə səbəbi ilə, bütün cisimlər havaya buraxıldığında sürətli, ya da yavaş yerə düşər. Canlı, ya da cansız Yer kürəsindəki hər şey bu cazibənin təsirindədir.
«Məgər onlar Allaha tabe olub havada uçan quşları görmürlərmi? Onları havada saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır.»
ünyadakı cazibə səbəbi ilə, bütün cisimlər havaya buraxıldığında sürətli, ya da yavaş yerə düşər. Canlı, ya da cansız Yer kürəsindəki hər şey bu cazibənin təsirindədir. Ancaq quşlar Allahın bir möcüzəsi olaraq bu qüvvəyə müqavimət göstərə bilər və havada alçalıb yüksələrək uçar; manevr edər, ya da bəzən qanad çırpmadan süzülərlər. Quşların skeletindən ağciyərinə, lələklərinin düzülüşündən qanad formalarına Dqədər bütün detalları, uçmalarını təmin edəcək xüsusi quruluş və nizamla Pitsburq Universitetinin fiziki Karlo Rovelli maddənin mikroskopik quruluşunu təsvir etmək üçün tor kimi toxunmuş model təqdim edir. bir quş da, doğulduğu andan uçuş bacarığına sahib olar. Bala quş sanki uçuşa uyğun bir bədəni olduğunu bilirmiş kimi, özünü yüksəkdən aşağı uçması Uca Allahın ilhamıyla reallaşmaqdadır.
Nəhl surəsinin 79-cu ayəsində quşların havada necə dayandıqları bildirilərkən keçən ərəbcə “yumsikuhunne” ifadəsi, “onları düşürmür, onları tutur, onları saxlayır, onları çəkir” mənalarını verməkdədir. Bu söz “tutmaq, yaxalamaq və geri çəkmək” mənalarını verən “emseke” feilinin indiki geniş zaman halıdır. Bu sözlə Uca Rəbbimiz quşu havada tutduğunu, öz əmriylə uçurduğunu bildirməkdədir. Quşların uçması dövrümüzdə hələ də elm adamları üçün geniş araşdırma sahəsidir. Quşlardakı uçuşun mükəmməlliyini görən elm adamları təyyarə, reaktiv təyyarə kimi hava nəqliyyat vasitələrinin istehsalında birbaşa olaraq quşların quruluşunu və uçuş şəkillərini model götürməkdədirlər.
Nəhl surəsinin 79-cu ayəsində bir mənada quşların uçarkən, Allahın yaratdığı aerodinamik qanunlara tabe olduqlarına işarə edilmiş ola bilər (doğrusunu Allah bilir). Aerodinamika elmi, qatı cisimlərin hava kimi axıcı hal qarşısındakı davranışlarını araşdırır. Məsələn bir təyyarə havada hərəkət edərkən, hərəkətinə təsir edən fərqli qüvvələr ortaya çıxar. Təyyarənin planlandığı şəkildə hərəkət etməsi və gözlənilməz bir qüvvətlə ya da müqavimətlə qarşılaşmaması üçün, havanın göstərdiyi müqavimət qanunlarına qarşı təyyarə əvvəl yoxlanılır. Uzun sürən hesablamalar, ölçmələr, təcrübələr nəticəsində cismin havadakı hərəkəti planlanır.
Quşlar isə aerodinamika elminin prinsiplərinə olan uyğunlaşmalarıyla elm adamlarını heyran etməkdədirlər. Bu canlılar heç bir sınama-yanılma etmədən, havadakı aerodinamika qüvvənin ən mükəmməl şəkildə öhdəsindən gələrək uçarlar. Ayədə quşların uçuşu üçün “musahharatin” sözünün istifadə edilməsi son dərəcə hikmətlidir. Çünki bu söz “tabeliyinə girmişlər, müəyyən bir hədəfə məcburən sövq edilmişlər, bir şeyi etmək məcburiyyətində buraxılmışlar, əmr altına alınmışlar, boyun əydirilmişlər, xidmətinə verilmişlər, (Allahın) özünə bağlanmışlar, (Allahın) qanunlarına boyun əydirilmişlər” mənalarını verməkdədir. Bu baxımdan ayədə aerodinamika qüvvəsi quşların uçuşu üzərindəki təyin edici təsirinə işarə etməsi mümkündür (doğrusunu Allah bilir).
Görünüşə görə quşların uçuşunu məcbur edən heç bir səbəb yox kimi görünməkdədir, halbuki aerodinamika qanununa görə, havada uçan hər hansı bir cisim bir çox fərqli qüvvənin təsirinə məruz qalır. Bunlardan ən bilinən qüvvələr; cazibə qüvvəsi, itələmə qüvvəsi, sürtünmə qüvvəsi (müqavimət qüvvəsi), qaldırma qüvvəsidir. Nəticə olaraq müəyyən bir səviyyədə uçuşun meydana gələ bilməsi üçün, bu qüvvələrin tarazlıqda olması lazımdır. Məsələn cazibə qüvvəsi digər qüvvələrə üstün gəlirsə, quş yerə düşər. Bu baxımdan ayədə keçən söz, quşların uçuş əsnasında təzyiq altındakı vəziyyətlərini ən gözəl şəkildə ifadə etməkdədir. Aerodinamika, uçuş mexanikası kimi elmlərin var olmadığı bir dövrdə, Quranda bu cür detallı məlumatları əhatə edən ifadələrin olması, bir daha Quranın İlahi bir kitab olduğunu ortaya qoymaqdadır.
Quşların uçuşundakı aerodinamika mükəmməlliyi ilə yanaşı köç etmək üçün qət etdikləri minlərlə kilometrlik səyahətləri də elm adamlarının araşdırma mövzusudur. Dövrümüzdə ornitoloqlar quşların hərəkətlərinin sanki proqramlaşdırılmış olduğu nəticəsinə gəlmişlər. Bala quşların əvvəldən heç bir təcrübəsi və ya rəhbəri olmadan, uzun və çətin səfərlər edə bilmələri bunun ən açıq nümunəsidir. Ayədə keçən “musahharatin” sözünün “müəyyən bir hədəfə zorla sövq edilmişlər, əmrə tabe qılınmışlar, əmr altına alınmışlar, ələ keçirilmişlər, boyun əydirilmişlər” kimi mənaları, quşların onlara verilən əmrə əməl edərək, özləri üçün təyin olunan istiqaməti izlədiklərini açıq şəkildə ortaya qoymaqdadır. Quşların uçuşunda ağıl və şüur olmadan bu canlılar tərəfindən əldə edilə bilməyən hesablamalar vardır. Bu gün elm adamları arasında quşlardakı bu fövqəladə qabiliyyətlərin əvvəldən “proqramlaşdırılmış” olduğu fikri qəbul görməkdədir. Bu vəziyyət “Science” jurnalında nəşr olunan bir məqalədə belə deyilir:
Gənc quşların, onlara neçə gün və ya gecə və hansı istiqamətdə uçmalı olduqlarını söyləyən daxili köç proqramları ilə təchiz olduğuna dair güclü dəlillər var.123 René Dekart Universitetindən prof. Pierre Jean Hamburger, “La Puissance et la Fragilité” (Güclü və kövrək) adlı kitabında Sakit okeanında yaşayan fırtına quşunun qət etdiyi 24.000 kilometrlik fövqəladə səfərini bu ifadələrlə izah etməkdədir: Yola çıxdığı nöqtə Avstraliya sahilidir. Oradan Cənuba Sakit okeanına doğru uçar, sonra Şimala dönər və bir müddət istirahət edə biləcəyi Berinq dənizinə çatana qədər Yaponiya sahilləri boyunca uçar. Bu fasilədən sonra yenidən yola çıxar və bu səfər Cənuba yönələr. Amerikanın Qərb sahilini keçərək Kaliforniyaya çatar. Oradan da başladığı nöqtəyə geri dönmək üçün Sakit okeanı təkrar keçər. Hər il, “8” şəkli çəkərək qət etdiyi bu 15.000 millik (24.000 km) səfərin marşrutu da, tarixi də əsla dəyişməz. Bəhs etdiyimiz səfər, tam altı ay davam edər və hər zaman sentyabr ayının 3-cü həftəsində, tam altı ay əvvəl tərk etdiyi adada, altı ay əvvəl tərk etdiyi yuvada sona çatar. Bundan sonrası isə daha da heyrətvericidir: Döndükdən sonra quşlar yuvalarını təmizləyər, cütləşər və oktyabrın son on günü boyunca yalnız yumurtlayarlar. İki ay sonra kiçik balalar yumurtadan çıxar, sürətlə böyüyər və valideynləri o böyük səfərlərinə çıxana qədər üç ay bəslənərlər. İki həftə sonra isə; yəni aprel ayının ortalarında, gənc quşların öz dövrlərinə başlamaq üzrə qanadlanma sıraları gəlmişdir. Heç bir bələdçiləri olmadan, yuxarıda izah edilən marşrutun eynisini izləyərlər. Bunun açıqlaması çox dəqiqdir: Bu quşlar yumurtanın içindəki irsi xüsusiyyətləri köçürən təchizat içində, belə bir səfər üçün lazımlı olan bütün təlimatlara sahib olmalıdırlar. Bəzi insanlar, bu quşların gedib qayıtma səfərləri boyunca Günəş və ulduzlar tərəfindən və ya yolları üzərində hakim olan küləklərlə istiqamətləndirildiklərini iddia edə bilərlər. Ancaq bu faktorların, səfərin coğrafi və xronoloji müəyyənliyinə təsir etmədiyi aydındır.124
Prof. Peter Berthold, quş köçünü 20 il araşdırmış məşhur araşdırmaçı və eyni zamanda Almaniyadakı Maks Plank İnstitutunun Vogelwarte Radolfzell Ornitoloji (Quş elmi) Araşdırma mərkəzinin başçısıdır. Quşların köçləri ilə əlaqədar bunları ifadə etməkdədir:
Hər il təxminən 50 milyard quş bütün dünyanı əhatə edən bir yol şəbəkəsi içərisində köç səfərini reallaşdırmaqdadır. Bəzən on minlərlə kilometr yol qət edərək, qitələrdən və okeanlardan keçən köçəri quşlar bu işi elə yaxşı edərlər ki, ən geniş çöllərdən və dənizlərdən, ən yüksək dağlar və buz sahələrindən çarpazlama keçərlər... Köçəri quşların müvəffəqiyyətli köç üçün əhatəli, detallı və doğuşdan gələn “kosmos-zaman” proqramları vardır. Bu tərz proqramlaşdırma çox açıq bir şəkildə gənc və təcrübəsiz quşların belə, yetkinlərin bələdçiliyi olmadan köç etmələrini mümkün edər... Quşlar bunu “vektor naviqasiya” sayəsində edərlər: Genetik olaraq əvvəldən qərarlaşdırılmış köç istiqaməti və yenə əvvəldən qərarlaşdırılmış zaman planından ibarət olan vektora baxaraq bunu edərlər... Bunu başlama zamanlarının genetik faktorlarla proqramlaşdırılması təqib edər. Görəsən quşlar özlərinə xas qışlama yerlərinə çata bilmələri üçün köç etmələri lazım olan istiqaməti necə bilməkdədirlər?.. Köçəri quşlar təcrübə qəfəsləri ilə başlama nöqtələrindən başqa bir yerə aparılsalar və daha əvvəl heç köç etməmiş olsalar belə, olduqca maraqlı bir şəkildə normal köçəri quşlarınkına praktik mənada bənzər bir şəkildə istiqamət seçimlərini sərgiləmişlər. İndi bu silsilə təcrübə, köç istiqamətinin genetik olaraq qərarlaşdırılmış olduğunun dəlilini təqdim etməkdədir... Aydın olan bu yönlü dəyişikliklər əsasən daxili olaraq proqramlaşdırılmışdır.... Doğuşdan sahib olduqları köç fəaliyyəti modeli ilə quşlar, genetik olaraq qərarlaşdırılmış bir köç proqramına sahib olarlar. Bu proqram, genetik olaraq qərarlaşdırılmış köç istiqamətləri ilə birləşdiyində, yuxarıda bəhs edildiyi kimi ən təcrübəsiz quşlar belə, əvvəldən bilməyəcəkləri qışlama yerlərinə hələ ilk dəfə köç edərkən belə onları “avtomatik olaraq” istiqamətləndirməkdədir.125
Ən çox zədə dözən təyyarələrdən olan Moskito təyyarələri kontrplak lövhələrinin sıxışdırılması ilə istehsal olunmuşdur.
Nəticə olaraq, elm adamları tam olaraq izah gətirə bilməməklə birlikdə, köçlərin əvvəldən proqramlaşdırılmış, doğuşdan etibarən var olan davranışlar olduğunu qəbul etməkdədirlər. Minlərlə kilometr sürən uçuşlar, bu uçuşlar üçün əvvəldən edilən hazırlıqlar, uçuş sırasındakı istiqamət tapma və naviqasiya qabiliyyətləri, bütün bunlar ayədə də diqqət çəkildiyi kimi Uca Rəbbimizin vəhyi ilə reallaşmaqdadır. Quranda verilən bütün məlumatların elmi təsdiqi, Quranın bu elmləri yaradan Allahın vəhyi olduğunu göstərən əhəmiyyətli dəlillərdən biridir.
Süni yolla əldə edilə bilməyən ağac və od möcüzəsi
Ağacın quruluşunu təşkil edən əsas kimyəvi maddələrdən biri “liqnosellüloza”dır. Bu maddə oduncağa möhkəmlik verən “liqnin” və “sellüloza” adlı maddələrin qarışığından ibarətdir.
Ağacın quruluşunu təşkil edən əsas kimyəvi maddələrdən biri “liqnosellüloza”dır. Bu maddə oduncağa möhkəmlik verən “liqnin” və “sellüloza” adlı maddələrin qarışığından ibarətdir. Ağacın kimyəvi quruluşu araşdırıldıqda onun 50% sellüloza, 25% hemisellüloza və 25% liqnindən əmələ gəldiyi görünür. Bu maddələrin kimyəvi formullarına baxdıqda isə onların tərkibində üç həyati kimyəvi elementə rast gəlinir: hidrogen, oksigen və karbon.
Hidrogen, oksigen və karbon elementləri təbiətdəki milyonlarla maddənin tikinti daşlarıdır. Lakin bu üç əsas element bir araya gələrək, Allahın bir möcüzəsi olaraq bitkilərin quruluşundakı “liqnosellüloza”nı əmələ gətirir. Elm adamları lazımi materiallara sahib olsalar da, bitkinin quruluşundakı bu xüsusi maddəni istehsal edə bilmirlər. Təbiətdə bol olan bu elementləri asanlıqla əldə edə bilmələrinə, üstəlik qarşılarında ağac nümunəsi olmasına baxmayaraq, elm adamları süni yolla bir parça oduncaq belə yarada bilmirlər. Halbuki ətrafımızda gördüyümüz bütün ağaclar havadakı oksigen və karbonu, su və günəş işığını birləşdirərək yer üzündə var olduqları vaxtdan bəri milyonlarla ildir ki, bu birləşməni fasiləsiz hazırlayırlar.
Digər tərəfdən, liqnosellüloza maddəsinin tərkib hissələrindən biri H2O formulu ilə ifadə olunan sudur. Taxtanın tərkibində kifayət qədər çox su olmasına baxmayaraq, onun ən asan yanan materiallardan biri olması çox xüsusi haldır. Yuxarıdakı ayədə ağacın insan tərəfindən düzəldilə bilməyəcəyinə odun yandırılması ilə birlikdə diqqət çəkilməsi də son dərəcə hikmətlidir. Su ilə birlikdə sahib olduğu digər komponentlər sayəsində ağac odun ən mühüm yanacaqlarından biridir.
Elm dünyasının mühüm tədqiqat sahələrindən olan ağaclar elm adamları üçün bir çox mövzuda ilham mənbəyidir və onların yaradılışındakı təfərrüatlar hələ də anlaşılmağa çalışılır. Ağacı təşkil edən hüceyrələrin mürəkkəb quruluşu inkişaf edən texnologiyaya və intensiv tədqiqatlara baxmayaraq, hələ tam anlaşılmayıb. Dünyanın aparıcı meşəçilik tədqiqat mərkəzlərindən olan Böyük Britaniya Meşəçilik Komissiyası “Oduncaq liflərinin kimyası və quruluşu haqqında məlumatların çatışmazlığı” başlığı altında bu ifadələrə yer verir:
Plant Physiology (Bitki fiziologiyası) adlı elmi nəşrdə isə “Our Understanding of How Wood Develops is not Complete” (Oduncağın necə inkişaf etdiyi barədə anlayışımız tam deyil) başlığı altında elm adamlarının bu mövzudakı məhdud bilgisi belə ifadə olunur:
Annals of Botany (Botanika illiyi) adlı başqa bir elmi nəşrdə də oduncağın yaradılışındakı fövqəladəlik belə vurğulanır:
Ağacın yaradılışındakı bu təfərrüatlar, Allahın Vaqiə surəsində bildirdiyi kimi, ağacın insan əli ilə düzəldilə bilməyəcəyini xatırladır. İnsanlar tərəfindən süni yolla istehsal edilməsi mümkün olmayan ağacın təqlid edilə bilməyən cəhətlərindən yalnız bir neçəsi bunlardır:
Davamlı material kimi taxta
Ağacın bərk və davamlı quruluşu tərkibindəki sellüloza lifləri sayəsində yaranır. Çünki sellüloza bərk və suda həll olmayan bir maddədir. Taxtanın tikintidə istifadəsini sərfəli edən də sellülozanın bu xüsusiyyətidir. Sellülozanın “dartıla bilən və bənzəri olmayan” material olması taxta binaların əsrlərlə ayaqda qalmasını təmin edir. Bundan başqa, sellülozanın bu xüsusiyyəti sayəsində taxta binaların, körpülərin, mebellərin və bir çox alətin hazırlanmasında digər bütün materiallardan daha çox istifadə olunur.
Taxta ucbauc birləşmiş uzun, içi boş hüceyrələrin yaratdığı paralel sütunlardan ibarətdir. Onların ətrafına isə spiral şəklində “sellüloza” lifləri sarınıb. Bundan əlavə, bu hüceyrələr mürəkkəb polimer quruluşlu qatrandan ibarət “liqnin” maddəsinin içindədir. Spiral şəklində sarınmış bu təbəqələr hüceyrə divarının ümumi qalınlığının 80%-ni təşkil edir və əsas yükü daşıyan hissədir. Bir taxta hüceyrəsi içəri çökdükdə, onu əhatə edən hüceyrələrdən qoparaq zərbənin enerjisini udur. Çöküntülər liflər boyunca uzun bir çat yaratsa da, taxta pozulmadan qalır. Beləliklə, taxta sınıq olsa belə, müəyyən miqdarda yükü daşıya biləcək gücdə olur.
Aşağı sürətli zərbələrin enerjisini udaraq yaranacaq zədəni azaltması baxımından da taxta mühüm material hesab olunur. İkinci Dünya müharibəsində “Mosquito” kimi tanınan təyyarələrin materialında taxtanın fanera təbəqələri arasında sıxışdırılması ilə o dövrə qədər zədəyə ən davamlı təyyarələr hazırlanmışdı. Taxtanın bərkliyi və davamlılığı ona həm də təhlükəsiz material keyfiyyəti qazandırır. Çünki taxta sınarkən çatın inkişafı kənardan müşahidə ediləcək qədər yavaş bir sınma prosesində baş verir və bu xüsusiyyət insanlara tədbir görmək üçün vaxt qazandırır.
Taxtanın quruluşu nümunə götürülərək hazırlanan bir material bu gün istifadə olunan digər sintetik materiallardan 50 dəfə çox davamlılıq göstərir. Taxtanın bu xüsusi quruluşu bu gün də güllə və bomba kimi yüksək sürətli və güclü dağıdıcı hissəciklərə qarşı qoruma təmin etmək üçün hazırlanan maddələrdə təqlid edilir. Lakin elm adamlarının bir oduncaq parçasını bütün xüsusiyyətləri ilə təqlid etməsi heç vaxt mümkün olmur. Ağacın yaradılışındakı hər təfərrüat — təbəqələrin incəliyi, sıxlığı, damarların sayı, düzülüşü, tərkibindəki maddələr — bu davamlılığı təmin etmək üçün xüsusi olaraq yaradılıb.
Suyu cazibə qüvvəsinə qarşı metrlərlə yuxarı daşıyan hidrofor sistemi
Ağacın oduncaq hissəsində “ksilem” adlanan kanallar var. Oduncaq boruları da adlanan ksilem toxuması cansız hüceyrələrin üst-üstə düzülməsi və zamanla nüvə və sitoplazmalarını itirməsi ilə əmələ gəlir. Hüceyrələr arasındakı eninə pərdələr əriyib yox olduqda, nazik boru şəklində oduncaq boruları yaranır.
Torpağın dərinliklərinə yayılmış köklər bitkinin ehtiyac duyduğu su və mineralları bu toxumalar vasitəsilə yuxarı daşıyır və yarpaqlara qədər çatdırır. Köklərin torpaqdakı suyu sorması sanki qazma texnikasını xatırladır. Köklərin suyu çəkmə prosesini başladacaq gücü təmin edən motoru yoxdur. Suyu və mineralları metrlərlə uzunluqdakı gövdəyə vuracaq texniki avadanlıqları da yoxdur. Amma köklər çox geniş sahəyə yayılaraq torpağın dərinliklərindəki suyu çəkə bilirlər.
Bitkinin qüsursuz şəkildə yerinə yetirdiyi bu daşınma əslində son dərəcə mürəkkəb prosesdir. Belə ki, bu sistem texnologiya və kosmos əsrinə çatdığımız bu gün belə tam anlaşılmış deyil. Ağaclardakı bir növ “hidrofor sistemi”nin varlığı təxminən iki əsr əvvəl kəşf edilib. Lakin suyun cazibə qüvvəsinə zidd olan bu hərəkətinin necə baş verdiyinə dəqiq izah verilə bilməyib. Belə kiçik bir sahəyə sığdırılmış bu üstün texnologiya, bu sistemi yaradan Rəbbimizin bənzərsiz elmini göstərən nümunələrdən yalnız biridir. Ağaclardakı daşınma sistemlərini də kainatdakı hər şey kimi Allah yaradıb.
Torpaqdan mineralları seçə bilən köklər: bitki kökü
Bitkilər ehtiyac duyduqları kalium, fosfor, kalsium, maqnezium, kükürd kimi bütün mineral qidaları torpaqdan alırlar. Bu maddələr torpaqda tək halda olmadığı üçün bitki onları ion (müsbət və ya mənfi yüklü atom) şəklində sorur. Torpaq məhlulundakı çoxsaylı qeyri-üzvi ionlar arasından bitkilər yalnız ehtiyac duyduqları 14-nü götürürlər.
Bitki hüceyrələrinin içindəki ionların sıxlığı torpaqdakı ionların sıxlığından 1000 dəfə çoxdur. Normal şəraitdə maddə axını yüksək sıxlıqlı bölgədən sıxlığı az olan bölgəyə doğru baş verir. Lakin köklərdə müşahidə olunan tam əks vəziyyətə baxmayaraq, torpaqdakı ionlar kök hüceyrələrindən asanlıqla keçir.
Təzyiq sisteminin əksinə işləyən bu vəziyyət səbəbindən bitki vurma prosesində çox enerji sərf edir. Üstəlik, bitki köklərinin torpaqdan ion qəbul etməsində yalnız istənilən ionları çəkən və istənilməyənləri geri itələyən bir tanıma sisteminin də olması lazımdır. Bu da kök hüceyrələrindəki ion nasoslarının sadəcə adi nasoslar olmadığını, ionları seçmə xüsusiyyətinə də malik olduqlarını göstərir. Bitki kökündəki hüceyrələrin ağıl və şüurdan məhrum atom yığınları olduğunu düşünsək, ion seçmə prosesinin nə qədər fövqəladə bir hadisə olduğu daha yaxşı anlaşılar.
Miniatür fabrikdəki üstün texnologiya: fotosintez
Ağacın yalnız oduncaq və ya kök hissəsi deyil, yarpaqları da bugünkü texnologiya ilə belə süni yolla əldə edilə bilmir. Yarpağı təqlidedilməz edən xüsusiyyətlərin başında, şübhəsiz ki, fotosintez etmə qabiliyyəti gəlir. Elm adamlarının hələ tam anlaya bilmədiyi sistemlərdən biri olan fotosintez bitkilərin öz qidalarını özlərinin istehsal etməsi kimi də xülasə edilə bilər. Bitki hüceyrələri günəş enerjisini birbaşa istifadə edə bilən quruluşlar sayəsində Günəşdən gələn enerjini mürəkkəb proseslər nəticəsində insan və heyvanların qida kimi istifadə edə biləcəyi enerji şəklində saxlayır. Bundan başqa, ağacda toplanmış fotosintetik enerji yanma zamanı da üzə çıxır. Məsələn, evinizi isitmək üçün yanan ağacdan çıxan enerji əslində ağacın formalaşması zamanı Günəşdən gələn enerjidir.
Miniatür bir fabrik kimi işləyən fotosintez sistemi bitki hüceyrəsində yerləşən və bitkiyə yaşıl rəngini verən “xloroplast” adlı orqanoiddə baş verir. Xloroplastlar millimetrin mində biri böyüklüyündədir, buna görə də yalnız mikroskopla müşahidə edilə bilir. Günəş işığı yarpağın üzərinə düşdükdə yarpaqdakı təbəqələr boyunca irəliləyir. Yarpaq hüceyrələrindəki xloroplast orqanoidlərinin içindəki xlorofillər bu işığın enerjisini kimyəvi enerjiyə çevirir. Bu kimyəvi enerjini əldə edən bitki isə onu dərhal qida istehsalında istifadə edir. Bir neçə cümlədə xülasə olunan bu məlumatı elm adamlarının əldə etməsi XX əsrin ortalarına qədər çəkib. Fotosintez prosesini izah etmək üçün səhifələrlə reaksiya zəncirləri yazılır. Lakin bu zəncirlərdə hələ də naməlum halqalar var. Halbuki bitkilər yüz milyonlarla ildir bu prosesləri heç yanılmadan həyata keçirərək Yer üzünə oksigen və qida təmin edirlər.
Ağacı təşkil edən tək bir hüceyrənin belə süni yolla yaradıla bilməməsi, insanın ağacın ölü hüceyrələri qarşısında əlindəki bütün imkanlara baxmayaraq aciz qalması üstün bir Yaradanın varlığını göstərir. Ağacların haqqında cildlərlə kitab yazıla biləcək xüsusiyyətləri, elm adamlarına ilham verən saysız cəhətləri ağacın yaradılışındakı üstün elmi və ağlı nümayiş etdirir. Ağacda təzahür edən bu elm və ağıl hər şeyi yaradan və hər şeyin yeganə Hakimi olan Uca Allaha aiddir.
Canlıların kopyalanması
Yuxarıdakı ayədə “kəsmək, qoparmaq” mənasını verən “bəttəkə” felindən törəmiş “yubəttikunnə” ifadəsi keçir.
Yuxarıdakı ayədə “kəsmək, qoparmaq” mənasını verən “bəttəkə” felindən törəmiş “yubəttikunnə” ifadəsi keçir. Ayədəki “yuğayyirunnə” ifadəsi isə “başqalaşdırmaq, dəyişdirmək, bir şeyi ilk şəklindən pozub dəyişdirmək” mənalarını verən “ğayyərə” felindən törəyib. Hər iki felin sonunda təkid bildirən “nun” hərfi var; beləliklə ayədəki fellərə qətiyyət mənası qatılıb. Nisa surəsinin 119-cu ayəsindəki bu ifadələr nəzərə alındıqda, bir tərəfdən canlıların kopyalanması və ya klonlanması kimi tanınan elmi işlərə işarə edilir. (Doğrusunu Allah bilir) Çünki klonlama təcrübələri adətən kopyalanacaq heyvanın qulağından götürülən hüceyrələrlə həyata keçirilir. Başqa sözlə, məhz ayədə diqqət çəkildiyi kimi, “heyvanların qulağından kəsilən” toxuma nümunəsindən hüceyrə götürülərək kopya canlı istehsal olunur.
Almaniya Federal Kənd Təsərrüfatı Tədqiqat Mərkəzinin Heyvandarlıq İnstitutunun bir hesabatında bu məlumatlar yer alır:
Qulaq toxumasından nümunə götürülərək kopyalanan canlılarla bağlı xəbərlərdən bir qismi belədir:
Reuters agentliyinin 1 may 2002-ci il tarixli hesabatına görə, Braziliyada San-Paulu Universitetində çalışan baytar-tədqiqatçı Joze Visintin bu ölkədə ilk dəfə yetkin bir buzovun qulağından götürdükləri hüceyrələrdən istifadə edərək klonlanmış embrionlar istehsal etdi.
BBC-nin xəbərinə görə, Cənubi Koreya elm adamları üç yaşlı bir Əfqan tazısının qulağından götürülən hüceyrə ilə Snuppi adlı bir iti klonladılar. Seul Milli Universitetinin tədqiqatçıları qulaqdan götürülən hüceyrələrdəki genetik materialı çıxararaq onu boş bir yumurta hüceyrəsinə yerləşdirdilər. Daha sonra bu hüceyrə bölünməyə təhrik edilərək embrion istehsal olundu.
BBC-nin başqa bir xəbərində isə Fransada Milli Aqrar Elmlər Tədqiqat Mərkəzində doktor Jan-Pol Renar və həmkarlarının apardığı tədqiqatlarda yetkin bir buzovdan götürülən qulaq hüceyrələrindən istifadə edilərək yeni bir klon istehsal edildiyi bildirildi.
İnsan Genomu Layihəsinin rəsmi saytında verilən məlumata görə, 2002-ci ilin fevralında Advanced Cell Technology (ACT) adlı biotexnologiya şirkətinin elm adamları donor buzovun qulağından götürdükləri dəri hüceyrələrindən istifadə edərək buzov embrionu klonlama sınaqları apardılar.
Associated Press agentliyinin 24 yanvar 2000-ci il tarixli xəbərində Yapon elm adamlarının ilk dəfə iribuynuzlu bir heyvanı — ikinci nəsil buğanı klonladıqları bildirildi. İkinci nəsil klonlama zamanı birinci nəsil klonlanmış buğa hələ dörd aylıq ikən onun qulaq dərisinə aid toxumalardan nümunələr götürüldü. Bu hüceyrələr nüvəsi çıxarılmış mayalanmamış bir yumurta ilə birləşdirildi.
Genetika, embriologiya kimi elm sahələrinin olmadığı bir dövrdə Quranda canlıların yaradılışındakı nizamın dəyişdirilməsinə “qulaq kəsmə” ifadəsi ilə birlikdə diqqət çəkilməsi Quranın zamandan münəzzəh olan Rəbbimizin dərgahından olduğunu göstərir. Bundan başqa, ayənin sonunda həmin şəxslərin Allahın yaratdıqlarını dəyişdirdikdə ziyana uğrayacaqları da bildirilir. Deməli, ayədə bu cəhətdən klonlama işlərinin insanlar üçün müxtəlif problemlər doğuracağına da işarə edilir. (Doğrusunu Allah bilir) Həqiqətən, Yuta Universitetinin Genetika Elmi Tədris Mərkəzinin açıqlamalarında bu məlumatlar yer alır:
İnsan Genomu Layihəsinin rəsmi internet səhifəsində verilən məlumatlar isə belədir:
Klonlama təcrübələri ilə ortaya çıxan risklər ümumi şəkildə belədir:
1) Yüksək uğursuzluq nisbəti: Uğur nisbəti cəmi 0,1–3% təşkil edir. Bu, hər 1000 cəhddə 970–999 uğursuzluq deməkdir.
2) İnkişaf zamanı problemlər: Klonlanıb sağ qalan heyvanların orqanları çox vaxt surəti çıxarıldıqları heyvanlara nisbətən anormal dərəcədə böyük olur. Bu da tənəffüs və qan dövranı problemlərinə, sağlam olmayan böyrək və beyin quruluşlarına, pozulmuş müdafiə sistemlərinə yol aça bilər.
3) Anormal gen oxunma qaydası: Klonlar orijinalları ilə eyni DNT-yə sahib olsalar da, klondakı hüceyrə nüvəsi təbii embriondakı ilə eyni proqrama malik deyil. Başqa sözlə, klonun DNT-si normal inkişaf üçün lazım olan doğru genlərin doğru vaxtda oxunmasını həyata keçirə bilmir. Məsələn, sinir, sümük, qan, dəri kimi hər hüceyrə növü üçün fərqli proqram var; lakin klon embrionun genetik proqramları təbii embriondakı kimi sağlam işləmir.
4) Telomer fərqləri: Hüceyrələr bölünərkən xromosomları qısalır. Buna səbəb olan və “telomer” adlanan, xromosomun hər iki ucundakı DNT ardıcıllıqları hər DNT surətinin çıxarılması zamanı qısalır. Heyvan yaşlandıqca qocalığın təbii nəticəsi olaraq telomer də qısalır. Buna görə də kopyalanan canlının xromosomları elə doğulduğu andan qocalmış kimi qısa olur.
Kopyalama təcrübələrində canlı hüceyrənin genetik materialından istifadə edilir, lakin mayalanma süni üsullarla həyata keçirilir. Bu üsullarla Allahın yaratdığı çoxalma mexanizmi pozulur və diaqnoz qoyula bilməyən xəstəliklər, anormal inkişaf pozğunluqları və erkən ölümlərlə qarşılaşılır. Elm adamlarının kopyalama edəcəklərinə və bunun müxtəlif çətinliklərə yol açacağına 1400 il əvvəldən diqqət çəkilməsi Quranın İlahi kitab olduğunu açıq şəkildə ortaya qoyur.