Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDAEL

Quran Möcüzələri: Sağlamlıq və qida

Mündəricat
  1. Kainat
  2. Yer kürəsi
  3. Canlılar aləmi
  4. İnsan
  5. Sağlamlıq və qida
  6. Gələcək xəbərləri
  7. Tarix
  8. Rəqəmlər və üslub
  9. Qeydlər

Ürəklərin Allahın zıkrı ilə sakıtləşməsi

ABŞ-ın Beynəlxalq Səhiyyə Tədqiqatları Mərkəzində Devid B.Larson və onun qrupu tərəfindən dindar və dinə inanmayan amerikalılar arasında müqayisəli təhlil yolu ilə aparılmış araşdırmalar çox təəccübləndirici nəticələr verib.

ABŞ-ın Beynəlxalq Səhiyyə Tədqiqatları Mərkəzində Devid B.Larson və onun qrupu tərəfindən dindar və dinə inanmayan amerikalılar arasında müqayisəli təhlil yolu ilə aparılmış araşdırmalar çox təəccübləndirici nəticələr verib. Məsələn, dinə meyilliliyi zəif olan və ya dinlə heç bir əlaqəsi olmayan insanlarla müqayisədə dindarların ürək xəstəliklərinə 60 faiz daha az tutulması, dindarlarda intihar hallarının 100 faiz aşağı olması, onların qan təzyiqinə daha az nisbətdə məruz qalması, siqaret çəkənlər arasında bunun 7-nin 1-ə nisbətdə olması kimi nəticələr ortaya çıxıb.178

Təbabət dünyasının vacib elmi mənbələrindən sayılan «Tibdə beynəlxalq psixiatriya» jurnalında nəşr edilən bir tədqiqatda özlərini inancsız kimi tanıdan şəxslərin həm xəstəliklərə daha çox tutulduğu, həm də ömürlərinin qısa olduğu bildirilir. Araşdırmanın nəticələrinə görə, inancsız insanların mədə-bağırsaq xəstəliklərinə yoluxma ehtimalı inanclı insanlara nisbətən iki dəfə, tənəffüs xəstəliklərindən ölməsi hallarının isə 66 faiz çox olduğu ortaya çıxıb.

Psixoloqlar buna oxşar faktları, əsasən, “psixoloji təsir” amili ilə izah edirlər. Bunun mənası isə belə açıqlanır ki, dini inanc insanların mənəviyyatını yüksəldir və mənəviyyat da əxlaqa təsir edir.

Bu açıqlamanın real və haqlı tərəflərinin olması mümkündür, ancaq məsələ dərindən tədqiq ediləndə daha diqqət çəkici bir nəticə hasil olur. Allaha olan inanc hər hansı bir başqa əxlaqi vəziyyətdən, mənəviyyatdan daha güclüdür. Harvard Universiteti (ABŞ) Tibb Fakültəsinin doktoru Herbert Bensonun dini inancla fiziki sağlamlıq arasındakı əlaqəni tədqiq edən geniş araşdırmaları bu mövzu ilə bağlı diqqət çəkici nəticələr vermişdir. H.Benson özü inancsız bir insan olsa da, o, öz tədqiqatlarında belə qənaətə gəlmişdir ki, Allaha olan inanc və ibadət insan səhhətinə başqa heç nə ilə müqayisə edilməyəcək dərəcədə müsbət təsir göstərir. Benson “heç bir inamın zehnə Allaha olan inam kimi rahatlıq vermədiyi” nəticəsinə gəldiyini açıqlamışdır.179

Niyə imanla insan ruhu və bədəni arasında belə bir xüsusi əlaqə var? Bensonun gəldiyi nəticə onun elə öz ifadəsi ilə desək, “insan bədəninin və zehninin Allaha iman gətirməyə görə mütənasib” olması faktının təsdiqidir.180

«Təbabətin yavaş-yavaş öyrənməyə başladığı bu həqiqət Quranda “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapır!” ayəsi ilə xəbər verilmiş bir sirdir. Allaha inanan, Ona dua edən, Ona güvənən insanların başqalarından həm ruhən, həm də cismən daha sağlam olmasının əsas səbəbi onların yaradılışlarına uyğun davranmasıdır. İnsanın yaradılışına zidd olan fəlsəfə və sistemlər insanlara həmişə əzab, hüzn, sıxıntı və əziyyət gətirir.»

«Rəd» surəsi, 28

Müasir təbabət yuxarıda haqqında qısa da olsa danışdığımız kəşflərin işığında bu həqiqətə çatmaq yolundadır. Patrik Qlinin ifadəsi ilə desək, müasir təbabət müalicənin maddi üsullardan başqa da yollarının olması həqiqətini qəbul etmək yolunda inkişaf edir.181

Bağışlamaq və onun sağlamlığa faydası

Quranda tövsiyə edilən gözəl əxlaqi xüsusiyyətlərdən biri də əfv etmək və bağışlamaqdır.

Quranda tövsiyə edilən gözəl əxlaqi xüsusiyyətlərdən biri də əfv etmək və bağışlamaqdır.

«Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!»

«Əraf» surəsi, 199

«Allah başqa bir ayədə isə belə buyurur:

«Əfv edib, xoş qəbul etsinlər! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayandır, rəhm edəndir!»

«Nur» surəsi, 22

Quran əxlaqından uzaq yaşayan insanlar üçün bağışlamaq da çox çətindir. Çünki buraxılan bir səhvə görə dərhal əsəbiləşirlər. Ancaq Allah möminlərə bağışlamağın daha gözəl bir davranış olduğunu bildirir:

«Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə, hər kəs bağışlasa və barışsa, onun mükafatı Allaha aiddir...»

«Şura» surəsi, 40

«...Onları əvf etsəniz, təqsirlərindən keçsəniz və bağışlasanız, daha yaxşı olar. Çünki Allah bağışlayandır, rəhm edəndir!»

«Təğabun» surəsi, 14

Quranda «Əlbəttə, hər kəs səbir edib bağışlasa, onun bu hərəkəti çox bəyənilən əməllərdəndir!» («Şura» surəsi, 43) ayəsi ilə də bağışlamağın təqdirəlayiq bir əxlaqi xüsusiyyət olduğu xəbər verilir. Dolayısilə, möminlər bağışlayan, mərhəmətli, xoşrəftar davrananlardır və Quranda bildirildiyi kimi, onlar qəzəblərini udarlar və insanların günahlarından keçərlər. Kuran'da "Kim sabreder ve bağışlarsa, şüphesiz bu, azme değer işlerdendir." ayetiyle de affetmenin üstün bir ahlak özelliği olduğu haber verilmektedir. Dolayısıyla müminler affedici, merhametli, hoşgörülü davrananlar ve Kuran'da bildirildiği gibi onlar, "öfkelerini yenenler ve insanlar(daki hakların)dan bağışlama ile (vaz)geçenlerdir." («Ali-İmran» surəsi, 134)

Möminlərin bağışlamaq anlayışı Quran əxlaqı üzrə yaşamayan insanların bu anlayışından çox fərqlidir. Bəzi adamlar qarşılarındakı adamı bağışladıqlarını desələr də, həmin adamların ürəyinin kin-küdurətdən xilas olması uzun müddət davam edir. Onların davranışı, ümumiyyətlə, bu xislətlərini əks etdirəcək şəkildə olur. Möminlər isə səmimi şəkildə bağışlayar. Möminlər insanın dünyada imtahanda olan, səhv edərək öyrənən bir məxluq olduğunu bildiyi üçün mülayim və şəfqətlidir. Həmçinin möminlər tamamilə haqlı olduqları və qarşı tərəfin tamamilə haqsız olduğu bir vəziyyətdə də tərəddüdsüz bağışlaya bilirlər. Bağışlamaq üçün hər hansı bir səhvin böyüklüyünə və ya kiçikliyinə görə fərq qoymazlar. Bir adam səhv edərək böyük itkiyə səbəb ola bilər. Ancaq baş verən hər hadisənin Allahın nəzarətində və bir tale daxilində cərəyan etdiyini bilən möminlər bu cür hadisə qarşısında təvəkküllə hərəkət edir və əsəbi hallara düşmürlər.

Amerikalı alimlərin bir müddət əvvəl apardığı tədqiqatların nəticələri bağışlamağı bacaran insanların başqalarına nisbətən həm ruhən, həm də fiziki cəhətdən daha sağlam olduğunu göstərdi. Stenford Universitetinin (ABŞ) alimi Frederik Luskin və onun əməkdaşları San-Fransisko (ABŞ) şəhərində yaşayan 259 nəfər üzərində tədqiqat aparıb. Alimlər təcrübədə iştirak üçün razılıq verən həmin adamları 6 dəfə 1,5 saatlıq görüşlərə dəvət edib. Onlar bu söhbətlər zamanı həmin adamlara bağışlamağı öyrətməyi qarşılarına məqsəd qoymuşdular. Təcrübədə iştirak edən şəxslər onlara xətəri toxunanları bağışlayandan sonra daha az əziyyət çəkdiyini bildiriblər. Aparılan tədqiqatlar göstərib ki, bağışlamağı öyrənənlər özlərini təkcə mənəvi cəhətdən yox, fiziki cəhətdən də daha rahat hiss edirlər. Məsələn, təcrübə nəticəsində stressdən yaranan bel ağrısı, yuxusuzluq və mədə ağrısı kimi ruhi və fiziki əlamətlərin də həmin adamlarda əhəmiyyətli səviyyədə azaldığı müəyyən edilib.

Stenford Universitetində «Rəhbərlik və sağlamlıq psixologiyası» sahəsində doktorluq dissertasiyası müdafiə edən Frederik Luskin «Yaxşılıq üçün bağışlayın» («Forgive for Good») adlı kitabının təqdimatında bağışlamaq haqqında «Bu, sağlamlıq və xoşbəxtlik üçün sübut olunmuş bir reseptdir» ifadəsini işlətmişdi. Bu kitabda bağışlamağın əsəbiliyi, əziyyəti, stressi və depressiyanı azaldaraq ümid, səbir və özünəinam kimi müsbət ruh halətini yaşamağı təlqin etməsindən bəhs olunur. Dr. Luskinə görə, uzunmüddətli əsəbilik insanların fiziki sağlamlığına da gözlə görünə bilən mənfi təsir göstərir. Dr. Luskin bununla bağlı yazır:

«Uzunmüddətli və ya davam edən əsəbin zərəri bədən daxilindəki termostatı sıfırlamasıdır. Əgər özünüzü davamlı olaraq hətta aşağı səviyyəli əsəbə də öyrəşdirsəniz, nəyin normal olduğunu ayırd edə bilməyəcəksiniz. İnsanların vərdiş halına gətirəcəyi əsəbilik bir növ adrenalin hücumuna səbəb ola bilər. Bədəni yandırar və sağlam fikirləşməyi çətinləşdirər, bu da vəziyyəti daha da pisləşdirər».182

Dr. Luskin əsəb və stress zamanı bədən müəyyən fermentlər ifraz etdiyi üçün xolesterol və təzyiqin qalxdığını, bunların da bədənin uzunmüddətli məruz qalmaması zəruri olan bir vəziyyət yaratdığını bildirir.183

«Healing Currents Magazine» jurnalının 1996-cı ilin sentyabr-oktyabr sayında dərc olunan «Bağışlamaq» adlı məqalədə isə bir şəxslə, ya da bir hadisə ilə bağlı yaşanan əsəbi vəziyyətin insanlarda mənfi hisslərə səbəb olduğunu, onun ruhi tarazlığına, hətta fiziki sağlamlığına mənfi təsir göstərdiyi bildirilir.184 Adıçəkilən məqalədə insanların əsəbə görə yaşadığı mənfi hallardan, zaman ötdükcə fərqinə vardıqları və pozulan əlaqələrini bərpa etmək, problemləri çözmək üçün bağışlamağa qərar verməsindən də bəhs olunur. Bildirilir ki, insanlar yaşadıqları əsəbi haldan sonra dəyərli vaxtlarını və həyatlarını bundan sonra əsəb içində keçirmək istəmir, buna görə də özlərini və başqalarını bağışlamaq yolunu seçirlər.185

Digər tərəfdən, 1500 adamı əhatə edən bir araşdırmada dininə bağlı olan insanlarda stress, depressiya və əqli xəstəliklərin daha az olduğu müşahidə edilmişdir. Tədqiqatı aparan dr. Herbert Benson bunu dinlərin bağışlamaq hissini təşviq etməsi ilə əlaqələndirir:

«Dinlər insanlara başqalarını bağışlamağı tövsiyə edir. Buna görə də dini inancı olanlar çətinliklərini ürəyində saxlamır və həyata daha asan uyğunlaşırlar. Bu da onların depressiya və stress kimi narahatlıqla daha az üzləşməsini təmin edir».186

Harvard Gazetesi

«Harvard» qəzetində dərc olunan «Əsəb ürəyinizin düşmənidir» adlı məqalədə yer alan məlumatlara görə, əsəbiləşmək ürəyə son dərəcə ziyandır. Tibb sahəsində asisstent-professor İçiro Kavaçi və həmkarları bu həqiqəti müxtəlif test və hesablamalarla elmi cəhətdən sübut edib. Alimlər araşdırmalar nəticəsində xaraktercə əsəbi olan yaşlıların ürək xəstəlikləri riskinə daha sakit həmyaşıdları ilə müqayisədə üç dəfə çox məruz qaldıqlarını müəyyən ediblər. İ.Kavaçiyə görə, «Bərk əsəbilik və əşyaları qırmaq, ya da bir adamla dalaşarkən ona zərər vermək istəyi bu riski artırır».187 Çünki əsəbilik zamanı stress hormonları çoxalır ki, bu da ürək əzələləri hüceyrələrinin daha çox oksigenə ehtiyac duymasına və qandakı trombositlərin yapışqanlılığının artaraq laxtalanmağa yol açmasına səbəb olurlar. Bu da ürəyin sağlamlığına mənfi təsir göstərir.188 Həmçinin əsəbilik zamanı ürək döyüntüləri normanı aşır və damarlarda qan təzyiqinin yüksəlməsinə, dolayısilə, infarkt riskinin artmasına səbəb olur. Tədqiqatçılara görə, əsəb və düşmənçilik hissi qanda infeksiya ilə bağlı proteinlərin istehsalını da sürətləndirə bilər. «Psixosomik təbabət» («Psychosomatic Medicine») adlı jurnalda həddən artıq güclü əsəbin infeksiyaya səbəb olan proteinlərin istehsalını artırdığını, bunun da vena damarlarının sərtləşməsinə, dolayısilə, damar tıxacına və infarkta səbəb olduğu bildirilir.189 Şimali Karolina ştatındakı Dyuke Universitetindən (ABŞ) olan asisstent-professor Edvard Suaresə görə, interleukin 6 (İL-6) proteini çox əsəbi və kefsiz insanlarda normal səviyyədən daha yüksək olur. Qandakı yüksək İL-6 səviyyəsi isə venoza damarların divarlarında yağın yığılmasına, bu da damar tıxaclarının yaranmasına səbəb olur.190 Suaresə görə, nəticədə, ürək xəstəlikləri siqaretdən istifadə etmə, yüksək təzyiq, köklük və yüksək xolesterol kimi amillərlə yanaşı, stress, əsəb və düşmənçilik kimi psixoloji vəziyyətlərlə də sıx bağlı olur.191

«The Times»da dərc olunan «Əsəb infarkt riskini artırır» sərlövhəli məqalədə asan əsəbiləşməyin infarkta aparan qısa bir yol olduğu, hər şeyə əsəblə reaksiya verən adamların ürək xəstəliklərinə üç, erkən infarkta isə beş dəfə çox məruz qalmaq riski ilə yaşadığı bildirilir.192 Baltimor şəhərindəki (Merilend ştatı, ABŞ) Con Hopkins Universitetinin alimləri müəyyən edib ki, tez əsəbiləşən insanların ailə üzvləri də ürək xəstəlikləri keçirmək riski ilə üzləşirlər.193

Aparılan bütün tədqiqatlar göstərir ki, əsəbiləşmək insanın, əsasən, sağlamlığına ciddi zərər vuran bir ruh halıdır. Bağışlamaq isə insanın öhdəsindən çətin gələ bildiyi, lakin əsəbiləşməyin bütün mənfi nəticələrini aradan qaldıran, insanın həm fiziki, həm də ruhi cəhətdən sağlam həyat yaşamasına kömək edən gözəl bir davranış tərzi, üstün əxlaqi xüsusiyyətdir. Əlbəttə, bağışlamaq sağlam qalmağa səbəb olan davranışlardan biri və hamının yaşamalı olduğu müsbət bir xüsusiyyətdir. Ancaq bağışlamada əsl məqsəd - hər şeydə olduğu kimi - Allahın rizasını qazanmağa münasib olan bir əxlaqı yaşamaq olmalıdır. Müasir dövrümüzdə faydaları elmi cəhətdən müəyyən edilən bu əxlaqi xüsusiyyətin bir çox ayədə bildirilməsi Qurandakı hikmətlərdən yalnız biridir.

Dua xəstələrin müalıcəsini sürətləndirir

İman gətirməyənlər isə bir xəstəliyə düçar olanda onları həkimlərin, dərman və ya xəstəxananın ən müasir texnoloji imkanlarının sağaltdığını fikirləşirlər.

«Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!»

«Mömin» surəsi, 60

«Çağırmaq, istəmək, səslənmək, kömək tələb etmək» mənalarına gələn dua Qurana görə «insanın ürəkdən səmimi olaraq Allaha üz tutması, Ona möhtac bir varlıq olmasını anlamağın şüuru ilə sonsuz güc sahibi, Rəhman və Rəhim olan Allahdan kömək istəməsi»dir. İnsan xəstələndiyi vaxt bu acizliyini daha yaxşı hiss etdiyi, Allaha yaxınlaşdığı anlardan biridir. Həmçinin xəstəliklər Allahın təqdiri ilə baş verən çox hikmətli bir imtahan, dünya həyatının fani və qüsurlu olduğunu xatırladan bir xəbərdarlıq, səbir və təvəkkül edənlər üçün axirətdə bir mükafat mənbəyidir.

İman gətirməyənlər isə bir xəstəliyə düçar olanda onları həkimlərin, dərman və ya xəstəxananın ən müasir texnoloji imkanlarının sağaltdığını fikirləşirlər. Belələri sağlam olarkən bədənlərindəki sistemi çalışdıran, xəstələnəndə isə şəfa verən gücün, zəruri olan dərmanı, həkimi yaradan gücün Allah olduğunu fikirləşməzlər. Əksər insanlar da həkimin və dərmanların kifayət etmədiyinə əmin olandan sonra Allaha üz tuturlar. Belə vəziyyətə düşən insan onu üzləşdiyi çətinlikdən yalnız Allahın xilas edə biləcəyini başa düşərək ancaq Allahdan kömək istəyir. Allah bu əxlaqı bir ayədə belə bildirir:

«İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər, lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara əməllər beləcə yaxşı göstərildi».»

«Yunus» surəsi, 12

Halbuki, insan sağlam olarkən də, yaxud bir sıxıntı, çətinlik içində olmayanda da dua etməli, Allahın ona verdiyi rahatlıq, sağlamlıq və başqa bütün nemətlər üçün şükür etməlidir.

Dua ilə bağlı çox mühüm bir mövzu da budur. Şifahi dua ilə yanaşı, insanın feili dua kimi də səy göstərməsi çox vacibdir. Feili dua insanın hər hansı bir istəyinə nail olmaq üçün əlindən gələn hər şeyi etməsidir. Məsələn, xəstə bir adamın şifahi dua ilə yanaşı, mütləq həmin sahənin mütəxəssisi olan həkimə müraciət etməsi, ona faydası olan dərmanlardan istifadə etməsi, zəruri vəziyyət yaranarsa, xəstəxanada müalicə olunması, həkim nəzarətində olması da vacib ola bilər. Çünki Allah dünyada baş verən bütün hadisələri müəyyən səbəblərə bağlamışdır. Dünyadakı və kainatdakı hər bir şey Allahın qoyduğu qanun və qaydalar əsasında işləyir. Dolayısilə, hər bir insan bu səbəblərə uyğun olaraq zəruri tədbirlər görməli, amma bunları təsirli edəcək olan gücün yalnız Allah olduğunu bilməli, nəticəni təvəkkül, təslimiyyət və səbirlə Allahdan gözləməlidir.

İmanın və duanın xəstələrə müsbət təsiri, onların müalicə mərhələsini sürətləndirməsi həkimlərin də diqqətini cəlb edən və onların da tövsiyə etdiyi bir məsələdir. ABŞ-da dərc olunan məşhur informasiya jurnallarından biri olan «Newsweek» özünün 2003-cü il 10 noyabr tarixli sayında «Allah və sağlamlıq: din yaxşı bir dərmandırmı? Elm nəyə görə inanmağa başlayır?» («God & Health: Is Religion Good Medicine? Why Science is Starting to Believe?») sərlövhəli araşdırmada dinin şəfaverici və sağaldıcı təsir göstərməsi xəbərini sərlövhədən yaymışdır. Allah inancının insanın əhval-ruhiyyəsini yüksəldib onun xəstəlikdən daha asan xilas olmasına yol açması həqiqətinə toxunan məqalə müəllifi elmin də inanclı insanların xəstəliklərdən daha asan və tez yaxa qurtardığına inanmağa başladığını bildirirdi. «Newsweek» jurnalının apardığı sorğunun nəticələrinə görə, insanların 72 faizi dua edərək xəstəlikdən daha asan xilas olduqlarına, duanın sağalma prosesini asanlaşdırdığına inanır. ABŞ və Böyük Britaniyada aparılan tədqiqatlarda da xəstələrin dua etməsinin onların narahatlığını azaltdığı və yaxşılaşma mərhələsini sürətləndirdiyi nəticəsi əldə edilmişdir.

Miçiqan Universitetinin (ABŞ) araşdırmasına görə, dindarlarda stress və depressiya halları daha az müşahidə edilir. Çikaqodakı Raş Universitetinin (ABŞ) tədqiqatına görə, müntəzəm olaraq ibadət və dua edənlər arasında erkən ölüm hallarının dinə bağlı olmayanlarla müqayisədə 25 faiz az olduğu müəyyən edilmişdir. Dyuk Universitetinin (ABŞ) analoji əməliyyatı keçirən 750 xəstə üzərində apardığı başqa bir tədqiqatda da «duanın müalicəvi gücü» elmi şəkildə sübut edilmişdir. Dua oxuyan ürək xəstələrinin əməliyyatdan sonrakı bir neçə il ərzində ölməsi hallarının digərlərinə nisbətən 30 faiz az olduğu müəyyən edilmişdir.

Uca Allahın Quranda bildirdiyi dualardan bəziləri belədir:

«Bir vaxt Əyyub Rəbbinə yalvarıb dua edərək belə demişdi:

"Mənə bəla üz verdi. Sən rəhmlilərin ən rəhmlisisən!" Biz onun duasını qəbul buyurduq, onu düçar olduğu bəladan qurtardıq. Dərgahımızdan ona bir rəhmət və ibadət edənlərə ibrət dərsi olsun deyə, övladlarını qaytarıb ona verdik, üstəlik, bir o qədər də əlavə etdik».»

«Ənbiya» surəsi, 83-84

«Balıq sahibi Yunisi da xatırla! Bir zaman o qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında):

"Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan oldum!" - deyib dua etmişdi. Biz onun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!»

«Ənbiya» surəsi, 87-88

«Zəkəriyyanı da yada sal! Bir vaxt o:

"Ey Rəbbim! Məni tək buraxma. Sən varislərin ən yaxşısısan!" - deyə yalvarıb Rəbbinə dua etmişdi. Biz onun duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini doğmağa qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə dua edərdilər. Onlar Bizə dərin hörmət göstərirdilər».»

«Ənbiya» surəsi, 89-90

«Həqiqətən, Nuh Bizə dua etmiş, onun duasını necə də gözəl qəbul etmişdik!»

«Saffat» surəsi, 75

Əvvəl də qeyd etdiyimiz kimi, dua təkcə xəstəlikdən və ya dünyəvi sıxıntı və çətinliklərdən xilas olmaq üçün olmamalıdır. Səmimi olaraq iman gətirən bir şəxs Allaha həmişə dua etməli və Allahdan gələcək hər bir cavaba razı olmalıdır. Quranda bir çox ayə ilə bildirilən dua ibadətinin faydalarının bizim dövrümüzdə elmi cəhətdən də sübut olunması Quranın möcüzəvi xüsusiyyətini bir daha göstərir:

«Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasına cavab verərəm. Elə isə onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola yetişsinlər».»

«Bəqərə» surəsi, 186

Dındən kənar yaşamağın nəticələri stress və depressiyadır

Din əxlaqı yaşamayan insanların Allaha etibar edib təslim olmamaqları onların öz həyatını həmişə qəm-kədər, sıxıntı və stress içində keçirməsinə səbəb olur.

«Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar...»

«Taha» surəsi, 124

«Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini sanki göyə çıxan kimi daraldıb sıxıntıya salar. Allah iman gətirməyənlərə pisliyi belə edər!»

«Ənam» surəsi, 125

Din əxlaqı yaşamayan insanların Allaha etibar edib təslim olmamaqları onların öz həyatını həmişə qəm-kədər, sıxıntı və stress içində keçirməsinə səbəb olur. Buna görə də onlar kökü, əsasən, psixoloji amillərlə bağlı olan xəstəliklərə düçar olurlar. Bədənləri çox sürətlə qocalır, qısa müddətdə yaşlanıb çökürlər. Yaşadıqları ruh düşkünlüyünün təsiri özünü bədənlərinin hər yerində büruzə verir.

Mömin adamlar isə psixoloji cəhətdən sağlam olduqları, stressə, depressiyaya, ümidsizliyə, bədbinliyə düşmədikləri üçün cismən də daha sağlam və gümrah qalırlar. Belə şəxslərin Allaha təvəkkül və etibar etməsinin, hər şeyə xeyir nəzəri ilə baxmasının, Allahın onlara olan gözəl vəd və müjdələrinin sevincini davamlı olaraq öz daxillərində yaşamağın müsbət təsiri özünü onların fiziki xüsusiyyətlərində də göstərir. Təbii ki, bu söylənənlər dini həqiqi mənası ilə qavrayan və vicdanını tam gücü ilə işlədərək Quran əxlaqını haqqı ilə yaşayanlara aiddir. Əlbəttə, onlar da xəstəliklərə düçar olur və təbii olaraq qocalırlar, ancaq bu vəziyyət başqaları kimi psixoloji səbəblər üzündən çökmək deyil.

Müasir dövrdə əsrin xəstəlikləri adlandırılan stress və depressiya insana yalnız psixoloji baxımdan zərər verməklə kifayətlənməyib özünü onun bədənində də müxtəlif fiziki təsirlərlə göstərir. Stress və depressiya üzündən yaranan narahatlıqlar, əsasən, bəzi əqli xəstəliklər, narkotik maddə aludəçiliyi, yuxusuzluq, dəri, mədə, təzyiq xəstəlikləri, zökəm, miqren, sümük xəstəlikləri, böyrək çatışmazlığı, tənəffüs sistemindəki pozulmalar, allergiyalar, infarkt, beyində böyümə yaranması kimi xəstəliklərdir. Təbii ki, bu xəstəliklərin səbəbləri həmişə stress və ya depressiya olmaya da bilər. Lakin elmi cəhətdən də sübut olunduğu kimi, bunların kökü əksərən psixoloji amillərlə bağlı olur.

A. Qlükokortikoidlər (kortizol) B. Epinefrin C. Norepinefrin D. Kortikotropin hormonları a. Korteks b. Seruleus bölgəsi c. Amiqdala d. Beyin kötüyü e. Adrenalin vəzisi Fiziki və ya psixoloji stress zamanı insanın adrenal vəzisi (böyrəküstü vəzi) qlükokortikoid hormonlardan bol miqdarda ifraz edir. Bu hormonlar əzələləri əlavə enerji ilə təmin edərkən, böyümə kimi həmin an üçün lazımsız fəaliyyətləri müvəqqəti olaraq dayandırır. Şiddətli fiziki stress hallarında həyati əhəmiyyət daşıyan bu hormonlar xroniki psixoloji stress hallarında yüksək təzyiq, piylənmə, osteoporoz, mədə xorası kimi stresslə bağlı pozuntulara səbəb ola bilər.
A. Qlükokortikoidlər (kortizol) B. Epinefrin C. Norepinefrin D. Kortikotropin hormonları a. Korteks b. Seruleus bölgəsi c. Amiqdala d. Beyin kötüyü e. Adrenalin vəzisi Fiziki və ya psixoloji stress zamanı insanın adrenal vəzisi (böyrəküstü vəzi) qlükokortikoid hormonlardan bol miqdarda ifraz edir. Bu hormonlar əzələləri əlavə enerji ilə təmin edərkən, böyümə kimi həmin an üçün lazımsız fəaliyyətləri müvəqqəti olaraq dayandırır. Şiddətli fiziki stress hallarında həyati əhəmiyyət daşıyan bu hormonlar xroniki psixoloji stress hallarında yüksək təzyiq, piylənmə, osteoporoz, mədə xorası kimi stresslə bağlı pozuntulara səbəb ola bilər.

İnsanlar arasında çox geniş yayılan stress, qorxu, inamsızlıq, ümidsizlik, ifrat həyəcan, nigarançılıq, təzyiq kimi hisslərin bədəndəki müvazinəti pozaraq ümumi bir gərginlik yaradır. İnsanlar stressə məruz qalanda bədənləri buna müqavimət göstərir və xəbərdarlıq siqnalı ötürür. Bədəndə dərhal biokimyəvi reaksiyalar başlayır: qandakı adrenalinin səviyyəsi yüksəlir, enerji istehlakı və bədəndəki reaksiyalar maksimum səviyyəyə yüksəlir, şəkər, xolesterol və yağ turşuları qana ötürülür, qan təzyiqi artır və ürəyin döyüntüləri sürətlənir. Qlükoza (şəkər) beyinə istiqamətləndiriləndə xolesterolun miqdarı artır, bu da bədən üçün təhlükə mənasına gəlir. Xüsusilə xroniki stress bədən funksiyalarını dəyişdirdiyi üçün çox böyük zərərə səbəb ola bilər. Stress üzündən bədəndəki adrenalin və kortizolun miqdarı anormal səviyyəyə yüksəlir. Uzun müddət davam edən stressdə kortizol hormonunun yüksəlməsi bəzi xəstəliklərin, məsələn, şəkər xəstəliyi, ürək xəstəlikləri, yuxarı təzyiq, xərçəng, xora, tənəffüs sistemi xəstəlikləri, dəri xəstəlikləri, immunitet sistemi ilə bağlı olan narahatlıqların erkən yaşda ortaya çıxmasına səbəb olur. Kortizol yüksəkliyinin beyin hüceyrələrinə öldürücü təsir göstərə bilər. Stressin səbəb olduğu narahatlıqlar bir mənbədə belə ifadə edilir:

«Stress və stressin səbəb olduğu gərginlik və ağrı arasında əhəmiyyətli bir əlaqə var. Stressin səbəb olduğu gərginlik damarların daralmasına, başın müəyyən nahiyələrinə gedən qanın xeyli azalmasına səbəb olur. Digər tərəfdən, bir toxumanın qansız qalması birbaşa ağrıya səbəb olur. Çünki ehtimal olunur ki, bir tərəfdən, gərgin toxumanın daha çox oksigenə ehtiyac hiss etməsi, digər tərəfdənsə toxumanın onsuz da kifayət qədər olmayan qanla qidalanması xüsusi ağrı sensorlarını xəbərdar edir. Bu ərəfədə stress zamanı sinir sisteminə təsir edən adrenalin və noradrenalin kimi maddələr də ifraz olunur. Bunlar da birbaşa və ya dolayısilə, əzələlərin gərginliyini artırıb sürətləndirir. Beləliklə, ağrı gərginliyə, gərginlik narahatçılığa, narahatçılıq da ağrının möhkəmlənməsinə səbəb olur».194

Ancaq stressin doğurduğu ən ciddi xəstəliklərdən biri infarktdır. Tədqiqatlar aqressiv, təlaşlı, narahat, səbirsiz, kinli, əsəbi insanların infarkt keçirməsi ehtimalının bu davranışı az olan insanlardan daha çox olduğunu göstərir. Bunun səbəbi isə belədir.

“Hipotalamusun başlatdığı sempatik sinir sisteminin həddən artıq xəbərdar edilməsi daha artıq insulin ifrazına və dolayısilə, bu insulinin qanda yığılmasına səbəb olur. Bu vəziyyət sağlamlıq baxımından həyati əhəmiyyət kəsb edir. Çünki tac damar xəstəliyinə səbəb olan şərtlərin heç biri qandakı artıq miqdarda olan insulin qədər qəti və dağıdıcı rol oynamır”.195

Alimlər stress dərəcəsi nə qədər yüksək olarsa, qandakı leykositlərin əks-reaksiyasının da bir o qədər zəiflədiyini bildirir. Oksford Universitetinin (Britaniya) texnologiya transferi bölümündə çalışan Linda Neylorun rəhbərlik etdiyi qrupun hazırladığı test sayəsində stress dərəcəsinin immunitet sisteminə bu mənfi təsiri ölçülüb.

Stresslə immunitet sistemi arasında da yaxın əlaqə var. Fizioloji stress immunitet sisteminə ciddi təsir edir və immunitet sistemini sıradan çıxarmağa çalışır. Stress altında olan beyin bədənə kortizol hormonun ifrazını artırır və immunitet sistemini zəiflədir. Başqa sözlə, beyin, immunitet sistemi və hormonlar bir-biri ilə bağlıdır. Mütəxəssislər bu haqda belə deyir:

“Psixoloji və ya fiziki stress mövzusundakı çalışmalar uzun müddət davam edən intensiv bir stressin timsalında aparılarkən hormonal balansa bağlı olan immunitetin bu stressə cavabında tənəzzülə məruz qaldığını üzə çıxarmışdır. Xərçəng də daxil olmaqla, bir çox xəstəliklərin yaranmasının və şiddətinin həyati streslərlə bağlı olduğu bilinir”.196

Qısası, stress insanın təbii müvazinətini pozan bir vəziyyətdir. Bu fövqəladə vəziyyətin intensivləşməsi bədənin sağlamlığını pozaraq çox müxtəlif narahatlıqlara səbəb olur. Mütəxəssislər stressin insan bədəninə mənfi təsirlərini bu əsas müddəalar şəklində qruplaşdırır:

◉ narahatçılıq və panika, işlərin nəzarətdən çıxdığı hissinə qapılma;

◉ davamlı artan tərləmə;

◉ səsin dəyişməsi, kəkələmək, titrəyə-titrəyə danışmaq;

◉ hiperaktivlik, ani enerji partlayışları, zəif diabet nəzarəti;

◉ yatmaqda çətinlik çəkmək, kabus görmək;

◉ dəri xəstəlikləri - sızanaq, hərarət, sədəf xəstəliyi və ekzema;

◉ qastrointestinal əlamətlər - həzm pozuntusu, mədə bulanması, mədə xorası;

◉ əzələ təzyiqləri - qıcırdayan və ya bərkiyən dişlər, çənədə, bel, boyun və çiyinlərdə ağrı;

◉ aşağı dərəcəli infeksiyalar, zökəm və sairə;

◉ miqren;

◉ sürətli ürək döyüntüləri, sinə ağrısı, təzyiqin qalxması;

◉ böyrək çatışmazlığı, su tutma;

◉ tənəffüs pozuntusu, qısa nəfəs alıb-vermələr;

◉ allergiyalar;

◉ oynaq ağrısı;

◉ ağız və boğaz quruluğu;

◉ infarkt;

◉ immunitet sisteminin zəifləməsi;

◉ beyin bölgəsində kiçilmə;

◉ özünü günahkar hiss etmək, özünəinamsızlıq;

◉ beyin qarışıqlığı, düzgün izahlar verə bilməmək, yaxşı fikirləşə bilməmək, yaddaşın zəifləməsi;

◉ həddən artıq bədbinlik, hər şeyin mənfiliyə gedəcəyinə inanmaq;

◉ tərpənmədən bir yerdə dayanmaqda çətinlik çəkmək, mütləq ritm tutmaq;

◉ diqqəti cəmləyə, fikirlərini toplaya bilməmək;

◉ əsəbilik, inciklik;

◉ məntiqsizlik;

◉ özünü köməksiz, ümidsiz hiss etmək;

◉ artan və ya azalan iştaha.

Din əxlaqından uzaq adamların stress adlandırılan sıxıntı ilə yaşaması Allahın Quranda bildirdiyi bir vəziyyətdir:

«Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar...»

«Taha» surəsi, 124

«Başqa bir ayədə isə Allah «...bütün genişliyinə baxmayaraq, dünya onlara dar olmuş, ürəkləri təngə gəlib sıxılmışdı. Onlar Allahdan yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər...» şəklində buyurur.»

«Tövbə» surəsi, 118

Bu sıxıntılı, müasir terminlə desək, stressli həyat iman gətirməyən şəxslərin imanın qazandırdığı gözəl əxlaqdan uzaq yaşamasının nəticəsidir. Bu gün həkimlər özünü stressin təsirlərindən gözləmək üçün rahat və sakit bir həyat tərzinə, gərginlikdən uzaq sakit bir psixologiyaya malik olmağın vacibliyini bildirir. Rahat və əmin-amanlıq verən bir psixologiya isə ancaq həyatımızda Quranı yaşamaqla mümkündür. Həmçinin Allah Quranda bir çox ayədə iman gətirənlərin üzərinə güvən hissi və əmin-amanlıq göndərdiyini bildirir («Bəqərə» surəsi, 248; «Tövbə» surəsi, 26, 40; «Fəth» surəsi, 4, 18). Rəbbimizin iman gətirən bəndələri üçün vədi isə bir ayədə belə bildirilir:

«Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik».»

«Nəhl» surəsi, 97

Möcüzəvi maddə - ana südü

Ana südü körpənin qidaya olan ehtiyacını qüsursuz olaraq ödəmək və uşağı mümkün infeksiyalardan qorumaq üçün Allahın yaratdığı bənzərsiz bir nemətdir. Ana südündəki qida maddələrinin nisbəti ən ideal səviyyədədir.

«Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu bətnində çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!»

«Loğman» surəsi, 14

Ana südü körpənin qidaya olan ehtiyacını qüsursuz olaraq ödəmək və uşağı mümkün infeksiyalardan qorumaq üçün Allahın yaratdığı bənzərsiz bir nemətdir. Ana südündəki qida maddələrinin nisbəti ən ideal səviyyədədir. Bətndəki uşağın hələ yetişməmiş əzaları bədən sistemləri üçün ən uyğun formadadır. Ana südü uşağın beyin hüceyrələrinin böyüməsini təmin edən və onun sinir sisteminin inkişafını sürətləndirən qidalar baxımından da çox zəngindir. Çağdaş dövrün texnologiyası əsasında istehsal edilən uşaq yeməkləri də bu möcüzəli qidanın yerini verə bilmir.

Ana südünün uşaq üçün zəruri olan faydalı cəhətlərinin siyahısına zaman keçdikcə yeni-yeni məqamlar əlavə edilir. Tədqiqatlar nəticəsində məlum olub ki, ana südü əmən uşaqlar xüsusilə tənəffüs və həzm sistemi ilə bağlı infeksiyalardan tam qorunurlar. Çünki ana südündə elə bənzərsiz maddə və elementlər (məsələn, antikorlar) var ki, onlar körpəni infeksiyadan bilavasitə qoruyur.

Ana südünün başqa bir antiinfeksion xüsusiyyəti də var. Bu xüsusiyyət “normal flora” deyilən xoşməramlı, “yaxşı” bakteriyalar üçün “dost şəraiti” yaratdığı halda, zərərli bakteriyaların, virus və parazitlərin körpənin orqanizmində “məskən salmasına” mane olur. Bundan əlavə, ana südündə uşağın yoluxucu xəstəliklərə qarşı immunitet sistemini tənzimləyən və onun yaxşı işləməsini təmin edən amillərin də olması müəyyən edilmişdir.197

Ana südü xüsusi olaraq uşaqlar üçün proqramlaşdırıldığı üçün körpənin çox asan həzm edə biləcəyi qidadır. Ana südü çox zəngin qida ehtiyatına malik olsa da, onun həzm edilməsi uşaqların həssas sistemlərinə uyğundur və asandır. Beləliklə, uşaq bu qidaların həzminə daha az enerji sərf edir və elə buna görə də enerjisini orqanizminin başqa fəaliyyətinə, böyüməyə və əzalarının inkişafına yönəldir.

Körpəsini vaxtından əvvəl doğan anaların südündə isə uşağın ehtiyaclarına uyğun olaraq daha çox yağ, protein, mineral, xlor və dəmir olur. Həmçinin müəyyən edilmişdir ki, öz analarının südü ilə qidalanan vaxtından əvvəl doğulmuş körpələrdə görmə qabiliyyəti, gözlərin fəaliyyəti daha yaxşı inkişaf edir. Belə uşaqlar intellektual testlərdən keçirilərkən bəlli olur ki, onların bir çox üstünlükləri var.

Ana südünün təzəcə dünyaya gələn körpənin inkişafı üçün zəruri olan xüsusiyyəti onun tərkibində omeqa-3 adlı yağ turşularının olmasıdır. Omeqa-3 yağ turşuları insan beyninin və retinasının vacib bir tərkibi olduğu üçün o, xüsusilə təzə doğulan körpələrin yaşaması baxımından böyük əhəmiyyətə malikdir. Omeqa-3 xüsusilə hamiləlik dövrü boyunca və körpəlik dövrünün başlanğıcında beyinin və sinirlərin əlverişli şəkildə inkişafı üçün də çox vacibdir. Ana südündə təbii və mükəmməl bir omeqa-3 anbarı olduğuna görə, alimlər ana südünün vacibliyini xüsusilə qeyd edirlər.198

Bristol Universitetinin (ABŞ) alimləri tərəfindən aparılan tədqiqatlar ana südü ilə qidalanmağın uzunmüddətli faydaları arasında onun təzyiqə müsbət təsirinin olduğunu və bunun sayəsində infarkt riskinin azaldığını ortaya qoymuşdur. Araşdırmanı aparan alimlər ana südünün qoruyucu gücünün onun tərkibindəki maddələrdən qaynaqlandığını bildirir. «Circulation» adlı tibb jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, ana südü ilə qidalanan uşaqların ürək xəstəliklərinə tutulması riski daha azdır. Ana südündə damarın tıxanmasının qarşısını alan yağ turşuları var. Ana südü ilə qidalanan uşaqlar daha az natrium istehlak edir və piylənməyə məruz qalmır. Buna görə də ana südünün ürəyin sağlamlığı baxımından müsbət təsirə malik olduğu faktı da ortaya qoyulub.199

Bunlarla yanaşı, Sinsinnati Universitetinin (ABŞ) nəzdində olan uşaq xəstəxanasında işləyən Lisa Martinin rəhbərliyi altında çalışan tədqiqatçılar ana südündə çox miqdarda «adiponektin» adlı protein hormonu tapdı.200 Belə qəbul olunur ki, qanda çox miqdarda adiponektinin olması infarkt riskinin azalması ilə bağlıdır. Köklük və infarkt keçirmək riski çox olan adamlarda isə qandakı adiponektin miqdarı azdır. Buna görə də ana südü ilə qidalanan uşaqların gələcəkdə kök olmaq riskinin bu hormonla bağlı azaldığı müəyyən edilmişdir. Bununla yanaşı, ana südündə leptin deyilən və yağ metabolizmasında çox vacib bir rol oynayan başqa hormonun da olduğu müəyyən edildi. Alimlərə görə, leptin bədəndə yağ olması ilə bağlı beyinə göndərilən siqnaldır. Dolayısilə, dr. Martinin sözlərinə görə, körpə ikən ana südü ilə qəbul edilən bu hormonlar sonrakı yaşlarda piylənmə, 2-ci növ şəkər xəstəliyi, insulin müqaviməti və tac damar narahatlığı kimi xəstəliklərə tutulma riskini azaldır.201

«Ən Təzə Qida» ilə Bağlı Həqiqətlər

Ana südü ilə bağlı həqiqətlər bununla da məhdudlaşmır. Ana südünün körpəyə verdiyi maddələr körpənin yaş dövrü mərhələlərinə görə dəyişir və körpənin hansı dövrdə hansı qidaya ehtiyacı varsa, südün tərkibi də bu dövrə görə fərqli xarakter alır. İdeal temperaturu ilə həmişə hazır olan ana südü tərkibindəki şəkər və yağla beyinin inkişafında da mühüm rol oynayır. Bununla yanaşı, ana südündəki kalsium kimi element körpənin sümüyünün inkişafında önəmli rola malikdir.

Bu möcüzəvi qarışıq süd adlandırılsa da, əslində, ana südünün 90 faizi sudan ibarətdir. Bu da çox vacib bir xüsusiyyətdir. Çünki körpələrin qida ilə yanaşı, maye kimi suya da ehtiyacı var. Ana südündən başqa istifadə edilən suyun və başqa maddələrin istehlakı prosesində gigiyena təmin edilməyə bilər. Ancaq 90 faizi su olan ana südü ilə körpənin su ehtiyacı da ən etibarlı şəkildə, gigiyenik baxımdan qorxusuz təmin edilir.

Ana Südü və Zəka

Yapılan bilimsel araştırmalar anne sütü içen bebeklerin zeka gelişiminin içmeyen bebeklere oranla daha fazla olduğunu göstermektedir. Kentucky Üniversitesi uzmanlarından Jame Anderson'ın, anne sütüyle beslenen bebekler ile biberonla beslenenler arasında karşılaştırma yapan araştırması sonucunda, "anne sütüyle beslenen bebeklerin IQ'larının, biberonla beslenen bebeklere oranla 5 puan daha fazla olduğu" saptanmıştır. Bu araştırma sonucunda, bebeğin zekasının anne sütüyle gelişiminin 6 aya kadar olabileceği, 8 haftadan az anne sütü emen bebeklerde ise anne sütünün zeka üzerinde yarar sağlamadığı da belirlenmiştir.202

Tədqiqatlar ana südü ilə qidalanan uşaqların zəkasının inkişafının ana südü ilə bəslənməyən körpələrə nisbətən daha çox olduğunu göstərir. Kentukki Universitetinin (ABŞ) mütəxəssisi Ceym Andersonun ana südü və süni qida ilə böyüyən uşaqlar arasında müqayisə aparan araşdırması nəticəsində müəyyən edilib ki, ana südü ilə qidalanan uşaqların intellekt indeksi (İQ) süni qidalarla bəslənən uşaqlara nisbətən 5 bal çoxdur. Bu tədqiqat nəticəsində o da müəyyənləşdirilib ki, azı 6 ay ərzində ana südü ilə qidalanan uşaqların zəkasının inkişafında problem olmur, 8 həftədən az ana südü qəbul edən uşaqlarda isə ana südü zəkanın inkişafına heç bir fayda vermir.203

Ana Südü Xərçəngin Dərmanıdırmı?

Aparılan araşdırmalar nəticəsində haqqında yüzlərlə məqalə dərc olunan ana südünün körpələri həm də xərçəngdən qoruduğu sübut olunmuş, lakin bunun mexanizmi hələ tamamilə aydınlaşdırıla bilməmişdir. Tədqiqatçılar laboratoriyada yetişdirilən xərçəng hüceyrələrinin ana südü tərəfindən öldürülməsini sübut etməklə bu sahədəki tədqiqatların çox böyük potensialının ortaya çıxdığını müəyyənləşdiriblər. İsveçin Lund Universitetində həkim və immunoloq işləyən Katarina Svanborq ana südündəki bu möcüzəvi sirləri kəşf edən qrupun üzvlərindən biridir. Lund Universitetindəki bu qrup adi ana südünün xərçəngin hər növü qarşısında etibarlı bir qoruyucu olması vəzifəsini möcüzəli bir kəşf kimi dəyərləndirib.202

Əvvəlcə, təzə doğulan körpələrdən aldıqları bağırsaq-mukoza hüceyrələrini ana südü ilə işləyən tədqiqatçılar nəticədə Pnemococcus bakteriyası tərəfindən yaradılan və pneumonia (zökəm) adlandırılan xəstəliyin inkişafının qarşısının ana südü tərəfindən uğurla alındığını gördülər. O da bəlli oldu ki, ana südü ilə qidalanan körpələr süni qida ilə böyüyən uşaqlara nisbətən eşitmə çətinliyi ilə daha az üzləşir və tənəffüs sistemi infeksiyalarına da daha az məruz qalırlar. Tədqiqatçılar bir-birinin ardınca davam edən çalışmalar nəticəsində ana südünün xərçəngə qarşı da qoruyucu xüsusiyyətinin olduğunu sübut etmişdir (Alimlər uşaq yaşlarında müşahidə edilən limfa xərçəngi riskinin süni qidalarla böyüyən uşaqlarda 9 dəfə çox olduğunu göstərəndən sonra, eyni nəticələrin başqa xərçəng növləri üçün də əsaslı olduğunu fərq etdi). Əldə edilən nəticəyə görə, ana südü xərçəng hüceyrələrinin yerini dəqiq müəyyənləşdirir, sonra da onları öldürür. Xərçəng hüceyrələrini müəyyənləşdirib məhv edən element isə ana südündə bol miqdarda olan alpha-lac (alphalactalbumin) adlı maddədir. Alpha-lac südün tərkibindəki laktoza şəkərinin yaranmasına kömək edən bir protein tərəfindən meydana gətirilir.

Bu Bənzərsiz Nemət Uca Allahın Bir Lütfüdür...

Ana südü ilə bağlı başqa möcüzə isə körpənin ana südü ilə 2 il boyunca qidalanmasının çox faydalı olması faktıdır. Elmin yenicə kəşf etdiyi bu vacib məlumatı Allah bizə Quranda «Uşaqlarını əmizdirməyi tamamlatmaq istəyən analar üçün tam iki il əmizdirirlər...» ayəsi ilə 14 əsr əvvəl bildirmişdir.

Mühafizəyə və qidalanmağa möhtac doğulan körpə üçün ananın özü ən ideal qida olan ana südünü bədənində yaratmağa qərar verə bilmədiyi kimi, dəyişən qida dəyərlərini də, əlbəttə ki, ananın özü müəyyənləşdirmir. Hər bir canlının ehtiyacını bilən və onlara ruzi verən uca Allah ana südünü ananın bədənində körpə üçün yaradır.

Baldakı şəfa

Bal yuxarıdakı ayələrdə vurğulandığı kimi, insanlar üçün şəfa olmaq xüsusiyyətinə malikdir. Elmdə bir addım öndə gedən ölkələr balın insan səhhəti baxımından əhəmiyyətini nəzərə alıblar və bu ölkələrdə arıçılıq və arı məhsulları…

«Rəbbin bal arısına belə vəhy etdi:

“Dağlarda, ağaclarda və onların qurduğu çardaqlarda özünə evlər tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yollarla get! Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!»

«Nəhl» surəsi, 68-69

Bal yuxarıdakı ayələrdə vurğulandığı kimi, insanlar üçün şəfa olmaq xüsusiyyətinə malikdir. Elmdə bir addım öndə gedən ölkələr balın insan səhhəti baxımından əhəmiyyətini nəzərə alıblar və bu ölkələrdə arıçılıq və arı məhsulları artıq ayrıca bir tədqiqat sahəsi olmuşdur. Balda olan faydanın ümumi cəhətlərini nəzərə almaqla onu belə sıralamaq olar:

Asanlıqla həzm edilir. İçindəki şəkərin bir başqa növ şəkərə (fruktozanın qlükozaya) çevrilə bilmə xüsusiyyəti sayəsində bal özündə yüksək miqdarda turşu (asit) ehtiva etsə də, o, ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Eyni zamanda, bağırsaqların və böyrəklərin daha yaxşı işləməsinə kömək edir.

Sürətlə qana qarışır, sürətli enerji mənbəyidir. Bal ilıq su ilə qarışdırılanda 7 dəqiqə ərzində qana qarışır. Özündə ehtiva etdiyi sərbəst şəkərlərə görə, beyinin asan işləməsini təmin edir. Bal fruktoza və qlükoza kimi sadə quruluşlu şəkərlərin təbii qarışığıdır. Aparılan son elmi-tədqiqat işlərinin nəticələrinə görə, şəkərlərin belə özünəməxsus qarışığı halsızlığın, zəifliyin, yorğunluğun aradan qaldırılmasında ən təsirli üsuldur. Bal bu baxımdan adamı gümrah edir, onun atletizmini və enerjisini artırır.

Qan yaranmasına kömək edir. Bal qan hazırlanması üçün bədənin ehtiyac hiss etdiyi enerjinin mühüm bir hissəsini təmin edir. Bundan başqa, qanın təmizlənməsinə də yardım edir. Qan dövranını nizamlamaq və asanlaşdırmaq baxımından da təsiri var. Bal damar sərtliyinə, yəni damarların kirəcləşərək öz elastikliyini itirməsinə qarşı mühüm bir qoruyucudur.

Balın antimikrob təsir xüsusiyyətləri də var. Onun antimikrob xüsusiyyəti orqanizmdə müəyyən bakteriyaların və kifin böyüməsinə mane olur. Balın bakteriyanın sığınacaq tapmasına imkan verməyən xüsusiyyəti “inhibinə təsir” adlandırılır. Balın antimikrob olmasını təmin edən çoxlu səbəblər var. Bunlardan mikroorqanizmlərin böyüməsi zəruri olan su miqdarını nizamlayan yüksək şəkərə malik olması, yüksək turşu nisbəti (aşağı rN), bakteriyaların böyüməsi üçün əlverişli şərait yaradan azotdan məhrum edən daxili zənginliyini sadalamaq olar. Balda hidrogen-peroksidin olması və balın özündə ehtiva etdiyi antioksidanlar da bakteriyaların çoxalmasına mane olur.

Bal antioksidandır. Sağlam həyat tərzi keçirmək və sağlam yaşamaq istəyən hər bir kəsin antioksidan istehlak etməsi xüsusilə vacibdir. Antioksidanlar hüceyrələrdə adi metabolizmanın zərərli ətraf məhsullarını təmizləyən qarışıqlardır. Bunlar qida pozulmalarına və xroniki xəstəliyə səbəb olan dağıdıcı kimyəvi təsirləri azalda bilən elementlərdir. Mütəxəssislər antioksidan baxımından zəngin olan qidaların ürək xəstəlikləri və xərçəng kimi xəstəliklərin qarşısını alacağına inanırlar. Balın tərkibində də güclü antioksidanlar var: rinocembrin, rinobaxin, chrisin və galagin. Bunlardan rinocembrin ancaq balda mövcud olan antioksidandır.204

Bal vitamin və mineral “anbarı”dır. Balın tərkibində fruktoza və qlükoza kimi şəkərlərlə yanaşı, maqnezium, kalium, kalsium, natrium-xlor, kükürd, dəmir və fosfor kimi minerallar da var. Nektar və çiçək tozu öz qaynaqlarının xüsusiyyətlərinə görə dəyişdiyi üçün balda B1, B2, C, B6, B5 və B3 vitaminləri də var. Bundan başqa, balda az miqdarda mis, yod, dəmir və sink də olur.

Baldan yaraların müalicəsində istifadə edilir. Yaraların müalicəsində istifadə edilən balın tərkibində havadan nəm çəkə bilmək xüsusiyyəti olduğu üçün sağalma prosesini sürətləndirərək yaranın izinin qalmasının qarşısını alır. Çünki bal yaranın üstünü örtən təzə dərini təşkil edəcək epitel hüceyrələrin böyüməsini sürətləndirir. Beləliklə, böyük yaraların müalicəsində istifadə edilən bal toxumaların köçürülməsinə ehtiyacı aradan qaldırır.

◉ Bal sağalma mərhələsinə daxil olan toxumaları yenidən böyümələri üçün hazırlayır. Yeni kapillyar damarların əmələ gəlməsini sürətləndirərək dərinin daha dərindəki toxuma bağlarının yerini alan fibroplastların böyüməsini təşviq edir və sağalmağın gücünü çoxaldan liflərin emalını sürətləndirir.

◉ Balın yaranın ətrafındakı şişi azaldan antienflamatuar təsiri də var. Bu, qan dövranını artırır, beləliklə, sağalmanı sürətləndirir və hiss edilən ağrını azaldır.

◉ Bal yaranın altındakı toxumalara yapışmır və buna görə də toxumaların cırılması və ağrı baş vermir.

◉ Bal radiasiya müalicəsi tətbiq edilən xərçəngli xəstələrin bədənlərində meydana gələn yaranın və mədə xəstəliklərinin müalicəsində müvəffəqiyyətlə istifadə edilir.205

◉ Bundan başqa, balın, əvvəl də qeyd etdiyimiz kimi, antimikrob təsiri var. Bal infeksiyanın əmələ gəlməsinin qarşısını alır, mövcud infeksiyanı isə sürətlə təmizləyir. Bal bakteriyaların antibiotik müqavimət xüsusiyyətlərinə qarşı da təsirlidir. Antiseptik və antibiotiklərin əksinə olaraq, bal yaradakı toxumaların üzərində mənfi təsirlər saxlamır.206

Bu məlumatlardan da aydın olduğu kimi, bal şəfaverici təsirə malik olan çox güclü olan bir qidadır. Şübhəsiz ki, bu da sonsuz qüdrət sahibi olan Allahın göndərdiyi Quranın möcüzələrindən biridir.

Yandakı cədvəldə balın qidalılıq baxımından incələnməsi göstərilir.

Besin değerleri

1 porsiyondaki ortalama miktar

100 gr.'daki ortalama miktar

Su Toplam karbonhidratlar Fruktoz Glikoz Maltoz Sakaroz

3,6 gr 17,3 gr 8,1 gr 6,5 gr 1,5 gr 0,3 gr

17,1 gr 82,4 gr 38,5 gr 31,0 gr 7,2 gr 1,5 gr

Besinsel İçerik

Toplam kalori (kilokalori) Toplam kalori (kilokalori) (Yağ olarak) Toplam yağ Doymuş yağ Kolestrol Sodyum Toplam karbonhidrat Şeker Diyet lifler Protein

64 0 0 0 0 0,6 mg 17 gr 16 gr 0 0,15 mg

304 0 0 0 0 2,85 mg 81 gr 76 gr 0 0,7 mg

Vitaminler

B1 (Tiamin) B2 (Riboflavin) Nikotinik asit Pantothenik asit B6 vitamini Folate C vitamini

< 0,002 mg < 0,06 mg < 0,06 mg < 0,05 mg < 0,005 mg < 0,002 mg 0,1 mg

< 0,01 mg < 0,3 mg < 0,3 mg < 0,25 mg < 0,02 mg < 0,01 mg < 0,5 mg

Mineraller

Kalsiyum Demir Çinko Potasyum Fosfor Magnezyum Selenyum Bakır Krom Manganez Mineral tozu

1,0 mg 0,05 mg 0,03 mg 11,0 mg 1,0 mg 0,4 mg 0,002 mg 0,01 mg 0,005 mg 0,03 mg 0,04 mg

4,8 mg 0,25 mg 0,15 mg 50,0 mg 5,0 mg 2,0 mg 0,01 mg 0,05 mg 0,02 mg 0,15 mg 0,2 gr

Quranda diqqət yönəldilən xurma və onun faydaları

Allahın Məryəmə xurma yeməsini bildirməsinin bir çox hikməti var. Allahın Məryəmin doğuşunu asanlaşdırmaq üçün təqdim etdiyi nemətlərdən biri olan xurmanın hamilə və yeni doğan zahı qadınlar üçün xüsusi əhəmiyyət kəsb…

«Xurma Quranda haqqında bir çox ayədə bəhs olunan, cənnət nemətləri arasında «bənzərsiz xurma» ifadəsi ilə qeyd edilən bir meyvədir. Allahın Quranda bildirdiyi bu meyvə tədqiq ediləndə onun bir çox əhəmiyyətli xüsusiyyətlərinin olduğu üzə çıxır. Məlumdur ki, xurma bilinən ən qədim bitki növlərindəndir. O, ləzzətli dadı ilə yanaşı, qidalandırıcı xüsusiyyətinə görə də əhəmiyyət verilən bir qidadır. Hər ötən gün kəşf edilən faydaları xurmaya həm qida, həm də dərman kimi istifadə edilən bir meyvə statusu verib. Xurmanın malik olduğu bu xüsusiyyətlərə «Məryəm» surəsində diqqət çəkilir:» («Rəhman» surəsi, 68)

«Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Dedi: "Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!" Dərhal alt tərəfindən ona belə bir nida gəldi:

"Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı. Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün! Ye-iç, gözün aydın olsun...»

«Məryəm» surəsi, 23-26

«Yer üzündə bir-birinə yaxın müxtəlif münbitli torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik...»

«Rəd» surəsi, 4

Allahın Məryəmə xurma yeməsini bildirməsinin bir çox hikməti var. Allahın Məryəmin doğuşunu asanlaşdırmaq üçün təqdim etdiyi nemətlərdən biri olan xurmanın hamilə və yeni doğan zahı qadınlar üçün xüsusi əhəmiyyət kəsb etməsi və faydaları elm tərəfindən bu günlərdə təsdiq edilib. Xurma tərkibindəki 60-65 faiz şəkərlə ən çox şirinliyə malik olan meyvələrdəndir. Həkimlər hamilə qadınlara doğduqları gün tərkibində meyvə şəkəri olan qidaların verilməsini tövsiyə edirlər. Burada məqsəd ananın zəifləyən bədəninə enerji və canlılıq vermək, həmçinin təzə doğulan körpəyə zəruri olan südün yaranması üçün süd hormonlarını hərəkətləndirmək və ana südünü çoxaltmaqdır. Həmçinin doğuş zamanı baş verən qan itkisi də bədənin şəkər miqdarının azalmasına səbəb olur. Xurma bədənin şəkər ehtiyacının təmin edilməsi baxımından vacibdir və təzyiqin düşməsinin qarşısını da alır. Xurmanın kalori dəyəri çox yüksək olduğu üçün, o, xəstəlikdən taqətsüz düşənlərə və yorğun olanlara xüsusilə faydalıdır.

Bu məlumatlar Allahın Məryəmə həm onun özünə enerji və canlanma verəcək, həm də körpənin yeganə qidası olan südün yaranmasını təmin edəcək xurmadan yeməsini bildirməsində böyük bir hikməti ortaya qoyur. Məsələn, xurmada insan bədəninin sağlam və gümrah qala bilməsi üçün həyati əhəmiyyət daşıyan 10-dan çox element var. Buna görə də müasir dövrdə alimlər insanın təkcə xurma və su ilə yaşaya biləcəyini bildirir.207 Bu sahənin tanınmış mütəxəssislərindən sayılan V.H.Dauson isə bir xurma ilə bir stəkan südün bir insanın gündəlik qida ehtiyacını təmin etməyə kifayət edəcəyini deyir.208

Xurmadakı oksitosin maddəsindən də müasir təbabətdə doğuşu asanlaşdıran bir dərman kimi istifadə edilir. Oksitosin doğuşu asanlaşdırma təsirinə görə bir çox mənbələrdə «rapid birth», yəni «sürətli doğuş» ifadəsi ilə qeyd edilir. O, doğuşdan sonra ana südünü artıran təsirə malik olması ilə məşhurdur. Oksitosin, əsasən, beyinin ifraz etdiyi doğuş sancılarını başladan bir hormondur. Doğuşdan əvvəl bədənin bütün hazırlığı bu hormonun sayəsində başlayır. Hormonun təsiri özünü ana bətnini təşkil edən əzələlərdə və ana südünün ifrazını təmin edən əzələ quruluşundakı hüceyrələrdə göstərir. Doğuş zamanı ana bətninin əhəmiyyətli şəkildə büzülməsi doğuşun gerçəkləşə bilməsi baxımından çox vacibdir. Oksitosin də bətni təşkil edən əzələlərin çox güclü şəkildə büzülməsini təmin edir.

Oksitosin həm də yeni doğulan körpənin qidalanması üçün ana südünün ifrazına təkan verir. Xurmanın təkbaşına bu xüsusiyyəti - onun tərkibində oksitosinin olması - Quranın Allahın vəhyi olmasının daha bir mühüm dəlilidir. Xurmanın tibbi faydasının müəyyənləşdirilməsi ancaq yaxın vaxtlarda mümkün olub. Halbuki, Quranda təxminən 1400 il əvvəl Allahın Məryəmə hamiləlik dövründə xurma ilə qidalanmağı vəhy etdiyi bildirilir.

Xurmada insan bədənində bol miqdarda hərəkət və hərarət enerjisi yaradan, bədəndə parçalanıb asan istifadə edilən bir şəkər növü də var. Özü də bu şəkər qan şəkərini sürətlə yüksəldən qlükoza yox, meyvə şəkəri olan fruktozadır. Xüsusilə şəkər xəstələrində qan şəkərinin sürətlə qalxması bir çox orqanlara mənfi təsir edir, amma bundan ən çox zərər görən orqan və sistemlər göz, böyrəklər, qan-damar və sinir sistemləridir. Gözün görmək qabiliyyətinin itirilməsinə kimi aparıb çıxaran narahatçılıqların, infarkt və böyrək çatışmazlığı kimi bir çox ciddi xəstəliklərin ən mühüm səbəblərindən biri qan şəkərinin yüksəkliyidir.

Xurmanın tərkibində çox çeşidli vitamin və minerallar var. O, lif, yağ və proteinlər baxımından da çox zəngindir. Xurmada natrium, kalium, kalsium, maqnezium, dəmir, kükürd, fosfor və xlor da var. Bundan başqa, xurmanın tərkibində A vitamini, betakaroten, B1, B2, B3 və B6 vitaminləri də bol miqdardadır. Xurmanın tərkibindəki vitamin və mineralların adi insan bədənində və hamiləlik dövründəki faydalarından bəzilərini isə bu ardıcıllıqla qeyd edə bilərik:

◉ Xurmanın qidalandırıcı gücü onun tərkibindəki münasib mineral balansından qaynaqlanır. Xurma hamilə qadınların qəbul etməli olduğu bir B vitamin qrupuna aid fol turşusu da olur. Fol turşusu (B9) bədəndə yeni qan hüceyrəsinin yaranmasında, bədənin əsasını təşkil edən amin turşularının təşəkkül tapmasında və hüceyrələrin yeniləşməsində mühüm vəzifələri yerinə yetirən bir vitamindir. Buna görə də hamiləlikdə fol turşusuna olan ehtiyac özünü qabarıq göstərəcək dərəcədə artır və gündəlik ehtiyacın iki qatına çatır. Fol turşusunun səviyyəsi kifayət etməyəndə quruluş etibarilə normadan böyük, iş əmsalı isə aşağı olan eritrosit hüceyrələri (qırmızı qan hüceyrələri) meydana gəlir və qanazlığının əlamətləri özünü göstərməyə başlayır. Xüsusilə hüceyrələrin bölünməsində və hüceyrənin genetik quruluşunun əmələ gəlməsində mühüm rol oynayan fol turşusu hamiləlik zamanı iki dəfə artıq ehtiyac hiss edilən yeganə maddədir. Xurma da fol turşusu baxımından çox zəngin olan bir qida növüdür.

◉ Digər tərəfdən, hamiləlik zamanı yaranan uzunmüddətli ürək bulanması və fizioloji reaksiyalar nəticəsində kalium azlığı müşahidə olunur. Belə vəziyyətdə qadına əlavə kalium verilməlidir. Xurmada bol miqdarda mövcud olan kalium bu baxımdan çox böyük əhəmiyyət kəsb edir, bu maddə bədəndəki su balansının qorunması baxımından da çox faydalıdır. Kalium beyinə oksigenin getməsinə kömək edərək, dərindən fikirləşməyi təmin edir. Bununla yanaşı, bədənin mayeləri üçün əlverişli alkalik xüsusiyyətini yaradır. O, bədəndəki zəhərli tullantıları ifraz etmək üçün böyrəklərə xəbərdarlıq edir. Yüksələn qan təzyiqinin aşağı salınmasını və sağlam dərinin yaranmasını təmin edir.

◉ Xurmanın tərkibindəki dəmir qırmızı qan hüceyrələrində mövcud olan hemoqlobinin sintezinə nəzarət edir. Bu da hamiləlikdə qan çatışmazlığının qarşısının alınmasını və körpənin inkişafı üçün həyati əhəmiyyət kəsb edən qandakı RBC eritrosit balansının uyğun hala gəlməsini təmin edir. Məlum olduğu kimi, eritrositlər qanda oksigen və karbondioksid daşıyaraq hüceyrələrin öz mövcudluğunu davam etdirməsində vacib rol oynayırlar. Tərkibində çoxlu dəmir olduğu üçün bir insan gündə 15 ədəd xurma yeməklə bədəninin dəmirə olan ehtiyacını təmin edə və dəmir çatışmazlığının yaratdığı narahatçılıqdan xilas ola bilər.

◉ Xurmadakı kalsium və fosfat isə skeletin yaranıb formalaşması və bədənin sümük quruluşunun balanslaşması üçün çox mühüm elementlərdir. Xurma tərkibindəki bol fosfor və kalsiumla sümük zəifliyindən qoruyur və bu xəstəliklərin azalmasına kömək edir.

◉ Alimlər xurmanın gərginliyi və həyəcanı aradan qaldırmaq qabiliyyətinə də diqqəti çəkir. Berkli Universiteti (ABŞ) mütəxəssislərinin apardığı tədqiqatlar sinirləri gücləndirən B6 vitamininin və əzələlərin fəaliyyətində mühüm rolu olan maqnezium mineralının xurmada yüksək miqdarda olduğunu göstəriblər. Xurmanın tərkibindəki maqnezium böyrəklər üçün də son dərəcə əhəmiyyətlidir. Bir insan gündə 2-3 xurma yeməklə maqneziuma olan ehtiyacını ödəyə bilər.

◉ Xurmadakı B1 vitamini sinir sisteminin sağlamlığını asanlaşdırır. O, bədəndəki karbohidratların enerjiyə çevrilməsinə, protein və yağların bədənin başqa ehtiyacları üçün istifadə edilməsinə kömək edir. B2 vitamini ilə də bədənin enerji təminatı və hüceyrələrin yeniləşməsi üçün protein, karbohidrat və yağların yandırılmasına yardım edir.

◉ Hamiləlik zamanı A vitamininə ehtiyac artır. Xurma tərkibindəki A vitamini sayəsində görmək gücünü və bədənin müqavimətini artırır, sümükləri və dişləri gücləndirir. Xurma betakaroten maddəsi ilə də çox zəngindir. Betakaroten hüceyrələrə hücum edən molekulları nəzarətdə saxlayaraq, xərçəngin qarşısını alan xüsusiyyətə malikdir.

◉ Başqa meyvələr protein baxımından ümumiyyətlə zəngin deyil. Ancaq xurmanın tərkibində protein də var və bunun sayəsində bədənin xəstəlik və infeksiyalardan qorunmasını təmin edir, hüceyrələri yeniləşdirir və bədəndəki mayeni balanslaşdırır. Məsələn, ət də faydalı qidadır, ancaq xüsusilə belə bir dövrdə təzə xurma qədər fayda verməyə bilər. Hətta belə bir dövrdə ətdən çox istifadə edilməsi zəhərlənməyə səbəb ola bilər. Həzmi asan olan yüngül meyvə-tərəvəz ərzaqlara üstünlük verilməsi daha münasib seçimdir.

Xurma haqqındakı bütün bu məlumatlar Allahın sonsuz elmini və insanlara olan mərhəmətini göstərir. Göründüyü kimi, müasir tibbin dövrümüzdə müəyyənləşdirdiyi xurmanın faydalarına, onun xüsusilə də hamiləlik dövründəki faydalarına Quranda 14 əsr əvvəl işarə edilmişdir.

Mükəmməl meyvə - əncir

Əncir başqa meyvə və ya tərəvəzə nisbətən ən çox lifə malikdir. Təkcə 1 ədəd quru əncirdə 2 qram lif var. Bu da gündəlik ehtiyacın 20 faizini təşkil edir.

«And olsun əncirə və zeytuna».»

«Tin» surəsi, 1

«Tin» surəsinin 1-ci ayəsində Allahın əncirə: «And olsun», - deyə bildirməsi bu meyvənin faydaları baxımından çox hikmətlidir.

Əncirin Insan Sağlamlığına Faydaları

Əncir başqa meyvə və ya tərəvəzə nisbətən ən çox lifə malikdir. Təkcə 1 ədəd quru əncirdə 2 qram lif var. Bu da gündəlik ehtiyacın 20 faizini təşkil edir. Son 10-15 ildə aparılan tədqiqatlar bitki mənşəli qidalarda mövcud olan liflərin həzm sisteminin düzgün fəaliyyəti baxımından çox vacib olduğunu ortaya qoyub. Qida kimi qəbul edilən lifin həzmə və bəzi xərçəng növlərinin yaranma ehtimalını aşağı salmağa kömək etdiyi bəllidir. Qida üzrə mütəxəssislər lif qəbulunun ideal yolu kimi lif baxımından zəngin olan əncir yeməyi tövsiyə edirlər.

Lifli qidalar həll olunan və həll olunmayan olmaqla iki yerə ayrılır. Həll olunmayan lif baxımından zəngin qidalar bədəndən atılan maddələrə su qazandıraraq bağırsaqlardan keçidi asanlaşdırır. Bununla da həzm prosesini sürətləndirərək onun sistemli fəaliyyətini təmin edir. Həll olunmayan lifli qidaların orqanizmi kolon xərçəngindən qoruması da müəyyən edilib. Həll olunan lifli qidaların isə qandakı xolesterol səviyyəsini 20 faizdən çox aşağı saldığı təsbit olunub. Buna görə də onlar ürək xəstəlikləri riskini azaltmaq baxımından böyük əhəmiyyət daşıyırlar. Əgər qanda çox miqdarda xolesterol varsa, bu, qan damarlarında yığılır və damarların bərkiməsinə, daralmasına səbəb olur. Xolesterol hansı orqanın damarında yığılırsa, həmin orqana məxsus xəstəliklər meydana çıxır. Məsələn, ürəyi qidalandıran arteriyalarda xolesterol yığılarsa, sinə ağrısı, infarkt kimi problemlər yaranır. Böyrək damarlarında xolesterolun yığılması isə təzyiqin qalxması və böyrək çatışmazlığına səbəb ola bilər. Həll olunan liflərin qəbul edilməsi mədəni boşaldaraq qan şəkərinin nizamlanması baxımından da əhəmiyyətlidir, çünki qan şəkərindəki qəfil dəyişikliklər həyat üçün riskləri olan problemlərlə nəticələnə bilər. Qidalanmaları lif baxımından zəngin olan cəmiyyətlərin xərçəng və infarkt problemləri ilə daha az üzləşdiyi müəyyənləşdirilib.209

Həll olunan və həll olunmayan liflərin hər ikisinin birlikdə olması isə sağlamlıq üçün ayrı bir üstünlükdür: hər iki lif növünün birgə olmasının xərçəngin qarşısını almaqda tək olan liflərə nisbətən daha təsirli olduğu müəyyən edilib. Əncirdə hər iki lif növünün - həm həll olunan, həm də həll olunmayan - birgə olması bu meyvəni çox əhəmiyyətli bir qidaya çevirir.210

Corc Vaşinqton Universitetinin Tibb Mərkəzindəki Xəstəliklərdən Qorunmaq İnstitutunun (ABŞ) rəhbəri dr. Oliver Alabaster əncirdən belə bəhs edir: «...Burada həqiqi mənada sağlam və çox lif nisbətinə malik bir qidanı əlavə etmək imkanı var. Əncirləri və başqa çox lif balansına malik olan qidaları intensiv olaraq qəbul etmək... ömür boyu sağlamlığınız baxımından əhəmiyyət kəsb edir».211

Kaliforniya Əncir Danışma Qurumuna (California Fig Advisory Board) görə, meyvə-tərəvəzdəki antioksidanlar insanları bir çox xəstəliklərdən qoruyurlar. Antioksidanlar bədənimizdəki kimyəvi reaksiyalar nəticəsində yaranan və ya kənardan qəbul edilən zərərli maddələri (sərbəst radikalları) təsirsiz hala gətirir və hüceyrənin məhvinin qarşısını alır.

Scranton Universiteti tərəfindən aparılan tədqiqatda müəyyən edilib ki, başqa meyvələrə nisbətən quru əncir antioksidan baxımından zəngin fenol tərkibinə daha çox malikdir. Fenol mikroorqanizmlərə öldürücü (antiseptik) bir maddə kimi təsir edir. Alimlərin bildirdiyinə görə, əncirdə fenolun miqdarı başqa meyvələrlə müqayisədə daha çoxdur.212

Nyu-Cersidəki (ABŞ) Ratgers Universiteti tərəfindən aparılan tədqiqatda isə quru əncirin tərkibində olan omeqa-3, omeqa-6 yağ turşuları (EFA: Essential fatty acids: bədən üçün zərərli yağlar) ilə fitosterol (bitkilərdə mövcud olan yağabənzər maddə) sayəsində xolesterolu aşağı salan xüsusiyyət öyrənilib.213 Məlum olduğu kimi, omeqa-3 və omeqa-6 yağ turşuları bədəndə yarana bilməz, o, qida vasitəsilə qəbul edilməlidir. Bu yağlar ürək, beyin və sinir sisteminin sağlam fəaliyyəti baxımından xüsusilə böyük əhəmiyyətə malikdirlər. Fitosterol isə heyvan mənşəli qidalardakı ürək və damar sağlamlığı baxımından təhlükəli olan xolesterolun yolunu tıxayaraq, onun qana qarışmamış bədəndən atılmasını təmin edir.

100 qram təzə əncirdəki qida dəyərini göstərən cədvəl
100 qram təzə əncirdəki qida dəyərini göstərən cədvəl

Kaliforniya Əncir Danışma qurumu tərəfindən «sanki təbiətin ən mükəmməl meyvəsi»214 adlandırılan əncir bəşərin bildiyi ən qədim meyvələrdən biri olsa da, o, qida istehsalçıları tərəfindən yenidən kəşf edilir. Çünki qida dəyərinin yüksək olması və sağlamlıq üçün faydası bu meyvəyə xüsusi əhəmiyyət qazandırır.

Əncir demək olar ki, hər xüsusi pəhrizin bir hissəsi ola bilər. Əncirin tərkibində təbii yağ, natrium və xolesterol olmadığı və çox lif nisbətinə malik olduğu üçün, o, artıq çəkidən xilas olmağa çalışan adamlar üçün də əlverişli qidadır. Həmçinin əncir məlum olan bütün meyvələrə nisbətən ən çox minerala malik meyvədir. 40 qram əncirdə 244 mq kalium (gündəlik ehtiyacın 7 faizi), 53 mq kalsium (gündəlik ehtiyacın 6 faizi) və 1,2 mq dəmir (gündəlik ehtiyacın 6 faizi) var.215 Əncirdə kalsium nisbəti çoxdur və bu baxımdan meyvələr arasında portağaldan sonra ikinci yerdə gəlir. Bir kasa quru əncir bir kasa südlə eyni miqdarda kalsiumu təmin edir. Əncir uzunmüddətli xəstəlikdən sonra sürətlə sağalmağa yardımçı olan, güc və qüvvə verən bir dərman kimi də dəyərləndirilir. Fiziki və zehni yorğunluğu aradan qaldırır, bədənə enerji və güc verir. Əncirin ən mühüm qida dəyəri bu meyvənin 51-74 faizini təşkil edən şəkərdir. Əncir astma, öskürək və soyuqdəymə zamanı da müalicə məqsədilə qəbul edilməsi tövsiyə olunan meyvədir.

Burada haqqında qısaca danışdığımız əncirin faydaları Allahın insanlar üzərində mərhəmətinin daha bir göstəricisidir. Rəbbimiz zövqlə yeyilən bu meyvənin tərkibində insanın ehtiyac duyduğu maddələri onun sağlamlığına əlverişli olacaq bir nisbətdə, sanki paketlənmiş şəkildə istifadəyə verir. Allahın bu xüsusi nemətinin Quranda bildirilməsi də əncirin insanlar üçün əhəmiyyətinə bir işarə ola bilər (ən doğrusunu Allah bilir). Əncirin qida dəyərinin insanın sağlamlığı baxımından əhəmiyyətinin yalnız inkişaf edən tibb elmi və texnoloji imkanlarla müəyyənləşdirilməsi isə, əlbəttə, Quranın hər şeyi bilən Allahın sözü olduğunun daha bir nümunəsidir.

Dəyərli qida mənbəyi - balıq

Ürək xəstəliyindən əziyyət çəkən və buna görə dünyadan köçən adamların orta yaş həddinin getdikcə aşağı düşməsi ürək xəstəliyinə diqqəti də artırıb.

«Dəniz ovu və onu yemək sizə də, səfərdə olanlara da faydalı olsun deyə halal edildi...»

«Maidə» surəsi, 96

Ürək xəstəliyindən əziyyət çəkən və buna görə dünyadan köçən adamların orta yaş həddinin getdikcə aşağı düşməsi ürək xəstəliyinə diqqəti də artırıb. Müasir təbabətdə ürək xəstəliklərinin müalicəsi məsələsində irəliləyiş və inkişaf olsa da, mütəxəssislərin, əsasən, tövsiyə etdiyi məsələ bu xəstəliyə məruz qalmazdan əvvəl görülən tədbirləri dəqiqliklə yerinə yetirməkdir. Mütəxəssislər ürəyin sağlam fəaliyyətini təmin edilməsində və xəstəliyin qarşısının alınmasında vacib olan bir qidanı tövsiyə edirlər. Bu qida balıqdır.

Balığın çox vacib bir qida olmasının səbəbi onun özündə həm insan bədəni üçün zəruri olan maddələri ehtiva etməsi, həm də bədəni müxtəlif xəstəlik risklərindən mümkün qədər uzaqlaşdıracaq xüsusiyyətə malik olmasıdır. Məsələn, məlum olub ki, balıq ətinin tərkibindəki omeqa-3 turşusu bədənin sağlamlığı üçün sanki bir qalxan vəzifəsini yerinə yetirir. O da bəlli olub ki, davamlı olaraq balıq yeyəndə ürək xəstəlikləri riski azalır və immunitet sistemi güclənir.

Elmi yolla təzəcə sübut edilən balığın faydaları və onun zəruri bir qida mənbəyi olması təxminən 1400 il əvvəl göndərilən Quranda da bildirilir. Uca Allah Quranda dəniz məhsullarını «Təzə ət yeməyiniz üçün dənizi də sizə ram edən Odur...» , «Dəniz ovu və onu yemək sizə də, səfərdə olanlara da faydalı olsun deyə halal edildi...» ayələri ilə xəbər verir. Bundan əlavə, «Kəhf» surəsində də balığa xüsusi diqqət çəkilir. Bu surədə Musa Peyğəmbərin və onun gənc köməkçisinin uzun bir səfərə çıxdığı və özləri ilə də qida kimi balıq götürdüyü bildirilir:

«Nəhl» surəsi, 14

«Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda balığı unutdular. Balıq isə dənizdə bir yarğana tərəf üz tutmuşdu. Onlar (çatmalı olduqları yerdən) keçib getdikləri zaman (Musa) gənc dostuna dedi: "Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!" O isə:

"Görürsənmi, biz qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum...»

«Kəhf» surəsi, 61-63

«Kəhf» surəsində uzun bir səfər zamanı yorulandan sonra yemək üçün xüsusilə balığın seçilməsi çox maraqlıdır. Dolayısilə, bu qissədəki hikmətlərdən biri kimi balığın faydalarına, onun qidalandırıcı xüsusiyyətinə işarə edilə bilər (ən doğrusunu Allah bilir).

Həmçinin balığın qida kimi xüsusiyyətlərini araşdıranda diqqətəlayiq məlumatlarla üzləşirik. Rəbbimizin bizə böyük bir neməti olan balığın əti xüsusilə protein, D vitamini və əksər elementlər (bədəndə çox az miqdarda mövcud olan, lakin bədən üçün çox vacib olan bəzi elementlər) baxımından mükəmməl qida mənbəyidir. Onun tərkibində olan fosfor, kükürd, vanadium kimi minerallar sayəsində böyümə və toxumaların yaxşılaşması təmin edilir. Balıq ətindəki bu maddələr sağlam diş ətinin və diş quruluşunun yaranmasına kömək edir, dərinin rəngini gözəlləşdirir, saçların daha sağlam olmasını təmin edir, bakterioloji infeksiyalarla mübarizəyə dəstək verir. Bundan əlavə, həmin maddələr qandakı xolesterol balansının tənzimləyici təsirləri ilə infarktın qarşısının alınmasında mühüm rol oynayırlar. Bu maddələr nişasta və piyin parçalanaraq onların orqanizm tərəfindən mənimsənilməsinə yardımçı olur, beləliklə, daha enerjili və daha güclü qalmağı təmin edirlər. Digər tərəfdən, balıq ətində olan maddələr zehni fəaliyyətin nizamlı olmasına müsbət təsir göstərir. Onun tərkibindəki D vitamini və başqa minerallar kifayət miqdarda qəbul edilməyəndə isə raxitlik, sümük boşluğu, diş əti xəstəlikləri, zob, hipertiroit kimi problemlər ortaya çıxa bilər.216

Bunlardan əlavə, müasir tibbi biliklər balığın tərkibində omeqa-3 yağ turşularının sağlamlıq baxımından çox əhəmiyyətli olduğunu sübut edib. Hətta bu yağlar zəruri yağ turşuları (EFA: essential fatty asit) kimi müəyyənləşdirilir.

Balıq Yağındakı Omeqa-3 Turşusunun Faydası

Balıq yağında sağlamlığımız üçün xüsusilə çox əhəmiyyətli olan iki fərqli doymamış yağ turşusu növü var: EPA (eicosapentaenoic asit) və DHA (docosahexaenoic asit). EPA və DHA doymamış yağlar kimi tanınır və özündə vacib omeqa-3 yağ turşularını ehtiva edir. İnsan bədəni omeqa-3 və omeqa-6 yağ turşularını yarada bilməz, yəni onlar kənardan qidalarla qəbul edilməlidir.

Balıq yağı özündə omeqa-3 yağ turşularını ehtiva etdiyi üçün onun sağlamlığa faydası haqqında daha çox dəlil var. Omeqa-3 bitki yağlarında olsa da, o, sağlamlığı qorumaqda daha az təsirə malikdir. Bunun əksinə olaraq, dəniz planktonları omeqa-3 yağ turşusunun EPA və DHA-ya çevrilməsində çox böyük təsirə malikdir. Balıqlar bu planktonları yeyəndə EPA və DHA baxımından zənginləşirlər. Buna görə də balıq insan bədəni üçün çox əhəmiyyət kəsb edən bu yağ turşularının olması baxımından ən zəngin qidalardan hesab edilir.217

Balıqdakı Yağ Turşularının Həyati Əhəmiyyətli Faydası

Balıqdakı yağ turşularının əsas xüsusiyyəti isə bədənin enerji istehsalına təsir göstərməsidir. Bu yağ turşuları bədəndə oksigenə bağlanaraq elektron transferini həyata keçirir və bədəndəki bəzi kimyəvi reaksiyaları enerji ilə təmin edir. Buna görə də balıq yağı baxımından zəngin qidaların yorğunluğu aradan qaldırmasına, qavrayış gücünü və hərəkət qabiliyyətini artırdığına dair dəlillər də var. Omeqa-3 insanın diqqət qabiliyyətini də onun enerji səviyyəsi qədər artırır. Balığın «zəka qidası» adlandırılmasının elmi əsası var, çünki beyindəki yağın əsas tərkibi özündə omeqa-3 yağ turşularını ehtiva edən DHA-dır.218

Ürək-Damar Sisteminin Sağlamlığında Balığın Əhəmiyyəti

Balığın tərkibində olan omeqa-3 yağ turşusu qandakı xolesterolu, triqliseridi və qan təzyiqini aşağı salır. Bu turşu ürəyin sağlam fəaliyyətini təmin etməsi ilə məşhurdur.219 Triqliserid yağın bir növüdür, tərkibindəki bol yağ və az protein baxımından LDL-yə (pis xolesterola) oxşayır. Triqliseridin səviyyəsinin artması xüsusilə xolestrolun səviyyəsi yüksələndə ürək xəstəliyi riskini çoxaldır. Balıq yağları infarktdan sonra anormal ürək döyüntülərini, həyatı təhdid edən riskləri də azaldır.

ABŞ-ın Tibb Birliyinin apardığı bir araşdırma göstərib ki, həftədə 5 porsiya balıq yeyən qadınlarda infarkt keçirmə nisbəti 1/3 qədər azalır. Bunun balıq yağında olan omeqa-3 yağ turşularının qanın daha az laxtalanmasına səbəb olmasından qaynaqlandığı güman edilir. Qanın damarlarımızda adi sürəti saatda 60 km-dir və qanın kifayət qədər duruluğu, onun axınının, miqdarının, sürətinin normal səviyyədə olması həyati əhəmiyyət kəsb edir. Qanımız üçün ən böyük təhlükə - qanaxma kimi zəruri vəziyyətlər istisna olmaqla - laxtanaraq duruluğunun azalmasıdır. Balıq yağları qandakı trombositlərin (bədəndə qanaxma olanda qanı intensivləşdirən qan lövhəcikləri) bir-birinə yapışmasına mane olaraq qanın laxtalanmasını azaltmaqda da təsirlidir. Əks halda, qanın qatılaşması damarların daralmasına səbəb olur. Bu vəziyyət də başda ürək, beyin, göz və böyrək olmaqla, bədəndəki bir çox orqanların qanla kifayət qədər yaxşı qidalanmamasına, ləng çalışmasına və tədricən fəaliyyətini itirməsinə gətirib çıxarır. Məsələn, aorta qan damarının laxtalanması nəticəsində damarların tıxanması infarkt, iflic və ya başqa xəstəliklərin yaranmasına gətirib çıxara bilər.

Omeqa-3 yağ turşuları eritrositlərin (qırmızı qan hüceyrələri) daxilində oksigen daşıyan hemoqlobin molekulunun istehsalında və hüceyrə zərindən keçən qidalara nəzarət edilməsində də mühüm rol oynayır və bədən üçün ziyanlı yağların zərərinin qarşısını alır. Araşdırmalar balıqdakı omeqa-3 yağ turşularının infarkt riskini azaltdığını sübut edib.220

Balığın Yeni Doğulan Uşaqların Inkişafında Rolu

Omeqa-3 yağ turşuları insan beyninin və retinasının əhəmiyyətli bir tərkibi olduğu üçün, xüsusilə təzə doğulan uşaqların ehtiyacı ilə bağlı ötən 10 ildə mühüm tədqiqatların mövzusu olub. Omeqa-3 xüsusilə hamiləlik dövrü boyunca və uşaqlıq dövrünün başlanğıcında beyin və sinirlərin uyğun şəkildə inkişafı baxımından çox əhəmiyyətlidir. Ana südü də təbii və mükəmməl bir omeqa-3 anbarı olduğuna görə, alimlər ana südünün vacibliyini xüsusi vurğulayırlar.221

Oynaqların Sağlamlığına Faydası

Revmatizm artrit xəstəliyində (revmatizmlə bağlı oynaq infeksiyası) ən əhəmiyyətli risk oynaqlarda yaranan aşınmanın qarşısıalınmaz bir təxribata səbəb olmasıdır. Omeqa-3 yağ turşusu baxımından zəngin bir qidalanmanın artritin yaranmasına mane olduğu, şişən və həssas oynaqlarda narahatlığın da yüngülləşdiyi sübut olunmuşdur.222

Beyinin və Sinir Sisteminin Sağlam Fəaliyyəti Üçün Faydası

Omeqa-3 yağ turşusunun beyin və sinir sisteminin sağlam şəkildə çalışmasında təsirləri bir çox tədqiqatlar nəticəsində təsdiq edilib. Həmçinin sübut edilib ki, balıq yağının qəbul edilməsi depressiya və şizofreniya əlamətlərini yüngülləşdirir, Altsheymer xəstəliyinin (yaddaşın zəifləməsinə səbəb olan, gündəlik yaşayış aktivliyinə mane olan bir beyin xəstəliyi) qarşısını alır. Məsələn, depressiyaya məruz qalan və 12 həftə ərzində 1 qram omeqa-3 yağ turşusu qəbul edən adamlarda gərginlik, narahatlıq, kədər və yuxu problemləri kimi əlamətlərin azaldığı sübut olunub.223

İnfeksiya Narahatçılığına Faydası, Immunitet Sistemini Gücləndirməsi

Omeqa-3 yağ turşuları həmçinin antienflamatuar (infeksiyanın qarşısının alınması) kimi fəaliyyət göstərir.224 Buna görə də o, revmatizmalı artrit (revmatizmaya bağlı oynaq infeksiyası), osteoartrit (vaxt ötdükcə oynaqların fəaliyyətini pozan xəstəlik), kolit (bağırsaq infeksiyası ilə bağlı xoralar) və lupus (dəridə yaranın meydana gəlməsinə səbəb olan dəri xəstəliyi) xəstələrinin hamısında istifadə edilə bilər. Bundan başqa, onun miyelini (sinir hüceyrələrini örtən zər) qorumaq xüsusiyyəti var. Buna görə də o, qloxoma (gözdaxili təzyiqin artması ilə korluğa səbəb olan xəstəlik), multipl skleroz (beyin və onurğa beyində toxuma bərkiməsi nəticəsində yaranan ölümcül xəstəlik), osteoporoz (sümük toxumasının strukturunun zəifləməsinə səbəb olan xəstəlik) və şəkər xəstələrinin müalicəsində istifadə edilir.

Bütün bunlarla yanaşı, onun miqren xəstələrində, aneroksiyada (ölümcül ola bilən yemək pozuntusu), yanığın müalicəsində və dəri sağlamlığı ilə bağlı problemlərin müalicəsində də kömək etdiyi bildirilir.

Yüksək səviyyədə omeqa-3 yağ turşusuna malik balıqla qidalanan Qrenlandiya eskimoslarının və yaponların ürək-damar, astma və psoriaz xəstəliklərinə daha az məruz qaldığını göstərən çox əhatəli məlumatlar vardır. Buna görə də balıq müalicəvi bir qida kimi də tövsiyə edilir. Omeqa-3 yağ turşuları ürək xəstəliyi üçün sübut edilmiş faydaları ilə müasir dövrümüzdə də qidalanma üzrə mütəxəssislərin tövsiyə etdiyi əsas maddələrdən biri kimi hesab edilir.

Balığın ümumi şəkildə göstərdiyimiz faydalı cəhətlərinə hər ötən gün yeniləri əlavə olunur. Balığın faydalarını ortaya çıxarmaq alimlərin inkişaf etmiş texnoloji imkanlarla təchiz olunmuş tədqiqat mərkəzlərindən istifadə etməsi ilə mümkün olub. Bu cür dəyərli qida mənbəyinə Quranda işarə edilməsi və «Kəhf» surəsində yorğunluğu aradan qaldıran bir qida kimi təqdim olunması da, əlbəttə, çox hikmətlidir. Balıqdan əldə edilən bütün faydalar Rəbbimizin bizə verdiyi böyük nemətdir. Bütün qidalarda olduğu kimi, balıqdakı üstün quruluşu da bizim üçün yaradan aləmlərin Rəbbi olan Allahdır.

Donuz əti və onun sağlamlığa zərəri

Donuz əti yeməyin insan sağlamlığına zərər verən bir çox cəhətləri var. Keçmiş dövrlərdə olduğu kimi alınan müxtəlif tədbirlərə baxmayaraq, donuz ətinin zərəri günümüzdə də qalır.

«O, sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri qəti haram etmişdir. Lakin naəlac qaldıqda zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!»

«Bəqərə» surəsi, 173

Donuz əti yeməyin insan sağlamlığına zərər verən bir çox cəhətləri var. Keçmiş dövrlərdə olduğu kimi alınan müxtəlif tədbirlərə baxmayaraq, donuz ətinin zərəri günümüzdə də qalır. Donuz hər şeydən əvvəl hər nə qədər fermalarda, səliqə-sahmanlı şəraitdə yetişdirilsə də, öz pisliyini yeyən heyvandır. Donuz həm öz pisliyi ilə qidalanır, həm də bioloji quruluşu etibarilə başqa heyvanlara nisbətən çox miqdarda antitel istehsal edir. Donuzun bədənində başqa heyvanlara və insana nisbətən çox ifrat dozada böyümək hormonu istehsal olunur. Təbii ki, çox miqdarda olan bu antitel və böyümək hormonları dövran yolu ilə donuzun əzələ toxumasına da keçərək yığılıb qalır. Donuz ətində çox miqdarda xolesterol və lipid də var. Bütün bunların nəticəsində ifrat səviyyədə antitellər, hormonlar, xolesterol və lipidlərlə zəngin olan donuz ətinin insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olması elmi yolla sübut edilmişdir. Bu gün donuz ətinin daha çox yeyildiyi ABŞ və Almaniya kimi ölkələrin əhalisinin əksər hissəsini təşkil edən normadan çox kök insanların mövcudluğu artıq adi qarşılanan bir haldır. Donuz ətinə əsaslanan bir qidalanma nəticəsində ifrat səviyyədə böyümək hormonuna məruz qalan insan bədəni əvvəlcə çox çəki yığır, sonra da bədən deformasiyaya - forma dəyişikliyinə - məruz qalır.

Şəkildə "trixina" paraziti görünür.
Şəkildə "trixina" paraziti görünür.

Bundan başqa, donuz ətində olan sağlamlığa zərərli maddələrdən biri də «trixin» parazitidir. İnsan bədəninə daxil olub birbaşa ürək əzələlərinə yerləşən və ölümcül təhlükə yaradan trixin parazitinə donuz ətində tez-tez rast gəlinir. Trixinli donuzları müəyyənləşdirmək müasir texnologiya sayəsində, asan olsa da, əvvəllər belə üsul məlum deyildi. Buna görə də donuz əti yeyən hər bir adamda trixin parazitinə yoluxma və ölümlə üzləşmək riski olurdu.

Göründüyü kimi, bütün bu səbəblər Rəbbimizin donuz ətini qadağan etməsinin hikmətlərindən bir qismidir. Bundan başqa, Rəbbimizin bu əmri bizi sağlamlığa zərərli təsirlərini hər şəraitdə davam etdirən, nəzarətsiz istehsalında isə ölümcül də ola bilən donuz ətini yeməkdən qoruyur.

Donuz ətinin insan sağlamlığını birbaşa təhdid edən zərərlərindən xəbərdar olmaq XX əsrə kimi mümkün deyildi. Müasir tibbi cihazlarla, bioloji testlərlə hələ indi konkret şəkildə ortaya qoyulan bu zərərə qarşı qəti tədbir görülməsi də mikrob, bakteriya, trixin, hormon, antitel kimi anlayışlardan heç kimin xəbərdar olmadığı VII əsrdə nazil edilən Quranın ali elm sahibi olan Rəbbimizin vəhyi olduğunu göstərən möcüzələrdəndir. Bu gün də donuz əti istehsalında görülən hər cür tədbirə və nəzarətə baxmayaraq, bu məhsulun insan bədəninə fizioloji baxımdan münasib olmadığı və insan sağlamlığına zərər verən bir ət növü olduğu həqiqəti dəyişməyib.

Şəfa mənbəyi olan bir bitki-zeytun

Quranda diqqətimizi cəlb edən qidalardan biri də zeytundur. Son dövrlərdə aparılan araşdırmalar zeytunun təkcə ləzzətli bir qida deyil, həm də mühüm bir sağlamlıq mənbəyi olduğunu göstərib.

«Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır.»

«Nəhl» surəsi, 11

Quranda diqqətimizi cəlb edən qidalardan biri də zeytundur. Son dövrlərdə aparılan araşdırmalar zeytunun təkcə ləzzətli bir qida deyil, həm də mühüm bir sağlamlıq mənbəyi olduğunu göstərib.

«Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından yandırılır. Od ona toxunmasa da, sanki yağı işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna qovuşdurur. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!»

«Nur» surəsi, 35

Yuxarıdakı ayənin, əslində, «mubarəkətin zəytunətin» ifadəsi ilə zeytun «bərəkətli, müqəddəs, faydalı, saysız xeyir verən» mənalarına gələn mübarək sifəti ilə qeyd edilmişdir. «Zeytuha» ifadəsi ilə bildirilən zeytun yağı başqa qatı yağların əksinə olaraq, bütün mütəxəssislər tərəfindən başda ürək və qan-damar sağlamlığı olmaqla ən çox tövsiyə edilən yağ növü kimi tanınır. Zeytun yağının sağlamlıq baxımından faydalarını bu cür qeyd edə bilərik:

Ürək və Qan-Damar Sağlamlığına Faydası

Zeytun və zeytun yağındakı yağ turşularının əksəriyyəti doymamış yağdır. Belə yağlarda xolesterol olmur. Buna görə də zeytun yağı qandakı xolesterol səviyyəsini qaldırmır, əksinə, onu nəzarətdə saxlayır. Bundan başqa, zeytun yağının tərkibində bədən üçün zəruri olan (EFA: essential fatty asit) omeqa-6 yağ turşusu (linoleik turşu) var. Buna görə də səhiyyə təşkilatları (Dünya Səhiyyə Təşkilatı/WHO) damar kirəcləşməsi, şəkər xəstəliyi faizinin çox olduğu cəmiyyətlərdə istifadə edilən yağlardakı yağ turşusunun ən az 30 faizinin omeqa-6 yağ turşusu olmasını tövsiyə edir. Bu da zeytunun dəyərini yüksək səviyyədə artırır.225

Bu sahədə aparılan tədqiqatlar 1 həftə boyunca hər gün 25 millilitr - təxminən 2 xörək qaşığı - təbii zeytun yağı qəbul edən insanların daha az LDL (pis xolesterol) və daha yuxarı antioksidan səviyyələri göstərdiyini təsdiqləyib.226 Antioksidanlar bədənimizdəki «sərbəst radikallar» adlı zərərli maddələrin zərərsizləşdirilməsi və hüceyrəyə zərər verilməsinin qarşısının alınması baxımından çox zəruridir. Zeytun yağından istifadənin xolesterolun səviyyəsini aşağı salması və ürək xəstəliklərinin qarşısını alması bir çox araşdırmalarla da təsdiq edilib.227

Zeytun yağı qanda dövr edən LDL adlı zərərli xolesterolun səviyyəsini aşağı saldığı, HDL adlı faydalı xolesterol səviyyəsini isə yüksəltdiyi228 üçün ürək və qan-damar xəstələrinə dərman kimi tövsiyə edilir. Ürək-damar xəstəliklərinə çox rast gəlinən ölkələrdə əksərən yüksək xolesterol səviyyəsinə malik doymuş yağlar işlədilir. Bununla yanaşı, zeytun yağı bədəndəki omeqa-6 yağ turşusunun omeqa-3 yağ turşusuna nisbətini də pozur. Omeqa-3 və omeqa-6 yağ turşularının müəyyən səviyyədə qəbul edilməsi çox vacibdir. Çünki bu nisbətin pozulması immunitet və ürək xəstəlikləri, o cümlədən xərçəng xəstəliyi kimi bir çox xəstəliklərin inkişafına gətirib çıxarır. Məhz buna görə də bir çox insanlar zeytun yağı ilə şəfa tapırlar.229 Amerika Ürək Cəmiyyəti ürək xəstəliyi riskini azaltmaq üçün doymamış yağ pəhrizinin 30 faiz az yağlı pəhrizə alternativ ola biləcəyini bildirir.230

Xərçəng xəstəliyinin qarşısını alması

«The Archives of İnternal Medicine» jurnalında dərc olunan bir tədqiqat əsəri yüksək nisbətdə doymamış yağ istifadə edən qadınların döş xərçənginə düçar olması riskinin az olduğunu göstərmişdir. Nyu-Yorkda Buffalo Universiteti tədqiqatçılarının apardığı başqa bir çalışmada isə bitki yağlarından biri kimi zeytun yağının B-sitosterolun prostat xərçəng hüceyrələrinin yaranmasının qarşısını almaqda kömək etdiyi bildirilir. Tədqiqatçılar B-sitosterolun hüceyrələrin bölünməməsi əmrini verən hüceyrədaxili xəbərləşmə sistemini gücləndirdiyi, bununla da hüceyrə böyüməsi nəzarətdən çıxmadan xərçəngin qarşısının alına biləcəyi nəticəsinə gəliblər.

Oksford Universitetinin həkimləri tərəfindən aparılan sonuncu araşdırmada da zeytun yağının bağırsaq xərçənginə qarşı qoruyucu xüsusiyyətə malik olduğu aşkar edilib. Həkimlər zeytun yağının bağırsaq xərçənginin başlamasının qarşısını almaq üçün mədədəki turşu ilə reaksiyaya girdiyini kəşf ediblər. Oksford tədqiqatçıları zeytun yağının öd turşusu miqdarını azaldaraq və DAO (tiamin oksidaz adlı ferment) səviyyəsini yüksəldərək anormal hüceyrə artımına və xərçəngə qarşı qoruyucu olduğunu da üzə çıxarıblar.231

Artritin (Oynaq Infeksiyası) Qarşısını Alması

Tədqiqatçıların hesabatlarına görə, bol miqdarda zeytun yağı və bişmiş tərəvəz yeyən insanlarda oynaqlarında onların xroniki infeksiya xəstəliyi olan revmatizmal artrit keçirmək riski azalır.

Sümüyün Inkişafına Kömək Etməsi

Zeytun yağının tərkibindəki E, A, D və K vitaminləri uşaqların və yeniyetmələrin sümüyünün inkişafına kömək etməsi, kalsium miqdarını sabitləşdirərək sümükləri gücləndirməsi baxımından çox vacibdir. Bu yağlar yaşlılara da xüsusi tövsiyə edilir, çünki həzm olunması asandır və minerallarla bədəndə istifadəsinə kömək edir. Həmçinin sümük mineralizasiyasını (mineralların sümüklərdə çökməsi) hərəkətə keçirərək, kalsium itkisinə əngəl olur.232 Sümüklər orqanizmin mineral quruluşunun anbarını yaradır və sümüklərdə mineral yığımı olmayanda sümük yumşalması kimi ciddi problem əmələ gəlir. Bu baxımdan zeytun yağının skelet quruluşuna çox müsbət təsiri var.

Qocalmağın Qarşısını Alır

Zeytun yağının tərkibindəki vitaminlər hüceyrələri təzələmək xüsusiyyətinə malik olduğu üçün ondan qocalığın qarşısının alınmasında da istifadə edilir, çünki zeytun yağı dərini qidalandırır və qoruyur. Qidalar bədənimizdə enerjiyə çevrilərkən oksidan adlı bəzi maddələr ortaya çıxır. Zeytun yağı özündə ehtiva etdiyi çoxsaylı antioksidan maddələrlə bədənin zərərli maddələrlə zədələnməsinin qarşısını alır, hüceyrələrimizi təzələyir, toxuma və orqanlarımızın yaşlanmasını ləngidir. Zeytun yağı bədənimizdəki hüceyrələrə zərər verən, onları qocaldan «sərbəst radikallara» təzyiq edən E vitamini baxımından da zəngindir.

Uşaqların Inkişafına Müsbət Təsiri

Zeytun və zeytun yağı tərkibində olan linoleik turşuya (omeqa-6 yağ turşusu) görə təzə doğulmuş körpələr, inkişaf mərhələsində olan uşaqlar üçün çox faydalı bir qidadır. Linoleik turşunun az olması uşağın inkişafının ləngiməsinə və bəzi dəri problemlərinin yaranmasına səbəb ola bilər.233 Zeytun yağında bədənimizdə olan zərərli maddələrin təsirinin qarşısını alan antioksidan elementlər və insan üçün böyük əhəmiyyət kəsb edən yağ turşuları var. Bunlar da hormonlara dəstək olur və hüceyrə zarının əmələ gəlməsinə kömək edir. Zeytun yağı ana südündəki yağ turşusu nisbətinə oxşayır, bununla bərabər, bir çox doymamış tərkiblərə də malikdir.

Zeytun yağı insan bədəni tərəfindən əldə edilə bilməyən, həmçinin bədənin zəruri ehtiyac duyduğu əsas yağlı turşular baxımından kifayət edəcək bir mənbədir. Bu amillər zeytun yağını təzə doğulan körpələr üçün çox faydalı maddəyə çevirir. Doğuşdan əvvəl və sonra körpə beyninin və sinir sisteminin təbii inkişafına müsbət təsiri olduğuna görə, mütəxəssislər tərəfindən analara məsləhət görülən yeganə yağ yenə zeytun yağıdır. Bu yağ özündə ana südündəkinə yaxın miqdarda linoleik turşu ehtiva edir. Bununla yanaşı, yağsız inək südünə zeytun yağı əlavə ediləndə o, ana südü qədər təbii bir qida xüsusiyyəti qazanır.234

Təzyiqi Aşağı Salması

«The Archives of İnternal Medicine» jurnalının 2000-ci il 27 mart tarixli sayında dərc olunan bir araşdırma zeytun yağının yuxarı qan təzyiqinə müsbət təsirini bir daha vurğulamışdır. Bundan başqa, zeytun yağının yarpağından təzyiqi aşağı salan dərmanlar hazırlanır.

Daxili Orqanlara Faydası

İsti və ya soyuq halda qəbul edilməsindən asılı olmayaraq, zeytun yağı mədə turşusunu azaldaraq mədəni qastrit və xora kimi xəstəliklərdən qoruyur.235 Bununla yanaşı, öd ifrazatını sürətləndirərək onun ən mükəmməl hala gəlməsini təmin edir. Öd kisəsinin boşalma fəaliyyətini nizamlayır və öd daşı riskini azaldır.236 Tərkibindəki xlor sayəsində də qaraciyərin çalışmasına kömək edir. Bununla da bədənin tullantılardan xilas olmasını asanlaşdırır. Bunlardan başqa, beyin, aorta damarlarının da sağlamlığına müsbət təsir göstərir.237

Zeytun yağı bütün bu xüsusiyyətlərinə görə son dövrlərdə mütəxəssislərin diqqətini cəlb edir.238 Mütəxəssislərin izahlarından bir qismi ilə tanış olaq.

Sağlamlıq və qidalanma sahəsində nüfuzlu şəxslərdən biri sayılan, «Qida əczaxanası» («The Food Pharmacy») və «Qidalar - möcüzəli dərmanlarınız» («Food-Your Miracle Medicine») kitablarının müəllifi, CNN telekanalının mükafatlı müxbiri, beynəlxalq köşə yazarı olan Cin Karper:

«İtaliyada aparılan yeni tədqiqatlar nəticəsində zeytun yağının özündə LDL xolesterolunun arteriya damarlarına tıxac yaratmaq xüsusiyyəti də daxil olmaqla bəzi xəstəlik mərhələləri ilə döyüşən... antioksidanlar ehtiva etdiyini aşkarlayıb».

Pəhriz və qidalanma mütəxəssisi Pat Baird:

«Zeytun yağının hərtərəfliliyi... onun bədənin sağlamlığına olan faydası haqqında öyrənəcəyimiz daha çox şey var».

Harvard Universitetinin xalq sağlamlığı məktəbi epidemiologiya bölümü başqanı dr. Dimitrios Trichopoulos:

«Amerikalı qadınlar doymuş yağların əvəzinə daha çox zeytun yağı istifadə etsəydilər, döş xərçəngi riskində 50 faiz qədər azalma baş verə bilərdi... Zeytun yağı bəzi bədxassəli şiş növlərinə - prostat, döş, onurğa, pulcuqlu hüceyrə və qida borusu şişlərinə qarşı qoruyucu təsirə malikdir».

Mayami Universitetinin (ABŞ) tibb fakültəsindən D.Peck:

«Zeytun yağının siçovullardakı immunitet sistemini gücləndirdiyi sübut olunmuşdur...»

Milan Universiteti əczaçılıq fakültəsindən Bruno Berra:

«Təbii yolla süzülmüş zeytun yağının tərkibində olan LDL oksidasiona olan müqavimətini aydın şəkildə artırır».

II Federiko Universitetinin daxili və metabolizma xəstəlikləri kafedrasından A.A.Rivells, G.Rikkardi, M.Mançini:

«Zeytun yağı insulin müqavimətinin qarşısını alır və qandakı qlükozanın daha yaxşı nəzarətini təmin edir».

Napoli Universiteti tibb və kimya fakültəsindən Patrisia Qalletti:

«Zeytun yağı polifenollarının qida kimi qəbul edilməsi reaktiv oksigen metabolitlərlə bağlı xəstəlik riskini azalda bilər - mədə-bağırsaqla bağlı bəzi xəstəliklər və damarların tıxanması kimi. Zeytun yağı hidroksitirosolu insan eritrositlərini oksidativ təhlükədən qoruyur».

Harvard Universitetinin xalq səhiyyəsi məktəbindən Frank Saks:

«Zeytun yağından ibarət olan zəngin qida rasionlu pəhriz ifrat kökəlməyi nəzarətdə saxlamaqda və müalicə etməkdə az yağlı qida rasionundan ibarət pəhrizdən daha təsirlidir. O, uzunmüddətli artıq çəki itkisinə də səbəb olur, bu halda, çəkini qorumaq daha asandır...»

Göründüyü kimi, bu gün bir çox alimlər zeytun yağını əsas qəbul edən qidalanma modelinin ən ideal forma olduğunu düşünür. Bu xüsusiyyətlərinə görə gündəlik qida rasionunda olması zəruri olan ən əsas qidaların zeytun və zeytun yağı olduğu bildirilir. Allahın bir çox ayədə diqqətimizə çatdırdığı zeytun bitkisinin faydası tibbi bilgilərin artması ilə paralel olaraq kəşf edilmişdir.

«Göydən sizin üçün su endirən Odur. Ondan siz də, içində heyvanlarınızı otardığınız, ağaclar da içər. Onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır!»

«Nəhl» surəsi, 10-11

Aorta-koronar şuntlama əməliyyatı

Bu surənin ardınca Allahın ürəyin sağlamlığına faydalı olan zeytuna and içməsi də («Tin» surəsi, 1) çox hikmətlidir.

«Məgər Biz sənin köksünü açıb genişlətmədikmi?! Sənin belini bükürdü ağır yükünü səndən götürmədikmi?! Sənin ad-sanını ucaltmadıqmı?! Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr...»

«İnşirah» surəsi, 1-6

«Məlum olduğu kimi, hər orqanın həyatını davam etdirməsi və vəzifəsini yerinə yetirməsi üçün onun qan dövranı yolu ilə qidalanması lazımdır. Qan ürək əzələmizə də «aorta-koronar» adlı aorta damarları yolu ilə gəlir. Damar kirəcləşməsi (ateroskleroz) vəziyyətində bu damarlarda daralma və tıxanmalar yarana bilər. Bu vəziyyət inkişaf etdikdə isə qan axının qarşısı alınır və ürək kifayət qədər qidalanmır. Bu da ürəyin vəzifəsini yerinə yetirə bilmədiyini göstərən sinə ağrısına və infarkta səbəb olur.»

«Yuxarıdakı ayələrdə «Biz sənin köksünü açıb genişlətmədikmi?» kimi tərcümə edilən «ə ləm nəşrah ləkə sadrəkə» ifadəsi bu cür ürək probleminə və hazırda həyata keçirilən aorta-koronar şuntlama əməliyyatlarına bir işarə ola bilər (ən doğrusunu Allah bilir). Çünki ayədə keçən «ləm nəşrah» ifadəsi ilk mənası etibarilə «ət və ət kimi şeyləri açmaq» feilini ifadə edir. Bu əməliyyatlar zamanı da sinə sümüyü boydan iki yerə ayrılır və sinənin içinə daxil olunur. Aparılan əməliyyat nəticəsində damarda qanın axını təkrar təmin edilir və sinə ağrısı aradan qaldırılır. Ayədə qeyd edilən «genişləmək» ifadəsi də damarlardakı daralmanın aradan qaldırılmasına işarə ola bilər.»

Bu surənin ardınca Allahın ürəyin sağlamlığına faydalı olan zeytuna and içməsi də («Tin» surəsi, 1) çox hikmətlidir.

Hərəkət etməyin, yuyunmağın və su ıçməyin sağlamlığa faydası

Quranda diqqət çəkilən davranışlardan biri Əyyub Peyğəmbərə gələn bir vəhydən bəhs edən ayələrdə bildirilir:

Quranda diqqət çəkilən davranışlardan biri Əyyub Peyğəmbərə gələn bir vəhydən bəhs edən ayələrdə bildirilir:

«Bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə belə demişdi:

"Şeytan mənə bəla və əzab toxundurmuşdur!" Ona belə buyurduq: "Ayağını tərpət! Bu, yuyunacaq və içiləcək sərin sudur!»

«Sad» surəsi, 41-42

Əyyub Peyğəmbərə şeytanın verdiyi sıxıntı və narahatlığa qarşı Allahın bildirdiyi tövsiyələrdən biri ayağını tərpətməsidir. Ayədə qeyd edilən bu ifadə hərəkət etməyin, idmanla məşğul olmağın faydalarına bir işarə ola bilər (ən doğrusunu Allah bilir). «Ayağını tərpət, yerə vur» kimi tərcümə edilən «urkud» kəlməsi «Ənbiya» surəsinin 12-ci və 13-cü ayələrində «qaçmaq» mənasında da işlədilir. Bu da burada nəzərdə tutulan hərəkətin «qaçmaq» və ya «sürətli addımlamaq» şəklində ola biləcəyini göstərir.

İdman zamanı xüsusilə ayaq əzələləri kimi uzun əzələlərin hərəkət etdirilməsi (izometrik hərəkətlər) ilə qan dövranı sürətlənir, hüceyrələrə gedən oksigenin miqdarı artır. Nəticədə, insanın ətaləti aradan götürülür, toksik maddələrin bədəndən uzaqlaşdırılması ilə insan dincəlir.239 Mikroblara qarşı geniş və təmiz damarlara malik olur. Bu da damarların tıxanmasına, dolayısilə, ürək xəstəliklərinə mane olur.240 Nizamlı məşqlər qan şəkərinin balansını təmin edərək şəkər xəstəliyinin qarşısını alır. İdmanın qaraciyərə müsbət təsiri «yaxşı xolesterol» deyə biləcəyimiz xolesterol səviyyəsini yüksəldir.241 Çılpaq ayaqların yerə basılması bədəndə yığılıb qalan statik elektrikin boşalmasında çox təsirlidir. Bu üsul bədən üçün bir növ ötürücü rolunu oynayır.

Bununla yanaşı, ayədə diqqət çəkildiyi kimi, yuyunmağın da bədəndəki statik elektrikin atılmasında ən təsirli üsul olduğu bildirilib. Yuyunarkən insan bədənində yaranan fiziki təmizliklə yanaşı, insanın gərginlik və sıxıntısı da azalır. Buna görə də yuyunmaq həm stressin, həm də hərarətli xəstəliklər başda olmaqla, bir çox fiziki və psixoloji narahatlığın aradan qaldırılmasında müsbət təsirə malikdir.

Ayədə yuyunmaqdan başqa bir də su içilməsi tövsiyə edilir. Suyun bədənin hər bir orqanına faydası nəzərdən qaçırılmayacaq qədər çoxdur. Tər vəzləri, mədə-bağırsaq, böyrəklər, dəri və bunlar kimi daha bir çox orqanın sağlamlığı bədənin kifayət miqdarda su qəbul etməsinə bağlıdır. Bu məsələdə yarana biləcək bir narahatçılığın aradan qaldırılması da yenə su ilə edilən əlavələrlə mümkün olur. Yorğunluğun, gərginliyin və yuxulu olmağın həlli də yenə bədəndəki su miqdarının artırılması, beləliklə, toksik maddələrin kənarlaşdırılması təmin edilməklə baş verir.

«Hər biri cismani və ruhi sağlamlığımız üçün həyati əhəmiyyət kəsb edən bu tövsiyələrin birlikdə yerinə yetirilməsi isə ən ideal nəticə verəcək. Bu tövsiyələrdən hər biri Allahın «Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik...» ayəsinin bir təzahürüdür.»

«İsra» surəsi, 82

«Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür.»

«Nəhl» surəsi, 10

Qurandan günümüzə işarələr: ürək masajı

Quranın Allahın sözü olduğunu sübut edən bir çox möcüzəvi xüsusiyyəti var. Qurandakı elmi məlumatlarda, keçmişlə bağlı verilən xəbərlərdə, riyazi şifrələrdə o dövrdə heç bir insanın bilə bilməyəcəyi həqiqətlər ayələrdə xəbər…

Quranın Allahın sözü olduğunu sübut edən bir çox möcüzəvi xüsusiyyəti var. Qurandakı elmi məlumatlarda, keçmişlə bağlı verilən xəbərlərdə, riyazi şifrələrdə o dövrdə heç bir insanın bilə bilməyəcəyi həqiqətlər ayələrdə xəbər verilib. Bunlardan başqa, o dövrün bilik səviyyəsi və texnologiyası ilə əldə edilməsi mümkün olmayan inkişaflara Quranda bəzi ayələrdə əvvəlcədən işarə edilib. XX və XXI əsrin texnologiyası ilə çatdığımız bəzi elmi həqiqətlərin 1400 il əvvəl Quranda bildirilməsi Quranın Rəbbimizin sözü olduğunun açıq sübutudur. Quranda gələcəyə aid işarə ola biləcək ayələrdən biri Bəqərə surəsinin 73-cü ayəsidir:

«» («Bəqərə» surəsi, 72-73)

Bu ayədə “bir parçası ilə” kimi tərcümə edilən ərəbcə “bi-ba‘diha” ifadəsinin mənaları arasında “biri, birilər” sözləri də var. Bu mənalar nəzərə alındıqda, sinəyə yuxarıdan vurulduqda ürəyin yenidən işləməsi mümkün ola biləcəyindən, ayədə ürək masajının edilməsinə işarə olunur. (Doğrusunu Allah bilir)

Məlum olduğu kimi, ürək masajı edilən şəxsdə ölü bədənin əlamətləri olur. Şüuru itmiş, tənəffüsü və ürək döyüntüsü dayanmışdır. Bugünkü biliklərlə ürəyi dayanmış şəxsə ürək masajı tətbiq edilərək onun ürəyinin döyünməsi və həyati funksiyalarının davam etməsi təmin olunur. Ürək masajında döş qəfəsinə müəyyən fasilələrlə təzyiq göstərilir və ürəyin qanı vurmaq üçün ritmik yığılması yenidən başladılır.

Bu baxımdan ayədə ölü bədənə vurularaq onun yenidən canlandırılması ayənin ürək masajı üsuluna işarə ola biləcəyini düşündürür. Quran hər şeyi yoxdan var edən, elmi ilə bütün varlıqları əhatə edən və zamandan münəzzəh olan Uca Allahın sözüdür. Buna görə də Quranda yer alan hər ayə Uca Rəbbimizin hikmətlə vəhy etdiyi məlumatları ehtiva edir. Allah bir ayəsində Quranla bağlı belə buyurur:

«» («Nisa» surəsi, 82)

Yaşlılıqda sümük əriməsi

Məryəm surəsinin 4-cü ayəsində keçən “vəhənə” sözü “zəiflədi, gücdən düşdü, yetərsiz qaldı” mənalarını verir.

«» («Məryəm» surəsi, 4)

Məryəm surəsinin 4-cü ayəsində keçən “vəhənə” sözü “zəiflədi, gücdən düşdü, yetərsiz qaldı” mənalarını verir. Bu ayədə yaşlılıqla birlikdə sümükdə baş verən dəyişikliyi təsvir etmək üçün istifadə olunan söz son dərəcə hikmətlidir. Çünki yalnız bugünkü texnologiya ilə ətraflı ölçmələr aparıla bilən sümük müayinələri “sümük əriməsi” kimi tanınan xəstəliyin görüntülənməsini mümkün edib.

Tibbdə “osteoporoz” adlanan bu xəstəlik sümüklərin kütlə itirməsinə səbəb olan sümük maddələr mübadiləsi xəstəliyidir. Osteoporoz sözü “osteo” (sümük) və “poroz” (deşikli) sözlərinin birləşməsindən yaranıb. Sümük bal pətəyi görünüşündədir və başda kalsium olmaqla mühüm mineralları özündə saxlayır. Qırx yaş ətrafında sümük kütləsi yavaş-yavaş azalmağa başlayır. Daha çox yaşlılarda görülən və sümük toxumasının sıxlığının azalması ilə ortaya çıxan bu xəstəlik irəli mərhələlərdə sümüklərin asanlıqla sınmasına səbəb olur.

Rentgen şüalarının belə 1890-cı illərdə kəşf edildiyini nəzərə alsaq, keçmişdə sümüklərlə bağlı bir müəyyənləşdirmə aparmağın çətinliyi daha yaxşı anlaşılar. Quranda əsrlər əvvəl bugünkü tibbi bilikləri təsdiqləyən müəyyənləşdirmələrin yer alması Quranın Allah dərgahından olduğunun açıq göstəricilərindən biridir.

Qandakı oksidləşmə

Mutaffifin surəsinin 14-cü ayəsində qəlblər üçün işlədilən “pas bağlama” ifadəsi ürəkdə baş verən biokimyəvi reaksiyaya işarə ola bilər.

«Xeyr, əsla! Onların qazandıqları (günahlar) qəlbləri üzərində pas bağlamışdır.»

«Mutəffifin» surəsi, 14

Mutaffifin surəsinin 14-cü ayəsində qəlblər üçün işlədilən “pas bağlama” ifadəsi ürəkdə baş verən biokimyəvi reaksiyaya işarə ola bilər. (Doğrusunu Allah bilir) Məlum olduğu kimi, pas dəmirin oksigenlə reaksiyaya girməsi — oksidləşməsi — nəticəsində yaranır. Havadan aldığımız oksigen də qandakı hemoqlobinin tərkibindəki dəmir sayəsində bədəndə daşınır. Bu zaman oksigen qandakı dəmirlə reaksiyaya girir. Beləliklə, insan bədənindəki qanda — deməli, qan dövranı sisteminin mərkəzi olan ürəkdə — fasiləsiz olaraq paslanmaya bənzər bir reaksiya baş verir.

Hətta bədəndəki dəmir artıqlığı eynilə paslanmaya bənzər oksidləşmə yaradaraq bütün bədən hüceyrələrinin erkən qocalmasına səbəb olur. Bədəndə həddindən artıq dəmir toplanması nəticəsində yaranan “hemoxromatoz” xəstəliyində də dəmir zəhərli təsir göstərərək ürək, qaraciyər kimi orqanların iflasına səbəb olur. Bu hadisə dəmirin oksidləşməsi nəticəsində baş verdiyi üçün orqanlarda “pas yığılması” və ya orqanların “paslanması” kimi təsvir edilir. Science News jurnalında doktor Şeron Makdonnel dəmirin orqanları təşkil edən hüceyrələri oksidləşdirməsini “Bu, paslanmadır” ifadəsi ilə təsvir edir.

Başqa bir mənbədə isə bu xəstəlik haqqında bunlar deyilir:

Bədəndəki dəmirin oksigenlə reaksiyasını — qandakı oksidləşməni — müəyyən etmək yalnız yüksək səviyyəli texnoloji avadanlığa malik laboratoriyalarda mümkündür. Quranda elmi məlumatlarla uyğun belə bir bənzətmənin yer alması, Quranın nazil olduğu dövr nəzərə alındıqda açıq bir möcüzədir. Bundan başqa, Quranda bunun kimi müasir elmlə uyğun saysız məlumatın yer alması Quranın hər şeyin elminə sahib olan, hər şeyi yaradan Rəbbimizin vəhyi olduğunun göstəricilərindən biridir.

Quranda qanın haram edilməsinin hikmətləri

Allahın qanı insanlara haram etməsinin hikmətləri XX əsrin bilikləri ilə üzə çıxıb. Qan həzm zamanı sorulan zülal, şəkər, yağ kimi maddələri, vitaminləri, hormonları və oksigeni hüceyrələrə daşıyaraq həyatın davamını mümkün edir.

«» («Bəqərə» surəsi, 173)

Allahın qanı insanlara haram etməsinin hikmətləri XX əsrin bilikləri ilə üzə çıxıb. Qan həzm zamanı sorulan zülal, şəkər, yağ kimi maddələri, vitaminləri, hormonları və oksigeni hüceyrələrə daşıyaraq həyatın davamını mümkün edir. Digər tərəfdən, bədəndən xaric edilməli olan müxtəlif zəhərli maddələr və zərərli tullantılar da qan vasitəsilə daşınır. Bu baxımdan qanın ən mühüm vəzifələrindən biri də sidik cövhəri, sidik turşusu, kreatin və karbon qazı kimi hüceyrələrdən gələn tullantıları daşımaqdır.

Buna görə də müəyyən miqdarda qan içildikdə qan vasitəsilə daşınan bu zərərli maddələrin bədəndəki səviyyəsi çox yüksəlir. Bu da qan vasitəsilə böyrəklərə daşınan və sidiklə xaric edilən zərərli maddələrin — “sidik cövhəri”nin — miqdarını artırır. Bu vəziyyət komaya qədər gedə bilən beyin funksiyası pozğunluqları ilə nəticələnə bilər. Buna görə də sağlam heyvandan götürülsə belə, qanda — qanın vəzifəsinə görə — həmişə zərərli komponentlər olur. Xəstə heyvandan götürüldükdə isə müxtəlif parazitlər və mikroblar da qan vasitəsilə daşınmış olur. Bu halda mikroblar insanın qanında çoxalaraq bütün bədənə yayıla bilər. Əsas təhlükə də məhz budur. İnsan qan içdikdə bütün mikroblar və tullantı maddələri onun bədəninə yayılaraq böyrək çatışmazlığı, qaraciyər koması kimi xəstəliklərə yol açacaq. Bunlardan başqa, qanla daşınan mikrobların çoxu mədə və bağırsaq divarlarına zərər verərək daha bir çox xəstəliyə səbəb ola bilər.

Digər tərəfdən, qan steril mühit deyil; başqa sözlə, mikrobların inkişafı üçün əlverişli mühitdir. Mikroblar qanda çox yaxşı qidalanma imkanı tapdıqları üçün çoxalmaları baxımından əlverişli şəraitə malikdirlər. Qan bədəndəki digər mayelərin funksiyaları və immun sistemi ilə tam tarazlaşdıqda bədən mikroorqanizmlərin yaşamasına — deməli, xəstəliklərə — dəstək vermir. Sağlam insanda bu mikroorqanizmlər bədənin içində bir-birindən qarşılıqlı faydalanaraq birgə yaşayırlar. Lakin bu mühitdə ciddi dəyişiklik baş verdikdə, başqa sözlə, bədənin daxili tarazlığı pozulduqda, əlverişli mühit tapan kimi xəstəliklərə səbəb ola biləcək mikroorqanizmlərə çevrilə bilərlər.

Məsələn, qanın pH (turşu və qələvi tarazlığı) göstəricisi zəif qidalanma və ya zərərli kimyəvi maddələrin təsiri ilə həddindən artıq turş və ya həddindən artıq qələvi olarsa, zərərsiz mikroblar xəstəliklərə səbəb olacaq şəkildə formasını dəyişə bilər. Bədənin sağlam olması üçün qanın pH göstəricisinin təxminən 7,3 olması lazımdır. Bu göstəricidəki kiçik fərqlər belə tarazlığın pozulmasına, mikroorqanizmlərin mühitə uyğunlaşmaq üçün daha zərərli hala gəlməsinə səbəb ola bilər. Qanın steril olmaması çöldə qalan südün xarab olmasına bənzədilə bilər. Onsuz da qanın içində olan mikroblar özlərini bu yeni mühitə uyğun dəyişərək zərərli təsirlər göstərə bilərlər.

Bütün bunlarla yanaşı, qan qida maddəsi kimi də uyğun deyil. Qanda həzm edilə bilən albumin, qlobulin və fibrinogen kimi zülalların miqdarı azdır; 100 ml qanda bu zülalların miqdarı təxminən 8 qramdır. Eyni vəziyyət yağlar üçün də keçərlidir. Bundan başqa, qanda həzmi çox çətin olan və mədənin qəbul etmədiyi qədər mürəkkəb zülal olan hemoqlobin yüksək miqdarda olur. Qan laxtalandıqda fibrinogen zülalı fibrinə çevrilərək qırmızı qan hüceyrələrini ehtiva edən bir tor yaradır. Fibrin isə həzmi ən çətin zülallardan biri olaraq qanın həzmini daha da çətinləşdirir. Nəticədə səhiyyə mütəxəssisləri qanın heç bir halda insanın istehlakı üçün uyğun olmadığı fikrində həmrəydirlər.

Başqa bir ayədə Rəbbimiz belə bildirir:

«» («Maidə» surəsi, 3)

Allahın bu əmrinə tabe olaraq insan o dövr üçün hikmətini dərk etmədiyi bir zərərdən qorunur. Allaha inanıb güvənərək Onun əmr və qadağalarını tətbiq edənlər həm axirətləri baxımından xeyirli həyat sürür, həm də Allahın himayəsi və sonsuz rəhməti altında yaşayırlar.