Quran bütövlükdə Allahın sözüdür və orada heç bir ziddiyyət yoxdur. O, Allahın qullarına yol göstərici olaraq nazil etdiyi Kitabdır. Allah bir çox ayələrdə Quranın haqq kitab olduğunu və Quranı qoruduğunu bildirir. Rəbbimiz Hicr surəsində belə buyurur:
«Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!»
Ona görə də elm Quranın göstərdiyi yolla, onun yönəltdiyi kimi hərəkət edərsə, Allahın əmr etdiyi yolla son dərəcə sürətlə irəliləyə bilər. Quranın göstərdiyi yolun əksinə getdikdə isə elm adamlarının həm vaxtları, həm də maddi imkanları israf olur və elmin inkişaf sürəti kəsilir.
Hər sahədə olduğu kimi, elm sahəsində də ən doğru yol Allahın Quranda buyurduğu “yol”dur. Allahın bildirdiyi kimi: