İslam terroru lənətləyir: Qurana əsasən, şəriət, cihad və savaş
Mündəricat
- Ön söz
- Giriş
- İslam əxlaqı sülhün və təhlükəsizliyin mənbəyidir
- Qurana əsasən, şəriət, cihad və savaş
- Radikalizmin yanlışlığı və həqiqətlər
- Din adından terror törədənlərin iç üzü
- İslamın kitab əhlinə münasibəti
- İslam Yaxın Şərqə sülh və hüzur gətirmişdir
- Terrorizmin əsas qaynağı: darvinizm və materializm
- Nəticə: Qərb dünyası üçün məsləhətlər
- Əlavə bölmə: Təkamül yalanı

Dünyadakı terror aktlarını İslam adından törətdiyini deyən və İslamı qorxu dini kimi göstərənlərin yanlış şərh etdiyi iki əsas anlayış vardır: şəriət və cihad.
Allah “Yusif” surəsinin 111-ci ayəsində Quranın hər şeyi müfəssəl açıqladığını bildirmişdir. Buna baxmayaraq, uydurma hədisləri özlərinə rəhbər tutan radikal dini qruplar Quranı qətiyyən yetərli görməmişlər. Odur ki, belə düşünən insanlar tarix boyu bir qisim Quran hökmlərinin açıq-aşkar anlaşılmadığını (Quranı tənzih edirik) və bunun üçün əlavə izahlara ehtiyac olduğunu iddia etmişlər. Beləliklə də, Quranın ancaq hədislər vasitəsilə tam başa düşüləcəyi iddiasını ortaya atmışlar.
Peyğəmbərimizin (səv) sözləri “hədislər” adı ilə bu günə qədər gələn izahlardır. Bir qismi səhih, yəni gerçək söz və əməllər olmaqla yanaşı, bir qismi də zamanla Peyğəmbərimiz adına uydurulmuşdur. Bir qisminin isə zamanla əsil mənası dəyişdirilmişdir. Bir hədisin, həqiqətən də, Peyğəmbərimizin (səv) sözü olduğunu anlamağın iki yolu var: Qurana uyğun olması və gerçəkləşməsi. Qurana zidd olan sözün Peyğəmbərimizə (səv) aid olduğunu iddia etmək tamamilə cəfəngiyatdır. Çünki Peyğəmbərimiz yalnız Qurana tabe olmuşdur.
“Quranı ancaq hədislər vasitəsilə anlaya bilərik” düşüncəsi İslam dünyasına daim böyük zərərlər vermişdir. Çünki belə düşünən bir qisim müsəlmanlar uydurma hədislərə inanmağa başlamışlar. Bir müddət sonra hətta Quranı kənara qoyub yalnız həmin uydurma hədisləri dinin qaynağı kimi qəbul etmişlər. Uydurma hədislər Quran ayələrinə zidd düşəndə isə bəziləri bu hədislərin Quran ayələrini nəsh etdiyini (ayələrin hökmünü qaldırdığını) deməyə belə cürət belə etmişlər. Bu yolla yüzlərlə fərqli hədisdən qaynaqlanan fərqli dinlər ortaya çıxmış və İslam dini üzrə bir-birinə çoxlu mövzuda zidd olan ayrı məzhəblər meydana “Əsr namazı” rəsmi, Qahirə (Con Frederik Luis, 1847)
gəlmişdir. Məzhəb alimləri isə özlərini müsəlman adlandırsalar da, hamısı fərqli fikri müdafiə etmişlər, hətta özləri kimi düşünməyənlərin dindən çıxdığını iddia etmişlər.
İslam aləminin düşdüyü bu vəziyyəti Peyğəmbərimiz (səv) Quranda uca Allaha belə şikayət edir:
Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” -deyəcək.
Həqiqətən də, İslam aləminin ən böyük problemi müsəlmanların Quranı tərk etməsidir. Quran tərk edildikdən sonra növbə icmaya gəlmişdir (icma: hər hansı bir dövrdə yaşamış din böyüklərinin müqayisəli dəlillərə əsaslanıb şəriət mövzusunda hökm çıxarması). Bu şəxslər Qurana tabe olmadıqlarına görə minlərlə hədisin arasında sanki “boğulmuş” və hökmləri nə Quranın, nə də hədislərin açıqladığı qənaətinə gəlmişlər. Daha sonra isə bu din “böyükləri” İslam adından qanunlar çıxarmağa başlamışlar.
İlk öncə məzhəblər, daha sonra məzhəbdaxili icmalar bir-biri ilə çəkişməyə başlamışdır. Hər din “böyüyü”nün öz şərhi hökm kimi qəbul edilmiş, hər camaat fərqli qaydaları əsas almış və böyük İslam aləmi məzhəb və siniflərə, sonda isə kiçik qruplara bölünməyə başlamışdır. Quran isə bəzək kimi divardan asılı qalmışdır. Bütün bunların nəticəsində İslam cəmiyyətinin böyük qismi Quranı tərk etmişdir.
İslam əleyhdarlarına nəzər saldıqda onların bir çoxunun xurafatçılarla eyni düşüncədə olduğunu görürük. Onlar da İslamı Qurandan öyrənmirlər. Xurafatçılar kimi onlar da İslamı uydurma hədis, ənənə və bir qisim insanların Qurana Hər il dünyanın dörd tərəfindən iki milyona yaxın müsəlmanın ziyarət etdiyi Kəbə İslam əxlaqındakı sülh və mərhəmətin simvoludur.
zidd şərhləri əsasında qiymətləndirirlər. Onlar İslama xurafatçıların həyatı və tətbiqi kimi baxır, bu uydurma dinin qaydalarına şəriət deyirlər. Quranın dəyərlərindən xəbərsizdirlər, lakin xurafatçıların saxta dininin qanunlarını çox yaxşı bilirlər. Bu qanunları mühakimə edərkən İslamı hədəf aldıqlarını düşünürlər. Xurafatçıların dinini elə müdafiə edirlər ki, bunun İslama aid olmadığını deyəndə inanmırlar. Belə ki, bu, böyük xətadır.
Həmin şəxslər xurafatçı düşüncəyə qarşı çarə axtarırlarsa, buna inanmalıdırlar: onların dini İslam deyil. Bir müsəlmana Quran təkbaşına kafidir. Hədislər Qurana uyğun olduğu müddətcə doğru və etibarlıdır. Qurana uyğun olmayan hədisin İslamda yeri yoxdur. Əgər müsəlman Quranda İslamı tapa bilmirsə, deməli, başqa din axtarır. O dinin şəriəti isə İslam deyildir.
Qurandakı gerçək şəriət Şəriət kəlməsinin mənası “yol” deməkdir. Müsəlman Qurana baxaraq hansı yolu gedəcəyini asanlıqla anlaya bilər. Quranda haramlar olduqca azdır və qəti hökmlərlə bildirilmişdir, müzakirə və şərhə ehtiyac yoxdur. Məsələn, adam öldürmək, zina etmək, faiz almaq, donuz əti yemək, qan içmək kimi hökmlər Quran ayələrində qəti olaraq haram buyurulmuşdur. Bu, Quranın əhəmiyyətli özəlliyidir. Ayələri şərh edib halalları haram etməyə çalışan şəxslər bunu öz istəklərinə uyğun edirlər. Halbuki Allah haramları qəti hökmlərlə qadağan etmişdir. Aşağıdakı ayədə bildirildiyi kimi:
O, sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir.
Allah Quranda İslam adından halal-haram çıxaran şəxslərin varlığını belə bildirir:
Dilinizin uydurduğu yalana əsasən:
“Bu, halaldır; o, haramdır!”– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.
Peyğəmbərimizin (səv) dövründən sonra yuxarıdakı ayədə bildirildiyi kimi, Allaha qarşı yalan uyduran insanlar ortaya çıxdılar və Qurana zidd gedərək istədiyi şeylərə halal və ya haram dedilər. Fəqət elə bir topluluq da vardır ki, Allah onların özəlliklərini xüsusilə vurğulayır. Bu, onların halal nemətləri haram etmələridir.
Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir.
Odur ki, dünyada şəriət adı altında tətbiq edilən, halbuki tamamilə İslama zidd olan qorxu sistemi Qurandan uzaqlaşmağın nəticəsidir. Quran ayələri ilə açıqlanan gerçək şəriət, yəni Quranın doğru yolu isə belə təsvir edilə bilər:
Quran şəriəti sevgi, hörmət, hər din və fikrə mənsub insanlara mərhəmət etmək deməkdir.
Quran şəriəti demokratiyanı əsas götürür və fikir azadlığını təmin edir.
Quran şəriətində insanlar geniş dünyagörüşünə malik, müasir, bilikli, həmçinin elm, incəsənət, dostluq və sevgiyə dəyər verən insanlardır. Quran şəriətində nifrət, münaqişə və savaş yoxdur.
Bu meyarlarla Quran şəriətinə uyğun İslam ölkəsinin hazırda dünyada mövcud olduğuna bir baxaq. Əlbəttə, yoxdur. Bu şəriət Peyğəmbərimizin (səv)
dövründən bəri tətbiq olunmamışdır. İndiki zamanda dünyada şəriətlə idarə olunduğunu deyən bəzi ölkələr və təriqətlər İslamın yerinə xurafatı önə sürürlər.
Onlar bir qisim uydurma hədisləri rəhbər tutub Quranı tərk edirlər.
Qurandakı gerçək şəriət sisteminin əvəzinə, belə vəhşiliyin İslam adından tanıdılması, təbii ki, qorxunc hadisədir. Lakin bunun çarəsi İslamı günahlandırmaq deyil. İslamı günahlandıranlar, ümumiyyətlə, radikalizm və şiddətin yeganə həll yolunu – Quran əxlaqını görməzlikdən gələrək daha çox zərərə səbəb olurlar. Əsil İslamı zəiflədib radikallara daha çox imkan yaradırlar. Radikalizm və uydurma inanclar qınanmaqla və ya silahlarla deyil, yalnız doğru İslam əxlaqı göstərilməklə aradan qaldırıla bilər. Ortada yanlış inanc problemi var, bunun çıxış yolu isə əsil dinin yaşanmasıdır.
Quranda gerçək cihad Rəbbimizin Quranda bildirdiyi cihadda adam öldürmək, kamikadze, bombalamaq və ya mülki şəxslərə qarşı xain hücumlar təşkil etmək yoxdur. Nifrət, kin və lənət oxumaq da Qurandakı cihadda mövcud deyil. Qurana görə hz. İbra- Quran şəriəti müsəlmanın modern, baxımlı, alicənab, ağıllı, mədəni, demokrat, açıq fikirli, bütün fikirlərə hörmət edən və sevgi dolu olmasını tələb edir. Quran şəriətində qardaşlıq, sülh və sevgi vacibdir. Quran müsəlmanlara müharibəni, zülmü, kin, qəzəb və qarşıdurmaları qadağan etmişdir. Həqiqi şəriəti bilmək istəyənlər yalnız Qurana müraciət etməlidirlər.
him, hz. Yaqub və hz. Musanın övladları lənətlənə bilməz, insanları təhdidlə qorxutmaq olmaz. İslam dini xurafatçı və ya radikalların yaşadığı kimi qətliam, ölüm, nifrət və qəzəb dini deyil. Bu davranışlar xristianlıq və musəvilikdə də yoxdur. Əgər bir insan bu hərəkətləri Qurandan öyrəndiyini deyirsə, ya doğru danışmır, ya da yanlış məlumatlandırılmışdır. Müsəlman olduğunu iddia edən hər hansı radikal yalnız adam öldürmək, bombalamaq və lənətləmək üçün uydurulmuş dinə tabe olur, bu dinin qaynağı isə əsla Quran deyil.
İslamda cəhd etmək qarşı tərəfi məlumatlandırmaq, gözəl əxlaqı öyrətmək, insanları pis əməllərdən uzaqlaşdırmaq üçün çalışmaq deməkdir. Öz aləmlərində cihad etmək adı altında qətliam törədənlər Qurana görə davranmırlar.
Xurafatçılar öpüb divara asdıqları müqəddəs kitabımızı (Quranı), bəlkə də, heç oxunmurlar. Bu dində hər şey qaranlıqdır. Sevginin yerinə nifrət, şəfqətin yerinə qəzəb, qardaşlığın yerinə düşmənlik və biliyin yerinə isə cəhalət hakimdir. Belə dinə inananları silahlandırıb nifrət dolu insanlardan ibarət cəmiyyət meydana gətirmək çox asandır. Odur ki, radikalizm və xurafat bəlası dünyada yalnız İslamda deyil, bütün haqq dinlərdə, eləcə də marksizm, satanizm, materializm, qısası, bütün din və ideologiyalarda mövcuddur.
Bəs radikalizm və ya xurafat hansı səbəbdən mövcuddur? Bu sualın cavabı açıq-aydındır, çünki insanların əksəriyyəti bu təlimi alıblar. Başqa din öyrənməyiblər. İslam adından ortaya çıxan radikalların İslam olaraq bildiyi yalnız bu olmuşdur. Onlar cahil yetişdiriliblər və ictimaiyyət, elm və sənətdən uzaqlaşıblar. Cihad anlayışını yanlış bilib tətbiq ediblər, çünki onlara bu öyrədilib.
Öyrəndiklərini həyata keçirib yaxşı iş gördüklərini zənn edirlər. Dinlərinə, ailələrinə və həmçinin başqalarına zərər verdiklərini heç düşünməyiblər. Halbuki Quranda təsvir edilən cihad xurafatçıların düşündüyündən çox fərqlidir.
Bəs cihad deyəndə nə başa düşülməlidir? “Cihad” sözünün kökü “cəhd”
kəlməsidir və ərəbcə mənaları bunlardır:
- Çalışmaq, cəhd etmək, fədakarlıq etmək, əzm göstərmək 2. İnsanın öz nəfsinə hakim olması Bu mənalara baxanda anlayırıq ki, İslamda cəhd etmək qarşı tərəfi məlumatlandırmaq, gözəl əxlaqı öyrətmək və insanları pis şeylərdən uzaqlaşdırmaq deməkdir. Müsəlman bunu edərkən həm öz nəfsini tərbiyə etməli, həm də qəzəb və nifrətdən uzaqlaşmalıdır. İnsanlar arasında sevgi, sülh və şəfqəti yaymaq, onları pis əxlaqdan çəkindirmək üçün şəfqətlə yanaşmalı və öz əxlaqı ilə nümunə olmalıdır.
Quranın heç bir yerində “cəhd” sözü şiddət və zülmə təşviq edən mənada istifadə olunmamışdır. Dolayısı ilə, Quranı özünə rəhbər edərək cihad adı ilə qətliam törədənlər ya yalan danışırlar, ya da yanlış öyrədiliblər. Hazırda cihad adı ilə insanları qətl edənlər, kamikadze kimi həm özünü, həm də müdafiəsiz mülki şəxsləri öldürənlər və savaşı daha da körükləyənlər Qurana görə harama girirlər. Növbəti bölmələrdə radikalların savaş üçün yanlış açıqladığı Quran ayələri və aqressiyaya səbəb kimi qəbul etdikləri uydurma hədislər ətraflı açıqlanacaq. Burda önəmli bir şeyi vurğulamaq lazımdır:
Radikalların böyük qismi cəhalət üzündən şiddətə baş vururlar. Gerçək dini bilmirlər, hətta bir çoxu Quranı heç oxumamışdır. Bu səbəbdən öldürməklə cihad etdiyini düşünən şəxsi qınamaq, lənətləmək, onu təhdid etmək və ya həbs etmək heç bir işə yaramır. Problemin əsası həmin şəxsin Qurandan xəbərsiz olmasıdır. Yanlış məlumatlandırma davam etdiyi müddətcə nə etdiyindən xəbərsiz radikalların mövcudluğunu qəbul etmək məcburiyyətində qalacağıq. Əsas olan problemin kökünü araşdırıb tapmaqdır.
Belə olduğu təqdirdə, cihad adı altında terror törədənlərin tək ehtiyacının doğru məlumatlandırma olduğunu görəcəyik.
İntihar cihad deyil, intihar haramdır və Quranda qadağan edilmişdir Son 20-30 ildə dünyada həyata keçirilən terror hadisələri, xüsusilə Yaxın Şərq qaynaqlı terror təşkilatlarının hücumlarının əksəriyyəti intihar yolu ilə həyata keçirilir. Qurana görə, öz canına qəsd etmək, yəni intihar etmək haramdır.
Bəs bomba yüklənmiş maşını özü içində ola-ola havaya uçuran və ya üzərinə bağladığı partlayıcı maddəni mülki insanların arasında partladan şəxs bunu necə edə bilir?
Ərəb ölkələrinin çoxu İkinci dünya müharibəsindən sonra güclənən kommunizmdən nəsibini almış ölkələrdir. Misir, Suriya və İraqda güclənən Cihad adı altında insanları qətl edənlər intihar bombaçısı olaraq öz canına, eyni zamanda da mülki əhalinin canına qəsd edənlər çox ciddi günah işləyir və Qurana görə harama yol verirlər.
BƏƏS partiyası, Çinin himayəsi ilə qurulan və səssizcə ərəb ölkələrini və İranı müdafiə edən Şanxay qrupu, Fələstində Ərəfatın öndərliyi ilə güclənən Əl-Fətih kommunist-sosialist tərəfdarı olduqlarını heç vaxt gizlətməyiblər. Qatı milliyyətçiliklə yoğurulan ərəb sosializminin tarix boyu ərəb ölkələrində nə qədər qan tökdüyü hər kəsə məlumdur. Tarixi bilməyənlərin isə hazırda bu ölkələrdəki duruma və ya Suriyada Hafiz Əsəd mirasının necə qorunduğuna nəzər yetirməsi kifayətdir.
Sosialist və kommunist ideologiyalarda şiddət labüddür. Bəzən başqasının həyatına son verməklə yanaşı, öz canına qıymaq da bu batil inancda guya dünyanın və o ölkənin inkişafına təkan kimi qəbul edilir. Beləliklə, dəyərsiz gördüyü digər canları özünə qəsd edərək ortadan qaldırması bu vəhşi sistemə görə, cəmiyyətin inkişafı üçün stimuldur. Bu, tamamilə yanlış məntiqdir və ayrı bir müzakirə mövzusudur.
İslam haqqında yanlış məlumatlara sahib olan dairələr düşünürlər ki, İslam intihar hücumlarına izin verir. Təbii ki, bunun ən önəmli səbəbi terror təşkilatlarının İslam dinində haram edilən bu qorxunc əməlləri uydurma qaynaqlar və ya yanlış izahlarla məşru hala gətirmək cəhdləridir. Əgər hər hansı bir kamikadze törətdiyi əməli İslam adından etdiyini iddia edirsə, bu, böyük əxlaqsızlıqdır və İslama atılan iftiradır. Demək ki, burada çox böyük xətalar vardır.
Bir müsəlman əsla adam öldürə bilməz. Bu, haramdır. Allah bir Quran ayəsində belə bildirir:
Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.
Ayədəki ifadə çox aydındır. Bir insanın digərini öldürməsi necə cinayət və günah sayılırsa, eyni şəkildə, özünü öldürməsi də cinayət və haramdır. İctimai yerdə özünü partlatmaq cihad deyil. Belə əməli tərifləyənlər və onun şəhid olduğunu düşünənlər cihadı deyil, cinayəti alqışlayırlar. Özü ilə yanaşı, müdafiəsiz insanları da öldürmək çox böyük cinayətdir. Əvvəlki bölmələrdə də anlatdığımız kimi, İslam bir topluluğa qarşı hücum etmədiyi müddət boyu savaşmağı qadağan edir.
Cihad insanları doğru və gözəl olan şeylərə yönləndirmək üçün elmi yöndə çalışmaq və insanlara sevgi ilə yanaşmaqdır, onları öldürmək deyil.
Şəhidlik İslam üçün dostluq və qardaşlığı yaymağa çalışarkən, yəni Allah yolunda cəhd edərkən ölümün gəlməsidir. Adam öldürmək cinayət və haramdır, mükafat veriləcək məziyyət deyil.
Kamikadzelər və onları dəstəkləyənlər başqalarını öldürməyi əmr edən dinin təbliğatını aparırlar. Bu insanların dini Allahın dini deyil. Bu dinə tabe olanların çox azı bu həqiqəti bilir. Bu saxta dini gerçək zənn edən və ona tabe olan çoxlu insan mövcuddur.
Əsil problem də elə budur: öz dinini bilməyən insanların xurafatları müdafiə etməsi. Öz dinlərini və Qurandakı gerçək sevgini öyrənmədikcə kamikadzelər də, onları təşviq edənlər də mövcud olacaqlar. Onlara doğrunu öyrətməyin yolu bomba deyil, bunun tək çarəsi doğru təlim-tərbiyədir. Buna görə haqq insanları – müsəlman, xristian və musəvilərdən sevgi tərəfdarları bir araya gəlməlidir. Birlik güclü olduqda o zaman yanlış yoldakılar da bizə qulaq asarlar.
İntihar hücumlarının sayı niyə artır?
Dünyada siyasi məqsədli intihar əməliyyatları 1980-ci illərdə ortaya çıxıb. Livandakı daxili qarışıqlıqlarda Hizbullahın həyata keçirdiyi intihar hücumları bu əməliyyatların ilkin nümunələridir.
1980-ci ilin əvvəllərindən 21-ci əsrə kimi bütün dünyada təxminən 200 intihar hücumu həyata keçirilmişdir. Fəqət intihar hücumlarındakı əsas artım 2000-ci ilin əvvəllərində baş verib və son 30 ildə 3500-dən çox hücum həyata keçirilib. Təkcə 2013-cü ildə 18 ölkədə baş verən 291 intihar hücumunda təxminən 3100 insan həyatını itirib. Bu rəqəm öncəki illə (230 intihar hücumu) müqayisədə 25% artım deməkdir. Bu tarixlərdə həyata keçirilən intihar hücumlarının əksəriyyəti müsəlman ölkələrində baş vermişdir. Yaxın Şərq ölkələri, xüsusilə İraq on ildir ki, hücumların ən üst səviyyədə olduğu ölkələrin başında gəlir. Əfqanıstan, Pakistan, Suriya, Livan, “ərəb baharı”nın yaşandığı Tunis və Liviya, Afrikada Somali, Mali və Nigeriya, intihar hücumlarının gerçəkləşdiyi digər müsəlman ölkələri... Bəs bu hücumların sayı niyə artır? Bu problemin ilk cavabı həmin ölkələrin siyasi yöndən göstərdiyi qeyri-sabitlik ola bilər. Hücumların, ümumiyyətlə, əcnəbi ordular tərəfindən işğal edilən ölkələrdə gerçəkləşdirildiyi düşünülsə də, intihar hücumlarının yalnız 32%-i xarici qoşunların olduğu ölkələrdə meydana gəlir. Digər 68%-i isə öz vətəndaşlarına, yəni günahsız xalqa yönəlmişdir.
İraq və Suriya kimi vətəndaş müharibəsinin yaşandığı ölkələrdə məzhəb və etnik yönlü çaxnaşmalar, yaxud Misir kimi ölkələrdə millətçi dünyəvi güclərlə islami qruplaşmalar arasındakı münaqişə bu intihar hücumlarının səbəbləri arasında yer tutur. İntihar hücumlarında restoran, market və məscidlər, ictimai nəqliyyatlar, yəni mülki şəxslərin olduğu yerlər hədəf seçilir. Qadın, uşaq, yaşlı, qısası, günahsız xalq bu əməliyyatların hədəfi olur. İraqda olduğu kimi, hətta müsəlmanlar ibadət edərkən və ya Yəməndəki kimi dini mərasim zamanı hücumlar təşkil olunur. Bu hallar son dərəcə düşündürücüdür.
Əsgərlərini Qüdsdə məscidə soxduğu üçün bir çox islami qruplaşmalar İsraili qınamış, hətta düşmən elan etmişdi. Çox maraqlıdır ki, eyni qruplaşmalar müsəlmanların olduğu məscidə intihar hücumu təşkil edilərkən səssiz qalmış, hətta bunu təqdir etmişdilər.
Bu hücumların səbəbi xurafatdan qaynaqlanır. Odur ki, vaxt itirmədən Qurana əsaslanan İslam əxlaqı təbliğ edilməlidir və bu mövzuda səfərbərlik elan etməlidir.
İslamda savaş mövzusunda yanlış bilinənlər Müsəlman Quranın bütün ayələrinə iman etməlidir Bu mövzunun ələ alınmasının səbəbi İslama əlavələr etməyə çalışan xurafatçıların və onlardan təsirlənən bəzi İslam əleyhdarlarının yanlışlarını ortaya çıxarmaqdır. Bu insanlar bəzi Quran ayələrinin başqa ayələri nəsh etdiyini (Quranı tənzih edirik), yəni hökmünü qaldırdığını iddia edirlər. Dəlil olaraq isə aşağıdakı ayəni misal gətirirlər:
Biz bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?
Qurana dil uzadanlar öz mənfəətləri üçün bu ayəni yanlış şərh edirlər. Bu minvalla, bir qisim ayələrin hökmünü qaldıracaqlarını və hətta yerinə uydurma hədisləri daxil edəcəklərini düşünürlər. Bir qisim İslam əleyhdarı da sərxoşedici içkilərlə bağlı və ya savaşla əlaqəli nəsh edilmiş ayələrin mövcudluğunu iddia edirlər. Beləliklə, müsəlmanları “hökmü qaldırmağa tabe olanlar” və “olmayanlar” olaraq iki yerə ayırmağa çalışırlar. Ayənin əsil mənası belədir:
“Bir ayəni dəyişdirir” ifadəsindəki “ayə” sözü tək halda işlənmişdir və “dəlil”, “möcüzə” kimi mənalar ifadə edir. Necə ki Quranda tək halda işlənən “ayə” sözü həmişə dəlil mənasında işlənmiş və digər bütün ayələrdə bu mənada tərcümə edilmişdir. Quran ayələrini ifadə edən “ayə” sözü isə Quranın heç bir yerində tək halda işlənməmişdir.
Məscid qapısında, Osman Həmdi, 1891 Bu ayədəki məna da Quran ayələri yox, Qurandan əvvəl göndərilmiş dəlil, qanun və şəriətlərdir. Ayəyə əsasən, haqq kitab verilmiş öncəki cəmiyyətlərin, yəni musəvi və xristianların məsuliyyət daşıdığı, lakin zamanla unudulan bir qisim hökm və ibadətlər Quranda xatırladılmış və ya ortadan qaldırılmışdır.

Onların əvəzində isə bənzəri və ya daha xeyirlisi Quranla gətirilmişdir.
Burada ayədə işlənən “unutdurmaq” sözünün də üzərində durmaq lazımdır.
Bir hökmün digərini nəsh etməsi üçün digər hökm unudulmalıdır. Quranda ayələrin hamısı 1400 il boyunca dəyişmədiyinə görə bir ayənin digərini nəsh etməsi mümkün deyil. Xurafatçıların iddia etdiyi nəsh edilən hökmlər unudulmamışdır, Quranda hələ də mövcuddur. Açıq şəkildə başa düşülür ki, burada bəhs edilən nəsh mövzusu keçmiş cəmiyyətlərə və zamanla unudulmuş hökmlərə aiddir. Keçmiş cəmiyyətlərə endirilən, fəqət unutdurulan hökmlər bunların bənzəri və daha xeyirlisi ilə Quranda adları keçən cəmiyyətlərə hökm kimi göndərilmişdir.
Quran qorunan kitabdır Quran Rəbbimizin ayədə də açıq bildirdiyi kimi, qorunan kitabdır:
Şübhəsiz ki, Quranı Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.
Qorunan bir kitabda hökmləri bütün müsəlmanlara şamil edilən ayələrin bir qisminin əsas görülüb, bir qisminin isə yox sayılması mümkün deyil. Quranın mükəmməlliyi, elmi möcüzələri, yol göstərici xüsusiyyəti və Quranın qorunduğuna dair ayələr xurafatçıların və bəzi İslam əleyhdarlarının bu iddiasını təkzib edir:
Şübhə yox ki, zikr (Quran) onlara gəldiyi zaman onu yalan saydılar. Həqiqətən, bu, əzəmətli bir kitabdır. Nə önündən, nə də arxasından batil ona girişə bilər. O, müdrik, tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir.
Həmin insanların harada yanıldığının aydın olması üçün bu iddiaları araşdıraq:
“Məkkə dövrü və Mədinə dövrü müsəlmanları” yanlışlığı Bir çox İslam əleyhdarı mötədil müsəlmanları “Məkkə dövrü müsəlmanları” adlandırır. Onlara görə, Peyğəmbərimizin (səv) Məkkədə olduğu dövr savaşların yaşanmadığı sülh dövrüdür. Peyğəmbərimizin (səv) Mədinəyə hicrətinin ardınca savaşlar başlamışdır. Bir çoxları bunu əsas alıb İslamda savaşı müdafiə edənlərin yalnız Mədinə dövründə vəhy olunan ayələri qəbul etdiyini, sülh tərəfdarlarının isə Məkkə dövrü ayələrini qəbul etdiyini iddia edirlər. Bu, cahillikdir və məntiqsiz iddiadır.
Daha öncə də vurğuladığımız kimi, bir insanın müsəlman xüsusiyyəti qazanması üçün ən əsas şərt Quran ayələrinin heç birini digərindən ayırd etmədən hamısına inanmasıdır. Əgər tək bir ayənin hökmünü qəbul etmirsə, Quranda bildirilən mənada müsəlman xüsusiyyətini itirər. Beləliklə, müsəlman olduğunu deyən şəxs Qurana əsasən, bir ayəni qəbul edib digərindən üz çevirə bilməz.
Peyğəmbərimizin (səv) zamanında müharibənin Məkkə dövründə deyil, Mədinə dövründə başladığı və buna aid ayələrin endirildiyi doğrudur. Bunun səbəbini anlamaq üçün Peyğəmbərimizin (səv) yaşadığı dövrün çətin mühitini qavramaq lazımdır.
Məkkə dövründə müsəlmanların çətin imtahanı Quranın Peyğəmbərimizə vəhyi tam 23 il davam etmişdi. Bunun ilk 13 ilində müsəlmanlar Məkkədə bütpərəstlərin arasında azlıq təşkil edirdilər və müxtəlif təzyiqlərlə qarşılaşdılar. Bir çox müsəlmana fiziki işgəncələr verildi, bəziləri şəhid edildi, bir çoxunun evi və malı qarət edildi, təhqir və təhdidlə üzləşdilər. Buna baxmayaraq, müsəlmanlar şiddət tətbiq etmədən yaşamağa davam etdilər və sadəcə bütpərəstlərdən uzaqlaşıb onları sülhə dəvət etdilər.
Lakin bütpərəstlərin hücumu bitmirdi. Qüreyşlilər əvvəlcə elə davranırdılar ki, sanki hz. Muhəmmədin (səv) peyğəmbərliyinə əhəmiyyət vermirlər. İman gətirməməklə yanaşı, bütlərinə bir söz deyilmədikcə hz. Muhəmmədin (səv)
dəvəti qarşısında səssiz qalırdılar. Yalnız hər dəfə Peyğəmbərimizi görəndə ona söz atırdılar və müsəlman görəndə lağ edib məsxərəyə qoyurdular. Beləliklə, qüreyşilərin sözlü hücum dövrü başladı.
Quranda həmin mövzu bizə belə bildirilir:
Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər. Onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər. Öz ailələrinin yanına fərəhlə qayıdırdılar. Möminləri gördükdə isə deyirdilər:
“Həqiqətən, bunlar azmışlardır!”
Məkkə bütpərəstlərin mərkəzi idi. Məkkə hər gün Kəbə və ətrafındakı bütləri ziyarətə gələnlərlə dolub-daşır, bu səbəbdən Qüreyş əhli həm pul, həm də etibar qazanırdılar. Qüreyşlilər Məkkədə müsəlmanlığın yayılmasını təhlükə olaraq görürdülər.
Çünki düşünürdülər ki, bu gerçəkləşərsə, mənfəətlərinə zərər gələr və digər qəbilələr onlara düşmən kəsilər. Həmçinin bilirdilər ki, İslama görə, hər kəs bərabərdir, insanlar soy və zənginliyinə görə fərqlənmirlər. Buna görə də Qüreyşin zənginləri müsəlmanlığın yayılmasını durdurmaq üçün tədbir görmək qərarına gəldilər. Buna müsəlmanlara qarşı işgəncələr və hətta cinayətlər də daxil idi. (İbn Hişam, 1/287)
Dövrün müşrikləri hz. Əbubəkr və hz. Osman kimi güclü və etibarlı ailələrə mənsub müsəlmanlara toxuna bilmirdilər. Fəqət kimsəsiz və fəqir müsəlmanlara tarixdə bənzəri görünməmiş vəhşiliklərlə işgəncələr verirdilər. Əbu Füheyqə, Həbbab, Bilal, Süheyb, Əmmar, Yasir və Süməyya bu ağır işgəncələrə məruz qalan müsəlmanlardan idilər.
Bütün işgəncələr müsəlmanlara yalnız iman gətirdikləri və insanlara İslamı anlatdıqları üçün verilirdi. Müsəlmanlar bu təzyiq və işgəncələrə İslamın şərti gərəyi heç cür qarşılıq vermədilər və ən insani haqları olaraq özlərini müdafiə belə etmədilər. Müsəlmanların qarşılıq vermədiyini görən Qüreyş müşrikləri bu işgəncələri daha da artırdılar. Bundan sonra həmin qüreyşilər artıq rastlaşdığı müsəlmanı şəhid etməyə başladılar.
Verilən bütün əziyyətlərə qətiyyən qarşılıq verməyən və Quranda qan tökməyə izin verilmədiyi üçün müdafiə belə olunmayan müsəlmanlar bu işgəncələrə görə artıq Məkkədə qala bilmədilər. Bu vəziyyət Mədinəyə köçü labüd etdi.
Mədinə dövrü və savaşlar Məkkədə bütpərəstlərin təzyiqinin artması ilə yanaşı, müsəlmanlar daha azad və dostanə mühitin olduğu Yəsrib (sonrakı adı Mədinə) şəhərinə hicrət edərək idarəçiliklərini qurdular. Siyasi quruluşlarını formalaşdırdıqdan sonra belə məkkəli bütpərəstlərin hücumu sona yetmədi. Qüreyşlilər müsəlmanları təqib edib yenə də şiddət göstərirdilər. Peyğəmbərimiz və ətrafındakı müsəlmanlar Məkkənin təcavüzkar bütpərəstlərinə əsla savaşla qarşılıq vermədilər.
Dünyada heç bir şəxs, topluluq və ya ölkə hücum qarşısında cavabsız qalmaz, mütləq hücum edənlərə cavab verər və ya ən azından özünü müdafiə edər. Özünü müdafiə edən insanları məhkəmələr, ölkələri isə beynəlxalq hüquq həmişə haqlı görür. Çünki qarşı tərəfdən haqsız hücum var və şəxsin canı, ailəsi və sevdikləri, həmçinin ölkənin milləti, namusu və torpağı təhlükədədir. Peyğəmbərimizə özünü və topluluğu müdafiə izni Mədinəyə köç etdikdən sonra bu ayələrlə verilmişdir: Zülmə məruz qaldıqlarına görə vuruşanlara izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! O kəslər ki, haqsız yerə, ancaq:
“Rəbbimiz Allahdır”, – dediklərinə görə yurdlarından çıxarıldılar...
Bu ayələrə əsasən, yalnız: “Rəbbimiz Allahdır”, – dediklərinə görə haqsız yerə yurdlarından sürgün edilən müsəlman topluluq müdafiə hazırlıqlarına başlamışdır. Ayədə açıqca bildirildiyi kimi, hücuma məruz qalan müsəlman toplulu- Peyğəmbərimiz (səv) bütpərəstlərin vəhşi davranış və işgəncələrinə məruz qalan müsəlmanlara Quran ayələrinin hökmünə görə müdafiə xarakterli müharibə etməyə izin vermişdir.
ğa müdafiə izni verilmişdir, hücum əmri deyil. Bu ayədən sonra müsəlmanlar özlərini qorumağa başlamış, hücum edən azğın qruplara qarşı müdafiə məqsədli savaşlar həyata keçirmişdilər. Bundan sonra savaş və müdafiə haqqında endirilən ayələr davam edən müharibələrdə müsəlmanların necə davranmalarını göstərən ayələrdir. Başqa sözlə, yalnız o savaşdakı vəziyyətə aid açıqlama verilir. Buna görə də Qurandakı bütün döyüş ayələri yalnız o dövrdəki hücumlarla bağlı endirilən xüsusi ayələrdir.
Peyğəmbərimizin (səv) dövründə müharibələr kimlərə qarşı aparılmışdır?
Quranda müharibə ilə bağlı endirilən ayələrdə “qarşı tərəf”dən bəhs edilir.
Bir çox dini və tarixi qaynaqlar Peyğəmbərimizin dövründə müharibələrin musəvilərə qarşı aparıldığını yazır. Həmin qaynaqları oxuyan bir qisim insanlar Qurandakı savaşlara aid endirilən ayələrin musəvilər üçün olduğunu iddia edib İlahi kitabda bir növ antisemitizm axtarmağa başlayırlar. Halbuki bu, çox ciddi yanlışlıqdır.
Peyğəmbərimizə və müsəlmanlara qarşı zülm edənlər müşriklər idi, bunların da əksəriyyəti bütpərəstlər idi. Məqsədləri bütlərinə və azğın inanclarına zərər toxunmasını əngəlləmək idi. Bir qismi isə musəvilərin arasından çıxan münafiq və müşriklər idi. Onların musəvi adlandırılması böyük xətadır. Müsəlmanların arasından çıxan müşrik və ya münafiq müsəlman sayılmadığı kimi, musəvilərin arasından çıxan və təxribat törədən müşrik və münafiqlər də musəvi sayılmırlar.
Həqiqi musəvi əsla dindar insanları qətlə yetirməz.
Quran antisemitizmi lənətləyir. Elə bu səbəbə görə Quranda musəvi düşmənliyi axtaranlar boş yerə vaxt itirirlər. Həmin ayələri musəvilərə qarşı savaş anlamında açıqlayanlar bunu bilməlidirlər ki, Peyğəmbərimiz dövrünün musəvilərinə xoş davranıb onları sevmiş, eyni münasibəti də onlardan görmüşdür. Bu mövzu kitab əhlinə münasibətdən bəhs edilən hissədə ətraflı şəkildə açıqlanmışdır. (Baxın: “İslamın kitab əhlinə baxışı” bölməsi)
Quranda savaş haqqında Quranda savaşın nə zaman və necə edildiyi açıq-aydındır:
Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir.
Müharibə ancaq müsəlmanlara qarşı savaşanlarla aparılmalıdır, yəni müdafiə məqsədli olmalıdır. Müsəlmanların qarşı tərəfə səbəbsiz yerə hücum etməsi Quranda qəti qadağan edilmişdir. Allahın Qurandakı əmrlərindən biri də odur ki, müsəlmanlar haqsızlıqdan dolayı bir topluluğa qəzəblənsələr belə, onlara qarşı ədalətli davranmalıdırlar. Bir ayədə belə xəbər verilir:
Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.
Məsələn, Allah bir ayədə müsəlmanların Kəbəyə girişini əngəlləyən camaata yaxşılıq etməyi nəsihət etmişdir:
Sizi Məscidül-harama daxil olmağa qoymayan camaata qarşı olan kinküdurət sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun.
Həcc ibadətləri əngəllənən və haqsızlıq görən müsəlmanlar həddi aşmaq mövzusunda uca Rəbbimiz tərəfindən xəbərdar edilirlər. Allah müsəlmanlara bu şərtlərdə belə ədalətlə davranmağı, yaxşılıq etməyi əmr edir. Müsəlman hər vəziyyətdə Qurandakı hökmə tabe olmalıdır.
Quranda özünümüdafiə müharibəsindən bəhs edilən ayədə bir şərt də vardır: həddi aşmamaq. Bunun mənası hücum zamanı müsəlmanın yalnız özünü qoruması, həddi aşmaması və haqsız yerə təcavüz etməməsidir. Yəni Quranda hücum, vəhşilik, şiddət və ədalətsizlik qadağan edilmişdir. Yalnız və yalnız hücum edənlərə qarşı müdafiə məqsədilə cavab vermək başqa ayələrdə belə bildirilmişdir:
Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir.
Burada bir məqama xüsusi diqqət etmək lazımdır: müsəlmanlara fikrən qarşı olub hücum etməyənlərlə vuruşmaq haramdır. Müsəlman onlarla hörmətlə və ədalətlə davranmalıdır. Yuxarıdakı ayəyə görə, müsəlmanlara inancları üzündən zülm edən və onlara feili olaraq hücum edən, yəni döyüşən tərəfə qarşı özünümüdafiə izni verilmişdir. Əlbəttə, hər insan hücum edilərsə, özünü qoruyar.
Bu, hər kəsin, hər millətin və hər dövlətin haqqıdır.
Peyğəmbərimizə savaş izni nazil edilən ayəyə qədər müsəlmanların qətiyyən müdafiə olunmaması böyük fədakarlıq və dindarlıqdır. O vaxta qədər “Onlarla ən gözəl tərzdə mübahisə et” (Nəhl surəsi, 125) ayəsinin hökmünə əsasən, Peyğəmbərimiz yalnız gözəl tərzdə onlara təbliğ edirdi. Baxmayaraq ki, bütpərəst qüreyşlilərin məqsədi ancaq qətliam törətmək idi...
Bu əhəmiyyətli mövzunu açıqladıqdan sonra xurafatçıların və İslam əleyhdarlarının İslamın adından istifadə edib vəhşiliyə dəlil gətirməyə çalışdığı Quran ayələrinin hamısını bir-bir açıqlayıb dəlilləri ortaya çıxaracağıq.
Bu ayələri araşdırmadan əvvəl hər kəs bilməlidir ki, Quranda açıqlanan bütün savaşlar o bölgədəki müəyyən camaata qarşı bəzi şərtlər daxilində aparılmışdır və bu şərtlər də ayələrdə bildirilir. Bu, müsəlmanlarla müqavilə bağlayan müşrik topluluqdur. Dolayısı ilə, bu savaşların hamısı müşriklərin qarşılıqlı sülh və dostluq müqavilələrini pozaraq etdikləri hücumlar əsasında baş vermişdir. Nazil olan ayələr tamamilə o dövrkü durumla əlaqəli olub həmin dövrü təsvir edir. Bu həqiqətin daha yaxşı anlaşılması üçün o dövrün müşrikləri və bağlanan müqavilələr haqqında məlumat verək:
Müqavilə bağlanılan müşriklərin vəziyyəti “Müşrik” kəlməsi həmin dövrdən bəhs edən müxtəlif təfsirlərdə yalnız “şərik qoşan” mənasında işlənsə də, termin kimi Allaha şərik qoşan, çoxlu tanrı qəbul edən, həmçinin müsəlman, musəvi, sabii, xristian və ya məcusi olmayan bütpərəst mənasına gəlir.
Quranda İslamın yaranması zamanı Ərəbistandakı dinlərdən bəhs olunarkən müşriklər daima ayrı qrup kimi göstərilmişdir. Peyğəmbərimizin (səv) dövrünə nəzər salınsa, kitab əhli olan musəvi və xristianlarla evlənmək və kəsdiklərini yemək halal edildiyi halda, məcusi, sabii və bütpərəst qadınlarla evlənmək və kəsdiklərini yeməyin qadağan edildiyini görürük.
Peyğəmbərimiz Mədinəyə köçdükdən sonra müşriklərlə və o bölgədə yaşayan digər insanlarla bir çox müqavilə bağlamış və müşriklərin azğın hərəkətlərinə baxmayaraq, sülhü təmin etmək üçün onları daima birliyə dəvət etmişdir. Bu vəziyyət fərqli din və dilə malik insanların bir arada hüzur içində yaşaya biləcəyini sübut etmişdir. Onun sülh və sevgi dəvətçisi olduğunun əsas dəlillərindən biri yazdırdığı ilk məktubun sülh müqaviləsi olmasıdır. Hz. Muhəmməd Məkkəni fəth etdikdən sonra müsəlmanlara əvvəllər işgəncə verən müşrikləri də sərbəst buraxıb onlara mərhəmət göstərmişdir. Peyğəmbərimizin (səv) göstərdiyi bu üstün əxlaq əvvəllər ərəb cəmiyyətlərində rast gəlinməyən vəziyyət idi və insanlar bunu təqdirlə qarşılayırdılar.
O dövrdə fəth edilən əcnəbi ölkələrdə də gerçək ədaləti göstərməklə hz.
Muhəmməd bütün müsəlmanlara nümunə olmuşdur. Peyğəmbərimiz (səv) ələ keçirilən ölkələrin yerli xalqlarına qarşı Quranda bildirilən ədaləti tətbiq etmiş, onlarla hər iki tərəfin razı qaldığı anlaşma imzalamışdır. Hz. Muhəmməd və səhabələri “Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər” (Əraf surəsi, 181) ayəsində bildirildiyi kimi, insanlar arasında ədaləti təmin edən camaat olmuşdur.
Ərəbistan yarımadasının cənub hissəsindəki xristian nəcran xalqı ilə bağlanan müqavilə də Peyğəmbərimizin (səv) mərhəmət və ədalətinin ən gözəl nümunələrindəndir. Müqavilə maddələrindən biri aşağıdakı kimidir:
“Nəcranlıların canı, malı, dini, var-yoxları, ailələri, kilsələri və sahib olduqları hər şey Allahın və Peyğəmbərinin himayəsi altına alınacaq”.
(Türkcə mənbə: M.Xoduri, İslamda savaş və sülh, səh. 209-210)
O bölgədəki bütün camaatla anlaşma əldə olunduqdan sonra Peyğəmbərimiz İslam tarixindəki ilk qanun olan Mədinə vəsiqəsini hazırlayıb dövlət qurmuşdur. Mədinə vəsiqəsi tarixdəki demokratik qanunun ilk və ən mükəmməl nümunəsidir.
Tarixin ilk çoxsaylı və ən demokratik qanunu: Mədinə vəsiqəsi Peyğəmbərimiz yazılı olaraq Mədinə dövlətinin ilk qanunu olan Mədinə vəsiqəsi ilə fərqli irq, din və qəbilələrdən ibarət bir şəhərə Ərəbistan yarımadasında əvvəllər heç görülməmiş demokratik və sülhsevər quruluş gətirmişdir.
Həmin qanuna görə, Mədinədəki bütün topluluqlar sülh içində birlikdə yaşayacaqlar. Həm həyatlarını öz din və inancları əsasında, qanunlarına uyğun yaşayacaqlar, həm də Mədinə vəsiqəsini tətbiq edəcək gücə malik olacaqlar.
Mədinə vəsiqəsi bundan təxminən 1400 il əvvəl, 622-ci ildə fərqli inanclara sahib xalqların tələblərinə uyğun olaraq hz. Muhəmmədin (səv) öndərliyində qələmə alındı və yazılı hüquqi müqavilə kimi həyata keçdi. Bunun nəticəsində də 120 il boyu bir-birinə düşmən olan fərqli din və irqlərə malik topluluqlar sülh içində bu anlaşma sayəsində yaşadılar. Hz. Muhəmməd bu müqavilə ilə hər fürsətdə bir-birinə hücum edən və razılığa gəlməyən insanların birlikdə rahat yaşaya biləcəyini göstərdi.
Mədinə müqaviləsinə görə, hər kəs təzyiq edilmədən istədiyi din, inanc, siyasi və ya fəlsəfi seçim etməkdə sərbəstdir. Eyni düşüncəyə malik insanlar cəmiyyət qurmaqda və hüquqlarını tətbiq etməkdə azaddırlar. Lakin cinayətə yol verən şəxs heç kim tərəfindən qorunmayacaq.
Müqaviləyə tabe olan qruplar bir-birinə yardım edib hz. Muhəmmədin (səv) himayəsində olacaqlar. Tərəflər arasındakı anlaşılmazlıqlar Allahın Rəsuluna çatdırılacaq. Müşriklər də ən ədalətli Mədinə vəsiqəsi müsəlmanların bütün digər din nümayəndələrinin və müşriklərin hüquqlarını qoruyan yol tutduğunu göstərən tarixin ilk plüralist və ən demokratik konstitusiyasıdır.
şəxs kimi Peyğəmbərimizin (səv) hakimliyinə daim üstünlük vermişlər. Peyğəmbərimizin (səv) hazırlatdığı bu müqavilə mərhələli şəkildə 622-ci ildən 632-ci ilə qədər tətbiq olunmuşdur. Bu vəsiqə ilə qan və qohumluq əlaqələrinə əsaslanan qəbilə quruluşu ortadan qalxmış, coğrafi, mədəni və etnik mənşəyi tamamilə fərqli insanlar toplaşıb birlik qurmuşlar. Mədinə vəsiqəsində çox geniş din və inanc azadlığı təmin edilmişdir. Bu azadlığı ifadə edən maddələrdən biri belədir:
“Bəni-Əvf musəviləri möminlərlə bərabər eyni ümmətdirlər. Musəvilərin .7dini özlərinə, müsəlmanların dini də özlərinə aiddir”. (türkcə mənbə:
M.Həmidullah, İslam müəssisələrinə giriş, səh. 128)
Mədinə vəsiqəsi 47 maddədən ibarətdir. 1-23-cü maddələr müsəlmanlar, 24-47-ci maddələr isə Mədinədəki musəvi qəbilələrlə əlaqədardır. Say etibarilə az da olsa, xristian ünsüründən bəhs edilməsi fərqli din mənsublarının marağı yönündən əhəmiyyətlidir. Pr. Leonard Suidlerin “Plüralizm perspektivində Mədinə vəsiqəsinin yenidən qiymətləndirilməsi” adlı hesabatında həmin müqavilə ilə əlaqədar belə diqqətçəkən fikir bildirmişdir:

“Vəsiqə hz. Peyğəmbərin şəhər xalqını birləşdirmə və xalqa açıq elan edilən hüquq ətrafında toplama cəhdləri baxımından önəmli sənəddir. Bu hüquqa görə, hər bir fərd bərabər haqlara, din seçmə azadlığına və müsəlmanlarla birlikdə savaşa qatılıb-qatılmama sərbəstliyinə sahibdir.
Lakin hər bir halda şəhərin düşmənləri ilə müqavilə bağlamaq qadağan idi ki, bu da Mədinə qruplarının bir-birinə olan möhkəm bağlılığını təsis etmə səyini göstərir. Bu siyasi və dini mətn bərabərlik və azadlıq dəyərləri əsasında yeni topluluq qurmaq məqsədi güdürdü. Vəsiqədə də vurğulandığı kimi, hüququn hər bir fərd üzərindəki üstünlüyü dialoq və bərabər yaşamaq mühitinin qurulması məqsədinə çatmaq üçün atılan təməl addım idi. Vəsiqədəki maddələr ümumi mənada Mədinədəki hər bir fərdin şəhərin qorunmasında məsuliyyətinin bərabərliyini də göstərir. Buna əlavə olaraq əxlaqi xarakterini ortaya qoyan maddələrdəki paralel ifadələrin də çoxluğunu görürük. Sonda isə şəhərdəki müxtəlif qrupların adlarının maddələrdə tək-tək qeyd olunduğunu düşündükdə vəsiqənin, beləliklə, hz. Peyğəmbərin şəhərin bu qruplarını leqal topluluqlar kimi qəbul etdiyini və onları diqqətə aldığını görə bilərik”. (türkcə mənbə: M.Xoduri, İslamda savaş və sülh, səh. 209-210)
Mədinə vəsiqəsi müsəlmanların və müşriklərin haqq və hüquqlarını qoruduğunu göstərir, Mədinənin müdafiəsində onların da müsəlmanlarla birlikdə hərəkət etməyini istəyir. Müşriklərə qarşı belə münasibət isə heç də təəccüblü deyil. Çünki Qurana görə, müsəlmanlar müqavilə bağladığı müşrikləri öz canları bahasına qorumaqla vəzifəlidirlər. (Bu mövzu haqqında növbəti səhifələrdə məlumat veriləcək)
Nəticə olaraq, həmin vəsiqənin birlik və bərabərliyi, sülh və dostluğu özündə əks etdirən əhəmiyyətli tarixi sənəd kimi qəbul edildiyi bir həqiqətdir.
Peyğəmbərimizin (səv) sevgi və sülh anlayışı Qurana uyğundur, lakin hazırda Hz.Muhəmmədin (səv) xristianlara verdiyi imtiyazlara dair sənəd (Müqəddəs Ketrin monastrının rahiblərinə məktub)
Bu məktub Muhəmməd ibn Abdullahdan yaxındakı və uzaqdakı xristianlara onlarla birlikdə olduğumuza dair sözümdür.
Həqiqətən də, mən, qullarım, yardımçılarım və təbəələrimlə birlikdə onları müdafiə edirik. Xristianlar mənim təbəələrimdir, Allahın izni ilə onları narahat edən hər şeydən qoruyuruq.
Onlara heç bir təzyiq göstərilməyəcək.
Nə hakimləri vəzifələrindən, nə də rahibləri monastırlarından uzaq- Heç kim kilsələri dağıtmayacaq, zərər verməyəcək və ya oradan [Kilsələrdən] bir şey götürən olsa, Allahın anlaşmasını pozacaq və laşdırılacaq.
müsəlman evlərinə heç bir əşya aparmayacaq.
peyğəmbərimizə itaətsizlik edəcək. Onlar, həqiqətən, mənim müttəfiqimdir və düşmənlərinə qarşı mənim fərmanımın təminatı altındadırlar.
Heç kim onları başqa yerə və ya döyüşə getməyə məcbur edə bilməz.
Belə ki, müsəlmanlar onlar üçün [onları qorumaq üçün] döyüşürlər.
Əgər bir xristian xanım bir müsəlmanla evlənərsə, bu evlilik xanımın razılığı olmadan həyata keçirilə bilməz. Bu xanımın kilsəyə getməsinin qarşısı alına bilməz.
Kilsələrə hörmət ediləcək. Xristian kilsələrinin təmir edilməsinə Müsəlmanlardan heç kim dünyanın son gününə qədər bu anlaşmaya qarşı çıxılmayacaq, müqəddəsliyi zədələnməyəcək.
itaətsizlik etməyəcək.
Müsəlmanlar xristianlara verilən bu imtiyazı getdikləri hər yerdə ciddi şəkildə tətbiq ediblər.
belə müsəlman topluluğu görmək çox çətindir. Bu vəziyyət tarixin ilk ən demokratik qanununun Peyğəmbərimiz tərəfindən yazılıb həyata keçirildiyinin dəlillərindəndir.
Beləliklə, kitabın sonrakı hissələrini bu məlumatlar əsasında dəyərləndirmək lazımdır. Müşrikləri qorumağı və kitab əhlinə xoş münasibət bəsləməyi əmr edən Qurani-Kərimin nəsihətləri və Qurana əsasən, daima sülh və demokratiyanı hədəf alan hz. Muhəmmədin tətbiqatı xurafatçıların əməllərindən tamamilə fərqlidir. Onlar müntəzəm olaraq Quranda savaşa dəlil tapmağa çalışarkən Quran daim sülhə çağırır. Beləliklə, mövzu ilə əlaqədar savaş ayələrinin açıqlandığı zaman bu önəmli gerçək mütləq yadda saxlanılmalıdır.
Savaşla bağlı ayələr və açıqlamaları Quranda savaşın mənasının necə açıqlandığını izah etdikdən sonra radikallar tərəfindən təhrif edilən və İslam əleyhdarları tərəfindən də İslamı tənqid məqsədilə istifadə olunan ayələri nəzərdən keçirək:
Bəqərə surəsi 191-ci ayə:
(Müşriklərə) harada rast gəlsəniz, öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Onlar sizinlə Məscidül-haramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir.
Bu ayə müsəlmanların ağır təzyiq və şiddətə məruz qaldığı və Məkkədən çıxarılıb Mədinəyə hicrət etməyə məcbur edildiyi dövrdə endirilən ayədir. Yuxarıda bildirdiyimiz şərtlər təşəkkül etmiş, müşriklərin zülm və hücumlarına qarşı müsəlmanlar özlərini müdafiə əmri almışdılar. Zülmə davam edən, gözəl sözdən anlamayan və sülhə yanaşmayan bu topluluğa onların üsulu ilə cavab vermək lazım gəlmişdi. Fəqət ayədə Qurandakı savaş hüququna dair xatırlatma da edilir:
“onlar sizinlə Məscidül-haramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın” Göründüyü kimi, savaşmağın tək şərti qarşı tərəfin hücumudur. Onlar hücum edib savaşmadıqca müşriklərlə vuruşmaq qətiyyən halal deyildir.
Bu ayənin mənasını dəyişdirməyə çalışan radikalların və İslam əleyhdarlarının ayədəki həmin hökmü görməzlikdən gəlməyi çox şübhəlidir. Ayə açıq şəkildə müsəlmanlara yalnız özlərini qoruma azadlığı verir. Beləliklə, bu ayənin hökmü günahsız insanları gedib öldürmək, savaşmaq və hücum etmək deyil.
Ayədə başqa bir xüsus isə belə bildirilmişdir: fitnə qətldən daha pisdir. Topluluqları qızışdırmaq, nifrət yaymaq, insanlar arasında qorxu və anarxiya yaratmaq fitnədir və ayənin ifadəsinə görə fitnə adam öldürməkdən də betərdir. Odur ki, müsəlmanlara hücum edənlər fitnə çıxaran topluluqlardır. Onların bu hücumuna qarşı müsəlmanlar təbii olaraq özlərini müdafiə edirlər.
Hazırda xurafatçıların ağızdan-ağıza dolaşan məlumatlar və ya xurafatlara inanaraq cəmiyyətləri, dinləri və ya ölkələri fitnəkar elan etməsi və buna Quran ayələrini dəlil gətirməsi böyük xətadır. Fitnə müsəlmanları bölmək, onlara müxtəlif yollarla zərər vermək və günaha çəkmək, bu minvalla üsyanlara zəmin hazırlamaq, müsəlmanlara qarşı feili və sözlü hücumlar təşkil etmək və s. kimi təxribatçı əməllərdir. Beləliklə, bir insana o zaman fitnəkar demək olar ki, həmin şəxs bu əməllərin bir və ya bir neçəsini etsin. Hazırda fitnəkar damğası vurub musəviləri və ya İsraili günahlandırmağa çalışanlar bu ayəyə müxalif çıxırlar.
Qurana görə, bütün musəviləri və İsraili fitnəkar adlandırmaq haramdır. Hər dindən və ya ölkədən fitnə çıxaranlar ola bilər. Məsələn, ərəb və ya türklərdən hər kim fitnə çıxararsa, buna görə bütün ərəbləri və türkləri fitnəkar adlandırmaq olmaz. Eyni şəkildə, bu, musəvi və israillilərə də aiddir. Qurana görə, müsəlman musəvinin evində yemək yeyə bilər, onunla dostluq edə, hətta evlənə bilər. Belə vəziyyətdə müsəlman səbəbsiz yerə musəvini fitnəkar adlandıra bilməz. Bunu iddia edənlərin əvvəldə də vurğuladığımız kimi, Qurandan heç xəbəri yoxdur və onlar musəvilərlə bağlı uydurma hədislərə inanan cahil insanlardır. Həmin hədislər barədə növbəti səhifələrdə bəhs edəcəyik.
Nisa surəsi, 89-91-ci ayələr Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib (onlarla) eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə onlardan (özünüzə) dost tutmayın. Əgər üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan nə bir dost, nə də bir köməkçi tutun.
Ancaq sizinlə aralarında müqavilə olan bir camaata qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə vuruşacaqlarından köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr istisnadır. Əgər Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı (vuruşmanıza) yol verməz.
Siz bir başqalarına da rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyərlər. Onlar hər dəfə fitnəyə qaytarıldıqda gözüyumulu ona qoşularlar. Əgər onlar sizdən aralanıb geri çəkilməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onlara qarşı sizə açıq-aydın dəlil verdik.
Yuxarıdakı ayələrdə münafiqlərdən bəhs olunur. Münafiq özünə müsəlman deyən, onların arasında yaşayan, lakin həqiqətdə Allaha və İslama düşmənçilik edib müsəlmanları arxadan vurmağa çalışan şəxsdir. Allah münafiqlərin cəhənnəmin ən alt təbəqəsində olacağını bildirir və onları alçaldır. Anlaşıldığı kimi, münafiq ikiüzlülüyü səbəbi ilə nə inkarçılara, nə də müşriklərə bənzəyən çox təhlükəli və alçaq insan modelidir.
Müsəlmanları yarı yolda buraxan və onların da özləri kimi inkar etmələrini istəyən münafiqlərlə dostluq etmək “Nisa” surəsinin 89-cu ayəsində qadağan edilmişdir. Onlara qarşı savaşın məşru olduğu, yəni “əgər üz çevirsələr” ifadəsindən anladığımız vəziyyət münafiqlərin artıq müsəlmanlara hücumudur.
Bunu sonrakı ayədə görmək mümkündür. 90-cı ayədə “Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr”
ifadəsində bildirildiyi kimi, hücum etməyən topluluqla mübarizə aparmaq olmaz.
Açıq-aydındır ki, öldürülməyə izin verilən topluluq müsəlmanlara qarşı döyüşənlərdir. Buradan müsəlmanlara hücum vaxtı özlərini müdafiə haqqı verildiyi açıq-aşkar başa düşülür.
Bununla yanaşı, “Nisa” surəsinin 90-cı ayəsi Quranın adil, şəfqətli və daima sülhü qoruyan üslubunun başqa göstəricisidir. Ayədə o zamana qədər müsəlmanları hiyləgərcəsinə arxadan vurub xainlik etmələrinə baxmayaraq, münafiqlərin bir qisminin toxunulmaz olduğu bildirilir: “Ancaq sizinlə aralarında müqavilə olan bir camaata qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə vuruşacaqlarından köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr istisnadır”. Eyni ayədə “əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı (vuruşmanıza) yol verməz” ifadəsi ilə onların toxunulmazlığı təkrar xatırladılmışdır. Bu isə əsil ədalətdir.
91-ci ayədə də müəyyən şərtlər daxilində baş verən halları təsvir edir.
Həmin mühitdə peşman olduğunu və savaş istəmədiyini deyən münafiqlərin bəzisi yenə fitnə çıxarıb müsəlmanlara qarşı vuruşmağa başlamışdı. Bu durumda Qurandakı savaş hökmü xatırladılır və hücum etmədiyi müddətcə onların toxunulmaz olduğu bildirilir. Xatırlatmaq lazımdır ki, ayədə Ühüd döyüşündə baş verən xüsusi vəziyyət və həmin əsnada döyüşdən üz döndərən münafiqlərdən bəhs edilir.
Tövbə surəsi, 5-ci ayə Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun.
Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın.
Çünki Allah bağışlayandır, rəhmlidir.
Bu ayədə təşəkkül edən şərtləri bilmək üçün surəni başdan oxumaq lazımdır. O zaman hamısının deyil, yalnız müsəlmanlara qarşı vəhşilik edən və haram aylarda savaşmamaq üçün müqavilə bağlanan müşriklərlə vuruşmağın labüd olduğunu görürük. Burada o müşriklərdən bəhs edilir ki, onlar müsəlmanlarla müqavilə bağlamışdılar və tam əmin idilər ki, müsəlmanlar haram aylarda silaha əl atmayacaq. Buna baxmayaraq, həmin müşriklər qəflətən hücum etməklə müsəlmanları vəhşicəsinə qətlə yetirməyə çalışmışdılar. Belə ki, bu şərtlər daxilində müsəlmanlara özlərini müdafiə etmək haqqı verilmişdir. Ayədən göründüyü kimi, müşriklər haram aylarda müsəlmanlara hücum edib işgəncə verirsə, o zaman müdafiə olunmaq müsəlmanlar üçün məqbuldur.
Ayədə bu həqiqəti də görürük ki, hər bir insan hücum edib şiddətə əl atmadığı müddətcə müsəlmanlar tərəfindən qorunmalıdır. Müsəlman öz dindaşını qoruduğu kimi, kitab əhlini, hətta ateist və kommunisti də qorumalıdır. Bu, müsəlman olmağın Qurandakı təsviri və şərtidir. Hər kim özünə müsəlman deyirsə, qoruyucu olmaq məcburiyyətindədir.
Tövbə surəsi, 13-cü ayə Məgər siz andlarını pozan, Peyğəmbəri qovmaq fikrində olan, özləri də sizinlə (döyüşü) birinci başlayan bir camaatla vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız.
Quranda savaş hökmündən bəhs edən ayələrdən biri də budur.
Müsəlmanlarla sülh müqaviləsi bağlayan müşriklər müqavilənin şərtlərini pozub hücuma keçsələr, Peyğəmbərimizi (səv) yaşadığı yerdən sürgün etməyə cəhd göstərsələr və ayədə də bildirildiyi kimi, savaşı ilk başlatsalar, müsəlmanlar onlara qarşı döyüşmək haqqı qazanır.
Maidə surəsi 33-cü ayə Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnəfəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvarı kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.
Bütün müharibə ilə bağlı ayələrdəki mövzu bu ayədə də xüsusilə diqqəti cəlb edir. Burada hücum ediləcək topluluğun xüsusiyyətləri təfsilatı ilə verilmişdir: Allaha və Elçisinə qarşı birbaşa savaş elan etmələri və yer üzündə təxribat törətmələri. Göründüyü kimi, bu adamlar yalnız müsəlmanlara qarşı savaşmır, eyni zamanda, yer üzündə fitnə çıxarırlar. Yəni ayədə bütün dünyada problem çıxaran, hamının təxribatçı kimi tanıdığı azğın və davakar topluluqdan bəhs edilir.

Bütün döyüşlərdə olduğu kimi, feili olaraq müsəlmanlara savaş elan edən topluluğu döyüşdə məcbur qaldıqda öldürmək və sürgün etmək də əl atılan üsullardandır. Digər ifadə ilə desək, Quran ayələrinə görə, müsəlmanlara adi halda haram edilən əməllər (qətl və sürgün etməyə) yalnız döyüşlərdə məcbur qaldıqda izin verilmişdir.
Ənfal surəsi, 57-ci ayə Əgər döyüşdə onları yaxalasan, onları cəzalandırmaqla arxalarında olan kimsələri də dağıt ki, bəlkə, ibrət alsınlar.
Bu ayəni də yenə yuxarıda ətraflı şəkildə izah etdiyimiz kimi, ağılla dəyərləndirmək lazımdır. Peyğəmbərimizə bir qisim ayələrin nazil edildiyi Mədinə dövrünün gərgin döyüşlərə səhnə olduğunu unutmaq olmaz. Bu döyüşlər yalnız “Onlar ancaq: “Rəbbimiz Allahdır”, – dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar” (Həcc surəsi, 40) ayəsində bildirildiyi kimi, müsəlmanlara edilən haqsız zülmlərin nəticəsində meydana gəlmişdir. Yenə də xatırladacağımız kimi, “Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı (vuruşmanıza) yol verməz” ayəsinə uyğun olaraq qarşı tərəf savaşı dayandırdıqda müsəlmanlar da buna son verməlidirlər.
“Ənfal” surəsinin 57-ci ayəsindən əvvəlki ayələrə baxsaq, yenə o dövrdə müsəlmanlarla müqavilə bağlanan topluluqdan bəhs edildiyini görərik. Müdafiəyə izin verən bütün Quran ayələrində açıqladığımız kimi, bu topluluğun da müqavilə şərtlərini pozub hücuma keçdiyi vurğulanır.
Ardıcıl hücumlar edən, söz dinləməyən və müqavilə şərtlərini müntəzəm pozaraq fitnə çıxaran topluluğa qarşı güc göstərmək lazımdır. Çünki bu vəziyyətdə fitnəyə vərdiş edən həmin insanların qarşısı alınmasa, hücuma hazırlaşan başqa müşriklər də buna cəsarət edəcəklər. Bu, hər bağlanan müqaviləni pozaraq savaşa başlayan tərəfə qarşı önəmli taktikadır və həm də sonrakı savaşları önləyici tədbirdir. Dünyanın, demək olar ki, hər ölkəsinin qanunlarında və beynəlxalq hüquqda bütün cəzaların yayındırıcı olmasına əhəmiyyət verilir.
Məqsəd cinayətin eyni şəxs və ya digər şəxslər tərəfindən işlənməsinin qarşısını almaqdır. Beynəlxalq hüquq normalarına görə, belə tədbiri İslamın əleyhinə dəyərləndirməyə çalışmaq onların haqq və ədalət tərəfdarı olmadığını göstərir.
Muhəmməd surəsi, 4-cü ayə (Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun.
Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək (kafirlərlə belə rəftar edin). Bax belə! Əgər Allah istəsəydi, onlardan intiqam alardı. Lakin O, sizi biribirinizlə sınağa çəkmək üçün (belə etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz.
Başqa ayələrdə olduğu kimi, bu ayədə də döyüş mühiti təsvir edilir:
müşriklər müqaviləni pozmuş, hücuma keçmişlər və müsəlmanların da buna cavab verməkdən başqa yolu qalmamışdır. Bu ayədə açıqlanan beynəlxalq savaş hüququdur. Üstəlik beynəlxalq savaş hüququnda tətbiq olunmayan şey burada var və döyüşdən sonra əsirlər sərbəst buraxılır. Halbuki Əfqanıstana edilən müdaxilə bitsə də, əsirlər hələ də Quantanamoda saxlanılır və BMT, NATO kimi təşkilatlar buna normal yanaşırlar. Odur ki, Quran bu haqsızlığı ədalətli görmür.
İslama görə, savaş sona çatdıqdan sonra əsirlər mütləq azad edilməlidir. Ayələrdə bildirilən savaşların o dövrdəki şərtlərə görə müdafiə məqsədli olduğu və yalnız hücuma keçən təxribatçı müşrik və münafiqlərə qarşı edildiyi açıq-aşkardır.
Radikallar bu ayələrin mənalarını dəyişdirilərək nifrət və qəzəb siyasətləri üçün istifadə edirlər, bunun əsas səbəbi yüzlərlə saxta hədisin İslama əlavə edilməsi və bir çox təfsirçilərin yanlış şərhləridir. Halbuki İslama sonradan əlavə edilən saxta hədis və xurafatlardan uzaqlaşaraq Quranı diqqətlə oxumaq lazımdır. Dövrün savaş mühitinə görə dəyərləndirdikdə ayələrin mənası aydınlaşır.
İslamda savaşa yer yoxdur İslamın müharibə ilə yayıldığını və savaş dini olduğunu iddia edənlər (dinimizi tənzih edirik) bu düşüncənin İslam doktrinasına tamamilə zidd olduğunu başa düşməlidirlər. İslam haqqındakı bütün yanlış düşüncələr Quranın vəhyindən və Peyğəmbərimizdən sonra ortaya çıxarılan uydurma hədis və xurafatlardan qaynaqlanır. Bəzi radikal qruplaşmalar bu uydurma hədislərə əsaslanıb İslam dinini yanlış şərh etməklə savaşı qanuniləşdiriblər. Müsəlman olmayan, hətta özləri kimi düşünməyən müsəlmanlara qarşı hücum edərkən bunu əsas alıblar. Əvvəlki hissələrdə də ətraflı açıqladığımız kimi, Quranda qarşı tərəfə hücum etmək üçün heç bir səbəb yoxdur. Quran demokratiya və azadlığı ən mükəmməl şəkildə təsvir edir. Azadlığın mövcud olduğu yerdə kimsəni düşmən elan edib onu susdurmağa cəhd edilə bilməz. Çünki belə azad mühitdə hamıya hörmət edilir və hər kəs rahat fikrini bildirir. İslam şəriəti həmin mühiti təşviq edir. Beləliklə, Quranda müharibəyə yer yoxdur, lakin xurafatçıların uydurduğu şəriətdə savaşmaq, hücum etmək, öldürmək üçün saysız-hesabsız səbəblər vardır. Bu həqiqətləri Quran ayələri işığında izah edək:
İslamı zorla qəbul etdirmək üçün müharibə edilməz İslamı insanlara savaş və təzyiq yolu ilə qəbul etdirməyə çalışanlar Qurana xəyanət edirlər. Quranda ən açıq hökmlərdən biri dində əsla məcburiyyətin olmamasıdır:
Dində məcburiyyət yoxdur.
Bu açıq ayə Quranın hökmüdür. Heç bir müsəlman bu hökmdən kənara çıxıb başqasına dindar olmaq üçün təzyiq göstərə bilməz. Bu, Quranda qadağan edilmişdir.
Peyğəmbərimiz yalnız nəsihət edir, təbliğ etmək və son gələn haqq din İslamı cəmiyyətlərə tanıtmaqla məsuliyyət daşıyırdı. O dövrdə İslam dinini Peyğəmbərimizdən və müsəlmanlardan dinləyənlərin bəzisi iman gətirmiş, bəzisi isə gətirməmişdir. Quranın açıq hökmlərinə əsasən, Peyğəmbərimiz və yanındakı müsəlmanlar qətiyyən insanlara təzyiq göstərməmişlər.
Quranda Peyğəmbərimizə “(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən.
Sən onların üzərində hakim deyilsən!” (Ğaşiyə surəsi, 21-22) ayələri ilə təzyiq göstərmək qəti olaraq qadağan edilmişdir. Qurana əsasən, digər bütün müsəlmanlar da İslam əxlaqını yaymaqla vəzifəlidirlər. Lakin heç kim “sən İslam hüququna görə, müharibə ancaq hücuma qarşı özünümüdafiə şəklindədir və müharibə başa çatdıqda tutulan əsirlər sərbəst buraxılır. Bu beynəlxalq müharibə hüququnda belə olmayan bir tənzimlənmədir.
Buna baxmayaraq, Əfqanıstan müdaxiləsinin bitməsinə rəğmən, Quantanamoda müharibə əsirləri hələ də məhbus olaraq saxlanılır və BMT, NATO kimi paktlar da bu vəziyyəti məqbul hesab edirlər.
müsəlman olmalısan”, “ibadət etməlisən” kimi sözlərlə məcbur edilə bilməz.
Quranın məqsədi dünyaya sevgi və hüzur gətirməkdir. Beləliklə, İslamda məcburiyyət yoxdur.
Quranda təzyiqin açıqca qadağan edildiyi digər ayələr belədir:
De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”.
Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən?
Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!
(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üzərində hakim deyilsən!
De: “Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə, mənim dinim də mənədir!”
Məcburiyyət və təzyiq Quranda qadağan olunduğuna görə savaş, hücum, düşmənçilik və qəzəb üçün heç bir səbəb qalmır. Əgər təzyiq yolu ilə dini qəbul etdirmək haramdırsa, müsəlmanlar müşrik topluluqlarını nəyə məcbur edəcəklər? Beləliklə, Qurandakı İslama görə, İslamı qəbul etdirmək üçün əsla savaşa əl atılmaz.
İdeoloji və etnik yöndən üstünlük qazanmaq üçün müharibə edilməz İslamda hər ideologiya, millət, etnik qrup və dinə hörmətlə yanaşılır.
İslam hər fikrin dinlənildiyi və söz azadlığının tam yaşandığı dindir. Belə nümunəvi demokratik anlayışın və hürriyyətin olduğu dində fikir və ya etnik fərqliliklərə görə müharibə etmək mümkün deyil.
Müsəlman lider İslam qanunlarını yaymaq məqsədilə müharibə etməz Qurana əsasən, müsəlman lider cəmiyyətdəki xristian, musəvi, ateist, kommunist, aqnostik, buddist və bunlar kimi digər ideologiyalara malik insanları da qorumalıdır. Fikir azadlığını tam mənası ilə mənimsəyib insanlara hürriyyət verməlidir.
Azadlığın olmadığı yerdə anarxiya, çaxnaşma, qarışıqlıq, həmçinin ikiüzlü insanlar ortaya çıxırlar. Müsəlman lider bütün bunların qarşısını almalı və Quranın əmrini yerinə yetirməlidir. İman gətirən hər kəs “Ey iman gətirənlər!
Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun” (Nisa surəsi, 135) ayəsinə əsasən, insanların inanc və soyuna baxmadan ədaləti təmin etməklə vəzifəlidir, öz əleyhinə olsa belə...
Düşmən kimi görünən şəxslərin ortadan qaldırılması üçün müharibə etmək olmaz İslamda necə düşmən ola bilər? İslam dini bütün insanların bərabər və qardaş olmasının tərəfdarıdır. İslama görə, dərisinin rəngi, dili, dini, irqi, vətəni və sosial durumun necə olmasından asılı olmayaraq, insana sırf insan olduğu üçün hörmət edilər. Bütün haqq dinlərin bildirdiyi kimi, insanlar hz. Adəmin övladları olaraq qardaşdırlar. Bu qardaşlıq dindar olmağın zərurətidir.
İslam irq üstünlüyünə əsaslanaraq insanları inkişaf etmiş və ibtidai olaraq siniflərə ayıran bütün faşist ideologiyalara, materialist və darvinist düşüncələrə qarşıdır. Beləliklə, bu azğın ideologiyaların səbəb olduğu münaqişə və savaş anlayışları İslamda yoxdur, tam əksinə, İslam bunlara qarşı elmi mübarizə aparır. İslamın hər kəsin hörmətə layiq olduğunu göstərən qanunları insanlar arasındakı gözəl münasibət üçün zəmin yaradır. Yanlış əxlaqlı şəxsə də İslama görə hörmət edilər və gözəl əxlaqlı olması üçün cəhd edilər. Beləliklə, həqiqi müsəlmanın özünə düşmən qazanması mümkün deyil. Hər müsəlman başqalarına qarşı şəfqətlə davranmalı və gözəl əxlaqı yaymağa çalışmalıdır.
Quran ayələrində insanlara xitabən ayrı-seçkilik edilmədən “Adəm oğulları” ifadəsindən istifadə olunması insanların bərabər yaradıldığını göstərir:
Biz, Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik.
Yuxarıda xülasə şəklində qeyd etdiyimiz kimi, heç bir əsas olmadığı halda, İslamın savaş dini adlandırılması yalnız xurafatçıların yanlış əməllərindən qaynaqlanır. Bir qisim insanlar İslamla əlaqədar həqiqətləri bilmədiklərinə və yalnız radikalların hərəkətlərinə şahid olduqlarına görə İslam haqqında yanlış fikrə düşürlər. Halbuki İslam dini və İslam şəriəti Quran ayələri üzərində qurulmuşdur. Uydurma hədis və xurafatlara əsaslanan başqa qaynaqların həqiqi müsəlman üçün əhəmiyyəti yoxdur. Bəs elə isə müsəlmanlar savaşmaq istəyərlərmi?
Müharibəni kimlər istəyir?
Bəzi qruplar tərəfindən idarə edilən silah sektoru iqtisadi böhrandan təsirlənməyən yeganə sahədir. Alış-satışının bitmədiyi və davamlı yenilərinin dünya bazarına çıxarıldığı bu sektorun güclü olmasının səbəbi, təbii ki, müharibələrdir. Bunun üçün öz dinini savaş dini zənn edən və bu səbəbdən ölüb-öldürməyə hazır olan kütlə, yəni İslam adına ortaya çıxan radikal qruplar təhrik edilir.
Bir qisim neokonlar və Qərbdəki digər İslam əleyhdarları vəhşiliyin dünyaya radikallar tərəfindən yayıldığı mövzusunda haqlıdırlar. Lakin onlar Üsamə Bin Laden kimi bəzi liderlər haqqında yanılırlar. Ümumiyyətlə, belə saxta liderlər İslamla əlaqəsi olmayan, fəqət müxtəlif kəşfiyyat orqanlarının nəzarətində saxlanılan şəxslərdir. Müəyyən yerlərdə qarışıqlığın çıxması və ya savaşın başlaması üçün dərhal önə çıxarılırlar. Qərb ölkələrində bar və kafelərdə vaxt keçirərkən əmr gələndən sonra tez saqqal buraxır, paltarını və üslubunu dəyişib Yaxın Şərqə məxsus görünüşə bürünürlər. Beləliklə, illərlə öyrəndiyi xurafatları tətbiq etmək üçün hərəkətə keçirlər.
Bu ssenari dünyada dəfələrlə həyata keçirilmişdir. Bin Laden bu ssenarinin aktyorlarından yalnız biri idi. Bəzi gizli təşkilatlar Peyğəmbərimizin (səv)
axırzamandakı ən böyük müjdəsi olan hz. Mehdinin gəlişindən və müsəlmanların bu mövzudakı səmimi arzusundan istifadə edib Bin Ladeni sanki Mehdi görünüşündə qələmə verdilər. Bir çoxlarını da buna inandırmağa çalışdılar. Bin Ladenlə başlayan proses təkcə Əfqanıstana deyil, bütün müsəlman aləminə zərbə vurdu. Ssenarinin sonunda isə Bin Ladenin ölmüş görüntüləri göstərildi. Bu, planın ən diqqətçəkən hissəsi idi. Plana görə, müsəlman aləmi Mehdilərinin öldüyünü görəcək və bütün ümidləri suya düşəcək. Bu, İslam aləminin gücdən salınıb daha çox istismar edilməsi üçün qurulmuş sistemli plan idi.
Radikal düşüncəli insanlar da bu məsələdə, əlbəttə, günahkardırlar, ancaq onları yetişdirən təşkilatlar da onlar qədər günahkardırlar.
Silah sənayesi çox gəlirli sahə olduğu üçün müharibə bəzi şəxslərin işinə yarayır. Müharibəyə təşviq edilənlər, əsasən, radikal qruplardır, lakin müharibədən mənfur mənfəətləri üçün istifadə edənlər radikalların başçılarıdır. Radikallardan şikayət edən amerikalı və avropalılar bu başçıların öz içlərində olduğunu unutmamalıdırlar. Müsəlman ölkələrindəki etiraz və qiyamları açıqca təşkil edib yönləndirən təşkilatlar bu hədəflərini dilə gətirməkdən çəkinmirlər. Bu, yenə də xurafat üzündən məzhəblərə bölünüb bir-birini düşmən elan edən radikal qrupların günahını xəfiflətmir.
Yuxarıda saydığımız halları nəzərə alaraq deyə bilərik ki, sülhün bərqərar olması üçün şəxsi mənfəətlər düşünülməməli, torpaq hərisliyi bitməli, düşmənçilik ortadan qalxmalı və xurafat yox edilməlidir. Bunlar üçün də haqq dinlərə, din əxlaqına, dindarlara və Qurana ehtiyac vardır. Əks halda siyasi və maddi mənfəətlər, yaxud torpaq və ya ideologiyalar uğrundakı çəkişmələr daim davam edəcək. Bunu ancaq gerçək din anlayışına əsaslanan maarifləndirmə aradan qaldıra bilər. Qurana əsaslanan belə təlim yanlışlıqları və düşmənlikləri sona çatdırar.
Zehinləri dəyişən insanlar düşmənlik və ya müharibə üçün heç bir səbəb tapmayacaqlar. Qeyd etdiyimiz kimi, bunun yeganə yolu Quran əxlaqına uyğun maarifləndirmədir.
Öz zalım əməlləri üçün müharibəyə ehtiyacı olanlar, əsasən, radikal qrupları təşviq edirlər. Müharibəyə hazır olan cəhalət içindəki bu qruplar onları “idarə edənlər” üçün nəzərdə tutulmuş örtükdür.
Bunlar asanlıqla müharibəyə yönləndirilə bilən adi piyadalardır.
Radikalizmə yol açan önəmli səbəb: Quantanamo 2015-ci ilin əvvəllərində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ)
hesabatı yayımlandı. Bu hesabat bütün dünyada böyük diqqətə səbəb oldu və 11 sentyabrdan sonra ABŞ-ın məhkumlara qarşı hamıya məlum işgəncələrini dəqiqləşdirdi.
Əbu Qreyb həbs-xanasının şəkilləri, Quantanamoda göstərilən təzyiqlər sərbəst buraxılanların sözləri əsasında dünya onsuz da 11 sentyabrdan sonra ABŞ-da kəşfiyyat işlərinin necə həyata keçirildiyini az-çox bilirdi. ABŞ-da 11 sentyabrdan öncə də işgəncələrə əl atılırdı. Bununla yanaşı, yayımlanan hesabatda yeni işgəncə üsullarından tutmuş bunu tətbiq edən mütəxəssislərə nə qədər pul ayrıldığına qədər bütün təfərrüatları dünya gördü. Bəs illərlə davam edən işgəncələr ABŞ-a, yaxud dünyaya nə qazandırdı? Rahat şəkildə bu suala cavab olaraq: “Heç bir şey”, -deyə bilərik. Senator Herri Reyd işgəncələrin ABŞ-a mənfi imicdən başqa heç nə qazandırmadığını etiraf edir. Bəzi respublikaçıların iddialarının əksinə, tədqiqatçılar da MKİ-nin 6 milyon səhifəlik sənədlərini araşdırmasının ardından zəruri məlumat tapılmadığını təsdiq etdilər.
Bu, bir həqiqətdir ki, radikal terror təşkilatları haqqında mühüm məlumatları olan qruplaşma liderlərini və ya mənsublarını canlı surətdə ələ keçirmək haradasa qeyri-mümkündür. Belə bilgisi olan terrorçular mütləq mühafizəçi, polis, yaxud da əsgərlərlə döyüşə girib ölümə vəsilə axtarırlar. Ələ keçiriləcəyini anladıqda isə intihar edirlər. İndiyədək bu nümunələrə dəfələrlə rast gəlinmişdir. Lakin ABŞ-ın ələ keçirdiyi şəxslər araşdırıldıqda çoxunun müqavimət göstərmədən həbs edildiyini görürük. Həmin şəxslər özlərinə, yaxud çevrəsinə zərər vermədiyi halda, həbs edilmişlər. Onlar işgəncənin tez bitməsi üçün verdikləri məlumatların xəyallarının məhsulu olduğunu etiraf etmişlər. Beləliklə, bu tarixi dərs bir daha sübut edir ki, heç bir dövlət mühüm bilgilərə sahib terrorçuları canlı ələ keçirə bilməz. ABŞ azad, təhlükəsiz və adət-ənənələrini qoruduğu ölkə kimi yaşamaq istəyir. Buna görə trilyonlarla dollar xərcləyir və minlərlə gənc müharibədə həyatını itirir. Tək məqsədi isə öz dəyərlərini qorumaq və bunları təhdid edənlərə göz dağı verməkdir. Hamıya məlumdur ki, ABŞ hər nə qədər dünyəvi qanunlarla idarə olunsa da, özünü xristian cəmiyyət kimi qələmə verir və Avropa ilə müqayisədə daha mühafizəkar quruluşa malikdir. Bəs bu mühafizəkar cəmiyyətin müqəddəs kitabı olan İncil sevgini, şəfqəti, bağışlayıcı və birləşdirici olmağı əmr etmirmi? Hansı xristian cinayət törətməkdə şübhəli bilinən bir insana işgəncə verilərək öldürülməsinə razı olar? Əgər ABŞ öz dəyərlərini qorumaq istəyirsə, çətin şərtlərdə belə bunlara sadiq olmalıdır. Senator Dayan Faynşteyn senatda çıxışı zamanı işgəncələrin Amerika dəyərlərinə ləkə gətirdiyini qəbul etmişdir. İşgəncə mübarizə üsulu deyil, qəddarlıq nümunəsidir. 12 illik müharibədə çətinliklə toplanan məlumatlar Əl-Qaidə və Taliban kimi terror təşkilatlarının nəinki ortadan qalxmasına, heç zəifləməsinə də yardımçı olmamışdır. Əksinə, həmin terror təşkilatları daha da güclənmiş, dünyanın fərqli bölgələrinə yayılmış və yeni qruplaşmalar yaratmaqla daha təhlükəli olmuşdur. ABŞ Əl-Qaidəni ortaya çıxaran səbəblərlə fikri mübarizə aparmaq yerinə, müharibələrdə çoxlu mülki şəxslərin ölümü ilə nəticələnən hücumlar həyata keçirmiş və bu da bəzi yeni alt qruplaşmaların terror təşkilatlarına qoşulmasına yol açmışdır.
Dağıdıcı qüvvəyə qarşı dağıdıcı üslubda cavab vermək onun təsirini azaltmır. Şiddət hər zaman daha çox şiddətə, qan hər zaman daha çox qana səbəb olur. Beləliklə, radikal terrorla mübarizə zamanı daha radikal taktikalardan istifadə etmək həmin terror qruplaşmalarının güclənməsinə səbəb olur.
Beləcə, əsla bitməyən müharibələrə yeni qapılar açılır.
De: “Haqq gəldi, batil puç olub getdi.
Həqiqətən də batil puçluğa məhkumdur!”