İslam terroru lənətləyir: Radikalizmin yanlışlığı və həqiqətlər
Mündəricat
- Ön söz
- Giriş
- İslam əxlaqı sülhün və təhlükəsizliyin mənbəyidir
- Qurana əsasən, şəriət, cihad və savaş
- Radikalizmin yanlışlığı və həqiqətlər
- Din adından terror törədənlərin iç üzü
- İslamın kitab əhlinə münasibəti
- İslam Yaxın Şərqə sülh və hüzur gətirmişdir
- Terrorizmin əsas qaynağı: darvinizm və materializm
- Nəticə: Qərb dünyası üçün məsləhətlər
- Əlavə bölmə: Təkamül yalanı

Terror anlayışından bəhs etdiyimiz bu kitabda radikalizm haqqında da məlumat vermək lazımdır. “Radikalizm” hər hansı mövzuda sərt və köklü dəyişikliklərin tərəfdarı olmaq və bu məqsədə çatmaq üçün amansız siyasət yürütmək mənasına gəlir. Hər mövzuda olduğu kimi, bunda da müsəlmanın meyarı Quran ayələri və Peyğəmbərimizin (səv) həyatı olmalıdır. Qurana nəzər saldıqda radikal üslubun Allahın möminlərə əmr etdiyi üslubla əsla əlaqəsinin olmadığını görürük. Allah Quranda möminləri həlim, təvazökar, gözəl sözlü insanlar kimi təsvir edir. Bu mövzuda bizə yol göstərən nümunələrdən biri Allahın hz. Musa və hz. Haruna əmridir. Allah elçilərinə Fironla yumşaq danışmağı buyurmuşdur:
Fironun yanına gedin. Çünki o həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!
Firon öz dövrünün ən zalım və üsyankar inkarçısı idi. Allahı inkar edib saxta ilahlara inanmış, iman gətirənlərə (İsrail oğullarına) dəhşətli zülmlər vermişdir. Buna baxmayaraq, belə şəxslə Allah yumşaq davranmağı buyurmuşdur. Diqqət edilsə, görürük ki, Allahın bildirdiyi üslub dostcasına ünsiyyət qurmaqdır, etiraz nümayişləri və ya qəzəbli şüarlarla istəyini bildirmək deyil.
Quranda gözəl söz söyləməyə bəzi nümunələr Müsəlmanlara gözəl üslubun necə olduğunu göstərən nümunələrdən biri də keçmiş peyğəmbərlərdən hz. Şüeybin qövmü ilə olan dialoqudur. Quranda bu barədə belə deyilir:
Mədyən qövmünə də qardaşları Şüeybi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur.
Ölçünü və çəkini əskiltməyin. Mən sizi bolluq içində görürəm və qorxuram ki, başınıza (hər şeyi) bürüyən günün əzabı gələ.
Ey qövmüm! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin, insanların mallarını əksik verməyin və yer üzündə fəsad yaymaqla pis işlər görməyin!
Əgər möminsinizsə, Allahın saxladığı (nemətlər) sizin üçün daha xeyirlidir.
Mən sizin üstünüzdə gözətçi deyiləm”.
Onlar dedilər: “Ey Şüeyb! Atalarımızın ibadət etdikləri (tanrılardan), yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”.
O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, onda necə olsun?” Sizə qadağan etdiyim şeylərlə əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm.
Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam”.
Bu dialoqda hz. Şüeybin qövmünü dinə gözəl əxlaqla dəvət etdiyi və bu zaman çox təvazökar davrandığı görünür. Ayələrdəki bəzi ifadələrin hikmətini belə açıqlamaq olar:
- “Mən sizin üstünüzdə gözətçi deyiləm”: hz. Şüeyb bu sözü ilə qövmünə hökm etmək niyyətində olmadığını, onlara yalnız Allahın bildirdiyi həqiqətləri çatdırdığını buyurur.
- “Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”: inkarçıların hz.
Şüeybə dediyi bu söz onun çox mülayim və nəzakətli olduğunu təsdiq edir. Onlar hz. Şüeybin ağıllı və kamil insan olduğunu qəbul edirlər.
- “Ey qövmüm! Bir deyin görək”: Bu ifadə hz. Şüeybin insanların fikrini öyrənib onları dinlədiyini və düşünməyə dəvət etdiyini göstərir.
- “Sizə qadağan etdiyim şeylərlə əleyhinizə çıxmaq istəmirəm”: Hz. Şüeybin bu qadağası feili deyil, bəzi şeylərin günah olduğunu açıqlayıb insanları bundan vaz keçməyə dəvət edir. Bundan başqa, hz.
Şüeyb belə deməklə məqsədinin qövmü ilə çəkişmək olmadığını, onları yalnız iman və gözəl əxlaqa dəvət etmək olduğunu bildirir.
Quran ayələri araşdırıldıqda yumşaq və mərhəmətli üslubun bütün peyğəmbərlərin ortaq xüsusiyyəti olduğu görünür. Allah hz. İbrahimin mülayim əxlaqını “Həqiqətən, İbrahim çox yalvaran həlim bir kimsə idi”
(Tövbə surəsi, 114) ayəsi ilə təsvir edir. Peyğəmbərimiz hz. Muhəmmədin (səv) əxlaqını göstərən bir ayə isə belədir:
Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar.
Qəzəbli üslubdan çəkinmək Allahın əmridir Radikalizmin nəzərəçarpan bir xüsusiyyəti də qəzəbli üslubdan istifadə edilməsidir. Bu, radikal şəxslərin danışıq və yazılarında özünü qabarıq şəkildə büruzə verir. Halbuki qəzəb müsəlman xüsusiyyəti deyildir. Allah Quranda möminləri təsvir edərkən belə buyurur:
O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir.
Müsəlmanların qəzəbli davranmasına hər hansı vəziyyət səbəb ola bilməz. Müsəlmanın digər insanlardan tək istəyi onların Allaha iman gətirməsi və gözəl əxlaqlı olmasıdır. Bu isə ancaq Allahın o insanlara hidayət verməsi ilə mümkündür. Biz nə etsək də, insanlara həqiqətləri nə qədər izah etsək də, qəlblər Allahın əlindədir. Allah “İman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi?” (Rəd surəsi, 31) ayəsi ilə bu önəmli həqiqəti müsəlmanlara xatırladır.
Bu səbəbdən müsəlmanın vəzifəsi yalnız haqqı çatdırmaq və insanları Quran əxlaqına dəvət etməkdir.
Onların bunu qəbul edib-etməməsi tamamilə öz vicdanlarına buraxılır. Allah bunu Quranda bir daha vurğulayır və dində məcburiyyətin olmadığını bildirir:
Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah eşidəndir, biləndir.
İnsanların iman gətirib müsəlman olması, həmçinin müsəlman olanların ibadətləri yerinə yetirməsi və günahlardan çəkinməsi üçün heç bir təzyiq göstərilə bilməz. Buna görə yalnız öyüd-nəsihət verilə bilər. Allah müsəlmanların məcburedici olmadığını Peyğəmbərimizə xitabən vəhy etdiyi bəzi ayələrdə belə xəbər vermişdir:
Biz onların nə dedik-lərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüdnəsihət ver!
De: “Ey insanlar! Rəbbinizdən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə, xeyri onun özünə dəyər, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Mən sizi qoruyan deyiləm”.
Müsəlmanlar yalnız din əxlaqını yaymaqla və ən zalım inkarçılara belə yumşaq davranmaqla məsuliyyət daşıyırlar. Buna görə də radikal ola bilməzlər, radikallar isə saydığımız bütün müsəlman xüsusiyyətlərin əksini müdafiə edirlər. Həqiqətdə radikalizm İslam dünyasına sonradan əlavə edilən fikir cərəyanı və siyasi mövqedir. Sosial faktlar araşdırıldıqda radikalizmin keçmişdə kommunistlər tərəfindən istifadə olunan üsul və üslubların məcmuəsi olduğunu görürük. Radikalizm İslamda heç bir yeri olmayan fanatizmin (Fəth surəsi, 26) ifadəsi kimi ortaya çıxıb.
Radikalizm və terror ortadan necə qalxar?
Əvvəlki hissələrdə də bəhs etdiyimiz kimi, Əfqanıstandan Liviyaya, Nigeriyadan İraqa kimi 13 illik hərbi əməliyyatlardan sonra məlum olmuşdu ki, radikal terrorçu qruplaşmalar hərbi güc, şiddət və təzyiqlə yox olmamış, əksinə, daha da güclənmişdir. Bundan başqa, hava hücumları və quru əməliyyatları da daxil olmaqla, hər növ hərbi əməliyyat daha çox mülki vətəndaşların ölümünə, şəhər və infrastrukturların dağılmasına səbəb olub. Bu da həmin ölkələrdə qəzəbə yol açmış və radikal təşkilatların işinə yaramışdır. Bəzi analitiklərə görə, terror təşkilatlarının liderlərinin öldürülməsi ən təsirli metod kimi göstərilsə də, daha geniş perspektivdən baxdıqda bunun heç bir nəticəsinin olmadığı görünür. Məsələn, Üsamə Bin Ladenin öldürülməsi Əl-Qaidənin dağılması ilə nəticələnmədi. Bununla yanaşı, terror təşkilatları bu silahlı hücumları mahirliklə təbliğat vasitəsinə çevirirlər. Onlar bu hücumları öz məqsədlərinin haqlı olduğuna dəlil kimi göstərirlər. Buna görə də bu cür terror təşkilatları həm daha da güclənir, həm də fəaliyyətlərini yeraltı sığınacaqlarda davam etdirirlər ki, bu da onlara qarşı hərbi müdaxiləni təsirsiz edir. Terroru ortadan qaldırmaq üçün sosial-iqtisadi inkişafa təkan vermək və şiddətli terror fəaliyyətlərinin baş verdiyi bölgələrdə demokratik prosesləri sürətləndirmək lazımdır. Bunları həyata keçirmək üçün radikal düşüncənin kökündə yatan cəhalətin ortadan qaldırılması şərtdir. Bunu isə ancaq maarifləndirmə və mədəni fəaliyyətlər yolu ilə həyata keçirmək olar. Bu üsul silahlara milyardlarla pul xərcləməkdən daha sərfəlidir və daha yaxşı nəticələr Radikal ideologiyaya qarşı yalnız fiziki gücdən istifadə etməklə mübarizə aparmaq nəticə verməz, hətta bu radikalizm tərəfdarlarının sayını daha da artırar. Radikalizmi və onun qlobal təsirini aradan qaldırmaq, həmçinin demokratiya, plüralizm və insan haqları kimi müsbət insani keyfiyyətləri ayaqda saxlamaq üçün təhsil ən vacib addımdır.
verər. Terror təşkilatlarının üzvləri azğın qatil olmamışdan əvvəl onları maarifləndirmə yolu ilə durdurmaq, həmçinin həmin təşkilata qoşulanların artmasının qarşısını almaq mümkündür. Kütləvi informasiya vasitələri ilə aparılan təlim işlərinə heç bir terror təşkilatı müdaxilə edə bilməz. İdeologiyasını itirən hərəkat həyatda qala bilməz. Ölkələr ya bu vəzifəni öz boyunlarına götürməli, ya da bunu yerinə yetirməyə könüllü olan ictimai təşkilatları dəstəkləməlidirlər. Dünya miqyasında üz-üzə qaldığımız amansız terrorun qarşısını almaq üçün ideoloji əsasının nə olmasından asılı olmayaraq, bütün terror təşkilatlarına qarşı təlim səfərbərliyi aparılmalıdır. Məsələn, NATO ekstremizmə qarşı silahlı mübarizəyə böyük məbləğdə maliyyə ayırır, lakin bir tərəfdən də təhlükə böyüməyə davam edir. Bu problemin həlli maliyyə qaynaqlarının düzgün idarə olunmasındadır. Ekstremist ideologiyaya qarşı yalnız fiziki mübarizə aparmaq çox az nəticə gətirir, hətta bu ideologiyanı dəstəkləyənlərin sayını artırır. Bölgədəki hərbi əməliyyatlar həm daha çox insanın həyatı bahasına başa gəlir, həm də bu əməliyyatlarda ölən insanların yaxınlarının Qərbə qəzəblənərək ekstremistlərə qoşulmasına səbəb olur. Son dərəcə təhlükəli olan radikal cərəyanların məğlub olması üçün onların ideoloji əsasları dünya miqyasında yox edilməlidir. Bunun öhdəsindən isə ancaq qərbli müttəfiqlərin də yardımı ilə Yaxın Şərq ölkələri gələ bilər. Radikalizmi və onun dünyadakı təsirlərini ortadan qaldırmaq, demokratiya və insan haqlarını ön plana çıxarmaq üçün maarifləndirmə ən əhəmiyyətli addımdır. Dünyanın təhlükəsizliyini təhdid edən radikalizmin inkişafının qarşısını almaq üçün dünya liderləri təlimə önəm verməli və fikri mübarizənin təcili olduğunu görüb cəhalətin ortadan qaldırılması yollarını axtarmalıdırlar.
ABŞ-ın hərbi büdcəsi ardıcıl olaraq 11 il ərzində 104 % həcmində artmışdır. 2001-ci ildə 354 milyard dollar olan xərclər 2011-ci ildə 721 milyard dollara yüksəldi.
Pentaqon müharibə üçün 50 ştatın səhiyyə, təhsil və təhlükəsizlik xərclərindən daha artıq büdcə nəzərdə tutmuşdur.
Hərb üçün xərclənən 1 milyard dollarla təbiətə, səhiyyə və təhsilə investisiya qoyula bilər, beləcə, 5000-dən 17 000-dək insana işləməyə şərait yaranar və ya 1 ildə İraqda müharibə üçün xərclənən 11 milyard dollar ilə 220 000 müəllimin maaşı verilə bilər. Eyni şəkildə, İraqdakı tək bir əsgərin illik dolanışıq xərci ilə Amerikada ehtiyacı olan 60 ailənin yemək xərcləri ödənilə bilər.
Terrorla fikri mübarizənin əhəmiy-yətinə bir nümunə:
“Çarli Hebdo” (Charlie Hebdo)
hücumu Kitabın əvvəlindən bəri bəhs etdiyimiz xurafatlardan güc alan radikalizmin ən qorxunc terror əməllərindən biri Parisin mərkəzində “Çarli Hebdo”
jurnalının 12 əməkdaşının öldürülməsi idi. Bu hücumdan sonra sinaqoq, məscid, qəbiristanlıq və dini vəqflər də təhlükə altında idilər. Danimarkada həmin jurnalın əməkdaşlarının anım mərasiminə təşkil edilən hücum problemin ciddiliyini bir daha göstərirdi.
Hazırda dünyada nifrət geniş yayılıb, bundan da ən çox adi insanlar zərər çəkirlər. Başda müsəlmanlar olmaqla, radikallar Avropanı musəvilər, xristianlar və digər azlıqlar üçün yaşanmaz yerə çevirmək istəyirlər.
Bu vəziyyət öz vətəndaşlarına da təsir edir. Terror, anarxiya və şiddət bu əsrin ən böyük bəlasına dönüb.
Xüsusilə İslam coğrafiyası bu bəla üzündən çox acılar çəkir. Lakin bunu təkrar qeyd etmək lazımdır ki, terrorun dini yoxdur. Terror və şiddət insanı kor təsadüflərin məhsulu zənn edən təhsil sisteminin labüd nəticəsidir. Bu sistem insanları vəhşi mühitdə həyatda qalmaq üçün Fikirlərdəki yanlışlıqlar müxtəlif formalarda ifadə edilə bilər, ancaq fərqli düşündüyü üçün bir insanın öldürülməsi, ya da insana əziyyət verilməsi qəbul edilə bilməz. Haqqında danışılan şəxs ifadə azadlığından suiistifadə edib başqalarının müqəddəs dəyərlərini təhqir etsə belə, problem şiddət və ya kobud yollarla deyil, ancaq mədəni və hörmətə əsaslanan davranış çərçivəsində həll edilməlidir.
mübarizə aparan heyvan kimi görür və insanlara mərhəmətsizliyi, eqoistliyi öyrədir. Bu sistemdə yardımlaşma, şəfqət və sevginin dəyəri yoxdur. Bir insanın nə qədər mərhəmətsiz olarsa, o qədər güclü olacağı düşünülür. Bu təhsili alan insan mənəvi yöndən güclü deyilsə və vicdanına tabe olmazsa, terroru “özünü sübut etmə və haqqını əldə etmə” vasitəsi kimi görər və hər cür ideologiyaya meyil edə bilər. Qısacası, belə təhsilə yiyələnmiş insanı bəziləri kommunist, bəziləri xurafatçı və ya digər azğın ideologiyanın təlqinləri ilə terrora yönləndirə bilər. Buna görə də dünyanın terrora qarşı almalı olduğu ilk tədbir bu yanlış təhsil sistemini düzəltmək olmalıdır.
“Çarli Hebdo”nun və bənzəri informasiya vasitələrinin müsəlmanları incitdiyi doğrudur. Jurnal təkcə müsəlmanları deyil, həmçinin xristian, musəvi və buddistləri də incidən məqalələr yayımlamışdır. Belə ki, bir müsəlman hüquq çərçivəsində məhkəməyə baş vurub haqqını tələb edə bilər. Həmin şəxslərə dostca yanaşmaqla, etdiklərinin xoş olmadığını söyləyib sevgi və mərhəməti təşviq edə bilər. Bu hərəkətlərin yanlış olduğunu yazaraq və ya danışaraq doğruları dünyaya çatdıra bilər. Qurana tabe olan müsəlman İslama inanmadığı üçün əsla başqasını öldürməz.
Digər tərəfdən, dünyanın bir çox yerində İslam adından cinayətlər törədilir və son dərəcə vəhşi əməllər edilir. Üstəlik bu mənfur əməllərdən ən çox elə müsəlmanlar əziyyət çəkirlər. Dünyanın hər tərəfində, demək olar ki, hər gün baş verən terror hücumlarında yüzlərlə müsəlman həyatını itirir. Unutmaq olmaz ki, bu insanların əməlləri Qurana uyğun deyil, bunlar xurafatlardır.
Peyğəmbərimizin (səv) vəfatından sonra ortaya çıxan xurafat Allahın və Peyğəmbərimizin (səv) adından dində olmayan hökmlər meydana gətirmişdir.
İSLAM DİNİ BU CİZGİLƏRDƏN MÜNƏZZƏH VƏ UCADIR İslam əleyhdarları çəkdikləri karikaturalarla İslama qarşı qorxu və nifrəti gücləndirməyə çalışırlar. Müsəlmanlar bu rəsmlərə etibar etməyib xurafat və fanatizmdən uzaq olan və Qurana əsaslanan İslamı bütün dünyaya yaymağa davam etməlidirlər.
Uydurma hədislər əsasında ortaya çıxarılan bu sistemdə sevgi, mərhəmət, dostluq, qadına dəyər vermək, elm və sənət, qısası, insanlara hüzur və sevinc gətirən heç bir şey yoxdur. Təzyiq, mərhəmətsizlik və şiddət vardır. Xurafat insanı ölmədən məzara qoyur və İslam adından istifadə edərək insanlardan bütün gözəllikləri uzaqlaşdırır.
Müsəlmanların İslamın sülh dini olması haqqındakı sözləri Qurana əsaslanmalıdır. Xurafatlardan, uydurma hədis və rəvayətlərdən ibarət dini müdafiə edən şəxsin sülh və sevgidən bəhs etməsi mümkün deyil. Bu həqiqət yalnız müsəlmanlara deyil, terrorla mübarizə aparmaq istəyən Qərbə də əhəmiyyətli yol göstərir: terroru yox etmək bu şiddətin bünövrəsini fikrən ortadan qaldırmaqla mümkündür. Xurafat mövcud olduğu müddətcə İslam coğrafiyasını bombalamaq, bölgəyə əsgər göndərmək, terror təşkilatlarının liderlərini öldürmək, bir sözlə, şiddətə şiddətlə cavab vermək terrorun qarşını almaz, əksinə, qızışdırıb daha böyük canavara döndərər. Kin və nifrətə səbəb olan hər cür addımdan çəkinmək və silahların deyil, fikirlərin danışdığı mühit qurmaq lazımdır.
Yenidən xatırladaq ki, terrorun heç bir forması qətiyyən qəbul edilə bilməz. Xüsusilə bir insanı öldürməyi bütün insanları öldürməklə eyni tutan İslam dinini terrorla əlaqələndirmək əsrimizin ən qorxunc tragediyalarından biridir.
Terror küçələrdə keçirilən etiraz aksiyaları, dövlət başçılarının qınanması və yalnız “İslam sülh dinidir” şüarları ilə bitməz. İslamın sülh dini olduğunu bizə bildirən Qurandır. Bu həqiqət israrla, bütün dəlil və açıqlamaları ilə dünyaya elan edilməli, həmçinin İslam dünyası xurafatlardan təmizlənməlidir.
Bu mövzuda, əlbəttə ki, Qərbin dəstəyi önəmlidir, lakin bunu əsas müsəlmanlar etməlidirlər.
İnsanlar radikal terror təşkilatlarına niyə qoşulurlar?
Qərb ölkələrində terroru araşdıran mütəxəssislər, kəşfiyyatçılar, yazıçı və analitiklər müntəzəm olaraq bu suala cavab axtarırlar: insanlar radikal terror təşkilatlarına niyə qoşulurlar?
Bununla bağlı çoxlu nəzəriyyə irəli sürür, “şəhərin kasıb uşaqları”, “cahil kütlənin mənsubları”, “boşluq içində macəra axtaranlar” kimi ifadələr işlədirlər. Bəziləri bu qətliamları “utopik siyasətin cazibəsi” kimi qələmə verərkən, bəziləri də bu insanların “bizim də hekayəmiz olsun” məqsədilə yola çıxdığını iddia edirlər. Bu cür qruplarda çoxlu sayda karyera sahibi, həkim və mühəndislərin olması, bir çoxunun isə əsilli-köklü ailələrdən gəlməsi bu nəzəriyyələri alt-üst etdi. Bəziləri isə bu təşkilatlara qoşulanlara “ruhi xəstə” adını verdi. Bunun cavabını isə “Massachusetts Lowell’s”
Mərkəzinin terrorizm və təhlükəsizlik bölməsinin psixiatriya üzrə professoru Con Horqan (John Horgan) belə verir:
“Onların dəli olduğunu düşünməyə olduqca meyilli idik. Terrorçuların əməllərinə görə mövzunun patoloji yöndən açıqlana biləcəyini zənn edirdik. Lakin terrorizmi ruhi xəstəlik olaraq açıqlamaq yanlışlıqdır”.2 Dr. Horqan və başqaları terrorizmə qoşulmaqla bağlı hər cür ehtimalı bir kənara qoydular. Çünki yoxsulluq, əqli xəstəlik və buna bənzər şeylər hər ölkədən insanların bu qədər çətinliyi keçib terror təşkilatlarına qoşulmasını açıqlaya bilməz. Heç kim “hekayəm” olsun deyə ailəsini, sevdiklərini, varını buraxıb hər cür vəhşiliyin yaşandığı savaşın içinə özünü atmaz və ölümü gözüyumulu qəbul etməz. Radikal təşkilatlara Avropa ölkələrindən Qazaxıstana, Avstraliyadan Somali, Rusiya və Tunisə qədər bütün dünyadan insanlar qatılırlar. Bunun sayı sürətlə artır və Fransa, Almaniya kimi Avropa ölkələri isə bu statistikada öndə gedir. İndi isə bu statistika qarşısında “insanlar bu təşkilatlara niyə qoşulurlar?” sualına cavab verək.
Gerçək İslamla əlaqəsi olmayan belə xurafatlardan ibarət dinin mənimsənilməsi müsəlmanların bir qismini azadlıq, elm və sənətdən, ən əhəmiyyətlisi isə Quranın əslindən uzaqlaşdırdığı kimi, onları həm də radikallaşdırdı. Radikalizmin ideoloji əsası nəzarətsiz (bəzən də dərin güclərin nəzarəti altında) yayıldıqca Qərb də daxil olmaqla, geniş coğrafiyanı təhdid etməyə başladı.
İnkişaf edən radikalizm islamofobiyaya səbəb olarkən bunun tərəfdarları istəməyərəkdən radikalizmi gücləndirdiklərini bilmirdilər.
Getdikcə genişlənən radikalizm bir tərəfdən islamofobiyaya səbəb olarkən, digər tərəfdən İslam əleydarları istəməyərək də olsa, radikalizmin güclənməsinə səbəb oldular. Çarəni İslam və müsəlmanları yox etmək, müsəlmanları ölkələrindən qovmaq və dünyada müsəlmanlara qarşı edilən Radikal təşkilatlara Avropa ölkələrindən Qazaxıstana, Avstraliyadan Somali, Rusiya və Tunisə qədər bütün dünyadan qoşulurlar.
Məsələn, sırf Əsəd rejiminin devrilməsinə dəstək olmaq üçün 80 ölkədən təxminən 15 000 silahlının Suriyaya getdiyi və bunların çoxunun hazırda İŞİD-ə qoşulduğu hesab edilir.
zülmlərə tamaşaçı qalmaqda görənlərin sayı artdıqca nifrət daha çox böyüdü.
Koalisiya qüvvələrinin Əfqanıstan və İraqa müdaxilələri isə səbir kasasını daşıran son damla oldu.
Qərbli koalisiya qüvvələrinin məqsədi, bəlkə də, bu torpaqlarda demokratiyanı bərqərar etmək idi. Lakin metod o qədər yanlış idi ki, bu təkcə Yaxın Şərqə deyil, Qərbin özünə də zərər verdi. Avropadan radikal qruplara qatılanların niyə bu qədər çox olduğunu və ABŞ ordusunun ən böyük probleminin intiharlar olduğunu anlamaq istəyənlər aparılan siyasətlərdəki yanlışlığı bir az araşdırsınlar.
Bəs həll yolu nədir?
Radikal təşkilatlar dünyada milyonlarla insanın doğru zənn etdiyi xurafatlardan ibarət dini tətbiq edirlər. Bu xurafatın davamçıları da onlara qarşı çıxa bilmir, çünki onların yanlış yolda olduğunu düşünmürlər. Odur ki, bu köklü problemin həlli ancaq İslam aləmini xurafatlardan arındırıb saf Quran əxlaqının tətbiq edilməsi ilə mümkündür ki, bunu da hz. Mehdi edəcək. Radikal qruplar ən çox internet vasitəsilə güc qazanır. Sosial mediadan istifadə etməklə beş qitənin hamısından tərəfdar toplayırlar – bir neçə sətirlə insanları inandırırlar.
Radikal təşkilatlar dünyada milyonlarla insanın doğru zənn etdiyi xurafat dinini tətbiq edir.
Bu problemin köklü olaraq həll edilməsi ancaq İslam aləminin xurafatlara əsaslanan qaynaqları tamamilə kənara qoyub Qurana yönəlməsi ilə mümkündür.
Bunu Con Horqan belə bildirir:
“(Terrorçular) Sosial mediada o qədər professional olublar ki, müqabilindəkilərlə tək-tək təmas qururlar”.3 Dini maarifləndirmə bu qədər asan olduğu halda, qərbli koalisiya qüvvələrinin hələ də Körfəz bazalarına silah daşıması çox təəccüblüdür. Eyni metoddan – internet kimi güclü vasitədən istifadə edib xurafatın yanlışlığını Qurandan dəlillər gətirməklə izah etmək lazımdır. İslamın vəhşiliyi rədd etdiyini, sülh və sevgi tərəfdarı olduğunu Quranla sübut etməliyik. Qərbin əlindəki imkanların radikal qrupların imkanlarından daha çox olduğunu, əlbəttə, xatırlatmağa ehtiyac yoxdur. Qərb öz imkanlardan istifadə edərək maarifləndirmə işini aparsa, çox qısa zamanda radikalizm yox olub tarixə qarışar.
Avropa hazırda ölkələrinə qayıtma ehtimalı olan terror qruplarının üzvlərinə görə böyük qorxu içindədir. O bölgələrdə savaşıb geri dönən insanların ölkələrində terror əməllərinə mütləq davam edəcəklərinə inanır və bu səbəbdən güclü təhlükəsizlik tədbirləri alırlar. Həmin insanlar doğru İslama yönəldilsə, problemin kökündən həll olunacağını isə heç düşünmürlər.
Bir insan heç tanımadığı ölkəyə ölmək və ya öldürmək məqsədilə Bombalar, silahlar, raketlər radikalizm probleminə əsla həll gətirməyəcək, əksinə, radikal təşkilatlara üz tutanların sayını daha da artıracaq.
gedirsə, bunun səbəbi yalnız onun inancıdır. Bu inanc yanlış olduğuna görə qarşımızda açıq və qəti həll yolu vardır: bu insanlara doğru inancı doğru qaynaqdan, yəni Qurandan öyrətmək. Ancaq Qərb ölkələri təlimdən qaçmağa davam etdiyi müddətcə dünyanı bürüyən fəlakət onları daha çox təhdid edəcək. Bombalamaq və raket atmaq problemin çarəsi deyil, yalnız nifrəti artıran vasitələrdir.
TV xəbərləri terrora nəfəs almağa imkan verməməlidir Artıq dünyanın ən çox inkişaf etmiş ölkələri də təhlükə altındadır. Bunun əsas nümunəsi Fransada İkinci Dünya Müharibəsindən bu yana əsgərlərin ilk dəfə şəhərə girməsidir.
Parisdə ehtimal olunan terror hücumuna qarşı Eyfel qülləsinin ətrafına 1080 əsgərin yerləşdirilməsi terror təhlükəsinin ölçüsünü göstərir. Lakin bu tədbirlər kifayət etmədi və Fransa şəhərin mərkəzində ard-arda terror hücumları ilə qarşılaşdı.
Avropada son dövrlərdə faşist cərəyanlar baş qaldırdı, miqrantlara və müsəlmanlara qarşı hücumların sayı artdı. Ruslar və çeçenlər arasındakı gərginlik bitmək bilmir. Afrika və Yaxın Şərqdə uzun illərdir ki, qarşıdurmalar davam edir. Digər tərəfdən, dağlardakı terror əməllərinə guya son qoyan PKK terror təşkilatı Türkiyənin şəhərlərində qətllər törətməkdədir.
Terrorun məhv edilməsi üçün illərlə müxtəlif nəzəriyyələr irəli sürüldü və fərqli üsullardan istifadə edildi. Lakin bunların heç biri nəticə vermədi, əksinə, terror hadisələri daha da artdı. Bunun ən dəqiq nümunəsi Üsamə Bin Ladendir. Bu ölüm Əl-Qaidənin sonunu gətirdimi? Xeyr...
Terror təşkilatları cəmiyyətə hakim olmaq üçün günahsız xalqı qorxudaraq özünə zorla tabe etməyə çalışır. Bunun üçün ən mərhəmətsiz və qanlı olaylardan istifadə edir. Bunu edərkən öz tərəfdaşlarına ruh yüksəkliyi verib onların güclü olduğunu və müvəffəqiyyətin yaxın olduğunu deyirlər. Bu gün Türkiyədəki PKK terror təşkilatının törətdiyi əməllərdə də bunu açıq-aydın görürük. Terror təşkilatları planlarını öncədən və dəqiqliklə qururlar. ABŞ-dakı 11 sentyabr və Rusiyadakı teatr hadisəsi, İngiltərədəki metro olayı, İspaniyada qatara hücum, Fransadakı hadisələr və PKK-nın Türkiyədəki bütün əməlləri incə planlar əsasında ortaya çıxmışdır. Sonuncu Paris olayındakı soyuqqanlı və professional terrorçular da bunu açıq şəkildə göstərdi. Demək olar ki, bütün terror təşkilatları reklam məqsədilə mediadan aktiv şəkildə istifadə edirlər. Beləliklə, həmin qruplaşmalar törətdiyi təxribatları media vasitəsilə geniş şəkildə yaymağa çalışırlar. Onlara görə, müvəffəqiyyət əldə etmək törətdikləri əməllərin mediada yayılmasına bağlıdır. Məsələn, bu olaylar davamlı televiziya ekranlarında göstərilib sosial mediada geniş yayıldıqda yüz dəfələrlə təkrarlanmış kimi təsir meydana gətirir. Bu səbəbdən dolayı, terrorla mübarizədə önəmli vasitələrdən biri mediadır. Media olaylara dair verdiyi xəbərlərdə terror təşkilatlarına istəmədən də olsa dəstək verməməlidir.
Medianın terror hadisələrindən hansı şəkildə bəhs etməsi önəmli müzakirə mövzusudur. Necə ki, dünyanın ən qabaqcıl və çağdaş ölkələrinin belə terrora son verə bilməməyinin amillərindən biri medianın faydasız yayımlarla terroru sanki bəsləməsidir. Bu yayımlar sayəsində terror dəhşəti cəmiyyətlərə sürətlə yayılır.
Şübhəsiz ki, media xəbər özəlliyi daşıyan bir mövzuda hadisəyə obyektiv yanaşmalıdır. Lakin terror mövzusunda çox həssas davranmalıdırlar. Çünki insan həyatı hər cür dəyərdən üstün tutulmalıdır və istəməyərək də olsa terror təbliğatına izin verilməməlidir. Media terrorla bağlı xəbərlərə reytinq və rəqabət anlayışı ilə yaxınlaşmamalıdır.

Məsələn, sentyabr hadisəsindən sonra Amerika mediası, metro olayından sonra isə İngiltərə mediası bu xəbərlərdən bəhs edərkən çox ehtiyatlı davrandılar strateji hərəkət etdilər.
Son Ferquson hadisələrində də ABŞ olayın şiddətini cəmiyyətə çox yaymadı.
Fəqət Parisdə baş verənlərin bütün incəlikləri dünyaya günlərlə xəbər verildi. Terror xəbərləri verilərkən yayımlanan görüntülərdə çəkilişin yaxından olmamasına və əhalidə təşviş və qorxu yaradan ünsürlərə yer verilməməsinə diqqət edilməlidir. Əlaqəli şəxslərlə televiziya verilişi zamanı onlar siyasətçi də olsa terror təbliğinə yol açan açıqlamalara izin verilməməlidir. Terror təşkilatının çox güclü və təsirli olduğu imici yaradılmamalıdır. Terrorla mübarizədə media ən önəmli vasitələrdəndir.
Dövlətlər üçün media kanalı ilə təmas qurulan xalqı maarifləndirmək çox önəmlidir. Medianın xalq üzərindəki təsir gücü insanları terrorizmə qarşı məlumatlandırmağa yönləndirilməlidir. Terror təşkilatları hakim olmağa çalışdığı yerlərdə xalqa öz ideologiyalarını müntəzəm təlqin etdiyi kimi, dövlətlər də media vasitəsilə əhaliyə davamlı bilgi verməli və buna uyğun proqramların hazırlanmasını təmin etməlidirlər.
Məsələn, terror qruplaşmalarının şiddət yönlü çıxışlarının elmi yolla tənqidinin müntəzəm yayımlanması bu yollardan biridir.
Unutmaq olmaz ki, terror yalnız silah və siyasətlə ortadan qalxmaz. Terroru sona çatdıran əsas amil onun ideoloji əsasına yönələn fikri mübarizədir.
İslamofobiya, artan ifrat sağçılıq və əcnəbilərə qarşı çıxmaq radikalizmi artırır İslam dininə və müsəlmanlara islamofobiya anlayışı ilə yanaşmaq 11 sentyabr hücumlarından sonra dünya gündəliyini zəbt etsə də, bunun kökü xaç yürüşlərinə, hətta daha da əvvələ – müsəlmanların ilk dövrlərdəki yayılmasına qədər uzanır. Müsəlmanlar indi bütün İslam dünyasına yayılmışdır və onlar 45 milyonu ötən nüfuzla Avropanın 6 faizini təşkil edirlər. Hər il 1 milyon müsəlman Avropaya köçür. Avropada müsəlmanların doğumu qeyrimüsəlmanlara nisbətən 3 dəfə çoxdur. 2050-ci illərdə müsəlmanların nüfuzunun 20 faizə çatacağı və Avropanın beşdə birini təşkil edəcəyi təxmin edilir. Şübhəsiz ki, bu, Avropada islamofobiyanın artmasının başlıca səbəblərindən biridir. Lakin islamofobiyanın bütün dünyada güclənməsinin əsil səbəbi son dövrlərdə İslam adından ortaya çıxan radikal terror təşkilatlarının insanlığa sığmayan əməlləridir. İslamla heç bir əlaqəsi olmayan batil anlayışa malik bu radikal qruplar bütün dünyada İslama qarşı böyük qorxu və nifrətin oyanmasına səbəb oldu. Özlərini İslam təmsilçiləri kimi tanıdan bu qruplaşmaların vəhşi əməllərindən qaynaqlanan qorxu bütün dünyada islamofobiya kimi yayıldı.
Avropadakı müsəlman əsilli miqrantlar islamofobiya ilə yanaşı, həm də ksenofobiya (əcnəbi qorxusu) ilə də mübarizə aparmaq məcburiyyətindədirlər.
Müsəlmanların Qərb ölkələrində məruz qaldığı təzyiq və çətinliklər ədalətsizlik və tolerantlıqdan uzaq, insan haqları və müasir demokratiya ilə heç bir şəkildə uyğunlaşmayan rəftardır.
İslamofobiyanın güclənməsində əvvəllər də İslam əleyhdarları kimi özlərini tanıdan bəzi qruplar mühüm rol oynadılar. Bu qrupların fəaliyyəti haradasa sektor deyiləcək dövriyyənin meydana gəlməsinə və trilyonlarla dollarlıq beynəlxalq təhlükəsizlik, kəşfiyyat və sənayelərin ortaya çıxmasına şərait yaratdı. Bu dövriyyə iqtisadi, maliyyə baxımından güclü, enerji qaynaqları və yeraltı sərvətləri olan İslam dünyasının yüksəlişini durdurmaq məqsədinə xidmət edirdi.
Xüsusilə 11 sentyabrdan sonra qərbli hökumətlərin müsəlmanlara qarşı siyasəti və buna uyğun çıxardığı qanunlar islamofobiyanın yaranmasını sürətləndirdi. Həmçinin ifrat sağçı partiyalar da İslam əleyhdarlığının qızışmasında böyük rol oynadılar. Bu partiyalar tez-tez islamofobiya ifadəsini işlədib səs toplayır, beləcə, müsəlman əsilli mühacirləri hədəf almaqla yüksəlirdilər. Avropadakı müsəlman əsilli miqrantlar islamofobiya ilə yanaşı, həm də ksenofobiya (əcnəbi qorxusu) ilə də mübarizə aparmaq məcburiyyətindədirlər. Mədəni və sosial həyatlarını təhdid etdikləri bəhanəsi ilə müsəlmanları yad qəbul edib alçaldan və maddi-mənəvi hücumlara məruz qoyan irqçi zehniyyət Avropanın bir çox ölkəsində genişlənməyə davam edir. Ən çox zərər görənlər yenə müsəlmanlardır. Məscid və iş yerlərinin daşlanması, molotov kokteyli atılıb divarlarına təhqiramiz sözlər yazılması, işçilərin döyülməsi, məzarlıqların dağıdılması, evlərə girməklə ailə üzvlərinin təhdid edilməsi və s.
kimi hücumlar Avropada müsəlmanların tez-tez qarşılaşdığı hadisələrdir.
Bütün bunlar müsəlmanların qərb ölkələrində məruz qaldığı təzyiqləri gözlər önünə sərir. Halbuki başqa mühacirlər kimi, müsəlman miqrantlar da öz ölkələrindən ayrılıb gəldiyi yerlərin ictimai həyatına inteqrasiya olmağa çalışan və cəmiyyətə iqtisadi yöndən fayda verən insanlardır. Şübhəsiz, bu insanlara təşəkkür etmək əvəzinə, yad davranmaq ədalətsizlik olmaqla yanaşı, insan haqlarına və müasir demokratiyaya da ziddir.
Qərbdə yaranan İslam və müsəlman əleyhdarlığını bir kateqoriyada vurğulamaq doğru olmaz. Müsəlmanların qərb cəmiyyətində iş və qida imkanlarını azaltdığını düşünənlər, xalqın bu qorxusundan istifadə edib qəsdən İslam düşmənliyi yaradanlar, müsəlmanların sayının artıb xristianlığı ortadan İslam dini özündən olmayanlara qarşı da sevgi və hörmət bəsləyir, birgə yaşama mədəniyyətini inkişaf etdirməyi əsas götürür.
qaldıracağını zənn edənlər və ya İslamı tanımadıqları üçün onu terrorla bir tutub qorxuya düşənlər yanlış edirlər. Bütün bu problemlərin həlli üçün yeganə yol var: gerçək müsəlmanların dini səbir və təvazökarlıqla anlatması, İslamın xurafatlardan uzaq, modern, elm və vicdana uyğun din olmasını insanlara çatdırması. Müsəlmanlar terroru qadağan edib sülh və sevgini təşviq etdiyini həm sözlərində, həm də hərəkətlərində göstərməlidirlər. Digər yandan, müsəlmanlar məqsədlərinin xristianlığı ortadan qaldırmaq olmadığını, çünki İslamın qaynağı – Quranın xristianları təsdiqləyib təriflədiyini dilə gətirməlidirlər. Bunlarla yanaşı, terror, intihar hücumu, qətliam kimi terminlərlə anılan, həmçinin elmə, sənətə və gözəl olan hər şeyə qarşı çıxan və digər dinlərə düşmənlik edən zehniyyətin İslamdan deyil, xurafatdan qaynaqlandığını anlatmalıdırlar. Unutmayaq ki, qərblilər radikal xurafatçıların təsiri ilə İslamın ağılsız, mərhəmətsiz və geridə qalmış din olduğunu, terroru, radikalizmi müdafiə etdiyini, həmçinin islami dəyərlərin demokratiya və insan haqları ilə uyğunluq təşkil etmədiyini zənn edirlər. Bir çoxları İslamı elm və mədəniyyət kimi arqumentlərlə deyil, terror, şiddət və xurafatla bir tutur. Buna görə də müsəlmanlar islamofobiyanı gücləndirən səbəblər arasında bu yanlış bilgilərin mühüm yeri olduğunu, dinimizdən qorxan bir çox insanın İslam haqqında çox az şey bildiyini və bildiklərinin çoxunun da doğru olmadığını nəzərə alaraq təbliğat aparmalıdırlar.
Təbii ki, bu yerdə demokratiya və insan haqlarına dəyər verməklə, eləcə də bütün inanclara tolerant yanaşmaqla öyünən Qərbin üzərinə böyük məsuliyyət düşür. Öncəliklə, islamofobik və irqçi hərəkatlara qarşı qanunlar çıxarılmalıdır. Musəvi düşmənliyi kimi, islamofobiya da tezliklə cinayət kimi qəbul edilməlidir.
Özlərindən olmayanları alçaltmadan sevgi və dostluq mühitində mədəni həyat yaşamaq Qərbin birinci vəzifəsi olmalıdır. Qərb ölkələri, beynəlxalq və qeyri-hökumət təşkilatları bu mövzuda lazımi diqqəti göstərməlidir. Gələcək nəsillərin bu ön mühakimədən uzaq yetişməsi üçün tez zamanda yeni qanunların çıxarılması və ictimaiyyətə təlim verilməsi dünyada sülhün təmin edilməsi baxımından çox zəruridir.
Radikalizmin qarşısını yeni qanunlar deyil, maarifləndirmə ala bilər “Çarli Hebdo” hücumunun ardınca Avropa dövlətlərinin parlamentləri yeni fəaliyyətlərə başladılar. Terrorla mübarizə aparmaq üçün yeni qanunlar qəbul edən və qeyri-hökumət təşkilatlarından yardım almaq məqsədilə hərəkətə keçən Avropa ölkələri diqqət etməlidirlər ki, bu fəaliyyətləri ilə radikalların ideologiyası daha da güclənməsin. Terrorizm dünyanın demoqrafiyasını dəyişdirəcək təhlükə səviyyəsinə çoxdan çatmışdır. Həmin hücumun ardından Avropa Birliyinin quruluşunu, bəlkə də, tamamilə dəyişdirə bilən təkliflər ortaya atıldı. Turizm, ticarət diplomatiya sahələrində avropalıların həyat standartlarını aşağı salacaq təklif – “Şengen viza sistemi”ni ortadan qaldırmaq və sərhəd nəzarət məntəqələrində ciddi yoxlamalar aparmaq müzakirə olundu. Sərhəd yoxlamalarının yenidən başlanmasını istəyən İngiltərə, Belçika, Danimarka, Fransa, Almaniya, Polşa, İspaniya və Hollandiya terror təhlükəsindən öz payını almış ölkələrdir. Bəs bu ölkələr xalqı narahat edən və cəmiyyətdə qütbləşmə meydana gətirən həmin qanunlarla hansı nəticəni ala bilərlər? Bunu hər kəs bilməlidir ki, müsəlmanların həyatını daha da çətinləşdirməyə yönələn hər addım radikalları daha da aktivləşdirəcək. Çünki qəzəb və nifrət bu qrupları daha da gücləndirir.
Çox ciddi təhlükəsizlik tədbirləri alıb şəhərdə həyatı çətinləşdirməklə terrorçunun ticarət mərkəzinə bomba qoymağını bir neçə dəfə əngəlləmək olar. Lakin o ticarət mərkəzində dekolte geyinən xanımlara nifrət edən xurafatçının fikrini dəyişdirmək qeyri-mümkündür. Qərb cəmiyyəti o ticarət mərkəzindəki hər kəsin həyatını dəyərli görən və mədəniyyətə hörmət edən nəsillər yetişdirməyi qarşısına məqsəd qoymalıdır. Əks təqdirdə, terrorla mübarizə həm maddi, həm də zaman baxımından girdaba dönər ki, bu da terrorçuların qələbəsi deməkdir.
Fransa daxili işlər naziri B.Kaznevin (Bernard Cazeneuve) sərhəd nəzarəti təklifi Avropa dövlətlərinin radikalizm mövzusunu qavramadığını açıq şəkildə göstərir. Kaznev Avropa Birliyindəki sərhədlərə nəzarət məntəqəsinin yerləşdirilməsi əvəzinə, həmin ölkələrə girişi çətinləşdirən qanun layihəsi təklif etdi. Fransız nazirin radikal təhlükənin sərhəd tanımadığının, Avropanı nə qədər təhdid etdiyinin və genetik mənada avropalı ailələrdə doğulan gənclərin radikallaşma ehtimalının hələ fərqində olmadığı görünür. Halbuki dövrümüzdə informasiya vasitələri radikal terror qruplarının internet üzərindən təbliğatına və hər an dünyanın hər yerinə fikirlərini çatdırmağa imkan yaradır.
1950-ci illərdə Kubada ortaya çıxan kommunist partizan hərəkatı tərəfdar toplamaq üçün Syerra-Maestrada yerləşən dağlıq kəndlərini tək-tək ziyarət edirdi, kəndləri hərbi blokadaya almaq bu hərəkatın qarşısını ala bilərdi. Yaxud Sun Dzının kitabının əldənələ keçməsinin qarşısını almaq Uzaq Şərq ölkələrindəki partizan döyüşçülərinin təliminə təsir göstərə bilərdi. Keçmişdə belə idi, halbuki indi internetlə dünyanın ən yüksək yerindəki kənd də, ən uzaq ada dövləti də bir klaviatura düyməsi qədər yaxındır. İnterneti dayandırmaq da məlumat əldə etməyin qarşısını almadığını göstərdi. Bir sayt bağlandıqda bir başqası həmin an digər ünvanda açılır. Artıq terror olaylarını hücrələrdə fəaliyyət göstərən və “yalnız qurd” adı verilən şəxslər yönləndirirlər.
Bu təhlükənin qarşısında tətbiq ediləcək bir metod qalır: ideoloji təlim üçün internet, televiziya və radiolardan istifadə etmək.
Radikalizmlə mübarizədə internet, televiziya və radiolardan lazımi şəkildə istifadə etmək tələb olunur. Əgər radikalların ideoloji təbliğat saytlarının sayı 1000 isə, bizim sevgi, qardaşlıq və birlik təbliğatları aparan saytlarımızın sayı on minlərlə olmalıdır.
Radikalların təbliğat saytlarının sayı mindirsə, bizim sevgi və qardaşlığı təbliğ edən saytlarımızın sayı on minlərlə olmalıdır. Avropa müsəlman cəmiyyətlərdə yalnız Qurana əsaslanan inancın formalaşmasına çalışmalıdır. Dünyada müsəlmanların ən çox yaşadığı ölkələrdən biri olmasına baxmayaraq, demokratik və dünyəvi qanunlara malik olan Türkiyə bu işdə Qərbə yardımçı ola bilər. Avropa ölkələrində müsəlmanların sayı çox az olsa da, qərbdə terror təşkilatlarına qoşulanların 99 faizi müsəlman olan Türkiyə ilə müqayisədə daha çoxdur. Bu prizmadan baxdıqda ölkəmiz terrora qarşı Avropanın müttəfiqi olmağa uyğundur. Türkiyə keçmişindən gətirdiyi gözəl əxlaq xüsusiyyətlərini gələcəyə də daşıya bilən ölkədir.
Hərbi əməliyyatlar terrora çarə deyil Amerika filmlərində həmişə Amerika əsgərləri qazanır. Bu filmlərdə ən çətin əməliyyatlar həyata keçirilir, müvəffəqiyyət qazanılır, əsirlər xilas edilir və daim Amerikanın üstünlüyü vurğulanır. Bəs gerçək dünyada da belədirmi?
Tarixi araşdırsaq, həqiqətlərin filmlərdə göstərilənlərdən fərqli olduğunu görürük. Məsələn, “Qartal caynağı” adlı əməliyyat bunlardan biridir. 1980-ci ilin aprel ayında ABŞ ordusunun İran səfirliyində əsir tutulan 52 vətəndaşını qurtarmaq üçün keçirdiyi əməliyyat anidən çıxan qum fırtınası ucbatından pozulmuşdur. Əməliyyat aparılan təyyarə gəmisi “USS Nimitz”ə geri dönməyə hazırlaşarkən yanacaq doldurma əsnasında baş verən qəzada bir C-130 Hercules təyyarəsi və Amerika vertolyotu partlamışdır. Nəticədə, Amerika ordusu 2 hərbi və 1 nəqliyyat təyyarəsini, 8 əsgərini itirmişdir. Bununla da əməliyyatı başa çatdırmadan ABŞ əsgərləri geri çəkilməyə məcbur olmuşdular.
Başqa bir nümunə isə Somalidə yaşanmışdır. 1994-cü ildə ABŞ əsgərlərinin general Uilyam Qarrisonun komandanlığında keçirdiyi əməliyyat tam uğursuzluğa uğramış və Moqadişoda baş verən toqquşmada 24 Pakistan və 19 ABŞ əsgəri ölmüşdür. Amerikanın hərbi tarixi bu ikisi qədər məşhur olmasa da, bir çox müvəffəqiyyətsiz əməliyyatlarla doludur. Bunlardan biri də dekabr ayında Yəməndə Abva bölgəsində yaşandı. Amerikalı dəstənin Yəməndə apardığı xilasetmə əməliyyatında 2 əsir, 33 yaşlı fotomüxbir L.Somers (Luke Somers) və cənubi afrikalı müəllim P.Korki (Pierre Korkie) militanlar tərəfindən vurularaq öldürüldü. Bununla yanaşı, əməliyyatda bir Əl-Qaidə lideri, bir qadın və uşaq, həmçinin bir neçə militan həyatını itirdi. Əməliyyatla bağlı açıqlamada ABŞ müdafiə naziri Çak Hegel hadisənin xilasetmə əməliyyatı zamanı baş verdiyini təsdiqlədi. Somers və Korki bir ildən çox idi ki, Yəməndə əsir saxlanılırdı.
ABŞ Yəməndə 2002-ci ildən bəri pilotsuz hava hücumları həyata keçirirdi. Həmin bu əməliyyatlarda bir çox mülki şəxslərin ölümü ilə nəticələnən müvəffəqiyyətsizlik yaşanmışdı. Son olaraq Yəmənin Rada şəhərində Əl-Qaidəyə məxsus hədəflərə qarşı aparılan hava hücumlarında 13 mülki şəxs həyatını itirmiş, 20 nəfər isə yaralanmışdı. Həmin ölkələrin terrorla mübarizədə apardığı əməliyyatlar günahsız insanların ölümü ilə nəticələnir. Belə vəziyyətdə nə edilməlidir?
Təkrar qeyd etmək lazımdır ki, öncəliklə, İslam adından istifadə edib şiddət tətbiq edən terror təşkilatlarına qarşı fikri mübarizə aparılmalı və təşkilat mənsublarının yanlış düşüncələri açığa çıxarılmalıdır. Bütün fikir öndərləri və siyasətçilər Qurana görə insanların İslam əxlaqına təzyiq və şiddətlə deyil, yalnız gözəl sözlə dəvət edilməsinin fərz olduğunu tez-tez dilə gətirməlidirlər. Bu şəxslərə İslam əxlaqında vicdan azadlığının olduğu anladılmalıdır. İstər şiə, istərsə də sünni olsun, bütün müsəlmanlara çatdırılmalıdır ki, şiddət haqqa dəvət etmək üsulu deyil və bu, İslama tamamilə ziddir. Müsəlmanların terror vasitəsilə özlərini müdafiə etmələri tamamilə yanlışdır, əksinə, bu, İslam düşmənlərinin sayını artırır və müsəlmanlara daha çox zərər verir. Bununla yanaşı, məktəblərdə terror təşkilatlarının ideologiyasının səhv cəhətlərini izah edən dərslər keçirilməli, kitab və məqalələr oxudulmalı, konfrans və toplantılar təşkil olunmalıdır. Terrorizm ancaq belə yer üzündən yox edilə və terror bataqlığı qurudula bilər. Bu gün Orta Asiyadan Qafqaza, Afrikadan Balkan yarımadasına və Avropadan ABŞ-a qədər geniş coğrafiyada radikal təşkilatlara rast gəlmək mümkündür. Radikalizmin bu qədər fərqli mədəniyyət və coğrafiyada tərəfdar toplamasının tək səbəbi isə din mövzusunda məlumatı olmayan və hadisələrə ağılla deyil, emosional yanaşan insanlara verilən təlim və təlqin metodlarıdır. İnternet və sosial media kimi kütləvi informasiya vasitələri radikal təşkilatların ən çox istifadə etdiyi təbliğat yollarıdır.
Beləliklə, radikalizmlə mübarizə üçün hərbi müdaxilələrdən fərqli üsul düşünmək lazımdır. Qərbin ən populyar siyasi müşavirləri fərqli hərbi strategiyalardan başqa vasitəyə əl atmır, yeni hərbi əməliyyatlar təklif edirlər. Kütləvi qətliamlardan başqa, hər hansı həll yolu ağıllarına belə gəlmir, radikalizm əsasında duran inanc və ideologiya faktorunu görməzlikdən gəlirlər.
Qurana tamamilə zidd olan ənənəvi qaynaqlardakı saxta hədis və hökmlərə, şərh ictihadlara, həmçinin xurafatlara əsaslanan yanlış İslam anlayışından törəyən terror, şiddət cinayətlərin sona çatdırılmasının tək yolu Qurana əsaslanan gerçək İslamın bütün İslam aləminə ən gözəl üslubda anladılması, yanlış inancların Quran işığında düzəldilməsidir. Bütün müsəlmanlar Qurana uyğun olmayan sərt və mübahisəçi üslubdan tamamilə uzaq durmalı, bunun əvəzinə, Allahın Quranda təsvir etdiyi yumşaq və sakit üslubu mənimsəməlidirlər.
Müsəlmanlar təvazökarlığı ilə bütün dünyaya örnək olmalı, insanları özlərinə, beləliklə, İslam əxlaqına heyran etməlidirlər. Yalnızca bunda deyil, elm, mədəniyyət, sənət, estetika kimi sahələrdə də İslamı həm ən gözəl tərzdə yaşamalı, həm də dünyaya İslam əxlaqını tanıtmalıdırlar.
tarixində mərhəmət, sevgi və insanlıq nümunələri Bura kimi anlatdığımız həqiqətləri yekunlaşdırsaq, xüsusilə onu qeyd etməliyik ki, Quranda təsvir edilən İslam sülh, sevgi və mərhəmət dinidir. Bu həqiqət müsəlman olmayan bir çox tarixçi və teoloq tərəfindən də qəbul edilir. Bunlardan biri keçmiş rahibə və Yaxın Şərq tarixi mövzusunda məşhur tədqiqatçı olan ingilis tarixçisi Karen Armstronqdur. Armstronq üç böyük ilahi dinin tarixini araşdırdığı “Müqəddəs müharibə” (Holy war)
əsərində bu mövzuda aşağıdakıları açıqlayır:
“İslam” kəlməsi ərəbcə sülh sözü ilə eyni kökdən gəlir və Quran savaşı Tanrının rizasına zidd olan anormal vəziyyət kimi lənətləyir... İslam qarşı tərəfi yox etməyə yönəlmiş təcavüzkar savaşı dəstəkləmir...
İslam savaşın qaçılmaz olduğunu qəbul edir və zülmü durdurmağı lazımi vəzifə kimi görür. Lakin Quran savaşın müəyyən sərhəd daxilində olmasını və mümkün qədər insani şəkildə yürüdülməsini öyrədir. Hz. Muhəmməd tək məkkəlilərlə deyil, eyni zamanda, bölgədəki musəvilərlə də müttəfiq olub hücuma keçən suriyalı xristian qəbilələri ilə mübarizə aparmağa məcbur olmuşdur. Amma bu, yenə də onun kitab əhlini lənətlədiyi mənasına gəlmir. O, müsəlmanları müdafiə etməyə məcbur olmuş, lakin düşmənlərin dininə qarşı savaşmamışdır. Hz. Muhəmməd azad etdiyi köləsi Zeydi müsəlman ordusunun komandiri kimi xristianlara qarşı savaşa göndərdikdə onlara Tanrı yolunda cəsur, lakin insancasına savaşmağı əmr etmişdir. Rahib, rahibə və keşişlərə qarşı təcavüzkar davranmamalı və savaşa qatılmayan gücsüz insanlara rəhm edilməli idi.
Mülki şəxslərə qarşı heç bir zorakılıq edilməməli, tək bir ağac belə kəsilməməli, heç bir şey dağıdılmamalı idi...”4 Peyğəmbərimizdən sonra gələn xəlifələr də fəth edilən ölkələrdə həm yerli xalqın, həm də yeni gələnlərin sülh və təhlükəsizlik içində yaşamağını təmin ediblər. İlk xəlifə hz. Əbubəkrin Suriya səfəri zamanı ələ keçirilən yerlərdə mərhəmətli və tolerant davranmaq haqqında təlimat verməsi Quran əxlaqının gözəl nümunələrindəndir. Hz. Əbubəkrin ilk Suriya səfəri öncəsində ordusuna verdiyi təlimat belədir:
“Ey insanlar, ürəkdən tabe olacağınız on şey deyirəm: xəyanət etməyin və haqq yoldan ayrılmayın. Uşaq, qadın və yaşlı insanları öldürməyin. Xurma ağaclarını və heç bir meyvə ağacını kəsməyin. Dəvələrdən və ya sürülərdən heç birini öldürməyin... Həyatını axirətə həsr edən insanlarla qarşılaşacaqsınız. Yeyin-için, lakin Allahı anmağı unutmayın”.5 Hz. Əbubəkrdən sonra xilafətə gələn, tolerantlığı və ədaləti ilə məşhur olan hz. Ömər isə ələ keçirilən ölkələrin yerli xalqları ilə ədalət əsasında müxtəlif Müsəlman, yəhudi və xristianlar üçün müqəddəs diyar olan Qüds hüzur və təhlükəsizlik məkanı olmalıdır.
müqavilələr bağladı. Məsələn, hz. Ömər Qüds və Lüd xristianlarına verdiyi amannamədə (təhlükəsizlik sənədində) kilsələrin uçurulmayacağı və oralarda müsəlmanların toplu ibadət etməyəcəyi xüsusunda zəmanət təklif etdi. Ləhm xristianlarına təklif edilən şərtlər də eyni idi.
Sasanilərin paytaxtı Mədainin fəthi ilə Nəsturi patriarxı II İşuayhebə (650- 660) verilən amannamə də kilsələrin dağıdılmayacağına, heç bir tikilinin məscid və ya evə çevrilməyəcəyinə dair zəmanətlər ehtiva edirdi.6 Hz. Ömər bu müqavilələrin hamısına sadiq qaldı. III Nəsturi patriarxının fəthlərinin ardından dostuna yazdığı bir məktub müsəlman idarəçilərinin kitab əhlinə qarşı mərhəmətini bir xristianın ağzından anlatması baxımından gözəl nümunədir:
“Allahın iradə verdiyi bu ərəblər... Bizə heç zülm etmədilər. Onlar, həqiqətən, dinimizə, din xadimlərimizə, kilsə və monastırlarımıza hörmət göstərdilər...”7 Hz. Ömərin verdiyi bu himayə müqaviləsi bizə möminin Quranda təsvir edilən əxlaqı göstərdiyi təqdirdə, hansı mərhəmətə sahib olacağını göstərir:
“Verilən bu amannamə xalqın sağlam-xəstə, yaxşı-pis, bir sözlə, bütün fərdlərin din, can və mallarının, kilsə və sinaqoqlarının himayəsini təmin edir. Kilsələr dağıdılmayacağı kimi, məskən də edilməyəcək və onlardan heç nə əskilməyəcək. Xalqdan heç kim zərrə qədər də ziyan görməyəcək. Bu kitabda yazılan xüsuslar Allah və Rəsulunun əhdi, xəlifələrin və möminlərin borcudur”.8 Bütün bunlar Allahın Quranda möminlərə əmr etdiyi ədalət və mərhəmətin təzahürüdür. Bir ayədə Allah belə buyurur:
Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir, görəndir.
Anqlikan kilsəsinin missioner liderlərindən olan Kanon Taylor İslam əxlaqının gözəlliklərini çıxışında belə ifadə edir:
“...Adil və Rəhim olan Cənabi-Haqqın iradəsinə təslim olmaq, nəfsin məsuliyyətləri, həmçinin Qiyamət və hesab günündə dəlalətdə qalmağa görə şiddətli cəza veriləcəyi bildirildi. Namaz qılıb oruc tutmaq və xeyirli işlər görmək kimi vəzifələri təyin etdi. Süni fəzilətləri, din adından edilən hiylə və yüngüllüyü, əqaid mövzusunda mübahisə edənlərin bir-birinə Müsəlmanların hakimiyyəti altında olduğu dövrlərdə Qüdsdə müsəlman, xristian və yəhudilər rahatlıq və sülh içində yaşayırdılar.
uyğun olmayan sözlərini bir tərəfə atdı. Əsirlərə hürriyyət ümidi, insanlığa qardaşlıq duyğuları aşıladı və insan təbiətinin əsas həqiqətlərini təsdiq etdi”.9 Müsəlmanların fəth etdiyi ölkələrdə guya İslamın zorla qəbul etdirilməsi inancı qərbli tədqiqatçılar tərəfindən də qəbul edilməmiş, müsəlmanların adil və şəfqətli münasibəti hər kəs tərəfindən təsdiq edilmişdir. Qərbli tədqiqatçı Osmanlı İmperiyası İslamın ədalət və şəfqət anlayışına bağlı qalaraq təbəəsi altında olanlara din və inanc azadlığı vermiş, hüzurlu bir multikultural müxtəliflik təmin etmişdir.
L.Broun (L.Browne) bu vəziyyəti belə ifadə edir:
“...Doğru olduğuna şübhə edilməyən gerçəklər xristian qaynaqlarının müsəlmanların getdikləri yerdə xalqa İslamı guya qılınc gücü ilə qəbul etdirməsi iddialarının tamamilə əsassız olduğunu göstərir... Fəthlərin arxasındakı əsas amil onların xalqları İslam qardaşlığına çağırması idi...
Odur ki, bu qardaşlığın miqyası İslamı qəbul edənlərlə sürətlə artırdı”.10 Broun “İslam perspektivləri” (The prospects of İslam) adlı kitabında müsəlmanların fəthlərinin əsil məqsədinin İslam qardaşlığı olduğunu göstərmişdir. Tarix boyu geniş ərazilərdə hökm edən bütün müsəlman liderlər digər dinlərin mənsublarına çox mərhəmətli və hörmətcil davranmışdır. İslam dövlətlərində həm musəvilər, həm də xristianlar güvənli və azad həyat yaşamışlar.
Səlcuqlar dövləti və Osmanlı imperiyaları dövründə İslamın ədalət və şəfqəti davam etmişdir. İngilis tədqiqatçısı Tomas Arnold “İslamın təbliği” (The Preaching of İslam) adlı kitabında xristianların Səlcuqların bu münasibətinə görə onların idarəsi altına girmək istədiklərini belə yazır:
“İslam idarəsi altında dini həyatın əmniyyətdə olduğu haqqındakı bu hisslər yenə o dövrlərdə Anadolu (Kiçik Asiya) xristianlarının Səlcuq türklərini xilaskar kimi qarşılamasına vəsilə olmuşdu... Hətta VIII Mixail (1261-1282) dövründə Anadoludakı kiçik qəsəbə sakinləri Bizans İmperiyasının zülmündən qurtulmaq ümidi ilə türkləri qəsəbənin işğalına çağırmışdılar. Bununla yanaşı, həmin sakinlərdən varlı-kasıb bir çox adam o dövrdəki türk sərhədləri daxilində köç etməyi belə gözə almışdılar”.11 Səlcuqların ən parlaq dövründə Məlikşah ələ keçirdiyi torpaqlarda xalqa qarşı ədalət və mərhəmətlə davranmış, bu səbəbdən fəth etdiyi ölkələrin xalqları tərəfindən sevgi və hörmətlə anılmışdır. Bütün bitərəf tarixçilər Məlikşahın bu davranışını səmimi şəkildə dilə gətirirlər. Tarixdə nadir görünən hallardan biridir ki, bir çox şəhər öz istəyi ilə Məlikşahın idarəçiliyi altına keçməyi qəbul etmişdi.
II Səlib yürüşünə VII Lüdoviqin şəxsi katibi kimi qatılmış Müqəddəs Denis monastırının nümayəndəsi Odo de Dioqilo adlı rahibin müsəlmanların hansı dinə mənsub olmasından asılı olmayaraq, hər kəsə qarşı ədalətlə davranmasını söyləməsi Tomas Arnoldun həmin kitabında belə bildirilir:
“Əgər müsəlman türklərin qəlbinə o səfalət və fəlakəti görməklə mərhəmət hissi gəlməsəydi, arxada qalan xaçpərəst dəstələrin vəziyyəti çox ağır olardı. Türklər bu biçarələrin yaralılarına qulluq etdilər, kasıblarını alicənablıqla yedizdirdilər və onları ehtiyacdan xilas etdilər. Hətta bəzi müsəlmanlar rumluların qorxu və hiylə ilə hacılardan qopardığı fransız pullarını satın alaraq ehtiyacı olan hacılara verdilər. Eyni dindən olmayanların bu himayədarlığı ilə öz dindaşları olan, onlardan ağır işlərdə istifadə edən və onları döyən rumluların hərəkətləri xaçlı hacılar arasında elə bir müqayisəyə səbəb oldu ki, bunlardan bir çoxu onları xilas edən müsəlmanların dinini öz istəkləri ilə qəbul etdilər”.12 Tarixçilər tərəfindən yazılan bu sətirlər İslam əxlaqına sahib olan müsəlman rəhbərlərin hər zaman sülh, mərhəmət və ədalətlə hökm etdiyini təsdiqləyir.
Əsrlər boyu 3 qitəyə hökm edən Osmanlı İmperiyasının tarixi də mehribanlıq və xeyirxahlıq nümunələri ilə doludur.
İspaniya və Portuqaliyadakı katolik dövlətlər tərəfindən soyqırımına və sürgünlərə məruz qalan yəhudilərin II Sultan Bəyazid dövründə Osmanlı torpaqlarına yerləşməsi İslam əxlaqının gətirdiyi mehribanlığın gözəl nümunəsidir.
O dövrdə İspaniya torpaqlarının böyük hissəsinə hakim olan katolik krallar hələ xeyli əvvəldən müsəlman Əndəlus idarəçiliyi altında rahatlıq içində yaşayan yəhudilərə təzyiq göstərmişdilər. Müsəlman, xristian və yəhudilər Əndəlusda sülh şəraitində yaşayarkən katolik krallar bütün ölkəni zorla xristianlaşdırmağa cəhd etmiş, bu məqsədlə yəhudilərə təzyiq göstərərkən müsəlmanlara qarşı da savaşa girmişdilər. Nəticədə, 1492-ci ildə həm İspaniyanın cənubundakı Qranada bölgəsinə sığınan son müsəlman idarəçiliyinə son qoyulmuş və müsəlmanlara qarşı qorxunc qətliam həyata keçirilmiş, həm də dinini dəyişdirməyi qəbul etməyən yəhudilər ölkədən sürgün edilmişdilər. Yurdsuz qalan yəhudilərin bir qismi Osmanlı İmperiyasına sığınmış və Dövləti-Ali (ali dövlət) bu tələbi qəbul etmişdi.
Kamal Rəisin komandanlığı altında olan Osmanlı donanması ölkədən çıxarılan yəhudiləri və soyqırımından qurtula bilən müsəlmanları gəmilərlə daşıyaraq Osmanlı ölkəsinə gətirmişdi. Tarixə son dərəcə dindar mömin kimi düşən II Sultan Bəyazid 1492-ci ilin yazında İspaniyadan çıxarılan bu məzlum yəhudiləri Osmanlı ölkəsinin müəyyən yerlərinə, xüsusilə də hal-hazırda Yunanıstanda olan Selanik (Saloniki), Ədirnə, Əyriboza bağlı Livadiya və Tırhala dairəsinə yerləşdirmişdi.
Türkiyədə yaşayan 25 min nəfərə qədər Türkiyə yəhudilərinin böyük əksəriyyəti bəhs olunan İspaniya yəhudilərinin törəmələridir.
Musəvilər 500 il əvvəl özləri ilə gətirdikləri din və ənənələrini Türkiyədə davam etdirdilər: məktəbləri, xəstəxanaları, istirahət yerləri, mədəniyyət və qəzetləri ilə rahat həyat sürdülər. Aralarında tacirlər və iş adamları olduğu kimi, mühəndis, memar, sənətkar, alimlər də mövcud idi. Avropanın bir çox ölkəsindəki yəhudi icmaları əsrlərdir ki, irqçi antisemit hücumların qorxusu ilə yaşadığı halda, Türkiyədəki yəhudi icması rahatlıq içində yaşayırdı. Yalnız bu nümunə İslamın mehribanlıq və ədalət anlayışını göstərməsi baxımından kifayətdir.
II Sultan Bəyaziddə gördüyümüz şəfqət və mehribanlıq bütün Osmanlı padşahlarına xas idi. Fateh Sultan Mehmet İstanbulu fəth etdiyi zaman bu şəhərdə həm xristianlara, həm də yəhudilərə müstəqil yaşamaq hüququ vermişdi.
Dindar bir insan olan Sultan II Bəyazid gəmilərlə Osmanlı torpaqlarına gələn yəhudiləri ölkənin müxtəlif yerlərinə yerləşdirdi və dinlərini azad yaşaya bilmələri üçün onları hər cür imkanla təmin etdi.
Müsəlmanların mehriban və ədalətli davranışı mövzusunda İslam dünyasından bəhs edən qiymətli əsərləri ilə tanınan Andre Miquel bir əsərində belə yazır:
“Xristian xalqlar (Osmanlı zamanı) Bizans və Latın dövlətlərinin tabeliyində olarkən görmədikləri çox yaxşı idarəçilik altında idilər. Əsla zülm görmədilər, tam əksinə, Osmanlı İmperiyası İstanbul başda olmaqla, işgəncə görən İspaniya yəhudilərinə sığınacaq olmuşdu. Heç yerdə zorla islamlaşdırma olmamışdır”.13 Osmanlıdan əvvəl İslam dövlətlərində də qeyri-müsəlmanlara böyük hüquqlar verilmişdi. Corctaun Universitetində (ABŞ) din və beynəlxalq əlaqələr Fateh Sultan Mehmetin İstanbulu fəth etməsi uzun illər boyu Bizans və latın dövlətlərinin zülmünə məruz qalmış qeyri-müsəlman xalq üçün azad həyat mənasını verirdi.
üzrə professor Con Esposito tarixdə müsəlman dövlətlərin idarəçiliyinə keçən yəhudi və xristianların burada böyük şəfqətlə qarşılaşdığını belə ifadə edir:
“İslam idarəçiliyi Bizans və fars torpaqlarında yaşayan və onsuz da xarici hökmdarlar tərəfindən idarə olunan bir çox qeyri-müsəlman cəmiyyətlər üçün hakimiyyət dəyişikliyi demək deyildi, amma bu yeni rəhbərlər daha mülayim və tolerant idi. Bu icmaların əksəriyyəti daha çox muxtariyyətə sahib idi və əsasən daha az vergi ödəyirdilər... İslam yəhudilər və yerli xristianlara daha çox vicdan azadlığı verməklə daha demokratik din olduğunu göstərdi”.14 İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır.