Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDASV

İslam terroru lənətləyir: Terrorizmin əsas qaynağı: darvinizm və materializm

Mündəricat
  1. Ön söz
  2. Giriş
  3. İslam əxlaqı sülhün və təhlükəsizliyin mənbəyidir
  4. Qurana əsasən, şəriət, cihad və savaş
  5. Radikalizmin yanlışlığı və həqiqətlər
  6. Din adından terror törədənlərin iç üzü
  7. İslamın kitab əhlinə münasibəti
  8. İslam Yaxın Şərqə sülh və hüzur gətirmişdir
  9. Terrorizmin əsas qaynağı: darvinizm və materializm
  10. Nəticə: Qərb dünyası üçün məsləhətlər
  11. Əlavə bölmə: Təkamül yalanı

Kitabın birinci hissəsində terrorun iki əhəmiyyətli qaynağının olduğunu açıqladıq. Bunlardan birinin ilahi dinləri yanlış şərh edən və sonradan uydurulmuş xurafatlara inanan radikal terrorizm olduğunu dəlillər və müxtəlif nümunələrlə ortaya qoyduq. Xüsusilə son zamanlarda ortaya çıxan və İslam adından çıxış etdiyini iddia edən terror təşkilatlarının əməllərinin İslama zidd olduğunu Quran ayələri işığında açıqladıq. Terrorun başqa mənbəyi isə materialist və darvinist dünyagörüşüdür.

Bir çox insan təkamül nəzəriyyəsini ilk dəfə Çarlz Darvinin ortaya atdığını, elmi dəlil və təcrübələrə əsaslanan nəzəriyyə zənn edir. Halbuki təkamül nəzəriyyəsini ilk irəli sürən Darvin olmadığı kimi, nəzəriyyənin qaynağı da elmi dəlillər deyil. Nəzəriyyə qədim doqmatik materialist fəlsəfənin təbiətə uyğunlaşdırmasından ibarətdir. Hazırda da nəzəriyyənin elmi dəstəyi olmadığına baxmayaraq, sırf materialist fəlsəfə uğrunda fanatikcəsinə müdafiə olunur. Bu düşüncə dünyaya böyük bəlalar gətirmişdir, çünki darvinizmin və ondan güc alan materialist fəlsəfənin yayılması ilə “insan nədir” sualına verilən cavab dəyişmişdir. Daha əvvəllər bu suala: “İnsan Allahın yaratdığı və Onun öyrətdiyi əxlaqa görə yaşamalı varlıqdır”, – deyə doğru cavab verən insanlar sonra yanlış olaraq “insan təsadüflərlə var olmuş, həyat mübarizəsi ilə inkişaf etmiş heyvandır” kimi düşünməyə başladılar. Bu böyük yanlışlığın nəticəsi isə çox böyükdür. İrqçilik, faşizm, kommunizm kimi dəhşətli ideologiyalar bundan güc almışdır. Kitabın bu hissəsində darvinizmin insanlığa gətirdiyi bu bəladan söz ediləcək və bunun dövrümüzün ən əhəmiyyətli problemlərindən biri olan terrorizmlə əlaqəsi açıqlanacaq.

Darvinizm yalanı: “həyat mübarizə yeridir”

Darvin nəzəriyyəsini yazarkən yanlış təməldən yola çıxmışdı: canlıların inkişafı təbiətdəki həyat mübarizəsinə bağlıdır. Bu mübarizəni güclü olanlar qazanır. Zəiflər isə əzilərək yox olmağa məhkumdurlar.

Darvinin elmi əsası olmayan fikirlərinə görə təbiətdə amansız həyat mübarizəsi və daimi qarşıdurma var. Güclülər həmişə zəifləri əzirlər və inkişaf da bunun sayəsində mümkün olur. “Növlərin mənşəyi” kitabına qoyduğu yarımbaşlıq da onun bu batil və elmə zidd görüşünü özündə cəmləşdirir - "Növlərin mənşəyi: təbii seçmə və yaşamaq uğrunda mübarizədə üstün irqlərin qorunması yolu ilə”.

Bundan başqa, Darvin həyat mübarizəsinin insan irqləri arasında da mühüm yer tutduğunu önə sürmüşdü. Bu əsassız iddiaya görə, üstün irqlər mübarizədə qalib gəlir. Darvinə görə, üstün irqlər avropalı ağ millətlər idi. Asiyalı və ya afrikalı irqlər isə həyat mübarizəsində geri qalıblar. Darvin daha da irəli gedib bildirmişdi ki, bu irqlər yaxın zamanlarda dünyadakı mübarizə nəticəsində məhv olacaq:

“Bəlkə də, yüz il sürməyəcək, yaxın zamanlarda mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən siləcək və onların yerinə keçəcəklər.

Digər tərəfdən, insanabənzər meymunlar da, şübhəsiz, ortadan qalxacaq. Bu minvalla, insanla ən yaxın qohumları arasındakı boşluq daha da genişlənəcək. Bunun sayəsində ortada indiki avropalılardan daha mədəni irqlər və indiki zəncilərdən, Avstraliya yerlilərindən və qorillalardan belə daha geridə olan əntər meymunları qalacaq”.26 Hind antropoloq Lalita Vidyarti, Darvinin təkamül nəzəriyyəsinin irqçiliyi sosial elmlərə necə qəbul etdirdiyini belə açıqlayır:

“Darvinin ortaya atdığı “ən güclülərin həyatda qalması” düşüncəsi insanın mədəni təkamül dövrü keçdiyinə və ən üst pillənin ağdərili insanların mədəniyyəti olduğuna inanan sosioloqlar tərəfindən sevinclə qarşılandı. Bunun nəticəsində XIX əsrin ikinci yarısında qərbdə elm adamlarının mənimsədilər”.27 əksəriyyəti irqçiliyi Darvinin ilham qaynağı: Maltusun amansız nəzəriyyəsi Darvinin qaranlıq və təhlükəli fikirlərinin ilham qaynağı ingilis iqtisadçısı Tomas Maltusun “Əhali qanunu haqqında təcrübə” (An essay on the principle of population) adlı kitabı idi. Maltus insanların özbaşına buraxıldıqda çox sürətlə çoxaldığını hesablamışdı. Ona görə, demoqrafik artımı nəzarətdə saxlayan başlıca amillər müharibə, qıtlıq və xəstəlik kimi fəlakətlərdir. Qısası, bu iddiaya görə, bəzi insanların yaşaması üçün digərləri ölməlidir və həyatın mövcud olması üçün davamlı müharibə olmalıdır.

19-cu əsrdə Maltusun batil fikirləri olduqca geniş kütlə tərəfindən mənimsənilmişdi. Xüsusilə Avropada üst təbəqənin ziyalıları Maltusun zalım fikirlərini dəstəkləyirdi. “Nasistlərin elminin arxa planı” adlı məqalədə XIX əsr Avropasının Maltusun əhali artımı ilə bağlı baxışlarına verdiyi qiymət belə açıqlanır:

“XIX əsrin ilk yarısında Avropada hakim sinfin üzvləri əhali artımı problemini müzakirə etmək və kasıb təbəqənin ölüm faizini artırmaq məqsədilə Maltusun fikirlərini həyata keçirməyə başladılar. Bu istiqamətdə hansı vasitələrdən istifadə edəcəkləri planını fikirləşmək üçün müşavirə keçirdilər. Gəldikləri nəticənin məzmunu qısa şəkildə belə idi: “Kasıblara təmizliyi tövsiyə etmək əvəzinə, onları bunun tam əksini etməyə təşviq etmək lazımdır. Şəhərlərimizdəki küçələri daha dar düzəltməli, həddindən artıq insanı evlərə doldurmalı və vəba xəstəliyini yaymağa çalışmalıyıq. Ölkəmizdə kəndləri durğun sulara yaxın salmalıyıq, bataqlıqlarda yaşamağı təşviq etməliyik və sairə”.28 Maltusa görə, belə zalım planların nəticəsində güclü olanlar zəif olanları əzəcək və sürətlə artan əhali bu şəkildə tarazlanacaq. “Kasıbları əzmək”

proqramı İngiltərədə XIX əsrdə, həqiqətən də, həyata keçirilirdi. 8-9 yaşlarındakı uşaqların gündə 16 saat kömür şaxtalarında işlədilməsi və minlərlə uşağın çətin şərtlər daxilində can verməsi üzərinə yaradılan sənaye və iqtisadiyyat bu planların tətbiqi idi. Maltusun yaşayış mübarizəsi nəzəriyyəsi İngiltərədə XIX əsrdə azyaşlı uşaqlara və kasıb xalqa əzab dolu həyat yaşatdı.

Darvin isə Maltusun bu fikirlərini bütün təbiətə tətbiq etdi və yaşamaq uğrundakı mübarizədə güclü olanların və şəraitə ən yaxşı uyğunlaşanların qalib gələcəyi fikrini irəli sürdü. O, yaşayış uğrunda mübarizənin təbiətin ən düzgün və dəyişilməz qanunu olduğunu iddia edirdi. Darvin bir yandan da insanın yaradılışını inkar edərək onları dini inanclarını tərk etməyə dəvət edirdi. Darvinə görə, bununla da həyat uğrunda mübarizə nəzəriyyəsinin amansızlığına və qəddarlığına mane olan bütün əxlaqi dəyərlər ortadan qalxır.

İnsanları qəddarlığa və amansızlığa çağıran saxta fikirlərin yayılması bəşəriyyətin XX əsrin bir çox bəlalara səhnə olmasına gətirib çıxardı. Tomas Maltus Çarlz Darvin Maltus müharibə, qıtlıq, xəstəlik və uşaq qətlləri kimi əməllərlə əhalinin sürətlə artımının nəzarətə götürüləcəyini və bunun sayəsində qida mənbələri ilə əhali arasında mütənasiblik olacağını iddia edir. Bunun həm ağılsız və məntiqsiz, həm də son dərəcə azğın bir düşüncə olduğunu vicdanlı olan hər kəs qəbul edir.

Birinci dünya müharibəsinin hazırlanmasında darvinizmin rolu Darvinizm Avropa mədəniyyətinə hakim olmaqla onun həyat uğrunda mübarizə tezisi təsirini göstərməyə başladı. İlk növbədə, istismarçı Avropa dövlətləri istismar etdikləri ölkələri təkamül prosesində geri qalmış irqlər kimi təsnifləşdirdilər və öz əməllərinin düzgün olduğunu göstərmək üçün darvinizmə əsaslandılar.

Darvinizmin ən qanlı siyasi nəticəsi isə 1914-cü ildə başlayan Birinci dünya müharibəsi idi. Məşhur ingilis tarixçisi, professor Ceyms Coll “Avropa 1870-ci ildən sonra” (Eurore since 1870) adlı fundamental əsərində Birinci Dünya Müharibəsini hazırlayan amillərdən birinin o zamankı avropalı idarəçilərin darvinist düşüncəyə bağlı olduğunu göstərirdi. Məsələn, Avstriya- Macarıstanın ali baş komandanı, general Frants Baron Konrad fon Hötzendorf müharibədən sonrakı xatirələrində belə yazırdı:

“İnsana sevgini ön plana çıxaran dinlər, əxlaqi təlimlər və (bunun kimi)

fəlsəfi doktrinalar bəzən, həqiqətən də, insan övladının həyat mübarizəsini zəiflədə bilirlər. Amma heç bir zaman bu mübarizəni dünyanın hərəkətverici qüvvəsi olmaqdan çıxara bilməyəcəklər... Dünya müharibəsinin böyük fəlakəti bu böyük prinsipə uyğun olaraq həqiqətə çevrilmişdir. İnsanların və dövlətlərin başlıca qüvvələri sayəsində meydana çıxan bu müharibə eynilə boşalması lazım olan bir ildırım gücü kimi təbii qanundur”.29 Belə ideologiyaya sahib olan Konradın nəyə görə Avstriya və Macarıstanı müharibəni başlatmağa sürüklədiyini anlamaq çətin deyil. Bunun kimi fikirlər zamanın sadəcə hərbiçiləri ilə məhdudlaşmır. Alman komandanı Teobald fon Betman-Holviqin şəxsi müşaviri və yaxın dostu Kurt Rizler 1914-cü ildə belə yazırdı:

“Mütləq və əzəli düşmənlik insanlar arasındakı münasibətlərin təbiətində vardır.

Hər yerdə gördüyümüz daimi nifrət...

insan təbiətinin pozulmasından qaynaqlanmır, əksinə, bu, təbiət və həyat mənbəyinin özəyində vardır”.30 Birinci generalı müharibə Dünya Fridrix ilə fon Müharibəsinin Bernardi təbiətdəki isə müharibə qanunları arasındakı oxşarlığı belə ifadə İngilis tarixçisi, professor Ceyms Collun “Avropa 1870-ci ildən sonra”

adlı kitabı edir:

“Müharibə bioloji tələbat və zərurətdir, təbiətdəki ünsürlərin qarşı-qarşıya gəlməsi və mübarizəsi qədər vacibdir, bioloji cəhətdən köklü nəticələr verir, çünki bu nəticələr canlıların təməl xüsusiyyətləri ilə sıx bağlıdır”.31 Göründüyü kimi, Birinci dünya müharibəsi qan tökməyi, əzab çəkdirməyi inkişaf kimi görən və bunları dəyişilməz təbii qanun sayan avropalı alim, general və idarəçilər sayəsində meydana çıxmışdı. Bəşəriyyətin tənəzzülü, süqutu və bəlalarının səbəbi Darvinin “həyat uğrunda mübarizə” anlayışının nəticəsi idi.

Birinci dünya müharibəsi 8 milyon nəfərin ölümünə, yüzlərlə şəhərin xarabalığa çevrilməsinə və milyonlarla insanın yaralı, əlil, evsiz-eşiksiz və işsiz qalmasına səbəb oldu. Bundan 21 il sonra başlayan və 55 milyon insanın ölümünə səbəb olan nasizm müharibəsi də darvinizmə əsaslanırdı.

Darvinizmin açdığı mənhus yol: faşizm Darvinizm XIX əsrdə irqçiliyi qidalandırıb bəsləyərkən XX əsrdə doğulub inkişaf edəcək və bütün dünyanı qana bulayacaq bir ideologiyanın - nasizmin də təməlini qoyurdu.

Nasizmin ideoloqları daha çox darvinizmdən təsirlənmiş və bəhrələnmişdilər. Adolf Hitler və Alfred Rozenberq tərəfindən əsası qoyulan bu nəzəriyyə araşdırılanda burada Darvinin Darvinizm "insan təkmil heyvandır", "bəzi irqlər təkamül prosesində geridə qalmışdır", "təbiətdə amansız mübarizə var, bu mübarizədə güclü olan qazanır, zəif olan sıradan çıxır"

kimi iddialarla 20-ci əsrdə faşizm də daxil, bir çox zərərli ideologiyaya dəstək vermişdir.

Faşist ideologiyasının bais olduğu İkinci dünya müharibəsi bəşər tarixinin ən böyük fəlakəti oldu və özündən sonra 55 milyon ölü buraxdı.

Nasistlərin zalım və amansız xarakterinin kökündə dayanan əsas səbəb dinə qarşı olan və darvinist ideologiyalardır.

“Növlərin mənşəyi” kitabında dəfələrlə təkrarlanan “təbii seleksiya”, “seçici cütləşmə”, “irqlərarası həyat mübarizəsi” kimi anlayışlara rast gəlmək olur.

Hitler özünün məşhur kitabına “Mənim mübarizəm” adını qoymuşdur, bu adı darvinizmin “həyat mübarizədir” və “bu mübarizədə üstün gələnlər həyatda qalır” prinsiplərindən bəhrələnərək qoymuşdu. Hitler həmin kitabda xüsusilə irqlərin mübarizəsindən söz açır və belə deyirdi:

“Tarix təbiətin öz-özünə yaradacağı yeni irqi iyerarxiya nəticəsində tayıbərabəri olmayan imperiya meydana gətirəcəkdir”.32 Hitler 1933-cü ildə keçirilən məşhur Nürnberq mitinqində isə yüksək irqin zəif irqləri idarə etdiyini, bunun təbiətdə də müşahidə edilən yeganə məntiqli haqq olduğunu bildirmişdi.33 Nasistlərin Darvindən təsirlənməsi bu məsələ üzrə tədqiqatçı olan məşhur tarixçilərin, demək olar ki, hamısı tərəfindən qəbul edilən fikirdir.

“Faşizmin yüksəlişi” (The rise of fascism) adlı kitabın müəllifi Peter Krisp bu həqiqəti belə ifadə edir:

“Çarlz Darvinin insanların meymundan əmələ gəlməsi nəzəriyyəsi ilk dəfə çap olunandan bir qədər sonra geniş dairədə yayıldı və qəbul edildi. Nasistlər Darvinin nəzəriyyəsindən müharibənin və irqçiliyin haqlı olduğunu göstərmək üçün istifadə etdilər”.34 Tarixçi-alim Hikman isə Hitlerin darvinizmdən təsirləndiyini belə açıqlayır:

“Hitler qatı təkamülçü idi. Onda psixoz nə qədər güclü olsa da, onun “Mənim mübarizəm” kitabı ardıcıl təkamül düşüncəsini nümayiş etdirir, xüsusilə də ən güclülərin yaşamaq mübarizəsi və daha yaxşı cəmiyyət naminə zəiflərin məhv edilməsi fikirlərinə yer verir”.35 Bu düşüncələrlə meydana çıxan Hitler dünyanı tayı-bərabəri olmayan dəhşətə və görünməmiş vəhşiliyə məruz qoydu. Başda yəhudilər olmaqla, bir çox etnik və siyasi qruplar nasist ölüm düşərgələrində dəhşətli zülmə və qətliama məruz qaldılar.

Nasistlərin işğalları ilə başlayan İkinci dünya müharibəsi isə 55 milyon insanın ölümünə səbəb oldu. Dünya tarixinin gördüyü bu ən böyük fəlakətin “həyat arxasında uğrunda düşüncəsi dayanırdı.

darvinizmin mübarizəsi”

Nasistlərin zalım və amansız xarakterinin kökündə dayanan əsas səbəb dinə qarşı olan və darvinist ideologiyalardır.

Darvinizmin mübarizə anlayışını sinfi mübarizəyə tətbiq edən kommunistlər ideologiyalarını qəbul etdirmək üçün qətliam törətməyi və qan tökməyi ilkin vasitə olaraq qəbul etdilər.

Qanlı ittifaq: darvinizm və kommunizm Sosial darvinizmin sağ qanadında faşistlər yer aldığı kimi, sol qanadında da kommunistlər dayanırdılar. Darvinin nəzəriyyəsinin ən qatı və alovlu tərəfdarları arasında kommunistlər hər zaman vacib yer tutmuşdur.

Darvinizmlə kommunizm arasındakı bu əlaqə hər iki “izm”in qurucularına qədər gedib çıxır. Kommunizmin qurucuları olan Marks və Engels Darvinin “Növlərin mənşəyi” adlı kitabını çap edilər-edilməz oxumuş və kitabdakı “dialektik materialist” yanaşmaya heyran olmuşdular. Marksla Engelsin arasındakı məktublaşmalar göstərir ki, onların hər ikisi Darvinin nəzəriyyəsini təbiət elmləri baxımından kommunizmin təməli sayır. Beləliklə, Engels, Darvinin təsiri ilə qələmə aldığı “Təbiətin dialektikası” adlı kitabında Darvini tərifləmiş və bu kitabın “Meymunun insana çevrilməsində əməyin rolu” adlı bölməsində təkamül nəzəriyyəsinə özünəməxsus əlavələr etməyə çalışmışdı.

Marks və Engelsin yolunu davam etdirən Plexanov, Lenin, Trotski və Stalin kimi rus kommunistlərinin hamısı Darvinin təkamül nəzəriyyəsini mənimsəmişdilər. Rus kommunizminin banisi sayılan Plexanov “marksizm darvinizmin sosial elmlərə tətbiq edilməsidir”36 fikri ilə məşhurdur.

Trotskinin isə “darvinizm dialektik materializmin ən böyük zəfəridir” kimi açıqlaması var.37 Kommunist kadrların hazırlanmasında Darvin təliminin böyük rolu olub.

Məsələn, Stalin gəncliyində dindar olduğu halda, onun məhz Darvinin kitablarının təsiri nəticəsində ateist olması tarixçilər tərəfindən bildirilən həqiqətdir.

Çində kommunist rejimi quran və milyonlarla insanı qətlə yetirən Mao Tszedun isə qurduğu bu qaydanın fəlsəfi əsaslarını: “Çin sosializminin təməli Darvinə və təkamül nəzəriyyəsinə istinad edir”, – deyə açıqca bəyan etmişdir.38 Darvinizmin Mao Tszeduna və Çin kommunizminə təsiri Harvard Universitetindən tarixçi Ceyms Riiv Pasinin “Çin və Çarlz Darvin” (China and Charles Darvin) adlı kitabında detalları ilə təsvir və şərh olunub.

Qısacası, təkamül nəzəriyyəsi ilə kommunizm arasında qırılmaz bağlılıq var. Təkamül nəzəriyyəsi canlıların təsadüfün nəticəsi olduğunu iddia etməklə guya ateizmə elmi dəlillər gətirmişdir. Tamamilə ateist ideologiya olan kommunizm də darvinizmdən qaynaqlanır. Təkamül nəzəriyyəsi təbiətdəki inkişafın qarşıdurma, yəni həyat uğrunda mübarizə sayəsində mümkün olduğunu irəli sürməklə kommunizmin əsasında duran “dialektik qarşıdurma” fikrini dəstəkləyir.

Kommunizmin “dialektik qarşıdurma” ideyası XX əsr ərzində təqribən 20 milyon insanın qətlinə səbəb olmuşdur. Bu fikrin “cinayət maşını” olması nəzərə alınsa, darvinizmin dünyaya gətirdiyi fəlakətin miqyasını daha yaxşı təsəvvür etmək və başa düşmək olar.

Dialektik qarşıdurma cəmiyyəti inkişaf etdirmir, onu məhv edir Bir qədər əvvəl də bildirdiyimiz kimi, darvinizm canlılar arasındakı qarşıdurmanın həmin canlıları inkişaf etdirdiyi fikrini irəli sürərək “dialektik materializm” fəlsəfəsinə guya elmi əsas vermişdi.

Dialektik materializm adından da məlum olduğu kimi, qarşıdurma anlayışına əsaslanır. Bu fəlsəfənin qurucusu Marks: “Əgər dava-dalaş olmasaydı, mövcud olan hər şey necə idisə, elə də qalardı”, – deyirdi. O, başqa bir sözündə isə: “Qarşıdurma yeni bir cəmiyyətə hamilə olan hər köhnə cəmiyyətin nəticəsidir”, - deyərək39 inkişaf etmək üçün insanları gərginliyə, qarşıdurmaya, zorakılığa, müharibəyə və qan tökməyə çağırmışdı.

Marksın nəzəriyyəsinin ilk siyasi icraçısı olan Lenin də: “İnkişaf zidd olanların mübarizəsidir”, – deyərək40 bir-birinə əks fikirli insanların daimi mübarizə içində olması modelini müdafiə etmişdir. Lenin bu mübarizənin ancaq qan tökməklə, yəni terrorla həyata keçiriləcəyini tez-tez qeyd edirdi.

Leninin bolşevik çevrilişindən hələ 11 il əvvəl, yəni 1906-cı ildə “Proletar” jurnalına verdiyi bir açıqlamada dərc olunan sözləri onun mənimsədiyi terrorist metodunu ortaya qoyur:

“Bizim marağımızı çəkən hadisə silahlı mübarizədir, bu mübarizə ayrıayrı fərdlər və kiçik qruplar tərəfindən həyata keçirilməkdədir. Bir hissəsi inqilabçı təşkilatlara aid ikən, o biri hissəsi hər hansı bir inqilabçı quruluşa bağlı deyildir. Silahlı mübarizə bir-birindən mütləq şəkildə ayrılması lazım olan iki fərqli məqsəd daşıyır: əvvəlcə, bu mübarizə ayrı-ayrı şəxslərə, liderlərə və ordu və polisdəki vəzifəli şəxslərə sui-qəsd etməyi məqsəd kimi seçir, ikincisi, həm hökumətə, həm də xüsusi fərdlərə aid olan pul mənbələrini mənimsəyir. Mənimsənilən pullar qismən partiyanın kassasına, qismən xüsusi silahlanma məqsədlərinə və hərbi hazırlığa, qismən də düşmənlə mübarizəyə qatılan insanların yaşamasına xərclənir”.41 XX əsrdə kommunizmə qarşı çıxan ən tanınmış ideologiyalardan biri faşizmdir. Maraqlıdır ki, kommunizmə qarşı olduğunu irəli sürən faşizm qarşıdurma anlayışına ən azı kommunizm qədər inanırdı. Kommunistlər sinfi qarşıdurmanın vacibliyinə inandığı halda, faşistlər bu qarşıdurmanın sadəcə fəaliyyət meydanını dəyişdirmiş və “irqlər və dövlətlərarası qarşıdurma” anlayışını müdafiə etmişlər. Məsələn, nasizmin ən mühüm fikir qaynaqlarından və öndə gedən irqçilərdən olan alman tarixçisi Henrix fon Treyçke: “Dövlətlər ancaq Darvinin həyat uğrunda mübarizəsinə bənzər gərgin və şiddətli rəqabətlə inkişaf edə bilərlər...” – deyə yazmışdır.42 Hər cür fikir ayrılığı və ziddiyyətlər Quranda bildirildiyi kimi, ağıl və vicdan sahibi olan insanlar tərəfindən sülh, əminamanlıq və dözümlülük şəraitində həll edilir.

Bunu qavramayan və dialektik materializmin yalanlarına inanan millətlərin nəsilləri birbiri ilə illər boyu vuruşmuş, vəhşi heyvanlar kimi boğuşmuş, nəticədə bir millət kimi gücdən düşmüşlər.

Hitler isə darvinizmin qarşıdurma anlayışından ilham alaraq belə deyirdi:

“Təbiət güclülər və zəiflər arasında savaş və bu savaşda güclülərin zəiflər üzərindəki mütləq qalibiyyətidir. Əgər belə olmasaydı, təbiətdə davamlı qarışıqlıq olardı... Yaşayan hər bir canlı mübarizə aparmaq məcburiyyəti qarşısındadır. Davamlı mübarizənin həyat qanunu olduğu bu dünyada mübarizə aparmaq istəməyən yaşamaq haqqına da sahib deyildir”.43 Cəmiyyətlərin güclənməsi və inkişaf etməsi üçün mübarizənin, qarşıdurmanın, mübahisələrin və qan tökməyin məcburi olduğuna inanan bu iki sosial darvinçi ideologiyanın XX əsrdə yaratdığı mənzərə isə ortadadır. On milyonlarla məsum insan ölmüş, on milyonlarla insan yaralanmış və ya şikəst olmuş, ölkələrin iqtisadiyyatı çökmüş, səhiyyə, elm, texnologiya, təhsil və sənətə ayrılacaq gəlirlər əvvəlcə silahlara, sonra da bu silahların açdığı yaraların sarınmasına, darmadağın edilən və xarabalığa çevrilən şəhərlərin təkrar inşasına xərclənmişdir. Qarşıdurmanın, davanın və terrorun insanlara heç də inkişaf deyil, yalnız tənəzzül gətirməsi tarixdən aşkar şəkildə görünür.

Fikri fərqlilik qarşıdurmaya səbəb deyil, əksinə, fərqliliklər gözəllik əlamətidir Dünyada, əlbəttə, ziddiyyətlər mövcuddur. Təbiətdə qaranlıq və aydınlıq, gecə ilə gündüz, soyuq və isti olduğu kimi, insanların fikir və hərəkətlərində də belə ziddiyyətlər ola bilər. Ancaq fərqliliklər qarşıdurmaya əsas vermir. Əksinə, fərqliliklər sülh, sevgi, şəfqət və mərhəmətlə dəyərləndirilsə, ortaya müxtəlif gözəlliklər çıxar. Hər fikri başqası ilə müqayisə edən insan öz fikrini daha da inkişaf etdirir və ya nöqsanlarını görərək özünü düzəldir. Əks fikirlər sayəsində cəmiyyətdə fikir mübadiləsi olur, bunu isə ancaq Quran əxlaqını mənimsəmiş səmimi, mərhəmətli və sülhsevər insanlar həyata keçirə bilərlər.

Bir insanı fərqli fikir tərəfdarı olduğu, fərqli dinə inandığı və ya fərqli irqə məxsus olduğu üçün öldürmək və əzab vermək çox böyük zalımlıqdır.

Buna görə tarix boyunca eyni vətənin övladları bir-biri ilə ölüm-dirim savaşına girmiş, bir-birini çəkinmədən qətlə yetirmiş, fərqli irqlərdən və ya dövlətlərdən olan insanları qadın, uşaq demədən öldürmüşlər. Bunu isə ancaq qarşısındakı insanı yalnız inkişaf etmiş heyvan kimi görən, ona insan olaraq qiymət verməyən və əməllərinə görə Allaha hesab verəcəyinə inanmayan insanlar edə bilərlər.

Quranda müxtəlif fikirlərə qarşı münasibətin necə olması ən gözəl tərzdə bildirilmişdir. Zidd fikirlər tarix boyu mövcud olmuşdur. Bunların ən məşhurlarından biri hz. Musa ilə onun dövründə yaşayan Firondur. Fironun bütün zalımlığına və təcavüzkarlığına baxmayaraq, Allah hz. Musaya onu tövhid dinə çağırmaq üçün vəzifə vermiş və necə davranacağını belə açıqlamışdır:

Fironun yanına yollanın. O, həqiqətən, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!

Taha surəsi, 43-44

Hz. Musa Allahın əmrini yerinə yetirərək Firona uzun müddət haqq dini başa salmış, onun insanlara zülm etməsinə mane olmaq üçün səbirlə haqqa dəvət etmişdi. Firon isə onun gözəl əxlaqının və səbrinin müqabilində davakar və təcavüzkar əxlaq sərgiləmiş, hz. Musanı və onun yanındakıları qətlə yetirəcəyini demişdi. Ancaq bu hərəkətin nəticəsində qalib çıxan tərəf Firon olmadı. Əksinə, Firon və tərəfdarları boğularaq məhv oldular. Hz. Musa və onun yanında olanlar isə qalib gəldilər.

Bu nümunədən də göründüyü kimi, bir fikrin qalib gəlməsi qarşıdurma, savaş və təcavüzlə əldə edilə bilməz. Hz. Musa ilə Firon arasındakı hadisələr tarixin qısaldılmış formasıdır; qarşıdurma və zülm tərəfdarlarının deyil, sülh və ədalət tərəfdarlarının qalib gələcəyini göstərən nümunədir. Gözəl əxlaq əvəzini həm dünyada, həm də axirətdə hər zaman tapar.

Darvinizm və terrorizm Bura qədərki araşdırmalarımızdan da göründüyü kimi, darvinizm XX əsrdə insanlığı fəlakətlərə sürükləyən və minlərlə insanların ölümünə yol açan bir çox qanlı ideologiyaların əsasını təşkil edir. Bu ideologiyalar darvinizmə əsaslanaraq özlərindən fərqli insanlarla mübarizəni və savaşmağı dəstəkləmiş, hətta bunu ən mühüm həyat qayələri kimi mənimsəmişlər.

Dünyada fərqli inanc və fəlsəfələrin olması bir həqiqətdir. Bütün fərqli fikirlərin bir-birinə tam zidd xüsusiyyətlərinin olması da son dərəcə təbii məsələdir. Ancaq bu fikirlər bir-birini iki fərqli yöndən qiymətləndirə bilər:

  1. Özlərindən olmayanların varlığına hörmət göstərən, onlarla sülh şəraitində dialoq quran yol tuta bilərlər ki, Quran əxlaqına uyğun olan budur.
  1. Özlərindən olmayanlarla mübarizə apararaq, savaşaraq və onlara zərər verərək üstünlük qazanmaq yolu da var ki, bu da materializmin, yəni dinsizliyin metodudur.

“Terrorizm” adını verdiyimiz fəlakət də ikinci fikrə tamamilə uyğundur.

Bu iki fikir arasındakı fərqi araşdırdıqda darvinizmin elm adı altında yürütdüyü “insan savaşan heyvandır” fikrinin insanlara necə böyük təsir göstərdiyini görürük. Qarşıdurma yolunu seçən insan və qrupların çoxunun darvinizmdən, bu ideologiyanın prinsiplərindən, bəlkə də, xəbəri yoxdur.

Amma onlar darvinizmdən təsirlənən həyat tərzini mənimsəyib yaşayırlar.

Onları bunun doğruluğuna inandıran şey “bu dünyada güclülər irəlidə olur”, “böyük balıq kiçik balığı udur”, “savaşmaq hünərdir”, “insan savaşaraq ucalır” kimi kökü darvinizmə dayanan ifadələrdir.

Əslində, darvinizmi aradan qaldıranda onun yerində heç bir davakar fəlsəfənin qalmadığını görürük. Yer üzündəki insanların böyük qisminin inandığı üç ilahi dinin üçü də (xristianlıq, yəhudilik və İslam) qarşıdurmaya, qan tökməyə və amansızlığa qarşıdır. Hər üç dinin məqsədi yer üzündə sülhü və sakitliyi təmin etmək, məsum insanların öldürülməsinin, zülm və işgəncə görməsinin çıxmaqdır.

dinlər əleyhinə Bu ilahi qarşıdurmanı, amansızlığı və davakarlığı Allahın insanlar üçün müəyyən etdiyi əxlaqa zidd olan, anormal və arzuolunmaz anlayışlar kimi qəbul edirlər. Amma darvinizm qarşıdurma amansızlığın olmasını Təbiətdəki ziddiyyətlər insanlar arasında qarşıdurma və qovğalara səbəb ola bilməz. Qarşılıqlı hörmət, sevgi və dözümlülük ilə ziddiyyətlər arasında uzlaşma aparmaq olar.

Quran əxlaqı insanlara hüzur və sevinc dolu həyat təklif edərkən, dialektik qarşıdurma insanlara daima bədbəxtlik, bəla və ölüm gətirir.

mütləq sayır, onları ən təbii və ən doğru anlayışlar kimi görür və göstərir.

Beləliklə, dünyamızı hədələyən terror bəlasının kökündə qarşıdurma və şiddəti təşviq edən darvinizm gizlənir.

Sülh və əmin-amanlıq istəyən hər bir insan darvinizm təhlükəsinin fərqində olmalıdır Hər hansı bir problemlə mübarizə apararkən ən vacib məsələ o problemin kökünü, yəni əsil qaynağını tapmaqdır. Məsələn, ətrafa pis qoxu yayan zibilliyin ətrafı nə qədər təmizlənsə də, o zibillik pis qoxu yaymağa davam edər, bütün tədbirlər nəticəsiz qalar. Çıxış yolu zibilliyin qaynağını təmizləyib onu tamamilə ortadan qaldırmaqdadır. Bundan başqa, zəhərli ilanlar bəslənilib şəhərə buraxılarsa, bu ilanların insanları öldürməyə başladığını görəndə təlaşa düşüb ilanları tək-tək tutmaq ağıllı tədbir deyil. Bu vəziyyətdə yeganə çıxış yolu zəhərli ilanları bəsləyəni tapıb bu hadisənin qarşısını almaqdır. Beləliklə, terrorla mübarizə üçün terrorçuları tək-tək axtarmaq onları zərərsizləşdirməyə çalışmaq çıxış yolu deyil. Dünyanı terrordan qurtarmaq üçün əvvəlcə terrorçunu yetişdirən əsas mənbə tapılıb aradan qaldırılmalıdır. Terrorun əsas səbəbi isə terrorçuların səhv ideologiyaları və bu istiqamətdə aldıqları təhsildir.

Müasir dövrdə də dünyanın hər bir ölkəsində darvinizm bütün məktəblərdə elmi həqiqət kimi tədris olunur. Amma gənclərə Allahın onları yaratması, bu gənclərin ruh, ağıl və vicdan sahibi varlıqlar olması, öldükdən sonra Allah qatında sorğu-sual olunacağı və bu hesaba görə sonsuza qədər cənnət və ya cəhənnəmdə qalacaqları öyrədilmir. Əksinə, gənclərə insanların təsadüflər nəticəsində meydana gəldiyi, ata-babaları heyvanlar olan, Allaha qarşı məsuliyyət daşımayan başıboş varlıqlar olduğu, həmçinin müharibə və qarşıdurma ilə üstün gələrək həyatda qalacaqları öyrədilir. Məktəb həyatı boyunca bu təlimi alan insanların düşüncələrini terrora yönləndirmək, vəhşiliyi onlara təlqin etmək, onları bəşəriyyətin düşmənlərinə çevirmək, məsum körpələri öldürəcək qədər zalımlaşdırmaq bu mərhələdən sonra çox asandır. Belə təhsil almış gəncləri istənilən yanlış ideologiya öz tərəfinə çəkə və ona hər cür vicdana və əxlaqa zidd hərəkətlər etdirə bilər, həmçinin ona hər cür əclaflığı və zalımlığı normal göstərə bilər. Son yüz ildə dünyaya bəlalar gətirən kommunist, faşist və irqçi terror qrupları məhz bu təhsil sisteminin məhsullarıdır.

Bu təhsil sisteminin ikinci böyük zərəri isə təhsili dindən ayıraraq dini cahil insanların işi kimi göstərməyə çalışmaqdır. Təhsilli olanlar darvinistmaterialist təlqinlə dinsizləşdiyi halda, din təhsilsiz insanların nəzarətində qalır. Bu vəziyyətdə xurafat və batil inanclar asanlıqla inkişaf edib təsir gücü qazanırlar.

Nəticə olaraq deyə bilərik ki, məsələnin çıxış yolu terrorun əsil qaynağı olan darvinist-materialist təhsilə son qoymaq, gənclərə həqiqi elmi biliklər əsasında təhsil vermək və onlara Allah qorxusunu, ağıllı və vicdanlı hərəkət etməyi başa salmaqdır. Bunun nəticəsində isə Allahın Quranda bildirdiyi kimi, xoşbəxt, etibarlı, adil, rəhmli və mehriban insanlardan ibarət cəmiyyətlər yaranacaq.

Birtərəfli darvinist təlimin vəhşiliyə səbəb olan təsirləri Darvinist təlim insanlara həyatın məqsədsiz olduğunu təlqin edərək onları ümid və sevincdən uzaq, qəddar ruhlu xəstələrə çevirir. Bunun ən son nümunələrindən biri norveçli Anders Behrinq Breyvikdir. Breyvik 22 iyul 2011-ci ildə Norveçdə yaşanan iki terror hücumunun səbəbkarı olduğunu etiraf etmişdir. Bu hücumlardan biri Osloda hökumət binasına edilən və səkkiz nəfərin ölümünə səbəb olan bombalı hücumdur. Digəri isə Utoya adasında Fəhlə Partiyasına edilən hücumdur. Bu hücum nəticəsində 69 nəfər həyatını itirmişdir.

Breyvik hücumlardan əvvəl “Avropa müstəqillik bəyannaməsi” adlı kitabında öz fikirlərini yazmışdır. Kitabın 1518-ci səhifəsində isə özünü elmi dünyagörüşün və müasir biologiyanın çempionu elan etmişdir. Onun əhəmiyyət verdiyi kitablar arasında Ç.Darvinin “Növlərin mənşəyi” adlı əsəri yer alır (1). Breyvikə görə, qüsursuz Avropa sosial darvinizmin qanunlarını ehtiva etməlidir (2). Breyvik kitabının 1202-ci səhifəsində Prinston Universitetinin bioloqu darvinist Li Silverin yevgenikanın yenidən tətbiq edilməsini müdafiə edir. Silverin dünya əhalisinin indikinin yarısından da azı və ya 3.8 milyarda endirilməsi fikirlərinə qatılır və onlara görə, gələcək siyasət məcburi radikal yönlü olmalıdır (3). Eyni səhifədə Breyvikin Darvinin “soyqırımı və təbii seleksiya... yanaşıdır” arqumentini nə qədər mənimsədiyi bu cümlələrdə açıq-aydın görünür:

“İkinci və üçüncü dünya ölkələri əhali artımının qarşısını almasalar, təbiət onların bu səhvini qıtlıqla düzəldəcək”.

Darvinist təhsil insanlara həyatın heç bir məqsədinin olmadığı yalanını təlqin edərək onları hər cür ümid və sevincdən məhrum olmuş, bədbin və cani xarakterli ruhi xəstələrə çevirir.

(4)

Breyvik qərb dövlətlərinin bu təbii prosesə, yəni baş verəcək qıtlığa müdaxilə etməmələrini belə müdafiə edir:

“Əgər əhali artımına görə qanunlarımıza tabe olmayan ölkələrdə qıtlıq baş verirsə, onlara kömək etməməliyik və ya müvəffəqiyyətsiz liderlərinə dəstək verməməliyik”. (5)

“İfrat artıma cavabdehlik daşıyan üçüncü dünya ölkələrinə qida yardımı dərhal durdurulmalıdır”. (6)

Breyvikin yazdığı bu sözlərdən açıq şəkildə görünür ki, o, darvinist təlim üzündən əxlaqi dəyərlərdən tamamilə uzaqlaşmış və bunun nəticəsində onlarla insanın ölümünə səbəb olan terror hadisələrini soyuqqanlılıqla həyata keçirmişdir.

Darvinist təlimin səbəb olduğu əxlaqi tənəzzülün başqa bir nümunəsi 17 uşağı öldürüb cəsədini yeyən amerikalı qatil Cefrey Dahmerdir. O, ölümündən qabaq “Dateline NBC”

kanalına belə müsahibə vermişdir:

“Əgər insan məsul olduğu bir yaradıcının mövcud olduğunu düşünmürsə, o halda niyə hərəkətlərini islah etməyə çalışmalıdır? Elə mən də bunu düşünürdüm. Həmişə təkamül nəzəriyyəsinin, yəni bizim palçıqdan əmələ gəldiyimiz tezisinin gerçək olduğuna inanmışam. Öldüyümüz zaman hər şey bitir, artıq heç bir şey yoxdur”. (7) Darvinin kütlələri yönləndirdiyi yanlış inanc insanları qətllər törətməyə, hətta insan əti yeyəcək qədər psixopatlığa sürükləyir. İnsanlara yaradıcı qarşısında məsul olmadığını təlqin edən, onları başıboş və məqsədsiz varlıqlar olduğuna inandıran, insanı heyvan kimi görən və ölümü son kimi göstərib insanları axirət həqiqətindən uzaqlaşdırmağa çalışan bu saxta dinin gətirdiyi nəticə budur.

Son iki yüz ildir ki, dünyaya müharibə, qətl, zalımlıq, cinayət və hər cür bəla gətirən ən böyük batil güc darvinizmdir.

Cəmiyyətlərdə inkişaf edən dinsizliyin, irqçiliyin və kütlə qətliamlarının səbəbkarı olan faşizm, kommunizm və dünya müharibələrinin ardında KEÇƏN ƏSRİN ƏN BÖYÜK YALANI VƏ BƏLASI OLAN DARVİNİZM DAYANIR.

Darvinin başlatdığı bu bəlanın cəmiyyətlərə mənfi təsiri dövrümüzə kimi davam etmişdir. Darvinizmin dövrümüzdəki dəstəkçilərindən olan Riçard Dokinzin son kitabı insanları Allah inancından uzaqlaşdırır, onları ümidsizlik və bədbinliyə doğru aparır. Buna misal kimi Amerikada müəllimin verdiyi Dokinzin kitabını oxuyub intihar edən 22 yaşlı bir tələbəni göstərmək olar. (8)

Dokinzin darvinizmin qaranlıq ideologiyasına əsaslandırdığı qorxulu düşüncənin təsiri bununla bitmir. O, “Unweaving the Rainbow” kitabının girişində bu həqiqəti belə etiraf edir:

“İlk kitabımın naşiri kitabı oxuduqdan sonra aldığı soyuq mesaj səbəbindən sıxıntı keçirdiyini və üç gün yata bilmədiyini etiraf etdi. Bəziləri də mənim səhərlər necə oyandığmı soruşur. Uzaq bir ölkədən bir müəllim isə mənə məzəmmət dolu məktub göndərdi. Məktubunda həmin kitabı oxuyan bir tələbənin yanına göz yaşı içində gəldiyini həyatın boş məqsədsiz olduğu düşüncəsinin ona pis təsir etdiyini yazırdı. Müəllim digərlərinin də təsirlənməməsi üçün tələbəyə kitabı başqalarına göstərməməyi tövsiyə edib”. (9)

Bu qaranlıq bəla – darvinizm insanları ölüm və cinayətə, həmçinin vəhşiliyə sürükləyən, insanlara təsadüfən yaranmış heyvandan başqa bir şey olmadığını təlqin edən batil dindir. Bu dinin təmsilçiləri insanları Allah inancından uzaqlaşdırmaq üçün var gücü ilə çalışmağa davam edirlər.

Buna görə də darvinizmin yanlışlarının təhsil ocaqlarında oxudulmasına qəti qarşı çıxır, yaradılışı sübut edən fosilləri gizlədir, həmçinin zülalın təsadüfən əmələ gələ bilməyəcəyini, 450 milyondan çox fosilin darvinizmi yerləyeksan etdiyini etiraf etmirlər. Lakin bütün bunlara baxmayaraq, 21-ci əsrdə insanlar artıq yalanlarla aldana bilməzlər. Darvinizmin saxtakarlıq olduğu bütün dünyaya məlum olduqdan sonra onu ayaqda saxlamaq üçün göstərilən bütün cəhdlər boşa çıxmışdır.

(1) http://www.darwinthenandnow.com/2011/07/breivik-adarwinis… (2) Anders Behring Breivik, Avropa müstəqillik bəyannaməsi, səh. 1386 (3) http://www.darwinthenandnow.com/2011/07/breivik-adarwinis… (4) Anders Behring Breivik, Avropa müstəqillik bəyannaməsi, səh. 1386 (5) Anders Behring Breivik, Avropa müstəqillik bəyannaməsi, səh. 1202 (6) Anders Behring Breivik, Avropa müstəqillik bəyannaməsi, səh. 1203 (7) Kelly J. Coghlan, Houston Chronicle Sunday - 15 fevral, 2009 (8) http://www.worldnetdaily.com/index.php?fa=PAGE.view&p… (9) Richard Dawkins, Unweaving The Rainbow, Houghton Mifflin Company Newyork, 1998 Təhsil müəssisələrindəki darvinist təlim şiddət və terrora meyilli nəsillərin yetişməsinə səbəb olur Dünyada heç bir şey təsadüf olmadığı kimi, 20 və 21-ci əsrdə bütün dünyanı bürüyən hərc-mərclik də təsadüf deyildir. Allah bu hadisələrlə insanlara əhəmiyyətli bir nümunə göstərmişdir. Bütün dünya bunu anlamalıdır:

əgər insanlar sevgi, qardaşlıq, dostluq və fədakarlıq üçün yaradıldıqlarını unutsalar, birlik olub güclənməyin yerinə, bölünüb parçalansalar, həmçinin batil cərəyanlara inanıb irəliləmək üçün öldürməyin və müharibənin labüd olduğuna inansalar, gözlədikləri münaqişələr öz başlarına gələr. Hər kəs bu qəti həqiqəti artıq görür: münaqişə inkişaf deyil, yalnız fəlakət gətirir.

Darvinizm və bu fəlsəfədən irəli gələn kommunizm münaqişə və müharibəni əsas alır Heraklit (Herakleitos e.ə. 576-480) ilk dəfə qədim Yunanıstandan başlayan və “mübahisə” mənasına gələn dialektikanın tərifini belə verir: “Hər şey ziddiyyətlərin mübarizəsindən doğur”. Heraklitə görə, müharibə hər şeyin atasıdır. Beləliklə, dialektikanın gərəkdirdiyi tezis antitezislə mübarizə aparmalıdır. Bir tezisin müdafiəçiləri digər tezisin müdafiəçiləri tərəfindən yeniləcəksə, bu, ancaq savaş və münaqişə yolu ilə olmalı və qarşı tərəf mütləq yox edilməlidir. Meydana gələn sintez bir müddət sonra yeni bir tezisə çevrilməli və savaş eyni sürətlə davam etməlidir.

Hegel və ardınca Marks buna birbaşa savaş adı verməsələr də, çəkişmə demişdilər. Kommunist liderlərin bunu savaş və qətliam kimi anlamağı uzun sürmədi.

Onlar savaşın gərəkli olduğuna inanıb bunu marksizmin əsas şərti kimi gördülər. Dövrümüzün yaşıl kommunistləri bu savaş anlayışını rədd etsələr də, xain pusqular, partizan müharibəsi, kütlə qətliamları kommunizmin gərəyidir.

Hazırda Suriyada gerçəkləşdirilən qətliamlar, kommunist PKK-nın Türkiyənin cənub-şərq bölgəsində törətdiyi əməllər bunun nümunələridir.

Terror təşkilatlarının əsasında kommunizm durur Terror bəlasından əziyyət çəkən ölkələrin qarşısında əksər hallarda kommunist ideologiya dayanır. Kommunizm o qədər canlıdır ki, adı rəsmən qoyulmasa da, Şimali Amerikanın bir hissəsinə, Şimali Avropaya və Yaxın Şərqin, demək olar ki, hər yerinə hakimdir. Onsuz da rəsmi olaraq kommunizmlə idarə edilən Cənubi Amerika ölkələrini, Çin və Şimali Koreya kimi qızıl ölkələri sadalamağa ehtiyac yoxdur.

Bu kommunist-marksist zehniyyət üzündən terror bütün dünyaya yayılmışdır. Açıq-aşkar marksist təhdidə göz yumanlar hələ də uzun müzakirə proqramlarında terrora həll axtarırlar. Ancaq tədris müəssisələrində uşaqlarına dialektik təlim verirlər. Həmin uşaqlar məktəblərdə iki əks fikrin mütləq çəkişəcəyi yalanını, tarixin bu münaqişələrdən ibarət olduğunu və bunun nəticəsində cəmiyyətlərin irəliləyib rifaha çatacağını öyrənirlər. Dağlardakı terrorçular da, məktəblərdəki uşaqlar da eyni təlimi alırlar. Həmçinin həm kommunist ölkələrdə, həm də kapitalist ölkələrdə eyni təlimi keçirlər. Beləliklə, eyni üsulla müharibəyə təşviq edən marksist düşüncə gizlicə bütün ölkələrə yayılmağa davam edir. Bunu xatırlatmaq lazımdır: kapitalizm marksizmə vurulan zərbə deyil, əksinə, Marksa görə, cəmiyyətlərin kommunizmə keçidi üçün əhəmiyyətli şərtdir. Kommunizm kapitalizmin təsiri ilə eqoistləşən, yalnız öz mənfəətini düşünən insani dəyərlərdən uzaqlaşan fərdlərə cəmiyyətlərə hakim olmağı gözləyir. Son iqtisadi böhran kommunizm üçün dərman rolunu oynamışdır. Marksist və kommunistlər üçün mühit hazır vəziyyətə gəlmişdir. Bunu görmək istəyənlər dünyada baş verən fövqəladə qarışıqlıqlara yaxından nəzər sala bilərlər.

Müharibə mübarizənin gərəyi deyil Ziddiyyətlər həmişə mövcud olmuşdur. Yaxşı və pislər arasındakı mübarizə dünya tarixinin ən başından bəri vardır. Lakin bu mübarizənin tərifini doğru-düzgün vermək lazımdır. Mübarizənin gərəyi heç bir zaman müharibə deyil. Ziddiyyətlər dialoqlarların, elmi dəlillərin ortaya çıxarılmasına, sevgiyə hörmətə əsaslanmalıdır. Heç kimi məcburən bir fikrə öyrəşdirmək və ya buna görə qətl etmək olmaz. Heç bir müharibə indiyə kimi cəmiyyətlərə inkişaf gətirməmişdir. 20-ci əsrin qanlı savaşları və hazırda da bitmək bilməyən münaqişələr silah sektorunu bəsləməklə mədəniyyəti, texnologiyanı, şəhər və iqtisadiyyatları məhv edir. Qorxu içində yaşayan xalqla irəli getmək mümkün deyil.

Getdikcə yoxsullaşıb ac qalan, təhsil almayan, çalışıb istehsalatla məşğul olmayan xalq inkişaf etməz. Şəhər və qəsəbələr bombalanmaqla gözəlləşməz. Gənc nəslin ölməsi ilə cəmiyyətlər irəliləyə bilməz. Xirosima və Naqasakiyə atılan atom bombaları nəsillərlə davam edən fəlakətdən başqa bir şey deyil. Marksizmin önə sürdüyü qanlı dialektika cəmiyyətlərə xəyali inkişafı heç bir zaman bəxş etməmişdir və etməyəcək də. Əgər buna izin versək, dünyanı daha böyük fəlakətlər bürüyər, hər yer qan gölünə dönər.

Darvinizm dünyada baş verən bir çox qarşıdurmanın fəlsəfi dayaq nöqtəsidir. Təkamül nəzəriyyəsi canlı növlərinin tək bir hüceyrədən (darvinistlər bu canlı hüceyrənin necə əmələ gəldiyini elmi yöndən açıqlaya bilmirlər) təsadüfən və davamlı dəyişikliyə məruz qalaraq meydana gəldiyini iddia edir. Bu xəyali dəyişiklik və irəliləmə müddətinin ana ünsürlərindən biri isə qarşıdurmadır. Canlıların ancaq qarşıdurma ilə inkişaf etdiyini müdafiə edən bu amansız ideologiyanın əsası güclü olanların gücsüzləri yox etməyinə dayanır. Darvinizmin elmi nəzəriyyə kimi qələmə verilib dünya miqyasında dərsliklərə daxil edilməsi həyatını itirməsinə isə darvinist düşüncəni olan müsibətlərlə cəmiyyətlərə yaymışdır. Bu vəziyyət milyonlarla insanın nəticələnmişdir.

səbəb Qanlı ideologiyalara qarşı əsaslı həll təhsil ocaqlarında birtərəfli darvinist təlimin aradan qaldırılmasıdır Fikirlər bir-birinə zidd olduqda nəticəni ancaq elmi dəlilləri ortaya qoymaqla, azad düşüncəyə önəm verib qarşı tərəfə sevgi və hörmət bəsləməklə əldə etmək olar, zorakılıqla deyil. İndi hər bir kəsin dünyanı bürüyən fəlakətlərin səbəbini anlamasının zamanı yetişib. Savaş məntiqini cəmiyyətlərə marksizm vermişdir və marksist topluluqlar gizlincə bunun əsas yolunu hazırlamışdır. Bunu durdurmağın yolu müharibəni qanuniləşdirən dialektika məntiqinin saxtakarlığını elmi yolla göstərməkdir.

Tarixin qanlı dialektikası kimi azğın fikrə zəmin hazırlayan təbiətin dialektikası fikrinin məntiqsiz olduğundan bəhs etmək lazımdır. Həmçinin təbiətdə ov edən canlıların varlığı kimi, fədakar canlıların da mövcud olduğu göstərilməlidir. Bu əhəmiyyətli həqiqəti göstərmək üçün bütün dünyada uşaqlarımıza qanlı dialektika fikrini aşılayan təhsil sistemi dəyişdirilməlidir. Dünya nə bizim, nə də başqa canlıların savaş yeridir. Dünya bütün haqq dinlərdə Allahın bildirdiyi kimi, ancaq sevgi ilə gözəlləşər. Allah bizdən sevib-sevilməyi istəyir. Bu dünya Allahın istəyinə uyğun olaraq sevgiyə yönəldiyimiz təqdirdə dəyişər.

Adnan Oktarla söhbətlər (a9.com.tr)

“Darvinizm terrorun qaynağı, İslam isə həllidir”

Adnan Oktar: 11 sentyabr hadisəsini törədənlərin hamısı darvinist-materialist təlimdən keçən, Avropada təhsil alan və materializmi mənimsəmiş insanlardır. Şəxsiyyət vəsiqələrində müsəlman yazılmasının əhəmiyyəti yoxdur...

Marksist yetişən, solçu təlimi keçən və darvinist-materialist təhsil alan insanların adının Həsən və ya Muhəmməd olması heç nəyi dəyişdirmir. Materialist və ya darvinist insanın törətdiyi əməl materialist-darvinist və marksist əməldir. Beləliklə, bunlara görə müsəlmanların üstünə düşmək mənasız işdir. Hər cür terror əməlini törədənlərə baxdıqda mütləq darvinist-materialist təlimdən keçdiyini görürük. Allahdan qorxan, Allahı canından çox sevən, axirətə gedəcəyinə və cənnət-cəhənnəmə inanan bir insan gedib məsum uşaqları, qadınları bombalayarmı? Allahdan qorxan bir insanın buna gücü çatarmı? Nəinki bunu etməz, heç ağlından belə keçirməz.

Bunu edənlər, dediyim kimi, dini təlim almış, lakin darvinist düşüncədəki insanlardır. Bunu İslama aid edə bilmərik. Terrorun qaynağı darvinizm və materializmdir. Marksizm, leninizm vardır; leninist düşüncədə terror şərtdir. Marksizm kommunizmin nəzəri, leninizm də praktik yönüdür. Həmin şəxslər də bunun gərəkdirdiyini edirlər. Lenin terrorun praktikanın yolu olduğunu deyir. Marksizm və leninizm düşüncəsində terror labüddür. Həmin insanlar da eynisini edirlər, bu qədər...

İslamda müharibə hüququ vardır. Bu, Quranda göstərilmişdir.

Müdafiə savaşı var; bu halda da qadın və uşaqlara əsla toxunmaq olmaz... Yalnız ölkəyə müharibə elan edəndə həmin ölkə də özünü müdafiə edər. Leqal müharibə var, yəni açıq mübarizə aparılır. Amma həmin müqavilə qüvvədə olduğu halda, sülh müqaviləsi bağladığın ölkəyə üç-dörd nəfər çıxıb: “Mən buna müharibə elan etdim”, – deyərsə, bu olmaz. Hələ uşaqlara hücum edərsə, olmaz.

heç İslam mədəniyyət, bilgi, sevgi, sənət və ağılla yayılar, rəzil əməllərlə, qan tökməklə yayılmaz Peyğəmbərimizin (səv) bütün savaşları müdafiə savaşı – canını qoruma savaşı olub. Bir yerə gedib zor gücünə oranı ələ keçirməmişdir. (Cənab Adnan Oktarın “Azernews” müsahibəsindən, 23 oktyabr, 2008)

İslam əxlaqının yaşanması ilə mükəmməl mədəniyyət meydana gələr Adnan Oktar: Xristian aləminin papası var, lakin Türk-İslam dünyasının lideri yoxdur. Türk-İslam dünyasının başına mütləq bir lider keçməlidir və birlik qurmalıdırlar. Birlik qurularsa, bu əxlaq dərhal yayılar. Bunu qəbul etməyən kimsə qalmaz. Din cahillərinə, əqli zəiflərə, kitab oxumayan və dünyanı tanımayan insanlara qalarsa, terror da olar, qarışıqlıq da. Cinayətlər, kasıblıq, elm və sənətə qarşı çıxmaq və s. hər şey olar. Lakin İslam birlik halında yaşanan dindir. Türk-İslam Birliyi qurulub mənəvi lider seçildikdə o lider bütün nöqsanları aradan götürər. Bunun yerinə sevgi, mərhəmət, dostluq və qardaşlıq gələr. Təmizlik, estetika və elm gələr, beləliklə, mükəmməl mədəniyyət ortaya çıxar. Çox mükəmməl mədəniyyət yaranar. Buna görə də mən Türk-İslam Birliyinin qısa zamanda qurulmasını istəyirəm. (“Associated Press of Pakistan”, 6 sentyabr, 2008)

Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu və ümidlə yalvarın.

Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır.

(Əraf surəsi, 56)