İslam terroru lənətləyir: Giriş
Mündəricat
- Ön söz
- Giriş
- İslam əxlaqı sülhün və təhlükəsizliyin mənbəyidir
- Qurana əsasən, şəriət, cihad və savaş
- Radikalizmin yanlışlığı və həqiqətlər
- Din adından terror törədənlərin iç üzü
- İslamın kitab əhlinə münasibəti
- İslam Yaxın Şərqə sülh və hüzur gətirmişdir
- Terrorizmin əsas qaynağı: darvinizm və materializm
- Nəticə: Qərb dünyası üçün məsləhətlər
- Əlavə bölmə: Təkamül yalanı
Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara (haqqını)
verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O, sizə öyüd-nəsihət verir ki, bəlkə, düşünüb ibrət alasınız.
2001-ci il, sentyabrın 11-də ABŞ-ın iki böyük şəhərinə qarşı təşkil edilən, minlərlə günahsız insanın ölümü və yaralanması ilə nəticələnən terror hücumlarını bir müsəlman kimi qəti şəkildə lənətləyir və Amerika xalqına başsağlığı veririk. Bu hücumlar terrorun əsil mənbəyi ilə əlaqədar olan çox əhəmiyyətli mövzunu dünyanın diqqət mərkəzinə gətirdi və bu vasitə ilə İslamın sülh və xeyirxahlıq dini olduğunu, insanlara mərhəmət və ədaləti əmr etdiyini bütün dünyaya geniş şəkildə göstərdi. Ayrı-ayrı ölkələrin liderləri, dünyanın ən nüfuzlu mətbuat vasitələri, televiziya və radiolar həqiqi İslamın terrorizm və gərginliyə heç bir zaman izin vermədiyini, onun insanlar və cəmiyyətlər arasında daim sülh yaradılmasını əmr etdiyini öz cəmiyyətlərinə dəfələrlə bildirdilər. İslam dinini yaxından araşdıran və Allahın Quranda əmr etdiyi həqiqi İslam dinini yaxşı tanıyan əksər qərb dairələri “İslam” və “terror” kəlmələrinin birlikdə işlədilməsinin qətiyyən mümkün olmadığını, ilahi dinlərin əsla gərginliyə və amansızlığa yol vermədiyini yaxşı bilirlər.
Bu kitabın əsas mövzusu da ondan ibarətdir ki, lənətlədiyimiz bu vəhşiliyin qaynağı digər ilahi dinlər olmadığı kimi, İslam dini də deyil. Bu həqiqəti İslam dininin yeganə mənbəyi olan Quranda, Peyğəmbərimiz hz. Muhəmməd (səv)
başda olmaqla, tarix boyu yaşamış bütün müsəlman rəhbərlərin fəaliyyət və nəsihətlərində açıq-aşkar görə bilərik. Təbii ki, sonradan əlavə edilən və şiddətə zəmin hazırlayan uydurma hədislər və xurafatlara əsaslanaraq İslam dinini yaşayan qruplar tarix boyu yaşamış və dinimizin qəti qadağan etdiyi terror aktlarını həyata keçirmişlər. Bu səbəblə də İslamın terroru qadağan etdiyini və terrorizmi, vəhşiliyi, bütün qeyri-insani əməlləri, amansızlığı və qəddarlığı haram buyurduğunu bu kitabda Quran ayələrinin işığında tarixi nümunələrlə və bütün dəlilləri ilə ortaya qoyacağıq.
Bəlli olduğu kimi, əsrlərdən bəri dünyanın müxtəlif bölgələrində terror əməliyyatları həyata keçirilir. Hər biri fərqli qruplar tərəfindən və müxtəlif məqsədlərlə həyata keçirilən bu əməliyyatlara görə məsuliyyəti bəzən bir kommunist təşkilatı, bəzən faşist qrupu, bəzən də radikal və ya separatçı dairələr öz üzərinə götürür. Amerika kimi ölkələr tez-tez irqçi və marjinal terror qrupları tərəfindən gerçəkləşdirilən hücumlara məruz qaldığı halda, Avropa ölkələrində çeşidli terror təşkilatları tərəfindən irimiqyaslı və amansız terror aktları həyata keçirilir. Yunanıstanda “17 noyabr”, Almaniyada RAF, İspaniyada ETA, yenə Almaniyada neonasist qruplar, İtaliyada “Qırmızı briqadalar” və daha neçə-neçə təşkilatlar səslərini terror və amansızlıq üsulları ilə eşitdirməyə çalışır, heç bir günahı olmayan, müdafiəsiz insanları vəhşicəsinə qətlə yetirirlər. Türkiyənin cənub-şərqində də marksist-stalinist terror təşkilatı olan PKK 30 ildir ki, terror aktları həyata keçirir və bu müddət ərzində on minlərlə insanı şəhid edib. Terrorun əhatə dairəsi və təsir gücü, xüsusilə də internet kimi kütləvi informasiya vasitələrinin imkanları hesabına daha da genişlənir.
Qərb mənşəli təşkilatlarla yanaşı, Yaxın Şərq mənşəli terror təşkilatları da var. Belə ki, dünyanın hər tərəfindəki terror hadisələrinin məsuliyyətini məhz bu qruplar öz üzərinə götürür və öz əməllərini həyata keçirməyə davam edirlər. Ancaq burada çox önəmli olan faktı da Əsrlərdir dünyanın müxtəlif bölgələrində müxtəlif qruplar tərəfindən fərqli məqsədlərlə terror aktları həyata keçirilir.
Yunanıstanda “17 noyabr”, Almaniyada RAF, İspaniyada ETA, yenə Almaniyada neonasist qruplar, İtaliyada “Qızıl briqadalar” və daha neçə-neçə təşkilatlar terror və şiddət tətbiq edərək heç bir günahı olmayan, müdafiəsiz insanları vəhşicəsinə qətlə yetirirlər.
Türkiyənin cənub-şərqində də marksist və stalinist terror təşkilatı olan PKK 40 ilə yaxın müddətdir ki, həyata keçirdiyi terror aktları ilə on minlərlə insanı şəhid etmişdir.
vurğulamaq lazımdır. Belə terror aktlarını həyata keçirən insanların xristian, müsəlman və ya yəhudi adı daşıması bəzi insanların yanlış qənaətə gəlməsinə və onlarda ilahi dinlər haqqında qərəzli fikirlər formalaşmasına səbəb olur.
Terrorçuların müsəlman adı daşıması və onların şəxsiyyət vəsiqəsində müsəlman yazılması belələrinin törətdiyi cinayətlərə “İslam terroru” deyilməsinə haqq qazandırmır. Bu sözlər eyni qaydada xristian və yəhudilərə də aiddir. Çünki kitabın növbəti bölmələrində də bildirdiyimiz kimi, günahsız insanların ilahi din adı altında öldürülməsi mümkün deyil.
Bu insanlar xurafatlarla Allahın bəşəriyyəti sülh və qardaşlığa çağırmaq üçün endirdiyi müqəddəs kitabları yanlış şərh edərək özlərindən fərqli düşünənlərə qarşı şiddəti qanuniləşdirirlər. Əslində, onlar bu əməlləri ilə dinin əmrlərinə qarşı çıxırlar. Yaddan çıxarmaq olmaz ki, sentyabrın 11-də Nyu-York və Vaşinqtonda qətlə yetirilmiş insanlar arasında hz. İsanı sevənlər (xristianlar), hz. Musanı sevənlər (yəhudilər) və müsəlmanlar da vardı. Bu günahsız insanları öldürməyi Allah bağışlamaz və bu, cəhənnəm əzabı ilə nəticələnən böyük günahdır. Dinə inanan, qəlbində Allah qorxusu olan insan əsla belə şey etməz.
Belə cinayətin səbəbkarları hər hansısa dinə mənsub olduqlarını iddia etsələr də, onlar ya öz mənfəətləri üçün dinin adını istifadə edirlər, yaxud da bu əməlləri cahilliklərindən və ya dinə olan düşmənçiliklərindən qaynaqlanır. Çünki bu şiddət hadisələrindən sonra insanlar dindən soyuyur, dindarlara qarşı onlarda nifrət hissi yaranır. Bir sözlə, günahsız insanlara qarşı din adı altında edilən hər bir təcavüz, əslində, dinin özünə qarşı edilmiş təcavüzdür.
Din sevgi, mərhəmət və sülhü əmr edir. Terror isə dinin əksinədir, yəni mərhəmətsizdir; qan tökmək, öldürmək və acı çəkdirmək istəyir. Buna görə də müəyyən terror aktının səbəbini tapmaq istəyərkən onun qaynağını dində və dindarlıqda deyil, dinsizlikdə axtarmaq lazımdır. Belə amansız və vəhşi hadisələrin mənbəyini faşist, kommunist, irqçi, materialist düşüncəli insanlarda axtarmaq lazımdır. Terrorçuların hansı adı daşıması, şəxsiyyət vəsiqələrində nə yazılması önəmli deyil. Bir adam günahsız insanları gözünü də qırpmadan öldürürsə, o, əlbəttə ki, dindar deyil və mütləq dinsizdir. Bu səbəblə də “İslam terroru” ifadəsi son dərəcə xətalı və kökündən yanlış anlayışdır. Əksinə, İslama görə, terror adlandırdığımız əməllər böyük günah və cinayətdir. Bundan başqa, müsəlmanlar bunların qarşısını almaqla, eləcə də yer üzünə sülh və ədalət gətirməklə məsuliyyət daşıyırlar.
Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!