Quranda Mirasın Geridə Qalanlara Ədalətli Bir Şəkildə Bölüşdürülməsi
İslam cəmiyyətlərində ölənlərin geridə qoyduqları uşaqlarına kişiyə iki dişinin hissəsi qədər verilməsi deist və ateist dairələr tərəfindən xeyli tənqid mövzusu olur.
Halbuki bu, yerləri və göyləri yaradan Allahın bir bölüşdürmə layihəsidir. Yer üzü Allahın ədalət payladığı, Yer üzü güclü olanlara ədalətlə davranmağı əmr etdiyi yerdir.
Ailə həyatı, bənzətmədə xəta olmasa, bir məktəbdə direktor, direktor müavini kimidir. Onlardan hər hansı biri direktor, digəri onun köməkçisi deyə soruşulmursa, ailədə də kişi və qadın bacarıq və yaradılış fərqinə görə Allah kişini ailə daxilində məsul və idarəçi olaraq müəyyən etmişdir.
Dünya həyatı müxtəlif fərqliliklərdəki istər cins, istərsə də yaradılış fərqliliyindən olsun, özünə verilən gücü nisbətində sınağa çəkilirlər.
4/32- Allahın özü ilə kiminizi kiminizə görə üstün etdiyi şeyi (malı) arzulamayın. Kişilərə qazandıqlarından pay (olduğu kimi), qadınlara da qazandıqlarından pay var. Allahdan onun fəzlini (ehsanını) istəyin. Həqiqətən, Allah hər şeyi biləndir.
Bir teatrda aktyor və aktrisaların uğurları öz rollarını gözəl bir şəkildə oynama dərəcəsinə görə mükafatlandırılırsa, Allah da qadın olsun, kişi olsun, kim özünə verilən vəzifəni Allahın istədiyi bir şəkildə yerinə yetirirsə, o vəzifəyə göstərdiyi sədaqətə və performansa görə onların mükafatlarını axirət aləmində verəcəkdir. Həm də dünyada ikən yaranan qadın və kişi fərqliliyi orada olmayacaq, iman edən və saleh əməllər işləyən olaraq tək bir cin ilə yaradılıb onlara cənnət nemətləri və həyat yoldaşları olaraq hurilər veriləcəkdir.
Quran ailənin əsaslarını qoyarkən müsəlman bir kişi ilə müsəlman bir qadının olmasını mütləq zəruri olanlardan biri olaraq şərt qoyur. Çünki müsəlman olmayan bir kişinin müsəlman olan qadını, müsəlman olan bir kişini də müsəlman olmayan bir qadının atəşə çağırdığını xatırladır.
2/221- Müşrik qadınları iman edənədək nikahlamayın; iman edən bir cariyə, – xoşunuza gəlsə də- müşrik bir qadından daha xeyirlidir. Müşrik kişiləri də iman edənədək nikahlamayın; iman edən bir kölə, – xoşunuza gəlsə də- müşrik bir kişidən daha xeyirlidir. Onlar atəşə çağırırlar, Allah isə Öz izni ilə cənnətə və məğfirətə çağırır. O, insanlara ayələrini açıqlayır. Ümid edilir ki, öyüd alıb- düşünərlər.
Bu qısacıq dünyada ağlını işlədən insanlar üçün əbədi bir həyatın əleyhinə olan hər şey yanlış və mənasızdır. Nə edib edib mütləq Allahın rizasını qazana biləcək söz və əməllərdən başqa davranışlarda olmamaq lazımdır.
Allah ailə həyatında kişini güc, qüvvət, təchizat olaraq qadından fərqli yaratmışdır. Alimlərin müəyyən etdiklərinə görə qadınlarla kişilər arasında qırx beş əsas fərq vardır.
Bu səbəbdən evdə başçı, rəis, komandir, nümayəndə və s. siz nə deyirsinizsə deyin, ailə həyatının davamlılığının artması üçün kişiləri ön plana qoymuşdur. Dünya həyatında heç bir insan heç bir insana qarşı məsul deyildir. Yalnız kişini qadından onlar evli qaldıqları müddətcə məsul etmişdir.
4/34- Ləyaqətli qadınlar (Allahın qanununa) boyun əyər və Allahın qorumağı əmr etdiyi (şərəf və iffətlərini) tək başlarına olsalar belə qoruyarlar. Şərəf və namusları barədə narahatlıq duyduğunuz qadınlara öyüd verin, yataqlarınızı ayırın, nəhayət çıxarın. Ancaq sizi dinləyib vaz keçsələr, onlara qarşı bir yol axtarmayın…
Biz mirasın oğlan və qız uşaqlarında kişiyə iki dişinin hissəsi qədər olmasının hikmətlərini açıqlayarkən uzun-uzadı açıqlamayacağıq. Bu, ayrı bir məqalə mövzusudur. Yalnız səbəblərdən bəzilərinə toxunub keçəcəyik.
1- Kişi ilə qadın evlənəcəkləri zaman kişi evlənəcəyi qadına mehr verir.
2/4- Qadınlara mehrlərini könüldən istəyərək (və bir haqq olaraq) verin, lakin onlar könül xoşluğu ilə sizə ondan bir şey bağışlasalar, onu da nuş-canla, daxili rahatlıqla yeyin.
2- Uşaqların baxımı və xərcləri kişiyə aid olduğu kimi, eyni zamanda kişi ilə qadın ayrıldıqları zaman süd anasına vermişlərsə, uşağı süd anasına günün şərtlərinə görə əvəzini kişi ödəyir.
2/233 Əmizdirməni tamamlamaq istəyənlər üçün analar uşaqlarını iki tam il əmizdirirlər. Onların (anaların) yeməyi, geyimi bilinən (ürf)ə uyğun olaraq, uşaq özününkü olana (ataya) aiddir. Heç kimə gücü çatacağından kənar (yük və məsuliyyət) təklif edilməz. Ana uşağı, uşaq özününkü olan ata da uşağı səbəbilə zərərə uğradılmasın; mirasçı üzərində(ki məsuliyyət və vəzifə) də bunun kimidir. Əgər (ana və ata) aralarında razılıqla və məsləhətləşərək (uşağı iki il tamamlanmadan) süddən ayırmaq istəsələr, ikisi üçün də bir çətinlik yoxdur. Və əgər uşaqlarınızı (bir süd anasına) əmizdirtmək istəsəniz, verəcəyinizi ürfə uyğun olaraq ödədikdən sonra sizə bir məsuliyyət yoxdur. Allahdan qorxub- çəkinin və bilin ki, Allah etdiklərinizi görəndir.
4/11- Uşaqlarınız barədə Allah, kişiyə iki dişinin hissəsi qədər tövsiyə edir.
Əgər onlar ikidən çox qadın isələr, (ölənin) geridə qoyduğunun üçdə ikisi onlarındır. Qadın (və ya qız) bir tək isə, bu halda yarısı onundur.
(Ölənin) Bir oğlan uşağı varsa, geridə qoyduğundan ana və atadan hər biri üçün altıda bir,
Uşağı olmayıb da ana və ata ona mirasçıdırsa, bu halda anası üçün üçdə bir var.
Onun qardaş-bacıları varsa, o zaman anası üçün altıda birdir. (Ancaq bu hökmlər, ölənin) Etdiyi vəsiyyət və ya (varsa) borcun çıxılmasından sonradır.
Atalarınız, oğullarınız, siz onların hansılarının fayda baxımından sizə daha yaxın olduğunu bilmirsiniz. (Bunlar) Allahdan bir fərzdir. Şübhəsiz Allah, biləndir, hökm və hikmət sahibi olandır.
4/12- Həyat yoldaşlarınızın, əgər uşaqları yoxdursa, geridə qoyduqlarının yarısı sizindir.
Əgər uşaqları varsa, – onunla edəcəkləri vəsiyyətdən və ya (ayıracaqları)
Borcdan sonra- bu halda qoyduqlarının dörddə biri sizindir.
Sizin uşağınız yoxdursa, geridə qoyduqlarınızdan dörddə biri onların (qadınlarınızın)dır.
Əgər sizin uşağınız varsa, geridə qoyduqlarınızdan səkkizdə biri onların (qadınlarınızın)dır.
(Yenə bu hökmlər,) Edəcəyiniz vəsiyyət və ya (varsa) borcun çıxılmasından sonradır.
Mirası axtarılan kişi və ya qadın, uşağı və atası olmayan bir kimsə olub qardaşı və ya bacısı olarsa, onlardan hər biri üçün altıda bir var. Əgər bundan çox isələr, bu halda – özü ilə edilən vəsiyyətdə və ya (varsa) borcdan sonra- üçdə birdə – zərərə uğradılmadan onlara şərikdirlər. (Bu sizə) Allahdan bir vəsiyyətdir, Allah, biləndir, (qullara) yumşaq olandır.
Qeyd Burada son hissədə mirasçı həyat yoldaşı, ana və qardaş-bacılardır.
4/176- Səndən fətva istəyirlər. De ki:
Həyat yoldaşları olmadığı zaman bölüşdürmədir.
“Allah, ‘uşaqsız və atasız olanın (kelle’nin)’ mirasına dair hökmü açıqlayır. Ölən şəxsin uşağı yoxdur da bacısı varsa, geridə qoyduqlarının yarısı bacısınındır.
Burada mirasa haqq sahibi olanlar yalnız ana və ölənin qardaş-bacılarıdır. Yəni ölənin yalnız bir bacısı bir də anası geridə qalmışsa, bunlar mirası yarı-yarıya bölüşmüşlər deməkdir
Amma (ölən) bacısının uşağı yoxdursa, özü (qardaşı) ona mirasçı olur.
Əgər bacısı iki isə, geridə qoyduqlarının üçdə ikisi onlarındır. Amma (mirasçılar) kişilər və bacılar isə, bu halda kişi üçün dişinin iki payı var.
Quranda bölüşdürmənin əvvəlcə şəkli üzərində dayanaraq kimə nə zaman mirasdan pay düşür, onu müəyyən etməyə çalışaq.
Nisa 11, 12, və 176-cı ayələr bölüşdürmə şərtlərinin və miqdarlarını müəyyən edəndir.
1- ON BİRİNCİ AYƏDƏ HƏYAT YOLDAŞLARI OLMADIĞI ZAMAN MİRASIN NECƏ PAY EDİLƏCƏYİNİ ƏLƏ ALIR.
a)- Allah uşaqlardan kişilər üçün iki dişinin hissəsi qədər tövsiyə edir.
b)- Bu ayədə həyat yoldaşlarının olmadığı bir bölüşdürmədən söz edir. Yəni vərəsə olan uşaqların qız, oğlan, ana və ata, və qardaş-bacılar olduğu zaman mirasın necə bölüşdürüləcəyi barədə məlumat verir.
c)- qız iki və ya ikidən çox olduğu zaman mirasın 2/3-nə sahibdirlər. Ata və ana mirasın qalan hissəsinə, yəni 1/3 hissənin ana 1/3, ata isə 2/3 hissəyə sahibdir. Çünki kişi Kişi, uşaq olduğu zaman mirasçı ata və ana hər biri üçün 1/6 olurdu.
Bölüşdürmə miqdarlarını riyazi olaraq nümunələr verərək açıqlamağa çalışaq.
Vəsiyyət və borcun çıxılmasından sonra ölən həyat yoldaşları 10000 TL. miras qoydu Bölüşdürmə necə olacaq? Yenə şərtlərə görə suallar verərək bölüşdürməni etməyə çalışaq.
Miras daima vəsiyyət və borcun çıxılmasından sonra geridə qalan miqdar üzərindən edilir.
Sual- 1= mirasa haqq sahibi üç qız uşağı və ana-ata var, nə qədər miras alırlar.
Qalan miqdar= 10000 Tl.
Qız uşağı ikidən çox olduğu üçün 2/3-nə sahib olurlar
10000/2/3=6666 Üç qızın aldığı miqdardır. Hər biri 2222 Tl. bölüşürlər.
Qalan miqdar ana və atadır.
10000/1/3= 3333 TL. edir. Bu miqdar 2/3 = 2222 TL. ataya 1/3 =1111 TL. anaya bölüşdürülür.
Əgər bunlar oğlan uşağı olmuş olsaydılar, ana və ata hissəsi 1/6 nisbətində olacaqdı. Qız uşağı və uşaq olmadığı zaman ata 2/3, ana isə 1/3 nisbətində hissə alırlar.
Yoxlamasını etsək, qızlara 6667+3333= 100000 Tl.dir, nəticə düzgün çıxır.
Sual- 2- Bir tək qız və ana-ata varsa, mirasın bölüşdürülmə şəkli necə olmalıdır.
Miqdar= 10000 Tl.
Qız bir tək olduğu zaman mirasın ½ hissəsini alır 10000/1/2 =5000 Tli qızın aldığı hissə.
Digər geridə qalan miqdar, yəni ½-si ana və ataya aiddir. Qız uşaq olduğu zaman ata qalan mirasın 2/3-nə, ana isə 1/3-nə sahib idilər.
5000/3=1666 TL. ananın iki qatı 3334 ataya aiddir.
Sual 3= Bir oğlan uşaq varsa, ana və atadan hər biri üçün 1/6 hissə var.
10000/1/6 anaya=1667 Ataya !/6=1667 TL. qalan miqdar =6666 TL. da oğlan uşağa aiddir.
Oğlan uşağı olduğu zaman ana və ata bərabər miqdarda 1/6 nisbətində alırlar, qız uşağı olduğu zaman ana 1/3, ata isə 2/3 nisbətində hissə sahibi olurlar, bu bilinməlidir.
Sual 4= Ölənlərin uşaqları yoxdursa, yalnız ana və ata ona mirasçıdırlarsa. Bu halda yenə ata mirasın 2/3-nə, ana isə 1/3-nə sahibdirlər.
10000/1/3 3333 ananın 6667 ataya aiddir
Sual 5 Ölən həyat yoldaşlarından iki bacı və bir ana mirasçıdırsa, pay necə edilməlidir?
10000/1/6 ananın 1667 qədərdir. Geridə qalan miqdar iki bacınındır.
10000- 1667= 8333 Tl ikisi/1/2=4166;5 Tl. Hər birinə əgər üç bacı olsaydı, qalan miqdar üç hissəyə bölünəcəkdi. Üç bacı iki qardaş olmuş olsaydı, kişi iki dişinin hissəsi qədər alacaqdı.
d)- Əgər qız uşaqları bir tək isə, mirasın ½-i qız uşağına, digər qalan 1/2 ana və ataya verilir. Ata burada 2/3 – ana isə qalan miqdarın 1/3 hissəsinə sahibdir.
e)- həyat yoldaşlarının bir oğlan uşağı varsa, ana-ata hər biri üçün 1/6 hissəyə sahibdir, qalan miqdar oğlan uşağınındır.
f)- Ölən həyat yoldaşlarının hər ikisinin uşaqları olmayıb da yalnız ana-ata ona mirasçıdırsa, hamısını alırlar. ana üçün 1/3 – ata da 2/3 nisbətində mirasın hamısına haqq sahibi olurlar.
g)- Ataları və uşaqları olmayıb da yalnız anaları varsa, o zaman qardaş-bacıları da haqq sahibi olur. Bu halda anaya düşən hissə 1/6 nisbətindədir. Qalan miqdar qardaş-bacılarınındır.
2- HƏYAT YOLDAŞLARINDAN HƏR HANSI BİRİNİN HƏYATDA OLMASI İLƏ ORTAYA ÇIXAN BÖLÜŞDÜRMƏ.
12-ci ayə bu halı açıqlayır.
a)- Əgər qadın ölər, kişi ona mirasçı qalarsa və uşaqları yox, ana və ata ona mirasçıdırsa, mirasın yarısı kişi olan həyat yoldaşınındır. Əgər uşaqları varsa, bu halda ¼-i kişi olan həyat yoldaşına aiddir. Qalan miqdar uşaqlara təsvir edilən nisbətdə bölüşmək üzrə uşaqlara aiddir.
10000 Tl. vəsiyyət və borcun çıxılmasından sonra qalan miqdar. Uşaq yoxdursa, ½ həyat yoldaşına gedir, digər geridə qalan miqdar ana və ataya qalır.
10000/1/2= 5000 TL kişi olan həyat yoldaşının
10000- 5000= 5000 TL Ana və ataya bu miqdar 1/3 =1667 anaya 2/3 = 3334 Tl ataya düşür.
Uşaqları varsa, kişi olan həyat yoldaşına mirasın ¼ nisbətində pay alır, qalan miqdarın hamısı uşaqlara qalır, ana və ataya həyat yoldaşı və uşaqlar olduğu zaman pay düşmür.
Sual= həyat yoldaşlarından kişi öldü, geridə üç oğlan iki qız bir də həyat yoldaşı qaldı, necə pay edilir.
10000/1/8 qadın olan həyat yoldaşı pay alır.o da 1250.Tl. geridə qalan miqdar uşaqlara, kişilərə iki dişinin hissəsi nisbətində pay edilir.
Üç oğlan olduğuna görə altı dişi payı alırlar. O zaman qalan miqdarı səkkizə böldüyümüzdə bir dişi payına düşəni tapmış oluruq.
10000- 1250=8750/8=1093,75 tl. bir dişi payı, bunlardan kişilər üçün iki dişi payı olunca hər kişi 2187.5 hissəyə sahib olurlar.
Sual- kişi öldü, ərin uşaqları yoxdursa, qadın həyat yoldaşı mirasın ¼-ni alır. geridə qalan miqdar ana və ataya qalır, onlarda 1/3- ana 2/3 qalan miqdarı ata alır.
10000/1/4= 2500 anaya düşən miqdar.
10000- 2500=7500 Tl. Ana və atanın aldığı miqdar Ata 7500/2/3=5000 Tl. Alır ana da 7500/1/3=2500. Tl.
b)Əgər kişi həyat yoldaşı ölər, qadın həyat yoldaşı həyatda isə və uşaqları yox, ana və atası varsa, mirasın ¼-i ona, qalan digər miqdar ana və ataya aiddir.
c) Yenə kişi həyat yoldaşı ölər də qadın həyat yoldaşı mirasçıdırsa, ölən həyat yoldaşının uşaqları da varsa, bu halda həyat yoldaşı qalan mirasın 1/8-ni alır, qalan miqdar uşaqlara təsvir edilən dişiyə verilənin iki qatı kişiyə verilmək üzrə pay edilir.
d)- həyat yoldaşlarından hər hansı biri varsa, uşaq və ata yoxdursa, qardaş-bacıları varsa, qardaş və bacı varsa, 1/6 qardaş-bacılara 1/6 anaya, qalan miqdar da həyat yoldaşına olur.
Sual:- həyat yoldaşlarından kişi öldü, uşaq və ata yoxdursa, bir ana iki bacı və qardaş bir də həyat yoldaşı qaldı, necə pay edilir?
10000/1/4 =2500 Tl. Həyat yoldaşına qalan miqdar, çünki uşağı yoxdur, bu səbəbdən ¼ miqdarına sahibdir.
Qardaş-bacıları varsa, qardaş və bacı mirasın 1/6 hissəsinə sahibdirlər.
Bacı10000/1/6=1667
Qardaş10000/1/6=1667 Tl.
Qalan miqdar da ananındır.4166 Tl. Anaya düşən miqdar.
Sual, Qadın həyat yoldaşı ölüb də atası və uşağı yoxdursa, miras qardaş-bacılar, ana və ər arasında bölüşdürülür.
10000/1/2= 5000 Tl. Ərə düşür.
Qardaşa= 1667 Tl.
Bacıya =1667 Tl.
Qalan miqdar da anaya düşür.
1667+1667+5000=8334 Cəm – 10000=1666 anaya düşən miqdardır.
e)- Əgər qardaş-bacılar birdən çox qızlar və oğlanlar isə, bu halda qalan mirası 1/3 nisbətində bərabər olaraq bölüşürlər. 1/6 anaya və qalan miqdar da qalan həyat yoldaşına qalır. Burada unudulmamalı olan, həyat yoldaşı uşaqsız və atasız isə, kişi el mirasçıdırsa, qalan mirasın yarısına, qadın həyat yoldaşı qalmışsa, qalan mirasın vəsiyyət və borcun çıxılmasından sonra ¼-nə haqq sahibidir.
Sual- = birdən çox qızlar və oğlanlar olması halında iki bacı bir qardaş qalan həyat yoldaşı və anaya düşən pay nə qədərdir?
10000/1/3= 3333 Tl. Qardaş-bacılara düşən hissə
Hər bir qardaş-bacıya qız-oğlan ayrımı edilmədən 1111 Tl. olaraq alırlar.
Həyat yoldaşlarından mirasçı kişi isə, 10000/1/2 hissəsini alır. O da 5000 Tl. edir.
Qalan miqdar da ananındır.5000+3334= 8834- 10000= 1666 Tl. olaraq haqq qazanır.
Həyat yoldaşlarından ər ölərsə, həyat yoldaşı, ana, və qardaş-bacılar mirasa haqq sahibi isələr. Necə bölüşdürmə edilir?
10000/1/4 = 2500 Tl. həyat yoldaşına aid düşən miqdar.
Qardaş-bacılara düşən hissə 10000/1/3= 3334/3= hər bir qardaş-bacıya düşən hissə 1111 tl. dir.
Anaya düşən payQalan miqdardır. 2500+3334=5834- 10000=4166 Tl. olaraq haqq qazanır.
3- NİSA 176-CI AYƏ HƏYAT YOLDAŞLARININ VƏ UŞAQLARIN VƏ ATANIN OLMADIĞI BİR MİRASIN BÖLÜŞDÜRÜLMƏSİNDƏN SÖZ EDİR.
a)—Ölən şəxslərin uşağı, atası və həyat yoldaşı yoxdursa, bir tək qız varsa, ½ bacıya, qalan miqdar da anaya qalır, o da ½ nisbətindədir.
Sual:- ölən həyat yoldaşlarının uşağı və atası yoxdur da 1 bacısı varsa, ana və bacıya nə qədər hissə digər
Bacıya10000/1/2=5000 T.
Anaya 10000/1/2= 50000 Tl. Olaraq haqq qazanırlar.
b)- ölən şəxsin bacısı yoxdursa, yalnız ana varsa, qalan mirasın hamısı anaya aiddir.
Ölən şəxsin bacısı yoxdursa, yalnız anası varsa, mirasın hamısını anası alır.
Anaya 10000/1/1= 10000 Tl.
Ölən şəxsin anası yoxdursa, bir tək qardaş-bacısı varsa, hamısını mirasın qardaş-bacısı alır.
10000/1/1=10000 Tl. dir.
c)- Ölən şəxsin bacısı iki isə, bu halda mirasın vəsiyyət və borcun çıxılmasından sonra2/3 nisbəti bacılarının 1(3 nisbəti də anaya aiddir.
Ölən şəxslərin bacıları iki isə, mirasın 2/3-nə sahibdirlər.
10000/2/3=6666 Tl. dir İki bacının cəmi, o da iki hissəyə bölünərsə, hər bir bacı 3333 tl. haqq sahibidir.
Anaya da 1/3 miqdar qalır.
10000/1/3= 3333 anaya düşən miqdardır.
d)- Əgər qardaş-bacılar dişili-kişili ikidən çox isə, yenə mirasın 2/3 nisbətində kişiyə dişinin iki hissəsi olaraq bölüşdürülür. Qalan 1/3 hissə anaya aid olur. Yenə bunlar vəsiyyət və borcun çıxılmasından sonradır.
Sual:2- qız üç oğlan və bir ana varsa, nə qədər miras alırlar?
10000/2/3= 6666 Qardaş-bacılara düşən pay kişili-dişili olunca hissələrinə düşən miqdar səkkizə bölünür. Çünki hər qardaş dişinin burada iki hissəsi qədər alır.
Bir qıza düşən hissə 833 Tl.
Hər bir oğlana düşən hissə iki dişinin hissəsi olunca 1666 Tl. dir.
Anaya düşən pay geridə qalandır. 10000- 6666=3334 Tl. dir.
Nəticə:
1- Ölənlərdən geridə qalanlardan mirasa haqq sahibi olanlar, Uşaqlar, həyat yoldaşları,ana, ata, və qardaş-bacılardır.
2- Uşaqlar və həyat yoldaşlarından əgər biri varsa, qalan miras yalnız uşaqlar və həyat yoldaşları arasında pay edilir,
3- ölən həyat yoldaşlarından əgər atası və uşağı yoxdursa, yalnız anaları varsa, o zaman qardaş-bacılara da miras düşür.
4- Ata və ana varsa, həyat yoldaşı və uşaqları da yoxdursa, yalnız mirasa ata və ana haqq sahibidirlər.
5- Ər ölərsə və uşağı da yoxdursa, qadın həyat yoldaşı və ya həyat yoldaşları mirasın ¼-nə haqq sahibidirlər. Əgər uşaqları varsa, mirasın 1/8-nə haqq sahibidirlər. Geridə qalan miqdar uşaq yoxdursa ana və ataya, varsa digər uşaqlar mirası dişilər bir, kişilər iki hissə olaraq bölüşürlər.
6- sayılanlar içərisində mirasa haqq sahibi olan bir tək ana varsa, mirasın hamısına ana sahib olur. Əgər bir tək bacı və ya qardaş varsa, mirasın hamısına bir tək qardaş və ya bacı sahib olur.
7- Ata, həyat yoldaşı və uşaqların olmadığı zamana qardaş-bacılara ancaq pay düşür.
8- Həyat yoldaşı, ata və uşaqlar olmadığı zaman qardaş-bacılardan kişi olanlara dişinin iki hissəsi qədər düşür.
9- əgər həyat yoldaşlarından biri həyatda olarsa, uşaqları və atası da yoxdursa, bacılar və qardaşlar 1/6 nisbətində hissəyə sahib olurlar.
10- Miras bölünərkən mütləq vəsiyyət və borcların çıxılmasından sonra olmalıdır.