Quranda Miras Bölgüsü ilə Bağlı Ayələrdə Riyazi Səhv Yoxdur
Allahın kəlamında ziddiyyət və səhv tapmağa özünü köklənmiş bəzi şəxslərin müxtəlif virtual kanallarda ( həmişə də eyni əzbər nümunədən yola çıxaraq ) miras ayələrinin tətbiq edilməsi halında geridə qalan mirasın səhvsiz bölüşdürülə bilmədiyi iddia edilir və hətta bu səhvi fərq edən sözdə Hz. Ömərin özünün tapdığı AVL-AVLİYE sistemi ilə bu vəziyyəti xilas etməyə çalışdığı əlavə edilir. Rəvayət mədəniyyətindən qaynaqlanan bu cəfəngiyyatların səbəbləri üzərindəki düşüncələrimi sonra söyləmək şərti ilə bu mövzunu açıqlamağa keçək….
Əvvəlcə əzbərlənmiş / köçürülən nümunəni verək ki , mövzunu bilməyənlər də anlaya bilsinlər..
İddiaya mövzu olan nümunə bu şəkildədir :……………….
Fərz edək ki, bir adam öldü və geridə 3 qız övlad, bir ana, bir ata və həyat yoldaşını qoydu. Ayələrə görə mirasın bölgüsü belə olacaq:
Mirasdan 3 qız övlada 2/3, ana və atanın hər birinə 1/6, həyat yoldaşına 1/8 qalacaq.
Bu vəziyyəti riyazi olaraq hesablasaq:
2/3 + 1/6 + 1/6 +1/8 = 27/24 = 1.125 olur. (Halbuki nəticənin 1 olması lazım idi).
Bu nəticə Quranda verilən nisbətlərin səhv olduğunu göstərir. Çünki miras % 112.5 olaraq mirasçılara paylana bilməz. % 100-ün üstündə bir paylama mümkün deyil.
Bir nümunə ilə bu vəziyyəti açıqlayaq:
Bir adam öldüyündə geridə qalan vərəsələr bunlar olsun: Həyat yoldaşı, 3 qızı, anası və atası.
Qız uşaqlarına mirasın 2/3, anaya 1/6, ataya 1/6, həyat yoldaşına 1/8 olaraq bölünəcək.
Adamın vəsiyyət və borcları ödəndikdən sonra qalan mirasının 120.000 lira olduğunu fərz edək
120.000 x 2/3 = 80.000 ( 3 qıza)
120.000 x 1/6 = 20.000 (anaya)
120.000 x 1/6 = 20.000 (ataya)
CƏMİ: 120.000 lira.
Göründüyü kimi, adamın həyat yoldaşına mirasdan heç pay qalmadı.
Əgər həyat yoldaşına da verilə bilsəydi, 120.000 x 1/8 = 15.000 lira alması lazım idi. O zaman mirasın 135.000 lira olması lazım idi. Bax bu vəziyyət açıq şəkildə göstərir ki, Quran ayəsi səhvdir.(həşa)…..
CAVAB : …………………………………………………………
Əvvəlcə Quranda miras bölgüsü ilə bağlı ayələrin mənalarını yazaq….
Nisa surəsi, 11. ayə;
ALLAH sizə uşaqlarınız barədə öyüd verir. Kişi, qadının iki qatı pay alır. Mirasçılar yalnız qadın olub iki nəfərdən çox isələr, tərəkənin üçdə ikisi onlarındır. Uşaq yalnız bir qadınsa, tərəkənin yarısı onundur. Ölən şəxs arxasında uşaq qoymuşsa, ana və atasının hər birinə altıda bir düşür. Uşağı yoxdur da özünə yalnız ana və atası vərəsə olursa, bu halda anasına üçdə bir pay düşür. Qardaş-bacısı varsa, bu halda anasına altıda bir düşür. Bütün bu bölgü nisbətləri ölənin etdiyi vəsiyyətdən və borcların ödənməsindən sonra gəlir. Analarınız, atalarınız və uşaqlarınızdan hansının sizə daha faydalı olduğunu bilə bilməzsiniz. Bu, ALLAHın qanunudur. ALLAH Biləndir, Müdrikdir.
Nisa surəsi,12. ayə;
Uşaqları yoxdursa, xanımlarınızın qoyduğu mirasın yarısı sizindir. Uşaqları varsa, qoyduqlarının dörddə biri sizindir. Bu pay, borclarının ödənməsindən və etdikləri vəsiyyətdəki payların paylanmasından sonradır. Uşaqlarınız yoxdursa, qoyduğunuzun dörddə biri onlarındır. Uşaqlarınız varsa, qoyduğunuzun səkkizdə biri onlarındır. Bu pay, borclarınızın ödənməsindən və etdiyiniz vəsiyyətdəki payların paylanmasından sonradır. Miras qoyan kişinin və ya qadının, uşağı və həyat yoldaşı olmayıb bir qardaşı və ya bir bacısı varsa, bu halda hər birinə altıda bir düşür. Bundan çox isələr, üçdə biri bölüşürlər. Bu bölgü vəsiyyətdəki payların paylanmasından və borcların ödənməsindən sonra tətbiq edilməlidir ki, heç kimə zərər verilməsin. Bu, ALLAHdan bir vəsiyyətdir. ALLAH Bilir, Şəfqətlidir.
Nisa surəsi, 176. ayə;
Səndən məsləhət soruşurlar. De ki: ‘ALLAH sizə həyat yoldaşsız və uşaqsız olan şəxsin mirası barədə bu hökmü açıqlayır: Ölən kişinin uşağı olmayıb bir bacısı varsa, qoyduğu mirasın yarısı bacısınındır. Lakin, (ölən şəxs) uşağı olmayan bacıdırsa, qardaş bacısının mirasının hamısını alır. Vərəsələr iki bacı isə, qoyulanın üçdə ikisi onlarındır. Qardaş-bacılar kişilərdən və qadınlardan ibarətdirsə, kişiyə qadının iki qatı qədər pay verilir.’ Çaşmamağınız üçün ALLAH sizə beləcə açıqlayır. ALLAH hər şeyi Biləndir.
Bu ayələrin işığında çıxarışlar;
1- ON BİRİNCİ AYƏDƏ HƏYAT YOLDAŞLARI OLMADIĞI ZAMAN MİRASIN NECƏ PAY EDİLƏCƏYİNİ ƏLƏ ALIR
a)- Allah uşaqlardan kişilər üçün iki dişinin hissəsi qədər tövsiyə edir.
b)- Bu ayədə həyat yoldaşlarının olmadığı bir bölüşdürmədən söz edir. Yəni vərəsə olan uşaqların qız, oğlan, ana və ata, və qardaş-bacılar olduğu zaman mirasın necə bölüşdürüləcəyi barədə məlumat verir.
c)- qız iki və ya ikidən çox olduğu zaman mirasın 2/3-nə sahibdirlər. Ata və ana mirasın qalan hissəsinə, yəni 1/3 hissənin ana 1/3, ata isə 2/3 hissəyə sahibdir. Çünki kişi Kişi, uşaq olduğu zaman mirasçı ata və ana hər biri üçün 1/6 olurdu.
2- ON İKİNCİ AYƏDƏ HƏYAT YOLDAŞLARINDAN HƏR HANSI BİRİNİN HƏYATDA OLMASI İLƏ ORTAYA ÇIXAN BÖLÜŞDÜRMƏ
a)- Əgər qadın ölər, kişi ona mirasçı qalarsa və uşaqları yox, ana və ata ona mirasçıdırsa, mirasın yarısı kişi olan həyat yoldaşınındır. Əgər uşaqları varsa, bu halda ¼-i kişi olan həyat yoldaşına aiddir. Qalan miqdar uşaqlara təsvir edilən nisbətdə bölüşmək üzrə uşaqlara aiddir. Uşaqları varsa, kişi olan həyat yoldaşına mirasın ¼ nisbətində pay alır, qalan miqdarın hamısı uşaqlara qalır, ana və ataya həyat yoldaşı və uşaqlar olduğu zaman pay düşmür.
b)Əgər kişi həyat yoldaşı ölər, qadın həyat yoldaşı həyatda isə və uşaqları yox, ana və atası varsa, mirasın ¼-i ona, qalan digər miqdar ana və ataya aiddir.
c) Yenə kişi həyat yoldaşı ölər də qadın həyat yoldaşı mirasçıdırsa, ölən həyat yoldaşının uşaqları da varsa, bu halda həyat yoldaşı qalan mirasın 1/8-ni alır, qalan miqdar uşaqlara təsvir edilən dişiyə verilənin iki qatı kişiyə verilmək üzrə pay edilir.
d)- həyat yoldaşlarından hər hansı biri varsa, uşaq və ata yoxdursa, qardaş-bacıları varsa, qardaş və bacı varsa, 1/6 qardaş-bacılara 1/6 anaya, qalan miqdar da həyat yoldaşına olur.
e)- Əgər qardaş-bacılar birdən çox qızlar və oğlanlar isə, bu halda qalan mirası 1/3 nisbətində bərabər olaraq bölüşürlər. 1/6 anaya və qalan miqdar da qalan həyat yoldaşına qalır. Burada unudulmamalı olan, həyat yoldaşı uşaqsız və atasız isə, kişi el mirasçıdırsa, qalan mirasın yarısına, qadın həyat yoldaşı qalmışsa, qalan mirasın vəsiyyət və borcun çıxılmasından sonra ¼-nə haqq sahibidir.
3- NİSA SURƏSİ 176. AYƏ HƏYAT YOLDAŞLARININ VƏ UŞAQLARIN VƏ ATANIN OLMADIĞI BİR MİRASIN BÖLÜŞDÜRÜLMƏSİNDƏN SÖZ EDİR
a)—Ölən şəxslərin uşağı, atası və həyat yoldaşı yoxdursa, bir tək qız varsa, ½ bacıya, qalan miqdar da anaya qalır, o da ½ nisbətindədir.
b)- ölən şəxsin bacısı yoxdursa, yalnız ana varsa, qalan mirasın hamısı anaya aiddir.
c)- Ölən şəxsin bacısı iki isə, bu halda mirasın vəsiyyət və borcun çıxılmasından sonra2/3 nisbəti bacılarının 1(3 nisbəti də anaya aiddir.d)- Əgər qardaş-bacılar dişili-kişili ikidən çox isə, yenə mirasın 2/3 nisbətində kişiyə dişinin iki hissəsi olaraq bölüşdürülür. Qalan 1/3 hissə anaya aid olur. Yenə bunlar vəsiyyət və borcun çıxılmasından sonradır.
NƏTİCƏ :
1- Ölənlərdən geridə qalanlardan mirasa haqq sahibi olanlar, Uşaqlar, həyat yoldaşları,ana, ata, və qardaş-bacılardır.
2- Uşaqlar və həyat yoldaşlarından əgər biri varsa, qalan miras yalnız uşaqlar və həyat yoldaşları arasında pay edilir,
3- ölən həyat yoldaşlarından əgər atası və uşağı yoxdursa, yalnız anaları varsa, o zaman qardaş-bacılara da miras düşür.
4- Ata və ana varsa, həyat yoldaşı və uşaqları da yoxdursa, yalnız mirasa ata və ana haqq sahibidirlər.
5- Ər ölərsə və uşağı da yoxdursa, qadın həyat yoldaşı mirasın ¼-nə haqq sahibidirlər. Əgər uşaqları varsa, mirasın 1/8-nə haqq sahibidirlər. Geridə qalan miqdar uşaq yoxdursa ana və ataya, varsa digər uşaqlar mirası dişilər bir, kişilər iki hissə olaraq bölüşürlər.
6- sayılanlar içərisində mirasa haqq sahibi olan bir tək ana varsa, mirasın hamısına ana sahib olur. Əgər bir tək bacı və ya qardaş varsa, mirasın hamısına bir tək qardaş və ya bacı sahib olur.
7- Ata, həyat yoldaşı və uşaqların olmadığı zamana qardaş-bacılara ancaq pay düşür.
8- Həyat yoldaşı, ata və uşaqlar olmadığı zaman qardaş-bacılardan kişi olanlara dişinin iki hissəsi qədər düşür.
9- əgər həyat yoldaşlarından biri həyatda olarsa, uşaqları və atası da yoxdursa, bacılar və qardaşlar 1/6 nisbətində hissəyə sahib olurlar.
10- Miras bölünərkən mütləq vəsiyyət və borcların çıxılmasından sonra olmalıdır.
İndi məşhur nümunəmizə qayıdaq;
Nümunəyə mövzu olan mirasda geridə vəfat edən şəxsin xanımı və uşaqları həyatda olduğuna görə, bu halda tərəkənin bölüşdürülməsi NİSA 12 ayəsinin mövzusudur. Xanımı və qızları arasında pay edilir. Mirasın 1/ 8 ‘ i xanımına, geridə qalan 7/8 isə qızları arasında bərabər olaraq pay edilir. Mövzunu anlamaq bu qədər ASAN.
Deməli, Quranı anlamamağa özünü kökləyən həm ənənəçi məktəb, həm də Quran düşmənləri eyni nöqtədə bir daha görüşmüşlər və bu qədər sadə bir mövzunu belə sanki içindən çıxıla bilməyən və səhv bir vəziyyət varmış kimi təqdim etməyə çalışırlar. Halbuki onsuz da Allahın kəlamında, riyaziyyatın özünü də yaratmış olan Allahın həşa səhv etdiyini iddia etmək başlı başına bir ağıl tutulmasıdır……