Neçə Mələk Məryəmlə Danışırdı?
Məryəmin mələklərlə danışdığından bəhs edilən ayələrdə bir yerdə tək mələk olduğu digər yerdə cəm bir ifadə olduğu, deməli bu iki ayə qrupu arasında bir ziddiyyət yarandığı iddia edilir. Bu iddianın doğrusunu öyrənmək üçün əvvəlcə ayələrə baxaq:
Sonra onlardan tərəf (özünü gizlədən) bir pərdə çəkmişdi. Beləliklə ona ruhumuzu (Cibrili) göndərmişdik, o da, düzgün bir bəşər qiyafəsində görünmüşdü. Demişdi ki: “Həqiqətən mən, səndən Rəhman (olan Allah)a sığınıram. Əgər təqva sahibisənsə (mənə yaxınlaşma).”Demişdi ki: “Mən, yalnız Rəbbindən (gələn) bir elçiyəm; sənə tərtəmiz bir oğlan uşağı bəxş etmək üçün (buradayam).” (19 Məryəm surəsi – 17/19)
(Zəkəriyyə) “Rəbbim, mənə bir əlamət (ayə) ver.” dedi. “Sənə əlamət, işarələşmə istisna olmaqla, insanlarla üç gün danışmamağındır. Rəbbini çoxca zikr et və axşam-səhər Onu təsbeh et.” dedi. Bir zaman mələklər: “Məryəm, şübhəsiz Allah səni seçdi, səni arındırdı və aləmlərin qadınlarına üstün etdi.” demişdi. “Məryəm, Rəbbinə könüldən itaət et, səcdə et və rüku edənlərlə birlikdə rüku et.” (3 Ali-İmran surəsi – 41/43)
Bu iki ayə qrupu oxunduqda fərqli iki hadisənin izah edildiyi görülür. Məryəm surəsindəki ayələrdə Məryəmin Cəbrayılla qarşılaşmasından söz edilir. Ali-İmran surəsindəki ayələrdə isə izah edilən fərqli bir hadisədir. Burada başqa bir yerdə, başqa bir zamanda Məryəm ilə mələklərin danışmasından söz edilir. Deməli bir yerdə cəm mələklərdən söz edilməsi ilə digər yerdə tək ruhdan (Cəbrayıl) söz edilməsi arasında bir ziddiyyət yoxdur.