Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Firon Boğuldumu? Xilas Oldumu?

Qurana qarşı gətirilən iddialardan biri də Fironun boğulması barədədir. Bu iddiaya görə bəzi ayələrdə Fironun boğulduğu söylənsə də bəzilərində xilas olduğu söylənilir. Bu mövzudakı iddia da eynilə digərləri kimi həqiqəti əks etdirmir. Bu mövzu ilə bağlı ayələr belədir:

قَالَ لَقَدْ عَلِمْتَ مَآ أَنزَلَ هَٰٓؤُلَآءِ إِلَّا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ بَصَآئِرَ وَإِنِّى لَأَظُنُّكَ يَٰفِرْعَوْنُ مَثْبُورًا فَأَرَادَ أَن يَسْتَفِزَّهُم مِّنَ ٱلْأَرْضِ فَأَغْرَقْنَٰهُ وَمَن مَّعَهُۥ جَمِيعًا

“Göylərin və yerin Rəbbindən başqasının bu dəlilləri endirmədiyini yaxşı bilirsən. Firon, səni məhv olmuş biri kimi görürəm!” Onları yer üzündən qaldırmaq istədikdə də onu və yanındakıları birlikdə suda boğduq. (17 İsra surəsi, 102-103)

ءَآلْـَٰٔنَ وَقَدْ عَصَيْتَ قَبْلُ وَكُنتَ مِنَ ٱلْمُفْسِدِينَ فَٱلْيَوْمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنْ خَلْفَكَ ءَايَةً وَإِنَّ كَثِيرًا مِّنَ ٱلنَّاسِ عَنْ ءَايَٰتِنَا لَغَٰفِلُونَ

“Çox gec! Daha əvvəl baş qaldırmış və pozğunçulardan olmuşdun. Səndən sonrakı nəsillərə ibrət olmaq üçün bu gün sənin cəsədini qoruyacağıq. Lakin insanların əksəriyyəti işarələrimizdən xəbərsizdirlər.” (10 Yunus surəsi, 91-92)

İsra surəsindəki ayələrə baxdığımızda Firon və onunla birlikdə olanların boğulduğu söylənilir. Yunus surəsində isə söylənən cəsədinin qorunduğudur. Burada qorunan canlı olaraq bədəni deyildir.

Musanın ardınca onu izləmək üçün yarılan dənizə girən Firon, dənizin yenidən qapanması ilə boğulmuşdur. Lakin onun ölü bədəni bu əsnada itməmiş və qorunmuşdur. Bu qorunan cəsəd mumiyalanmış olaraq günümüzə qədər də gəlib çatmışdır. Deməli bu ayələr də Fironun canlı olaraq qorunduğu yönündə bir ifadə yoxdur. Ayələr arasında da heç bir ziddiyyət yoxdur.