Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda dua: Şifahi Dua və Feli Dua

Mündəricat
  1. Giriş
  2. Quranda Dua necə İzah Edilir?
  3. Allaha Səmimi Münasibətlə Dua Etmək
  4. Duanın mövzusu yalnız dünyəvi nemətlər deyildir
  5. Duanın Yeri və Zamanı
  6. Duanın Qəbul Ediləcəyindən Əmin Olaraq Dua Etmək
  7. Şifahi Dua və Feli Dua
  8. Allahdan Başqasına Dua Edilməz
  9. Cahiliyyənin Dua Anlayışı
  10. Quranda Peyğəmbərlərin Duaları
  11. Quranda Müsəlmanların Duaları
  12. Nəticə

Allah yer üzündə meydana gələn bütün hadisələri müəyyən səbəblərə bağlamışdır. Dünyadakı və kainatdakı hər şey Allahın qoyduğu qanun və qaydalara görə işləyər. Allah şifahi duanın yanında insanların səyləriylə dualarının reallaşmasını nə qədər arzuladıqlarını göstərmələrini gözləyir. Bu da “feli dua” dır.

Feli dua adamın hər hansı bir arzusuna çatmaq üçün əlindən gələn hər şeyi tamamilə etməsini ifadə edər. Bir insanın universitet imtahanına girmək üçün forma doldurması, hazırlığa getməsi, dərs çalışması bir duadır. Bununla birlikdə bütün bu işləri edərkən Allahın özünə müvəffəqiyyət verməsi üçün istəkdə olması da bir duadır. Feli dua şifahi dua ilə birlikdə edilməsi lazım olan təməl bir ibadətdir. Feli və şifahi duanı açıqlayan bir başqa nümunə tövbədir. İnsanın işlədiyi bir günaha qarşılıq tövbə etməsi və bağışlanma diləməsi şifahi bir duadır. Ancaq insanın məsuliyyəti bununla qurtarmır. Özünü pisliklərdən qoruması üçün Allaha dua edən insanın bu mövzuda bir səy göstərməsi, seçim etməsi lazım olan vəziyyətlərdə iradəsinə hakim olaraq doğru olan yolu seçməsi lazımdır. Yəni tövbə edib imtina etdiyi pis davranışına bir daha geri dönməməlidir. Bunlar isə onun feli duasıdır.

Bir işin reallaşması üçün dua edib oturan insanın etmiş olduğu hərəkət nə qədər səhv isə, bütün işləri və tədbirləri aldıqdan, yəni əməli duasını tamamladıqdan sonra “bu işi mən tamamladım” deyərək şifahi dua etməyənin etmiş olduğu davranışı da o dərəcə səhvdir.