Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda dua: Duanın mövzusu yalnız dünyəvi nemətlər deyildir

Mündəricat
  1. Giriş
  2. Quranda Dua necə İzah Edilir?
  3. Allaha Səmimi Münasibətlə Dua Etmək
  4. Duanın mövzusu yalnız dünyəvi nemətlər deyildir
  5. Duanın Yeri və Zamanı
  6. Duanın Qəbul Ediləcəyindən Əmin Olaraq Dua Etmək
  7. Şifahi Dua və Feli Dua
  8. Allahdan Başqasına Dua Edilməz
  9. Cahiliyyənin Dua Anlayışı
  10. Quranda Peyğəmbərlərin Duaları
  11. Quranda Müsəlmanların Duaları
  12. Nəticə

Dua edərkən dünya həyatımız üçün də nələrsə istəməliyik, yoxsa “dünyadan keçib” də yalnız axirət həyatına mı yönəlməliyik?

Allah səmimi möminlər üçün hər ikisini də xeyirli görmüşdür. Əlbəttə ki, dünya həyatı sona çatacaq olan çox qısa bir həyatdır. Hər nemətin, adamı Allaha yaxınlaşdırma və şükrə vəsilə olma ehtimalı vardır. Bir nemətə baxılaraq cənnət təfəkkür edilə bilər, Allahın sifətləri xatırlana bilər, Allahın şanı ucaldıla bilər. Elə bu səbəbdən ötəri Allah möminlərə həm dünya həyatları, həm də axirət həyatları üçün dua etmələrini nəsihət edir. Yalnız dünya həyatının keçici bəzəyinə yönəlib axirəti unutmamaları üçün də onları xəbərdar edir. Ayələrdə belə buyurulur:

İnsan öz dünyasına aid şeylər üçün istəkdə olur. Nə üçün yaşayırsa, onu ən çox nə maraqlandırırsa, nəyə daha çox vaxt xərcliyirsə duasını da onlar üçün edər. Allah üçün yaşayan bir insanın məqsədi Allahın özündən istədiklərini yerinə yetirməyə çalışmaqdır. Bu səbəblə, duası da o istiqamətdə olar.

İnsanın dünyaya aid istəkləri reallaşa bilər. Amma bunlar az əvvəl ifadə etdiyimiz kimi, özü üçün düşündüyü kimi xeyirli olmaya bilər. Pul üçün istəkdə olur, amma sonra pul onun inkarçılığını artıran bir keçici zövq ola bilər. Çünki tam mənasıyla maddiyyatin ilah edildiyi bu mövzuda həmsöhbət olduğu və olacağı hər şey və hardasa hər kəs bütünlüklə dinin gərəkləriylə təzad təşkil edəcək.

İstək, dünyəvi bir istəkdir və qarşılığını dünyada görəcək. Axirətdəki qarşılığı isə heç də ümid etdiyi kimi çıxmaya bilər. Budur, dünya həyatının cazibədar xüsusiyyətlərindən bəziləri bir ayədə belə sıralanır:

Dünyada bu dünyəvi istək və ehtirasların reallaşmasının insana gətirdiyi müəyyən bəzi qazanclar əlbəttə var. Amma dünyadakı bu qazanclar axirət üçün bir itki ola bilər. Dünyəvi istəklərin axirət üçün də bir qazanc təmin edən istiqamətləri vardır. Buna ən gözəl nümunə peyğəmbərlərdədir.

Bu mübarək insanlar dünya həyatının keçici ləzzəti olan qazancları yalnız Allahın razılığını qazanmaq üçün istəmişlər. Bunların ən başlıcaları maddiyyat, soyun davamı, cəmiyyətdə müəyyən bir status əldə etmək kimi mövzulardır.

Peyğəmbərlərin istəkləri tamamilə Allahı məmnun etməyə istiqamətlidir.

Heç bir peyğəmbər uşaq əldə etməyi, özündən sonra adını davam etdirmə imtiyazını əldə edə bilmək üçün istəməmişdir. Uşağı, yalnız özlərindən sonra iman edənlərə öndər olması üçün istəmişlər.

Buna qarşılıq öz soyunun davamını dünyada lovğalanmağa görə istəyən bir adamın bu istəyi axirətdə özü üçün bir şər olar. Çünki ancaq öz ehtiras və üstünlük istəyini təmin etmək üçün belə bir istəkdə olmuş və bu istəyi onun Allahı xatırlamasına maneə törətmişdir. Allah bu istəyin qarşılığını dünyada verər amma axirətdə nəsibi olmaya bilər.

Yalnız dünya nemətlərini istəyərək edilən dua bir mömin davranışı olmadığı kimi, Allaha qarşı böyük bir səmimiyyətsizlikdir. Möminlərin əsl hədəfləri cənnətdir. Dua edən insan əgər həqiqətən möminsə əsl yurdu olan cənnəti unudaraq bütün duasını müvəqqəti olan dünya həyatının nemətlərinə sıxlaşdırmamalıdır. Allahdan həm dünyada, həm axirətdə gözəllik istəməlidir.

Dualar şəxsi deyil, bütün möminlər üçün olmalıdır Cahiliyyə cəmiyyətində insanlar mal, sərvət, övlad, yoldaş və əminamanlığın ən yaxşısının özlərində olmasını istəyərlər. Yaxın yoldaşlar olan kəslərin, hətta qohumların arasında belə qısqanclıqdan, həsəddən qaynaqlanan çəkişmələrin yaşandığına və insanların özlərinə rəqib olaraq görə biləcəkləri hər kəsə zərər verməyə çalışdığına şahid olmuşuq.

Halbuki, Quranda təsvir edilən mömin modelini yaşayan insan həm dünya həyatındakı gözəllikləri, həm də axirətdəki nemətləri digər möminlərlə birlikdə yaşayar. Dünyada nemətlər məhdud olduğundan bunları onlarla paylaşması, bəzən də öz nəfsindən fədakarlıq edərək qardaşına ehsan etməsi vacib ola bilər. Necə ki, Quranda mömin xüsusiyyətləri deyilərkən bu xüsusiyyətə də ayrıca diqqət çəkilir. Bir ayədə belə buyurulur:

Möminlərin bir-birlərinə olan bu bağlılıqları, bir-birlərinin yaxşılığı üçün sərf etdiyi işlərin əhəmiyyəti Quranın başqa ayələrində də təkrarlanır:

Möminlər arasındakı həmrəylik, əlbəttə ki, dualarına da əks olunmaqdadır.

İlk öncə diqqət çəkilən Qurandakı möminlərin dualarında Allaha xitab edərkən əksəriyyətlə “mən” deyil, “biz” demələridir. Yəni dua edən bir mömin Allahdan istədiyi hər şeyi yalnız özü üçün deyil, bütün möminlər üçün istəyər. Əlbəttə ki, insan fərdi olaraq da Allaha dua edər. Hər cür neməti əldə edə bilmək üçün, səhvlərinin düzəlməsi üçün, qiyamət günü xor və alçaq qalmaması üçün, cəhənnəm əzabından qurtarmaq üçün Allahdan kömək istəyə bilər. Amma bununla yanaşı bir çox mövzuda da özü üçün istədiklərini digər möminlər üçün də istəməsi, Quranda nümunə olaraq göstərilən bir xüsusiyyətdir. Aşağıdakı bir neçə ayə bu mövzuda yol göstəricidir: