heyrətə düşdüyünüz son dərəcə qüsursuz və kompleks strukturları və sistemləri meydana gətirdiklərini iddia edəcək.
Sizə təqdim edilən digər alternativ isə bütün bu gördüklərinizin üstün ağıl sahibi, hər şeyə güc yetirən Yaradıcı tərəfindən var edildiyini, heç birinin təsadüflərlə meydana gələ bilməyəcəyini, ətrafınızda gördüyünüz bütün sistemlərin üstün güc sahibi Yaradıcının əsəri olduğunu söyləyəcək. O Yaradıcı bənzərsiz güc sahibi Allahdır. Bu mərhələdə vicdanınıza üz tutaraq qərar verməlisiniz. Saysız təfərrüat ehtiva edən, möhtəşəm sistemlərin təsadüflərlə meydana gəlməsi və yenə öz-özünə bu qədər qüsursuzluq içində işləməsi mümkündürmü?
Vicdanından istifadə hər insan bu suala cavab verə bilər və kainatdakı hər şeyin Yaradıcısı olduğunu və bu Yaradıcının çox üstün ağıla, çox üstün gücə sahib olduğunu və hər şeyə qadir olduğunu qavraya bilər. Çünki ətrafındakı hər şeydə Allahın dəlilləri açıq şəkildə görülür. Kainatda və canlılarda var olan nizam və mükəmməl uyğunlaşma yaradılış həqiqətinin dəlillərindəndir. Bu, son dərəcə açıq, aydın və müzakirəsiz həqiqətdir. Yalnız yaradılmışlar arasındakı böyük uyğunluğu görmək belə vicdanın, bunların bir-birlərindən müstəqil olaraq təsadüflərlə yaranmayacaqlarını, hamısının tək Yaradıcımız olan Allahın əsəri olduğunu görməsi üçün yetərli olacaq. Ancaq, vicdanından istifadə etməyən biri eyni anlayışa sahib ola bilməz. Çünki bu qavrayış ağılla qazanılır və ağıl ancaq vicdana uyulduğunda ortaya çıxan mənəvi xüsusiyyətdir. Vicdana uyğun olaraq edilən hər rəftar ağılın meydana gəlməsini və inkişafını təmin edər. Lakin burada “ağılın tərifi” diqqət edilməli olan əhəmiyyətli nöqtədir. Ağıl, gündəlik həyatda istifadə edilən mənasından, yəni zəkadan fərqli anlayışdır. İnsan nə qədər ağıllı olursa olsun, məlumatı, mədəniyyəti, nə qədər çox olursa olsun, vicdanından istifadə etmirsə “ağılsız” olacaq və bir çox həqiqəti görə bilməyəcək, gördüklərini də qavramayacaqdır.
Zəka ilə vicdanın qazandırdığı ağıl arasındakı fərqi belə örnəklə aydınlaşdıra bilərik: Bir alim, hüceyrə ilə əlaqədar illərcə çox dərin və ətraflı tədqiqatlar apara bilər. Bu mövzuda dünyanın ən məlumatlı insanı da ola bilər. Ancaq əgər ağıl və vicdandan məhrumdursa, bu adam yalnız hüceyrə ilə əlaqədar məlumatlara sahib olacaq, yəni bu məlumatları yalnız “daşıyacaq”. Bu məlumatların istiqamətində nəticə çıxara bilməyəcək. Halbuki vicdan və ağıl sahibi insan, hüceyrədəki möcüzəvi xüsusiyyətləri, təfərrüatlarındakı mükəmməllikləri görərək, bu qədər kompleks quruluşun ancaq və ancaq Yaradanı, üstün ağıl sahibi nizamlayanı olduğunu anlayar. İnsan vicdanla düşünməyə davam edərsə bu nəticəyə çatacaq: Hüceyrəni bu mükəmməllikdə yaradan güc, digər bütün canlı və cansız varlıqların da Yaradıcısı olmalıdır. Quranda, vicdanını dinləyərək bu üsulla Allahı tapan İbrahim Peyğəmbər nümunə verilir: Yuxarıdakı ayələrdə İbrahim Peyğəmbərin ağıl yoluyla Allahı necə tapdığı görülür. Vicdanı ilə, ətrafında gördüyü hər şeyin ancaq yaradılmış varlıq olduqlarını, Yaradanın isə onlardan çox daha üstün varlıq olduğunu anlamışdır. Vicdanına üz tutan hər kəs, ona izah edən biri olmasa belə bu həqiqəti görə biləcəkdir. Ehtiraslarını, hərisliyini qarışdırmadan səmimi olaraq, yalnız vicdanından istifadə edərək düşünən hər kəs Allahın açıq-aşkar varlığını və Ucalığını qavraya bilər.
Vicdanları Allahı bildiyi halda inkar edənlərə zəmanəmizdən nümunə: Təkamülçülər Bir insan həqiqətlər açıq-aşkar qarşısındaykən, bu həqiqətləri görmək istəməzsə, hətta bu həqiqətləri yoxmuş kimi davranmağa çalışarsa, bu insan, zəkasına baxmayaraq pis vəziyyətə düşəcək. Vicdanında doğrunu bilən adamın bunu qəbul etməməsinin səbəbi, ümumiyyətlə bu həqiqətin maraqlarına zidd düşməsidir. Çünki insanın Allahın varlığını qəbul etməsi, özündən çox üstün, itaət etməli olduğu, möhtac olduğu, məsul olduğu varlığı qəbul etməsi deməkdir çünki.
Vicdanın bağlı olmasının, zəkaya və biliyə baxmayaraq insanı necə vəziyyətlərə sala biləcəyinə dair yaxın zamanımızdan hər kəsin tanıdığı nümunə verək: Francis Crick, 1950-ci illərdə DNT-nin quruluşunu kəşf edən iki elm adamından biridir. Bu, şübhəsiz ki, elm tarixi üçün çox əhəmiyyətli ixtiradır; çox uzun tədqiqatlar, böyük bilik təcrübəsi və Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu mənim Rəbbimdir!” – dedi. O batdıqda isə: “Mən batanları sevmirəm!” – dedi. Doğan ayı gördükdə: “Bu mənim Rəbbimdir!” – dedi. O batdıqda isə: “Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım” – dedi. Doğan günəşi gördükdə: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!” – dedi. O batdıqda isə dedi: “Ey qövmüm! Həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam! Doğrudan da mən, hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm”. (Ənam surəsi, 76-79) təbii zəka tələb edirdi. Necə ki, bu “alim” apardığı tədqiqatlardan ötrü Nobel mükafatı qazanmışdı.
Francis Crick, hüceyrə ilə əlaqədar işləri əsnasında hüceyrənin quruluşuna, içindəki gizli plana heyran qalmışdır. Qatı təkamülçü olmasına baxmayaraq, DNT-nin möcüzəvi quruluşuna şahid olduqdan sonra yazdığı əsərində elmi həqiqəti belə ifadə etmişdir: “Bu gün sahib olduğumuz məlumatlar əsasında, dürüst adamın edə biləcəyi tək şərh həyatın möcüzə əsəri olaraq ortaya çıxmasıdır.”
Təkamülə və bu səbəbdən həyatın təsadüflər nəticəsində meydana gəldiyinə inanan Crick, hüceyrədəki təfərrüatları görüncə yuxarıdakı sözləri söyləmiş və hüceyrənin var olmasının təsadüflərlə mümkün olmadığını, bunun ancaq möcüzə ola biləcəyini ifadə etmişdir. Halbuki təkamülçülər təsadüfdən başqa şərhə inanmazlar, çünki bu onların Allahın varlığını qəbul etmələrini tələb edir.
Hüceyrədəki mükəmməlliyi və qüsursuzluğu yaxından görmək Crickə o qədər təsir etmişdir ki, ideologiyasına zidd olmasına baxmayaraq bunu etiraf etmək məcburiyyətində qalmışdır. Ancaq Crick, vicdanına uzun müddət tabe olmamış və Allahın varlığını qəbul edə bilməyəcəyini, bu səbəblə üstün ağıl tələb edən və təsadüflərlə açıqlana bilməyən bu prosesi Allahın deyil “yadplanetlilərin” yaratdığını iddia etmişdir. Yəni Crickə görə həyatı yaradan Allah deyil, yadplanetlilərdir. Yadplanetlilər dünyaya ilk DNT-ni gətirərək həyatı başlatmışlar! Məhz vicdanı həbs etmək, təzyiq altına alaraq səsini kəsmək, hər nə qədər ağıllı və ya mədəni də olsa adamı bu vəziyyətə gətirir. Bu Nobel mükafatlı “elm adamı”, bu qədər üstün quruluşu meydana gətirə biləcək yadplanetlinin necə yaradıldığını belə düşünə bilməyəcək qədər dayaz düşüncəyə malikdir.
Allahın varlığının dəlilləri hər kəs üçün çox açıq və görülə biləndir. Bütün kainata hakim olan nizamın Yaradıcısının Allah olduğu çox açıq həqiqətdir. Allahın varlığını inkar edənlərin bir qismi, həqiqətən iman gətirmədikləri üçün deyil, bəzi dünyəvi mənfəətlər səbəbiylə Allahı inkar edirlər. Vicdanında hər kəs Allahın varlığını, sonsuz gücünü bilir. Ancaq Allah var deyən və Allahın gücünü gərəyi kimi qavrayan insan, Ona qarşı məsul olacağını, Onun əmrlərinə tabe olmalı olduğunu və Onun üçün yaşamalı olduğunu da bilir. Bütün bunları bilməsinə baxmayaraq inkarı seçən kimsə isə, bu böyük həqiqəti qəbul etmək maraqlarına və içindəki təkəbbür hissinə uyğun olmadığı üçün inkar edər. Quranda bu vəziyyətdəki insanların tərifi, Nəml surəsində belə keçir: Quranda İbrahim Peyğəmbər ilə qövmü arasında keçən hadisələr bu mövzuda əhəmiyyətli nümunədir. İbrahim Peyğəmbərin qövmü bütlərə tapınır. Burada xatırladılmalı olan əhəmiyyətli nöqtə var: Quranda “bütlər”, insanların Allahdan başqa qəbul etdikləri hər cür güc üçün təmsili olaraq istifadə edilən anlayışdır. Bunun üçün yalnız heykəldən bütlərə tapan topluluqları düşünmək səhv olar. Məsələn, təkamülçülərin etdiyi kimi atomları, zamanı və təsadüfləri həyatı təşkil edən güclər olaraq görmək, atomları, zamanı və təsadüfləri ilah etmək deməkdir. Halbuki nə zaman, nə də təsadüflər həyatı yaratmağa qadir deyillər. Ancaq və ancaq Allah belə gücə sahib ola bilər. Bəhsi keçən hekayədə izah edildiyinə görə, İbrahim Peyğəmbər qövmünə, ibadət etdikləri bütlərin heç bir şeyə güc yetirə bilməyən varlıqlar olduqlarını göstərmək üçün heykəlləri qırmışdır. Quranda bu hadisə belə bildirilir:
Tapındıqları bütlərinin özlərinə cavab verə bilməyəcəyini, nəinki hər hansı şeyi yaratmağı, özlərini belə müdafiə etməkdən aciz heykəllər olduğunu bilən inkar edənlər vicdanlarında doğrunu görürlər:
Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!
“İbrahim demişdi: “Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm. Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!” Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr. Onlar dedilər: “Məbudlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!” Bəziləri: “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik” – dedilər. Digərləri də:
“Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər” – dedilər. Onlar dedilər: “Məbudlarımızı sənmi bu kökə saldın, ey İbrahim?” İbrahim dedi: “Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun”
Ancaq vicdanlarına tabe olmaları uzun çəkməz. Daha əvvəl də ifadə edildiyi kimi təkəbbür və zülmləri səbəbiylə vicdanla gördükləri həqiqəti inkar edərlər: Vicdanlarının ortaya çıxarılması inkar edənləri dəhşətə salar və vicdanlarının qəbul etdiyinə bütün gücləriylə dirənərlər. Həqiqəti qəbul etməmək üçün, həqiqəti özlərinə açıqlayan şəxslərə qarşı şiddətli nifrət bəsləyir, azğın inanclarını qurtarmaq üçün elçiləri öldürməyi belə gözə alırlar:
Bu vəziyyət yalnız müəyyən təbəqə üçün deyil, cəmiyyət içində bir çox nəfər üçün keçərlidir. Bir insan hörmətli alim ola bilər, çox mədəni, çox zəngin və ya çox ağıllı ola bilər. Hətta zəkasıyla bir çox şey meydana gətirə bilər, ixtiralar edə bilər. Çox müvəffəqiyyətli iş adamı və ya sənətçi ola bilər. Ancaq bu insan bütün bunları edərkən, vicdanından istifadə edərək, özünü yaradan Allahı düşünüb, Onun gücünü və sənətini tərifləyəcəyi, Onun özünə bunları görmə, anlama imkanı verdiyi üçün Ona şükür edəcəyi yerdə, zəkası və kəşfləri ilə, qazandığı pul ilə öyünüb qürurlanar. Və bu etdiklərinin heç birinin öldükdən sonra özünə fayda verməyəcəyini də düşünməz. Halbuki unutmamalıdır ki, keçmişdə yaşamış, öz dövründə bir çox əhəmiyyətli ixtiralar etmiş, böyük dövlətləri idarə etmiş və ya dünyanın ən zəngini olmuş kəslərin çoxunun Onlar öz-özlərinə müraciətlə:
Sonra yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər:
“Axı sən bilirsən ki, bunlar danışmırlar”. İbrahim dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız? Tfu sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğurdandamı, siz dərk etmirsiniz?”
Onlar dedilər: “Əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, məbudlarınıza kömək edəsiniz”. (Ənbiya surəsi, 68) adı belə hal-hazırda bilinmir. Adları bilinsə belə ölmüş biri üçün, bunun mənası yoxdur. O insanlar, Allahın gücünü unutduqları üçün öldükdən sonra, dünyada etdikləri işlər özlərinə heç bir fayda verməyəcək. Belə kəslər özlərinə Allahın verdiyi məlumatla, nemətlərlə Allaha tərəf dönəcəkləri yerinə bunlarla doğru yoldan azanlardır. Bu, onların ürəklərinin möhürlü olmasından, yəni vicdanlarını bağlamalarından qaynaqlanır. Allah Quranda öz mənfəət və ehtiraslarına uyan və sahib olduqları xüsusiyyətlər səbəbiylə azan bu kəsləri belə bildirmişdir:
Ayələrdə də görüldüyü kimi, vicdanından uzaqlaşıb nəfslərinə uyan və sahib olduqları xüsusiyyətlər səbəbiylə azan bu kəslər “karlar və korlar” olaraq adlandırılmışlar. Qəlblərinin möhürlü olması, anlayışlarının olmadığını, yəni ağıllarından istifadə edə bilmədiklərini, doğrunu səhvdən ayıra bilmədiklərini bildirir. Içinə düşdükləri bu vəziyyətin tək səbəbi isə, vicdanlarından istifadə etməmələridir.
Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? Onlar dedilər:
“Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar.
Bu hissəyə qədər, vicdan sahibi insanın özünə heç bir şey öyrədilməsə də Allahın varlığını necə tapa biləcəyindən bəhs etdik. Vicdanı ilə Yaradıcının olduğunu anlayan insan yenə vicdanından istifadə edərək düşünməyə davam edərsə bu nəticəyə gələcək: Allah bu qədər qüsursuz kainat yaradır və insana da bunu anlayacaq şüur verirsə, yaratdığı insanı özbaşına buraxmayacaq. Mütləq yaratdığı bu ağıllı varlıqlarla əlaqə qurmuş, özünü tanıtmış olmalıdır. Bundan da başqa hər şeyi yaradan Allah, bunları mütləq bir məqsəd üçün yaratmışdır və bu məqsədini də onlara bildirmişdir.
Vicdanından istifadə edən adam, özünü və bütün kainatı yaradan Allahı tanımaq üçün böyük istək duyar. Hətta həyatının tək məqsədi bu olar. Özünü yoxdan var edən, “heç” və ya “heçlik” ikən ona həyat verən Allaha möhtac olduğunu, bütün gücün Onun olduğunu başa düşər.
Həmçinin Allahın hər şeyi bir məqsəd üçün yaratdığını fərq edər. Hər şeyin bir vəzifəsi vardır. Səma planeti qoruyan tavan kimidir. Hüceyrələr canlılığı meydana gətirmək üçün yaradılmışlar. Yağış bütün dünyaya bərəkət gətirir. Günəş bütün dünyanın istilik və işıq qaynağıdır. Hətta o qədər əhəmiyyətli bir məqsədlə yaradılmışdır ki, o olmasa həyat olmaz. Qısacası insan, burada saydığımız və saymadığımız hər şeyin xüsusi bir məqsədlə var edildiyini görə bilər. O zaman “mənim yaradılış məqsədim nədir?” deyə öz-özündən soruşar. Bundan əlavə, “belə mükəmməl, qüsursuz planlanmış dünyada yaradılıb, qısa müddət sonra öləcəksən, mütləq burada mövcud olma məqsədim olmalı, bu qədər qısa ömür üçün bu qədər təfərrüatın bir mənası olmalı” deyə düşünər. Və bu suallarına cavab axtarar.
Allahı tanımaq, Onun özündən nələr istədiyini, yaratmasındakı məqsədi öyrənmək üçün insanlardan duyduğu məlumatlarla kifayətlənməz. İnsanların verdiyi məlumatların yetərli olmayacağını və ya səhv ola biləcəyini vicdanı ilə anlayar. Hər şeydən əvvəl hər kəsin söylədiyi bir-biriylə əsassızdır, ziddiyyətlərlə doludur. Allaha yaxınlaşmaq üçün ən etibarlı mənbənin Allahın vəhy etdiyi kitab olduğunu düşünər. Bunun nəticəsində isə Allahın ən son göndərdiyi və qorunmuş kitabı olan Quranı özünə rəhbər edər. F Ə S İ L 06Vicdan və Quran Quranı “tərk edilmiş kitab” sayanlar vicdanlarına tabe olmayanlardır Yuxarıda da bəhs etdiyimiz kimi, vicdanından istifadə edən biri asanlıqla özünə Quranı rəhbər etməli olduğunu anlayacaq. Ancaq ətrafınızdakı insanların əksəriyyətinə baxın. Neçə adam Quranla maraqlanıb oxumuşdur?
Belə düşünmək lazımdır: Allah insanlara kitab göndərir və insanlara bu kitabdan məsul olduqlarını, öldükdən sonra bu kitabın içində yazılanlara əməl edib-etmədiklərinə görə hesaba çəkiləcəklərini və nəticəyə görə cənnətə və ya cəhənnəmə girəcəklərini bildirir. İnsanlar bu həqiqəti vicdanlarına üz tutaraq anlamasalar belə birindən eşidər və bunu hər kəs bilər. Amma buna baxmayaraq Quranı oxumurlar. Məsul olduqları kitabın içində nələr yazdığı ilə belə maraqlanmırlar.
O zaman belə nümunə verək: Bir adama iş yerindən və ya məktəbindən məktub gəlsə və üzərində içində yazılanların karyerası və ya təhsili baxımından çox əhəmiyyətli olduğunu yazsa ... Və bu məktubu oxuyub ertəsi günə qədər içində yazılanları əskiksiz olaraq etməsi bildirilsə, bu məktubu nə edər? Heç içinə baxmadan divaramı asar, siyirtməsindəmi saxlayar və ya oxuduqdan sonra kənara qoyub içində yazılanları görməzlikdənmi gələr? Yoxsa bu xəbər və məktub özünə çatar-çatmaz böyük həyəcan və diqqətlə hər sətirini oxuyar, hər yazılanı anında əskiksiz olaraq tətbiqmi edər? Ağılı və sağlam düşüncəsi bu mesajı oxumasını söyləyəcək. Quran da insanın dünya həyatında alacağı ən əhəmiyyətli mesajdır; insana birbaşa onu Yaradandan gələn haqq sözdür. Ancaq insanların böyük əksəriyyəti içlərində olduqları qəflətdən ötrü bu qədər əhəmiyyətli kitabı, Allahın insanlara mesajını açıb oxumazlar belə. Necə ki, Quranda insanların Allahın endirdiyi kitabı tərk etdikləri bu ayələrlə bildirilir:
Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – deyəcək.
Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər.
Yuxarıdakı ayədə, “guya bilmirmiş kimi” ifadəsi istifadə edilərək, insanların bildikləri halda Allahın Kitabını görməzlikdən gəldikləri vurğulanır. Hər kəs vicdanında Quranı oxumalı və tətbiqi etməli olduğunu bilir, ancaq əksəriyyət bu həqiqəti görməzlikdən gəlir. Bu isə insanların vicdanlarına tabe olmamalarından qaynaqlanır. Əvvəlki hissədə də ifadə etdiyimiz kimi, vicdanı ilə düşünən insan həyatının məqsədini maraqlanaraq edəcək və cavabını araşdırarkən Allahın vəhyi olan Qurana yönələcəkdir. Quranı əlinə alan biri üçün çox əhəmiyyətli nöqtə vardır: Quranı oxuyarkən də vicdanın daim oyanıq olması, hər ayənin böyük səmimiyyətlə oxunaraq həyata keçirilməsi və yaşanması lazımdır.
Quranı oxuyan adam əvvəlcə yaradılış məqsədinə də cavab tapacaq. Bu məqsəd Quranda belə bildirilir:
İnsanın dünya üzərində keçirəcəyi həyatın məqsədi isə, Allahı razı edəcək yaxşı və gözəl davranışlar etməkdir. Və Allah, insanı bu məqsədlə sınayır: