İslam terroru lənətləyir: İslam Yaxın Şərqə sülh və hüzur gətirmişdir
Mündəricat
- Ön söz
- Giriş
- İslam əxlaqı sülhün və təhlükəsizliyin mənbəyidir
- Qurana əsasən, şəriət, cihad və savaş
- Radikalizmin yanlışlığı və həqiqətlər
- Din adından terror törədənlərin iç üzü
- İslamın kitab əhlinə münasibəti
- İslam Yaxın Şərqə sülh və hüzur gətirmişdir
- Terrorizmin əsas qaynağı: darvinizm və materializm
- Nəticə: Qərb dünyası üçün məsləhətlər
- Əlavə bölmə: Təkamül yalanı

Tarixi araşdırdığımız zaman Quranın rəhbərliyini qəbul edən müsəlman idarəçilərin hakim olduğu bölgələrdə sülh və sevginin hakim olduğunu görürük.
Peyğəmbərimizin (səv) yaşadığı müddət boyu fəth etdiyi torpaqlarda gördüyü işlər bunun əhəmiyyətli nümunəsidir. Lakin Peyğəmbərimiz hz. Muhəmməddən sonra da Quran əxlaqını rəhbər tutan və elçilərin yolunu izləyən adil idarəçilər sülh və hüzur dolu mühit qurmağı bacarmışlar. Quranda təsvir edilən gerçək ədalət və dürüstlük bu idarəçilər dövründə də hökm sürmüş və onlar sonrakı nəsillərə nümunə olmuşlar.
Üç dinin bir arada yaşadığı Fələstin və Qüds torpaqları müsəlmanların hakim olduğu yerlərə necə hüzur gətirdiyi baxımından çox önəmlidir. Necə ki son 1400 ildə müsəlmanlar Fələstin və Qüdsə daim sülh gətirmişlər.
Hz. Ömərin Fələstinə gətirdiyi sülh və ədalət Miladi təqvimin 71-ci ilinə qədər Qüds musəvilərin paytaxt şəhəri idi.
Ancaq həmin il Roma ordusu musəvilərə qarşı hücum təşkil edib onları bölgədən vəhşicəsinə sürgün etdilər. Musəvilərin diaspor dövrü başladığı vaxt Qüds və çevrəsi tərk edilmiş torpaqlara çevrilirdi. Roma İmperiyasının Konstantin dövründə xristianlığı qəbul etməsindən sonra Qüds yenidən maraq dairəsinə çevrildi. Xristian romalılar Qüdsdə kilsələr inşa etdilər və musəvilərin orada yerləşməsinə razılıq verdilər. Fələstin 7-ci əsrə kimi Roma (Bizans) ərazisi olaraq qaldı. Farslar qısa müddət ərzində bölgəni əllərində saxladılar, lakin sonra Bizans yenidən Fələstinə hakim oldu.
Fələstin tarixinin ən böyük dönüş nöqtəsi isə 637-ci ildə bölgənin İslam orduları tərəfindən fəth edilməsi oldu. Bu fəth əsrlərlə müharibə və sürgünlərə səhnə olan, həmçinin fərqli inanclara sahib insanların gəlməsi ilə hər dəfə faciə yaşayan Fələstində sülh və hüzurun hakim olması demək idi. İslam hakimiyyəti Fələstində fərqli inancların bir arada yaşandığı çağın başlanğıcı oldu. Fələstin Peyğəmbərimizdən sonra ikinci xəlifə hz. Ömər tərəfindən fəth edilmişdir. Hz. Qüds qalası, D. Roberts, 1841-ci ildən sonra, L. Haqe tərəfindən rəngli litoqrafiya.
Ömərin Qüdsə daxil olması, oradakı fərqli inanclara sahib insanlara mərhəmət və nəzakət göstərməsi gözəl dövrün başlanmasının xəbərçisi idi. İngilis tarixçisi və Yaxın Şərq üzrə tədqiqatçı Karen Armstronq “Müqəddəs müharibə” adlı kitabında hz. Ömərin Qüdsü fəth etməsindən belə bəhs edir:
“Xəlifə Ömər Qüdsdə ağ dəvəyə mindi. Şəhərin yunan hakimi rahib Sofroni də onunla idi. Xəlifə özünün ilk öncə Məbəd dağına (dağılmış Süleyman məbədinin yerinə) aparılmasını xahiş etdi və ora çatdıqda dostu hz.
Muhəmmədin (səv) gecə səfərinə (meraca) çıxdığı yerdə əyilib dua etdi.
Rahib bu səhnəni çox təəccüblə izləyirdi. Son günlərin artıq yaxınlaşdığını zənn etmişdi. Daha sonra xəlifə Ömər xristian məbədlərini görmək istədi və Müqəddəs Məzara (Holy Sepulchre) çatanda namaz vaxtı girdi. Rahib onu hörmətlə bu kilsədə namaz qılmağa dəvət etdi. Lakin Ömər bu təklifi qəbul etmədi və dedi ki, əgər bu kilsədə namaz qılsa, sonra bəzi müsəlmanlar bu hadisəni əbədiləşdirmək üçün Müqəddəs Məzar kilsəsini uçurub yerində məscid tikə bilərlər. Buna görə də xəlifə kilsədən çıxıb bir az irəlidə namaz qıldı. Bu gün həmin yerdə – Müqəddəs Məzar kilsəsinin düz qarşısında Xəlifə Ömərin adına inşa edilən kiçik bir məscid mövcuddur. Xəlifə Ömərin adına başqa bir məscid isə Mədəd təpəsində tikildi. Xristianlar uçurulmuş Musəvi məbədinin yerləşdiyi bu yeri uzun illər idi ki, zibillik kimi istifadə edirdi. Xəlifə müsəlmanlara bu zibillərin təmizlənməsində öz əlləri ilə kömək etdi və burada müsəlmanlar iki məbəd inşa etməklə İslamı dünyadakı müqəddəs şəhərə yerləşdirmiş oldular”.21 Müsəlmanların Qüdsü fəth etməsi ilə şəhər üç dinin sülh içində yaşadığı güvənli bölgə oldu. Con L. Esposito bu mövzu ilə əlaqədar bunları yazır:
“Ərəb orduları 638-ci ildə Qüdsü işğal etməklə xristian aləminin məbəd baxımından önəmli həcc ziyarəti mərkəzini ələ keçirdilər. Kilsələri və xristianları heç narahat etmədilər. Xristian idarəçilərin uzun müddət izin vermədiyi musəvilərə Süleyman və Davudun şəhərinə geri dönmələrinə və ibadət etmələrinə şərait yaratdılar”.22 Hz. Ömər Qüdsə gəldikdə müsəlman ədalətinin göstəricisi olaraq Qüds patriarxı ilə aşağıdakı müqaviləni imzaladı:
“Bu, Allahın qulu və möminlərin əmiri Ömər tərəfindən İlya (Qüds) xalqına verilən amannamədir. Əmirəl-möminin xəstə və ya sağlam olsun, bütün xalqın mal və canlarının qorunacağına zəmanət verir. Eyni zamanda, ibadət yerlərinə, xaç və dinlərinə toxunulmazlığı təmin edir. Xalqa məxsus kilsələr dağıdılmayacaq və şəxsi evlərə də çevrilməyəcək. Əvvəlki haqları eynilə mühafizə ediləcək. Nə sahib olduğu şeylərə zərər veriləcək, nə də məzhəblərinə görə onlara təzyiq göstəriləcək. Onlardan heç kim əsla zərər görməyəcək. Allah, Peyğəmbər, səhabələr və möminlər bu müqaviləyə şahidlik edirlər. İmza: Ömər bin Xəttab”.23 Qısası, İslam dini müsəlmanlarla yanaşı, Qüds və bütün Fələstində mədəniyyətin inkişafına təkan verdi. Bir-birinin müqəddəs dəyərlərinə hörmət etməyən və bir-birini ancaq fərqli inanclarından dolayı öldürən vəhşi və barbar inancların yerinə İslamın adil və tolerant mədəniyyəti hakim oldu. Hz. Ömərin fəthindən sonra Fələstində müsəlman, xristian və musəvilər əsrlər boyu sülh və hüzur içində yaşadılar. Müsəlmanlar heç kimi məcburən islamlaşdırmağa çalışmadılar. Lakin İslamın haqq din olduğunu görən bəzi qeyri-müsəlmanlar öz istəkləri ilə İslamı seçdilər. Fələstindəki sülh və hüzur müsəlmanların hakimiyyəti boyu davam etdi. Lakin 11-ci əsrin sonlarında bölgəyə xarici işğalçı qüvvələr girdi və Qüdsün mədəni torpaqlarını görünməmiş vəhşiliklə yağmaladı: səlib ordusu...
Səlibçilərin Fələstindəki vəhşilikləri Fələstində hər üç dinin mənsubları sülh və hüzur içində həyatlarına davam edərkən Avropadakı xristianlar ora xaç yürüşü təşkil etməyə qərar verdilər.
Qüdsdə müsəlman və yəhudilər səlibçilər tərəfindən vəhşicəsinə qətlə yetirildilər.
Papa II Urban 26 noyabr 1095-ci ildə Klermonda toplantı qurdu. Bundan sonra başlayan xaç yürüşləri ilə “Müqəddəs torpaqları müsəlmanlardan xilas etmək” adı altında yüz mindən çox adam Avropanın dörd tərəfindən Fələstinə doğru yola çıxdı. Əslində, məqsəd Şərqin əfsanəvi zənginliyini ələ keçirmək idi. Bu uzun və yorucu səfərdə müsəlmanları yağmalayıb qətllər törətdilər və 1099cu ildə Qüdsə çatdılar. Təxminən 5 həftə sürən uzun mühasirədən sonra şəhər gücünü itirdi və səlibçilər şəhərə girdi. Dünya tarixində bənzəri az görünən vəhşiliklər törətdilər. Daha əvvəl də vurğuladığımız kimi, şəhərdəki bütün müsəlman və musəviləri qılıncdan keçirib qətlə yetirdilər.
Fələstinin hz. Ömərdən bu yana davam edən sülh və hüzuru səlibçi vəhşiliyi ilə sona çatdı. Səlibçilər sevgi və mərhəmət dini olan xristianlığın bütün əxlaqi dəyərlərini çeynəyib terror törətdilər.
Səlahəddin Əyyubinin ədaləti Barbar səlibçilər Qüdsü özlərinin paytaxt şəhərinə çevirdilər və sərhədləri Fələstindən Antakyaya qədər uzanan Latın krallığı qurdular. Lakin bu krallığın ömrü uzun sürmədi. Yaxın Şərqdəki bütün müsəlman əmirlikləri birləşdirən Səlahəddin Əyyubi 1187-ci ildə Hattin döyüşündə səlibçi ordusunu darmadağın etdi. Savaşdan sonra səlibçi ordusunun iki komandiri – Reynald de Şatiyon və kral IV Balduin Səlahəddin Əyyubinin hüzuruna çıxarıldı. Səlahəddin Əyyubi müsəlmanlara qarşı qorxunc vəhşilikləri ilə məşhurlaşan Reynald de Şatiyonu edam etdi, lakin eyni cinayətləri törətməyən kral IV Balduini azad etdi. Bununla Fələstin torpaqları ədalətin nə olduğunu bir daha gördü.
Səlahəddin Əyyubi Hattin savaşından dərhal sonra (merac günü) Qüdsə girib 88 il səlibçilərin işğalı altında olan şəhəri qurtardı. Səlibçilər Qüdsü işğal edəndə bütün müsəlmanları qətl etmişdilər və buna görə də Səlahəddin Əyyubinin eyni şeyi onlara edəcəyini qorxu ilə gözləyirdilər. Halbuki Əyyubi şəhərdəki xristianların heç birinə toxunmadı. Bundan başqa, yalnız Latın (katolik) xristianların şəhəri tərk etmələrini əmr etdi; səlibçi kimliyinə sahib olmayan pravoslavlar isə şəhərdə yaşayıb istədikləri kimi ibadət etməyə davam etdilər.
İngilis tarixçisi Karen Armstronq müsəlmanların bu ikinci Qüds fəthindən bunları yazır:
“2 oktyabr 1187-ci ildə Səlahəddin və ordusu Qüdsə fatehlər kimi girdi.
Gələcək 800 il boyu şəhər müsəlman bölgəsi olacaqdı... Səlahəddin (qətliam törətməmək barədə) öncədən xristianlara verdiyi sözün üstündə durdu və şəhəri İslam prinsipləri əsasında aldı. Quranda əmr edildiyi kimi, şiddətdən uzaq durdu və 1099-cu ildəki qətliamın qisasını almadı. Tək bir xristian öldürülmədi və heç bir qarətçilik edilmədi. Əsirləri buraxmaq üçün istənilən fidyələr isə cüzi idi.
Quranda əmr edildiyi kimi, əsirlərin çoxunu isə fidyə alınmadan azad etdi...
Səlahəddinin qardaşı Əl-Adil minə qədər əsirin özünün xidmətinə verilməsini istədi və sonra hamısını (acınacaqlı durumda olduqlarını gördüyü üçün) azad etdi... Şəhərdəki zəngin xristianlar dəyərli əşyalarını yükləyib şəhərdən getdilər. Halbuki əllərindəki pullar şəhərdəki bütün Səlahəddin Əyyubi 1187-ci ildə Qüdsə girərək 88 il səlibçi işğalı altında olan şəhəri xilas etdi.
Əyyubi şəhərə girərkən xristianların heç birinə toxunmayaraq onlara qarşı bağışlayıcı və ədalətli mövqe göstərdi. Yalnız latınların tərəfini tutan katolik xristianların şəhəri tərk etmələrini əmr etdi və səlibçi mənsubiyyətinə sahib olmayan pravoslavlar şəhərdə yaşamağa və istədikləri kimi ibadət etməyə davam etdilər.
əsirlərin fidyəsini artıqlaması ilə ödəməyə bəs edirdi. Rahib İrakli hər kəs kimi 10 dinarlıq fidyəsini ödədi və sonra şəhəri xəzinələrlə dolu arabalarla tərk etdi”.24 Qısası, Səlahəddin Əyyubi və tabeliyindəki müsəlmanlar xristianlara qarşı son dərəcə ədalətli və mərhəmətli davranmış, hətta onlara öz başçılarından çox mərhəmət göstərmişdilər. Təkcə xristianlar deyil, musəvilər də müsəlmanların Qüdsü fəth etməsi ilə hüzur və güvənliyə qovuşmuşdular. Qüdsün fəthindən sonra şəhəri ziyarət edən məşhur ispan musəvi şairi Yuda Əl-Xarizi bir əsərində duyğularını belə qələmə alır:
“Tanrı müqəddəs məkanın Esavın (İshaqın) oğullarının əlində qalmamasına qərar verdi və İsmayıl oğullarının şahzadəsi, təmkinli və cəsur Səlahəddinin ruhunu xəbərdar etdi. O da ordusu ilə Yerusəlimi (Qüdsü) zəbt etdi və bütün Əfraim oğullarını qəbul edəcəyini bildirdi. İndi sülhün hüzurunda yaşayırıq...”25 1187-ci ildəki Hittin müharibəsindən sonra Səlahəddin Əyyubi və (Gi de Luzinyan)
Kral Riçard Aqra qalasında aralarında qadın və uşaqların da olduğu 3000 müsəlmanı qətlə yetirdi.
Qüdsdən sonra Fələstinin digər şəhərlərində də səlibçilərin vəhşiliyi və müsəlmanların ədaləti davam etdi. İngilis tarixində böyük qəhrəman kimi tanınan Şirürəkli Riçard (Richard the Lionheart) 1191-ci ildə Aqra qalasında aralarında çoxlu qadın və uşağın olduğu 3000 müsəlmanın boyunlarını vurub alçaqcasına qətl etmişdi. Müsəlmanlar bu vəhşiliyə şahid olsalar da, heç bir zaman eyni üsula əl atmadılar. Allahın “Ey iman gətirənlər, bir camaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin” (Maidə surəsi, 2) hökmü gərəyi heç bir zaman məsum camaata qarşı şiddət tətbiq etmədilər. Məğlub etdikləri səlibçi ordularına qarşı belə gərəksiz şiddət göstərmədilər.
Səlibçilərin vəhşiliyi və sonra gələn müsəlman ədaləti tarixi həqiqəti bir daha göstərirdi: İslam prinsipləri əsasında qurulan hakimiyyət fərqli inancların bir arada və sülh içində yaşamasına imkan verirdi. Bu həqiqət Səlahəddin Əyyubidən sonra 7 əsr boyu, xüsusilə Osmanlı dövründə də sübut edildi.
Allah qullarına şəfqətlidir.