Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Həqiqəti düşündünüzmü?: Din əxlaqını yaşamayan insan modelinin zərərləri

Mündəricat
  1. Təməl suallar
  2. Quran barəsində düşünmək
  3. Qurandakı din və ataların dini
  4. Əsl dindarlar və saxta dindarlar
  5. Quranda təsvir edilən mömin
  6. Özümüzü sorğu-sual etmək
  7. Din əxlaqını yaşamayan insan modelinin zərərləri
  8. Möminlərin əsl yurdu: Cənnət
  9. İnkarçıları gözləyən cəhənnəm
  10. Yeni bir ölçü
  11. Gözümüzün önündəki möcüzələr
  12. Ağcaqanad
  13. Balarısı
  14. Dəvə
  15. Quranda təkrarlanan sözlər

Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq sonu olmayan zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar.

Casiyə surəsi, 24

İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstəricisi və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir. (Həcc surəsi, 8) Möminlərin bura qədər bəhs etdiyimiz bütün bu müsbət xüsusiyyətlərinə baxmayaraq, bir kimsənin din əxlaqından uzaq qalmasının altında yatan səbəbləri başa düşə bilmək üçün bu adamın İslam dini və müsəlmanlar barəsində o günə qədər sahib olduğu təəssüratlara, ön mühakimələrə nəzər salmaq lazımdır.

"Din əxlaqından uzaq" yaşayan insanların ən əhəmiyyətli xüsusiyyəti, başda da ifadə etdiyimiz kimi cəmiyyətin təlqinləri istiqamətində hərəkət etmələridir. Bu insanlar demək olar ki, bütün davranışlarını çoxluğa tabe olma psixologiyası əsasında müəyyənləşdirərlər. Şübhəsiz ki, bu psixologiya onların dinə qarşı olan dünyagörüşlərini də formalaşdırır.

Din haqqındakı bütün fikirləri, ona ətrafındakı insanlar tərəfindən aşılanmışdır. Quranı həyatında bir dəfə belə oxumadığından və onu bilmədiyindən ötrü, uşaqlıq yaşlarından etibarən əldə etdiyi qulaqdan dolma məlumatlara əsaslanan bir din anlayışına sahibdir. Din adına özünə izah edilən hər şeyin dində həqiqətən mövcud olduğu düşüncəsinə qapılar. Quranı oxuyub həqiqi din əxlaqını öyrənməkdən isə şiddətlə çəkinər, ətrafındakı insanlara da eyni təlqinləri verərək, çox vaxt onların da din əxlaqından uzaq dayanmalarına vəsilə olar. Bu səhv münasibət və anlayışa sahib insanlar Quranda belə bildirilir:

Onlar həm insanları ondan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşarlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər.

Ənam surəsi, 26

Bu əxlaqa sahib kəslərin cahilliklərindən ötrü cəmiyyətin böyük bir hissəsinin din əxlaqını yaşamaması, ondan uzaq dayanması, onların da eyni rəftarı göstərməsinin ən böyük dayağı olacaq. Cəhalətləri, tanınmış və cəmiyyətdəki öndə gələn insanların din əxlaqından uzaq həyatlarının özlərinə daha da mənfi təsir etməsinə səbəb olar. Din əxlaqından uzaq qalaraq öz ağlınca "müasir dövrə ayaq uydurduğunu" və "öndə gələn insanların davrandığı kimi davrandığını" düşünər. Bu birlik psixologiyasından ötrü dindən uzaq dayanmağın axirətdəki nəticəsini də unudar.

Halbuki, öldüyü andan etibarən hər insan təkbaşına qalacaq. "Öndə gələnlər"in özünə heç bir faydası toxunmayacaq. Ayələrdə axirətdəki vəziyyət belə bildirilir:

Axirət günü hamı Allahın hüzuruna çıxarıldı və zəiflər təkəbbürlük göstərənlərə belə dedilər:

“Biz sizə tabe idik. İndi siz, Allahın əzabını, qismən də olsa, bizdən sovuşdura bilərsinizmi?” Onlar dedilər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik. İndi qəm çəksək də, səbir etsək də bizim üçün eynidir. Çünki bizim üçün qurtuluş yeri yoxdur”.

İbrahim surəsi, 21

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz. Öz aranızda Allaha şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, haqqlarında zənnə qapıldığınız məbudlar isə sizdən uzaqlaşmışdır.

Ənam surəsi, 94

Adam "xüsusilik" anlayışını səhv qiymətləndirdiyi üçün özünə də səhv insanları nümunə götürər. "Cahiliyyət" cəmiyyətinin anlayışına görə "xüsusilik", pul, şöhrət kimi dəyərlərlə əldə olunar. Həqiqətdə isə, "xüsusilik" yalnız Allaha olan səmimi yaxınlıqla əldə edilər:

Güc və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da xatırla. Həqiqətən Biz onları, ancaq (axirətdəki əsl) yurdu düşünüb anan ixlas sahibləri etdik və həqiqətən onlar Bizim Qatımızda seçilmişlərdən və xeyirli olanlardandır.

Sad surəsi, 45-47

Din əxlaqının yaşanmadığı cəmiyyət insana yanlış vərdişlər qazandırar. Hər şeydən əvvəl belə bir adam, hər mühitdə müəyyən bir "status" qazanmasının lazım olduğunu düşünər. Əks halda ətrafındakı insanların nə düşünəcəyi zehnini çox məşğul edər. Artıq bir cəmiyyət içində olarkən ağlına təkcə; "hal-hazırda ətrafımdakılar haqqımda nə düşünür?" sualı gələr. Allahın razılığını axtarmağın nə demək olduğunu belə bilmir. O yalnız insanların razılığını axtarır.

Din əxlaqından uzaq cəmiyyət, ona əks cinslə olan əlaqələri mövzusunda da olduqca yanlış bir təhsil vermişdir. Ən böyük şüarlarından biri; "qadına hörmət və qadın haqqlarının müdafiəsi" olan bu dindən uzaq cəmiyyətdə, qadın əslində tam bir istismar vasitəsi kimi istifadə edilər.

"Qızla çıxıram" məntiqi cəmiyyətdəki sosial problemlərin sanki yeganə açarıymış kimi xalqa zorla mənimsədilərək, "eşqbazlıq", "boy friend", "girl friend" kimi bəzəkli terminlərlə guya modernləşdirilir. Namus, iffət kimi dində diqqətlə əhəmiyyət verilən mövzular, bir qisim media tərəfindən xüsusilə ələ alınaraq, insanların şüuraltına yavaşyavaş əks istiqamətdə təlqinlər yeridilir. Namuslu qalmaq istəyən insanlar kütlə psixologiyası yaradılaraq ya namussuz olar ya da cəmiyyətdən təcrid olunarlar. Beləliklə də, insanlar üzərində ictimai bir təzyiq meydana gələr. Həmçinin onların, istənilən istiqamətdə hərəkət etmədikləri təqdirdə, sanki özlərindən şübhə edəcəkləri, özlərinə olan inamlarını itirəcəkləri bir ictimaiyyət meydana gətirilər.

Bəhs olunan din əxlaqının yaşanmadığı bəzi cəmiyyətlərdə, bütün bu yanlış ictimai təlqinlərin təsiriylə fahişəliyi qanuni görməyə başlayan gənc, bu dəfə də homoseksuallığın normal qarşılanmasının lazım olduğu, bu pozğunluğun yalnız o insanı maraqlandıracaq bir "seçim" məsələsi olduğu istiqamətində yalan təbliğatla üz-üzə gələr. Homoseksuallıq - tolerantlıq, igidlik, böyük insan olmaq kimi təqdim edilir. Əxlaqsızlıq da aşması lazım olan yeni bir şey kimi qarşısına çıxardılar. Digər tərəfdən İslamda Allahın qarşılıqlı sevgi və hörməti, hər hansı bir mənfəət güdmədən ən güclü şəkildə yaşamaq üçün qanuni etdiyi evlilik təşkilatı, bu sistemin ümumi fəlsəfəsinin tələb etdiyi şəkildə, qarşılıqlı bir istismar vasitəsi kimi istifadə edilər. Bu təhrif olunmuş sistemdə kişi üçün evləndiyi qadın, həyatının geridə qalan hissəsində özünə baxacaq, paltarını yuyub yeməyini hazırlayacaq və cinsi arzusunu təmin edəcək bir mal mövqeyindədir. "Ər qapma" təlqinləriylə böyüdülən qadın isə ərini, tezliklə uşaq sahibi olaraq özünə bağlayacağı və bu yolla gələcəyini zəmanət altına alacağı, özünə lazım olan həyat standartını təmin edəcək bir vasitə kimi görər. Özünü bunlarla təmin edən kişinin təsiri altına daxil olar və ərini itirməmək üçün hər cür yola müraciət edər. Bu cür bir evlilik əslində bir fahişəylə maddi mənfəət qarşılığında bir neçə saatlığına bağlanılan müqavilənin daha uzun, ömür boyu sürən bir bənzərindən elə də fərqi yoxdur. Hərçənd ki, bunu iki tərəf də açıq şəkildə qəbul etmək istəməz, lakin yeri gəldikdə bunun həyatın bir həqiqəti olduğunu ifadə etməkdən də çəkinməzlər. Məntiq evliliyi etmələriylə öyünənlər vardır. Aydın olduğu kimi, belə bir evlilikdə ortaq paylaşılan şey sevgi deyil, pul, qarşılıqlı mənfəət və cinsəllikdir. Bir mənfəət əlaqəsi halına çevrilən bu evlilikdə sədaqət, vəfa kimi anlayışların da heç bir məna ifadə etmədiyi ortadadır. Evliliklərində yuxarıda saydığımız mənfəətləri təmin etdikdən sonra bir-birini aldadan, xəyanət edən yoldaşların saylarının gündəngünə artması bunun normal bir nəticəsidir. Bu xəyanətlərə yoldaşından gizli və ya qarşılıqlı razılaşma ilə davam edənlər də çoxalır. Nəticədə guya müasir evlilik sisteminin özü, dində bəhs edilən evlilik modelindən uzaqlaşdırılıb, cəmiyyətdə müəyyən ətraflar tərəfindən yaradılmağa çalışılan "sərbəst cinsəllik" mühitinə açılan bir qapı halına gətirilmişdir.

Guya müasirlik adı altında önə sürülən və din əxlaqına uyğun olmayan həyat tərzi əslində müstəqil bir dünyagörüşü deyil. İnsanları din əxlaqından tamamilə uzaqlaşdırıb tam əksi bir quruluş hakim etməyə, Allahın qoyduğu hüdudların qorunmasına maneə törətməyə çalışan batil bir sistemdir. Bu batil sistemin öz təsiri altına aldığı mövzular təkcə cinsəllik və evliliklə məhdudlaşmayıb hər cür dəyər mühakiməsinə qədər gedib çıxar. İslam əxlaqının tələbi olan üstün əxlaqi dəyərlərin bir qismini (iffət, namus kimi) tamamilə yox etməyə çalışarkən, bir qismini də öz batil sisteminə uyğunlaşdıraraq, əsl hədəfindən döndərməyə çalışar. Məsələn, Allah yolunda göstərilən dürüstlük, cəsarət, qorxmazlıq, mübarizlik kimi xüsusiyyətlər Quranda təriflənmişdir. Haqsızlıqla, ədalətsizliklə fikri mübarizə aparmaq, yaxşını, doğrunu izah etmək üçün heç bir fədakarlıqdan güzəştə getməmək, cəsarətini Allaha olan etibarından almaq, Allahdan başqasından qorxmayıb lazım gəldikdə canını ortaya qoymaq möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindəndir. Ancaq haqqında danışdığımız batil düşüncə sistemi, cəsarəti; ən ağlasığmaz pozğunluqları sınaqdan keçirmək, dürüstlüyü; əxlaqsızlıqları açıq-aydın və çəkinmədən etmək, mübarizəni də bunları ölənə qədər müdafiə edib, hər kəsə yaymaq kimi olduqca yanlış bir şəkildə xarakterizə etmişlər. Bu batil sistemdə gənc yaşdakı kişilər hədəf alındıqda, "cəsarət" və "qorxmazlıq" anlayışları, kobudluq, zorbazorluq, sərhəd tanımamaq, insanların haqqlarına təcavüz etmək, fürsətçilik, insanlardan öz mənfəəti üçün istifadə etmək, təcavüzkarlıq, davakarlıq, qürur və təkəbbür kimi xarakter pozuqluqları ilə bir tutulmuş, bu dəyanətsiz və yanlış psixologiya "cavanlıq" adı altında sanki qibtə ediləcək bir hala gətirilməyə çalışılmışdır. Düşüncəsizlik, nadanlıq, söyüşkənlik, boşboğazlıq kimi şeylər "mərdlik" kimi təriflənmişdir.

Allah bunlara bənzər digər mənfi xüsusiyyətləri üzərində daşıyan insanların etibarsızlıqlarını belə bildirir:

İtaət etmə hər tez-tez and içənə, alçağa, eyibləyib pisləyənə, dedi-qodu yayana, xeyirə maneə olmağa davam edənə, təcavüzkara, hədsiz dərəcədə günahkar, zalımhörmətsiz və cinayətkara; O mal-dövlət və uşaq sahibi oldu deyə, ayələrimiz ona oxunduqda, "bu keçmişdəkilərin əsatirlərindədir" deyər.

Qələm surəsi, 10-15

Bütün bu yanlış məntiqlər nəticəsində "sevgi" anlayışının da mənası dəyişmişdir. Sevgi, qarşıdakı adamın özünə təmin edəcəyi öyünmək dərəcəsi və ya maddi mənfəət ilə mütənasibdir. Bununla yanaşı din əxlaqının yaşanmadığı sistemin digər bir xüsusiyyəti də sevgini müxtəlif görünüş və imiclərə istinad etdirməsidir. Əlbəttə ki, bu əsl sevgi deyil. Bu cahiliyyət mühitində bir çox gənc qız, son model bir avtomobili, dəbdəbəli bir evi, yaxşı bir görünüşü olan insana guya ilk baxışda "aşiq" olar. Hər hansı bir xəstəlik və ya acizlikdən ötrü bu dünyəvi xüsusiyyətlər aradan qalxdıqda isə, eşqi də sona çatar.

Yaşadığı cəmiyyət, meyarlarını və dəyər mühakimələrini, duyğu və düşüncələrinin hüdudlarını müəyyənləşdirərkən, Onu, Allah, din və yaranma məqsədi haqqında heç bir şey düşünməyən bir insan halına gətirmişdir. Çünki, özünü proqramlaşdıran cahiliyyət cəmiyyəti, ona saysız vəzifələr yükləmişdir. Hər şeydən əvvəl cahiliyyət cəmiyyətinin deyimiylə; "gəmisini xilas etməli", sonra da bu cəmiyyətdə müəyyən bir "status" qazanmalıdır. Bunun üçün digər insanlardan istifadə edəcək, lazım gəlsə onları tapdalayacaq, sonra isə bir kənara atacaqdır.

Çünki bu cahil anlayışa görə "həyat bir mübarizədir" və yenə eyni yanlış anlayışa görə; "böyük balıq kiçik balığı udmalıdır". Zəif, düşkün insanların aradan götürülməsi isə sanki bir təbiət qanunu kimi görülər. Başqalarının, özünə zərərləri toxunmadığı müddətcə eyni zehniyyəti daşımalarının da bir zərəri yoxdur, çünki "ona toxunmayan ilanlar istədikləri qədər yaşaya bilərlər".

Lakin işlər gözlədiyi kimi getməyib lazımi müvəffəqiyyəti qazana bilmədiyi, xəyal etdiyi sosial statusu qazana bilmədiyi təqdirdə, eyni dünyagörüşü bu dəfə öz əleyhində işləməyə başlayar. Bir də görər ki, din əxlaqından uzaq yaşayan bu cəmiyyət tərəfindən xor görülən, tapdalanan, alçaldılan və bir kənara atılan insanların cərgəsinə özü də qoşulmuşdur. Daha əvvəl özünü ucaldacağını gözlədiyi qanunlar, indi özünü hədəf almışdır. Ətrafındakı dostları birdən yox olmuş, bədbəxt və təkbaşına qalmışdır. Bunlar bəs etmirmiş kimi ətrafında özündən böyük balıqların gəzməyə başladığını da görər. Güvənəcək insan, yapışacaq budaq və bir yardım əli axtarsa da tapa bilməz. Quranda dindən uzaq insanların çarəsiz qaldıqlarında Allaha üz tutduqları belə xəbər verilir:

Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, gəmilər də içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb deyərlər:

“Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq”.

Yunis surəsi, 22

Ancaq bu insan, Allah duasına cavab verib də özünü içində olduğu çətinlikdən xilas etdikdə, sanki daha əvvəl Allaha yalvaran özü deyilmiş kimi əvvəlki zehniyyətindən imtina etməz:

Allah onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. Bunlar dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizə olacaq, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik.

Yunis surəsi, 23

Bu cür insanların yanlış zehniyyətinə görə; "hər şeyi metafizik olaraq şərh etməmək, real olmaq" lazımdır. Əhəmiyyətli bir təcrübədən keçmiş və öz səyiylə xilas olmuşdur. "Həyatın həqiqətlərini" öyrənmişdir. Pis günlər keçirmişdir, lakin artıq bunlar geridə qalmışdır. O indi daha təcrübəli, daha yetkindir. Şübhəsiz ki, bu ağılsız və məntiqsiz bir yanaşmadır. İnkarçı insanların çirkin psixologiyası da Quranda xəbər verilmişdir:

Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar. Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq:

“Bəlalar məndən sovuşdu!” deyər və sevinib lovğalıq edər.

Hud surəsi, 9-10

Belə nankorluq edən insanın, həyatının geridə qalan hissəsində də başına buna bənzər bəlalar gəlir. Bəlkə Allah (tövbə edib, Özünə yalvardığı təqdirdə) hər dəfə bu adamın duasına cavab verəcək, lakin o isə, özünə verilən neməti lazım olduğu kimi qiymətləndirməyəcək, bu ağılsızlığından ötrü həm dünyada, həm də axirətdə çətinlik və acı dolu bir həyat yaşayacaq.

İnkarından dönməyən bu adam ölümlə üz-üzə gəldiyi vaxt, artıq tövbə etmə imkanı olmayacaq, özünə yeni bir fürsət verilməyəcək. Çünki o həyatı boyu necə bir insan olduğunu göstərmişdir. Allah bu insanın həqiqətlə üzləşdiyi vaxt keçirəcəyi peşmanlıq hissini Quranın bir çox ayəsində xəbər vermişdir:

Odun üzərində dayandırıldıqları vaxt onların:

“Kaş ki, bizi dünyaya qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq” dediklərini görəydin! Xeyr! Əvvəllər gizlətdikləri şeylər onlara aşkar oldu. Əgər onlar geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar.

Ənam surəsi, 27-28

Buna görədir ki, ağıl və vicdan sahibi kimsələrin dünyada olarkən bütün bu səhv rəftarlarını düzəltmələri, əxlaqlarını tamamilə dəyişdirib gözəlləşdirmələri böyük əhəmiyyət daşıyır. Ayələrdə belə buyurulur:

Allah kimi azğınlığa salsa, bundan sonra onun heç bir himayəçisi olmaz. Sən zalımları əzabı gördükləri zaman:

“Qayıtmağa bir yol yoxdurmu?” deyən görəcəksən. Cəhənnəm qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər:

“Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü həm özlərini, həm də qohumlarını (tərəfdarlarını) ziyana uğratmışdırlar”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar. Onlara Allahdan başqa kömək edəcək dostlar olmayacaqdır. Allah kimi azğınlığa salsa, onun üçün heç bir qurtuluş yolu olmaz. Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz günahlarınızı inkar edə bilməyəcəksiniz.

Şura surəsi, 44-47

Din Əxlaqından Uzaq Cəmiyyətdən Quran Əxlaqına Keçid

Ancaq kim haqsızlıq edib sonra da pisliyin əvəzinə yaxşılıq edərsə, bilsin ki, Mən Bağışlayanam, Rəhmliyəm!

Nəml surəsi, 11

...Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik...

Şura surəsi, 52

Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və Tərifəlayiq Allahın yoluna yönəldilmişlər.

Həcc surəsi, 24

Şübhəsiz ki, ən gözəl söz Allahın kitabıdır. Ən gözəl yol da Məhəmməd (əleyhissalatu vəssəlləm)in yoludur. İşin ən pisi də dinə zidd olaraq sonradan uydurulan şeylərdir. (3. Buhârî, I'tisam 2, Edeb 70)

Uca Rəbbimiz Allah hər cəmiyyətin xəbərdar ediləcəyini bir ayəsində belə bildirmişdir:

Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş heç kəsə əzab vermərik.

İsra surəsi, 15

Dəvət olunan insanlar müxtəlif cavablar verərlər. Quranda bu cavablar ən incə nöqtəsinə qədər izah edilər. Bu cavabların ən gözəli isə, həqiqi bir möminin verəcəyi; "eşitdik və itaət etdik" ifadəsidir. Ayədə belə bildirilir:

Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq:

“Eşidirik və itaət edirik!” demələridir. Nicat tapanlar da məhz onlardır.

Nur surəsi, 51

Quranda din əxlaqına dəvət edildiyi vaxt təkkəbbürlənərək üsyan edənlərdən, hətta düşmənlik bəsləyənlərdən bəhs edilir:

Həqiqəti oyana-buyana çevirən, günaha düşkün hər kəsin vay halına! O, Allahın ona oxunan ayələrini eşidir və sonra da, sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inadkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ. O, ayələrimizdən bir şey öyrəndiyi zaman ona lağ edir. Məhz belələri üçün alçaldıcı bir əzab vardır.

Casiyə surəsi, 7-9

Bəzilərinin verdikləri reaksiya isə daha fərqlidir. Vicdanı ona doğrunu göstərər, amma içindəki digər bir səs ona daim cahiliyyət cəmiyyətinin batil sistemindən imtina etməməsini təlqin edər. Bu vicdanına zidd təlqinləri də bəzi müdafiə mexanizmlərindən istifadə edərək öz aləmində qanuniləşdirməyə çalışar. Həqiqətdən qaçmaq üçün müxtəlif yolları sınayar. "Onlar mənə həqiqəti söyləyirlər, amma mən iradəsizliyim və ya qürurumdan ötrü tətbiq etmirəm" deyə, içində olduğu vəziyyəti açıq şəkildə ifadə edə bilmədiyi üçün öz zəif ağlına görə ya özünə izah edilən həqiqətlər ya da bunları izah edən möminlər barəsində araşdırmalar aparar.

Ancaq bunu da mütləq söyləmək lazımdır ki, bu səhv yanaşmalar tarix boyu bütün cahiliyyət cəmiyyətlərində eyni şəkildə müşahidə olunmuşdur. Hətta belə ki, tarix boyu bütün cəmiyyətlərdə haqq dini təbliğ edən elçilərə və saleh möminlərə eyni böhtanlar atılmış və bənzər ittihamlara məruz qalmışlar. Ayələrdə belə bildirilmişdir:

Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah elçi göndərmək istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik.

Muminun surəsi, 24

...Doğrudanmı atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin əqidə barəsində şübhə doğuran şəkk içindəyik”.

Hud surəsi, 62

Belə bir insan birdən-birə, həmin ana qədər çöldə görüb də qınadığı yanlış və təhrif olunmuş din anlayışının qızğın müdafiəçisinə çevrilər. "Hamı səhv edir də, təkcə sizmi doğru yoldasınız" kimi qəlibləşmiş məntiqlər irəli sürər. Ancaq bilməlidir ki, bu məntiq tamamilə Qurandan kənardır. Çünki Quranda bildirildiyinə görə, doğru, onu qəbul edən insanların sayı ilə müəyyənləşdirilməz. Onsuz da "insanların əksəriyyəti"nin səhv yolda olacaqları Quranda bildirilmişdir:

Əlif. Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən həqiqətdir. Ancaq insanların əksəriyyəti iman etməz.

Rad surəsi, 1

Tarix boyu bütün peyğəmbərlər vəzifələrini əskiksiz şəkildə tamamlamış və Allahın özlərinə bildirdiyi din əxlaqını insanlara təbliğ etmişdirlər. Allahın yerinə yetirmələrini istədiyi məsuliyyəti tam olaraq yerinə yetirmiş, mükafatlarını da Allah Qatında almışlar.

İnkarçıların irəli sürdükləri bəhanələr etibarsızdır Cahiliyyət əxlaqının təsirindən xilas olmaq istəməyən bir adam haqq din özünə təbliğ edildiyi vaxt, səmimi olaraq izah edilənləri dinləmək və vicdanının səsinə qulaq asmaq əvəzinə öz ağlınca izah edilənlərdə müəyyən səhvlər tapmağa çalışar. Heç bir şey bilmədiyi halda, öz başından müxtəlif nümunələr verərək həqiqətləri eşitməmək üçün qulaqlarını tıxayar. Allahın Quranda "məsəl" olaraq qeyd etdiyi inkarçılara aid bu nümunələr, heç bir əsası olmayan yanlış şərhlərdir:

Gör sənə aid hansı məsəlləri çəkdilər! Onlar haqq yoldan azdılar və bir daha o yolu tapa bilməyəcəklər!.

Furqan surəsi, 9

Bu məsəllərin ən bilinənlərinin sayı 4-5-i keçməz. Məsələn, "donuz əti niyə haramdır?" tez-tez rast gəlinilən suallardan biridir. Donuzun özü murdar bir heyvandır və trixin xəstəliyinin yaranmasına səbəb olar. Bu sualı verən kəslər də ümumiyyətlə donuz ətinin insan sağlamlığına nə qədər zərərli olduğunu bilirlər. Onsuz da səmimi surətdə öyrənmək məqsədiylə bu sualı verməzlər. Öz aləmlərində möminlərə çətinlik çıxartmağa çalışarlar. Ancaq bu insanlar müvəffəqiyyət qazana bilməzlər. Bu həqiqət Quranda belə bildirilir:

Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə Cəhənnəm sakinləridirlər.

Həcc surəsi, 51

Onlar, insanları Allah yolundan sapdıranlar, onda əyrilik axtaranlar və axirəti inkar edənlərdir.

Hud surəsi, 19

Bu cür insanlar, göstərdikləri bir misalın etibarsızlığı özlərinə izah edilsə belə, (məqsədləri səmimi surətdə məlumatlanmaq, şübhələrini aradan qaldırmaq olmadığı üçün) onun cavabını alan kimi yeni misallar göstərərlər. Verilən cavablar və nəsihətlər üzərində dürüst şəkildə düşündüyü təqdirdə, bunlar özünə məqbul, məntiqli gələcəkdir. Amma cahiliyyət cəmiyyətinin təlqinləriylə düşündüyü üçün həqiqətləri qavraya bilməz. Bununla da Allahın Quranda bildirdiyi kimi; "qulaqlarını tıxayar" və o mühitdən bir qaçış yolu axtarmağa başlayar. Quranda cahiliyyət cəmiyyətinin bu çirkin rəftarı belə bildirilmişdir:

Sən onları bağışlayasan deyə mən hər dəfə onları dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəmötkəm təkəbbürlənirdilər.

Nuh surəsi, 7

Öyüd-nəsihətdən qaçan bu cür insanların vəziyyəti vəhşi uzunqulaqlara bənzədilər:

Onlara nə olub ki, nəsihətdən üz döndərirlər? Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki, aslandan qaçırlar.

Muddəssir surəsi, 49-51

İslama dəvət edildiyi halda, bu cür sadə rəftarlarla özünü haqlı çıxartmağa çalışan adamın "olduqca zalım bir insan" olduğunu isə yenə Qurandan öyrənirik:

İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər? Allah zalım adamları doğru yola yönəltməz.

Saff surəsi, 7

Haqında danışdığımız inkarçı, hamının özü kimi olduğunu zənn etdiyindən, möminlərin sırf Allah rizasına əsaslanan birlik və həmrəyliyinə də "cahiliyyət" standartlarına görə bir izah tapmağa çalışar. "Bu işin içində bir iş var", "bu dövrdə heç kim heç kimə qara qaşına, qara gözünə görə gəlməz" kimi cahiliyyət cəmiyyətinin bütün çirkinliklərini ifadə edən məntiqsiz açıqlamalarla öz ağlınca hiyləgərliyini ön plana çıxartmağı sınayar. Bəzən də yuxarıdan aşağı baxan lağlağı rəftarlar nümayiş etdirərək çirkin əxlaqını göstərər. Bu mövzuda ən böyük dəstəyi yenə, özüylə eyni qaranlıq ruh halına sahib yaxın ətrafından alar. Quranda bu cür bir adamın möminlərə olan münasibəti və insanları doğru yoldan azdıran yaxın ətrafı ilə olan əlaqəsi belə ifadə edilir:

Onlar iman edənlərlə rastlaşdıqda:

“Biz iman gətirdik!” deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz onlara ancaq istehza edirik!” deyirlər. Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər.

Bəqərə surəsi, 14-15

Əslində Qurana qarşı misal gətirmə, möminlərə qarşı səmimiyyətsiz, qərəzli və pis niyyətli yaxınlaşma tərzi, lağlağı rəftarlar nümayiş etdirmə yalnız bu kimi kəslərə məxsus davranış pozuqluqları deyil. Özündən xeyli əvvəlki dövrlərdə yaşamış və din əxlaqına qarşı çıxmış insanlar da əsrlərdir ki, eyni ağılsız üsullara müraciət etmişlər. Dövrlərin dəyişməsinə baxmayaraq zehniyyət, tətbiq edilən üsul, verilən misallar eynilə davam edir. Həqiqətləri bilə-bilə ört-basdır etmək üçün bu üsula müraciət edənlərin zehniyyəti tarix boyu heç dəyişmədən bu günə qədər davam etmişdir:

Xeyr, onlar da əvvəlki ümmətlərin dedikləri kimi dedilər.

Muminun surəsi, 81

Bunlarla yanaşı bir qrup da dini öz mənfəətləri istiqamətində təhrif etməyə çalışar. Dini bu şəkildə təhrif etməyə çalışan kimsələr haqqında Quranda bu hökm yer alır:

Sizə nə olub, necə hökm verirsiniz? Yoxsa sizin elə bir kitabınız vardır ki, onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır? Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır?.

Qələm surəsi, 36-39

Qurana tabe olan səmimi bir mömin gördüyü vaxt, yaşadığı günahkarlıq və alçaqlıq duyğusunu gizlətmək üçün özünü təmizə çıxartmağa çalışmaq da, cahiliyyət cəmiyyətlərində tez-tez müraciət olunan üsullardandır. Bu cür insanlar bunu edərkən adətən həmişə eyni qəliblərdən istifadə edərlər. "Əlhamdülillah biz də müsəlmanıq", "mənim atam hacıdır", "nənəm də başını örtərdi", "ailəm çox dindardır", "mən onsuz da bayram namazlarını daim qılıram" kimi sözlərlə bu ruh hallarını ifadə edərlər. Özlərinə din mövzusunda öyüd verilməsindən, xəbərdarlıq edilməsindən, ağıl verilməsindən, doğru olanın tövsiyə edilməsindən xoşlanmazlar.

Bir də; "mən hamınızdan daha dindaram, daha namusluyam, kimin kimdən daha üstün olduğunu təkcə Allah bilər" kimi ifadələrlə özünü üstün görməyə çalışanlar vardır. Əlbəttə ki, kimin üstün olduğunu ən doğru Allah bilər. Lakin Allah üstünlüyün yalnız Özünə bağlı olmaqla, Quranda ifadə edilən mömin xüsusiyyətlərini daşımaqla təmin ediləcəyini də açıq şəkildə bildirmişdir. Quranda bildirilən meyarlar çox açıq və aydın olduğundan, Qurandan xəbəri belə olmayan bir insanın, saxtakarlıqla üstünlük eyhamları etməsinin onu aciz və sadə bir insan mövqeyinə saldığı aydındır. Bu cür bir rəftar nümayiş etdirən adamın ən böyük səhvlərindən biri də, möminləri aldatdığını zənn etməsidir. Möminlər, Allahın verdiyi qavrama gücü və Quranda bildirdiyi meyarlar sayəsində, qarşı tərəfin ruh halını çox yaxşı şəkildə müəyyənləşdirmə gücünə sahibdirlər. Üstəlik, "kökslərdə olanı bilən" (Ali İmran surəsi, 119) Allah, onsuz da o adamı özündən də yaxşı tanıyır. Haqqında danışılan insan, etdiyi hiyləgərliklərlə digər insanları və öz vicdanını aldatsa belə, Allah Qatında bəhanələrinin heç bir etibarlılığı olmayacaq.

Dünya və Axirət Həyatı

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır. De:

“Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür

Ali İmran surəsi, 14-15

Əslində indiyə qədər izah edilən bütün pozulmalar, insanın axirət həqiqətini qavraya bilməməsindən qaynaqlanır. Quranda bildirildiyi kimi, Allah dünyanı insanlar üçün müvəqqəti bir yurd kimi yaratmışdır. Bu möminlərin imtahan olunaraq mənfi xüsusiyyətlərindən xilas olması və cənnətə layiq bir xarakter qazanması, inkarçıların da mənfi xüsusiyyətlərinin ortaya çıxması üçündür.

Amma "cahiliyyət" cəmiyyətinin ən böyük xüsusiyyətlərindən biri bu həqiqəti görməzlikdən gəlmələri və heç yox olmayacaqmış kimi dünya həyatına bağlanmalarıdır. Bu azğın zehniyyət "cahiliyyət" əxlaqı meydana gətirər. "İnsan dünyaya bir dəfə gəlir" cümləsiylə yekunlaşdırılan bu batil dünyagörüşünə görə ölüm bir sondur. Elə isə hələ də həyatdaykən "həyatın dadı" çıxarılmalıdır. Bunun üçün də hər cür üsul sınaqdan keçirilə bilər. Çünki "cahiliyyət" cəmiyyətində insana mənfəət təmin edəcək hər şey qanuni elan edilmişdir. Halbuki, həqiqətlər heç də belə deyil.

Cahiliyyət cəmiyyətinin nümayəndələri az da olsa ağıllarından istifadə etməzlər. Ölümün hər kəs üçün qaçınılmaz bir son olduğu bəllidir. Amma yenə də bu mövzunu mümkün qədər gündəmdən kənarda saxlayarlar. Ölümdən bəhs etmək "xeyir söyləməzlik" kimi xarakterizə olunar. Bir çox insan sanki heç ölməyəcəkmiş kimi bir zehniyyətlə yaşayar. Halbuki, belə edənlərin çox böyük bir hissəsi Allahın varlığını qəbul edir. Buna görə də axirətin də varlığını qəbul etdiklərini iddia edərlər. Amma hadisəyə bir qədər diqqətlə yaxınlaşıldığında ortada həqiqi bir axirət inancı olmadığı aydın olar. Qeyd olunan psixologiya ayələrdə belə vurğulanar:

Əsl həqiqətdə, bunlar ötəri dünyanı sevərək qarşılarındakı ağır günü görməməzliyə vururlar.

İnsan surəsi, 27

...Onlardan hər biri min il ömür sürməsini istər. Halbuki uzun ömür belə onu əzabdan uzaqlaşdıra bilməz. Allah onların nə etdiklərini görür.

Bəqərə surəsi, 96

Diqqətli olun; doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Diqqətli olun; həqiqətən, O, hər şeyi əhatə edir.

Fussilət surəsi, 54

Axirəti düşünməməyin səbəb olduğu sonsuzadək yaşamaq istəyi, "cahiliyyət" mədəniyyətində çox böyük bir təsirə malikdir. Əksər insan öldükdən sonra dünyada "adını davam etdirəcək" bir "əsər" qoyub getmək istəyir. Bunun özünə heç bir faydası olmayacaq, amma məqsədi; "unudulmamaq" kimi qəribə bir psixologiyadan ötrü geridə böyük bir sərvət və ya bir əsər qoyub getməkdir. Əlbəttə ki, bir adamın insanlara faydası olacaq gözəl əsərlər qoyub getməsi yaxşı bir davranışdır, ancaq burada tənqid olunan xüsus bunun tam fərqli bir məqsədə xidmət etməsi və hərisliklə edilməsidir. Quranda din əxlaqından uzaq insanların sahib olduqları bu yanlış məntiq də belə izah edilir:

O vaxt qardaşları Hud onlara dedi:

“Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün göndərilmiş etibarlı bir elçiyəm. Artıq Allahdan qorxun və mənə itaət edin! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Siz hər uca təpədə bir abidə inşa edib (faydasız bir şeylə məşğul olaraq) əylənirsinizmi?. Əbədi yaşamaq ümidiylə sənət əsərləri mi inşa edirsiniz?

Şuəra surəsi, 124-129

O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır və elə güman edir ki, vardövləti onu əbədi saxlayacaqdır. (Hüməzə surəsi, 2-3) Cahiliyyət cəmiyyətində olduqca azğın bir axirət inancı da vardır. Cahiliyyət cəmiyyətinin nümayəndələri axirətə qəti bir məlumatla inanmazlar. Ən inanclı kimi görünənləri də, "ya varsa" şəklindəki çirkin məntiqdən kənara çıxa bilməzlər. Üstəlik, axirət haqqında bu kimi cahil məntiqlər yürüdənlər, özlərinin cənnətlik olduqlarına da adları kimi əmindirlər. Kəhf surəsindəki bir hekayədə izah edilən adam, "cahiliyyət" cəmiyyətinin ümumi dünyagörüşünü simvolizə edər:

Onlara iki kişinin əhvalatını misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq.

Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq.

Onun başqa məhsul verən torpaq sahəsi də var idi. O öz yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!” dedi.

O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm.

Qiyamət saatının gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!” Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni normal (əli ayağı tutan, gücü-qüvvəti yerində olan) bir insan qiyafəsinə salmış Allahın varlığını mı inkar etdin?

Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: “Maşallah. Qüvvət yalnız Allaha məxsusdur!” deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa, Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün.

Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!”. Beləcə, onun bağının məhsulu bir anda məhv edildi. O, bağını belə görüb ora qoyduğu xərcə görə peşmançılıq çəkməyə və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!”. Allahdan başqa ona yardım edə biləcək kəslər yox idi və o da öz-özünə kömək edə bilməzdi.

Belə hallarda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur.

Kəhf surəsi, 32-44

Digər bir surədə; "ya varsa" yanlış məntiqini irəli sürən, sonra da özünü cənnətlik elan edən bu cahil zehniyyət belə izah edilir:

Başına gələn bəladan sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər:

“Bu mənim haqqımdır və Mən Qiyamət saatının gələcəyini güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!”. Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracağıq.

Fussilət Surəsi, 50

Diqqət yetirilsə yuxarıdakı ayədə Allahın, bunu söyləyən adamın inkarçı olduğunu xəbər verdiyi görülər.

Allahın varlığını qəbul edən insan üçün axirətin varlığından əmin olmamaq qeyrimümkündür. İnsanı Allah yaradar, bəsləyər, yaşadar, ona saysız nemət verib böyük bir şəfqət və mərhəmət göstərər. Həm də, əlbəttə ki, bütün bunlar üçün şükr edib yaxşı əməllər edənlərlə nankorluq edənlər bir tutulmayacaqdır. Çünki Allah qullarına qarşı sonsuz şəfqət və mərhəmət sahibi olandır.

"Hər kəs ölümü dadacaqdır" (Ənbiya surəsi, 35), ayəsinin tələbinə görə hər kəs qısa bir müddət qaldığı bu dünyanı mütləq tərk edər. Allah insanı müəyyən bir müddət yaşatdıqdan sonra öldürər. Bu müddət; "öyüd ala biləcək kimsənin öyüd ala biləcəyi qədər ömür vermədikmi?" (Fatir surəsi, 37) ayəsiylə təsvir edilir. İnsan ölümlə birlikdə yox olmağa deyil, əksinə əsl həyatına addım atar. Onsuz da bu dünyanın müvəqqəti olduğu və əsl həyatın bir nümunəsi kimi yaradıldığı, düşünən insan üçün açıq bir həqiqətdir. Dünyadakı bütün gözəlliklər müvəqqətidir və bununla yanaşı bir çox qüsurla birlikdə yaradılmışdır. Dünyanın ən gözəl insanı, bu gözəlliyini ən çox bir neçə on il qoruya bilər. Yaşlandıqca dərisi qırışmağa, bədəni deformasiyaya uğramağa başlayar. Yaşlanmasına da ehtiyac yoxdur, ən böyük çirkinliklər ən gözəl insanın tam yanındadır. İnsanın bədəninə onun acizliyini göstərəcək çox qəribə mexanizmlər yerləşdirilmişdir. Bir neçə gün yuyunmasa bədənində pis qoxular meydana gəlməyə başlayar. Nə qədər cəlbedici və füsunkar olsa da ən böyük acizliyi yaşayacaq, hər kəs kimi tualetə gedəcək.

İnsanların böyük bir hissəsi bunlara alışdıqları üçün, adətən bu acizliklərdə bir "hikmət" olduğunu görə bilməzlər. Halbuki, Uca Allah qüsursuz şəkildə yaradandır. Allah istəsə insan heç bir şəkildə xəstələnməz, heç bir şəkildə ondan pis iy yayılmaz və ya heç vaxt gücsüz olmaz. Bütün bu çatışmazlıqlar insana, Uca Allaha möhtac olduğunu xatırlatmaq üçündür. Bir də yaşadığı dünya həyatının mükəmməl olmadığını, həqiqi həyatın xüsusi olaraq çatışmazlıqlarla birlikdə yaradılmış pis bir bənzəri olduğunu hiss etdirmək üçün. Dünya və axirətlə əlaqədar bir Quran ayəsi mövzunu ən gözəl şəkildə izah edir:

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.

Hədid surəsi, 20

Yaxşı, bəs onda əsl həyat necədir? Bu həyatın möminlər üçün cənnət, inkarçılar üçün də cəhənnəm kimi iki yerə ayrıldığını hamı bilir. Amma "cahiliyyət" cəmiyyəti cənnət və cəhənnəm mövzusunda da, həqiqətlə uyğunlaşmayan bir çox dünyagörüşü və xurafat meydana gətirmişdir. Bu səbəblə də axirətdəki mühiti ancaq Quran ayələrindən lazım olduğu kimi öyrənərik.