Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Həqiqəti düşündünüzmü?: Dəvə

Mündəricat
  1. Təməl suallar
  2. Quran barəsində düşünmək
  3. Qurandakı din və ataların dini
  4. Əsl dindarlar və saxta dindarlar
  5. Quranda təsvir edilən mömin
  6. Özümüzü sorğu-sual etmək
  7. Din əxlaqını yaşamayan insan modelinin zərərləri
  8. Möminlərin əsl yurdu: Cənnət
  9. İnkarçıları gözləyən cəhənnəm
  10. Yeni bir ölçü
  11. Gözümüzün önündəki möcüzələr
  12. Ağcaqanad
  13. Balarısı
  14. Dəvə
  15. Quranda təkrarlanan sözlər

Məgər onlar dəvənin necə yaradıldığını görmürlər? Göyün necə yüksəldiyini görmürlər? Dağların necə sancıldığını görmürlər? Yerin necə döşədildiyini görmürlər? Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. (Ğaşiyə surəsi, 17-21) Bütün varlıqlar, bütün kainatı olduğu kimi özlərini də yaradan Allahın sonsuz gücünü və elmini göstərirlər. Allah bunu bir çox ayədə bildirir, yaratdığı hər şeyin bir ayə, yəni bir dəlil və ibrət olduğuna daim diqqət çəkir.

Ğaşiyə surəsinin 17-ci ayəsində də, yenə üzərində diqqətlə düşünülməsi və ibrət götürülməsi lazım olan bir heyvandan; "dəvə"dən bəhs edilir.

Aşağıda, Allahın Quranda; "məgər onlar dəvənin necə yaradıldığını görmürlər?" ifadəsiylə üzərində düşünməyə dəvət etdiyi bu heyvan haqqında bəzi heyrətləndirici məlumatlar verilmişdir.

  1. İnanılmaz dərəcədə aclıq və susuzluğa dözmə qabiliyyəti: Dəvə, 50⁰C temperatur altında 8 gün ac-susuz qala bilər. Bu müddət ərzində bədən çəkisinin cəmi 22%-ni itirər. İnsan, öz bədənində olan suyun 12%-ni itirdiyi vaxt öldüyü halda, dəvə, bədənindəki suyun 40%-ni itirdiyi halda ölməz. Dəvənin susuzluğa dayana bilməsinin digər bir səbəbi də, gündüzlər bədən temperaturunu 41⁰C-yə qədər yüksəldən bir mexanizmə sahib olmasıdır. Bu sayədə gündüzlər qızmar səhrada su itkisini minimum səviyyədə saxlaya bilir. Soyuq səhra gecələrində isə bədən temperaturunu 30⁰C-yə qədər aşağı sala bilir.
  1. Mükəmməl su istifadəsi vahidi: Dəvələr, 10 dəqiqədə bədən ağırlıqlarının üçdə biri nisbətində su içərlər. Bu miqdar bəzən 130 litrə çata bilir. Bununla yanaşı dəvə, insanla müqayisədə 100 qat daha geniş bir sahəni əhatə edən bir burun selikli qişasına malikdir. Heyvan, çox böyük və qıvrımlı burun selikli qişası sayəsində, havadakı rütubətin 66%-ni tuta bilir.
  1. Qidalardan və sudan maksimum istifadə: Heyvanların çoxu böyrəklərində yığılan sidik cövhəri qana qarışdığı anda zəhərlənərək ölər. Halbuki, dəvə, bədənində əmələ gələn sidik cövhərini dəfələrlə qaraciyərdən keçirərək, sudan və qidalardan maksimum dərəcədə istifadə edə bilir.

Dəvənin qan və hüceyrə quruluşu da, səhra şəraitində uzun müddət susuz yaşaya bilməsini təmin edə biləcək şəkildədir. Hüceyrə divarları, hüceyrələrin çox su itirməsinin qarşısını alacaq bir quruluşdadır. Qan isə, dəvənin bədənində su minimum səviyyəyə endikdə belə qanın axım sürətinin zəifləməsinə imkan verməyəcək bir formadadır. Həmçinin qanında, susuzluğa davamlığı artıran albumin fermenti, digər canlılarla müqayisədə daha yüksək miqdarda mövcuddur.

Dəvənin digər bir yardımçısı da hörgücüdür. Hörgüclərdə dəvənin bədən ağırlığının beşdə bir hissəsi qədər yağ tədarük edilmişdir. Dəvədə yağın tək bir nöqtədə toplanması, (yağa bağlı olaraq) bədənin hər yerində intensiv surətdə su itkisinin qarşısını alar. Bu da dəvənin sudan minimum ölçüdə istifadə etməsinə səbəb olar. Bir hörgüclü dəvə, normalda gündə 30-50 kiloqram qida qəbul edə bildiyi halda, çətin şərtlər altında gündə yalnız 2 kiloqram quru otla belə bir ay ərzində yaşaya bilir. Dəvənin ağız və dodaq quruluşu, ayaqqabı dərisini deşəcək qədər kəskin tikanları belə rahatlıqla yeyə biləcəyi formadadır. Dörd kameralı mədəsi və həzm sistemi isə qabağına çıxan hər şeyi üyüdə biləcək qədər güclüdür. Dəvə normalda bir yemək növü olmayan kauçuk kimi maddələrdən belə istifadə etməyi bacarar. Quraq mühitlərdə bu xüsusiyyətin nə qədər qiymətli olduğu aydındır.

  1. Tornadolara və fırtınalara qarşı görülən tədbir: Dəvənin kirpikləri iki qatlıdır. Kirpiklər, tələ kimi iç-içə keçərək, gözü güclü qum fırtınalarına qarşı tam bir qoruma altına alar. Dəvələr həmçinin burun dəliklərini də qum girməsin deyə bağlaya bilərlər. 5) Qızmar istiyə və dondurucu soyuğa qarşı görülən tədbir: Bütün bədənini örtən sıx tüklər səhradakı qızmar günəş şüasının heyvanın dərisinə çatmasına mane olar. Bunlar həmçinin soyuqda da heyvanın isinməsini təmin edər. Səhra dəvələri 70⁰C-lik temperaturdan zərər görmədikləri halda, cüt hörgüclü dəvələr sıfır dərəcədən aşağı 52⁰C-lik temperaturda belə yaşaya bilirlər. Bu cür dəvələr, 4 000 metrlik hündür yaylalarda belə yaşaya bilirlər.
  1. Qızmar qumlar üçün görülmüş tədbir: Qıçlarına görə olduqca böyük olan ayaqları da, quma batmadan yeriyə bilsin deyə xüsusi olaraq geniş səthə malik şəkildə yaradılmışdır. Dabanlarındakı xüsusi qalın dəri isə qızmar səhra qumlarına qarşı görülmüş tədbirdir. Bütün bu məlumatlar əsasında bunları düşünək: Dəvə, öz bədənini səhra mühitinə görə mi qaydaya salmışdır? Burun selikli qişasını özü əmələ gətirib, hörgücünü özümü yaratmışdır? Yaxud tornado və fırtınaya qarşı göz və burun quruluşunu özümü dizayn etmişdir? Qan və hüceyrə quruluşunu, sudan qənaətlə istifadə etmək üçün özümü nizamlamışdır? Bədənindəki tüklərin quruluş və xüsusiyyətini dəvənin özümü seçmişdir? O mu özünü "səhra gəmisi"nə çevirmişdir?

Əlbəttə ki, dəvə (digər hər hansı bir canlı kimi) bunları edə bilməz, öz-özünü insanlara faydalı hala gətirə bilməz.

"Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?" ayəsi, həqiqətən də bu inanılmaz heyvanın meydana gəlişini ən yaxşı şəkildə izah edir. Dəvə də, hər şey kimi yaradılmış, müxtəlif xüsusiyyətlərlə bəzənmiş və Allahın yaratmasındakı üstünlüyün bir dəlili olaraq yer üzünə yerləşdirilmişdir.

Dəvə, bu cür üstün fiziki xüsusiyyətlərlə yaradılmaqla yanaşı, ona insana xidmət etmək, insana isə, bütün varlıq aləmindəki buna bənzər yaradılış möcüzələrini görmək və bütün varlıqların yaradıcısı olan Allahı tanımaq vəzifəsi verilmişdir...