Qurana Görə İlk Müsəlman Kimdir?
Quranda əksər peyğəmbərlə bağlı aşağıdakı ifadə keçir.
“Mənə həqiqətən müsəlman olanların ilki olmağım əmr edildi və: Əsla müşriklərdən olma.” (deyildi.) [Ənam surəsi (6/14)]
“Onun heç bir şəriki yoxdur. Mən belə əmr olundum və mən müsəlman olanların ilkiyəm.” [Ənam surəsi (6/163)]
“Doğrusu biz, iman edənlərin ilki olduğumuza görə Rəbbimizin bizim xətalarımızı bağışlayacağını umuruq.” [Şüəra surəsi (26/51)]
“Və mən, müsəlmanların ilki olmaqla da əmr olundum.” [Zümər surəsi (39/12)]
Bu ayələrdə fərqli Peyğəmbərlər “müsəlmanların ilki olmaqla da əmr olundum” deyirlər. Qurana görə hər Peyğəmbər Müsəlmandır. Hz. Adəmdən bəri Allah peyğəmbərlərə İslamı vəhy etmiş və Müsəlman olmalarını istəmişdir. Amma hər peyğəmbərin vəfatından sonra müşriklər dinə minlərlə haram qatmış peyğəmbərləri (haşa) ilahlaşdırmış, güya xocalarını və şeyxlərini ilah edinmişlər. Bunun üzərinə Allah təkrar-təkrar Peyğəmbər göndərmişdir.
Ateistlərin zənn etdiyinin əksinə peyğəmbərlər qadağa qoyub ateistlərə müharibə elan etmək üçün deyil, ateistlərin nifrət etdiyi və Müsəlman sandığı müşrik toplumunun dindən istifadə edərək etdikləri saxtakarlıqları ifşa edərək tək bir Allaha inanmağa və ibadətə dəvət etmək üçün gəlmişlər.
Məsələn Hz. Məhəmməd gəlib Ərəbistandakı insanları İslama dəvət etdiyi zaman oradakı müşriklər onsuz da Hz. İbrahimin yolunda olduqlarını söyləmişlər. Bunun üzərinə ayə nazil olmuşdur;
De ki: “Allah doğru söylədi. Elə isə Allahı bir tanıyan (Hənif)lər olaraq İbrahimin dininə uyun. O, müşriklərdən deyildi.” [Ali-İmran surəsi (3/95)]
Gələk sualın cavabına : Hər Peyğəmbər gəldiyində öz dövrünün ilk Müsəlmanıdır. Çünki insanların əksəriyyəti müşrik, bir qismi də inkarçıdır.
Nəticə olaraq, ilk Müsəlman ilk peyğəmbər də olan Hz. Adəmdir. Amma Quran məntiqinə görə, gələn bütün elçilər də öz qövmlərinin ilk müsəlmanlarıdır…Bu sadə məntiqi anlayaraq baxdığımızda Quran ayələri arasında əsla heç bir ziddiyyətin olmadığı görüləcəkdir….