Qurana Görə “Cizye” Vergi Deyil, ”Müharibə Təzminatıdır”
Quran tutarlılığı test edilə biləcək şəkildə dizayn edilmiş bir kitabdır. Bir anlayış və ya cümlə eynilə başqa ayələrdə də yer ala bilir. Bu şəkildə Allah çox az söz işlədərək etdiyi cümlə kombinasiyaları ilə inanılmaz bir kitab yaratmışdır. Eyni zamanda bu xüsusiyyət Quranı mənalandırarkən oxşar cümlələri də nəzərə almağı məcburi edir. Əks halda təhriflərə və ya yanlış mənalandırmalar özünü ələ verir. Bu gün də Quran tərcümələrində bir çox yanlış mənalandırmalar söz mövzusudur. Lakin Quran Allah tərəfindən qorunması və özü-özünü təfsir etmək xüsusiyyəti ilə bu əyri düşüncəyə ən doğru cavabı verir.
Əsrlərdir mənası ən çox təhrif edilən mövzulardan biri də “Cizye”dir. Ənənəvi məktəbə görə cizye; İslam ölkələrində müsəlman olmayanlardan alınan bir vergi növüdür. Mənbəyi olaraq da Tövbə surəsi 29-cu ayə göstərilir. Bəs həqiqətən də vəziyyət əsrlərdir tətbiq edildiyi kimidirmi? Yoxsa Tövbə surəsi 29-cu ayədə üstün bir əxlaqdan, universal mədəni bir qanundan bəhs edilir?
Özlərinə kitab verilənlərdən Allaha və axirət gününə inanmayan, Allahın və rəsulunun qadağan etdiyini haram saymayan və haqq dini din edinməyənlərlə, boyun əyərək öz əlləri ilə cizye verəcəkləri vaxta qədər döyüşün. Tövbə surəsi 29
Bəli, yuxarıda da bəhs etdiyimiz kimi, ilk növbədə Qurandan bir mövzunu anlamağın və ya bir problemi həll etməyin tək yolu, vəziyyətin Qurana ərz edilməsidir. Cizye Ceza kökündən gəlir. (Şəkil 1-də izahlı şəkildə açıqlanmışdır.) Müharibəyə xas ödənilən bir təzminatdır, yəni müharibələrdə təcavüzkar dövlətlərin qalib dövlətlərə verdikləri zərər qarşılığında ödəməyə məcbur olduqları təzminata deyilir. Tarixdə cizyeyə nümunə ödənişlər mövcuddur. Həmçinin cizye mülki hüquqda da mövcud olan bir cəzadır. Yaxın tariximizə baxdıqda II. Dünya müharibəsindən sonra təcavüzkar Almaniyanın ödədiyi müharibə təzminatı da cizyedir. Yenə yaxın tariximizdə Yunanıstan Qurtuluş Müharibəsində Qərbi Anadoluya verdiyi zərərin qarşılığında müharibə təzminatı olaraq Türkiyəyə Ədirnənin Qaraağac məhəlləsini vermişdir.
Şəkil:1
İslamda müharibə yalnız müdafiə məqsədlidir və müharibə yalnız müharibəyə qatılan tərəfə yönəlikdir. İslamda düşməni
öldürməkdən daha çox insanı qazanmaq əsasdır. Müharibəyə girildikdə müsəlmanlar ədalətli müharibə prinsiplərinə görə addım atmağa məcburdurlar. Bu prinsipləri əvvəllər saytımızda dərc etdiyimiz https://kurandaceliskiolmaz.net/kuranda-inkarcilarla-sava… müvafiq linkdəki yazıdan da oxuya bilərsiniz.
Nəticə etibarilə cizye, “Müsəlman olmayanlardan alınan bir vergi növü” deyil, “müharibələrdə təcavüzkar dövlətlərin qalib dövlətlərə verdikləri zərər qarşılığında ödəməyə məcbur olduqları təzminatdır.”