Zəlzələlər, vulkan partlayışları, sellər, burulğanlar, fırtınalar, yanğınlar... Bunların hər biri bir-birindən müxtəlif gücə və təsirlərə sahib fəlakətlərdir. Ortaq cəhətləri isə, qısa müddət ərzində bir şəhəri, orada yaşayan bir çox insanı və canlını yox edə bilmələri və böyük zərərlərə yol açmalarıdır. Çox vaxt bu zərərlərin qarşısını almaq olmur.
Fəlakətlərin hamısı çox yaxşı tanınan, lakin çox insanın qarşılaşmadıqları müddətcə ağıllarına gətirmək istəmədikləri həqiqətlərdir. Dünyadakı həyat elə uyğun tarazlıqlar üzərində qaydaya salınmışdır ki, fəlakətlərlə çox sıx qarşılaşılmaz. İnsanlar da daxil olmaqla, bütün canlılar üçün sanki xüsusi bir mühafizə sistemi mövcuddur. Lakin Allah, hərdənbir insanlara, yaşadıqları məkanın nə qədər etibarsız ola biləcəyini də göstərir. Burada bir neçə nümunəsinə yer veriləcək bu fəlakətlərdəki işarələr, insanın Allah qarşısındakı acizliyini anlaması və öyüd-nəsihət alması üçün dərin düşünmə səbəbidir.
O öz Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edəcəkdir!” Onlar elə məhv oldular ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar adamları belə cəzalandırırıq.
Biz uzun sürən uğursuz bir gündə onların üstünə qulaqları partladan qasırğa göndərdik. O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.
Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldikdə Allahdan başqa ibadət etdikləri ilahları onları heç nədən qurtara bilmədi. Təkcə onların tələfatını artırdı.
Qorxu və ümid olaraq sizə şimşək göstərən və yağış dolu ağır buludları var edən Odur. Göy gurultusu həmd edərək Onu təqdis edir. Mələklər də Onun qorxusundan təqdis edirlər. Allah ildırımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, çox güclüdür və şiddətli cəza verəndir.
Sizə dənizdə bir sıxıntı (təhlükə) üz verdiyi zaman Ondan başqa tapındıqlarınız sizdən uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan çox nankordur!
Lakin onlar şəkkə qapılıb əylənirlər. Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə. O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır.
Xeyr! O, mütləq Hutəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hutəmə nədir? Bu, Allahın qaladığı Oddur. O Od ki, qalxıb ürəklərə çatacaq. Həqiqətən, o Od onların üzərində qapanacaqdır.
Həmin gün göy buludla parçalanacaq və mələklər yerə endiriləcəkdir. Həmin gün gerçək mülk yalnız Mərhəmətli Allaha məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaq.
"Bağlar və bulaqlar içində, əkinlər və yumşaq meyvəli göz oxşayan xurmalıqlar içində arxayınlıqla qalacaqsınız? Dağlardan məharətlə zövqlü evlər yonub düzəldəcəksiniz?...
Onlardan əvvəl öz məskənlərində gəzib dolaşan neçə-neçə nəsilləri məhv etməyimiz, onları doğru yönəltmədimi? Həqiqətən, bunda sağlam düşüncə sahibləri üçün dəlillər vardır.
Kafirləri isə Cəhənnəm odu gözləyir. Orada nə öldürülərlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı onlar üçün yüngülləşdirilər. Biz hər bir nankoru belə cəzalandırırıq.
...Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır.