Bütün kainata mükəmməl nizam hakimdir. Göy cisimlərinin böyüklükləri və mövqeləri, kainatın genişlənmə sürəti, yer kürəsinin qalaktikamızdakı xüsusi mövqeyi, Günəş və Ayın nizamı, cazibə qüvvəsinin varlığı və bunlar kimi daha bir çox faktor dünyada canlıların yaşamasına imkan verəcək şəkildə, mükəmməl yaradılmışdır.
Bu hissədə Quranda bəhs edilən kainatla əlaqədar bəzi ayələrə yer verilir və Allahın yaratma sənətinin nümunələrindən bəziləri göz qabağına gətirilir.
Allahın Quranda: "Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir..." (Sad surəsi, 27) ayəsiylə bildirdiyi kimi, kainat bir məqsədlə yaradılmışdır. İnsan da bu məqsədə görə davranmaqla, hər şeyin hakimi olan Rəbbimizə qulluq etməklə məsuldur.
Göyləri və yeri (nümunəsiz olaraq) yaradan Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq:
Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun! Bu dəlillərdən sonra kafir olanlar hələ də (bəzi varlıqları və gücləri) öz Rəbbinə tay tuturlar.
“Ol!” dediyi gün hər şey olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün mülk yalnız Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, hökm və hikmət sahibidir.
Elçiləri onlara dedilər: “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və müəyyən vaxta qədər möhlət vermək üçün sizi (iman gətirməyə) çağırır”...
Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır.
“Göyləri və yeri kim yaratmışdır?” deyə soruşsan, onlar mütləq: “Allah!” deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!”