Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Möminlərin mərhəməti: Möminlərin mərhəmətini əks etdirən əxlaqi xüsusiyyətlər

Mündəricat
  1. Giriş
  2. Quranda mərhəmət necə təsvir edilir?
  3. Möminlər şəfqəti və mərhəməti kimlərə göstərərlər?
  4. Möminlərin mərhəmətini əks etdirən əxlaqi xüsusiyyətlər
  5. Quranın qazandırdığı mərhəmət anlayışı yaşanmadığı zaman nələr olar?
  6. Nəticə

Kitabın əvvəlindən etibarən möminlərin mərhəmət anlayışının Qurani -Kərimdə hansı meyarlar çərçivəsində formalaşdığı və bu mərhəmətin kimlərə yönəldiyi izah edilmişdir. Möminlərin mərhəməti, Allah qorxusu və sahib olduqları yüksək əxlaqi dəyərlərin nəticəsi olaraq yaşadıqları bir xüsusiyyət kimi təqdim olunmuşdur. Bu səbəbdən, onların mərhəmət anlayışında heç bir şəkildə güzəştə gedilmədiyi xüsusi olaraq vurğulanmışdır.

Bu bölmədə isə möminlərin mərhəmət anlayışının həyatlarının bütün mərhələlərinə necə sirayət etdiyi, bu anlayışın özü ilə gətirdiyi gözəl əxlaqi xüsusiyyətlər və möminlərin bu əxlaqı gündəlik həyatlarında necə təcəssüm etdirdikləri təhlil olunacaq. Şübhəsiz ki, möminlərin mərhəmətlərini əks etdirən xüsusiyyətlərin sayı çoxdur; lakin bu məqamda həmin xüsusiyyətlərdən yalnız bəziləri ümumi başlıqlar altında nəzərdən keçiriləcəkdir.

Burada xatırlanmalı olan mühüm məqamlardan biri də budur ki, möminlər Qurani-Kərimdə ətraflı şəkildə təsvir edilən bütün gözəl əxlaqi xüsusiyyətləri Allahın bir əmri olaraq qəbul edir və Onun rizasını qazanmaq məqsədilə bu xüsusiyyətlərin mümkün qədər çoxunu öz həyatlarında təcəssüm etdirməyə çalışırlar. Bu xüsusiyyətlər arasında "mərhəmət" xüsusi bir yer tutur. Mərhəmət, möminlərin Quran əxlaqını səmimiyyətlə, bütün incəlikləri ilə yaşamasına, bu əxlaqdan heç bir halda uzaqlaşmamasına, şəxsi mənfəətlərini ön planda tutmamasına və hər vəziyyətdə haqqı və ədaləti müdafiə etməsinə şərait yaradan əsas əxlaqi prinsiplərdən biridir.

Məsələn, mömin, Allahın qəti əmri olduğu və Allahın əzabından çox qorxduğu üçün ölçüdə və çəkidə hiylə işlətməyi, bu şəkildə möminləri sıxıntıya və çətin vəziyyətə salmağı ağlından belə keçirməz. Ancaq bununla yanaşı, sahib olduğu mərhəmət duyğusu onun Allahın bu hökmünü, hikmətlərini və incəliklərini qavrayaraq, hiss edərək və bundan böyük zövq alaraq yerinə yetirməsini təmin edir. Bu şəkildə nəfsinin və şeytanın müxtəlif istəklərinə qarşı bütün qapıları bağlamış olur.

Mərhəmət hissi yetkinləşməmiş bir insanın kifayət qədər ədalətli, fədakar və dürüst olması mümkün deyil. Mərhəmət sahibi olmayan bir insan, öz acizliyinin fərqində olmadığı üçün Allahın mərhəmətinə ehtiyac duyduğunu da dərk etməz. Bu səbəbdən, Allahdan layiqincə qorxmaz. Allah qorxusu kifayət qədər olmayan bir insan isə Qurani-Kərimdə təsvir edilən yüksək əxlaqi xüsusiyyətləri nə qazana, nə də həyatında davamlı şəkildə yaşaya bilər.

Nəticədə, Quranda bildirilən bütün əxlaqi xüsusiyyətlər bir -birini tamamlayan, gücləndirən və qoruyan dəyərlərdir. Bu xüsusiyyətlərdən birinin olmaması, digər yaxşı xüsusiyyətlərin də tam şəkildə yaşanmasına mane ola bilər. Əksinə, bu xüsusiyyətlərdən birinin gözəl şəkildə tətbiqi, digərlərinin də daha yaxşı şəkildə inkişaf etməsinə kömək edir.

Aşağıda mərhəmət hissini dərin şəkildə yaşayan möminlərin bu mərhəmətlərinin digər üstün əxlaqi keyfiyyətlərinə necə müsbət təsir göstərdiyini və onları necə daha da kamilləşdirdiyini müşahidə edəcəyik.

Ədalətlə hökm etmək Mərhəmət, ədalətin qorunmasına və ondan uzaqlaşmanın qarşısının alınmasına xidmət edən son dərəcə önəmli bir əxlaqi xüsusiyyətdir. Mömin, qarşısındakı şəxs düşməni olsa belə, zalım və mərhəmətsiz davranmaz; sahib olduğu mərhəmət hissi isə hər şəraitdə ədalətdən uzaqlaşmamasını təmin edir.

İman sahibi olan insan, Allahın onun hər an etdiyi, danışdığı və hətta düşündüyü hər şeyə şahid olduğunu bildiyi üçün ədalətsiz davranmaqdan çəkinər. Çünki Quranda möminlərə ədalətli olmaqları əmr edilmişdir və möminlər, Allahın dünyada Qurana zidd davranışlara qarşı cəhənnəm əzabı ilə cəzalandıracağını bilirlər. Quranda ədalətli olmağın vurğulandığı bəzi ayələr aşağıdakı kimidir:

“Allah sizə əmanətləri sahiblərinə (işi əhlinə) verməyinizi və insanlar arasında hökm verdiyiniz zaman ədalətlə hökm verməyinizi əmr edir. Allah bununla sizə necə də gözəl nəsihət verir! Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.”

Nisa surəsi, 58

“Şübhəsiz ki, Biz elçilərimizi açıq-aydın dəlillərlə göndərdik.

İnsanlar ədalətə riayət etsinlər deyə onlarla birlikdə kitab və mizanı (tərəzini) nazil etdik...”

Hədid surəsi, 25

Burada vurğulanmalı önəmli məqamlardan biri, möminlərin ədalət anlayışının digərlərindən fərqli olmasıdır. Cahil cəmiyyətlərdə ədalət haqqında müxtəlif fikirlər var və tətbiqlər də fərqlidir. Hər insanın özünə görə ədalət anlayışı inkişaf edib və öz sahəsində onu istədiyi kimi tətbiq edir. Buna görə də, insanların səhv və doğru barədə fikirləri fərqli olur və başqalarını da buna görə qiymətləndirirlər.

Mömin üçün vəziyyət tamamilə fərqlidir. Onun ədalət anlayışı Qurana, yəni Allahın dəyişməz və doğru sözlərinə əsaslanır. Allah sonsuz ədalət sahibidir. Allahın sözünə uyan və əxlaqını Allahın bildirdiyi şəkildə formalaşdıran mömin hadisələr qarşısında təbii olaraq ədalətli davranar.

Zülmə razı olmamaq

Möminlər şahid olduqları, eşitdikləri, hətta bilvasitə yoldan xəbərdar olduqları zülmə qarşı heç bir şəkildə laqeyd qalmazlar. Quran əxlaqından qaynaqlanan mərhəmətləri onları hər cür zülmə qarşı çıxmağa, məzlumların haqqını qorumağa, onlar üçün mübarizə aparmağa yönəldir.

Qarşılarındakı insan ən yaxın dostu olsa belə və yaxud heç tanımadıqları və heç bir mənfəətlərinin olmadığı xarici bir şəxs olsa belə, onlara edilən zülmə mane olarlar və bu mövzuda qətiyyətli davranarlar. Bu vəziyyətin Allahın rizasını qazanmaq və Quran əxlaqını tətbiq etmək üçün dəyərli bir fürsət olduğunu bilərlər.

Cahil insanlar isə, xüsusilə də tanımadıqları biri üçün belə bir səy göstərmənin, öz deyimləriylə desək, “ağılsızlıq” olduğunu deyərlər. Hətta “mənə toxunmayan ilan min il yaşasın” kimi məşhur atalar sözüylə də bu fikirlərini açıq şəkildə ifadə edərlər. Bu, onların edilən yaxşılıqların və göstərilən gözəl əxlaqın axirətdə qarşılarına çıxacağını unutmalarından qaynaqlanar. Mömin isə bu vəziyyətin şüurundadır, bu səbəblə də, tanımadığı bir insana belə mərhəmətlə yaxınlaşıb onu zülmdən xilas etməyə çalışar.

Kimsə sahib çıxmasa və dəstək olmasa belə onlar tək başlarına bütün imkanlarını səfərbər edərək pisliyin qarşısını almağa çalışarlar. Əksinə davranan insanlar çoxluq təşkil etsələr də onların vicdansızlıqları və laqeyidlikləri iman edənləri zəiflətməz. Axirətdə, şahid olduqları hər hadisədə haqdan yana necə səy göstərdiklərinə görə hesaba çəkiləcəklərini və bu zülmün qarşısını almaq üçün nə etdiklərinin onlardan soruşulacağını bilirlər. Dünyada bir çox insanın etdiyi kimi, “görmədim, eşitmədim, ya da bilmədim” deyərək məsuliyyətdən qaça bilməyəcəklərini bilirlər.

Möminlər laqeydlik etdikləri zaman itirənin, vicdanla davrandıqları halda isə qazananın yalnız özləri olduğunu unutmazlar. Buna görə də, heç vaxt belə vəziyyətlərə laqeyd yanaşmaz və sadəcə tamaşaçı qalmazlar. Hər hansı bir şəkildə zülm baş verərsə, öz işlərinə dalıb, heç bir şey görməmış kimi bu hadisəni görməzlikdən gəlməzlər.

Cahil cəmiyyətlərdə bu cür hallar gündəlik həyatda geniş şəkildə müşahidə olunur. Məsələn, bir insanın qəza keçirdiyini və çətin vəziyyətdə olduğunu görən şəxs, özünə problem yaranmasından qorxaraq bu vəziyyəti görməzlikdən gələ bilər. Həmçinin, haqsızlığa məruz qalan birini görən şəxs, haqsızlıq edən şəxsin hirsini üzərinə çəkməmək məqsədilə susmağa üstünlük verə bilər.

Möminin vicdanı olduqca həssasdır və bu səbəbdən mərhəmət anlayışı belə hadisələrə göz yummasına qətiyyən imkan verməz. O, əsasən, özü heç kəsə qarşı zülm və haqsızlıq etməməklə bu əxlaqın öncüllərindən olar. Başqalarında bu vəziyyətə şahid olduqda isə, onu aradan qaldırmaq üçün əlindən gələni son həddə qədər etmədən vicdanı rahatlıq tapmaz. Çünki həqiqi mərhəmət zülmü görməzlikdən gəlmək, unutmaq və ya diqqətsiz yanaşmaq kimi halları qəbul etməz.

Mərhəmətin əhəmiyyətli göstəricilərindən biri də insanın bağışlayıcı olmasıdır. Allah Quranda iman edənləri “bağışlayıcı” olmağa çağırır:

“Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz çevir!”

Əraf surəsi, 199

Bu, nəfsə çətin gəlsə də, Allah qatında böyük qarşılığı və mükafatı olan bir davranışdır. İnsan edilən bir səhv qarşısında qəzəblənə və bağışlamaq istəməyə bilər. Lakin Allah, möminlərə bağışlamağın daha üstün olduğunu bildirmiş və onları bu gözəl əxlaqa təşviq etmişdir:

“Pisliyin cəzası misli ilə pislik etməkdir. Ancaq kim (pislik edəni) bağışlayar və barışarsa, onun mükafatı Allaha məxsusdur...”

Şura surəsi, 40

• Başqa ayədə Allah: “Heç şübhəsiz, kim səbir edər və bağışlayarsa, həqiqətən, bu məqsədəuyğun işlərdəndir.” (Şura surəsi, 43) şəklində bildirərək bağışlamağın üstün əxlaq olduğuna diqqət çəkmişdir.

Həmçinin Allah: “İçinizdən fəzilət və sərvət sahibləri qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə (sədəqə) verməyəcəklərinə dair and içməsinlər! (Onları) bağışlasınlar və (bu niyyətlərindən) vaz keçsinlər! Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah çox bağışlayandır, rəhmlidir.” (Nur surəsi, 22) ayəsiylə möminləri bu mövzuda özlərini də düşünməyə təşviq etmişdir. Çünki həqiqətən də hər insan Allahın onu bağışlamasını, əsirgəməsini və rəhmət etməsini istəyir. İnsan səhv etdikdə, ətrafındakı insanların onu üzrlü saymasını və bağışlamasını arzulayır. Məhz bu nöqtədə Allah, möminlərə bu vəziyyəti xatırladaraq, özləri üçün gözəl gördükləri bir davranışı başqalarına da göstərmələrini tövsiyə etmişdir. Şübhəsiz ki, bu, möminlər arasında mərhəmət və qarşılıqlı anlayışı təşviq edən mühüm bir göstərişdir.

Möminlər, digər möminlərə qarşı – səhvləri nə qədər böyük olursa-olsun – bağışlayıcı və anlayışlı bir münasibət sərgiləyərlər. Lakin bu bağışlama, din əxlaqından uzaq olan şəxslərin bağışlamasından əhəmiyyətli dərəcədə fərqlidir. Dini dəyərləri əsas almayan insanlar çox vaxt zahirən bağışladıqlarını ifadə etsələr də, daxilən daşıdıqları kin və qəzəbi aradan qaldırmaqda çətinlik çəkirlər. Bu daxili narahatlıq onların davranışlarına da sirayət edir və rəftarlarında gizli sitəm və narazılıq şəklində özünü göstərir. Onlar münasib bir fürsət əldə etdikdə, içlərində saxladıqları kin və qəzəbi açıq şəkildə ifadə edərlər.

Möminlərin bağışlaması tamamilə səmimiyyətə əsaslanır. Onlar insanın səhv edə biləcək bir varlıq olaraq yaradıldığını bildikləri üçün, daha başlanğıcdan qarşı tərəfə anlayış və təmkinlə yanaşırlar. Çünki Qurani Kərimdə tövbə ilə bağlı ayələr, insanın səhv etməyə meyilli bir məxluq olduğunu, lakin burada əsas olanın, səhv etdiyini anladıqda dərhal bu davranışı tərk etmək və bir daha təkrar etməmək olduğunu vurğulayır. Bu məzmunu əks etdirən ayələrdən biri də belədir:

“Allahın qəbul etdiyi tövbə yalnız bilmədən pis iş görən, sonra da dərhal tövbə edənlərin tövbəsidir. Allah onların tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.”

Nisa surəsi, 17

İnsanın səmimiyyətini ortaya qoyan bu şərtlər yarandıqca, möminlər birbirlərinə qarşı son dərəcə mərhəmətli və bağışlayıcı davranış sərgiləyərlər.

Tövbə edən, peşmanlıq duyan və səhvini düzəltməyə çalışan bir möminə qarşı qəlblərində kin saxlamazlar. Əgər birini səmimi şəkildə bağışlayıblarsa, onu keçmişdəki xətalarına görə mühakimə etməz və əsas əhəmiyyətin insanın sonrakı mərhələdə göstərdiyi davranışa verilməli olduğunu anlayarlar. Möminlərin bağışlayıcı olmalarını digərlərindən fərqləndirən əsas cəhətlərdən biri də budur: Onlar, tamamilə haqlı olduqları və qarşı tərəfin açıq şəkildə haqsız olduğu hallarda belə, heç tərəddüd etmədən bağışlayarlar. Çünki Allah bu davranışı gözəl əxlaq nümunəsi kimi göstərərək möminlərə tövsiyə etmişdir:

“O (müttəqilər) ki, bolluqda da, qıtlıqda da infaq edər, qəzəblərini udar və insanları bağışlayarlar. Allah yaxşılıq edənləri sevər.”

Ali İmran surəsi, 134

Allahın bu hökmünü nəzərə alaraq öz haqlarından asanlıqla imtina edər və qarşı tərəfə gözəl əxlaqı ilə nümunə olarlar.

Bu mövzuda Quran əxlaqının ortaya qoyduğu mühüm bir fərq özünü göstərir: möminlər bağışlama məsələsində səhvləri "böyük" və ya "kiçik" kimi ayırmır, həmçinin səhvin miqyasına görə fərqli bağışlama meyarları tətbiq etmirlər. Səhv edən şəxs bəzən istəmədən ciddi bir can və ya mal itkisinə səbəb ola bilər ki, bu da qarşı tərəfin mənfəətinə əhəmiyyətli dərəcədə zərər verə bilər. Lakin hər bir hadisənin Allahın izni və taledə baş verdiyinə inanan mömin, bu kimi vəziyyətləri təvəkküllə qarşılayır və həmin şəxsə qarşı kin bəsləmir.

Bir insan bəzən cəhalət nəticəsində Quranın hökmünə zidd hərəkət edə və Allahın müəyyən etdiyi sərhədləri aşa bilər. Lakin bu cür davranışlara görə insanı mühakimə etmək yalnız Allaha aiddir. Buna görə də, belə hallarda hökm vermək və həmin şəxsi bağışlamamaq möminlərin üzərinə düşən bir məsuliyyət deyil. Əgər insan səmimi şəkildə tövbə edər və etdiyinə görə peşmanlıq hissi keçirərsə, onun alacağı qarşılıq Allah qatındadır. Nitekim, Qurandakı bir çox ayədə Allah, “Ona şərik qoşmaq” istisna olmaqla, möminlərin səmimi tövbə ilə üz çevirdikləri səhvləri bağışlayacağını bildirmişdir. Möminlər bu həqiqətin fərqində olaraq yalnız Allahın buyurduğu şəkildə bağışlayar və əgər bu mövzuda Quranda xüsusi bir hökm və ya açıqlama varsa, həmin şəxsə bu çərçivədə yanaşarlar.

Bununla yanaşı, bir məsələni xüsusilə vurğulamaq lazımdır: mömin üçün bağışlama meyarı qarşı tərəfin səmimiyyəti və xoş niyyətidir. Mömin bu səmimiyyəti vicdanı və ağlı vasitəsilə dəyərləndirir. Əgər bir şəxs pis davranışları vərdiş halına gətirmiş və qarşı tərəfin mərhəmətindən və gözəl əxlaqından sui-istifadə etməyə çalışırsa, əlbəttə ki, bu vəziyyətə göz yumulmaz. Belə bir halda mömin anlayır ki, həqiqi mərhəmət yalnız bağışlamaqdan ibarət deyil; əksinə, qarşı tərəfi səmimiyyətə, dürüstlüyə və Allah qorxusuna dəvət etmək daha doğru və faydalı bir mərhəmət təzahürüdür.

Yaxşılıq və təqva mövzusunda yardımlaşmaq

Möminlər bir-birlərinə olan mərhəmətlərini, bir-birlərini Allahın rizasının ən çoxunu qazanacaq davranışlara təşviq edərək göstərirlər. Həqiqi şəfqətin, qarşılarındakı şəxsi cənnətə ən layiqli şəkildə hazırlamaq olduğunu bilirlər. Məhz bu səbəblə də, bu mövzuda güclərinin çatdığı qədər köməkləşər və bir-birlərinin əskiklərini tamamlamağa, səhvlərini düzəltməyə çalışarlar Bu cür yardımlaşma, eyni zamanda Allahın bir əmri və Quran əxlaqının təməl prinsiplərindən biridir. Quranda isə bu yardımlaşmanın sərhədləri və prinsipləri açıq şəkildə göstərilmişdir:

“...Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın!

Günah və həddi aşmaqda isə yardımlaşmayın! Allahdan qorxun!

Həqiqətən, Allahın cəzası şiddətlidir.”

Maidə surəsi, 2

Ayədə də açıqlandığı kimi, möminlər “günah və həddi aşma” mövzusunda yardımlaşmazlar. Əslində bu yanaşma onların mərhəmət anlayışının bir nəticəsidir. Belə insanlar kömək istənildikdə “xatirinə dəyməsin” və ya “etməsəm ayıb olar” kimi düşüncələrlə hərəkət etməzlər. Çünki qarşılarındakı insanın o anda üzgün olsa da, axirətdə bu davranışdan razı qalacağını və əsl mərhəmətin — onu günah işləməyə təşviq etməmək olduğunu anlayacağını bilirlər.

Yuxarıdakı ayədə Allah, məqbul yardımlaşmanın “yaxşılıq və təqva” əsasında olmasının vacibliyini vurğulamışdır. Quranda yaxşılığın nə olduğu barədə də açıq şəkildə məlumat verilmişdir:

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır.

Bəqərə surəsi, 177

Göründüyü kimi, əsl yaxşılıq, cəmiyyətdə geniş yayılmış anlayışdan fərqlidir. Quran əxlaqını yaşamayan insanlar yaxşılığı adətən istədikləri zaman qarşı tərəfə lütf kimi göstərilən yardım kimi qəbul edirlər. Lakin bu, onların yalnız müəyyən hallarda tətbiq etdiyi bir davranışdır. Ümumiyyətlə, bu tip yaxşılıqlar, yolda rast gəlinən bir dilənçiyə pul vermək, səfərdə yaşlılara yer ayırmaq və ya bişirilən yeməkdən qonşuya pay vermək kimi ənənəvi davranışlarla məhdudlaşır. Daha önəmlisi isə, bu yardımların insanın şəxsi mənfəətlərinə ciddi zərər vurmaması şərti ilə qəbul edilməsidir.

Bəqərə surəsindəki ayənin də təsdiqlədiyi kimi, Quranda ifadə olunan yaxşılıq, möminin həyatının bütün sahələrini əhatə edən bir əxlaqi prinsipdir. Bu, insanın yalnız istəyi və ya ağlına gəldiyi zaman deyil, bütün ömrü boyu davamlı şəkildə tətbiq etməsi gərəkən bir ibadətdir. Həmçinin, bu yaxşılıq heç bir şərtə bağlı deyildir. Mömin, lazım gəldiyində yaxşılıq etmək və başqalarını yaxşılığa təşviq etmək üçün hər cür fədakarlığa hazır olmalıdır.

Yardımlaşmanın əhəmiyyətli olduğu digər bir mövzu isə “təqva”dır.

Təqva sözü, insanın axirətinə zərər verəcək, sonsuz bir əzaba aparacaq amillərdən çəkinməsi, qorxması mənasına gəlir. Eyni zamanda, dünyada da çətinlik, dağılma və fəlakətlərə səbəb olacaq hallardan uzaq durmaq, nəfsi hər cür günahdan, üsyandan, pozğunluq və azğınlıqlardan qorumaq deməkdir. Quranda təqva ilə əlaqədar bir çox ayələr vardır:

“...Etdiyiniz hər bir yaxşılığı Allah bilir. (Axirət üçün) tədarük görün! Əlbəttə, ən yaxşı tədarük təqvadır. Ey təmiz ağıl sahibləri, Məndən qorxun!”

Bəqərə surəsi, 197

“Ey Adəm övladları! Sizin üçün ayıb yerlərinizi örtən geyim və bər-bəzəkli libas nazil etdik (yaratdıq). Təqva geyimi isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir ki, bəlkə, düşünüb öyüd alalar.”

Əraf surəsi, 26

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.”

Hucurat surəsi, 13

Qurana görə, Allah qatında əsl dəyər verilən şey, görülən işin mahiyyəti deyil, hansı niyyətlə edildiyi və insanın bu işi görərkən səmimi olubolmamasıdır. Bir ayədə bu mövzuya belə bir nümunə verilmişdir:

“Onların nə ətləri, nə də qanları Allaha çatar. Lakin Ona çatan sizin təqvanızdır...”

Həcc surəsi, 37

Gündəlik həyatdan bu mövzuya aid bir çox nümunə göstərmək olar.

Məsələn, bir şəxs kasıb insanlara pul yardımı edə, yaxşılıq edə, mərhəmətli və fədakar davrana bilər. Amma burada əsas məsələ onun niyyətidir. Əgər bu insan bütün bunları Allahın rizasını qazanmaq üçün edirsə, bu davranışlar təqvaya uyğundur. Yox əgər məqsədi insanlara göstərmək, tərif almaq və ya hörmət qazanmaqdırsa, o zaman etdiyi yaxşılıqların axirətdə qarşılığını almamaq ehtimalı var. Çünki axirətdə insanın gördüyü işlərə görə deyil, bu işləri hansı niyyətlə etdiyinə görə mükafat veriləcək.

Allah insanlardan yaxşılıq etmələrini istəyir, amma bunu edərkən niyyətin də səmimi olmasını vacib sayır. Yəni bir insan yalnız başqalarına kömək etdiyi üçün yox, bunu sırf Allahın rizası üçün etdiyi zaman bu əməlin əsl dəyəri olur. Möminlərin bir-birinə kömək etməsi də bu iki əsas üzərində qurulub: həm yaxşılıq etmək, həm də bunu ixlasla – səmimi niyyətlə – etmək. Çünki əsl mərhəmət, qarşılıqsız və Allah rizası üçün edilən yardımlaşma ilə özünü göstərir.

Möminlər başqasına yalnız ona rahatlıq və hüzur gətirəcək köməyi edərlər. Məsələn, bir insanın sağlamlığına zərər gəlməsinin qarşısını almaq, daha rahat yaşamasına şərait yaratmaq, sevincini artırmaq, imanını gücləndirmək və ya ona daha sakit, xoş bir mühit təmin etmək üçün yardım edərlər. Eyni zamanda, çətin bir vəziyyətdən çıxmasına kömək etmək də bu yardıma daxildir. Yəni edilən yardımın məqsədi, o insanın iman, sağlamlıq, sevinc, hüzur, rahatlıq və ümumi həyatı baxımından daha yaxşı vəziyyətə gəlməsi olmalıdır.

Qurandakı mərhəmət anlayışını anlamayan insanlar kömək edərkən qarşı tərəfə bu köməyin zərər verə biləcəyini düşünməzlər. Yəni etdikləri köməyin yaxşı nəticə verib-verməyəcəyini nəzərə almazlar. Məsələn, birinə borc pul verib, o pulu qumar, fahişəlik və ya fırıldaqçılıq kimi haram işlərdə istifadə etməsinə səbəb olmaq, əslində ona kömək deyil, zərər verməkdir. Bu halda o insan həm dünyada çətinliklərlə üzləşəcək, həm də axirətdə Allahın haram etdiyi bir işə girdiyi üçün cəzalandırılacaq.

Günah olan bir işdə göstərilən yardım, kömək edən insan üçün də böyük bir məsuliyyət daşıyır. Çünki bir insanı günaha sövq edən və ona bu yolda yardım edən şəxs, ən az həmin günahı edən qədər səhv etmiş sayılır. Bu səbəblə Allah Quranda xəbər verir ki, axirətdə bu cür kömək edənlər öz etdikləri üzündən əzab görəcək və o gündə bir-birlərinə dəstək olmaq imkanından məhrum olacaqlar:

“(Onlara belə deyiləcək:) “Sizə nə olub ki, bir-birinizə yardım etmirsiniz? Xeyr, onlar bu gün təslim olmuşlar.”

Saffat surəsi, 25-26

Yaxşılıq və təqva əsasında yardımlaşanlar isə Allah tərəfindən mükafatlandırılacaq və onlara belə bir qarşılıq veriləcək:

“Kim (Allahın hüzuruna) yaxşı bir əməllə gələrsə, onun üçün on qat (mükafat) vardır. Kim pis bir əməllə gələrsə, ona ancaq o əməlin eynisi qədər cəza verilər. Onlara heç bir haqsızlıq edilməz.”

Ənam surəsi, 160

“... Kim bir nemət qazanarsa, Biz onun yaxşılığını artırırıq.

Həqiqətən, Allah bağışlayandır, şükür edənlərə qarşılığını verəndir.”

Şura surəsi, 23

Dünyada həqiqi yaxşılıq və pisliyin nə olduğunu yalnız möminlər tam mənası ilə anlayarlar. Bunun səbəbi, onlar bu anlayışların mənalarını və əhatə dairəsini Allahın “doğrunu səhvdən ayıran” kitabı olan Qurandan öyrənmələridir. Quranda yaxşılıq və pislik, doğru və yanlış kimi mövzular, hər kəsin anlaya biləcəyi sadə nümunələr və izahlarla açıq şəkildə izah edilmişdir. Bundan başqa, möminlərə Allahdan qorxduqları üçün yaxşı ilə pis arasındakı fərqi ayırd edə bilən nur və hikmət verilmişdir

Ənfal surəsi, 29

İslamda insanın yalnız özünün doğrunu bilməsi kifayət deyil. Hər mömin, doğruları qəbul edən insanları Quran əxlaqına dəvət etməlidir. Bu səbəbdən möminlər həyatları boyunca insanlara yaxşılıqla pislik arasındakı fərqi izah etmək məsuliyyətini daşıyırlar. Allah da möminlərə bunu əmr etmişdir:

“Aranızda, xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır.”

Ali İmran surəsi, 104

“Onlar tövbə edən, ibadət edən, şükür edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işləri əmr edib pis işləri qadağan edən və Allahın (halal-haram) hüdudlarını qoruyanlardır. Belə möminləri müjdələ!”

Tövbə surəsi, 112

Quranda həmçinin Allahın bu əmrini yerinə yetirən insanların digər insanlar üçün nə qədər faydalı və xeyirli olduqları da vurğulanmışdır:

“Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz.

Möminlərin insanlara yaxşılığı nəsihət edib, pislikdən çəkindirməyə çalışarkən önəm verdikləri vacib bir məqam var: qarşılarındakı insanın nə keçmişi, nə də nə də o anki səhvlərinə görə öncədən pis fikir formalaşdırmazlar. Heç kimi “bu insan mömin olmaz” fikri ilə qiymətləndirməzlər. Din əxlaqını izah etmək mövzusunda heç kəsi kənarda qoymazlar. Belə davraışın ədalətsizlik olduğunu bilir və ondan çəkinərlər. Digər insanların da gözəl əxlaq yaşaması üçün əvvəlcə möminlərin bildiyi məlumatları əldə etmələri və eyni şəkildə öyrədilmələri vacibdir. Buna görə də möminlər, insanların davranışları nə qədər səhv olsa da, onları yaxşılığa çağırmaqda, pislikdən çəkindirməkdə və doğru olanı izah etməkdə tərəddüd etməzlər.

Bütün izahlara baxmayaraq, əgər qarşı tərəf öz fikrini dəyişməzsə, bu vəziyyətdə heç bir şəkildə məcburiyyət tətbiq etməzlər. Çünki Allah Quranda: “Dində məcburiyyət (zorakılıq) yoxdur...” (Bəqərə surəsi, 256), “Əgər öyüd vermək fayda verirsə, sən öyüd-nəsihət ver!” (Əla surəsi, 9) şəklində bildirmişdir.

Möminlər, Quranın yaxşılığı tövsiyə etmə və pislikdən çəkindirmə əmrini yalnız dini bilməyənlərə deyil, həm də öz aralarındakı möminlərə qarşı da tətbiq edərlər. Çünki insan yalnız bilmədiyi üçün deyil, bəzən unutduğu, yanıldığı və ya nəfsinin təsirinə qapıldığı üçün səhv edə bilər. Belə hallarda möminlər bir-birlərinə Quranın hökmlərini xatırladaraq, yaxşılığı təşviq edib pislikdən çəkindirərlər. Dünya həyatında yalnız yaxşı işlər görənlərin cənnətlə müjdələnəcəklərini, pis işlərdən çəkinməyənlərin isə cəhənnəm əzabına düçar olacaqlarını bildikləri üçün bir-birlərini bu mövzuda xəbərdar edərlər. Allah möminlərin bir-birinə nəzarətçi və bir-birinin vəlisi olduqlarını bildirmişdir:

“Mömin kişilər və mömin qadınlar da bir-birlərinin dostudurlar. Onlar yaxşı işləri əmr edər, pis işləri qadağan edər, namazı qılar, zəkatı verər, Allaha və elçisinə itaət edərlər. Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir.”

Tövbə surəsi, 71

Həmçinin möminlər bu ibadəti yerinə yetirmək mövzusunda heç vaxt sıxılmazlar. Qarşılarındakı insanlar nə qədər çox səhv etsələr də səbirlə, şəfqətlə və mərhəmətlə xəbərdar etməyə və xatırlatmağa davam edərlər. Çünki Allah bir çox ayəsində səbir edənləri sevdiyini bildirərək möminləri Quran əxlaqını tətbiq etməkdə səbirli olmağa dəvət etmişdir.

Pisliyə ən gözəl şəkildə qarşılıq vermək Allah Quranda inananlara pisliyə yaxşılıqla qarşılıq verməyi əmr etmişdir:

“Yaxşılıq və pislik eyni deyildir. Pisliyi daha yaxşı olanla dəf et! Bu zaman səninlə arasında düşmənçilik olan kimsə sanki yaxın bir dost olar.”

Fussilət surəsi, 34

“Sən pisliyi ən gözəl şəkildə dəf et! Biz onların Bizə yaraşdırdıqları sifətləri çox yaxşı bilirik.”

Muminun surəsi, 96

Ayədə görüldüyü kimi, Allah möminlərə, pisliyə qarşı ən gözəl qarşılıq verdikləri təqdirdə xeyirli bir nəticə əldə edəcəklərini vəd etmişdir. Hətta qarşılarındakı insanla aralarında düşmənçilik olsa belə, səmimi dostluq yaranacağına diqqət çəkmişdir.

Bu, inananların mərhəmət anlayışının da əsas tələblərindəndir. Qarşı tərəfin Allahın bəyənmədiyi pis bir davranış göstərdiyini gördükdə, möminlər əvvəlcə bunun həmin insanın axirəti üçün böyük risk olduğunu düşünərlər. Sonra qürur və təkəbbürə qapılmadan, sakit və təvazökar şəkildə ona yaxınlaşarlar; yəni mülayim və hörmətli davranarlar. Qurana əməl etməyən insanların “səhv edən özünü düzəltsin” və ya “nə istəyirsə etsin” kimi münasibətindən fərqli olaraq, möminlər gözəl və yaxşı davranış göstərənin Allah tərəfindən razı qalacağını və pisliyə belə yaxşılıqla cavab verməyin Quran əxlaqına ən uyğun əxlaq olduğunu bilirlər. Ona görə də təvazökar olmaq mömin üçün itki deyil, böyük bir qazancdır və bunu əsas götürərək davranarlar.

İman edənlər həyatı boyu hər cür insanla qarşılaşarlar. Amma qarşılarındakı insanların davranışlarına görə, öz əxlaq anlayışlarını dəyişdirməzlər. Qarşı tərəf məsxərəçi üslubda danışa bilər, çirkin sözlər işlədə bilər, hirslənə bilər, pislik edə bilər yaxud düşmənçilik edə bilər. Ancaq möminin nəcibliyi, təvazökarlığı, mərhəmətli və mülayim əxlaqı heç vaxt dəyişməz. Ona deyilən pis sözə pis sözlə cavab verməz. Lağ edənə lağ ilə, qəzəbə qəzəblə cavab verməz. Qəzəblənən bir insana qarşı sakit və təmkinli olar. Sərt davranışa qarşılıq, onu etdiyindən utandıracaq, gözəl əxlaqa yönəldəcək təmkinli və mərhəmətli davranar.

Əlbəttə, möminin bu cür davranışları tamamilə ağıla və hikmətə əsaslanır; o, özünü zərərə məruz qalacaq vəziyyətə salmaz. Nə özünün, nə də digər möminlərin haqsızlığa və ya zərərə uğramasına yol verməz. Bununla yanaşı, göstərdiyi gözəl davranışlarla Quranda əmr olunan gözəl əxlaqı təbliğ edər. Beləliklə, Allahın bəyəndiyi əxlaqı öz həyatında tətbiq etməklə qarşı tərəfi islam əxlaqına isindirməyə çalışar.

Həmçinin bunu da unutmamalıyıq ki; qarşı tərəfin pis əxlaq göstərməsi insanın özünün də pis əxlaq göstərməsinə səbəb deyil. Hər kəs Allaha qarşı etdiklərinə görə məsuldur. Üstəlik, pis davranışa qarşı şəfqət, mərhəmət və gözəl əxlaq göstərmək Qurana görə üstün əxlaqın göstəricisidir. Çünki möminin bu gözəl münasibəti, onun Allaha olan bağlılığının dərinliyini göstərir. Mömin bu əxlaqı yalnız Allahın razı olması üçün səbirlə tətbiq edər.

Quran əxlaqını yaşamaq mövzusunda göstərdikləri bu üstün səbrin qarşılığında da Allah bu şəxslərin mükafatlarını ikiqat verəcəyini belə bildirir:

“Onlara səbirli olmaları, pisliyi yaxşılıqla dəf etmələri və verdiyimiz ruzidən infaq etmələri səbəbilə mükafatları iki dəfə veriləcəkdir.”

Qəsas surəsi, 54

İnsanlara yaxşı davranmaq “Göyləri, yeri və onların arasında olanları yalnız haqq ilə yaratdıq.

Qiyamət də mütləq gələcəkdir. Ona görə də sən (onlarla hələlik) gözəl şəkildə rəftar et!”

Hicr surəsi, 85

Allah möminlərə “gözəl davranmağı” əmr etmişdir. Bu, möminin Allah qorxusundan və Qurana olan bağlılığından qaynaqlanan sabit əxlaq anlayışıdır. Bu baxımdan mömin, ömrü boyunca Quranın təqdim etdiyi əxlaqi prinsiplərə sadiq qalar və Allahın razılığını əldə etmək məqsədilə sosial münasibətlərində mərhəmət, nəzakət və ədalət kimi yüksək insani dəyərləri əsas götürərək davranar.

Qarşı tərəfin varlı ya da kasıb, yaşlı və ya uşaq, qadın ya da kişi olmasının möminin göstərəcəyi əxlaq baxımından heç bir əhəmiyyəti yoxdur. Mömin bu rəftarına qarşılıq insanlardan və dünyadan mənfəət ummadığı üçün insanları bu cür xüsusiyyətlərinə görə dəyərləndirməz. Allah Quranda möminlərə bu məsələ ilə bağlı hansı qaydalara əməl etməli olduqlarını açıq şəkildə bildirmişdir:

“Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Ataanaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalana və əlinizin altındakılara yaxşılıq edin! Şübhəsiz ki, Allah özündən razı halda lovğalıq edən kimsələri sevməz.”

Nisa surəsi, 36

Mömin Allahın əmr etdiyi şəkildə hər kəsə qarşı gözəl davranar. Ancaq bu, qarşı tərəfin yanlış olan fikirlərini təsdiq edən, ya da yanlış davranışlarına göz yuman bir yaxşılıq anlayışı deyil. Mömin, haqq və doğru bildiyi məsələdə Allahın göstərdiyi yoldan geri çəkilməz və prinsiplərindən uzaqlaşmaz. Qarşı tərəfin davranışında yanlışlıq olsa belə, mömin bunu incitmədən, mərhəmətli və ləyaqətli bir şəkildə izah etməyə çalışar və həqiqəti aydın şəkildə ifadə edər. Qurani-Kərimdə inkar edən insanlara qarşı möminlərin nümayiş etdirdiyi münasibət bu yanaşmanın bariz nümunəsidir. Bu mövzuya dair diqqətçəkən örnəklərdən biri Musa Peyğəmbərin, dövrünün Misir rəhbəri olan Firona dini təbliğ etmə tərzidir. Allah Musa Peyğəmbərə buyurmuşdur ki, Firona dini həqiqətləri çatdırarkən ona yumşaq və xoş sözlərlə müraciət etsin.

“Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə səhlənkar olmayın! Fironun yanına gedin! Həqiqətən, o, həddini aşmışdır. Onunla yumşaq danışın! Ola bilsin ki, öyüd alar, yaxud qorxar.”

Taha surəsi, 42 -44

Allahın bu əmri əsasında Musa Peyğəmbər və qardaşı Harun Peyğəmbər, Fironun zalımlığına, sərtliyinə və qüruruna baxmayaraq, mərhəmətli və təvazökar münasibətlərini qoruyub saxlamış, ona hörmətlə və nəzakətlə yanaşmışlar.

İnsanların arasını düzəltmək

Daha əvvəl də bəhs etdiyimiz kimi, iman edənlərin yaşadıqları mərhəmət anlayışı, insanlara həmişə gözəl davranmalarını təmin edir. Heç vaxt davakar, tərs, ara vuran davranmaz və ətraflarındakı insanları da bu mövzuda doğru olana yönəldər. Quran əxlaqını yaşadıqlarına görə əvvəlcə özləri sülhsevər, anlayışlı və barışcıl xarakter göstərərlər. Din əxlaqından uzaq yaşayan insanlar tez-tez incimək, dava etmək və mübahisə etmək kimi davranışlar sərgiləyirlər.

Bu cür davranışların Quran əxlaqında yeri yoxdur. Quran insanlara bağışlamağı, başqalarını xoş qarşılayıb yaxşılıqla yanaşmağı tövsiyə edir. İslamda əsas olan, hər zaman sülh, mərhəmət və anlayış göstərməkdir. Bu səbəblə, hər nə baş verirsə versin, incikliyi yox, anlayışı; qəzəbi yox, mərhəməti seçir və qarşısındakı insanı dəyişdirmək əvəzinə ona gözəl olmağı xatırladırlar.

Digər insanları da bu əxlaqı yaşamağa təşviq edərlər. Onlara, Allahın bu cür əxlaqı daha çox bəyənəcəyini və axirətdə daha gözəl qarşılıq verəcəyini xatırladarlar. İnsanların arasındakı ayrılığın, ya da anlaşılmazlığın həll yolu tapmasına vəsilə olduqları üçün həmçinin özləri də Allahın razı olacağı davranış göstərmiş olarlar. Allah onların sırf Rəbbimizin rizasını axtararaq göstərdikləri bu əxlaqa böyük mükafatla qarşılıq verəcəyini bildirmişdir:

“Onların fısıldaşmalarının çoxunda xeyir yoxdur. Ancaq sədəqə verməyi, yaxud yaxşılığı və ya insanların arasını düzəltməyi (sülhü) əmr edən kimsənin (fısıldaşması) istisnadır. Kim Allahın rizasını qazanmaq üçün bunu edərsə, Biz ona böyük mükafat verəcəyik.”

Nisa surəsi, 114

İbadətlərdə qətiyyət göstərmək Allah Quranın bir çox ayəsində, iman etdiklərini dedikləri halda ürəklərində həqiqi imanı yaşamayan səmimiyyətsiz insanlar haqqında məlumat vermişdir. Bu şəxslər, müəyyən mövzularda möminlərin əxlaqına oxşar davranışlar göstərərlər. Quranda bildirilən bəzi ibadətləri yerinə yetirər, Allahın qadağan etdiyi mövzuların bəzilərinə diqqət edərək möminlərə bənzər həyat tərzi yaşayarlar, ancaq bütün bunlarda mütləq qətiyyət və səmimiyyət göstərməzlər. Bu şəxslərin səmimiyyətsizliyinə qarşılıq iman edənlərin Allahın əmrlərini yerinə yetirmək mövzusunda göstərdikləri qətiyyət çox kəskindir. Bu mövzudakı ən gözəl nümunələrdən biri Peyğəmbərimiz dövründə yaşamış müsəlman qadınların davranışlarıdır.

Təsəttürlə əlaqədar ayələrin endiyi dövrdə müsəlman qadınlar, ətrafındakı insanların qınamasından, yaxud mənfəətlərinə zərər gəlməsindən qorxmadan bu hökmü yerinə yetirmişlər. Bu mövzuyla əlaqədar olaraq Aişə (rədiyallahu ənh)-dən belə rəvayət edilmişdir:

Mömin qadının əsas xüsusiyyətlərindən biri, Allahın (c.c) Qurani Kərimdə buyurduğu kimi, geyimində təsəttür qaydalarına riayət etməsi və başını örtməsidir. Örtünmə ilə bağlı ayələr hicrətdən sonra nazil olmuşdur və bu, xüsusilə Nur surəsində qeyd olunmuşdur.

“Şeybə qızı Səfiyə izah edir və deyir ki: Biz Aişənin yanında ikən bir qisim xanımlar qureyşli qadınların vəziyyətini və fəzilətlərini bildirmişdilər. Bunun üzərinə Aişə buyurdu ki; “şübhəsiz ki, qureyşli qadınların üstünlüyü vardır. Amma Allaha and içirəm ki, mən ənsarın qadınlarından daha çox Allahın Kitabını təsdiq edən və Qurana inanan fəzilətli kimsələr görmədim.” Nur surəsindəki “baş örtüklərini yaxalarının üstünə örtsünlər” ayəsi nazil olduğunda ərləri onların yanına getdilər və onlara Allahın bu mövzuda nazil etdiyi ayəni oxudular. Hər bir kişi arvadına, qızına, bacısına və yaxınlarına bu ayəni oxuyurdu.

Peyğəmbərimiz dövründəki müsəlman qadınların bu qətiyyətləri bütün inananlara nümunədir.

Həyatı yalnız dünya həyatı ilə məhdudlaşan insanlar dünyada etdikləri yaxşılıqların və pisliklərin axirətdə qarşılarına çıxacağını unudurlar. İnananlar isə axirətin varlığına şübhə etmədən inandıqları üçün hər etdiklərinin qarşılığını alacaqlarını və etmədiklərinə görə də axirətdə peşmanlıq yaşayacaqlarını bilirlər. Bu səbəblə də, gözəl əxlaqın hər incəliyini ən gözəl şəkildə tətbiq etməyə çalışarlar.

Fədakarlıq etmək

Mütləq qətiyyətlə və heç bir şərt qoşmadan edilən fədakarlıq möminlərin əhəmiyyətli əxlaq xüsusiyyətlərindən biridir. Bir çox mövzuda möminləri təqlid edən, ancaq səmimi imanı laiqincə yaşamayan bəzi insanlar, yalnız Allahın rizasını, sevgisini və axirəti hədəfləyərək fədakarlıq etmələri lazım olduqda buna güc yetirməzlər. Bəzən insanlara göstəriş etmək, bəzən əxlaq anlayışlarını gizləmək, bəzən də müxtəlif mənfəətlər əldə etmək üçün fədakarlıq görünüşündə müxtəlif cəhdlər edərlər. Ancaq qarşılığında heç bir mənfəət əldə etməyəcəklərindən əmin olduqlarında bu mövzudakı istəksizlik olduqları ciddi şəkildə diqqət çəkər. Xüsusilə də, öz tərəflərindən mənfəət itkisi olanda, maddi və ya mənəvi baxımdan bir zərərə düçar olacaqlarını düşündüklərində, yalnız imanın qazandırdığı bu gücü özlərində tapmazlar və beləcə səmimiyyətsizlikləri ortaya çıxar.

İman edənlər, Allah üçün fədakarlıq ediləcək bir vəziyyətlə qarşılaşdıqlarında bunu imanlarını və səmimiyyətlərini göstərən bir fürsət olaraq görərlər. Dünya həyatının Allahın rizasını qazanmaları üçün yaradılmış qısa və müvəqqəti imtahan yeri olduğunun fərqində olaraq hərəkət edər, bu səbəblə, Allahın rizasını və axirət mükafatını istəyərlər. Lazım olduğunda özləri də ehtiyac içində olduqları halda, heç düşünmədən haqlarından imtina edərlər. Heç vaxt etdikləri fədakarlıqları dilə gətirərək özlərini tərifləyəcək ya da ön plana çıxaracaq əxlaq göstərməz və etdikləri fədakarlıqlara görə qarşı tərəfi minnət altında buraxmazlar. Quranda möminlərin bu üstün fədakarlıq anlayışı bu cür bildirilmişdir:

“Onlardan əvvəl (Mədinədə) məskən salmış və iman qəlbinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərə görə qəlbində bir həsəd duyğusu hiss etməz və özləri ehtiyac içində olsalar belə, (hicrət edənləri) özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən qorunarsa, onlar əsil nicat tapanlardır.”

Həşr surəsi, 9

Möminlərin axirəti üçün dua etmək

Möminlərin bir-birinə göstərdiyi ən gözəl mərhəmət nümunələrindən biri də bir-birlərinə dua etmələridir. Onlar iman etdikləri üçün bilirlər ki, Allah hər an, istədiyi şeyi edə biləcək qədər böyük və sonsuz gücə sahibdir. Həmçinin Allah, “Bəndələrim Məni səndən soruşsalar, (de ki:) “M ən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman e dsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər.” (Bəqərə surəsi, 186) ayəsində möminləri dua edərək Ondan istəməyə çağırmış və onların bu dualarına cavab verəcəyini bildirmişdir.

Məhz möminlər Rəbbimizin bu çağırışına könüldən qarşılıq verir və Ondan dünyada və axirətdəki bütün gözəllikləri istəyərlər. Ancaq möminlərə qarşı duyduqları mərhəmət, onların da yaxşılığı üçün dua etmələrini tələb edir. Özləri üçün Allahdan nə istəyirlərsə, digər möminlər üçün də ən az bunları, hətta daha da çoxunu istəyəcək qədər üstün mərhəmət anlayışına sahibdirlər.

Bu mərhəmətlərinin əsl səbəbi isə, cənnət və cəhənnəmin, ölümdən sonra başlayacaq sonsuz həyatın varlığından qəti olaraq əmin olmalarıdır. Möminlər, əbədi həyatlarını Allahın rəhməti ilə cənnətdə keçirmək ümidi ilə daim Ona dua edirlər. Dualarında həm özləri, həm də mömin bacı-qardaşları üçün Allahdan günahlarını bağışlamasını, onları pisliklərdən təmizləməsini, nöqsanlarını aradan qaldırmasını və cənnətinə qovuşdurmasını diləyərlər.

Şübhəsiz bu çox üstün əxlaqdır. Çünki insanlar ümumiyyətlə həmişə öz yaxşılıqları və rahatlıqları üçün səy göstərərlər, həmişə özləri üçün istəyərlər. Möminlərin, digər bacı-qardaşlarını da düşünmələri onların üstün əxlaqlarından qaynaqlanır. Qurani-Kərimdə möminlərin bu yüksək əxlaqını əks etdirən dualara çoxlu sayda nümunə verilmişdir:

“...Ey Rəbbimiz, unutsaq və ya yanılsaq, bizi cəzalandırma! Ey Rəbbimiz, bizə, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır bir yük yükləmə! Ey Rəbbimiz, gücümüzün çatmadığı bir şeyi bizə yükləmə! Bizi əfv et! Bizi bağışla! Bizə rəhm et! Sən himayədarımızsan. İnkar edənlər qövmünə qarşı bizə yardım et!”

Bəqərə surəsi, 286

“...Ey Rəbbimiz, bizə bol-bol səbir ver və müsəlman olaraq canımızı al!”

Əraf surəsi, 126

“Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər bəxş et və bizi cəhənnəm əzabından qoru!” - deyər.

Bəqərə surəsi, 201

“(Onlar belə dua edərlər:) Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlbimizə əyrilik salma və bizə, Öz tərəfindən bir mərhəmət bəxş et! Sən, həqiqətən, (mərhəmət) bəxş edənsən. Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə insanları toplayacaq olan Sənsən!” Şübhəsiz ki, Allah, Öz vədinə xilaf çıxmaz.”

Ali İmran surəsi, 8-9

Sonrakı nəsillərin mömin olması üçün dua etmək Quranda möminlərin ölümündən sonra arxalarında qoyacaqları azyaşlı övladlarına qarşı mərhəmət və məsuliyyət hissi ilə yanaşmaları xüsusi vurğulanır. Bu səbəbdən, möminlər həyatlarının son mərhələsinə yaxınlaşarkən geridə qalacaq uşaqlarının himayəsiz və nəzarətsiz böyüməməsi üçün səylə çalışır, onlara doğru dini və əxlaqi dəyərləri aşılayaraq imanlı, dürüst, etibarlı, zəkalı və yüksək mənəvi keyfiyyətlərə sahib fərdlər kimi formalaşmaları üçün yol göstərirlər. Allahın bu mövzu ilə bağlı əmri Quranda bu cür bildirilir:

“Arxalarında aciz övladlar qoyub gedəcəkləri təqdirdə, (“halları necə olar?” - deyə) qorxanlar, (yetimlərə haqsızlıq etməkdən də) qorxsunlar. Ona görə də, Allahdan çəkinsinlər və doğru söz söyləsinlər!”

Nisa surəsi, 9

Allah Quranda peyğəmbərlərdən də bu mövzuda nümunələr vermişdir.

Peyğəmbərlər istər uşaqları, istərsə özlərindən sonra gələn nəsli üçün dua etmiş, onların da gözəl əxlaqlı müsəlman olmaları üçün səy göstərmişlər. Bu mövzuda Quranda bildirilən nümunələrdən bəziləri belədir:

Bir zaman İbrahim demişdi:

“Ey Rəbbim! Bu şəhəri (Məkkəni) təhlükəsiz bir yer et! Məni və övladlarımı da bütlərə ibadət etməkdən uzaq tut!

İbrahim surəsi, 35

Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzü aydınladan zövcə və nəsillər bəxş et və bizi müttəqilərə rəhbər et!” – deyərlər.

Furqan surəsi, 74

Bir zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaldırdılar (və belə dua edirdilər:) “Ey Rəbbimiz, bizdən (bunu) qəbul et! Şübhəsiz ki, Sən hər şeyi eşidənsən, bilənsən! Ey Rəbbimiz! Bizi Sənə təslim olanlardan et və nəslimizdən də Sənə təslim olan bir ümmət çıxart! Bizə (həcc üçün) ibadət qaydalarını göstər və tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən.

Bəqərə surəsi, 127-128

“Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. Həm öz günahlarının, həm də mömin kişi və qadınların günahlarının bağışlanmasını dilə! Allah gəzib dolaşdığınız yeri də, (gecə) qaldığınız yeri də bilir.”

Məhəmməd surəsi, 19

Quran əxlaqını mənimsəmiş möminlər arasında inkişaf edən mərhəmət anlayışı, onların bir-birinə qarşı göstərdikləri səmimi bağlılıq və sevgi ilə təzahür edir. Bu insanlar, axirətdəki əzabın şiddətini dərk etdikləri üçün yalnız öz qurtuluşlarını deyil, eyni zamanda digər möminlərin də Allahın rəhmətinə nail olmalarını və cənnətə daxil olmalarını ürəkdən arzulayırlar. Belə bir ruh yüksəkliyi ilə onlar, Allahın buyurduğu kimi, digər möminlərin bağışlanmaları üçün dua edir və onların da rəhmətə qovuşmaları üçün səy göstərirlər. Qurani-Kərimdə bu yüksək mərhəmət duyğusunu və möminlər arasındakı mənəvi həmrəyliyi əks etdirən bir çox ayə mövcuddur:

Ey Rəbbimiz! Sən, cəhənnəmə atdığın kəsi rüsvay etmiş olarsan. Zalımların heç bir köməkçisi yoxdur. Ey Rəbbimiz! Həqiqətən,

“Rəbbinizə iman edin!” – deyə imana çağıran kimsəni (elçini) eşitdik və dərhal iman etdik. Ey Rəbbimiz! Günahlarımızı bağışla, pis əməllərimizin üstünü ört və canımızı yaxşılarla birlikdə al! Ey Rəbbimiz! Elçilərin vasitəsilə vəd etdiklərini bizə bəxş et və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədinə xilaf çıxmazsan”.

Ali İmran surəsi, 192-194

“Ey Rəbbim, məni və nəslimdən gələnləri namaz qılanlardan et!

Ey Rəbbimiz, duamı qəbul et! Ey Rəbbimiz, haqq-hesab günü məni, ata-anamı və möminləri bağışla!”

İbrahim surəsi, 40-41

Üstəlik möminlər, gəlmiş keçmiş bütün iman edənlər üçün də dua edərlər. Allaha iman edən hər insan, hansı dövrdə, harada yaşamış olursa olsun möminlərin bacı-qardaşlarıdır. Möminlərin bu duaları bir ayədə belə bildirilir:

Onlardan sonra gələnlər isə:

“Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman etmiş qardaşlarımızı bağışla! İman edənlərə qarşı qəlbimizdə heç bir kin-küdurətə yer vermə! Ey Rəbbimiz, həqiqətən, Sən şəfqətlisən, mərhəmətlisən!” - deyərlər.

Həşr surəsi, 10

Heç kimə lağ etməmək

Dinin yaşanmadığı cəmiyyətlərdə insanlara “lağ etmək”, əgər bu zarafat onlara edilmirsə, adətən pis qarşılanmır. Əksinə, bir çox insan bunu əyləncənin bir forması kimi qəbul edir. Buna görə də belə cəmiyyətlərdə insanlar qarşılaşdıqları hər hansı bir şeyi zarafata çevirməkdən çəkinməzlər. Bu cür davranışla sanki başqalarını alçaldaraq özlərini üstün göstərmək istəyirlər.

Onlara görə, insanların fiziki qüsurları — məsələn, əlillik, artıq çəki, alçaq boylu kimi xüsusiyyətlər — və ya hər kəsin başına gələ biləcək sadə hallar, məsələn, dilin dolaşması, asqırmaq və ya yıxılmaq belə gülmək və lağ etmək üçün kifayətlidir.

Möminlər isə, belə bir davranışa heç bir şəkildə tənəzzül etməzlər. Hər şeydən əvvəl Quran əxlaqında lağ etmənin yeri olmadığını və bunun Allahın bəyənmədiyi davranış olduğunu bilirlər. Quranda Allahın bu mövzudakı əmri belədir:

“Ey iman edənlər! Kişilər kişiləri lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar. Qadınlar da qadınları lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar...”

Hucurat surəsi, 11

Bununla yanaşı, möminlər insanları onların imanına, gözəl davranışlarına və Allaha yaxın olmaq üçün göstərdikləri səmimi səylərinə görə dəyərləndirərlər. Ona görə də bir insanın boyu, çəkisi, şivəsi, şikəstliyi kimi fiziki xüsusiyyətləri hər nə qədər əskik olsa belə heç vaxt qarşı tərəfi özündən aşağı görməz, o adama sataşmazlar. Eyni şəkildə, yanlarında dili dolaşan, yıxılan və ya oxşar vəziyyətə düşən birinə əsla lağ etməz, onu utanacaq duruma salmazlar.

Həmçinin möminlər lağ etməyi heç vaxt əyləncə kimi görmürlər. Çünki başqasının narahat olduğu bir söz, zarafat və ya davranış onlara da xoş gəlmir. Özləri belə bir şey etmədikləri kimi, kiminləsə lağ edildiyini, utandırıldığını və ya çətin vəziyyətə salındığını gördükdə buna da biganə qalmazlar. Əksinə, həmin insanı qoruyar, onu müdafiə edər və heç vaxt əzilməsinə icazə verməzlər.

Vicdanlı olduqları üçün möminlər, özlərinə edilməsini istəmədikləri bir davranışın başqasını da nə qədər narahat edə biləcəyini anlayırlar. Bu mövzuda göstərdikləri diqqət və həssaslıq isə Allaha olan qorxuları və gözəl əxlaqlarından qaynaqlanır. Vicdanları və mərhəmət hissləri onları lağ etmək kimi pis bir davranışdan uzaq saxlayır. Eyni zamanda bilirlər ki, Allah lağ edənləri axirət əzabı ilə xəbərdar etmişdir. Bu səbəbdən belə bir rəftardan şiddətlə çəkinirlər:

“O, mal-mülk yığar və onu dönə-dönə sayar. O, mal-mülkünün onu əbədi saxlayacağını zənn edər. Xeyr! O mütləq Hütəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hütəmə nədir?! O, Allahın alovlandırılmış odudur. O od (yandıra-yandıra) qəlbə çatar. Həqiqətən, o od onların üzərini örtəcəkdir. Onlar uzun sütunlara bağlanacaqlar.”

Huməzə surəsi, 1-9

Quranda möminlərə tövsiyə olunur ki, insanların hüquqlarını heç bir şəkildə pozmasınlar. Möminlər də bu əmrə uyğun olaraq çox diqqətli davranar, birbirlərinə qarşı həmişə hörmətlə, ehtiramla və qürur verici şəkildə yanaşarlar. Bu mövzuda xüsusilə diqqət yetirdikləri məsələlərdən biri də insanlara onların xoşuna gəlməyəcək, incidici ləqəblər qoşmamaqdır.

Məlumdur ki, Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə insanlara ləqəb qoşmaq çox yayılmış bir vərdişdir. Çox zaman bu davranışın arxasında pis niyyət dayanır. İnsanlar açıq şəkildə deyə bilmədikləri mənfi fikirləri, ləqəblər vasitəsilə bildirməyə çalışırlar. Bəzən də məqsəd, qarşı tərəfi alçaltmaq, ona lağ etmək və ya onu narahat etmək olur. Bu cür ləqəblər adətən həmin şəxsin hər hansı bir çatışmazlığını və ya qüsurunu vurğulayır. Buna görə də bu sözlər hər deyildikdə həmin şəxs narahat olur.

Amma möminlər belə bir davranışa yol verməzlər. Onlar bilərəkdən heç vaxt qarşısındakı insanı incidəcək və ya onu narahat edəcək bir söz işlətməzlər. Çünki Allah bu məsələdə çox aydın şəkildə qadağa qoymuşdur:

“...Bir-birinizə tənə etməyin və bir-birinizi (pis) ləqəblərlə çağırmayın! İmandan sonra fasiqlik nə pis bir addır! Kim (bu əməllərdən) tövbə etməzsə, onlar əsil zalımlardır.”

Hucurat surəsi, 11

Möminlər bir-birlərində bir qüsur gördükdə, bunu Allahın əmri kimi dəyərləndirər və açıq şəkildə qarşı tərəfə izah edərək onun düzəlməsinə kömək etməyə çalışarlar. Fikirlərini aydın şəkildə ifadə etdikləri üçün eyhamla və ya dolayı yollarla danışmağa ehtiyac duymazlar. Bu, həm də onların bir -birinə olan mərhəmətinin aydın göstəricisidir. Möminlər bir-birlərini narahat edəcək, incidəcək və ya narahatlığa səbəb olacaq heç bir davranışa nə icazə verərlər, nə də özləri belə bir rəftar göstərərlər. Bu gözəl davranışları ilə də Quran əxlaqını yaşamayan insanlara nümunə olarlar.

Mirasdan ehtiyacı olan şəxsləri də yararlandırmaq

Əvvəlcə qeyd etdiyimiz kimi, Allah insanlara çətin vəziyyətdə olanlara qarşı mərhəmətli olmağı və onların ehtiyaclarını görüb görməməzlikdən gəlməməyi tövsiyə etmişdir. Sahib olduqları mal və pullarını ehtiyacı olanlarla bölüşmək gözəl bir davranış kimi vurğulanır. Hətta miras qaldıqda, kasıb və ehtiyac içində olan yaxınlara da pay ayrılması əmr edilir.

Bu səbəbdən möminlər özlərinə miras qaldığında, ehtiyacı olan yaxınlarına, yetimlərə və yoxsullara pay verməyə önəm verirlər. Quranda da Allahın bu tövsiyəsi açıq şəkildə yer almışdır:

“(Mirasın) bölgüsündə (varis olmayan) qohumlar, yetimlər və yoxsullar iştirak edərlərsə, onlara da ondan (o maldan) bir şey verin və onlara gözəl söz söyləyin!”

Nisa surəsi, 8

Möminlərin bu davranışı onların vicdan və mərhəmət duyğularının güclü olduğunu da açıq şəkildə göstərir. Ətraflarında ehtiyacı olan insanlar varkən, möminlər mallarını yığıb saxlamaq yerinə, ehtiyacı olanlarla paylaşmağı üstün tuturlar.

Din əxlaqını yaşamayan insanlar isə möminlərin tam əksinə davranırlar.

Onlar böyük miqdarda pul və ya miras əldə etdikdə bunu paylaşmaq istəmirlər və zəngin olduqları bilinməsin deyə gizlətməyə çalışırlar. Çünki belə olduqda qohumları, yaxınları və yoxsullar onlardan kömək istəyə bilər. İmkanları olmasına baxmayaraq, ehtiyacı olanlara yardım etməməkdən vicdan əzabı çəkmirlər. Onlar hər şeyi yalnız özlərinə aid sayır, bütün xərcləri yalnız öz mənfəətləri üçün etmək istəyir və əksini böyük itki hesab edirlər.

Möminlər isə Allahın əmr etdiyi kimi, miras qalan mallarından bu şəxslərə heç bir tələbləri olmasa belə öz istəkləri ilə verərlər. Onlar bu cür mərhəmət anlayışlarına görə axirətdə belə qarşılıq görəcəklər:

“Allah onların əməllərini ən gözəli ilə mükafatlandırsın deyə, az və ya çox onların infaq etdikləri hər bir şey və keçdikləri hər bir vadi, mütləq onlara savab olaraq yazılar.”

Tövbə surəsi, 121

Hər şeyin ən gözəlini infaq etmək Quranın ölçüsünə əməl etməyən insanlar infaqı, yəni ehtiyacı olanlara yardım etməyi, sadəcə “istifadə etmədikləri və köhnəlmiş əşyalarını kasıblara vermək” kimi qəbul edirlər. Evlərində yığılan köhnə əşyaları bu səbəblə bir ənənə halına gətirirlər. Amma buna baxmayaraq, dəyərli mallarından heç bir şey əskiltməməyə böyük önəm verirlər. Bu insanların əsas məqsədi isə həm köhnə əşyalardan xilas olmaq, həm də başqalarına yaxşı insan kimi görünməkdir. Allah da Quranda belə niyyətlərlə edilən infaqın əslində göstəriş olduğunu bildirir:

“Allaha və axirət gününə iman etmədikləri halda mallarını insanlara göstəriş üçün infaq edənlərdir. Şeytan kimə yoldaşlıq edərsə, (bilsin ki,) o necə də pis bir yoldaşdır!”

Nisa surəsi, 38

İnsanın, istifadəyə ehtiyac duymadığı və ya köhnəlmiş bir əşyasını başqasına verməsi, o adamı özündən daha aşağı və dəyərsiz gördüyünün işarəsidir. Belə şəxslər insanlara zənginlik və ya kasıblılıqlarına görə dəyər verdikləri üçün, ehtiyac içində olan bir insan onlara görə etibar edilməyə layiq deyil. Bu səbəbdən də sahib olduqları malların ən yaxşısını bu insanlara verməyin lazım olmadığını düşünürlər. Halbuki, Quranda bu cür əmr edilmişdir:

“Ey iman edənlər! Qazandıqlarınızın və sizin üçün torpaqdan yetişdirdiklərimizin yaxşısından (Allah yolunda) infaq edin! Və (sizə verildiyi təqdirdə) ancaq gözü yumulu alacağınız pis şeylərdən (Allah yolunda) infaq etmək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur, şükrə layiqdir.”

Bəqərə surəsi, 267

Möminin mərhəmət və ədalət anlayışı isə, heç bir möminin özündən daha aşağı və pis imkanlar içində yaşamasına, çətinlik çəkməsinə, köhnə, dəyərsiz və keyfiyyətsiz əşyalara layiq görülməsinə icazə verməz. İmkanları ölçüsündə ətrafındakı bütün möminlərin ən az öz standartlarına uyğun həyat yaşaya bilmələri üçün çalışar, infaq edərlər.

İnfaq edərkən ən önəmli olan, insanın Allah razılığı üçün nəfsindən imtina etməsi və sevdiyi şeylərdən fədakarlıq etməsidir. Çünki insana heç bir dəyəri olmayan bir şeyi vermək fədakarlıq sayılmaz. Möminlər vicdanları ilə bunu yaxşı ayırd edə bilirlər. Yeməklərinin, geyimlərinin, əşyalarının yaxşı və gözəl olanından və özlərinin də bəyənib istədikləri şeylərdən infaq edərlər. Bu da qarşılarındakı insanlara olan şəfqət və mərhəmətlərinin göstəricisidir.

Allahın iman gətirənləri bu mövzuda təşviq etdiyi bir başqa ayə belədir:

“Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa (cənnətə) nail ola bilməzsiniz. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər bir şeyi bilir.”

Ali İmran surəsi, 92

Möminlərin qəlbindəki mərhəmət onları hər zaman digər insanlara qarşı dürüst, anlayışlı və incə düşüncəli olmağa yönəldir. Buna görə də onlar, Allahın açıq şəkildə qadağan etdiyi “ticarətdə hiylə və saxtakarlıq etmə” mövzusunda heç vaxt yol verməzlər. Hətta kiçik bir səhvə və ya diqqətsizliyə belə yol verməzlər, çünki bu başqalarına zərər verə bilər.

Möminlər insanların haqqını qorumaqda çox diqqətlidirlər. Məsələn, bir insanın zəhmətlə qazandığı pulun haqsız şəkildə əlindən alınmasına nə səbəb olar, nə də buna icazə verərlər. Çünki bu çox ədalətsiz və qəddar bir davranış olar. Möminlər nə bu cür haqsızlıq edərlər, nə də başqalarının etməsinə razı olarlar. Çünki Allah bu barədə qəti şəkildə əmr vermişdir:

“Ölçdüyünüz zaman ölçüyə riayət edin və düzgün tərəzi ilə çəkin! Bu həm daha yaxşı, həm də nəticə etibarilə daha gözəldir.”

İsra surəsi, 35

Ayədə görüldüyü kimi, Allah möminlərə ticarətdə dürüst davranmağı, insanların haqqını yeməməyi, ölçüdə və çəkidə ədalətsizlik etməməyi əmr etmiş və bunun nəticə baxımından da daha gözəl olduğunu bildirmişdir.

Ancaq bəzi insanlar Allahın bu tövsiyəsini bildikləri halda saxtakarlıq etməkdən çəkinməzlər. Kiminsə onları görmədiyi yerlərdə bir başqasının haqqına əl uzatmaqdan, insanların pulundan, əşyasından, ya da hər hansı bir malından özlərinə pay ayırmaqdan, mallarını əskik ölçüb hesablamaqdan qorxmazlar. Bəziləri, heç kimin görmədiyini və qarşı tərəfin haqqının tapdandığını ya da aldadıldığını fərq etmədiyini düşünərək bunu qazanc sayırlar. Bu yolla qazandıqları pulun və ya mənfəətin onlara fayda verəcəyini zənn edirlər. Halbuki, bu cür davranışlar Allah tərəfindən haram sayılır və heç bir xeyir gətirməz. Əksinə, Allah bu mövzuda dürüst olmayanları açıq şəkildə xəbərdar etmişdir:

“Çəkidə və ölçüdə aldadanların vay halına! Onlar insanlardan bir şey satın aldıqları zaman tam ölçər, başqaları üçün bir şey ölçdüklərində, yaxud çəkdiklərində isə əskik ölçüb-çəkərlər. Onlar təkrar dirildiləcəklərini düşünmürlərmi? (Həm də) böyük bir gündə! O gün insanlar aləmlərin Rəbbinin hüzurunda duracaqlar.”

Mutaffifin surəsi, 1-6

Allahın tarix boyunca insanlara göndərdiyi elçilər də hər zaman gözəl əxlaqın bir tələbi olaraq, cəmiyyətlərinə ölçü və çəkidə ədalətli olmağı, insanların haqqına hörmət etməyi tövsiyə etmişlər. Quranın bir çox ayəsində peyğəmbərlərin bu mövzuda qövmlərinə verdikləri nəsihətlər yer alır. Məsələn, Mədyən xalqına göndərilən Şüeyb Peyğəmbərin qövmünə etdiyi çağırış da buna bir nümunədir:

“Mədyən qövmünə də qardaşları Şüeybi (elçi) göndərdik. O demişdi:

“Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gəlmişdir. Elə isə ölçüdə və tərəzidə düzgünlüyə riayət edin! İnsanların mallarını əskik verməyin! İslah edildikdən sonra yer üzündə fitnəfəsad törətməyin! Əgər iman etmişsinizsə, bu sizin üçün daha xeyirlidir.”

Əraf surəsi, 85

Kasıblaşma qorxusuyla uşaqlarına zərər verməmək

Möminin bilərək və istəyərək günahsız bir insana hər hansı bir səbəbdən ötrü zərər verməsi mümkün deyil. Şərtlər nə olursa olsun bir mömin öz dərdinə çarə tapmaq üçün başqa insanı çətin vəziyyətdə buraxmaz. Özü pul qazanmaq məqsədiylə başqasının maddi sıxıntıya düşməsinə razı olmaz. Öz sağlamlığını qurtarmaq üçün başqa birinin sağlamlığını təhlükəyə atmaz. Öz qarnını doyurmaq üçün başqa birinin ac qalmasına razı olmaz. İndiyə kimi nümunələrlə bəhs etdiyimiz kimi, həmişə qarşı tərəfin yaxşılığını, rahatlığını və hüzurunu öz ehtiyaclarından üstün tutar.

Qarşısındakı uşaq, əsir və ya hər hansı tanımadığı bir insan olsa belə mömin sahib olduğu mərhəmətə görə əvvəlcə onun mənfəətini əsas götürər. Bu əxlaqı göstərmək üçün heç bir fədakarlıqdan çəkinməz. Allah, maddi çətinlik səbəbilə övladlarına baxa bilməyəcəyini düşünərək onları öldürmək istəyənlərin nümunələrini göstərmiş və bu cür vəhşi, qəddar rəftarlardan insanları çəkindirmişdir:

De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum:

Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin! Yoxsulluq qorxusu ilə övladlarınızı öldürməyin! Sizin də, onların da ruzisini Biz veririk...”

Ənam surəsi, 151

“Kasıblıq qorxusu ilə övladlarınızı öldürməyin! Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır.”

İsra surəsi, 31

Qurani-Kərimdə xəbərdarlıq edilən və xüsusilə də Quran nazil olmamışdan əvvəlki cahiliyyə dövründə geniş yayılmış "uşağın öldürülməsi" və ya "diri-diri torpağa basdırılması" kimi qəddar davranış formaları müasir dövrdə əvvəlki qədər tez-tez müşahidə olunmasa da, bu ayələrin məzmununa daxil ola biləcək oxşar hallar hələ də mövcuddur. Amma bu ayələrin mənasına daxil ola biləcək bəzi davranışlar bu dövrdə də baş verir. Məsələn, mətbuatda tez-tez rast gəlinən belə bir hadisə var: yeni doğulmuş uşağın yoxsulluq səbəbilə küçəyə atılması.”

Möminlər belə bir günah işləməkdən Allaha sığınar və Allahın bu cür hərəkətə qarşı axirətdə verəcəyi əzabdan şiddətlə qorxar. Bundan əlavə, Quran əxlaqının möminlərə qazandırdığı mərhəmət anlayışı, başqa bir insana, üstəlik də kiçik və günahsız bir uşağa yalnız gələcək qorxusu ilə belə bir zülm etmələrinə onsuz da icazə vermir. Əgər həqiqətən kasıblıq səbəbiylə çətin vəziyyətdə qalırlarsa, bu vəziyyətdə yenə Quranın sərhədləri çərçivəsində ağıllı həll yolları taparaq bu çətinliyi aradan qaldırmağa çalışarlar.