Quranı rəhbər tutmaq: Möminlər Quran əxlaqını nöqsansız yaşayırlar
Mündəricat
- Giriş
- Quranı Allah qoruyur
- Tək hökm verən Allah’dır
- Allah adına hökm verənlər
- Quran aləmlərə öyüddür
- Quran Furqandır; doğrunu yanlışdan ayırır
- Quranda hər şey açıqlanmışdır
- Quran əxlaqını yaşamaq çox asandır
- Qurana tabe olmaq insanların üzərindəki yükü qaldırır
- Allah insanları Quranla xəbərdar edib qorxudur
- Möminlər Quran əxlaqını nöqsansız yaşayırlar
- Məhəmməd Peyğəmbərin tək rəhbəri Quran idi
- Nümunəvi Quran nəsli yetişdirməyin əhəmiyyəti
- Nəticə

Şüeyb Peyğəmbərin qövmünə xitabından bəhs edən “...Ey qövmüm! Məgər mənim əşirətim sizə Allah’dan da əzizdir ki, Onu unudub saymırsınız?..” (Hud surəsi, 92) ayəsində olduğu kimi, bu insanlar Allah’ı unudurlar. Allah’ın hökmlərinin yerinə hər cür batil inanc və qanunlara sanki İlahi hökm kimi tabe olurlar. Qurandakı həqiqətləri görsələr də, bu batil inanclarından heç cür vaz keçmirlər. Halal və haram anlayışları yanlış düşüncələrinə, mənsub olduğu cəmiyyətin dəyər ölçülərinə və atalarından öyrəndiklərinə bağlı olaraq dəyişir. Quran hökmlərinin yerinə insanların qənaətinə dəyər verirlər.
Bu insanların həyata baxışları Quranda “...Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getməkdəyik!..” (Zuxruf surəsi, 23) ayəsində bildirilir.

İnsanlar dünya və axirətdə xilas olmaq üçün atalarının və ya çevrələrinin əməllərinə deyil, Qurana üz tutmalıdırlar. Quran Allah’ın heç dəyişməmiş sözüdür. Peyğəmbərimizin həyatı boyu göstərdiyi gözəl əxlaq isə iman edənlər üçün ən gözəl nümunədir.