Quranı rəhbər tutmaq: Giriş
Mündəricat
- Giriş
- Quranı Allah qoruyur
- Tək hökm verən Allah’dır
- Allah adına hökm verənlər
- Quran aləmlərə öyüddür
- Quran Furqandır; doğrunu yanlışdan ayırır
- Quranda hər şey açıqlanmışdır
- Quran əxlaqını yaşamaq çox asandır
- Qurana tabe olmaq insanların üzərindəki yükü qaldırır
- Allah insanları Quranla xəbərdar edib qorxudur
- Möminlər Quran əxlaqını nöqsansız yaşayırlar
- Məhəmməd Peyğəmbərin tək rəhbəri Quran idi
- Nümunəvi Quran nəsli yetişdirməyin əhəmiyyəti
- Nəticə

Quran hər insanın başa düşəcəyi sadə və anlaşılan üsluba, bənzərsiz hikmətə sahibdir. Buna baxmayaraq, Allah’a və dinə qarşı səmimiyyətsiz olan, hətta düşmən kimi yanaşan bəzi insanlar Qurana ön mühakimə ilə yanaşır, yanlış məntiq səbəbi ilə ayələri doğru şərh etmirlər. Bəziləri də dini qəsdən çətin göstərmək üçün özlərindən bir çox batil inanc, bidət və xurafat çıxarırlar. Quranı bilən və Peyğəmbərimizin həyatını tanıyan iman sahibləri isə bunların xurafat olduğunu anlayır və heç birinə etibar etmirlər. Lakin Allah’ı və Quranı tanımayanlar cahillikləri üzündən bu xurafatların təsirində qalır, Qurana əsaslanmayan bu batil dini yanlış olaraq gerçək din zənn edirlər. Quran və hədisləri oxumadıqlarına görə də Allah’ın bəyənib seçdiyi dinin gözəlliklərini görmürlər.
Bu rəhbər Quranın Allah’ın sözü və insanlar üçün hidayət rəhbəri olduğunu, dünyadakı hər insana xitab etdiyini, hökmlərinin endirildiyi zamandan bu yana bütün dövrləri əhatə etdiyini, dolayısilə, hər insanın üz tutması gərəkən ən əhəmiyyətli qaynaq olduğunu açıqlamaq məqsədilə hazırlanmışdır.
İslam dininin doğru öyrənilməsi və Quran ayələrinin lazımi şəkildə qavranılması insanların düz yolu tapmaları üçün çox zəruridir. Bu mövzunun bütün insanlara çatdırılması isə ağıllı, vicdanlı və sağlam düşüncəli hər müsəlmanın ən önəmli vəzifələrindən biridir.