Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranı rəhbər tutmaq: Allah adına hökm verənlər

Mündəricat
  1. Giriş
  2. Quranı Allah qoruyur
  3. Tək hökm verən Allah’dır
  4. Allah adına hökm verənlər
  5. Quran aləmlərə öyüddür
  6. Quran Furqandır; doğrunu yanlışdan ayırır
  7. Quranda hər şey açıqlanmışdır
  8. Quran əxlaqını yaşamaq çox asandır
  9. Qurana tabe olmaq insanların üzərindəki yükü qaldırır
  10. Allah insanları Quranla xəbərdar edib qorxudur
  11. Möminlər Quran əxlaqını nöqsansız yaşayırlar
  12. Məhəmməd Peyğəmbərin tək rəhbəri Quran idi
  13. Nümunəvi Quran nəsli yetişdirməyin əhəmiyyəti
  14. Nəticə

Onlardan bir zümrə də vardır ki, siz onların oxuduqlarını hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini o tərəfbu tərəfə əyirlər. Halbuki, onların bu oxuduqları kitabdan deyildir. Onlar isə: “Bunlar Allah tərəfindəndir”, -dedilər.

Bunlar isə heç də Allah tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda: “Bu, Allah dərgahındandır”, - deyirlər. Onlar bilə-bilə Allah’a qarşı yalan söyləyirlər.

Quranda bütün xüsusiyyətləri ilə açıqlanan haqq dini özlərinə ölçü götürməyən və atalarından qalma batil inancları israrla sürdürmək istəyən bəzi cəmiyyətlər daha da irəli gedib Allah’a qarşı çirkin iftiralar atırlar. Belə kimsələr ağıl və vicdanlarını bir kənara qoyub Allah’ı gərəyi kimi təqdir etmədiklərinə görə, doğru olanı tapacaq anlayışa da sahib olmurlar. Bu səbəbdən, Quran əxlaqına uyğun olmayan bir çox batil inanc çıxarır və təkcə özlərini deyil, cahil kütlələri də batil əməllərə yönəldirlər. Halalı haram, haramı da halal edir, yalan yerə iftira yaxırlar. Bu mövzu ilə əlaqədar bəzi ayələr bunlardır:

Öz iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır” dedilər. Elə heyvanlar da vardır ki, (kəsərkən) Allah’ın adını çəkməzlər. Bütün bunları Allah’a iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah) onların cəzalarını verəcəkdir. Həmçinin:

“Bu heyvanların qarınlarındakı balalar yalnız kişilərə məxsusdur, onlar qadınlarımıza haram edilmişdir”, - dedilər. Əgər ölü doğularsa, ona ortaqdırlar. (Allah) onlara vəsflərinin cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət, elm sahibidir!

Ənam surəsi, 138- 139

...Allah’ın onlara verdiyi ruzini Allah’a iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar azmış, doğru yolu tapa bilməmişlər.

Ənam surəsi, 140

Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, insanların bir qismi halal və haram uydurub bu minvalla Allah’a qarşı böyük iftira atırlar. Halbuki, Allah insanlara həddi aşmamağı və gözəl olan təmiz şeyləri haram etməməyi əmr etmişdir:

Ey iman gətirənlər! Allah’ın sizə halal buyurduğu pak nemətləri haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!

Maidə surəsi 87

Lakin onların etdiklərinin qarşılığı da ayədə açıq şəkildə bildirilmiş, cəzalarını mütləq çəkəcəkləri xəbər verilmişdir. “Ənam” surəsində həmin şəxslərin heç bir məlumata əsaslanmadan etdikləri bu böyük zülm haqqında belə nümunə verilir:

Bir cüt dəvə və bir cüt inək. De:

“İki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz? Heç bir biliyi olmadan insanları azdırmaq üçün Allah’a qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz!

Ənam surəsi, 144

Ayələrdə də göründüyü kimi, insanların bir çoxu Allah adına hökm verməyə və bilmədikləri şeyləri dinə aid etməyə meyillidirlər. Bu səbəbdən, insan fitrətini ən yaxşı bilən Allah Quranda “Diliniz yalana vərdiş etdiyi üçün: “Bu, halaldır, o, haramdır!” – deməyin, çünki Allah’a iftira yaxmış olursunuz” (Nəhl surəsi, 116) ayəsi ilə insanları xəbərdar etmişdir. Bir başqa ayədə Allah belə buyurur:

Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz? Heç düşünürsünüz?! Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?! Əgər doğru danışırsınızsa, kitabınızı gətirin

Saffat surəsi, 154-157

Sizə üz tutduğunuz zaman əsla dəlalətə düşməyəcəyiniz şeyi buayrıca, Quranda öz uydurduğu batil dini yaşayan bu insanların elçiləri dini dəyişdirib yalan danışmaqla günahlandırdığı xəbər verilir. Ayələrdə belə buyurulur:

Onlar öz içərilərindən özlərinə qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər:

“Bu, yalançı bir sehrbazdır! Əcaba, o, tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəccüblü bir şeydir”. Onların əyanları çıxıb gedərək belə dedilər: “Gedin öz tanrılarınıza möhkəm olun. İstənilən şey budur. Biz bunu sonuncu dində də eşitməmişik. Bu, ancaq bir uydurmadır. Məgər Quran aramızdan onamı nazil olmuşdur?!” Doğrusu, onlar Mənim Quranım barədə şəkk-şübhə içindədirlər. Doğrusu, onlar hələ Mənim əzabımı dadmamışlar!

Sad surəsi, 4-8

Ayələrdə bəhsi keçən kəslər dinə bağlılıqlarından dolayı belə etdiklərini iddia edirlər. Bunun səbəbi Allah’ın Quranda bildirdiyi gerçək dini bilməmələridir. Allah’ın hökmlərini görməzlikdən gələn və ya şəxsi mənfəətlərinə zidd olduğu üçün bu hökmlərdən xoşlanmayıb yenisini çıxaranlar Allah’ı və endirdiyi kitabı tanımayan insanlardır. Onlar bütün kainatı yoxdan var edən Rəbbimizin hər şeyə qadir olduğunu, elmi ilə hər yeri əhatə etdiyini, gizlinin gizlisini bildiyini təqdir etmirlər. Onların bildiyi sadəcə bir neçə xurafə və ön mühakimədən ibarətdir. Halbuki, Allah insanlara belə buyurur:

Rəbbindən sənə vəhy edilənə tabe ol. Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir!

Ənam surəsi, 106

Quranı Rəhbər Tutmaq

Həqiqətən, bu Quran ən doğru yola yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir! (İsra surəsi, 9) Bu (Quran) insanlar üçün bəsirət gözü, tam yəqinliklə inanan bir qövm üçün də hidayət və mərhəmətdir! (Casiyə surəsi, 20)

Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir!

Yunis surəsi, 57

Allah Quranda doğru olanlarla yanlış olanları açıq şəkildə müəyyən etmişdir. Buna görə, nəfsi istəklərindən uzaq duran, Allah’ın hökmlərinə əməl edən vicdanlı insanlar doğru olanı asanlıqla tapırlar. Quran hər yaşda, hər səviyyədə olan insanın rahat anlayıb qavrayacağı hikmətli bir kitabdır. Quran hökmləri və ayələrdə keçən gözəl əxlaq son dərəcə aydın, başa düşülən və asandır. Allah’ın hidayət verdiyi hər bir səmimi insan Quranda yazılanları asan başa düşür və oxuduqlarını gözəl şəkildə tətbiq edir. Allah Quranın bu özəlliyini “Bəqərə” surəsində belə bildirir:

İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran)...

Bəqərə surəsi, 185

Lakin təkcə Allah’dan qorxub çəkinənlər, Ona könüldən təslim olanlar və axirət həyatını dünya həyatına tərcih edənlər Qurandan öyüd alıb düşünürlər. Allah bir başqa ayədə belə buyurur:

Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! Qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik).

Taha surəsi, 2-3

Bu mövzu, eyni zamanda, Quranın önəmli bir sirridir. Quranı anlamaq üçün böyük zəkaya və ya qabiliyyətə malik olmaq lazım deyil. Bunun üçün səmimi niyyətə, dərin imana və ixlasa sahib olmaq lazımdır. Çünki Allah səmimi qullarına doğru yolu göstərir və onların Qurandan faydalanmasını və xilas olmasını təmin edir. Quran bütün insanlara göndərilmiş bir kitabdır, lakin təkcə Allah’dan qorxan, axirətə iman edən möminlər üçün hidayət vəsiləsidir. Bununla bağlı ayələrdən bəziləri belədir:

Qiyamət günü hər ümmətə özlərindən bir şahid göndərəcəyik. Səni də bunlara şahid gətirəcəyik. Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!

Nəhl surəsi, 89

De: “Ruhül-qüds onu sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və müjdə vermək üçün haqq olaraq nazil etmişdir!”

Nəhl surəsi, 102

Bu hikmətli kitabın ayələridir. Yaxşı əməllər edənlərə bir hidayət və rəhmətdir.

Loğman surəsi, 2-3

Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir!

Yunis surəsi, 57

Ayələrdə də bildirildiyi kimi, Quran bütün insanlara bir öyüd, çəkinən və mühsin olan müsəlmanlara da bir hidayət rəhbəridir. Böyük İslam mütəfəkkiri Səid Nursi “Qurani-Hakim şüurlu insanlara imamdır, cin və insanlara mürşiddir, əhli-kamalə rəhbərdir, əhli-həqiqətə müəllimdir...” sözləri ilə Quranın saleh qullara doğruluq rəhbəri olduğunu ifadə etmişdir.