Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

İman həqiqətlərinin əhəmiyyəti: Nəticə

Mündəricat
  1. Giriş
  2. Quranda İman Həqiqətləri
  3. İman Həqiqətləri nə üçün Vacibdir?
  4. İslam Alimlərinin İman Həqiqətlərinin Əhəmiyyəti Haqqındakı Düşüncələri
  5. Nümunəvi İman Həqiqətləri
  6. Nəticə

İman həqiqətləri üzərində təfəkkür etmək, insanların öz istəyinə buraxılmamış, Quranda əmr edilmişdir. Bu səbəblə, bütün kainatı əhatə edən iman həqiqətləri üzərində düşünmək, möminlər üçün həmişə ibadət xüsusiyyətindədir. Möminlər Allahın varlığını hər an və daha güclü hiss etmələrini təmin edən iman həqiqətləri sayəsində Allahın sifətlərini və sifətlərinin üstünlüyünü daha yaxşı qavrayıb, Ona daha çox yaxınlaşmağa çalışırlar. İman həqiqətlərindən qaynaqlanan dərin təfəkkürləri səbəbiylə Allahın elm və qüdrətinin sonsuzluğunu gördüklərindən, Allaha qarşı duyduqları qorxu qat-qat artmış olaraq, dünyada hər an Allahın razılığına, rəhmətinə və cənnətinə qovuşmanın arzusu və həsrəti ilə yaşayarlar. Sonunda isə Allahın diləməsiylə, Allahı haqqıyla təqdir etdikləri və Onun rizası xaricində heç bir ümidləri olmadan yaşadıqları dünyadan ayrılaraq, ağacları altından çaylar axan cənnətlərdəki köşklərinə yerləşdirilərlər. Quranda iman edənlərə cənnətin müjdələndiyini ayələrdən biri belədir:

İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir və orada əbədi qalacaqlar.

Bəqərə surəsi, 82

İnkar edənlər isə şüursuzluq və məlumatsızlığın səbəb olduğu qəflət halı ilə Allahın varlığının açıq dəllilərindən üz çevirərlər. Bunların sonu isə Quranda belə xəbər verilmişdir:

Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar Cəhənnəm sakinləridir. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis dönüş yeridir!

Təğabun surəsi, 10

Quranda bildirilən bu hökmlər istiqamətində cəhənnəmdən qorunub-çəkinərək, sonsuz bir gözəllikdə, nəfsin arzuladığı hər şeyin ən mükəmməl və qüsursuz bir şəkildə yaradılaraq möminlərə təqdim edildiyi cənnəti arzulayanlar, Rəbbimizi daha yaxından tanıyaraq Onun razılığını, dostluğunu və sevgisini qazanmağa çalışmalıdırlar. Bunun üçün də iman həqiqətləri üzərində dərin təfəkkür edərək, Allahın üstün sifətləri haqqında daha çox elm və qavrayış sahibi olmalıdırlar. Öyrənmək və təfəkkür etməklə yanaşı, iman həqiqətlərini izah edərək insanların da imanlarına vəsilə olmaq, imanlarını artırmaq baxımından olduqca əhəmiyyətlidir. İman həqiqətlərini izah edərək insanları düşünməyə dəvət etmək, bütün iman edənlərin üzərinə düşən əhəmiyyətli bir məsuliyyətdir.