Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

İman həqiqətlərinin əhəmiyyəti: İslam Alimlərinin İman Həqiqətlərinin Əhəmiyyəti Haqqındakı Düşüncələri

Mündəricat
  1. Giriş
  2. Quranda İman Həqiqətləri
  3. İman Həqiqətləri nə üçün Vacibdir?
  4. İslam Alimlərinin İman Həqiqətlərinin Əhəmiyyəti Haqqındakı Düşüncələri
  5. Nümunəvi İman Həqiqətləri
  6. Nəticə

Qəzali

Qəzali on birinci əsrin son yarısı ilə on ikinci əsrin əvvəllərində yaşamış xorasanlı İslam alimidir. Yaşadığı dövrün ən iti zəkalarından biri olduğu qəbul edilir. Dövrünün mücəddidi (Peyğəmbərimizin hədislərində bildirilən, hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üçün göndərilən böyük alim) olaraq qəbul edilir. Geniş elmi, üstün zəkası və güclü mühakiməsi ilə şanı yalnız İslam aləminə deyil, bütün Qərb dünyasına yayılmışdır. Qəzali, o dövrdə xüsusilə Yunan fəlsəfəsindən təsirlənərək Qurandan kənar inanc və düşüncələr irəli sürən bəzi mütəfəkkirləri çox təsirli bir şəkildə çürüdüb, bu kimi səhv düşüncələrə qarşı imanı yaşatmışdır. Bu məşhur alim dərslərində və söhbətlərində iman həqiqətlərinə geniş və təfərrüatlı olaraq yer vermişdir. Əsərlərində də hər mövzuda iman həqiqətinə rast gəlmək mümkündür. Əsərlərində yer alan iman həqiqətlərindən bəzi nümunələr və iman həqiqətlərinin əhəmiyyəti mövzusundakı bəzi sözləri bu şəkildədir: Heç bir hökmdarın məmləkətini idarəsi, göylərin və yerin səltənətini və bu aləmin nizamını təmin edən Allah-u Təalanın tədbiri kimi nizamlı deyil. Allah-u Təaladan daha gözəl, daha kamil heç kim yoxdur. O halda Onu görməkdən, Ona baxmaqdan daha ləzzətli bir baxış ola bilərmi? Bundan aydın oldu ki, Allah-u Təalanı və Özünə aid sirləri bilmək, bütün məlumatlardan daha ləzzətlidir. Qəlbin Ləzzəti Mərifətullahdır: Hər əzanın xoşlandığı, zövq və ləzzət aldığı şeylər vardır. Gözün ləzzəti gözəl şeyləri görmək, qulağın ləzzəti istədiyi şeyləri eşitmək, şəhvətinki yeməkiçmək, mukarenet (yaxınlaşma, qovuşma), düşməninə qalib gəlmək kimi şeylərdir. Qəlbin ləzzəti isə hər şeyin həqiqətini bilməkdir, bu da mərifətullahdır. Mərifətullah yolunda nə qədər irəliləsə o nisbətdə ləzzət alar. Kainatın Xaliqi və mutasarrıfı (hökmdarı) olan Allah-u Təalanın zat və sifətinə, sirr və hikmətinə, əsər və sənətinə, izzət və qüdrətinə təəllüq edən mərifətdən daha ləzzətli; Ona yaxın olmaq, Onu tanımaq şərəf və səadətindən daha böyük nə ola bilər? (1) Nütfədən yaradılmış olan insan Allahın dəlillərindəndir ... Əvvəldən halının nə olduğunu sonra nə olduğunu düşün! Görəsən ins və cin bir yerə gəlsələr nütfədən bir göz, yaxud qulaq, yaxud ağıl, yaxud qüdrət, yaxud elm və ya ruh yarada bilərlərmi? Ondan sümük, damar, sinir, dəri, tük və sairə düzəltməyə müqtədir ola bilərlərmi? Bunlar bir tərəfə Allah yaratdıqdan sonra insanın keyfiyyət və mahiyyətini, varlığının künhünü (bir şeyin əsli, cövhəri, özü) anlamaq istəsəydilər bundan da aciz qalardılar ...

Allahın lütf və kərəminə, o böyük qüdrətə və hikmətə baxın, insanı necə əhatə edir. Nə dərəcə heyrəti mucibdir (heyrət verici) ki, divarda bir rəsm və ya gözəl bir xətt, yaxud naxış görən kimsə durar, heyranlıqla onlara baxar, sənətkarın onları necə etdiyini düşünər, gördüyü işin nə qədər böyük bir sənət və məharət olduğunu ifadə edər, bu böyük kainata və Allahın məxluqatına baxdığı halda, onları və Allahın sənət və hikmətini düşünməkdə qəflətdə olar.(2) Günəş, Ay, ulduzlar, bulud, yağış, külək və təbiətdəki bütün qüvvələr, həmişə Allah-u Təalanın iradəsində, əmrindədir. Katibin əlindəki qələm kimidir.(3) Göydə nə qədər ulduzlar vardır ki, yerdən yüzlərlə dəfə böyükdür. Uzaq olduqlarından nöqtə kimi görünürlər. Ulduzlar belə olduqda, fələyin yəni göylərin böyüklüyü buradan aydın olar. Bütün bu ulduzlar, bu böyüklükləri ilə sənin gözündə çox kiçik görünür. Məhz bu səbəblə, bunları yaradanın əzəmət və hakimiyyətini qavraya bilərsən.(4) Ulduzların çoxluğuna diqqət edin ... Hərəkət və fırlanmaları, fırlanarkən olan sürətləri ayrıayrıdır. Bəzisi bir ayda, bəzisi bir ildə, bəzisi on iki ildə, bəzisi otuz ildə fırlanar, çoxu da bu qrupa aiddir. Oradakı heyrət ediləcək məlumatların sonu olmaz ... Allah-u Təalanın, bu qısa dünya həyatında, bu barədə verdiyi elmləri izah etməyə çalışsaq günlərlə davam edər.(5) Üzünü göyə çevir, səmanın ulduzlarına, onların doğuş və batışlarına, Günəş və Ayına, onların davamlı olaraq heç çaşmadan doğuş və batışlarındakı müxtəlif vəziyyətlərə, qiyamətə qədər davam edəcək olan müntəzəm hərəkətlərinə, bir saniyə belə hərəkətində fərq olmayan axışlarına ibrətlə bax! Ulduzların çoxluğunu, şəkil və rənglərini düşün. Günəşin bir il ərzindəki hərəkətinə nəzər yetir. Əgər onun doğuş və batışı olmasaydı, gecə və gündüz olmayacaqdı. Şərq və qərbindəki fərqlilik olmasaydı mövsümlər olmayacaqdı ... Bunlar saymaqla bitməz. Kainatdakı hər zərrənin nə qədər hikmətləri vardır. Aləm bir ev isə, səma onun tavanıdır.(6)

Əbu Hənifə

Əbu Hənifə yaşadığı dövrdə müsəlmanlar arasında "İmam-ı Əzəm" yəni "Ən Büyük İmam" ləqəbiylə tanınmışdır. Müsəlmanlara imamlıq etmiş, İslamı təbliğ etmək və Allahın hökmlərini insanlara açıqlamaq üçün həyatı boyunca mübarizə aparmışdır. Əbu Hənifənin, Allahın varlığını isbat və təbliğdə istifadə etdiyi ən əhəmiyyətli üsul isə iman həqiqətləri olmuşdur. Bu böyük imamın iman həqiqətlərinə verdiyi əhəmiyyətə bir nümunə olaraq özünün aşağıda çatdırdığımız, ateist (dəhri-təbiətçi, materialist) bir kimsəylə olan dialoqu ibrət vericidir:

...

Bağdadın qarşı sahilində oturan Əbu Hənifənin müzakirə saatında yerində olmaması, "dəhri" nin və kütlənin zehnində dəyişik sualların formalaşmasına səbəb olur. Hər kəs maraq içindədir ... "Niyə gəlmədi? Gəlməyəcəkmi? Qorxdumu? Dəlil mi tapa bilmədi? Əbu Hənifə, təyin olunan saatdan bir müddət sonra gəlir. Dəhri, son dərəcə yüksək əhvaldadır, küfr və qüruru daha da artmışdır ... Əbu Hənifə, üzr istəyərək gecikməsinin səbəbini izah etməyə başlayar: Qarşı sahildən bu tərəfə gələ bilmək üçün bir vasitə tapa bilmədim. Gözləməyə başladım. Bəlkə bir qayıq və ya sal gələr, onunla gedərəm deyə düşünürdüm. O əsnada ağacların birdən-birə aşdığını gördüm. Aşan ağacların özbaşına taxta-şalban, taxta-şalbanların özbaşına qayıq olduğuna şahid oldum. Yenə özbaşına bir kürək və yelkənin vücud tapdığını gördüm. Sizlərə qarşı daha çox xəcalətlənməyəcəyəm deyə sevinərək, qayığa mindim. Qayıq özbaşına məni buraya gətirdi ...

Dəhri (Allaha inanmayan mübahisəçi) və dinləyənlər bu sözlərə bir məna verə bilməzlər. Təbiətçiliyi müdafiə edən, hər şeyi təbiətin var etdiyini iddia edən mübahisəçi, belə bir hadisənin, izah edildiyi tərzdə reallaşmasının mümkün olmadığını söyləyər.

Böyük İmamın gözlədiyi də sanki budur ...

Təbbəssüm edərək belə deyir: "Bir kiçik qayığı belə özbaşına, qurucusu və sənətkarı olmadan meydana gələ biləcəyini qəbul etmədiyiniz halda, necə olur ki, bu böyük kainatın bir qurucusu, yaradıcısı olmadan özbaşına vücud tapdığına inanırsınız? Kainat, kainatın deyil, Allahın əsəridir. Bütün bu qədər dəlillər ortada ikən, Allahın varlığı ilə əlaqədar bir müzakirə və mübahisəni başlamaq mənasızdır.(7)

Əbdülqadir Gilani Xl əsrdə yaşamış olan Əbdülqadir Gilani də digər İslam alimləri kimi iman həqiqətlərinə böyük əhəmiyyət vermişdir. Əsərlərində insanları Allahın dəlilləri üzərində düşünməyə çağırmışdır. "İlahi Ərmağan" adlı əsərində iman həqiqətlərinə verdiyi əhəmiyyəti göstərən bəzi ifadələri belədir: Ey Övlad! Kainatın hər zərrəsində Allahın gözəl sənəti var. Bu gözəl sənətlərin hər biri Haqqa çatdıran dəlillərdir. Bu dəlillərə yapışan hər kəs Haqqa vara bilər. Dərin düşüncələrə dal. Düşüncən dərinlərə kök saldıqca yüksələr və ucalarsan..(8)

Səid Nursi Ötən hicri əsrin mücəddidi sayılan böyük alim Səid Nursi də, bir Quran təfsiri sayılan Risalə-i Nur külliyatında iman həqiqətlərinin əhəmiyyətindən çox yerdə bəhs edir: Bir saray, yüzlərlə bağlı qapıları var. Bir tək qapı açılmasıyla o saraya daxil oluna bilər, o biri qapılar da açılar. Əgər bütün qapılar açıq olsa, bir-ikisi bağlansa, o saraya girilməyəcəyi deyilə bilməz. Məhz, hakaik-i imaniyə (iman həqiqətləri) o saraydır. Hər bir dəlil, bir açardır; isbat edir, qapını açır. Bir tək qapının bağlı qalmasıyla o hakaiki imaniyyədən imtina və inkar edilə bilməz. Şeytan isə, bəzi esbaba (səbəblərə) görə, ya qəflət və ya cəhalət vasitəsiylə bağlı qalmış olan bir qapını göstərir; isbat edici bütün dəlilləri nəzərdən iskat edir (silir). "Məhz bu saraya girmək olmaz. Bəlkə saray deyildir, içində bir şey yoxdur" deyər, aldadar. (9) Səid Nursi “Məktubat” adlı əsərində isə xüsusilə indiki vaxtda iman həqiqətlərinə sarılmağın əhəmiyyəti üzərində dayanmış, keçmişdə yaşamış bir çox İslam aliminin, əgər bu dövrdə yaşasalar, ən çox üzərində dayanacaqları mövzunun da iman həqiqətlərini öyrətmək yolu ilə insanların imanını qurtarmaq olacağını söyləmişdir: “Silsilə-i Nəqşi”nin qəhrəmanı və bir günəşi olan Rəbbani “Məktubat”ında demiş ki: "Hakaik-i imaniyyədən (iman həqiqətlərindən) bir məsələnin inkişafını (meydana çıxmasını), minlər ezvak (zövqlər) və mevacid (vəcd halları) və keramata (kəramətlərə) seçərəm. "Həm də demiş ki: "Bütün tarixlərin (yolların) nöqtə-i müntəhası (son nöqtəsi), hakaik-i imaniyyənin vuzuh (açılması) və inkişafıdır (meydana çıxmasıdır)." ... Elə isə tarix-i Nəqşinin üç pərdəsi var: biri və ən birincisi və ən böyüyü: Birbaşa hakaik-i imaniyyəyə (iman həqiqətlərinə) xidmətdir ki, Rəbbani də axır vaxtında (son dövründə) ona süluk etmişdir (o yolu təqib etmişdir) ...

Madam həqiqət belədir; mən təxmin edirəm ki: Əgər Əbdülqadir Gilani və Şah-ı Nəqşibənd və Rəbbani kimi şəxslər bu zamanda olsaydılar, bütün himmətlərini, hakaik-i imaniyyənin (iman həqiqətlərinin) və akaid- i İslamiyyənin (İslam əsaslarının) möhkəmlətməsinə sərf edəcəkdilər. Çünki səadət-i əbədiyyənin mədarı onlardır. Onlarda qüsur edilsə, şəkavət-i əbədiyyəyə (əbədi çətinliyə, bəlaya) səbəb verir ... (10) Digər yazılarında da Səid Nursi, iman həqiqətlərinin əhəmiyyətindən belə bəhs edir:

Bu zamanda iman həqiqətlərinin birinci məqsəd, birinci vəzifə, əsil məqsəd olması lazımdır. Bunun xaricindəki şeylər ikinci, üçüncü, dördüncü dərəcədə qalar. Risalə-i Nurla onlara xidmət etmək ən birinci vəzifə, maraq mövzusu və əsil məqsəd olmalıdır ... Risalə-i Nur çərçivəsi xaricində olan alimlər bəlkə də vəlilər bu siyasi və ictimai həyatın bağları səbəbiylə iman həqiqətlərinin əhəmiyyətini ikinci, üçüncü dərəcədə buraxıb, o axınların təsirinə məruz qalaraq, özü ilə eyni fikri paylaşan münafiqləri belə sevər hala gəldi ... Həm də Risalə-i Nurun həqiqi tələbələri ölümsüz almazlar səviyyəsində olan iman həqiqətlərini izah etmə vəzifəsində ikən zalımların şahmat oyunlarına bənzər mövzularla maraqlanacaq onların müqəddəs vəzifələrini iflasa məruz qoymamaq və anlayışlarını qarışdırmamaq lazımdır deyə düşünürəm. (11) Həmçinin Səid Nursinin həyatı ilə bağlı bir yazıda onun iman həqiqətlərinə verdiyi əhəmiyyət belə ifadə edilir:

Səid Nursiyə görə əsas məsələ; insanın özünü, digər varlıqları, kainatı və həmcinslərini iman oxunda qəbul etməsidir. Ən əhəmiyyətli vəzifə bunu təmin etməkdir ... diaqnozunu bu şəkildə qoyan Səid Nursi, müalicə metodunu da inkişaf etdirdi: "təhqiqi iman" inkişaf etdirdiyi metodun mahiyyəti və xülasəsiydi. Növbə "təhqiqi iman" oxunda inkişaf edib dövrün texnologiyasıyla zənginləşəcək insanlar yetişdirməyə gəlmişdi. Bunun da yolu təhsildən keçirdi.(12) Səid Nursi “Təbiət Risaləsi” adlı əsərində də iman həqiqətləri mövzusuna çox sıx şəkildə yer vermişdir. Barla Lahikasında isə, Risalə-i Nurun ən əhəmiyyətli xüsusiyyətlərindən birinin iman həqiqətlərini təfəkkür etdirərək, "maddiyyun və tabiyyun" (materialist və təbiətçi) fikir axınlarını susdurmaq olduğunu açıqlamışdır: Risalə-i Nur, Quran-ı Hakimin bir möcüzə-i mənəviyyəti və bu zamanın dinsizliyinə qarşı mənəvi atom bombası olaraq solçuluq cərəyanlarının mənəviyyat-ı qəlbiyyənin məhvinə müqabil, mənəviyyat-ı qəlbiyyəni təmir edib fərddənn fərdə (fərd-fərd) iman-ı tahkikidən gələn böyük bir qüvvət və qüdrətə istinadı, oxucuların qəlbini qazandırır. Və bu vəzifəni də yenə müqəddəs Quranımızın ilham və irşadıyla və dərsiylə ifa edir. Təfəkkür-ü imani dərsi ilə tabiiyyun və maddiyyunun boğulduğu eyni məsələlərdə tövhid nurunu göstərir; iman həqiqətlərini maddə aləmindən misallar və dəlillər göstərərək izah edir. Liseylərdə, universitetlərdə tədris elm və fənlərin eyni məsələlərində iman həqiqətlərinin isbatını günəş zuhurunda göstərir. Bu kimi çox cəhətlərlə Risalə-i Nur, bu zamanda əhl-i iman və İslam üçün ön planda müzakirə olunmalı, əhl-i iman əlində mənəvi almaz kimi qılıncdır. Əsrin idrakına, zamanın təfəhhümünə (fərqinə varmaq), anlayışına xitab edən, ehtiyaca ən müvafiq tərzi göstərən, dərs verən və birbaşa feyz və ilham tarixiylə (vasitəsilə) ayələrin ulduzlarından gələn dərs-i Qurandır, külli mərifətullah bürhanlarıdır (dəlilləridir) .(13) Ustad, digər bəzi əsərlərində də, kainatın və canlıların yaradılışındakı iman dəlillərinə diqqət çəkmiş, var olan hər şeyin Allahın üstün qüdrətini nümayiş etdirən bir dəlil olduğunu söyləmişdir. Səid Nursinin iman həqiqətləriylə əlaqədar digər bəzi ifadələri belədir:

Ey zövq və ləzzətə mübtəla insan! Mən yetmiş yaşımda minlərlə təcrübələrlə və hüccətlərlə (dəlillərlə) və hadisələrlə aynəl yakin bildim ki: Həqiqi zövq və əzabsız ləzzət və kədərsiz sevinc və həyatdakı səadət yalnız imandadır və iman həqiqətləri dairəsində olur. Yoxsa dünyəvi bir ləzzətdə çox əzablar var.(14) Hər bir kəlməsi bir kitabı və hər bir hərfi bir sətri ehtiva edən bir kitabın, katibsiz bədəni (ortaya çıxması) mümkün deyil. Kainat kitabı da Nəqqaş-ı Əzəlinin vücub-u vücuduna (var olmasına) bağlıdır.(15) Kainatda heç bir zişuur (şüur sahibi), kainatın bütün əczası qədər şahidləri olan Xaliq- Zülcəlalı inkar edə bilməz ... Etsə, bütün kainat onu təkzib edəcəyi üçün susar, laqeyd qalar.(16) Adi müntəzəm maşın, intizam və mizan kimi heyətiylə şübhəsizsiz, mahir və diqqətli ustanı göstərdiyi kimi; kainatı dolduran hədsiz zihayat (canlı) maşınlar da, hər biri min mucizat-ı ilmiyəyi (elmi möcüzələri) göstərirlər. Əlbəttə, ulduz böcəyinin işığına nisbətən günəşin ziyası (işığı) dərəcəsində elmin cilvələri ilə o zihayatlar, usta və sermedi (əbədi) sənətkarlarının vücubu vücuduna (var olmasına) və məbudluğuna çox parlaq şəhadət edərlər.(17) Madam müntəzəm bir hərəkət felsiz olmaz. Mənalı bir kitab katibsiz olmaz. Sənətli bir naxış nəqqaşsız olmaz ... Əlbəttə bu kainatı dolduran efal-i hakimanənin (hökm edən işlərin) bir feli və yer üzünün hər mövsüm təzələnən heyrət-fəza nukuşlarının (heyrət verən naxışlar), mənalı məktubatının bir katibi, bir nəqqaşı vardır.(18) Rəbbimizi bizə təsvir edən üç böyük, külli muarrif var. Biri: bu kitab-ı kainattır. Biri: bu kitab-ı kəbirin ayə-i kübrası olan Hatəmül-Ənbiya Əleyhissalatu vəssəlamdır. Biri də Quran-ı Əzimüşşandır.(19) Başını qaldır, gözünü aç! Bu kainat kitab-ı kəbirinə bir bax; görəcəksən ki; o kainat heyət-i məcmuəsi üstündə, böyüklüyü nisbətində bir vuzuh (dəqiqlik) ilə hatəm-i vəhdəti (təkliyin möhürünü) göstərir.(20) Bütün meyvələr və içindəki toxumcuqlar; hikmət-i Rabbaniyyətin bir möcüzəsi, sənət-i ilahiyyənin bir möcüzəsi, rəhmət-i ilahiyyənin bir hədiyyəsi, vəhdət-i ilahiyyənin bir bürhan-ı maddisi (maddəyə aid dəlili), axirətdə eltaf-ı ilahiyyənin (İlahi lütflərin) bir müjdəçisi, qüdrətinin ihatasına (tam qavranmasına) və elminin şümulünə (örtməsinə) bir şahid-i sadiq (doğru, dürüst) olduqları kimi; bunlar, aləm-i kəsrətin köçürülməsində və bu ağac kimi təkəssür etmiş (çoxalmış) bir növ aləmin ətrafında, vəhdət ayinləridirlər. Ənzarı kəsrətdən vəhdətə çevirirlər.(21) Əgər ağlın evhamda (yanlış fikir) boğulmamış isə anlayarsan ki; bir kəlimə-i qüdrəti, məsələn bal arısını, əksər əşyaya bir növ kiçik fihristə etmək; və bir səhifəyə, məsələn insanda, bu kitab-ı kainatın əksər (daha çox) məsələlərini yazmaq; həm bir nöqtədə, məsələn kiçik əncir çəyirdəyində, qocaman əncir ağacının proqramını dərc etmək (içinə almaq) və bir hərfdə məsələn qəlb-i bəşərdə, bu aləm-i kəbirin safahatında (səhifələrində) təcəlli və əhatə edən (içinə alan, əhatə edən) bütün isimlərinin asarını (əsərlərini, izlərini) göstərmək və bir mərci dənəsi qədər mövqe tutan qüvvə-i hafizə-i insaniyyənin bir kitabxana qədər yazı yazdırmaq və bütün hadisat-ı kevniyənin (varlıqla əlaqədar hadisələrin) müfəssəl fihristəsini (izahlı, geniş malumatlı fihristini) dərc etmək (içinə almaq ), əlbəttə və əlbəttə Xaliq-ı Küll-i Şeyə xas və bu kainatın Rabb-i Zülcəlalına məxsus bir hatəmdir (möhürdür). (22)

Mehmet Zahid Kotku Mehmed Zahid Kotku, 1897-1980 illər arasında yaşamışdır. Yaşadığı müddət ərzində hikmətli sözləri, dərsləri və Quran xidmətiylə insanlara mürşid olmuşdur. Quranı özünə rəhbər edərək, insanlara şərh etməyə çalışmışdır. İnsanlara Allahın varlığının qəti dəlilləri olan iman həqiqətlərini izah etmişdir. Əsərlərindəki iman həqiqəti nümunələri və iman həqiqətlərinin əhəmiyyəti haqqındakı sözlərindən bəziləri belədir: Düşünən bir qövm üçün Haqq Təalanın varlığı və birliyi haqqında, yerlərin və göylərin təfəkküründə saysız dəlillər və əlamətlər vardır. Buna görə də, təkrar-təkrar yerlərə və göylərə baxmaq və onlardan ibrət və pay almağın, Cənab-ı Haqqa dönməyə səbəb olacağında heç bir şübhə yoxdur.(23) Haqqın məxluqatlarını yerdə, göydə, dənizdə, havada olanlarının cins və miqdarını bilə bilərikmi? Bunun miqdarını ancaq yaradanımız uca Allahdan başqa kimsə bilə bilməz. Hələ o mikrob deyə bizləri çox qorxudan və gözlə görülməyəcək qədər kiçik və lakin insanların hətta heyvanların və hətta meyvələrimizin canına oxuyan və hec cür də haqqından gələ bilmədiyimiz varlıqlar, Allah-u Təalanın varlıq və birliyini isbat etməyə yetməzmi? O kiçicik məxluq, necə olur nəhəng adamı bir anda yerlərə sərib, nəhayət ölümə qədər sürüyür. Əlbəttə düşünən insan üçün bunda çox ibrət vardır.(24) Göründüyü kimi, İslam alimləri hər dövrdə iman həqiqətlərini, təbliğlərində ən ön planda istifadə ediblər. Əsərlərindəki ifadələrindən də aydın olduğu kimi İslam alimləri iman həqiqətləri üzərində ciddi və dərin təfəkkür sahibidirlər. Bu təfəkkürlərini digər insanlara da izah edərək, onları, Allahın varlığının dəlillərini qavramağa, Allahın sifətləri üzərində düşünməyə çağırmışlar. Onların bu təfəkkür üsulu bizə nümunə olmalı və müasir dövrün bizə təqdim etdiyi bütün elmi və texnoloji imkanları istifadə edərək iman həqiqətlərini daha yaxşı öyrənməli, araşdırmalı və şərh etməliyik.

4-Cü Hissə Əsrin Yalanına Qarşı Ən Təsirli Həll Yolu: İman Həqiqətləri

Yaşadığımız dövr keçmiş dövrlərə nisbətən, Allaha üsyanın, dinə qarşı çıxmağın ən üst səviyyəyə çatdığı, geniş kütlələrə yayıldığı, hətta Allahın varlığının və yaradılış həqiqətinin açıq şəkildə inkar edildiyi bir dövrdür. XlX əsrə qədər, istər qərbdə, istərsə də şərqdə, dinsizlik və ateizm, yalnız müəyyən marjinal kəslər, ya da qruplar tərəfindən müdafiə edilirdi. XlX əsrdən etibarən isə, bu düşüncələri geniş xalq kütlələrinə təlqin etməyə istiqamətli sistemli və planlı bir təbliğat başladı. Hələ də davam edən bu təbliğatı icra edənlər, materialist ideologiyanı və dünyagörüşünü müdafiə edən çevrələrdir. Bəhs edilən çevrələr tərəfindən idarə edilən və istiqamətləndirilən ateizm təbliğatı, inkişaf edən elm və texnologiyanın media və digər informasiya vasitələrini də geniş istifadəyə salması ilə cəmiyyətin ən ucqar yerlərinə qədər girmişdi. Dövrümüzün bu ən böyük yalanına qarşı ən təsirli həll yolu, insanlara iman həqiqətlərinin izah edilməsidir. Bunu görmək üçün əvvəlcə, materialist düşüncənin və təkamül nəzəriyyəsinin iddialarına qısaca nəzər salaq.

Əsrin fitnəsi:"Materialist düşüncə-Təkamül nəzəriyyəsi"

Hal-hazırda, Allahın varlığına və yaradılış həqiqətinə qarşı savaş açmış ən böyük və ən geniş miqyaslı fikir axını, materialist fəlsəfədir. Bu fəlsəfənin özünə dayaq etdiyi saxta elmi təməl isə "təkamül nəzəriyyəsi" dir. Heç bir elmi və məntiqi dəlilə əsaslanmadığı, tamamilə ağıl və elmdən kənar olduğu halda, müxtəlif təbliğat, saxtakarlıq və yalan üsullarıyla bu cəfəngiyat, dünya səviyyəsində müəyyən materialist mərkəzlər tərəfindən kütlələrə təlqin edilməyə çalışılır. Bu gün dünyada insanların Allaha olan inanclarını yox edən, onları ateist edən tək əhəmiyyətli fikir axını təkamül nəzəriyyəsi, digər adıyla darvinizmdir. Məşhur ateist təkamülçü prof. Richard Dawkins, "Darvindən əvvəl ateist olmaq elmi olaraq mümkün deyildi, Darvin bizə bu şansı verdi" deyərək mövzunu yekunlaşdırır. Bu gün təkamül nəzəriyyəsinin, istər mətbuat, istərsə də televiziya vasitəsilə demək olar ki, girmədiyi heç bir ev, bu nəzəriyyəni eşitməyən heç kim yoxdur. Bu vəziyyət, bütün qərb dünyası üçün məqbul olduğu kimi ölkəmiz və hətta digər bütün müsəlman ölkələri üçün də məqbuldur. Belə ki, dərs kitablarına belə salınmış olan bu nəzəriyyə, saysız yalan və göz boyamaqla daha uşaq yaşlardan etibarən insanlara təlqin edilir, təsadüflər nəticəsində meydana gəldikləri, meymundan törədikləri kimi cəfəngiyatlarla insanları yanıldırlar. Orta məktəblərdən universitetlərə qədər bu təkamülçü yalanlarla cəmiyyətin beyni yuyulur.

Peyğəmbərimizin, "Heç bir tərəfin ondan məhfuz qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq ..." (25) hədisi bu vəziyyətə işarə edə bilər. Həqiqətən də, təkamül nəzəriyyəsinin cəfəngiyatının, günümüzdə ünsiyyət texnologiyasının təqdim etdiyi imkanlarla (mətbuat, nəşr, internet, peyk ünsiyyəti, və s ...) bu qədər yayılmışdır. Bu günə qədər Allahın varlığına, yaradılışa və dinə qarşı müharibə elan etmiş, dünya səviyyəsində bu qədər yayılmış bir başqa inkarçı fikir sistemi bəlkə də heç görülməmişdir.

Bütün bu səbəblərdən ötrü, indiki vaxtda imanın qarşısındakı ən böyük düşmənin darvinizm və darvinizmdən təşviq görən ideologiyalar olduğu açıq şəkildə görünür. Mövzu bir az ətraflı olaraq araşdırıldığında, darvinizmin əslində, cəmiyyətdə hakim olan din və əxlaq xarici mədəniyyətin ən böyük qaynağı olduğu görülür. Bu gün müsəlmanlara edilən təzyiqlərin, inancsızlığın, uçqun kimi böyüyən əxlaqsızlığın, ictimai degenerasiyanın kökündə də, fikri planda darvinizm yatır.

Yanlış dəyər mühakimələrinin mənşəyi:"Darvinizm"

Təkamül nəzəriyyəsi, "canlılar təsadüflər nəticəsində və həyat mübarizəsi sayəsində təkamülləşirlər" cəfəngiyatını müdafiə edir. Bu səbəbdən, darvinizmin insana verdiyi ən əhəmiyyətli təlqin, "kimsəyə qarşı məsul deyilsən, həyatını təsadüflərə borclusan, yaşamaq üçün mübarizə aparmaq, lazım olsa digərlərini əzmək lazımdır, bu dünya qarşıdurma və mənfəət dünyasıdır" təlqinidir. "Təbii seleksiya", "həyat mübarizəsi", "güclülərin həyatda qalması" kimi bioloji darvinist anlayışların verdiyi ictimai mesaj, məhz bu təlqinin sayəsindədir. Darvinizmin bu təlqininin nə qədər təsirli olduğunu görmək üçün, cəmiyyətin dəyər mühakimələrini müşahidə etmək kifayətdir. Yaşadığımız cəmiyyətlərə baxdığımızda, insanların çoxunun yalnız dünyadakı həyatlarını davam etdirmək, yaxşı bir peşə əldə etmək, mal-mülk və pul qazanmaq, əylənmək və beləcə, "həyat mübarizəsində qalib gəlmək" üçün yaşadıqlarını görərik. Xüsusilə də gənclərin arasında lüks ev və avtomobillərə sahib olmaq, sərhədsiz xərcləmək ən böyük ideallar halını almışdır. Bu anlayış içindəki insanlar nə üçün var olduqlarını sorğulamaz, Allahın varlığını heç düşünməzlər. Sanki heç yaradılmamışlar kimi, sanki özlərini yaratmış olan Allaha qarşı heç bir məsuliyyətləri yoxmuş kimi yaşayarlar. Bu insanların çoxunun bəlkə təkamül nəzəriyyəsinin iddialarından, Darvinin fikirlərindən xəbəri belə yoxdur. Amma həyata, müəyyən fikirlərin təlqin etdiyi darvinist bir məntiqlə baxırlar. Məhz bunun səbəbi, "gizli darvinizm təlqini" dir. Darvinizm, adı elə ifadə edilməsə də, müəyyən dairələrin təlqinləri səbəbiylə ümumi cəmiyyətə hakim olan bir əxlaq anlayışı vəziyyətinə gəlmişdir. Bu əxlaq anlayışı, insanlara eqoist, mənfəətpərəst, mərhəmətsiz və zalım olmağı öyrətməklə; şəfqət, mərhəmət, fədakarlıq, təvazökarlıq kimi üstünlükləri isə yox edir, bunu da "həyatın qaydaları" nın bir gərəyi kimi göstərir. Belə zalım bir anlayışın bütün dünyanı məhv edəcəyi aşkardır. Bu azğın əxlaq anlayışının təsiri altına girmiş olanlar, darvinizmi elmi bir həqiqət sanır, ona kor-koranə inanırlar. Həqiqi dini isə "xalq təbəqələrinin sahib olduğu ənənəvi bir inanc" olaraq görürlər. Necə ki, Quranda inkarçılara "Rəbbiniz nə nazil etmişdir?" deyildiyində, onların "keçmişlərin nağıllarını" (Nəhl surəsi, 24) deyə cavab verdikləri bildirilir. Halbuki, həqiqi din, yəni İslam, ənənə ilə heç bir əlaqəsi olmayan, açıq-aşkar və mütləq bir həqiqətdir. İnsanın, özünün yaradana Allaha dönüb-yönəlməsidir. Amma darvinizmlə aldadılan, ya da bu dinin təsiri altında olan kəslər bu həqiqəti qavraya bilməyəcək qədər şüursuzlaşmışdır. Bu batil dinin aradan qaldırılması, cəmiyyətin üzərindəki qəflət pərdəsinin aralanması üçün, darvinizmin və materialist fəlsəfənin elmi üsullarla yıxılması zəruridir. Məhz iman həqiqətlərinin əhəmiyyəti də bu nöqtədə ortaya çıxar.

Ən təsirli üsul: "İman həqiqətləri"

Dünya üzərindəki, insan da daxil hər canlının varlığını təsadüflərə bağlayan təkamül nəzəriyyəsinə qarşı, bütün kainatı yaradanın və hər şeyi idarəsində saxlayanın Allah olduğunun dəlilləri olan iman həqiqətlərini öyrənmək, izah etmək və insanlara ötürmək ən təsirli həll yoludur. Çünki, iman həqiqətləri, təkamülçülərin "təsadüf" məntiqinə əsaslanan nəzəriyyələrini tamamilə yox edərək, ortada bir yaradılış olduğunu göstərir, Allahın üstün və bənzərsiz yaratmasını gözlər önünə sərir.

Məsələn; iman həqiqətlərindən biri olan göz, "gözləri düşünmək məni bu nəzəriyyədən soyutdu" deyən Darvindən bəri təkamülçüləri çıxılmaz vəziyyətə sürüyən yaradılış dəlillərindən biridir. Gözün quruluşu və funksiyaları araşdırıldığında təkamülçülərin bu qaçışlarının səbəbi daha yaxşı aydın olur. Göz bir çox fərqli orqanoid və hissədən meydana gəlmiş mürəkkəb bir quruluşa malikdir. Heyrət oyandıracaq dərəcədə ətraflı və kompleks funksiyaları vardır. Bunların hamısı gözü meydana gətirən fərqli orqanoid və hissələrin uyğunlaşma içində fəaliyyəti nəticəsində baş verir. Hissələrdən birinin belə olmaması gözün vəzifəsini yerinə yetirə bilməməsi deməkdir. Bu da təkamül baxımından içindən çıxılmaz bir nöqtədir. Çünki təkamül, mövcud olan bütün orqanların zaman ərzində, öz-özlərinə meydana gəldiyini irəli sürür. Gözün, ancaq bütün orqanoidləri əskiksiz və qüsursuz bir şəkildə eyni anda var olmasının zəruriliyi də belə təsadüflərə əsaslanan bir prosesin heç bir zaman ola bilməyəcəyi mənasını verər. Gözyaşı ifraz etməyən bir göz, çox qısa bir müddətdə quruyar və kor olar. Hətta gözyaşı, antiseptik xüsusiyyəti ilə, gözü mikroblara qarşı qoruyur. Təkamülçülər, gözyaşı olmadan bir neçə saat içində quruyan gözün, guya təkamül müddəti içində, gözyaşı vəziləri yaranana qədər milyonlarla il necə dayandığı sualını ağıllarına belə gətirmək istəməzlər. Qaldı ki, gözün vəzifəsini yerinə yetirə bilməsi üçün, bütün orqan və sistemləriylə mövcud olan bir orqanizm xaricində, buynuz qişa, konyuktiva, iris, göz bəbəyi, göz linzaları, retina, koroid, göz əzələləri, göz qapaqları kimi toxuma və orqanoidlərə ehtiyac vardır. Bundan başqa, göz və beyin əlaqəsini təmin edən möhtəşəm bir sinir şəbəkəsi və beyində olan son dərəcə kompleks görmə sahəsi olmadan görməyimiz mümkün deyil. Bütün bu sayılanlar, təsadüfən heç bir şəkildə əmələ gəlməyəcək qədər xüsusi və kompleks quruluşlara sahibdirlər. Bu orqanoidlərdən hər hansı biri, məsələn, göz linzaları olmasa göz heç bir işə yaramaz. Üstəlik, göz linzaları ilə göz bəbəyinin yerləri dəyişmiş olsa, göz yenə vəzifəsini yerinə yetirə bilməz. Qısacası, gözün quruluşu çox xüsusi bir planlaşdırmanın əsəridir. Birinin belə təsadüflər nəticəsində öz-özünə meydana gəlməsi qeyri-mümkün olan bu orqanoid və təbəqələrin, müəyyən bir plan və uyğunlaşma içində eyni anda, eyni yerdə olmaları ancaq tək məqbul və məntiqli şərhi vardır. Gözü əmələ gətirən bütün orqanoidləri sonsuz bir ağıla və gücə sahib olan Allah yaratmışdır. Məhz bu iman həqiqəti nümunəsində də açıq şəkildə görüldüyü kimi, bir tək gözün belə təsadüfən meydana gəlməsi mümkün deyilkən, canlıların təsadüfən meydana gəlməsi heç mümkün deyil. Darvinizmin nə qədər uydurma və axmaq düşüncələr üzərinə qurulmuş bir nəzəriyyə olduğu ortadadır. Aydındır ki, darvinizm, batil inancların, inkarçılığın və dinsiz bir əxlaq anlayışının fikri təməlidir; iman həqiqətləri isə həqiqətin, haqqın özüdür. Bu səbəbdən, iman həqiqətlərinin açıqlanması, hər kəsə çatması, darvinizmin batil fikir sistemini yox edəcək. Quranın ifadəsiylə beynini darmadağın edəcək. Quranda bu ifadənin istifadə edildiyi ayə belədir:

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza!

Ənbiya surəsi, 18

Ayədə açıq şəkildə bildirildiyi kimi batil bir fikir, həqiqətlərin ortaya qoyulması ilə yox olub gedər. Darvinizmin irəli sürdüyü yalanlar və batil təlqinlər də mütləq həqiqət olan iman həqiqətlərinin ortaya qoyulması və insanlar arasında yayılmasıyla itib gedəcək. Necə ki, elm dünyasında bu proses çoxdan başlamış vəziyyətdədir.

Qərb dünyası iman həqiqətlərini yenidən kəşf edir Hal-hazırda dünyada təkamül nəzəriyyəsinə qarşı çıxan, bu nəzəriyyənin əsassızlığını müdafiə edən bir çox elm adamı var. Bu elm adamları, canlılığın təkamül nəzəriyyəsinin iddia etdiyi kimi təsadüfən meydana gəlmədiyi, ağıl və şüur sahibi bir varlıq tərəfindən yaradıldığı, kainatdakı qüsursuz və həssas fiziki tarazlıqların, canlı orqanizmdəki kompleks orqan və sistemlərin, ya da canlıların molekulyar səviyyədəki kompleks quruluşlarının, materializmin "təsadüf" iddiasını açıq şəkildə çürütdüyünü və yaradılışı isbat etdiyini müdafiə edirlər. Xüsusilə son 20 il ərzində bu həqiqəti müdafiə edən elm adamları tərəfindən yüzlərlə elmi kitab, məqalə nəşr edilmiş, bir o qədər elmi panel və konfrans keçirilmişdir. Bu mövzuda nəşr olunan jurnallardan biri, “Origins and Design” (mənşələr və dizayn) adlı elmi jurnaldır və bu jurnalda təkamül nəzəriyyəsinin iddialarını çürüdən bir çox elmi həqiqət ortaya qoyulur. Bu mövzudakı başqa bir nümunə də biokimya professoru Michael Behenin “Darvin's Black Box”: The Biochemical Challange to Evolution (Darvinin qara qutusu: Təkamül nəzəriyyəsinə qarşı biokimyəvi zəfər) adlı kitabıdır və bu kitab dilimizə də tərcümə edilmişdir. Bəhs etdiyimiz elm adamlarının bu mövzuda ortaya qoymuş olduqları dəlillər, materialistlər və darvinistlər tərəfindən heç bir zaman cavablanmır. Bu vəsiləylə, təkamül nəzəriyyəsinin bir yalan olduğu, indiki vaxtda istər elm dünyasında, istərsə cəmiyyət daxilində bir çox insan tərəfindən fərq edilmişdir. İman həqiqətləri, Darvin dövrünə qədər qərb elminin təməl anlayışlarından birini təşkil edirdi. Keppler, Nyuton, Cuvier, Linneaus kimi bir çox böyük elm adamı, kainatı və ya canlıları "Allahın dəlillərini görmə" niyyəti ilə araşdırırdı. William Paley adlı elm adamı tərəfindən qələmə alınan və 1802-ci ildə nəşr olunan Natural Theology: or, evidences of the Existence and Attributes of the Deity, Collected from the Appearances of Nature (Təbii Teologiya: Ya da Allahın varlığının və sifətlərinin təbiətdəki təcəllilərindən toplanmış dəlilləri) adlı kitabı, bir çox iman həqiqəti ehtiva edirdi. Kitabının girişində bir saat nümunəsi vermiş və bir ərazidə gəzişərkən yerdə bir saata rast gələn bir insanın "bunu hər halda təbiət təsadüfən düzəltmiş" deyə fikləşməyəcəyini, hər saatın bir saat istehsalçısının var olduğunu isbat etdiyini izah etmişdi. Sonra da canlı orqanlarını araşdıraraq hər birinin bir saatdan çox daha kompleks strukturlar ehtiva etdiyini və Allahın varlığını isbat etdiyini açıqlamışdı. Darvin, məhz bu anlayışı hədəf aldı və yox etməyə çalışdı. Canlıların bir "iman həqiqəti" olmadıqlarını, təsadüflər nəticəsində ortaya çıxdıqlarını, təbiətin guya bu canlıları var edəcək bir gücə sahib olduğunu irəli sürdü. Darvinin iddiasının əks-səda tapmasının səbəbi, o dövrdə canlıların əslində nə qədər mürəkkəb olduqlarının bilinməməsi idi. Üstəlik, təbiət üzərində kifayət qədər təcrübə və müşahidə aparılmamış və Darvinin "təbiətin təkamül mexanizmləri" dediyi təsirlərin əslində ən kiçik bir inkişaf etdirici təsirə sahib olmadığı aydınlaşdırılmışdı.

Darvindən bu yana keçən təxminən 1.5 əsr ərzində qərb elmi bu həqiqətləri bir-bir kəşf etdi və darvinizmi isbat etmək üçün məşğul olarkən əslində bu nəzəriyyənin nə qədər böyük bir yanılma olduğunu ortaya çıxardı. (Darvinin dövrümüzdəki ən fanatik müdafiəçilərindən biri olan qatı ateist Richard Dawkins, bu iddianı The Blind Watchmaker (Kor Saatsaz) adlı kitabıyla son dəfə bir ümidlə müdafiə etməyə çalışdı, amma bacara bilmədi.) Və elm, bir zamanlar Paleyin izah etdiklərinin doğru olduğunu, canlıların həqiqətən bir "iman həqiqəti" olduqlarını isbat etdi. Michael Behe, bu həqiqəti kitabında belə vurğulayır: Paleyin fikirlərinə kim cavab verə bilmişdi? Bəhs edilən saat, bir dizayner olmadan necə var ola bilər? ... Əslində Paley heç bir zaman çürüdülməmişdir. Darvin və ya Dawkins, elm və ya fəlsəfə; heç bir şəkildə saatın bir dizayneri olmadan necə var olduğunu açıqlaya bilməmişdi.(26) İman həqiqətlərinin yenidən kəşfi, elm dünyası ilə birlikdə bütün dünyaya dərindən təsir edəcək bir inkişafdır. Bu vəsiləylə, 1.5 əsrdir dünyanı aldadan materialist fəlsəfə yıxılacaq, insanlar Allahın varlığını qavrayacaq və Onun öyrətdiyi əxlaqa görə yaşamağa başlayacaqlar. İnancsızlığın dünyaya gətirdiyi bəlalar və fəlakətlər ortadan qalxacaq, darvinizmin təşviq etdiyi faşist, kommunist və ya kapitalist ideologiyaların yerinə dinin gətirdiyi gözəl əxlaq hakim olacaq. Bütün bunların həyata keçirilməsində isə, iman həqiqətlərinin öyrənilməsi, qavranması və bütün cəmiyyətlərə təsirli bir şəkildə izah edilməsi kilid əhəmiyyətə malikdir. İman həqiqətləri, Allahın diləməsiylə, inkarçıların saxtakarlıqlarını, göz boyayan yalanlarını udub yox edən Musa Peyğəmbərin əsası kimi, müasir dövrün yalanlarını yox edəcək.

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza!

Ənbiya surəsi, 18