Həqiqətən, Allah ağcaqanadı və ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər:
“Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.
Ağcaqanad demək olar ki, hər insanın "ülfət"lə baxdığı (ülfəti, "əslində fövqəladə və təəccübləndirəcək xüsusiyyətdəki şeyləri, yaranan vərdişdən ötrü normal qarşılamaq, təəccüblənməmək, heyrətlənməmək və heyrətlənə bilməmək" kimi tərif edə bilərik), əhəmiyyət vermədiyi, mükəmməlliyini düşünmədiyi və "adi" bir şey kimi gördüyü bir varlıqdır. Amma əslində bu kiçik canlıya Allah ayələrdə diqqət çəkmişdir. Ağcaqanadın fövqəladə macərası Ümumiyyətlə ağcaqanadlar barəsində bilinən məlumat qanla bəslənmələridir. Halbuki bu, o qədər də doğru məlumat deyil. Çünki ağcaqanadların hamısı deyil, təkcə dişiləri qan sorar. Həmçinin dişilər qidalanmaqdan ötrü qan sormazlar. Əslində həm dişilərin, həm də erkəklərin qidaları çiçək nektarıdır. Erkəklərdən fərqli olaraq, dişilərin qan sormalarının yeganə səbəbi, daşıdıqları yumurtaların yetkinləşmək üçün qanda olan zülallara ehtiyac duymasıdır. Digər bir sözlə, dişi ağcaqanad yalnız növünün kəsilməməsi üçün qan sorar.
Ağcaqanadın ən inanılmaz və heyranlıq oyandırıcı xüsusiyyətlərindən biri inkişaf müddətidir. Heyvan, çox fərqli mərhələlərdən keçərək kiçicik bir sürfədən ağcaqanada çevrilər. Bu inkişafın əhvalatı qısaca olaraq belədir:
Dişi ağcaqanad, qanla qidalanan və yetkinləşən yumurtalarını, yaz və ya payız aylarında, nəmli yarpaqların üstünə və ya qurumuş gölməçələrə buraxar. Ana ağcaqanad əvvəlcə qarnının alt hissəsindəki həssas reseptorların köməyi ilə zəmində yumurtalar üçün əlverişli şəraitlər axtarar. Lazımi xüsusiyyətlərə sahib bir yer tapdığı vaxt yumurtlamağa başlayar. Uzunluqları 1 millimetrə də çatmayan yumurtalar tək-tək və ya qruplar halında olmaqla sırayla düzülər. Bəzi növlər isə yumurtalarını bir sal meydana gətirirmiş kimi bir-birinə yapışmış şəkildə buraxarlar. Bu yumurta qruplarının bəzilərində 300 qədər yumurta olar.
Ana ağcaqanadın diqqətlə yerləşdirdiyi ağ rəngli yumurtalar dərhal tündləşməyə başlayar və iki saat ərzində tamamilə qapqara qaralarlar. Bu tünd rəng, onların böcəklər və quşlar tərəfindən görünmələrinə mane olduğundan yumurtaları əhəmiyyətli dərəcədə qoruyur.
Kürt yatma dövrünün bitməsi üçün bir qış keçməlidir. Yumurtalar uzun və soyuq bir qışa dözə biləcək quruluşda yaradıldıqlarından yaz gəlib kürt yatma dövrü bitənədək zərər görmədən canlılıqlarını qoruyarlar.
Yumurtadan çıxış Kürt yatma dövrü tamamlandığında ağcaqanad sürfələri demək olar ki, eyni vaxtda yumurtadan çıxmağa başlayarlar. Əvvəlcə birinci sonra isə tezliklə digər yumurtalar çatlayar. Sonra da bütün sürfələr suda üzməyə başlayar. Fasiləsiz surətdə bəslənən sürfələr sürətlə böyüyər. Qısa müddət ərzində dəriləri daha çox böyümələrinə mane olacaq şəkildə gərilər. Bu, ilk dəri dəyişmə vaxtının gəldiyini göstərir. Olduqca möhkəm və kövrək olan dəri asanlıqla soyular. Ağcaqanad sürfəsi öz inkişafını tamamlayanadək iki dəfə daha dəri dəyişdirəcək.
Sürfələrin bəslənməsi üçün yaradılmış üsul olduqca diqqət çəkicidir. Sürfələr, tüklərdən yaranan yelpik formasındakı iki uzadılma ilə su içində kiçik burulğanlar meydana gətirərək, bakteriya və digər mikroorqanizmlərin ağızlarına doğru hərəkət etmələrini təmin edərlər. Sürfə, dalğıcların istifadə etdiyi "snorkelinq"ə bənzər bir hava şlanqıyla tənəffüs edər. Su içində başıaşağı vəziyyətdə dayanarlar. Bədənlərinin ifraz etdiyi yapışqan bir ifrazat, suyun hava dəliklərindən içəri girməsinə də maneə olar. Bir sözlə, heyvan, bir çox həssas tarazlığın bir yerdə işləməsi sayəsində yaşayır. Hava şlanqı olmasa heyvan yaşaya bilməz, yapışqan ifrazat olmasa şlanq tıxanar. Aradan keçən müddət ərzində sürfələrin əksəriyyəti, dərilərini yenidən dəyişdirmişlər. Son dəri dəyişdirmə əməliyyatı digərlərindən olduqca fərqlidir. Sürfələr artıq əsl bir ağcaqanad olmaq üçün son mərhələ olan "pup" fazasına daxil olmuşlar. Sürfənin dərisinin içində kifayət qədər inkişaf edən pupun artıq bu qılafdan xilas olma vaxtı gəlib çatmışdır.
Qılafın içindən elə fərqli bir canlı çıxar ki, bunların eyni canlının fərqli inkişaf mərhələləri olduğuna inanmaq çətindir və bu dəyişmə, nə sürfənin, nə anasının, nə də başqa bir canlının həyata keçirə bilməyəcəyi qədər kompleks və həssas bir əməliyyatdır. Bu son dəyişmə əsnasında bir boru vasitəsilə suyun üstünə uzanmış olan hava dəlikləri bağlanacağından, heyvan havasız qalma təhlükəsiylə üz-üzə gələr. Amma yeni çıxan canlı artıq bu kanaldan deyil, baş tərəfində meydana gələn iki boru vasitəsilə tənəffüs edəcək. Buna görə də qılaf dəyişdirməyə başlamadan əvvəl bunlar suyun səthinə çıxarlar. Üç-dörd gün davam edən pup fazasında heç qidalanmazlar. Pupun içindəki ağcaqanad artıq olduqca inkişaf etmiş və son şəklini almışdır. Bir antena formasındakı bığcıqları, xortumları, ayaqları, döş qəfəsi, qanadları, qarnı və başının böyük hissəsini əhatə edən gözləri ilə ağcaqanad artıq uçmağa hazırdır. Pup baş tərəfdən yırtılar. Həqiqi bir ağcaqanadın meydana çıxacağı bu mərhələ, ölüm təhlükəsi ən yüksək olan mərhələdir. Bu mərhələdəki ən böyük təhlükə pupun içinə su girməsidir. Ancaq yırtılan baş tərəf, ağcaqanadın başının su ilə təmas etməsinə mane olacaq yapışqan maye ilə örtülmüşdür.
Ağcaqanad suya dəymədən pupdan çıxmaq məcburiyyətindədir. Suyun səthinə yalnız ayaqları dəyər. Bu an çox əhəmiyyətlidir, çünki zəif bir külək onu məhv edə bilər. Pupdan çıxan ağcaqanad yarım saat dincəldikdən sonra ilk uçuşuna başlayar. Canlı, artıq suya dəymədən suyun içindən çıxmışdır...
Görüldüyü kimi, olduqca incə xüsusiyyətlərə sahib bir quruluş sayəsində ağcaqanad yumurtaları ağcaqanada çevrilə bilirlər. Hər mərhələdə olduqca təfərrüatlı bir yaradılış vardır. Sürfələrin nəfəs almalarını təmin edən hava şlanqları, suyun içəri girməsinə mane olan yapışqan maye və daha bir çox təfərrüat ağcaqanaddakı qüsursuz yaradılışı göstərər. Bu yaradılış necə baş vermişdir? Təkamülçülərə görə ağcaqanadlar təsadüflər nəticəsində meydana gəlmişdirlər. Əlbəttə ki, bu iddia qarşısında bu sualı vermək lazımdır: Görəsən ilk ağcaqanad necə olub da, belə bir çevrilmə "qabiliyyətinə" sahib olmuşdur? Bir sürfə, öz-özünə, üç dəfə dəri dəyişdirib bir ağcaqanada çevrilməyə necə "qərar" vermişdir? Ağcaqanadın bunu düşünəcək ağla sahib olması mümkündürmü?
Əlbəttə ki, xeyr. Ağcaqanadların belə bir şeyi düşünmələri qeyri-mümkündür. Aydındır ki, Allahın Quranda nümunə olaraq verdiyi bu heyvan xüsusi olaraq belə yaradılmışdır.
Ağcaqanadın istilik reseptorları Ağcaqanadlar, olduqca həssas istilik reseptorlarıyla təchiz edilmişdirlər. Ətraflarındakı varlıqları, istiliklərinə görə rəng-rəng qəbul edə bilərlər. Bu proses işıqdan asılı olmadığı üçün, qaranlıq bir otaqda belə qan damarlarını asanlıqla taparlar. Ağcaqanadın istilik reseptorları, 1/1000 dərəcəlik temperatur dəyişikliklərini belə hiss edəcək həssaslıqdadır.
Ağcaqanadın "qan sorma" texnikası Hədəfin üstünə qonan ağcaqanad, xortumundakı dodaqcıqlar (latınca; labellum) vasitəsilə əvvəlcə bir nöqtə seçər. Heyvanın şprisə bənzəyən iynəsi xüsusi bir qılafla mühafizə olunmuşdur. Qan sorma əməliyyatı əsnasında bu qılaf iynədən ayrılar. Dəri, zənn edildiyi kimi iynənin batırılması üsuluyla deşilməz. Bu məqamda vəzifə, bıçaq itiliyindəki üst çənə və üzərində arxaya tərəf meyilli dişlərin yerləşdiyi alt çənəyə düşür. Alt çənə mişar kimi irəli-geri hərəkət edər və dəri üst çənənin köməyi ilə sanki kəsilər. Açılan yarıqdan içəri soxulan iynə qan damarına çatdıqda deşmə əməliyyatına son verilər. Canlı artıq qan sormağa başlayacaq.
Ancaq məlumdur ki, insan bədəni, damarlardakı ən kiçik bir zədələnmə nəticəsində qanı dərhal laxtalandıraraq, o nahiyədəki qan axımını dayandıran bir fermentə malikdir. Əslində bu ağcaqanad üçün böyük bir problem yaratmalıdır. Çünki onun açdığı kiçik dəliyə də bədən dərhal reaksiya verəcək, dərhal qan laxtalanacaq və bərpa əməliyyatı başlayacaq. Əlbəttə ki, bu da ağcaqanadın heç qan sora bilməməsi deməkdir.
Amma ağcaqanad üçün bu problem aradan qaldırılmışdır. Canlı qan sormağa başlamadan, bədənində ifraz etdiyi xüsusi bir mayeni insanın damarında açdığı dəlikdən içəri ötürər. Bu maye, qandakı laxtalanmanı təmin edən fermenti təsirsiz hala gətirər. Beləliklə də, laxtalanma problemi olmadan, ağcaqanad özünü qidayla təmin edə bilər. Ağcaqanadın sancdığı yerdə əmələ gələn qaşınmaya və şişməyə səbəb olan da, məhz laxtalanmanın qarşısını alan bu mayedir.
Şübhəsiz ki, bu inanılmaz bir əməliyyatdır və qarşımıza bu sualları çıxarır: 1) Ağcaqanad insan bədənində belə laxtalandırıcı ferment olduğunu haradan bilir?
Bu fermentə qarşı öz bədənində bir ifrazat hazırlaması üçün, fermentin tərkibini (kimyəvi quruluşunu) bilmək məcburiyyətindədir. Bu necə ola bilər? 3) Bunu bilsə belə, öz bədənində belə bir ifrazat hazırlayıb, bunu iynəsinə köçürəcək "texniki təchizat"ı necə meydana gətirmiş ola bilər?
Əslində bu sualların cavabı sadədir: Ağcaqanad bunların heç birini bacara bilməz. Nə bunun üçün zəruri olan ağla, nə kimya məlumatına, nə də ifrazatı hazırlayacaq "laboratoriya" təchizatına malikdir. Bəhs etdiyimiz varlıq, bir neçə millimetr böyüklüyündə tamamilə şüursuz bir ağcaqanaddır, məhz bu qədər!... Ağcaqanadı, belə inanılmaz, fövqəladə və heyrət oyandırıcı bir sistemin sahibi edən isə, "göylərin, yerin və onlar arasındakıların Rəbbi olan" Allahdır.